Ardını oxu...
Pakistan Hərbi Dəniz Qüvvələri müharibə riskinin artdığı Hörmüz boğazında mühüm addım atıb. Donanma neft və digər kommersiya yükləri daşıyan gəmilərin təhlükəsiz keçidini təmin edərək onları müşayiət edib və belə bir təhlükəsizlik əməliyyatını həyata keçirən ilk donanma kimi qeyd olunub.

"DogruXeber.tv"nin məlumatına görə Hörmüz boğazından gündəlik orta hesabla təxminən 15 milyon barel xam neft və 5 milyon barel neft məhsulu daşınır. Pakistan donanması bu marşrutdan keçən aviadaşıyıcı və təchizat gəmilərini müşayiət edərək neft daxil olmaqla bütün yüklərin təhlükəsizliyini təmin edib.

ABŞ və İsrailin İrana qarşı başladığı hücumlar və Tehranın cavab zərbələri qlobal neft ticarətinin ən mühüm nöqtələrindən biri sayılan Hörmüz boğazında gəmi hərəkətinə ciddi təsir göstərib. Sığorta şirkətləri bölgədən keçən gəmilər üçün müharibə risklərini əhatə edən sığortaları ləğv edərkən, bir çox tanker və konteyner şirkətləri boğazdan keçidi müvəqqəti dayandırıb.

"United Kingdom Maritime Trade Operations" qurumunun məlumatına görə, normal dövrdə Hörmüz boğazından gündə orta hesabla 138 ticarət gəmisi keçirdi. Lakin SEPAH-ın xüsusilə ABŞ və İsraillə əlaqəli gəmilərə hücumlarından sonra bu rəqəmdə ciddi azalma qeydə alınıb.

Artan təhlükəsizlik riskləri fonunda Pakistan donanması aviadaşıyıcı və təchizat gəmilərini təhlükəsiz şəkildə müşayiət edərək onları boğazdan Pakistan istiqamətinə aparıb. Beləliklə, bölgədə yaranmış riskli şəraitdə bu tip təhlükəsizlik əməliyyatını həyata keçirən ilk donanma olub.

Qeyd edək ki, Fars körfəzinin çıxışında yerləşən Hörmüz boğazı Yaxın Şərq neftinin dünya bazarlarına çıxışı üçün ən mühüm nöqtə sayılır. Ötən ilin göstəricilərinə görə bu marşrut vasitəsilə hər gün orta hesabla 20 milyon barel xam neft və yanacaq məhsulları daşınıb. Bu rəqəm qlobal neft tələbatının təxminən 20 faizinə bərabərdir.

Enerji sahəsi üzrə fəaliyyət göstərən ekspert qeyd edir ki, boğazda hərəkətin uzun müddət dayanması tarixin ən böyük təchizat şokuna yol açacaq. Müqayisə üçün bildirmək lazımdır ki, 1973-cü ildə baş verən məşhur neft embarqosu zamanı bazardan cəmi 4,3 milyon barel neft kəsilmişdi. Həmin vaxt bu həcm dünya tələbatının 7,4 faizini təşkil etsə də böyük böhrana səbəb olmuşdu.

Tarixi faktlar göstərir ki, enerji təhlükəsizliyi ilə bağlı əvvəlki gərginliklər Hörmüz riskindən qat-qat aşağı olub. 1979-cu ildə İran İslam İnqilabı dövründə 5,6 milyon barel, İran–İraq müharibəsində isə 4,1 milyon barel neft itkisi yaşanıb. 1990-cı ildə İraqın Küveytə hücumu zamanı da bənzər rəqəmlər qeydə alınıb.

Hətta 1956-cı il Süveyş böhranı zamanı dayanan 2 milyon barellik tədarük belə dünya bazarlarını ləngidə bilmişdi. Hazırda Hörmüz boğazı ətrafında yaranan istənilən ciddi maneə bu tarixi hadisələrin hamısını kölgədə qoyacaq gücdədir. Mümkün böhranın miqyası qlobal enerji qiymətlərinin kəskin artması və tədarük zəncirinin qırılması deməkdir.
Ardını oxu...
ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda regionda təsir güclərinin artması bəzi qonşu ölkələr tərəfindən birmənalı qarşılanmır. Analitiklərin fikrincə, Türkiyə, Çin və Rusiyanın mövcud vəziyyətdə ABŞ və İsrailin artan təsirini məhdudlaşdırmaq üçün vahid cəbhədə birləşməsi ehtimalı var.

Lakin digər tərəfdən, hər üç dövlətin fərqli geosiyasi maraqları və prioritetləri, eyni zamanda regional münaqişələrdəki ayrı-ayrı mövqeləri, vahid hərbi-siyasi blokun yaranmasını çətinləşdirir.

Üç ölkə arasında hərbi-siyasi ittifaqın yaradılması nə dərəcədə mümkündür? Belə bir ittifaq Yaxın Şərqdəki regional sabitliyi necə təsir edər?

Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ-İsrail cütlüyünün İranla apardığı müharibə bütün gözləntilərin əksinə olan nəticələr verməkdədir:

“Yaxın Şərq və Qafqazlar da daxil olmaqla, böyük bir region ciddi təhdidlərlə üz-üzədir. İranın müqaviməti və üstəlik qarşı tərəfə əsaslı zərbələr endirməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Çox güman, baş verən proseslər müəyyən edilmiş ssenaridən kənara çıxıb. Əlbəttə, İranın özünü müdafiə hüququ var və bundan maksimum yararlanmağa çalışır. İndi deyə bilərik ki, İran cəbhədə öz müttəfiqləri ilə birlikdədir. Açıq şəkildə olmasa da, Çin və Rusiyanın ona dəstək verdiyi görünür. Bu isə ABŞ-İsrail tandeminin oz niyyətinə çatmasının qarşısını alır. Ona görə də İrana qarşı daha çox dovlətlərin müharibəyə qoşulmasını istəyirlər. Bu sıraya Avropa İttifaqı və ərəb dövlətləri də daxildir.

Xüsusilə, Türkiyənin də müharibəyə cəlb edilməsi üçün nə mümkündürsə, edilir. Lakin biz Türkiyənin səbirli davranışını və üstəlik İranın haqlı mövqeyini müdafiə etdiyini görürük. Zənnimcə, Türkiyə bu müharibədə daha çox neytral mövqedə qalmağa çalışır. Çünki o regionun əsas lideri olmaq niyyətindədir və buna həm layiqdir, həm də qadirdir. Ona görə də Ankara regionda öz oyununu oynayacaq. Lazım gələrsə, bölgədə xalqların hüquqlarının qorunması məqsədilə hərbi müdaxilə də edə bilər. O belə qüdrətə malikdir. Suriyada da bunu sübut edib”.
Ardını oxu...
Moldova hökuməti ölkənin MDB üzvlüyü ilə bağlı əsas müqavilələrin dayandırılması dəstəkləyib. Qərar təşkilatdan çıxma prosedurunun bir hissəsi kimi qəbul olunub.

Musavat.com xəbər verir ki, bu barədə “Qruziya online” məlumat yayıb.

Söhbət MDB-nin yaradılması haqqında sazişdən və ona əlavə edilmiş protokoldan gedir. Hər iki sənəd 1991-ci ilin dekabrında, Sovet İttifaqının dağılması ərəfəsində imzalanmışdı. Bundan əlavə, 1993-cü il yanvarın 22-də Minskdə qəbul olunmuş MDB Nizamnaməsinin də ləğvi nəzərdə tutulur.
Ardını oxu...
İndi qanun layihəsi Moldova prezidenti Maya Sandunun imzasına göndəriləcək. Prezident sənədi təsdiqlədiyi təqdirdə, layihə parlamentə təqdim olunacaq. Parlament səsverməsi bu ay keçiriləcək. Daha sonra ləğv Moldova prezidenti tərəfindən təsdiqlənəcək, bundan sonra Xarici İşlər Nazirliyi rəsmi geri çəkilmə notası verəcək. Moldovanın MDB-dən çıxmaq proseduruna başladığını yanvar ayında ölkənin baş nazir müavini və xarici işlər naziri açıqlamışdı. Xarici İşlər Nazirliyi bildirmişdi ki, təşkilatın əsas prinsipləri – xüsusilə dövlətlərin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması prinsipi pozulub. Nazirlik qeyd edib ki, Rusiya Ukraynaya qarşı müharibə aparır, daha əvvəl Gürcüstana qarşı aqressiya törədib və Moldovanın ərazisi olan Dnestryanı bölgədə qanunsuz olaraq hərbi qüvvələrini saxlayır.

XİN həmçinin vurğulayıb ki, Moldova faktiki olaraq artıq MDB-nin fəaliyyətində iştirak etmir. Yada salaq ki, Gürcüstan 2008-ci ilin avqust müharibəsindən sonra MDB-ni tərk edib və 2009-cu ildə bu qərar rəsmən qüvvəyə minib. Ukrayna isə MDB-nin təsis sənədlərini heç vaxt ratifikasiya etməsə də, 2014-cü ildən sonra Birliyin strukturlarında iştirakını faktiki olaraq dayandırıb və sonrakı illərdə MDB çərçivəsində bir sıra sazişlərdən çıxıb.

Moldova 2022-ci ildə Avropa İttifaqına üzvlük üçün müraciət etdikdən və ölkə rəhbərliyi Avrointeqrasiya kursunu elan etdikdən sonra MDB-dən çıxmaq qərarını gündəmə gətirib. İki il sonra ölkədə Avropa Birliyinə qoşulma ilə bağlı referendum keçirilib və vətəndaşların əksəriyyəti bu təşəbbüsü dəstəkləyib. Həmin dövrdə Maya Sandu ikinci dəfə prezident seçilərək Rusiyayönlü namizəd Stoianoqlonu qabaqlayıb. Moldova hakimiyyəti seçki prosesinə Moskvanın müdaxilə etdiyini də iddia etmişdi.

2025-ci ilin sentyabrında keçirilən parlament seçkilərində Sandunun rəhbərlik etdiyi PAS partiyası qalib gələrək konstitusion çoxluğu qoruyub saxladı. Seçkilərdən əvvəl prezident xarici müdaxilə və mümkün saxtalaşdırma cəhdləri barədə xəbərdarlıq etmişdi.

2026-cı il yanvarın 12-də Maya Sandu bəyan edib ki, əgər belə bir referendum keçirilsə, o, Moldovanın Rumıniya ilə birləşməsi ideyasına səs verərdi. Prezident bu mövqeyini kiçik dövlətlərin müasir dünyada suverenliyi və demokratiyanı qorumaq üçün üzləşdiyi çətinliklərlə izah edib və Rusiyaya qarşı dayanmağın vacibliyini vurğulayıb.
 
 
 
Ardını oxu... 
“Vaşinqton istəsə, İranın elektrik enerji infrastrukturunu bir saat ərzində tamamilə sıradan çıxara bilər”.
Mediatv.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kentukki və Ohayo ştatlarına siyasi səfərdən qayıtdıqdan sonra Endryus Birgə Bazasında jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, belə bir zərbə endirilərsə, İranın enerji sisteminin bərpası 25 il çəkə bilər.
Prezident İranla davam edən müharibə və mümkün qisas addımları barədə danışaraq sərt mövqe nümayiş etdirib.
ABŞ lideri bildirib ki, Vaşinqton münaqişəni daha da qızışdırmaq istəmir, lakin belə bir imkanın mövcud olduğunu da gizlətməyib:
“Biz onların elektrik gücünü bir saat ərzində məhv edə bilərik. Və onu yenidən qurmaq üçün 25 il lazım olacaq. Biz bunu etməyəcəyik”.
Prezident əlavə edib ki, ABŞ əməliyyatları nəticəsində İranın hərbi imkanları ciddi şəkildə zəiflədilib. Tramp bildirib ki, İranın donanması, hava qüvvələri və hava hücumundan müdafiə imkanları böyük ölçüdə sıradan çıxarılıb.
ABŞ Prezidentinin sözlərinə görə, Amerika qüvvələri artıq İranın dəniz potensialının böyük hissəsini zərərsizləşdirib.
“Biz onların bütün qayıqlarını sıradan çıxarmışıq. Onların bəzi raketləri var, amma çox deyil. Düşünürəm ki, çox yaxşı vəziyyətdəyik”, – deyə o bildirib.
Ardını oxu... 
“Biz qalib gəldik, amma tez getmək istəmirik”.
Mediatv.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kentukki ştatının Hebron şəhərində keçirilən kampaniya tipli mitinqdə İranla müharibə barədə açıqlamasında deyib.
Tramp “müharibəni udduq” deyərək, ABŞ-nin işi tamamilə bitirməyə qərarlı olduğunu bildirib.
“Heç vaxt çox tez qalib gəldiyinizi deməyi sevməzsiniz. Biz qalib gəldik. İlk saatda hər şey bitdi”, - Prezident qeyd edib.
Tramp ABŞ-nin İran donanmasına məxsus 58 gəmini sıradan çıxardığını və münaqişənin ilk mərhələlərində ciddi üstünlük əldə etdiyini söyləyib.
Prezident ABŞ-nin mübarizəni davam etdirəcəyini vurğulayıb:
“Erkən getmək istəmirik, elə deyilmi? Biz işi bitirməliyik.
Biz faktiki olaraq İranı məhv etdik. Amma hələ mübarizəni davam etdiririk. Hər iki ildən bir geri qayıtmaq istəmirik”.
Ardını oxu... 
ABŞ administrasiyası İsraildən İrandakı enerji obyektlərinə, xüsusilə də neft infrastrukturuna qarşı yeni hücumlar həyata keçirməməsini istəyib.
Mediatv.az  xəbər verir ki, bu barədə məlumatı “Axios” öz mənbələrinə istinadən yayıb.
Mənbələrin bildirdiyinə görə, Donald Tramp administrasiyası bu mesajı bazar ertəsi günü İsrail tərəfinə çatdırıb.
Nəşr yazır ki, bu, iki ölkənin təxminən on gün əvvəl İrana qarşı birgə əməliyyata başlamasından sonra Vaşinqtonun İsrailin hücumlarını məhdudlaşdırmaq üçün ilk addımıdır.
Məlumata əsasən, ABŞ-nin mesajı yüksək siyasi səviyyədə İsrail tərəfinə çatdırılıb və bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir də məlumatlandırılıb.
Bir İsrail rəsmisi bildirib ki, Vaşinqton Təl-Əvivdən İrandakı neft obyektlərinə mümkün zərbələr barədə əvvəlcədən məlumat verməsini istəyib.
Mənbələrə görə, ABŞ administrasiyası bu mövqeyini üç əsas səbəblə izah edib:
- Bu cür hücumlar, əsasən, hakimiyyətə qarşı mövqedə olan İran əhalisinə zərər verə bilər.
- Tramp administrasiyası müharibədən sonra İranın neft sektoru ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
- Enerji obyektlərinə hücumlar İranın Körfəz ölkələrindəki enerji infrastrukturuna genişmiqyaslı cavab zərbələri endirməsinə səbəb ola bilər.
Məlumata görə, müharibənin əvvəlində İran bəzi Körfəz enerji obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum etsə də, ciddi ziyan qeydə alınmayıb.
Vaşinqton hesab edir ki, İranın neft obyektlərinə yeni zərbələr bu balansı dəyişdirə və dünya enerji bazarında qiymətlərin daha da artmasına səbəb ola bilər.
Mənbələrdən birinin sözlərinə görə, Tramp administrasiyası İranın enerji və neft obyektlərinə hücumları “qiyamət günü seçimi” kimi qiymətləndirir və bunu yalnız İran əvvəlcə Körfəz ölkələrinin neft infrastrukturuna ciddi hücum edəcəyi halda ehtiyat variant kimi saxlayır.
Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) martın 11-də Livandakı son vəziyyətlə əlaqədar təcili iclas keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.

Qeyd edək ki, daha öncə Fransa da Livanla bağlı BMT TŞ-nin təcili iclası üçün çağırış etmişdi./Axar.az

Gununsesi.info

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ardını oxu...
Nyu-Meksikoda müstəntiqlər vaxtilə Ceffri Epşteynə məxsus olan fermada axtarışa başlayıblar.

"DogruXeber.tv" xəbər verir ki, həbsxanada ölən iş adamı və onun əməkdaşları qadın və qızlara cinsi istismar etməkdə ittiham olunurlar.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yanvar ayında dərc edilmiş sənədlərdəki yeni məlumatlara görə, Epşteyn iki əcnəbi qızın cəsədinin sözügedən ərazidə basdırılmasını tapşırıb.

"Nyu-Meksiko Ədliyyə Nazirliyi ictimaiyyəti müvafiq şəkildə məlumatlandırmağa, sağ qalanları dəstəkləməyə və faktları izləməyə davam edəcək", - deyə bəyanatda qeyd olunub.

Epşteynin mülkü əmlakı 2023-cü ildə Texaslı iş adamı Don Hoppinə satıb. Nyu-Meksiko Ədliyyə Nazirliyi bildirib ki, yeni sahiblər istintaqla əməkdaşlıq edir və axtarışlar üçün əmlaka girişə icazə veriblər.
Ardını oxu... Üçüncü Dünya Müharibəsi ehtimallarının müzakirə edildiyi bir vaxtda, ölkələrin ballistik raket ehtiyatları yenidən gündəmə gəlib. Dünyada bu sahədə ciddi bir silahlanma yarışı müşahidə olunur.
 
Mediatv.az  Milli.az-a istinadən xəbər verir ki, balistik raketlər nüvə, kimyəvi və bioloji başlıqlar daşıya bilən, uzaq mənzilli idarə olunan və ya olunmayan raketlərdir. Onlar hədəfə doğru trayektoriya üzrə hərəkət edirlər və mühərrikli uçuşda aerodinamik olaraq idarə olunan qanadlı raketlərdən fərqlənirlər.
 
Raketlərin növləri və mənzilləri
Taktiki balistik raket: 150 - 300 km
 
Qısa mənzilli (SRBM): 300 - 1.000 km
 
Orta mənzilli (MRBM): 1.000 - 3.500 km
 
Uzaq mənzilli (IRBM): 3.500 - 5.500 km
 
Qitələrarası (ICBM): 5.500 km-dən çox
 
Dünya Reytinqi (TOP 27)
Siyahıda ölkələr sahib olduqları raket sayına görə sıralanır:
 
Ardını oxu...
 
 
Türkiyə 322 raketlə dünya siyahısında 7-ci sırada yer alaraq bir çox Avropa və Yaxın Şərq ölkəsini geridə qoyub. Türkiyənin arsenalında həm ABŞ istehsalı, həm də özünün istehsal etdiyi yüksək texnologiyalı raketlər yer alır:
 
Tayfun: Türkiyənin ən uzun mənzilli yerli balistik raketi.
 
Bora - 1: Yüksək dəqiqlikli zərbə raketi.
 
J-600T Yıldırım (I və II): Taktiki balistik raketlər.
 
ATACMS Block 1: ABŞ istehsalı olan raketlər.
 
Azərbaycan isə 4 ədəd rəsmi qeydə alınmış ballistik raket sistemi ilə siyahının 26-cı pilləsində qərarlaşıb.
 
Ardını oxu... 
İran prezidenti Məsud Pezeşkian Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Mediatv.az  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Söhbət zamanı Pezeşkian Tehranın Yaxın Şərqdə gərginliyin azaldılmasına hazır olduğunu bildirib.
Pezeşkian qeyd edib ki, İran qonşu ölkələrin ərazilərindən İrana qarşı hücumlar üçün istifadə olunmayacağı təqdirdə regionda deeskalasiyaya hazırdır.
İran prezidenti həmçinin bildirib ki, ABŞ və İsrail İranla onun qonşuları arasında ixtilaf yaratmağa çalışır.
Qeyd edək ki, İrandan Türkiyəyə raket atılmasına görə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Dünyapress TV

Xəbər lenti