Ardını oxu... 

Müğənni Vüqar Muradov şəxsi həyatı ilə bağlı səmimi etirafı ilə diqqət çəkib.

Yenixeber.org-un məlumatına görə, sənətçi bildirib ki, bir müddət evlilik mövzusu ona qorxulu görünüb və hətta ümumiyyətlə ailə qurmamaq barədə də düşünməyə başlayıb. Onun sözlərinə görə, bu düşüncələr müəyyən psixoloji gərginlik yaradıb.

Müğənni qeyd edib ki, əsas qorxularından biri gələcəklə bağlı olub. O, ailə quracağı halda illər sonra başına nəsə gələ biləcəyi və övladının atasız böyüyə biləcəyi ehtimalını düşündüyünü deyib.

Bununla yanaşı, sənətçi özünü ailəcanlı insan hesab etdiyini də vurğulayıb. Muradov bildirib ki, əgər ailə qursa, məsuliyyətli həyat yoldaşı və yaxşı ata olacağına inanır. Muradov əlavə edib ki, xarakterində keçilə biləcək qüsurlar ola bilər. 

 

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

 
Ardını oxu...
 

 

 

 
"Artıq 40 ildən çoxdur səhnədəyəm və heç vaxt onu tərk etməmişəm. Sadəcə özümü dəyişdirirəm. Mənim üçün hər yeni mərhələ nə gedişdir, nə də dönüş. Yıxılıram ki, daha yüksəyə qalxım. Dəyişməyi sevirəm. Təəccübləndirməyi və inkişaf etməyi sevirəm. Hər dəfə düşünəndə ki, artıq hər şey bitdi, mən özümü yenidən yaradıram. Bu mənim içimdə uşaqlıqdan var – yıxılıb yenidən qalxmaq bacarığı".
 
Bu sözləri Xalq artisti Aygün Kazımova "Nargis" dərgisinə müsahibəsində deyib. Pop kraliça jurnalın baş redaktoru Ülviyyə Mahmudovanın suallarını cavablandırıb.  Pop kraliça həyatından, sənət yolundan bəhs edib. 
 
Tez-tez görünüşündə dəyişikliklər edən Kazımova "Heç kim gözləməyəndə yenidən qalxıram. İmicimi, səsimi, əhvalımı dəyişməyi sevirəm. Çünki səhnə hərəkətdir. Bu alov içimdə olduğu müddətdə, mən yenidən və yenidən doğulacağam. Mənim üçün həyat yenilənməkdir. Bu yenilənmə isə mənim azadlığımdır" sözlərini bildirib.
 
Gözəllik sirrindən danışan müğənni baxım sirrlərini bölüşüb:
 

Ardını oxu...

"Sirrim çox sadədir: özümü sevirəm və vaxtıma hörmət edirəm. Təbii ki, nizam-intizam da böyük rol oynayır. Qidalanmama diqqət edirəm, çoxlu su içirəm və imkan olduqca kifayət qədər yatıram. Ruhunuzda sülh olanda, bu gözlərinizdə də görünür. İnsan daxilən parlayanda, dünya bunu görməyə məcbur olur. 
 
Səhər oyananda artıq günün planını bilirəm. Bu gün harada oxuyacağımı, məni necə bir tamaşaçı gözlədiyini və insanlara hansı əhvalı ötürmək istədiyimi bilirəm. Səhərlər qəhvə, planlar və komandamla söhbətlərlə başlayır. Məşqləri, studiyanı, çəkilişləri və obrazları müzakirə edirik. Hər detal haqqında düşünürəm. Mənim üçün hər şey vacibdir – ilk mahnıdan son çıxışa qədər.
 

Ardını oxu...

 
Evdə olsam belə, səhnənin bir hissəsi kimiyəm. Evim mənim səhnə arxamdır. İdeyalar məhz orada yaranır, orada enerji toplayır və növbəti çıxışıma hazırlaşıram.
 
Düzünü desəm, mən “Diva” rejimini açıb-söndürmürəm. Bu, çıxarıla bilən bir kostyum deyil. Bu mənim xarakterim, enerjim və həyatımın ritmidir".
 
