Ardını oxu...
Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə, il ərzində Azərbaycanda 5 yaşadək ölən uşaqların sayı 2 395 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, ölən uşaqların 1 329-u oğlan, 1 066-sı isə qız olub.
Qeyd edək ki, hər 1 000 diri doğulan uşağa düşən ölüm göstəricisi 21,3 olub. Bu göstərici oğlanlarda 22,2, qızlarda isə 20,2 təşkil edib.
Müqayisə üçün bildirək ki, 2023-cü ildə (sonuncu məlumat) 5 yaşadək ölən uşaqlarla bağlı göstərici son 20 ildə qeydə alınan ən yüksək göstərici olub.
Məlumat üçün onu da bildirək ki, dünyada uşaq ölümlərinin qiymətləndirilməsi üzrə BMT-nin Qurumlararası Qrupu (UNICEF, ÜST, Dünya Bankı, Əhali Fondu və s.) tərəfindən açıqlanan statistikaya əsasən, Azərbaycanda bu göstərici hər 1 000 diri doğulan uşağa görə 19 olub. Bu göstəriciyə əsasən, Azərbaycan Avropa və qonşu ölkələr arasında birinci yerdə qərarlaşıb.
Avropada 5 yaşadək uşaq ölümü göstəricisi (hər 1000 diri doğulan uşağa):
Azərbaycan – 19;
Moldova – 15;
Türkiyə – 13;
Ermənistan – 10;
Gürcüstan – 9;
Albaniya – 9;
Ukrayna – 8;
Rumıniya – 7;
Bolqarıstan – 6;
Bosniya və Herseqovina – 6;
Slovakiya – 6;
Rusiya – 5;
Xorvatiya – 5;
Serbiya – 5;
Böyük Britaniya – 5;
Polşa – 4;
Belçika – 4;
Macarıstan – 4;
Yunanıstan – 4;
İsveçrə – 4;
Fransa – 4;
İrlandiya – 4;
Almaniya – 4;
Niderland – 4;
Çexiya – 3;
Şimali Makedoniya – 3;
İtaliya – 3;
Monteneqro – 3;
İsveç – 3;
Litva – 3;
Latviya – 3;
İspaniya – 3;
Portuqaliya – 3;
Avstriya – 3;
Danimarka – 3;
Kipr – 3;
İslandiya – 3;
Lüksemburq – 2;
Belarus – 2;
Sloveniya – 2;
Estoniya – 2;
Norveç – 2;
Finlandiya – 2.



Ardını oxu...
  

Bel ağrısı adətən onurğa sütununun pozulması, düzgün olmayan hərəkət, ağır iş və ya yanlış yuxu mövqeləri nəticəsində yaranır.

Ancaq bel ağrısından şikayət edənlər üçün təbii üsullarla tez və təsirli həll yolları var.

Lavanda yağı, zəncəfil-zərdəçal çayı, nanə məlhəmi və isti-soyuq kompreslər kimi sadə üsullarla dəqiqələrdə ağrılardan qurtulmağın vaxtıdır.

Lavanda yağı ilə masaj edin

Lavanda yağı rahatlaşdırıcı və əzələ yumşaldıcı xüsusiyyətləri ilə tanınır. Arxa bölgədəki ağrıları aradan qaldırmaq üçün zeytun yağı ilə lavanda yağını qarışdıraraq kürəyinizi masaj edə bilərsiniz. Bu tətbiq əzələlərdə gərginliyi aradan qaldıraraq ağrıları azaltmağa kömək edir.

Zəncəfil və zərdəçal

Zəncəfil və zərdəçal iltihab əleyhinə xüsusiyyətləri ilə bel ağrılarını aradan qaldırmaq üçün əla təbii vasitələr yaradır. Hər iki ədviyyatı birləşdirərək hazırladığınız bitki çayı gündə bir və ya iki fincan içdiyiniz zaman ağrıları azaltmağa kömək edə bilər.

Nanə və acı bibər məlhəmləri

Nanə yağı və acı bibərdə olan kapsaisin ağrı siqnallarını müvəqqəti olaraq blok edə bilər. Nanə yağı soyuducu təsiri ilə ağrıları aradan qaldırarkən, acı bibər məlhəmi də ağrıya qarşı təsirli bir həll təklif edir. Bu məlhəmlər bel nahiyəsində ağrıları tez aradan qaldırır.

İsti və soyuq kompres tətbiqi

Bel ağrısı ilk başladığı zaman ilk 48 saat soyuq kompres tətbiq etmək şişkinliyi azaldacaq. Sonra bölgəni qızdırılan dəsmal ilə sarmaq əzələləri rahatlamağa və qan axını artırmağa kömək edir, ağrıları aradan qaldırmağa kömək edir.

Qeyd: Məqalə yalnız məlumat məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyil.//E-saglam.az


Ardını oxu...
  

