Ardını oxu...
 

 

 

 
İran–İsrail və ABŞ arasında baş verən müharibə bölgəni yeni bir “od halqasına” doğru aparır.
 
APA xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər səsləndirib.
 
O vurğulayıb ki, Türkiyə həm diplomatik danışıqlarda effektiv həllər təklif edir, həm də sahədə güclü hərbi çəkindiriciliyə malikdir. Türkiyə regiondakı, xüsusilə İran­dan Livana qədər uzanan gərginliyi diqqətlə izləyir və bütün ehtimalları nəzərə alaraq milli maraqlarına uyğun şəkildə təhlil edir.
 
“Son hadisələrə uyğun olaraq quruda, havada, dənizdə, sərhəd xəttində və kiberməkanda tədbirlərimizi artırmışıq. Ölkəmizin hüquq və mənafelərini hər bir şəraitdə qorumağa, xalqımızın etimadına layiq olmağa yönəlmiş əzmimiz, gücümüz və qətiyyətimiz tamdır”, – deyə Yaşar Gülər qeyd edib.
Ardını oxu... İran Ordusu ABŞ və İsrail bazalarına qarşı ən gərgin əməliyyat başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İran dövlət televiziyasında yayımlanan 30 nömrəli bəyanatında deyilir.

SEPAH “Əsl vəd 4” əməliyyatının 37-ci dalğasının hücumların başlanğıcından bəri ən ağır və gərgin mərhələ olduğunu açıqlayıb:

“Təl-Əvivin cənubundakı peyk rabitə mərkəzi, Qərbi Qüds və Hayfadakı hərbi mərkəzlər, Ərbildəki ABŞ hədəfləri və bölgədəki 5-ci Dəniz Donanması ikinci dəfə hədəfə alınıb. 37-ci əməliyyat hücumların başlanğıcından bəri ən ağır və gərgin əməliyyat oldu”.

Bildirilib ki, əməliyyat 3 saatdan çox davam edib və bu müddət ərzində iki tonluq ballistik döyüş başlığı ilə təchiz edilmiş “Xorrəmşəhr” raketindən istifadə edilib.


Ardını oxu...

Rusiyanın İrandakı konsulluğuna avia-zərbə endirilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, 8 martda Rusiyanın İsfahandakı konsulluq binasına avia-zərbə endirilib. Nəticədə bir neçə nəfərin yüngül xəsarətlər alıb./Teleqraf

Gununsesi.info

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ardını oxu... 
Rusiyanın Ukraynada aktiv hücum əməliyyatları aparmaq imkanları tükənir.
Mediatv.az  xəbər verir ki, bunu Ukrayna ordusunun zabiti Andrey İlyenko “Kiyev 24” televiziya kanalında bildirib.
O, işğalçıların (Rusiya ordusu – red.) xeyli itki verdiyini deyib:
"Gec-tez onlar orduya qəbulla bağlı ciddi böhranla qarşılaşacaqlar. Və bu, artıq baş verir. Onlar üçün “top yemi”ni orduya cəlb etmək getdikcə çətinləşir. Hətta buna böyük vəsait ayırsalar belə... Və bu pul getdikcə azalır".
İlyenko həmçinin vurğulayıb ki, rus işğalçıları bütün cəbhə xəttində kifayət qədər qoşun toplaya bilmirlər:
"Bəzi ərazilərdə onların sayı artır, digərlərində isə azalır. Nəticədə, Ukrayna, "zəif nöqtələr"i ortaya çıxarmağa başlayır".
Ardını oxu... 
Əgər İran Hörmüz boğazından neft axınının qarşısını almaq üçün bir şey etsə, ABŞ ona indiyə qədər etdiyi bütün zərbələrdən 20 dəfə daha güclü zərbə endirəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Thuth Social" sosial şəbəkəsində yazıb.
"Bundan əlavə, biz həssas hədəfləri məhv edəcəyik və bununla da İranın bir dövlət kimi özünü yenidən qurmasını faktiki olaraq qeyri-mümkün edəcəyik. Ölüm, od və qəzəb onlara göndəriləcək. Amma ümid edirəm və dua edirəm ki, bu baş verməsin!", - deyə Tramp yazıb.
O, bunun ABŞ-nin Çinə və Hörmüz boğazından əhəmiyyətli dərəcədə istifadə edən bütün ölkələrə hədiyyə olacağını söyləyib: "Ümid edirəm ki, bu jest təqdir olunacaq".

Ardını oxu...

İran ordusu İraqın Ərbil şəhəri yaxınlığındakı ABŞ-nin hərbi bazasına PUA və raketlərdən istifadə etməklə hücuma keçib. Bağdad hava limanı yaxınlığındakı ABŞ-nin diplomatik obyekti də hücuma məruz qalıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, diplomatik obyektə edilən hücum “C-RAM” hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

ABŞ hərbi bazasına endirilən zərbələrin nəticələri barədə hələlik açıqlama verilməyib.

Gununsesi.info

Ardını oxu...

ABŞ-İsrail hücumlarının hədəfi olan İranın paytaxtı Tehranda yeni partlayışlar baş verib.

Gununsesi.info  xəbər verir ki, partlayışlardan sonra şəhərin müxtəlif yerlərindən qatı tüstü qalxıb.

Tehranda hava hücumundan müdafiə sistemləri işə salınıb və təyyarələrin səsləri eşidilməyə davam edir.

Gununsesi.info

Ardını oxu... 
ABŞ Dövlət Departamenti İsrailə təcili hərbi yardım çərçivəsində təxminən 151,8 milyon dollar dəyərində silah satışını təsdiqləyib.

Mediatv.az  xəbər verir ki, satış paketinə 12 min “BLU-110” hava bombası, həmçinin logistika və dəstək xidmətləri daxildir.

Dövlət katibi Marko Rubio bildirib ki, müqavilənin dərhal təsdiqlənməsi fövqəladə vəziyyət səbəbindən zəruridir və bu addım ABŞ-nin milli təhlükəsizliyinə töhfə verir. O qeyd edib ki, Konqresin mövqeyi bu hallarda tələb olunmur.

Rəsmi açıqlamada bildirilir ki, satış İsrailin mövcud və gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətini artırmaq və Yaxın Şərqdə regional balansı təmin etmək məqsədini daşıyır.

Ardını oxu...

ABŞ “USS George H.W. Bush” aviadaşıyıcısının başçılıq etdiyi üçüncü zərbə qrupunu Yaxın Şərqə göndərməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“Üçüncü aviadaşıyıcı zərbə qrupu Atlantik okeanını keçməyə və İrana qarşı müharibəyə qoşulmağa hazırlaşır. “USS George H.W. Bush” aviadaşıyıcısının yerdəyişməsinin yaxın zamanda baş tutacağı gözlənilir”, – telekanalın məlumatında deyilir.

Qeyd edək ki, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Lincoln” aviadaşıyıcısı İrana qarşı hərbi əməliyyatların aparıldığı bölgədədir. İkinci aviadaşıyıcı – “USS Gerald R. Ford” isə Qırmızı dənizdədir.

Gununsesi.info

Ardını oxu...
 
 

İsrail Ordusu İran ərazisindən növbəti raket buraxılışılarını aşkarladığını və onları zərərsizləşdirməyə başladığını bildirib.

Bu barədə İsrail Ordusunun Mətbuat xidməti açıqlama verib.

"İsrailin Müdafiə Ordusu İrandan İsrail Dövləti ərazisinə raket atışını aşkar edib", - bəyanatda deyilir.

Nazirlik əlavə edib ki, hava hücumundan müdafiə sistemləri təhlükələrin qarşısını almaq üçün işləyir.

XalqXeber.Az
 

Dünyapress TV

Xəbər lenti