39b3290c09147f0d759c41f6bbb118fb.jpg
 

Bu foto Vətən müharibəsi günlərində, Şuşa istiqamətində aparılan əməliyyatlar ərəfəsində Qarqar çayının yaxınlığında çəkilib. Kadra düşən şəxsi heyət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularıdır. Şəkilin çəkilməsindən cəmi bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlanacaqdı.

Həmin əməliyyatla bağlı DİN-in Mətbuat Xidməti 2020-ci il noyabrın 8-də Daxili Qoşunların Hadrut qəsəbəsində xidməti-döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyətinin fəaliyyət istiqamətinin dəyişdirilməsi ilə bağlı tarixi faktları açıqlayıb. Vurğulanıb ki, o gün 500 nəfərdən ibarət heyətə Şuşa şəhəri istiqamətində hərəkət edərək döyüş tapşırığını yerinə yetirmək əmri verilib.

Həmin günün ikinci yarısında, axşam saatlarında 30-a yaxın hərbi avtomobildən ibarət karvan yağışlı hava şəraitində, çətin və sıx meşəlikdən keçən dağ yolları ilə hərəkətə başladı. Döyüşçülər düşmənin diqqətini cəlb etməmək üçün avtomobillərin işıqlarını yandırmadan, ay işığında irəliləyiblər.

Gecə yarısı karvan düşmən tərəfindən minaatan atəşinə tutulur və nəticədə 15 hərbi qulluqçu yaralanır. Buna baxmayaraq, şəxsi heyət döyüş tapşırığını dayandırmadan hərəkətini davam etdirib.

Noyabrın 9-u səhər saat 07:30 radələrində Daxili Qoşunların bölmələri Şuşa şəhərinə daxil olub. Onlar ilk növbədə şəhərin müdafiə və mühafizəsinin gücləndirilməsi, eləcə də qarşıya qoyulan digər xidməti-döyüş tapşırıqlarını icra ediblər.

Daxili Qoşunların şəxsi heyəti Şuşada xidməti-döyüş fəaliyyətini 2023-cü il 12 oktyabr tarixinədək davam etdirib.

Bununla yanaşı qeyd olunmalıdır ki, Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə döyüş əməliyyatlarında iştirak edən Daxili Qoşunların xüsusi təyinatlıları noyabrın 2-dən etibarən Hadrut qəsəbəsində yerləşən təxminən 350 nəfərlik şəxsi heyət də Şuşa istiqamətindəki əməliyyatlara cəlb olunub və şəhərin düşməndən azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstəriblər.

Şuşa uğrunda döyüşlər Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biridir. Bu zəfərin qazanılmasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da yüksək igidlik, qətiyyət və vətənə sədaqət nümayiş etdiriblər.

Musavat.com 

Bölmənin digər xəbərləri

12 Mart 2026 Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir
11 Mart 2026 Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
10 Mart 2026 Qarabağa qayıdış: 2025-də hansı kənd və şəhərə neçə nəfər köçüb?
09 Mart 2026 Koçaryan Qarabağa “qayıtmaq”dan dəm vurur
09 Mart 2026 İdarəetmə xidməti Ağdamda 1.4 milyona mərkəz tikəcək
02 Mart 2026 Vətəndaşlar köməksiz vəziyyətdə qaldı -VİDEO
28 Fevral 2026 Cəbrayıl şəhərciyində narkotik əməliyyatı: Saxlanılanlar var
27 Fevral 2026 Xocalı Memorial Kompleksi Azərbaycan xalqının əyilməz ruhununun timsalıdır - İsrafil Kərimovun yazısı
26 Fevral 2026 “Mən sizi televizorda görəndə çox sevinirəm” - Video
26 Fevral 2026 “Cənab Prezident, şəkil çəkdirə bilərik?”
26 Fevral 2026 Prezident xanımı və qızı ilə Xocavəndə gedib
26 Fevral 2026 “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir” - Mehriban Əliyeva
26 Fevral 2026 Xocalı soyqırımından 34 il ötür
25 Fevral 2026 Bakıdan Laçına ilk avtobus yola düşdü — FOTOLAR
25 Fevral 2026 Horovlu kəndinə daha 30 ailə yola salındı
24 Fevral 2026 Qarabağa ayrılan vəsait 26 milyarda çatacaq: Nə qədər əhali yaşayacaq?
24 Fevral 2026 Erməni-haylar iddia edirlər ki, Şuşa, Xankəndi şəhərlərinin elə ermənicə öz adları olub... Əslində isə...
23 Fevral 2026 Ombudsman Xocalı soyqrımının ildönümü ilə bağlı bəyanat yayıb
20 Fevral 2026 Xocalı soyqırımında itkin düşən qadının qalıqları dəfn edildi
19 Fevral 2026  Xankəndi, Ağdərə və Xocalıda bayram tədbirlərinə 695 min manat xərclənəcək - TENDER QALİBİ

Dünyapress TV

Xəbər lenti