Created on Wednesday, 10 December 2025 17:37 | Hits: 217
Xankəndidə Prezidentin Xüsusi Nümayəndəliyinin binası yenidən qurulur. Banker.az xəbər verir ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ yeni satınalma müqaviləsi imzalayıb. Məlumata görə, Xankəndi şəhərində yerləşən Prezidentin Xüsusi Nümayəndəliyinin inzibati binasının yenidənqurulması işləri üzrə qalib “AZEKON Construction” MMC seçilib. Layihənin dəyəri 22.417.950,14 AZN təşkil edir.
Created on Tuesday, 09 December 2025 14:45 | Hits: 221
8 dekabr 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsinin təqdimat mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Vətən uğrunda canlarını fəda edən şəhidlərin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları, Fondun donor və tərəfdaşları və media nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının əhəmiyyəti və hazırlanma prosesi ilə bağlı geniş məlumat verib.
Qeyd olunub ki, bu kitab Qarabağın tarixini, işğal dövrünü, azad olunmasını, bərpa prosesini və gələcəyə baxışını mətn, fotoşəkillər, eləcə də rəsmi şəxslərin, dövlət nümayəndələrinin və ekspertlərin müsahibələrini, o cümlədən doğma torpaqlarından didərgin düşmüş insanların xatirələrini də özündə birləşdirməklə geniş şəkildə işıqlandırır: “500-ə yaxın səhifəni əhatə edən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” sadəcə bir kitab deyil - mətn, fotoşəkillər və interaktiv rəqəmsal materiallarla zənginləşdirilmiş, Qarabağın dirçəliş hekayəsini oxucunun qarşısında bütün rəngləri ilə canlandıran bir salnamədir”.
Qeyd olunub ki, “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı layihə çərçivəsində yaradılan xüsusi rəqəmsal ekosistemin tərkib hissəsidir.
Belə ki, kitab boyunca yerləşdirilən yüzlərlə QR-kodlar vasitəsilə oxucular layihənin tərkib hissəsi olan www.book.revival.az internet saytı və digər onlayn resurslarda yerləşən materiallara keçid edə, genişləndirilmiş fotoqalereyaları, eksklyuziv müsahibələrin tam video və mətn yazılarını, tarixi ədəbiyyatı və digər materialları izləyə bilərlər.
Eyni zamanda qeyd olunmalıdır ki, https://book.revival.az/estore/ ünvanda yerləşən onlayn-mağazaya keçid edib və Fonda ianə etməklə istənilən kitabı say və müxtəlif nəşrlərdə (o cümlədən Klassik, Prestij və Signature Collection) əldə etmək mümkündür.
Ekosistemə daxil olan Feniks quşu şəklində yaradılan “Zəfər AI” süni intellekt əsaslı bələdçi isə oxuculara kitabın məzmunu və ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun tarixi, işğalı və hazırda baş verən dirçəlişi barədə geniş məlumat təqdim edir.
Məhz bu xüsusiyyətlər nəşri klassik kitab çərçivəsindən çıxararaq onu dinamik, interaktiv və müasir nəsillərin oxu vərdişlərinə uyğunlaşdırılmış innovativ bir layihəyə çevirir.
Qarabağın münaqişə regionundan sülh və dirçəliş regionuna çevrildiyini deyən Rəhman Hacıyevin sözlərinə görə, kitabın hazırlanmasında məqsəd Qarabağ həqiqətlərinin, eyni zamanda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işlərinin, həmçinin Azərbaycanın regionda dayanıqlı sülhün təmin olunması istiqamətində səylərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır:
Sonra “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının videotəqdimatı və işğaldan azad edilmiş ərazilərin bərpasını və dirçəlişini əks etdirən “Faciədən Zəfərə” videoçarxı nümayiş olunub.
Daha sonra tədbir müəlliflə sual-cavab sessiyası ilə davam edib. Gültəkin Qaradağlının moderatorluğu ilə keçən sessiyada britaniyalı yazıçı Qrem Vilson çoxsaylı sualları cavablandırıb.
Tədbirdə çıxış edən millət vəkili, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Tural Gəncəliyev, millət vəkili Rizvan Nəbiyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov və digər natiqlər kitabın əhəmiyyətini qeyd etməklə yanaşı, onun Qarabağda baş verən hadisələrlə bağlı həqiqətlərin, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin və ölkəmizin regionda davamlı sülhün bərqərar olunması istiqamətində səylərinin beynəlxalq auditoriyaya çatdırılmasına böyük töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Tədbirin sonunda Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna 28.500 AZN ianə edərək “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı əldə edən “İteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinə, eləcə də 10.000 AZN ianə edərək kitabı əldə edən PAŞA Kapital İnvestisiya Şirkətinə Fondun adından “İanə sertifikat”ları təqdim olunub.
Qeyd edək ki, bütün tədbir iştirakçılarına Qarabağ Dirçəliş Fondu və Qrem Vilsonun adından onun müəllif olduğu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bioqrafiyası “Ilham Aliyev: A Portrait of a President”, Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən “The Rise and Fall and Rise Again of Heydar Aliyev and Azerbaijan” və “Azərbaycan Xalq Cümhuriyyəti: heç vaxt ölməyən arzu” kitabları hədiyyə edilib.
Nəzərinizə çatdıraq ki, “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabına sahib olmaq istəyən şəxslər https://book.revival.az/estore/ onlayn-mağazaya daxil olaraq istədikləri kitab növünü seçib Qarabağ Dirçəliş Fonduna ianə etməklə kitabı əldə edə bilərlər.
Yaxın gələcəkdə kitabın Azərbaycan və bir neçə xarici dilə tərcüməsi də həyata keçiriləcək.
Onu da qeyd edək ki, tədbir zamanı kitabda yer alan fotoşəkillər əsasında təşkil edilən və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də Qarabağın zəngin təbiətini və nadir flora-faunasını əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi də nümayiş edilib.
Created on Tuesday, 09 December 2025 10:03 | Hits: 143
Kəlbəcər Dağ Turizm Mərkəzi yaradılacaq. Mediatv.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, mərkəzin yaradılması üzrə baş plan hazırlanacaq. Dövlət Turizm Agentliyi baş planın hazırlanması üçün 1-ci faza üzrə xidmətlərin göstərilməsi ilə bağlı "Neugest 1957 SLU" şirkəti ilə 396.280 manat dəyərində müqavilə bağlayıb.
Created on Monday, 08 December 2025 10:06 | Hits: 174
Azərbaycanda dekabrın 8-i saat 09:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə intensiv xarakterlidir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Created on Sunday, 07 December 2025 11:36 | Hits: 250
Hər binada bir- neçə ev ödəniş etməyib, buna görə ümumi qəsəbənin istiliyi kəsilib.
Xezerxeber.az-ın məlumatına görə, belə iddia ilə Ağdərə rayonu, Şıxarx qəsəbəsinin sakinləri çıxış ediblər.
Qəsəbə 1176 ailə üçün nəzərdə tutulub. Bu yaşayış məntəqəsi yeni inşa ediləndə müasir tələblər səviyyədində bütün təhcizatla təmin edilib. İlk illərdə istilik təminatında heç bir problem yaşamayan sakinlər indi qazanxana binasına ümidlə baxırlar.
Səsləndirilən iddialarla bağlı “Azəristiliktəchizat” ASC-dən belə cavab verilib: ``Şıxarx qəsəbəsində 34 bina, 1176 mənzil mərkəzi qayadada istiliklə təmin olunur. Hazırda həmin şəhərciyin borcu yarım milyon manata yaxındır. Hələ bu məhdudiyyətlərdən sonra ödənişlərin artması hesabina bu həddə qədər düşüb. Təbii ki, istehlakçılar vaxtlı-vaxtında ödəniş etməlidirlər ki, qazanxana işləsin, avadanlıqlar saz vəziyyətdə saxlanılsın”.
O da qeyd edilib ki, qəsəbədə borcu olmayan mənzil yoxdur.
Created on Saturday, 06 December 2025 11:06 | Hits: 278
Suqovuşan kəndi ərazisində ticarət mərkəzi inşa olunacaq.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Müqavilədə ticarət mərkəzinin layihələndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Müqaviləyə əsasən, ticarət mərkəzinin layihəsi 64 664 manata hazırlanacaq.
Created on Wednesday, 03 December 2025 11:08 | Hits: 398
1992-ci ilin Ağdərə döyüşlərindən yayılan bu görüntülər... - Şəmistan Əlizamanlının çəkdiyi unikal kadrlar
Musavat.com xəbər verir ki, sosial mediada 1-ci Qarabağ müharibəsinə aid çox nadir və tarixi əhəmiyyətli video yayılıb.
1992-ci ilin 26 sentyabrında Ağdərə istiqamətində çəkilmiş bu görüntülərdə tanınmış jurnalist Şəmistan Əlizamanlı ön xəttə gedərək əsgərlərlə döyüş şəraitində müsahibə aparır. Videoda səngərdəki real vəziyyət, cəbhə xəttinin gərginliyi və Azərbaycan əsgərlərinin əzmi aydın görünür.
Görüntülərdə diqqət çəkən əsas simalardan biri sovet ordusunun təcrübəli hərbi həkimi, tibb xidməti polkovniki, Tabasaran doğumlu Kürban Cəmiloviç Kurbanovdur (1937–2010). O, həmin günlərdə Ağdərə istiqamətində hərbi-səyyar hospital xidmətinin təşkili ilə məşğul olur, yaralıların yerindəcə xilas edilməsi üçün ön xəttə qədər irəliləyirdi. Onun keçdiyi həyat yolu – Əfqanıstan cəbhəsində xidmət, Çernobıl faciəsi dönəmində hospital rəhbərliyi, Bakıda hərbi tibb sisteminin qurulmasında iştirakı – həmin görüntülərdəki peşəkar və cəsarətli mövqeyini bir daha təsdiqləyir.
