Ardını oxu... 
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva  barəsində cinayət işi açılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, külli miqdarda dələduzluqda ittiham olunur.
K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsində istintaq aparılır.
Qeyd edək ki, bir ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da Könül Həmzəyevadan şikayət edib. İnfluenserlər Xətai Rayon Polis İdarəsinə müraciət edərək Həmzəyevanın onların 150 min manatını mənimsədiyini bildirib.
 
Ardını oxu...
  

Avstraliya İranın qadınlardan ibarət milli futbol komandasının beş oyunçusuna ölkədə qalmaları üçün viza verib.

Avstraliyanın daxili işlər naziri Toni Börk jurnalistlərə bildirib ki, komandanın qalan üzvləri də Avstraliyada qala bilərlər. Komanda Asiya Kubokunda iştirak etmək üçün ölkəyə gəlib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Kanberradan təhlükəsizlikləri ilə bağlı narahatlıqları nəzərə alaraq İranın qadınlardan ibarət milli futbol komandasının oyunçulara viza verilməsini xahiş edib.//Report


Ardını oxu...

Ermənistanın baş naziri Nikol Pashinyan ailəsi ilə bağlı yeni qalmaqal gündəmə gəlib. Bu dəfə diqqət mərkəzində baş nazirin keçmiş həyat yoldaşı Anna Akopyan və onların qızı Şuşan Pashinyan dayanıb.

Gununsesi.info Musavat.com-a istinadən xəbər verir ki, Anna Akopyan öz Instagram hesabında qızı Şuşan Paşinyanı da izləmədən çıxarıb. Bu addım qısa müddətdə sosial şəbəkələrdə diqqət çəkib və istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Bu, Paşinyan ailəsində son aylarda baş verən gərginlik fonunda baş verib.

Xatırladaq ki, bir müddət əvvəl Anna Akopyan və Nikol Paşinyan təxminən 30 illik münasibətlərinin başa çatdığını açıqlamışdılar. Bu xəbər Ermənistanda ciddi rezonans doğurmuşdu. Ayrılıqdan sonra tərəflər sosial şəbəkələrdə də bir-birini izləmədən çıxarıb. İlk olaraq Anna Akopyan bu addımı atdı, daha sonra isə baş nazir Nikol Paşinyan da onu “sildi”
İndi isə diqqət çəkən yeni detal ortaya çıxıb: Anna Akopyanın qızı Şuşan Paşinyanı da izləmədən çıxarması.

Qeyd edək ki, son günlər Paşinyan ailəsi ilə bağlı başqa bir məqam da diqqətdən yayınmayıb. Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Nikol Paşinyanın sosial şəbəkələrdə keçmiş həyat yoldaşı Anna Akopyanı təbrik etməməsi də diqqət çəkib. Bu detal da ailə daxilində münasibətlərin əvvəlki kimi olmadığı barədə ehtimalları daha da artırıb.

Gununsesi.info


Ardını oxu...

Nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayında ötən illərlə müqayisədə artım qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat  Dövlət Statistika Komitəsinin 8 Mart münasibətilə açıqladığı statistik göstəricilərində öz əksini tapıb.

Məlumata görə, sürücülük vəsiqəsi alanlar arasında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz idisə, 2025-ci ildə bu göstərici 18,8 faizə çatıb.

Xatıladaq ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2024-cü ildə isə 15,9 faizədək artıb.

Gununsesi.info

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ardını oxu...

Samux sakini bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, Əhmədbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova xəstəxanaya çatdırılıb.

Qadının vəziyyəti orta-ağırdır.

Məlumata görə, 2005-ci il təvəllüdlü Raul Ələkbərov ailə münaqişəsi zəminində anası, Elnurə Ələkbərovanı bıçaqlamaqda şübhəli bilinir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam edir.

Gununsesi.info

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ardını oxu...
 

 

 

 
Bu gün səhər saatlarında Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib.
 
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Hadisə yerindən qaçan İ. Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvil veriblər.
 
Araşdırma aparılır.