Həkim-kadrların kurs keçməsi yerli qurumun icazəsi ilə olacaq - iki rəy

Azərbaycanda həkimlik və əczaçılıq fəaliyyəti üçün yeni tələblər müəyyənləşir. Bu, aprelin 25-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılan Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş tibb mütəxəssisləri, o cümlədən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və sertifikasiya imtahanı verdikdən sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.

Qüvvədə olan qanunda isə fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olurdular.

Yeni tələblərin əhəmiyyəti nədir? Bu, tibbi xidmətin keyfiyyətinə necə təsir edəcək?

Ardını oxu...

Zülfüqar Yusifov

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Səhiyyə sistemində digər sahələrdə olduğu kimi, davamlı olaraq kadrların peşəkarlığı məsələsi əsas problem olaraq qalır. Bu istiqamətdə müəyyən qanunlar qəbul olunur. Bu baxımdan son dövrlər sertifikasiya prosedurlarını yenilik kimi ortaya qoymaq olar. Mütəmadi olaraq kadrların imtahanlara cəlb olunması, kurslara cəlb olunması öz üzərlərində davamlı olaraq işləməsinə hesablanmış addımlardır.

Burada bir məsələ də var ki, kadrların peşəkarlığının çox aydın şəkildə ölçülmə düsturu və ya vahidi təəssüf ki, ortada yoxdur. Bütün dünyada bu işlər müxtəlif üsullarla həyata keçirilir. Bunlardan biri əlbəttə ki, sertifikasiya imtahanlarının mütəmadi keçirilməsidir. İkincisi, mütəmadi olaraq müəyyən kursların keçirilməsidir. Xüsusən bu günlərdə aktual olan və müzakirələrdə də xüsusi diqqət yetirilən məsələlərdən biri odur ki, kadrların mütəmadi olaraq səhiyyə nazirlərinin təsdiq etdiyi müxtəlif konfranslarda, vorkshoplarda iştirakının vacib olmasıdır. Sadəcə, düşünülür ki, bu kimi tədbirlərdə həkimlər iştirak etdikdə, onlar daha çox yeniliklərlə tanış olma imkanı əldə edirlər. Yenilikləri mənimsəmək üçün müəyyən kurslarda, vorkshoplarda da onların daha aydın şəkildə imkanları yaranır.

Belə bir təklif də var ki, hansısa bir kadr həmin 5 il ərzində bal yığarsa, yəni konfranslarda, simpoziumlarda, elmi tədbirlərdə iştirak etməklə hətta onun sertifikasiya imkanı adekvat qiymətləndirilə bilər. Çünki bu, həmin kadrın bu illər ərzində mütəmadi olaraq öz peşə səviyyəsini artırdığını və inkişaf etdirdiyini göstərir.

5 il ərzində tamamilə işləməmiş kadrların isə həm kurslara cəlb olunması, həm də sertifikasiyaya yönləndirilməsi doğru bir tələbdir. Çünki 5 il az müddət deyil və bugünkü sürətli inkişaf dövründə tibbdə baş verən dəyişiklikləri izləmək, yenilikləri mənimsəmək və ya itirilən bilik, bacarıqları bərpa etmək baxımından belə kadrların müəyyən kurslara ehtiyacı var".

Həkim əlavə edib ki, sertifikasiya imtahanı ilə fəaliyyət adekvatlığının təsdiqlənməsinə ehtiyac var: “Burada vacib olan detallardan biri hansı kursların, imtahanların olması deyil. Çox vacib olan məsələ xüsusən kursların keçirilmə səviyyəsi, kursların hansı şəkildə keçirilməsi və sertifikasiya imkanlarının daha da təkmilləşdirilməsidir. Çünki sertifikasiya  imkanları təkmilləşərsə, sadəcə, müəyyən bilgiləri yox, həkim kadrların müasir təbabətin tələblərinə uyğun yiyələndiyi bilikləri optimal şəkildə dəyərləndirmək imkanı verərdi”.

Ardını oxu...

Tibb Universitettinin farmokologiya kafedrasının dosenti, farmokoloq Aydın Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bu və ya digər səbəbdən işləyə bilməyən insanlar, işləmək istəyirsə, qanunda da düzgün olaraq göstərilir ki, müvafiq orqanın müəssisəsində hazırlıq keçməlidir, bundan sonra sertifikasiyadan keçməlidir. Yəni o, qarşıya qoyulan elmi və praktik məsələlərin cavablarını mənimsəməlidir, sertifikasiyadan keçməlidir, bundan sonra işləməsinə şərait yaradılır. Buna çox normal yanaşılmalıdır. Bu və ya digər səbəblərdən olur ki, hansısa səbəbdən işləyə bilmir. Amma sonra özündə güc tapır və işləmək istəyir. Bu mənada qanun iki üsulla icazə verir, müvafiq tibb müəssisəsində praktikanı keçməlidir və sertifikasiyadan keçməlidir. Bu mənada müsbət yanaşıram. Bir şəxsin əczaçılıq hüququnun bərpa olunması üçün qanun imkan verir və belə vəziyyətdə olan insanlara da yol açıq olduğunu göstərir. Təki sən bu sənətin elmi praktiki əhəmiyyətini dərk edəsən”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Ardını oxu...
Sosial media və internetin uşaqlar və gənclərin psixi sağlamlığına mənfi təsir göstərə biləcəyini iddia edən çoxsaylı tədqiqatlar mövcuddur. Bununla belə, son araşdırmalar internetin 50 yaşdan yuxarı insanlar üçün əks təsir göstərdiyini də ortaya qoyub.