Musavat.com xəbər verir ki, videoda əsgərlərin yorğun, lakin qətiyyətli simaları, ağır döyüş şəraitinə baxmayaraq, iradəli dayanışları Azərbaycanın o dövrdə də kifayət qədər qəhrəman övladlara sahib olduğunu bir daha göstərir. Lakin bu kadrlar həm də acı bir həqiqəti xatırladır: 1990-cı illərin əvvəllərində Azərbaycanı müdafiə edən çoxsaylı qəhrəmanlar var idi, amma onların arxasında, yanında güclü dövlət, sistemli ordu və peşəkar komandanlıq yox idi.
Məhz buna görə, həmin dövrdə ön xətdə döyüşən yüzlərlə igidin cəsarəti mütəşəkkil dəstək, koordinasiya və vahid komandanlıq olmadığından lazımi nəticəni verə bilməmişdi.
Tarixi paralel isə çox aydındır:
— 1-ci Qarabağ müharibəsində qəhrəman çox idi, amma onları qələbəyə aparacaq dövlət mexanizmi yox idi. — 2-ci Qarabağ müharibəsində isə həm qəhrəmanlar vardı, həm də onların arxasında güclü dövlət, nizami ordu və qətiyyətli Ali Baş Komandan vardı.
44 günlük Zəfər müharibəsinin nəticəsi bunun ən bariz sübutudur: sistemli dövlət idarəçiliyi, modern ordu strukturu və Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi Azərbaycan əsgərinin qəhrəmanlığını qələbəyə çevirən əsas amillər oldu.
1992-ci ilin bu nadir görüntüləri həm tariximizin ağrılarını, həm də Azərbaycan əsgərinin nə qədər yenilməz olduğunu göstərən sənədli şahidlikdir.
Created on Tuesday, 02 December 2025 14:09 | Hits: 382
İşğaldan azad olunmuş ərazilərə 22 milyard manat vəsait xərclənib. Mediatv.az xəbər verir ki, bu barədə deputat Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb. “Keçən 5 il ərzində Azərbaycan hərbi zəfərini işğaldan azad olunmuş ərazilərdə iqtisadi və sosial zəfərə çevirmək üçün möhtəşəm işlər görüb. Hazırda bu ərazilərdə 62 mindən çox insan yaşayır. Bu günə qədər Azərbaycan bu ərazilərin inkişafı üçün 22 milyard manat vəsait xərcləyib. 22 milyard manat vəsait Ermənistan dövlət büdcəsi gəlirlərinin 2 dəfə, Gürcüstandan isə 1.4 dəfə çoxdur”, - deputat bildirib. *** Deputat Soltan Məmmədov əlavə edib ki, artıq elə bir dövr gəlib çatıb ki, Cənubi Qafqaz qarşıdurmaların deyil, əməkdaşlığın yeni sərmayə axınlarının yaşıl enerji, nəqliyyat və mədəni diplomatiyanın mərkəzinə çevrilməlidir: “Bu hədəf üçün Azərbaycan lazımi siyasi iradəni nümayiş etdirir və bütün tərəfdaşlarla əməkdaşlığa açıqdır. Bu baxımdan, bir qrup ABŞ senatorunun ədalət məhkəməsinə cəlb edilmiş erməniəsilli şəxslər haqqında mövqəyi məsələyə qeyri-obyektiv yanaşmanın təzahürüdür. Bu, Azərbaycanın suveren məhkəmə proseslərinə müdaxilə kimi qiymətləndirilir. Hesab edirəm ki, belə yanlış bəyanatlar bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət etmir, əksinə, Ermənistanın əsassız iddialarını stimullaşdırır. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan tərəfi 2020-ci il 44 günlük müharibədən sonra bütün hərbi əsirlərin qarşılıqlı şəkildə geri qaytarılması öhdəliyini tam şəkildə yerinə yetirib. Bu gün ölkəmizdə saxlanılan və barəsində hüquqi prosedurlar aparılan şəxslər hərbi əsir deyil, onlar Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdir”.
Created on Monday, 01 December 2025 09:24 | Hits: 396
Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür.
"Rayonun düşmən tapdağından qurtulmasından beş il ötür.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.
Laçın rayonu Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ilin mayın 18-də işğal edilib.
Laçının azadlığına gedən yol isə 2020-ci ilin payızında başlayıb. Həmin ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib. Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatıb, işğalçılardan təmizlənən şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli şanlı bayrağımız ucaldılıb.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamıyla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib.
Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km məsafədə yerləşir.
Ümumi sahəsi 1 835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrlə 3 600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3 594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, o da Araz çayına qovuşur.