Ardını oxu...
Bakıda, "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.

10.12

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimi başlayıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edir.

Forum "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunub.

Qlobal Bakı Forumu artıq uzun illərdir ki, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən Forum müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri və qərar qəbul edən şəxsləri bir araya gətirərək qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.
 
Ardını oxu... 
Tanınmış plastik-cərrah Ülviyyə Ağazadə “Azər-Türk Med”də gerçəkləşən əməliyyat zamanı sağlamlığına zərər vurduğu pasiyentinə 31 718 manat təzminat ödəyəcək.
Ardını oxu... 
Bununla bağlı məhkəmə qətnamə qəbul edib.
 Məlum olub ki, Ülviyyə Ağazadə tərəfindən icra olunan əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və o, “Azər-Türk Med”dən başqa bir özəl klinikaya köçürülüb. Qadın buradakı müalicəsinə 27 000 manat civarında pul xərcləyib.

Ardını oxu... 
İş materiallarında pasiyent üzərində icra edilmiş abdominoplastika, bel, çanaq nahiyəsinin liposaksiyası, qasıq hissəsinin liposaksiyası cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmədiyi qeyd olunub.
 
Ardını oxu... 
Baki Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yeni tenderinin nəticəsini açıqlayıb. 
Bizimesr.com xəbər verir ki, qurum Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması xidmətini satın alıb.
Məlumatda deyilir ki, tenderin qalibi “AZ.ARXİTEKTURA” MMC olub. Tərəflər arasında 3 milyon 16 min 98 manat dəyərində müqavilə imzalanıb.
Bəlli olur ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “Az.Arxitektura” MMC arasında son bir ildə daha 5 tender anlaşması əldə olunub. Məsələn, ötən ilin yayında Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması xidməti satın alınıb. Bunun üçün 2 milyon 387 min 833 manat ödəniş edilib.
Ceyhun Hacıbəyli küçəsində yerləşən yeni salınmış park ərazisində flora və fauna muzeylərinin layihə-smeta sənədlərinin hazırlanması isə 605 min 930  manata başa gəlib.
Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması da “Az.Arxitektura” MMC-yə həvalə olunub. Bunun müqabilində isə 3 milyon 30 min 582 manat ödəniş olunub.
Analoji işlər Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işlərinin və Roma papası II İohann Pavel adına katolik kilse binasının layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması şəklində də reallaşdırılıb. Sözügedən şirkət birinci iş üçün 980 min 462 manat, ikinci iş üçün isə 647 min 112 manat pul alıb.
Araşdırmamız zamanı o da məlum olub ki, “Az.Arxitektura” MMC 2019-cu ildə qeydiyyata alınıb. Şirkət 10 manatlıq nizamnamə kapitalı ilə təsis edilib. 2021-ci ildə şirkətin nizamnamə kapitalı 5010 manata qədər artırılıb. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, mikrorayon 7, ev 29 A, 1260-cı keçid,1-ci giriş, 1-ci mərtəbə ünvanında yerləşən şirkətin qanuni təmsilçisi Şükürlü Yunis Sahib oğludur.
Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra yaradılıb. Daha dəqiqi MMC 2019-cu ildə təsis edilib. “Az.Arxitektura” şirkəti də sözügedən MMC ilə eyni ildə yaradılıb və dərhal da satınalma müsabiqələrinə qatılmağa başlayıb.
Bildirək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin rəhbəri Abit Əliyevdir. O, Eldar Əzizovun yaxın adamı kimi tanınır. Eldar Əzizov hələ Gəncənin icra başçısı vəzifəsində çalışarkən Abit Əliyev onunla işləyib.
Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 

 
Ardını oxu...
 
 

“Elm və təhsil naziri hörmətli Emin Əmrullayevin yanında oturan Qarabağ Regional Təhsil İdarəsinin müdiri Mənsimli Sənan Famil oğlu Azərbaycan Texnologiya Universitetinin Telekommunikasiya fakültəsinin “Rabitə qovşaqları və Kommunikasiya sistemləri” ixtisası üzrə məzunudur. Emin müəllimin yaxın dostudur”.

Bu açıqlama ilə keçmiş millət vəkili, təhsil eksperti, UNEC İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev çıxış edib.

Emin Əmrullayevin fotosunu paylaşan E. Əliyev bildirib ki, nazir əvvəlcə Sənan Mənsimlini 13 saylı ərazi maliyyə hesablaşma mərkəzinə direktor təyin edib:

“Hesabı yaxşı bildiyindən Sənan Mənsimli 2022-ci ildə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Valideynə, müəllimlərə divan tutduğuna görə yerini təzədən dəyişib. Yəni indiki vəzifəyə gətirib. Orta təhsilin əlifbasını belə bilmir.