“The Independent” nəşri xəbər verir ki, elmi jurnallardan biri olan “Nature Human Behaviour”da dərc olunan tədqiqatın nəticələrinə əsasən, internetdən istifadənin 50 yaşdan yuxarı insanların həyat keyfiyyətini artırdığı və depressiya simptomlarını azaltdığı müşahidə edilib. Bu genişmiqyaslı tədqiqat çərçivəsində 23 ölkədən 87 min 559 nəfərin 6 il ərzində internet istifadəsi vərdişləri izlənilib. Tədqiqatda iştirak edən şəxslərin internetdən istifadə tezliyi və istifadənin məqsədi araşdırılıb. İnternetdən istifadəyə yalnız sosial şəbəkələrdə vaxt keçirmək deyil, eyni zamanda, məlumat axtarmaq, elektron poçt göndərmək, onlayn alış-veriş etmək kimi fəaliyyətlər də daxil edilib.

Bu nəticələr həftədə bir dəfədən az internetə daxil olan iştirakçılar üçün də keçərli olub. Bundan başqa, ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrdə internetdən daha tez-tez istifadə edən iştirakçılarda psixi sağlamlığı göstəricilərinin daha yüksək olduğu qeydə alınıb.

Tədqiqatın həmmüəllifi Qingpeng Zhang bu nəticələri belə izah edir: “Bu faydaların ölkələr arasında uyğunluq göstərməsi, internetin psixi sağlamlığını yaxşılaşdırmaq üçün qlobal səviyyədə təsirli vasitə olma potensialını nümayiş etdirir”.

Tədqiqat göstərib ki, 65 yaşdan yuxarı, tənha yaşayan və sosial əlaqələri zəif olan şəxslər internetin müsbət təsirlərindən daha çox faydalanırlar. Bu şəxslər internet vasitəsilə sosial əlaqələr qurur, dostları və ailə üzvləri ilə ünsiyyətdə olur, yeni bacarıqlar öyrənir və ya öz maraq dairələrinə uyğun cəmiyyətlərə qoşulurlar.

Araşdırma internetin gənclərlə müqayisədə yaşlı insanlara fərqli təsir etdiyini üzə çıxarıb. Avstraliyanın Curtin Universitetindən, tədqiqatda iştirak etməyən Patrik Klark, 50 yaşdan yuxarı insanların internetdəki mənfi təsirlərdən daha az təsirləndiyini bildirib: “50 yaşdan yuxarı şəxslər, gənclər arasında yayılmış, özünü başqaları ilə müqayisə etmə və sosial təzyiqlərə məruz qalma dövrünü artıq geridə qoymuş olurlar. Bu yaş qrupundakı insanlar internetdən özlərini təsdiqlətmək məqsədilə deyil, dostları və ailəsi ilə əlaqə qurmaq, yeni biliklər əldə etmək və ya maraq dairələrinə uyğun mühitlərə qoşulmaq üçün istifadə etməyi üstün tuturlar.

Tədqiqatçılar hər nə qədər internetdən istifadənin müsbət təsirlərini vurğulasalar da, üz-üzə ünsiyyətin vacibliyini də diqqətə çatdırırlar. Böyük Britaniyanın Tənhalıq Araşdırmaları Mərkəzinin direktoru professor Andrea Viqfild bu barədə belə deyir: “İnternet istifadəsini tamamilə eyni və dəyişməz təsir göstərən bir fenomen kimi görməməliyik. İnterneti uyğun və ölçülü şəkildə istifadə etdikdə, insanları bir-birinə bağlayan vasitəyə çevrilə bilər. Amma unutmayaq ki, tənhalığı azaltmaq üçün üz-üzə, mənalı qarşılıqlı əlaqələrin əvəzini verə bilməz”.

Bu tədqiqat internetin müxtəlif yaş qruplarına fərqli təsir etdiyini ortaya qoyur. 50 yaşdan yuxarı insanlar üçün internet təkcə sosial əlaqə vasitəsi deyil, həm də psixi sağlamlığını yaxşılaşdıran bir alətə çevrilir. Lakin bu təsirlərin səbəb-nəticə əlaqəsi tam təsdiqlənməsə də, tədqiqatçılar bu yaş qrupundakı şəxslərin internet vasitəsilə tənhalıq hissindən qurtula bildiklərini düşünürlər. Bu tapıntılar internetin yalnız gənc nəslə deyil, həm də daha yaşlı istifadəçilərə müsbət təsir göstərə biləcəyini deyir. AZƏRTAC
 
Ardını oxu...
  