Qorxularla bağlı suala isə A.Kazımova belə reaskiya verib:
 
"Qorxu? Mən o hisslə yaşamıram. Həyatımda qorxuya yer vermirəm. Çünki qorxu şübhə yaradır, şübhə isə uğursuzluğu cəlb edir. Seçim qarşısında qalıram: risk etmək və ya geri çəkilmək – mən həmişə riski seçirəm. Birinci olmaqdan qorxmuram. Mənim üçün qorxu elə bir hissdir ki, onu aradan qaldırmaq lazımdır. Onu müzakirə etmək yox, sadəcə həyatından çıxarmaq lazımdır".
 

Ardını oxu...

Diva "İnsanlar tez-tez deyirlər ki, sizin səsiniz mələk səsi kimidir. Siz mələksiniz" sualına "Əgər səsim insanlara təsir edirsə, deməli onun içində ruh var. Amma o ruh çox şeydən keçib – göz yaşlarından, qələbələrdən, yıxılıb qalxmaqdan. Əgər bu səs kiməsə mələyi xatırladırsa, deməli mən onların ürəyinə toxuna bilmişəm" cavabını verib.
 
Ölkənin əsas ulduzu haqqında şayilər yayılıb-yayılmamasından söz açarkən bunları deyib:
 
"Düzünü desəm, mənim haqqımda çox yanlış təsəvvür olduğunu düşünmürəm. Həyatımı həmişə tamaşaçı qarşısında yaşamışam. Münasibətlərim, sevincim, şəxsi həyatım – hamısı açıq olub. Hətta qızım da insanların gözü qarşısında böyüyüb. Onun ilk addımlarını, ilk çıxışlarını insanlar görüblər. Həmişə paylaşmışam. Heç vaxt divarlar qurmadım, buna görə tamaşaçı məni yaxşı tanıyır.
 

Ardını oxu...

Bəlkə də insanların bəzən səhv başa düşdüyü yeganə şey həyatımın ritmidir. Çoxları düşünür ki, səhnədə üsyankaramsa, sərhəd tanımıram və risk edirəmsə, həyatda da eləyəm. Amma həyatda mən intizamlı insanam. Mənim “gecə rejimim”, xaosum yoxdur. Tez oyanıram, plan qururam və işləyirəm. Günüm nizamlı keçir. 
 
Bəlkə də tamaşaçılara ən çətin anlarımı heç vaxt göstərməmişəm. Mən ağrımı göstərməyi sevmirəm, göz yaşımı göstərməyi sevmirəm. Hətta çətin illər, daxili mübarizə olsa belə, tamaşaçı məni həmişə güclü görüb. Əgər tamaşaçı məndən sevinc və enerji alırsa, deməli hər şeyi düzgün edirəm".
Ardını oxu...
 

Müğənni Murad Ariflə şairə Zəhra Bədəlbəyli arasında “Avroviziya”ya görə mübahisə yaşanıb. 

Musavat.com xəbər verir ki, Murad Arif Zəhranın builki mahnımızı tənqid etdiyi statusa şərh yazaraq tənqidi fikirlər səsləndirib:

“Zəhra, balaca uşaqlar elə biləcək ki, hər şey yazdığın kimidir. Halbuki, bir zamanlar “Avroviziya” ölkəyə maraqlı idi, gənclər və idman naziri böyük büdcə ayırırdı, siz də öz ölkəmizdə yerli kadrlar hazırlamaq əvəzinə pulu basırdınız isveçli, ukraynalı, yunan mütəxəssislərə... Allahın suyunu daşıyan, tər silənlər də əcnəbilər idi. Gözlərimin şahidiyəm.

18 il əcnəbi mahnılarla ölkə təmsil etdiniz. İndi büdcə qurtarıb, 6-7 ildir diletantlarla çalışılır. Bu da pisdir, hə. Amma xahiş edirəm, indiki “Avroviziya” problemlərinin kökünü elə 2009-2023 aralığındakı “uğurlu-evropeyski” mahnıları seçənlərdə axtarın. Mən o vaxtdan susmuram, amma siz bal kimi gedib, ölkəmizə yad musiqilərlə bayraq qaldırmısınız... Heç nə unudulmur. Bu da ki, sizin yaratmadığınız yerli bazanın nəticəsidir”.