Ardını oxu...
Əlbəttə ki, bütün yazdığım mətnlər və etdigim çıxışlar ideal deyil. Hər birində tənqid üçün yetərincə açıq məqamlar olur və olmalıdır da! Yazı mətnləri ilə birbaşa mətnsiz edilən çıxışlar da bir-birindən üslubca fərqlənir. Yazı mətni daha ciddi məsuliyyət tələb edir və qalıcı dəyərləndirməyə tabedir. 50-100 il sonralarda da oxunub fərqli baxış bucağından şərh oluna bilər. Şifahi çıxışın isə əsas hədəfi mövcud auditoriyaya uyğun olaraq izləyicilərin diqqətini seçdiyin və ya öncədən seçilmiş mövzuya yönəltməkdir.
 
Burada ritorik manevrlər qaçılmazdır və problemin ciddiliyini qabartmaq üçün seçdiyin üslub çox böyük önəm daşıyır. Xüsusilə də çıxış üçün dəqiq vaxt çərçivəsi qoyulanda, arzu etdiyini deyil, vaxta sığışa bilənləri dinləyənlərə çatdırmağa məhkum olursan. Son parlament iclasında 5 dəqiqəlik çıxışımı bir daha diqqətlə dinlədim. Bu çıxışda 6 ciddi problemə toxunulmuş, bir neçə faydalı saylıla biləcək təklif verilmiş və nədənsə, bütün bu mövzudan sosial şəbəkədə ancaq boşanmaların bəzi qadınlara aid neqativ tərəfi geninə-boluna müzakirə olunmuşdur.
 
Qeyd edim ki, bunların içində təqdir və tənqid yazılarına normal yanaşmışam və hətta bəzi tənqidləri faydalı hesab edərək öz səhifəmdə də paylaşmışam. Etik çərçivəni aşmadan paylaşılan bir neçə status üzrə aparılan müzakirələrə də birbaşa qoşularaq mövqeyini aydın şəkildə çatdırmağa çalışmışam. Lakin hər dəfə olduğu kimi marıqda gözləyən bəzi dəyərsiz kimliklər mövzunu bir tərəfə buraxıb şəxsimi məqsədyönlü şəkildə təhqir etməyə çalışanda yazılarımla onlara zəruri Osmanlı tokatı vurmağa da tənbəllik etməmişəm. Qısaca yuxarıda vurğulanan mövzu ilə bağlı aydın mövqeyimi bildirim:
 
Boşanmalar ailə institutunu ciddi şəkildə sarsıdır, məhkəmə praktikasında günahkar əsasən kişilərin uyğunsuz davranışı olur və onların üzərinə aliment öhdəliyi qoyulur. Üstəlik, bir qisim kişilərin alimentləri ödəməkdən məqsədli şəkildə yayınılması da qadınlarımız üçün ağır sosial sıxıntılar yaratmaqdadır. Doğrudan da boşanmalarda daha çox rolu olan tərəf kişilərdir. Bu səbəbdən boşanmış iffətli qadınların da hansı əzab-əziyyətlə, psixoloji travmalarla övladlarını böyütdüklərini çevrəmizdə, yaxud çevrəmizdən kənarda açıq şəkildə müşahidə edə və duya bilirik.
 
Eyni zamanda qeyd edirəm ki, bəzi qızlar da məqsədyönlü şəkildə ailə qururlar ki, bir və ya iki uşaq olandan sonra aliment almaq, mal-mülkdən pay qazanmaq və sərbəst yaşamaq (bunun içində açıqlanması mümkün olan və olmayan çox məsələlər durur) istəklərini həyata keçirsinlər. Bu barədə də müvafiq orqanlardan əldə etdiyim faktlara, tanıdığım və ya qəbulumda olan insanların müraciətlərinə əsaslanan yetərincə bilgilər var. Ancaq yenə də bu şəxsləri ittiham etmək yerinə, təklif etmişəm ki, belə niyyətli qadınlar müəyyənləşdirildiyi təqdirdə Mediasiya qurumu rəyini məhkəməyə təqdim etsin və nəticədə daha obyektiv qərarlar qəbul olunsun. Bununla da boşanmada günahı olmayan kişilərə ağır maddi məsuliyyət yüklənməsin. Buraya qədər yəqin ki, normal düşünən, ağlı başında olan hər kəs çıxışın mahiyyətini anlamış oldu. İndi isə keçək ağlı başında olmayanlara bəzi məqamları izah etməyə. Onlardan biri də heç şübhəsiz “REAL” partiyasının keçmiş sədri İlqar Məmmədovdur.
 