Dünyada “Erməni xəstəliyi” adı verilmiş qızdırmadan müalicə ilə bağlı məqamlar açıqlanıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, “Ailəvi Aralıq dənizi qızdırması” və ya “Erməni xəstəliyi”nin etnik mənşəli olması artıq ötən əsrin 50-ci illərində aydın olub. 1954-cü ildə Livanda tədqiqat aparan ABŞ-nin tibb professoru Hobart A.Reymann yazırdı: "Livan bu xəstəliyin tədqiqi üçün qeyri-adi imkanlar yaradır. Təxminən 1,3 milyon nəfər olan ərəb əhalisi olan ölkədə həmçinin yüz minə yaxın erməni var. Xəstəlik beş il ərzində 72 nəfərdə qeydə alınıb. Xəstələrdən 49-u erməni, 23-ü ərəbdir. Burada xəstəliyin adına “erməni” deyirlər”.

Maraqlıdır ki, Ermənistanın özündə xəstəliyə “İrəvan xəstəliyi” adı verilib.

Hazırda Ermənistanda da sakinlər arasında “Ailəvi Aralıq dənizi qızdırması” geniş yayılıb. Bununla yanaşı, cəmiyyətdə hələ də bu mövzuda müəyyən qadağa var. Hər üç və ya dörd ermənidən biri mutasiyaya uğramış genin daşıyıcısıdır. Bir genetik mutasiya ilə isə heç bir əlamət müşahidə olunmur (ailəvi Aralıq dənizi qızdırmasının simptomları iki mutasiya zamanı özünü göstərir), lakin bu, ermənilər arasında xəstəliyin yayılmasını təsəvvür etmək üçün kifayətdir.

Bununla belə, cəmiyyətdə hələ də bu xəstəliklə bağlı miflər mövcuddur. "Çox vaxt onlar xəstəliyi gizlətməyə çalışırlar; bir çoxları çəkinir, evlənə bilməyəcəklərindən qorxurlar, bu arada yalnız vaxtında aparılan müalicə nəticələrin qarşısını almağa kömək edəcək", - revmatoloq, “Nairi” Tibb Mərkəzinin Revmatoloji-İmmunologiya Xidmətinin rəhbəri Vaan Mukuçyan yerli mətbuata müsahibəsində bildirib.

Xəstəliyin son dərəcə ağır fəsadı həm qadınlarda, həm də kişilərdə sonsuzluqdur. Bu baxımdan Mukuçyan vurğulayıb ki, əgər xəstəlik vaxtında aşkar edilsə və dərman qəbul edilsə, mutasiyaya uğramış genlərin daşıyıcıları üçün uşaq dünyaya gətirmək şansı adi insanlarda olduğu kimidir.

“Erməni xəstəliyi” və ya “Aralıq dənizi qızdırması” səhhətin kəskin pisləşməsi ilə müşayiət olunur. Xəstəlik ümumiyyətlə, müxtəlif simptomlarla xarakterizə edilir. Xəstəliyin əsas əlamətləri qarın və ya döş qəfəsində ağrı ilə birlikdə temperaturun 38-40 dərəcəyə qədər artmasıdır.

Bu, müalicə edilmədikdə böyrək amiloidozuna (sümük iliyi zülalının orqanlarda düzgün olmayan formada toplanması nəticəsində ürək, böyrəklər, qaraciyər, dalaq, sinir, həzm sistemi kimi orqanların düzgün çalışmamasına səbəb olan nadir xəstəlik) səbəb ola biləcək ciddi xəstəlikdir. Buna görə həkimlər xəstəliklə bağlı kiçik şübhə olduqda israrla genetik testdən keçməyi tövsiyə edirlər. Xəstəliyin əlamətləri müşahidə olunduqda ilk növbədə, genetik qan testi vermək lazımdır. Xəstəlik təsdiqlənərsə, həkim dərmanı və onun dozasını təyin edəcək. Müalicənin ixtisaslı mütəxəssis tərəfindən təyin edilməsi çox vacibdir, xəstə heç vaxt özünü müalicə etməməlidir. Həkim həmçinin əlavə testlərin keçib-keçilməməsini müəyyənləşdirəcək.


Ardını oxu...
  119  28.04.2025 02:14  Ölkə A  A 

Bu günlərdə Azərbaycanda məşhur şadlıq saraylarından birində baş verən kütləvi zəhərlənmə hadisəsi gündəm oldu.

Zəhərlənənlərin sayının 51 nəfərə çatması insanları ciddi şəkildə narahat etdi. Çünki biz azərbaycanlılar üçün toylar, ad günləri, nişanlar və digər ailəvi məclislər təkcə əyləncə yox, eyni zamanda ənənə, dəyər və həyat tərzidir. Lakin belə hadisələr göstərir ki, bu gözəl anlar bəzən təhlükəyə çevrilə bilər. Bəs belə hallardan necə sığortalanmaq olar?

