![]() |
|
|
UEFA Konfrans Liqasında 1/8 final mərhələsi bu gün başlayır.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Samsunspor" İspaniyanın "Rayo Valyekano" komandasını qəbul edəcək.
İtaliyanın "Fiorentina" komandası Polşanın "Rakuv" kollektivinin müqavimətini qırmağa çalışacaq.
UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
12 mart
21:45. "Samsunspor" (Türkiyə) – "Rayo Valyekano" (İspaniya)
21:45. "Riyeka" (Xorvatiya) – "Strasburq" (Fransa)
21:45. AZ (Alkmaar, Niderland) – "Sparta" (Çexiya)
21:45. "Lex" (Polşa) – "Şaxtyor" (Ukrayna)
00:00. "Kristal Pelas" (İngiltərə) - AEK (Larnaka, Kipr)
00:00. "Fiorentina" (İtaliya) – "Rakuv" (Polşa)
00:00. "Siqma" (Çexiya) – "Maynts 05" (Almaniya)
00:00. "Sele" (Sloveniya) – AEK (Yunanıstan)
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə bu gün start veriləcək.
Yenixeber.org xəbər verir ki, bu gün dörd oyun keçiriləcək.
Türkiyə təmsilçisi "Qalatasaray" İngiltərənin "Liverpul" komandasını qəbul edəcək.
Almaniya çempionu "Bavariya" İtaliyada "Atalanta"nın, İngiltərənin "Tottenhem" klubu isə İspaniyada "Atletiko"nun qonağı olacaq.
Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran İngiltərənin "Nyukasl" komandası İspaniya təmsilçisi "Barselona" ilə münasibətlərə aydınqlıq gətirəcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
10 mart
21:45. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)
00:00. "Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə)
00:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)
00:00. "Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-də baş tutacaq.

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun növbəti qarşılaşmaları baş tutacaq.
Oyun günü qadın voleybolçuların dueli ilə başlayacaq.
"Gəncə" komandası Gəncə İdman Sarayında UNEC-i qəbul edəcək. Görüş Saat 14:00-da start götürəcək.
Növbəti görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında "Gənclər" və "Milli Aviasiya Akademiyası" komandaları arasında keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Kişi voleybolçuların mübarizəsində isə saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında "Azərreyl" və "Murov Az Terminal" kollektivləri üz-üzə gələcəklər.
Qeyd edək ki, XVI turun oyunlarına martın 6-da yekun vurulacaq.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Yenixeber.org-un məlumatına görə, günün yeganə matçında "Zirə" "Sumqayıt"ı qəbul edəcək.
Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da başlayacaq. Tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmayıb.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunu
3 mart
19:00. "Zirə" – "Sumqayıt"
İlk oyun - 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, 1/4 final mərhələsi martın 5-də başa çatacaq.
Cənubi Azərbaycanın tanınmış futbol klubu “Traktor” İranda davam edən hərbi gərginlik fonunda ictimaiyyətə müraciət edib.
Musavat.com xəbər verir ki, Təbriz təmsilçisi ölkədə vəziyyətin son dərəcə ağır olduğunu bildirib.
Klubun yaydığı açıqlamada internet məhdudiyyətləri səbəbindən məlumat paylaşmağın çətin olduğu vurğulanıb. Qeyd olunub ki, şəhərlərdə bombardmanlar davam edir və ümumi vəziyyət qeyri-müəyyən olaraq qalır.
Bəyanatda mövcud hakimiyyətin süqutu ehtimalına da toxunularaq, belə bir ssenaridə Cənubi Azərbaycanın müdafiəsiz qala biləcəyi bildirilib. Açıqlamada iddia olunur ki, hakimiyyət dəyişikliyi baş verərsə, bölgədə arzuolunmaz qüvvələr təsir imkanlarını genişləndirə bilər. Xüsusilə Pəhləvi tərəfdarlarının adının çəkildiyi müraciətdə Azərbaycan türklərinin bu cür ssenarini qəbul etmədiyi qeyd edilib.
“Traktor” həmçinin Türkiyə və Şimali Azərbaycana səslənərək, mümkün xaos şəraitində Cənubi Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına dəstək göstərilməsini istəyib. Klub müraciətini “Qardaşlarınızı bu çətin vəziyyətdə tək buraxmayın” çağırışı ilə tamamlayıb.
Musavat.com