Zəhra Bədəlbəyli isə Murad Arifin fikirlərinə bu cavabı verib:

“Burda həqiqətlər var, amma yazdığın kimi deyil. Kanardan izləmək başqa, lap yaxın məsafədən bir işin içində olmaq tam başqa. Ona görə də fikirlərin mənim fikirlərimdən fərqli ola bilər. Amma həqiqəti mənə göstərmək lazım deyil, əzizim”.

Könül
Musavat.com

Ardını oxu...
  

Müğənni Şəbnəm Tovuzlu efir qadağası qoyulanlar siyahısında adının yazılmasına münasibət bildirib. 

Musavat.com-un xəbərinə görə, sənətçi bildirib ki, onun adı siyahıda olmayıb. Bu, sifarişlə yazılıb:

"Həmin siyahı çıxanda bilirdim ki, mənim adım orada yoxdur. Həm də rəsmi belə bir siyahı yoxdur. Eybi yox, yalan yazanlara heç nə demirəm. Adım qadağalar siyahısında yoxdur. Bilirəm ki, mənim adımı sifarişlə həmin yazıda yazdırıblar. Amma eybi yox, efirə çıxdım və sübut etdim ki, Şəbnəm efirdə qadağada olmayıb".

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkədə "efir qadağası qoyulan ifaçılar" adlı siyahı yayılıb. Siyahıda bir çox ifaçının adı yazılıb.

Könül
Musavat.com


Ardını oxu...
  

"Dostlar, builki iştirak ilə bağlı müzakirələrdə adımın tez-tez çəkildiyini görürəm və qısa bir aydınlıq gətirmək istəyirəm. Mənim nümayəndə heyəti ilə əməkdaşlığım "Avroviziya 2025" müsabiqəsindən sonra, müqaviləm bitdiyi üçün başa çatdı".

Musavat.com xəbər verir ki, bu sözləri "Avroviziya" qalibimiz Eldar Qasımov sosial media hesabında yazıb. 

O, "Avroviziya" ilə bağlı tənqidlərə belə cavab verib: 

"Builki layihədə iştirak etmirəm. Keçmiş illərdə mən musiqi prodüserliyi istiqamətinə cavabdeh idim və seçilmiş mahnı üzərində yerli, beynəlxalq müəlliflər, studiyalarla işləyirdim. İfaçı və mahnı seçimi isə peşəkar münsiflər heyəti tərəfindən edilirdi.

"Avroviziya" çox mürəkkəb və komanda işi tələb edən bir prosesdir, nəticə bəzən çox xırda detallardan asılı olur. Ölkəmizi bu il təmsil edən Jivaya ürəkdən uğurlar arzulayıram. "Just go" mahnısını hamı kimi mən də dünən ilk dəfə dinlədim. Jivanın vokalı həqiqətən güclüdür.

Məncə, müəllifin ideyası mahnını retro üslubunda təqdim edib bir az nostalji ovqatı yaratmaqdır - dinləyəndə adamda "sanki haradansa tanışdır" hissi yaranır. Maraqlı gedişdir və bəlkə də yarımfinalda yenidən səs verən münsiflər heyətinin xoşuna gələr.

Qarşıda böyük iş var. Əsas məsələ isə bu yolda həm işləməyi, həm də prosesdən zövq almağı bacarmaqdır. Axı bu, "Avroviziya"dır".

Könül
Musavat.com

Ardını oxu...
“Yalnız bundan sonra yoldaşım mənim qadın məclislərində oxumağıma icazə verdi…”

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Həftənin qonağı” verilişində deyib. Sənətçi keçmişi ilə bağlı gizli qalan məqamlardan danışıb:

“İki uşaq anası olmağıma baxmayaraq, qardaşım qəti şəkildə oxumağımı istəmirdi. Həyat yoldaşım isə buna razı idi. O, məcbur qalıb qardaşıma dedi ki, “əgər mənim ailəmdə söz demək haqqım yoxdursa, bacını apar, özün bax”. Mənə isə bildirdi ki, istəmirəm nə sənə, nə mənə, nə də atangilə problem yaransın. Yalnız bu mübahisədən sonra yoldaşım mənim yalnız qadın məclislərinə getməyimə icazə verdi.