Musavat.com "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

İkili nəzarət mexanizmləri

Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, biznes subyektləri, restoranlar və şadlıq sarayları gigiyena və qida təhlükəsizliyi qaydalarına tam riayət etməli, personalın hazırlığına və məhsulun keyfiyyətinə xüsusi diqqət yetirməlidirlər: "Maarifləndirmə əsas şərtdir. Biznes sahiblərinə bu istiqamətdə metodiki materiallar təqdim olunmalı, maarifləndirici sessiyalar, təlimlər təşkil edilməlidir. Çünki dövlət qurumlarının mütəmadi yoxlamalar aparması, cərimələr tətbiq etməsi həll yolu deyil. Nəzarət mexanizmləri də ikili olmalıdır - ilkin mərhələdə məlumatlandırma və dəstək, ikinci mərhələdə isə ciddi nəzarət və qiymətləndirmə sistemi qurulmalıdır. Belə olarsa, həm biznesin keyfiyyətli xidmət göstərməsi, həm də vətəndaşların təhlükəsizliyi təmin oluna bilər".

Zəhərlənmə riskini artıran amillər

Mütəxəssis bildirir ki, şadlıq sarayları və restoranlar yalnız xidmət təqdim edən kommersiya qurumları deyil, həm də ictimai məsuliyyət daşıyan müəssisələrdir. Bu müəssisələrdə hazırlanan və təqdim olunan qidalar yüzlərlə insanın sağlamlığına birbaşa təsir göstərir: "Qida təhlükəsizliyi və sanitariya qaydaları isə bu sahədə əsas prioritet olmalıdır. Şadlıq saraylarında çalışan personalın peşəkarlığı birbaşa qida təhlükəsizliyinin təmin olunmasına təsir edir. Təəssüf ki, bir çox müəssisələrdə çalışan işçilər sanitariya və gigiyena qaydaları haqqında ya məlumatsızdır, ya da bu qaydalara riayət etmirlər. Kütləvi tədbirlərin keçirildiyi müəssisələrdə mətbəxlər fasiləsiz fəaliyyət göstərir. Toy mövsümlərində sifarişlərin sayı artır və bu, iş yükünün artmasına səbəb olur. Mətbəx personalının daim təzyiq altında işləməsi, bəzi hallarda qalan məhsulların növbəti tədbirdə yenidən istifadə olunması zəhərlənmə riskini artırır".

Bu restoranlarda zəhərlənmə təhlükəsi aşağıdır

S.Dübəndiyə görə, digər risk faktoru təchizat zəncirinin düzgün qurulmaması və məhsul keyfiyyətidir: "Təchizat zəncirindəki boşluqlar əsas risk mənbələrindəndir. İstifadəyə verilən məhsulların keyfiyyəti, saxlama şəraiti və tədarük prosesi tam nəzarət altında olmalıdır. Əks halda, xarab və istifadəyə yararsız məhsulların mətbəxə daxil olması qaçılmazdır. "Qida təhlükəsizliyi haqqında" qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün üstünlükləri var. Bu sistemin tətbiq olunduğu restoranlarda zəhərlənmə təhlükəsi aşağı olur".

"Yay aylarında qida zəhərlənməsi daha çox olur"

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, yay aylarında, xüsusilə şadlıq saraylarında qida zəhərlənmələrinin sayı çox olur: "Yüksək temperatur rejimi ərzaq məhsullarının saxlanma və hazırlanma prosesinə birbaşa təsir edir. Xüsusilə soyuducuda saxlanılmalı olan qidaların açıq hava şəraitində uzun müddət qalması, onların tərkibində kimyəvi və bioloji dəyişikliklərin baş verməsinə, nəticədə isə qida zəhərlənməsinə səbəb olur. Kütləvi məclislərdə çoxlu sayda insan üçün hazırlanan qidaların uzun müddət əvvəl bişirilməsi və düzgün şəraitdə saxlanmaması riski daha da artırır".

Yüksək risk qrupu - mayonezli salatlar

Mütəxəssis vurğulayır ki, zəhərlənmə hallarının böyük əksəriyyəti yüksək risk qrupuna aid qidalardan baş verir: "Bu qrupa ilk növbədə mayonezli salatlar daxildir. Çünki onların tərkibində bişirilmiş tərəvəzlər, zülal tərkibli ət məhsulları, ən təhlükəlisi də mayonez olur. Bu qidalar açıq havada qaldıqda, insan orqanizmində ciddi fəsadlar yaradır. Təəssüf ki, məclislərdə salatlar çox zaman bir neçə saat əvvəldən hazırlanır və masalara düzülür. Bu da onların xarab olmasına və zəhərlənməyə səbəb olur. İstifadə olunan mayonezlər də açıldıqdan sonra soyuducuda saxlanmalıdır. Bəzən restoranlarda böyük qablaşdırmada alınan mayonezlər uzun müddət istifadə olunur. Bu da təbii olaraq, zəhərlənmə riskini artırır".

Həssas orqanizmlər üçün təhlükəli qidalar

M.Hüseynova bildirir ki, uyğun olmayan yeməklərin qarışdırılması da insan orqanizmində fəsadlar yaradır: "Toy və digər məclislərdə təqdim edilən yeməklər arasında çox vaxt bir neçə növ ət, qızartmalar, əvvəlcədən bişirilmiş yeməklər olur. Belə hallarda, xüsusilə yağda qızardılmış və ya bir neçə gün əvvəl hazırlanmış ət məhsulları həssas orqanizmlər üçün təhlükə yaradır. Bu, immun sistemi zəif, xroniki xəstəliyi olan, uşaq və yaşlı insanlarda daha ağır nəticələrə səbəb ola bilər. Üstəlik, bu qidaların qazlı və ya rəngli içkilərlə birlikdə qəbulu vəziyyəti daha da ağırlaşdırır. Çünki bu içkilərin tərkibində olan kimyəvi qatqılar mədədəki problemləri dərinləşdirir və zəhərlənmə riskini artırır".

Restoranda zəhərlənməmək üçün nə etməli?

İnsanlar tez-tez toy və ya yas məclislərdən sonra mədə ağrısı, baş ağrısı kimi şikayətlərlə üzləşirlər. M.Hüseynovanın sözlərinə görə, bu da qəbul olunan qidalarla bağlıdır: "Bu simptomlar, əsasən, ya düzgün saxlanılmayan qidaların qəbulundan, ya da uyğun olmayan qidaların qarışdırılmasından qaynaqlanır. Ziyafət məclislərində zəhərlənmədən qorunmaq üçün yay aylarında mayonezli və ağır salatlardan uzaq durmalı, təzə bişmiş və süfrəyə bişən kimi təqdim olunan yemək seçimi etməli, az yağlı və daha yüngül qidalara üstünlük verilməlidir. Rəngli və qazlı içkilər əvəzinə, təbii içkilər və ya adi su seçilməlidir".

Ardını oxu...
Bir çox mağazada yumurtaların üzərində istehsal tarixi qeyd olunsa da, onların son istifadə tarixi adətən yazılmır. Hətta elə hallar da olur ki, ümumiyyətlə heç bir tarix məlumatı olmur.

Belə vəziyyətdə alıcılar məhsulun təzə və ya köhnə olduğunu necə müəyyən edə bilər?

TEREF milli.az-a istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, kənd təsərrüfatı məhsulu olan sarı yumurtaların üzərində tarix göstərilmir, çünki onlar ev şəraitində istehsal olunur. Amma ağ rəngli yumurtalarda istehsal tarixi yazılır və onların təxminən bir aylıq saxlanma müddəti olur.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirir ki, yumurtanın qabığının altındakı hava boşluğu çox kiçikdirsə və ya ümumiyyətlə yoxdursa, bu onun təzə olduğuna işarədir. Onun sözlərinə görə, qaynadılmış yumurtanın sarısı göyümtül rəng alırsa, bu artıq onun köhnə olduğunu göstərir.

Ekspert həmçinin qeyd edir ki, yumurtaların üzərində həm istehsal, həm də son istifadə tarixləri mütləq şəkildə qeyd edilməlidir. Soyuq şəraitdə saxlandıqda isə onların yararlılıq müddəti bir aya qədər uzana bilər.

Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, beynəlxalq sənədlərdə qeyd olunur ki yumurta məhsulunun üzərində istehsal tarixi və 28 gün etibarlılıq tarixi öz əksini tapmalıdır. Həmin qaydaların 5.49-cu bəndinə əsasən satışa yararlılıq müddəti müəyyən olunmuş malları istehsalçıya ondan təyinatı üzrə istifadə edə biləcəyi müddəti nəzərə alaraq verməyə borcludur.
Ardını oxu...
Yağlı qaraciyər xəstəliyi üzdə görünə bilən incə əlamətlər də daxil olmaqla, geniş təsirləri ilə artan bir sağlamlıq problemidir. Qaraciyər hüceyrələrində yığılan artıq yağ ilə səciyyələnən xəstəlik piylənməyə və oturaq həyat tərzinə səbəb olur. Erkən mərhələlərdə adətən simptomsuz olsa da, bəzi üzdəki incəliklər həmin əlamətləri erkən aşkar etməyə imkan yaradır.

AZƏRTAC “knowridge” saytının mövzu ilə bağlı araşdırmasını təqdim edir.

Xəstəlik iki əsas növə bölünür: alkoqolla əlaqəli yağlı qaraciyər xəstəliyi və alkoqolsuz yağlı qaraciyər xəstəliyi. Hər iki növ oxşar qaraciyər zədələnməsinə səbəb olur, lakin onların səbəbləri müəyyən dərəcədə fərqlənir. Zamanla müalicə olunmayan yağlı qaraciyər fibroz, sirroz və hətta qaraciyər xərçəngi kimi daha ağır xəstəliklərə çevrilə bilər. Erkən göstəricilərin olması onun qarşısının alınması üçün çox vacib amildir. Tədqiqatlar göstərir ki, yağlı qaraciyər xəstəliyinin müəyyən əlamətləri üzdə nəzərə çarpa bilər. Yalnız bu əlamətlər diaqnoz üçün kifayət etməsə də, əlavə tibbi araşdırmalara gətirib çıxarmaq iqtidarındadır. Dəqiq diaqnoz üçün bu üz əlamətlərini digər simptomlarla və tibbi qiymətləndirmə ilə birlikdə nəzərə almaq önəmlidir.