“AzGranata”dan, “Şəkər zavodu”ndan, “Bakı Dəniz Limanı”ndan nazirliyə yüksək vəzifələrə dostların təyinatı olursa, onda “rabitəçi” niyə olmasın?

Xocalı soyqırımı zamanı Fatma Zeynalova 27 gün ailəsi birlikdə erməni əsirliyində olmuş və əsirlikdə olan zaman azyaşlı övladlarının gözü qarşısında həyat yoldaşı güllələnərək şəhid olmuşdur. Fatma Zamanovanın Sənanın dostu və məsləkdaşı Emin Əmrullayevə bu rabitəçinin əməlləri barədə ünvanladığı məktubdan: “Qalmışıq bu allahsızın əlində…”

Əziz bacım Fatma xanım: “Allahsız Sənan deyil e, Sənanı ora təyin edəndır!” – deyə E. Əliyev ittihamlarını tamamlayıb.
azerbaycan.24

XalqXeber.Az
Ardını oxu...
 
 

 XIII Qlobal Bakı Forumu başlayıb.

Tədbirin açılış mərasimi Gülüstan sarayında keçirilir.

Qlobal Bakı Forumu artıq uzun illərdir ki, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən və 400 nəfərin iştirakı gözlənilən beynəlxalq tədbir müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək, qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.

Forum martın 14-dək davam edəcək.

Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr dünyadakı proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar.

XalqXeber.Az
Ardını oxu... 
Azərbaycanda son bir ildə ən çox şikayət edilən sığorta şirkətləri məlum olub.
"APA-Economics" xəbər verir ki, bu ilin fevral ayı üzrə avtomobillərin icbari sığortası üzrə ən çox şikayət olunan sığorta şirkəti 2,02 bəndlə "Xalq Sığorta"olub. "Atəşgah Sığorta" 1,35 bəndlə siyahıda ikinci olub. Şikayətlərin həcminə görə "Meqa Sığorta" da 1,34 bəndlə qırmızı zonada qərarlaşıb.
Sığorta şirkətlərinin şikayət indeksi tam olaraq aşağıdakı kimidir:
Ardını oxu...
Abşeron Rayon Mərkəzi Xəstəxanasında travmatoloji xidmətin saat 15:00-dan, reanimasiya şöbəsinin isə 19:00-dan sonra fəaliyyət göstərmədiyi iddia olunur.

TEREF xəbər verir ki, mənbələr bildirirlər ki, bu məhdudiyyətlər xəstələr üçün ciddi narahatlıqlar yaradır, çünki təcili hallarda mərkəzə müraciət edən və ya əməliyyat tələb edən şəxslər lazımi tibbi xidməti tam şəkildə ala bilmir.

İddialara görə, məhdudiyyətlərin mövcud olmasına baxmayaraq, mərkəzdə “xüsusi xəstələr” üçün protez əməliyyatlarının davam etdirilməsi halları qeydə alınıb. Bu vəziyyət, prosesin məqsədli şəkildə idarə olunduğu və müəyyən xəstələrə üstünlük verildiyi ehtimallarını gücləndirir. Mənbələr bildirir ki, əməliyyatlar adətən müəyyən şəxslər üçün planlaşdırılır və bunun digər xəstələrə tətbiq olunmaması narazılığa səbəb olur.

Məsələ ilə bağlı sorğumuza hələ ki cavab verilməyib. /Nocomment/
Ardını oxu...
“Savadsız jurnalistika yazır ki, Emin Əmrullayev Xankəndində dərs keçdi. Nazir test kitabçasından uşaqlara bir tənlik yazır. Əlində tutduğu dərsliyə oxşamır. Düşünülmüş ssenaridir”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə keçmiş deputat Etibar Əliyev çıxış edib.

Elm və təhsil naziri Emin Əmrullayevin Xankəndidə orta məktəbdə, lövhə qarşısından fotosunu paylaşan E. Əliyev nazirin riyazi savadının olmadığını bildirib:

“Ay savadsızlar, Emin Əmrullayev riyaziyyatçı deyil. O, bilirdi ki, Xankəndində məktəbi ziyarət edəcək. Emin müəllimin orta məktəbdən babat riyazi biliyi olsaydı, kitabçasız, özünün biliyi çərçivəsində uşaqlara bir tənlik yaza bilərdi. Bu cür artistlik nəyə lazımdır? Cəmiyyəti ələ salırsınız?..”

Qeyd edək ki, bu gün elm və təhsil naziri Emin Əmrullayev Xankəndi və Xocalı şəhərlərinə səfəri çərçivəsində bir sıra təhsil müəssisələrində tədris prosesi və yaradılmış şəraitlə yaxından tanış olub. Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, nazir Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə olub. E. Əmrullayev həmin məktəbdə şagirdlərə riyaziyyatdan dərs deyib.
 
 
 
Ardını oxu...
Bugünlərdə 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib.