Əlbəttə, İlqar Məmmədov bizim çıxışımıza mədəni tənqid üslubunda cavab versəydi, “Eyvallah!” deyib üzərindən sakitcə keçərdik və hətta bəzi tənqidlərindən faydalanardıq. Ən azı siyasi partiyalar arasında, partiya rəhbərləri arasında münasibətlərin normal səviyyədə qorunmasına cəhd etməklə bu etik çərçivəni aşmamaq mümkün idi. Ancaq nədənsə, bu şəxs açıq şəkildə ədəbsiz üslüb seçərək “bizim statistikanı anlamadığımızı”, “qadınları şərlədiyimizi”, “ağılsız fikir ortaya atdığımızı” iddia edərək təhqiramiz ittihamlar irəli sürmüşdür. Öncə inanmadım, çünki bizim çıxışımız ailə institutunun pozulmasında rolu olan, bəzi yüngül əxlaqlı və sərbəst həyat arzulayan, yüksək maaşdan yüksək aliment və mülkiyyətdən pay qoparmaq niyyəti ilə boşanmağa çalışan qadınlarla əlaqəli idi. Lakin və sanki həmin kateqoriyaya aid olan şəxslərdən biri kimi məhz İlqar Məmmədovun cavab verməsi bəzi məqamları xatırlarkən təəccübümə səbəb olmadı. Çünki illər öncə həmin yuxarıda adı keçən İlqar Məmmədov bütövlükdə parlamenti tərbiyəsizcəsinə heyvanxanaya bənzətmişdi və ardınca da gizli öhdəliklər, habelə Avropa məhkəməsinin qətnaməsi ilə ödənilən külli miqdarda vəsait nəticəsində təcili və müəmmalı şəkildə həbsxanadan azad olunan kimi özünün heyvanxana dediyi müəssissəyə düşmək üçün əlahiddə canfəşanlıq etmişdi. Nəticədə arzuladığının əksinə parlamentdə deyil, siyasətin təcrid olunmuş heyvanxanasında irreal bir baxıcı olaraq qalmağa razılaşmış oldu.

Yazısının sonluğu ilə tanış olduqda isə aydın olur ki, İlqar Məmmədovun yüngül həyat tərzinə meylli qadınların adından etiraz səsini ucaltması heç də onun səmimiyyətindən irəli gəlmir. Çünki adam əslində, mövzuya dəxli olmayan başqa bir gileyini diqqətə çatdırmaq istəyir. Guya deputatlardan biri seçkilərə qoşulduğu zaman ona dostcasına belə demişdir: “İlqar, sən niyə seçicilərə səslənirsən axı? Nəzərə al da, sənin bircə nəfər seçicin var. Əsas odur, elə et səndən o razı qalsın!” Tövsiyə olaraq deyim ki, cənab İlqar Məmmədov, bundan sonra da səndən nə o, nə onlar, nə də seçici dediyin Azərbaycan vətəndaşları razı qalcaqlar. Sənə zərrə qədər etibar da etməyəcəklər. Çünki həbsxanadan hansı şərtlərlə çıxdığını bilənlər anlayırlar ki, mal-mülk üçün, siyasi aliment əldə etmək üçün boşanmağa həmişə meyilli olacaqsan!
 
Çalış bundan sonra, heç olmasa, bu cür qadınların hüquqlarını davamlı qoruyan feminist olasan! Onlar səni layiq olduğun yerə hökmən təyin edəcəklər!
 