Sarılıq: Gözlərin və dərinin saralması. Qaraciyər problemlərini, o cümlədən yağlı qaraciyər xəstəliyini göstərə bilən əlamətlərdən biri sarılıqdır. Bu vəziyyət qırmızı qan hüceyrələrinin parçalanması zamanı yaranan sarı bir piqment olan bilirubinin yığılması nəticəsində yaranır. Qaraciyər bilirubini effektiv şəkildə emal edə bilmirsə, o, toplanır, gözlərin və dərinin ağlarına sarımtıl rəng verir.

Hörümçək hemangioması: Kiçik, hörümçəyə bənzər damarlar. Üzdə görünə bilən bu kiçik, hörümçəyə bənzər damarlara hörümçək hemangioması deyilir. Onlar kiçik qan damarlarının genişlənməsi nəticəsində yaranır və qaraciyər xəstəliklərindən yarana biləcək hormonal balanssızlıqlarla əlaqələndirilir. Hörümçək hemangioması sağlam insanlarda tapılsa belə bu damarların təsirli olması qaraciyər problemlərini göstərə bilər.

Şişmiş gözlər: Maye tutulmasının əlaməti. Göz ətrafındakı şişkinliyin bir çox səbəbi ola bilər, lakin qaraciyər sağlamlığı kontekstində bu, qaraciyər xəstəliyindən qaynaqlanan maye tutulma və ya böyrək problemləri ilə bağlı ola bilər. Bu simptom təkbaşına yağlı qaraciyərin göstəricisi deyil, lakin digər əlamətlərlə baş verdikdə, qaraciyərin sağlamlığının qiymətləndirilməsinə ehtiyac olduğunu göstərir.

Dərinin Rəngində Dəyişikliklər: Solğun və ya tünd dəri ləkələri. Dərinin rəngindəki dəyişikliklər, o cümlədən solğun və ya tünd ləkələr bəzən qaraciyər xəstəliyi ilə əlaqələndirilə bilər. Bu dəyişikliklər qaraciyər funksiyasının pozulması səbəbindən hormonal və ferment balanssızlığından qaynaqlanır. Bu əlamətlərə ehtiyatla yanaşmaq lazımdır, çünki bir çoxu digər sağlamlıq şərtləri və ya həyat tərzi faktorları ilə əlaqələndirilə bilər. Məsələn, hörümçək hemangioması hamilə qadınlarda hormonal dəyişikliklərə görə tez-tez rast gəlinir və göz şişməsi allergiya və ya yuxusuzluqdan yaranır.

Nəticə olaraq, bəzi üz əlamətləri qaraciyər problemlərini, o cümlədən yağlı qaraciyər xəstəliyini göstərə bilsə də, bu vəziyyətin hələ ki, bir sübutu deyil. Bu əlamətləri müşahidə etmək, xüsusən də yorğunluq, qarın ağrısı və ya səbəbsiz çəki itkisi kimi digər simptomlarla müşayiət olunduqda, həkimə müraciət etmək əhəmiyyətli olar. Yağlı qaraciyər xəstəliyinin erkən aşkarlanması, xəstəliyin gedişatını dayandıra və qaraciyərin sağlamlığını qoruya biləcək vaxtında müdaxilələr üçün çox vacibdir. Qaraciyərin yağlanmasının qarşısını almaq və onun mümkün təzahürlərini idarə etmək üçün sağlam həyat tərzi, o cümlədən balanslaşdırılmış pəhriz və müntəzəm fiziki fəaliyyət vacib olaraq qalır.
 
Ardını oxu...
  

Fransada özəl xəstəxanada cərrah kişinin bədənində tibb aləti unudub.

Qarın nahiyəsindən əməliyyat olunan şəxs həkim məsuliyyətsizliyinə görə, qarnında 20 sm uzunluğunda tibbi alətin unudulduğunu öyrənib.

Təcrübə keçən gənc həkim yanlışlıqla bir tibbi aləti xəstənin bədənində unutması nəticəsində 66 yaşlı kişinin həyat keyfiyyəti aşağı düşüb. 

O, qarın bölgəsində üç fərqli əməliyyat keçirmək məcburiyyətində qalıb. Xəstənin qarın nahiyəsi deformasiyaya uğrayıb./Milli.az/

Ardını oxu...
İdeal istirahət hesab edərək, uzanaraq oxumağı xoşlayırsınız? Zərərsiz görünən bu vərdişin əslində görmə qabiliyyətinizə, duruşunuza necə zərər verdiyi və xroniki bel və boyun ağrılarına səbəb ola biləcəyi ilə bağlı bütün həqiqəti öyrənin.

Bununla belə, həkimlər və duruş mütəxəssisləri həyəcan təbili çalırlar: zahirən zərərsiz görünən bu vərdiş görmə problemlərindən tutmuş ciddi dayaq-hərəkət sistemindəki pozğunluqlara qədər sağlamlığınız üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər.

Göz yorğunluğu

Yatarkən oxumaqdan əziyyət çəkən ilk sistemlərdən biri görmədir. Yatarkən gözlərdən mətnə ​​qədər optimal məsafəni saxlamaq çətindir (30-40 sm tövsiyə olunur). Kitab və ya cihaz çox vaxt çox yaxın və ya yöndəmsiz bucaq altında yerləşdirilir. Bu, göz əzələlərini qeyri-təbii bir açı ilə gərginləşdirərək artan gərginlik altında işləməyə məcbur edir. Bu vəziyyətdə uzun müddət qalmaq aşağıdakılara səbəb ola bilər:

Göz yorğunluğu (astenopiya): yanma hissi, sancma, quruluq, gözlərdə qızartı.
Bulanıq görmə: görmə aydınlığının müvəqqəti itirilməsi.
Baş ağrısı: Çox vaxt göz və boyun əzələlərinin gərginləşməsi nəticəsində baş verir.
Miyopiyanın irəliləməsi: Yatan halda oxumaq miopiyanın birbaşa səbəbi olmasa da, xüsusən də meylli insanlarda onun irəliləməsini artıra bilər.
Bundan əlavə, uzanaraq oxuyarkən tez-tez işıqlandırma ilə bağlı problemlər yaranır. İşıq mənbəyinin yanlış yerləşdirilməsi və ya onun çatışmazlığı gözləri daha da gərginləşdirir.

Duruşla bağlı problemlər

Yalançı mövqe, rahat görünsə də, mətnə ​​baxışın uzunmüddətli fiksasiyası üçün fizioloji baxımdan uzaqdır. Arxa, yan və ya qarın üstə uzanmağınızdan asılı olmayaraq, onurğa və əzələləriniz əyri vəziyyətdədir:

Mədədə

Bu poza bəlkə də ən pisidir. Baş geri atılır və ya yan tərəfə çevrilir, bu da servikal bel üzərində həddindən artıq stress yaradır. Arxa tez-tez bel bölgəsində əyilir. Bu, boyun, çiyinlər, yuxarı və aşağı kürək nahiyəsində ağrılara səbəb ola bilər, əzələ spazmlarına səbəb ola bilər və hətta müntəzəm təkrarlandıqda disklərin sürüşməsinə səbəb ola bilər.

Arxada

Arxa üstə uzanaraq oxumaq üçün başınızı yastıqlara qaldırmalı və ya kitabı/cihazı üzünüzün üstündə tutmalısınız. Hər iki halda boyun gərgin, əyilmiş vəziyyətdədir və qollar tez yorulur, bu da sizi mövqeyi dəyişdirməyə və narahat dayaqlar axtarmağa məcbur edir.

Yan tərəfdə

Yanınızda oxumaq bütün onurğanın əyriliyinə səbəb olur, xüsusən də boyun və döş nahiyələrində. Baş qeyri-təbii şəkildə əyilir, bir çiyin qaldırılır, digəri aşağı salınır. Bu, əzələlərdə və oynaqlarda qeyri-bərabər gərginlik yaradır ki, bu da zamanla ağrı, skolyoz (xüsusilə uşaqlarda və yeniyetmələrdə) və digər duruş problemlərinə səbəb ola bilər.

Bu qeyri-fizioloji mövqelərin hər hansı birində uzun müddət qalmaq xroniki bel və boyun ağrılarına, gərginlik baş ağrılarına və müəyyən bölgələrdə qan dövranının pisləşməsinə səbəb ola bilər.

Digər potensial problemlər

Göz və dayaq-hərəkət sisteminə əlavə olaraq, uzanmış vəziyyətdə oxumaq başqa xoşagəlməz nəticələrə səbəb ola bilər. Məsələn, mədədə oxumaq qarın orqanlarına təzyiq göstərə bilər, həzm və nəfəs almağa potensial təsir göstərə bilər (diafraqma düzgün hərəkət edə bilməz).

Necə düzgün oxumaq olar?

Mütəxəssislər yekdilliklə oturarkən oxumağa üstünlük verməyi tövsiyə edirlər. İdeal duruş düz arxa və yaxşı bel dəstəyi olan stulda oturmaqdır. Kitab və ya cihaz başınızı çox əymək məcburiyyətində qalmamaq üçün gözlərinizdən 30-40 sm məsafədə, göz səviyyəsindən bir qədər aşağıda yerləşdirilməlidir. Gözləri kor etməyən, lakin mətni parlaq şəkildə işıqlandıran yüksək keyfiyyətli işıqlandırma təmin etmək vacibdir.

Yataqda oxumağa üstünlük verirsinizsə, kürəyinizi və boynunuzu dəstəkləmək üçün yastıqlardan istifadə edərək yarı oturma mövqeyi tutmağa çalışın və kitabı rahat bir məsafədə, bəlkə də stenddən istifadə edərək tutun.

Dünyapress TV

Xəbər lenti