İmtahandan dərhal sonra sosial şəbəkələrdə, müxtəlif platformalarda müzakirələr başlayıb və narazılıqlar səsləndirilir. Bildirilir ki, imtahanda düşən suallar Elm və Təhsil Nazirliyinin tədris proqramına, dərsliklərinə əsaslanmayıb.

Nədənsə imtahandan sonra hər il bu barədə məlumatlar yayılır, etirazlar səslənir, amma nə DİM, nə də Elm və Təhsil Nazirliyi tədbir görür. Buraxılış imtahanlarında sualların çətinliyi, təhsil proqramına uyğun olmaması nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, hər buraxılış imtahanlarından sonra müzakirələr başlayır və blok imtahanlarına qədər ilkin müzakirələrinin nəticəsi həm vaideynlər, həm də repetitorlar, kurs rəhbərləri arasında geniş müzakirəsi olur:

“Builki müzakirə hər zamankından fərqlənir. Belə ki, builki müzakirələrdə daha çox tənqid edilən həm kurs rəhbərləri, həm də repetitorlardır. Onlar da öz növbəsində Dövlət İmtahan Mərkəzini ittiham edirlər ki, sullar çox ağır, hətta blok imtahanına bərabər olub.

Nəzərə alsaq ki, ümumtəhsil məktəblərində buraxılış imtahanları tədris müddəti başa çatmamışdan ən azı 3 ay qabaq keçirilir və bu zaman müəyyən qədər valideynlər, repetitorlar, kurs rəhbərləri özlərini bu məsələdə haqlı sayırlar.

Bu gün ümumilikdə gərgin bir atmosfer yaranıb və bunun qarşısını almaq üçün daha yaxşı yollar düşünülməlidir”. Ekspert deyir ki, bunun üçün DİM müəyyən addımlar atmalıdır:

“Məsəslən, imtahanları tam elektron sistemə keçirməlidir. Bugünlərdə keçirillən buraxılış imtahanlarının nəticəsi 7 həftə sonra məlum olacaq. Bu da müəyyən qədər narahatlıq yaradır. Açıq tipli sualların cavablarının yoxlanılması gərginlik yaradır.

Bir tərəfdən Elm və Təhsil Nazirliyinin belə bir təşəbbüsü var ki, repetitorluğu aradan qaldırsın. Ancaq görünən mənzərə odur ki, DİM-in tərtib etdiyi suallar, onların qoyduğu qaydalar, şərtlər repetitorluğun davamını məcburi edir.

Yaxın vaxtlarda repetitorluqla bağlı vəziyyətin aradan qaldırılmasına inanmıram. Artıq ibtidai siniflərdən uşaqlar müəllim yanına hazırlığa gedirlər. Bu, bir qədər acınacaqlı vəziyyət yaradır. Yəni bu da buraxılış imtahanlarının ağırlıq dərəcəsi ilə bağlıdır”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi məsələyə münasibət bildirib. Bildirilib ki, buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən çox aydın metodiki çərçivəyə istinad olunur. Bu çərçivəyə ölkədə qüvvədə olan təhsil proqramları, dərsliklər və həmin materiallar əsasında hazırlanmış buraxılış imtahanı proqramları daxildir.

İmtahan sualları da məhz bu sənədlər nəzərə alınaraq hazırlanır. Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə qeyd olunub ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün asan, orta və çətin suallardan istifadə edilir.

Bildirilib ki, imtahan yalnız zəif və orta hazırlıqlı deyil, həm də yaxşı hazırlaşmış iştirakçıların bilik səviyyəsini müəyyənləşdirməyə xidmət etməlidir. Mərkəz vurğulayıb ki, imtahanın asan və ya çətin olması nisbi məsələdir və bu, iştirakçının hazırlıq səviyyəsindən asılı olaraq dəyişə bilər:

"Hər hansı tapşırıq bəzi iştirakçılar üçün çətin, digərləri üçün isə asan ola bilər. Ənənəvi təhlillər isə göstərir ki, bəzən test tapşırıqlarının çətin olması ilə bağlı səsləndirilən fikirlər həqiqətə uyğun olmur". DİM-dən bildirilib ki, imtahan nəticələri hələ elan olunmayıb və bu səbəbdən konkret qiymətləndirmə aparmaq mümkün deyil:

"İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunacaq. Dövlət İmtahan Mərkəzi imtahanlardan dərhal sonra bütün tapşırıqları və onların izahını saytına və sosial şəbəkə hesablarına yerləşdirir.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqları ilə tanış ola bilirlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilir.

Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir". Bildirilib ki, martın 15-də keçiriləcək növbəti buraxılış imtahanı da eyni səviyyədə təşkil olunacaq.
 
Ardını oxu...
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi “Ağdam şəhər Cümə məscidinin tikinti-quraşdırma işləri”nin satın alınması üzrə 24.10.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZ TECHNOCON GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 412.693,83 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.02.2026-cı ildə dərc edilib.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, bu tərəflər arasında bağlanan ilk müqavilə deyil.
Tərəflər arasında ilk müqavilə 20.12.2023-cü ildə bağlanılıb. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin hüquqi varisi olduğu “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi “AZ TECHNOCON GROUP” MMC ilə “Xocavənd rayonu ərazisində yerləşən Tuğ kəndi yaşayış məntəqəsinin tikinti layihəsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinin” satın alınması üzrə 702.806,9 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Bundan sonra, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 13.09.2024-cü ildən başlayaraq “AZ TECHNOCON GROUP” MMC ilə 9 satınalma müqaviləsi bağlayıb.
Ağdərə rayonu, Suqovuşan qəsəbəsində tikintisi davam edən 5 ədəd 5 mərtəbəli yaşayış binalarının xarici rabitə şəbəkəsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə 68.968,95 manat dəyərində 13.09.2024-cü ildə.
Ağdam şəhəri Meşə parkının layihələndirilməsi çərçivəsində söküntü işlərinin satın alınması üzrə 190.743,07 manat dəyərində 28.12.2024-cü ildə.
Füzuli şəhəri inzibati bina layihəsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinin satın alınması üzrə 339.500,28 manat dəyərində 09.01.2025-ci ildə
Ağdam şəhərinin inzibati ərazisində inzibati bina kompleksinin və şəhər meydanının tikintisi layihəsi çərçivəsində söküntü işlərinin satın alınması üzrə 56.673,44 manat dəyərində 10.01.2025-ci ildə
Füzuli şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün orta sıxlıqlı və çoxfunksiyalı zona, orta mərtəbəli yaşayış məhəllələrinin tikintisi layihəsi çərçivəsində söküntü işlərinin satın alınması üzrə 84.257,98 manat dəyərində 13.01.2025-ci ildə.
“Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxana kompleksinin tikintisi və quraşdırılması işləri”nin satın alınması üzrə 1.035.196,96 manat dəyərində 25.08.2025-ci ildə.
“Ağdam rayonunun 4 nömrəli yaşayış massivi üzrə Su – Kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işlərinin” satın alınması üzrə 3.269.870,46 manat dəyərində 04.12.2025-ci ildə.
“Füzuli şəhərinin 3 nömrəli yaşayış məhəlləsində söküntü işləri”nin satın alınması üzrə 137.605,52 manat dəyərində 23.01.2026-cı ildə.
Göründüyü kimi “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi son iki ilə yaxın vaxtda “AZ TECHNOCON GROUP” MMC ilə ümumi dəyəri 5 595 505 manat olan 9 satınalma müqaviləsi bağlayıb.
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin milyonlarla manat dəyərində dövlət sifarişi verdiyi MMC haqqında nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZ TECHNOCON GROUP” (VÖEN: 1904433171) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 16.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SURAXANI RAYONU, QARAÇUXUR ŞTQ, ŞƏRQ (QARAÇUXUR QƏS.), ev.9 DÖNGƏ EV 37B, qanuni təmsilçisinin isə Acalov Elşad Ağakişi oğlu olduğu qeyd edilib.
Qeyd edək ki, 16.07.2020-ci ildə MMC “ZUSS CONSTRUCTION” kimi dövlət qeydiyyayına alınıb. 03.08.2021-ci ildə adı dəyişdirilərək “ODD CONSTRUCTİON” olub. 05.04.2023-cü ildən “AZ TECHNOCON GROUP” kimi fəalliyyət göstərir.
MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Hüseynov Rafiq Cümşüd oğlu olub. Daha sonra Dünyamalıyev Fuad Mehdi oğlu və Acalov Elşad Ağakişi oğlu ayrı ayrı vaxtlarda MMC-yə rəhbərlik ediblər.
Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdu. O, daha əvvəl Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Leysan Məmmədovun karyerasından göründüyü kimi daim məsul vəzifələrdə çalışıb. Uzun illər Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində rəhbər vəzifələrdə çalışıb. Yəni. tikinti sahəsini incəliklərinə qədər bilir. Onun Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktoru kimi son vaxtlar işbirliyində olduğu şirkətlərdən biri də göründüyü kimi “AZ TECHNOCON GROUP” MMC-dir. Niyə məhz bu şirkət?
Bu MMC-ni Leysan Məmmədova bağlayan bir tel olmasaydı, görəsən işğaldan azad olunmuş ərazilərdə həm söküntü işləri, həm su – kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işləri, qazanxana kompleksinin tikintisi üzrə , həm də rabitə şəbəkəsinin tikinti-quraşdırma işləri üzrə müxtəlif profilli işlərin qalibi ola bilərdimi?
Aktualinfo.net

Dünyapress TV

Xəbər lenti