Ardını oxu... Millət vəkili Fazil Mustafanın ötən gün parlamentdə boşanmış qadınlarla bağlı səsləndirdiyi fikirlər ictimai müzakirələrin mərkəzinə çevrilib və cəmiyyətdə ciddi rezonans doğurub.
Musavat.com xəbər verir ki, deputat Milli Məclisin plenar iclasında çıxışı zamanı son illər boşanmaların artması məsələsinə toxunaraq bəzi qadınların məqsədli şəkildə ailəni dağıtdığını iddia edib:
“Ən dəhşətli isə budur ki, son 9 ayda Bakıda bütün qeydə alınmış nikahların 56%-i boşanma ilə nəticələnib. Yəni 100 nəfər evlənən olubsa, onun 56-sı boşanıb. Bu, olduqca ciddi məsələdir. Ağırlığı kişinin üzərinə qoyub aliment kəsirlər. Bir çox vaxt qadınlar məqsədli şəkildə ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanırlar".
Deputatın bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bu fikirləri qadınlara qarşı ümumiləşdirilmiş və ədalətsiz yanaşma kimi qiymətləndirərək tənqid edib, digər qrup isə ailə institutunun zəifləməsi ilə bağlı narahatlıqların açıq dilə gətirildiyini bildirib.
Musavat.com bildirir ki, müzakirələrə tanınmış şair Aqşin Yenisey də qoşularaq deputatın fikirlərinə dəstək verib:
“Şərq mentaliteti qadınlara bəzi qadağalar gətirdiyi kimi, kişilərə də bəzi qadağalar qoyur. Məsələn, deyir ki, qadın nə qədər nanəciblik etsə də kişi danışmamalıdır, ayıbdır, qadını müzakirə etmək kişiyə yaraşmaz.

Ona görə də Şərqdə heç kim sosioloq olmaq istəmir, bilir ki, arvadlardan danışsa, şalvarını əynindən çıxaracaqlar, kişilərdən danışsa, bağırsaqlarını dolayacaqlar ayağına.

Problemin bizə məxsus olan tərəfi budur ki, Peykanlıda əksər qızların, qadınların ailə qurana qədər seçim azadlığından istifadə etmələri təhlükəlidir. Ona görə də məcbur ərə gedib boşanırlar ki, özlərinin bu seçim haqqlarından rahat yararlana bilsinlər".
 
Ardını oxu... 
“Referans Weelbeing Center”in baş həkimi Ülya Quliyevanın həbsi istənilib. 
 Bnunla bağlı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət olunub.
Ülya Quliyeva ilə bağlı xüsusi ittiham qaydasında şikayət verən də həkimdir. Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində çalışan həkim şikayət ərizəsində qeyd edib ki, bir neçə il əvvəl “Referans”ın Nəsimi filialında baş həkim vəzifəsində çalışan Ülya Quliyeva ilə tanış olub, onun rəhbərlik etdiyi filialda saat hesabı həkimlik fəaliyyəti göstərib.
2025-ci ilin dekabr ayından etibarən isə Ülya Quliyeva əvvəlcə vatsapda müxtəlif yazılı və səsli mesajlar göndərərək, onun şəxsi həyatına aid məlumatları “İnstagram” sosial şəbəkəsində paylaşacağını bildirib. Ülya Quliyeva tərəfindən təhdid olunduğunu bildirən həkim, səs yazılarında onu təhqir etdiyini, ləyaqətini alçaldan ifadələr işlətdiyini iddia edib.
Milli Onkologiya Mərkəzinin həkimi şikayətində Ülya Quliyeva tərəfindən şantaj olunduğunu bildirsə də, sonradan şikayətini geri çəkib. Bu səbəbdən məhkəmə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edib. /Teleqraf/
 
Ardını oxu...
İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin nəvəsi, hakimiyyətə iddialı Rza Pəhləvinin qızı Nur Pəhləvinin sosial şəbəkədə yazdığı adi bir rəy vətənində etirazla qarşılanıb.

SAVASHMEDİA.az xəbər verir ki, Rza Pəhləvinin qızı Nur ABŞ Prezidenti Donald Trampa İranı vurduğuna görə təşəkkür edib. 

Belə ki, o Trampın rəsmi X (keçmiş Twitter) İranın ali dini lideri Əli Xameneinin öldürülməsi ilə bağlı paylaşdığı məlumatın şərh yerinə “Çox sağ ol!” (“Thank you!”) yazıb. 

Nur Pəhləvinin bu şərhi İran mediasında sərt sözlərlə tənqid olunub və Nur Pəhləvi həyazsıqlıqda günahlandırılıb. 

"Bu, devrilmiş İran şahının nəvəsinin əsl həyasızlığıdır" - mövzu ilə bağlı xəbərlərdən başlığı belədir.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti