Ardını oxu...
 

Bu foto Vətən müharibəsi günlərində, Şuşa istiqamətində aparılan əməliyyatlar ərəfəsində Qarqar çayının yaxınlığında çəkilib. Kadra düşən şəxsi heyət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularıdır. Şəkilin çəkilməsindən cəmi bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlanacaqdı.

Həmin əməliyyatla bağlı DİN-in Mətbuat Xidməti 2020-ci il noyabrın 8-də Daxili Qoşunların Hadrut qəsəbəsində xidməti-döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyətinin fəaliyyət istiqamətinin dəyişdirilməsi ilə bağlı tarixi faktları açıqlayıb. Vurğulanıb ki, o gün 500 nəfərdən ibarət heyətə Şuşa şəhəri istiqamətində hərəkət edərək döyüş tapşırığını yerinə yetirmək əmri verilib.

Həmin günün ikinci yarısında, axşam saatlarında 30-a yaxın hərbi avtomobildən ibarət karvan yağışlı hava şəraitində, çətin və sıx meşəlikdən keçən dağ yolları ilə hərəkətə başladı. Döyüşçülər düşmənin diqqətini cəlb etməmək üçün avtomobillərin işıqlarını yandırmadan, ay işığında irəliləyiblər.

Gecə yarısı karvan düşmən tərəfindən minaatan atəşinə tutulur və nəticədə 15 hərbi qulluqçu yaralanır. Buna baxmayaraq, şəxsi heyət döyüş tapşırığını dayandırmadan hərəkətini davam etdirib.

Noyabrın 9-u səhər saat 07:30 radələrində Daxili Qoşunların bölmələri Şuşa şəhərinə daxil olub. Onlar ilk növbədə şəhərin müdafiə və mühafizəsinin gücləndirilməsi, eləcə də qarşıya qoyulan digər xidməti-döyüş tapşırıqlarını icra ediblər.

Daxili Qoşunların şəxsi heyəti Şuşada xidməti-döyüş fəaliyyətini 2023-cü il 12 oktyabr tarixinədək davam etdirib.

Bununla yanaşı qeyd olunmalıdır ki, Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə döyüş əməliyyatlarında iştirak edən Daxili Qoşunların xüsusi təyinatlıları noyabrın 2-dən etibarən Hadrut qəsəbəsində yerləşən təxminən 350 nəfərlik şəxsi heyət də Şuşa istiqamətindəki əməliyyatlara cəlb olunub və şəhərin düşməndən azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstəriblər.

Şuşa uğrunda döyüşlər Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biridir. Bu zəfərin qazanılmasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da yüksək igidlik, qətiyyət və vətənə sədaqət nümayiş etdiriblər.

Musavat.com 

Ardını oxu...
DogruXeber.tv: - Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 151 manatdır.

İddiaçılar təkliflərini aprelin 3-na qədər qurumun Ağdam şəhərində yerləşən ofisinə təqdim edə bilərlər.

Təkliflərə aprelin 3-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "RSM Azerbaijan" MMC olub. Şirkətə 66 min manat ödənilib.

Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Xidmət adları çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.//xalqxeber.az

Ardını oxu...

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Gununsesi.info  xəbər verir ki, bu gün Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə isə cəmi – 20 ailə (81 nəfər), o cümlədən Füzuli rayonundan – 8 ailə (34 nəfər), Bakı şəhərindən – 6 ailə (27 nəfər), Beyləqan rayonundan – 5 ailə (18 nəfər), Ağcabədi rayonundan – 1 ailə (2 nəfər), Xocalı rayonunun Xanabad kəndinə, cəmi – 21 ailə (103 nəfər), o cümlədə Bakı şəhərindən – 8 ailə (45 nəfər), Bərdə rayonundan – 6 ailə (29 nəfər), Ağcabədi rayonundan – 3 ailə (16 nəfər), Oğuz rayonundan – 1 ailə (7 nəfər), Goranboy rayonundan – 1 ailə (3 nəfər), Gəncə şəhərindən – 1 ailə (2 nəfər), İsmayıllı rayonundan – 1 ailə (1 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Beləliklə, 11.03.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 40 yaşayış məntəqəsində 7 541 ailə (30 261 nəfər) məskunlaşmış olacaqdır.

Gununsesi.info

 
Ardını oxu...
 

 

 

 
2025-ci ildə işğaldan azad olunmuş ərazilərə ümumilikdə 3893 ailə olmaqla 15781 nəfər köçürülüb.
 
Bu barədə Modern.az-ın Nazirlər Kabinetindən əldə etdiyi məlumatda bildirilib.
 
Artıq işğaldan azad olunmuş ərazilərdə 30 minə yaxın köçkün evlərlə təmin edilib və orada yaşayırlar. Ümumilikdə isə 74750 nəfər bu ərazilərdə yaşamaqla inşaat, dövlət işlərində və digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.
 
2025-ci ildə işğaldan azad olunmuş ərazilərə köçürülmə barədə detallı məlumatları aşağıdakı cədvəllə təqdim edirik:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yenə havalı açıqlamalar verməyə başlayıb.

"DogruXeber.tv" xəbər verir ki, O. Qarabağa qayıtmaqdan, Ermənistanın inkişafından danışıb.

Koçaryan deyib ki, Paşinyan hökuməti onun sözünə qulaq asmayıb. “Əgər Ermənistan hökuməti bizi dinləyib, vəziyyəti düzgün qiymətləndirsəydi, Qarabağı itirməzdik”.

Onun sözlərinə görə, ermənilərin Qarabağa qayıtması mümkündür. “Bunun üçün çox mübarizə aparmalı olacağıq. Amma alınacaq”.
Ardını oxu...
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti yeni tender elan edib.

"DogruXeber.tv" xəbər verir ki, bununla bağlı rəsmi açıqlama yayılıb.

Məlumatda deyilir ki, tenderin keçirilməsinə səbəb Ağdam rayonun Xıdırlı kəndində Ailə sağlamlıq mərkəzinin (Həkim tibb məntəqəsi, Təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayış üçün qonaq evi) tikilməsidir. Sözügedən xidmət bu məqsədlə 1 milyon 392 min 66 manat pul ayırıb.//tribuna.az
Ardını oxu...
 

Xocalı rayonunun Baharlı kəndi ərazisindən keçən hissəsində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən yolun kənarına sürüşərək hərəkətini davam etdirə bilməyən "MERCEDES" markalı minik avtomobilində olan vətəndaşlar xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə təhlükəsiz əraziyə təxliyə edilib.

Bundan başqa, yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən "CHEVROLET" markalı minik avtomobilinin hərəkəti təmin edilib.

 
 
 

Ardını oxu...
 

Biləsuvarda 5 kiloqram narkotik vasitə aşkarlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Onlardan 5 kiloqram 650 qram marixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Musavat.com

 

 
 
 
 
 

 

 
 
 
Ardını oxu...
Ötən əsrdə xalqımıza qarşı Erməni şovinistlərinin törətdiyi ən qanlı və faciəvi soyqırım hadisəsi olan Xocalı soyqırımından 34 il keçir. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Bu soyqırım nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 76 nəfəri uşaq olmaqla 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.
44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfər nəticəsində torpaqlarımız, o cümlədən doğma Xocalımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bu Zəfər, eyni zamanda, Xocalı qurbanları da daxil olmaqla, bütün şəhidlərimizin qisasının alındığını bütün dünyaya nümayiş etdirdi. Soyqırımı cinayətlərində iştirak etmiş bir qrup erməni separatçısının Azərbaycanda məhkəmə qarşısına çıxarılması isə ədalətin bərpasının və dövlət iradəsinin təntənəsidir.
Bu gün Xocalıda soyqırımı qurbanlarının əziz xatirəsinin ehtiramla anılması dövlətimizin gücünün və qüdrətinin bariz göstəricisidir. Bu, eyni zamanda, hər birimizə Xocalı soyqırımına fərqli yanaşma ilə, tarixi Zəfərə aparan yolda sınmaz iradə və milli qürur nümayiş etdirmiş xalqın mənəvi dirənişinin simvolu kimi baxmaq imkanı yaradır.
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin düz iki il əvvəl imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Açılış mərasimində iştirak edən ölkə başçısı xocalılarla görüşərək mərasimdə geniş çixış edib. O, ilk növbədə bildirib ki, bu Memorial silinməz yaddaşımızın təcəssümü olacaq. “Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev həmçinin bildirib ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Dövlətimizin başçısı qeyd edib: “Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir”.
Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib ki, bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Dövlətimizin başçısı bildirib: “Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı”.
Prezident İlham Əliyevin çıxışı beynəlxalq auditoriya üçün də mühüm mesajlar ehtiva edirdi. Bu çıxış vasitəsilə Azərbaycan bir daha Xocalı faciəsinin unudulmadığını və bu hadisənin tarixi-siyasi qiymətinin dəyişməz qaldığını nümayiş etdirdi.
Eyni zamanda, memorial kompleksin açılışı Azərbaycanın regionda yeni reallıqlar yaratdığını və artıq bu reallıqların geri dönməz xarakter daşıdığını göstərən siyasi akt kimi dəyər qazanır.
Bu abidə həm də beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesajdır: regionda davamlı sülh yalnız həqiqətlərin qəbul edilməsi və ədalətin təmin olunması ilə mümkündür.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ardını oxu... 
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı rayonunun Xanabad kəndinə etdikləri səfər çərçivəsində kənd sakini Əmrah Sahiblinin evində olublar.
Mediatv.az-ın  məlumatına görə, dövlət başçısı ilə Sahibli ailəsinin kiçik üzvü arasında maraqlı dialoq yaşanıb.
Belə ki, azyaşlı qız Prezidentə “Mən sizi televizorda görəndə çox sevinirəm” deyib. Onun bu sözləri İlham Əliyev və ailə üzvləri tərəfindən gülüşlə qarşılanıb.
Həmin anın görüntülərini təqdim edirik:
 
 
 

Dünyapress TV

Xəbər lenti