Amma sonradan qardaşımı atamın yadigarı olduğu üçün bağışladım. Çünki mən atamın yadigarlarını hər kəsdən çox istəmişəm”.
 
 
Ardını oxu...
 

 

 

 
Azərbaycanı “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək JIVA-nın “Just Go” adlı mahnısı və onun rəsmi musiqi videosu təqdim olunub. 
 
Axşam.az xəbər verir ki, “Just Go” — sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnı münasibətlərdə yaşanan məyusluqdan sonra insanın özünü yenidən tapması və həyatında yeni bir səhifə açması ideyasını əks etdirir. Kompozisiyada JIVA-nın güclü vokal imkanları və emosional ifası xüsusi şəkildə ön plana çıxır. 
 
Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-da müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. Mahnının rəsmi musiqi videosunun rejissoru isə Fərhad Əlidir. 
 
Fuad Cavadov 1961-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1995-ci ildən etibarən ABŞ-da yaşayan bəstəkar beş musiqi albomu buraxıb, həmçinin film və televiziya layihələri üçün musiqilər bəstələyib. Hazırda Los-Ancelesdə yaşayır və yaradıcılıq fəaliyyətini davam etdirir. 
 
Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.
 
 
 
Ardını oxu...
  

 

Son günlər efir qadağası tətbiq edilən müğənnilər sırasında adının çəkildiyi iddia olunan sənətçi Ayan Babakişiyeva yenidən gündəmə gəlib.

Sosial mediada yayılan məlumatlarda onun bəzi telekanallarda efirə çıxışına məhdudiyyət qoyulduğu bildirilirdi. Lakin görünən odur ki, bu iddialar öz təsdiqini tapmayıb.

Bu gün Ayan Babakişiyeva ATV telekanalında yayımlanan verilişlərdən birinin qonağı olub. Müğənninin efirdə görünməsi isə efir qadağası ilə bağlı səsləndirilən fikirlərin yenidən müzakirə olunmasına səbəb olub.

Sənətçinin proqramda iştirakı sosial şəbəkələrdə də diqqətdən qaçmayıb və istifadəçilər bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Bununla da onun efir qadağası ilə bağlı yayılan xəbərlərin nə dərəcədə doğru olduğu sual altında qalıb./Milli.Az

Ardını oxu...
  

Müğənni Afət Fərmanqızı "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə alınan qeyri-adi hədiyyə ilə gündəmə gəlib.

Sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoda həyat yoldaşının ona maraqlı hədiyyə aldığını bildirib. Afət qeyd edib ki, həyat yoldaşı bu dəfə ona qaz hədiyyə edib.

İfaçı aldığı hədiyyəni izləyicilərinə göstərmək üçün yaşadığı binanın həyətinə düşərək qazı gəzdirməyə çıxarıb və həmin anları videoya çəkərək paylaşıb. Qısa müddətdə yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İzləyicilərin bir qismi bu hədiyyəni maraqlı və fərqli hesab etsə də, digərləri müğənninin paylaşımını birmənalı qarşılamayıb. Bəzi istifadəçilər belə bir hədiyyənin qeyri-adi olduğunu qeyd edərək zarafatla yanaşıblar, bəziləri isə buna tənqidi münasibət bildirib.

Sözügedən video qısa müddətdə sosial mediada sürətlə yayılaraq istifadəçilər arasında müxtəlif rəylərin yazılmasına səbəb olub./milli.az

 
 
 

Ardını oxu...

Dünyaşöhrətli müğənni Rihannanın Beverli Hills məhəlləsindəki evi atəşə tutulub.

Gununsesi.info  xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrə istinadən “Los Angeles Times” nəşri yazıb.

Belə ki, Los-Anceles polisi hadisədə 30 yaşlı qadını şübhəli bilərək saxlayıb.

İstintaqın məlumatına görə, qadın avtomobildə olarkən müğənninin malikanəsinə atəş açıb. Binaya doğru təxminən on atəş açılıb.

Mənbələrin məlumatına görə, hadisə baş verən zaman Rihanna evinin içərisində olub. Atışma zamanı xəsarət alan olmayıb.

Gununsesi.info

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Dünyapress TV

Xəbər lenti