Ardını oxu...
Cənubi Kaliforniya ştatında bu həftə baş verən 5.2 bal gücündəki zəlzələ bölgədəki ən böyük təhdidə səbəb olan “Elsinore” qırılmasının hərəkətliliyini yenidən gündəmə gətirib.

TEREF xəbər verir ki, ABŞ-ın məşhur seysmoloqları bu qırılmanın 7.8 bal gücündə bir zəlzələyə səbəb ola biləcəyini vurğulayıblar.

“Elsinore” qırılması ABŞ-Meksika sərhədindən başlayıb, Kaliforniyanın San Diego və Riverside qraflarından keçərək Los-Ancelesə qədər uzanır. Bu qırılma xətti bölgədəki ən təhlükəli və gözlənilən zəlzələ mənbələrindən biri olaraq göstərilir. Kaliforniya Texnologiya İnstitutunun məlumatlarına görə, “Elsinore” qırılmasında hər 100-200 ildən bir böyük zəlzələ baş verir və bu zəlzələnin 7.8 bal gücündə olması ehtimalı yüksəkdir.

“Elsinore” qırılması Los-Ancelesdən Las Veqas qədər geniş bir ərazini təsir altına alacaq bir fəlakətə səbəb ola bilər. 2017-ci ildə ABŞ Geoloji Tədqiqat Xidməti (USGS), Elsinore qırılmasından başlayan bir 7.8 bal gücündəki zəlzələnin simulyasiyasını aparmış və bunun ciddi struktur zədələnmələrə, çox sayda insanın ölümünə və iqtisadi fəsadlara səbəb olacağını göstərmişdi.

Ekspertlər zəlzələnin yaxınlaşdığını bildirərək əhalini bu mövzuda daha hazırlıqlı olmağa və mütəmadi olaraq seysmik təlimlər keçirməyə çağırır. “Elsinore” qırılmasında baş verə biləcək böyük təkanların Kaliforniyanın bütün cənubunu təsir altına alması ehtimalı bölgədəki sakinləri narahat edir.

Milli.Az
Ardını oxu...
Dünyanın ən yüksək təhsil haqqı tələb edən məktəblərinin siyahısı açıqlanıb.
İllik təhsil haqqı baxımından ən bahalı 10 ali məktəbin siyahısını təqdim edirik:

1. İnstitut Rosenberg (İsveçrə) – 170 min dollar (289 min manat)

2. Aiglon Kolleci (İsveçrə) – 135 min dollar (229,5 min manat)

3. İnstitut Le Rosey (İsveçrə) – 130 min dollar (221 min manat)

4. College Alpin Beau Soleil (İsveçrə) – 129 min dollar (219.3 min manat)

5. La Garenne Beynəlxalq Məktəbi (İsveçrə) – 126 min dollar (214.2 min manat)

6. Leysin Amerika Məktəbi (İsveçrə) – 119 min dollar (202.3 min manat)

7. Le Regent Beynəlxalq Məktəbi (İsveçrə) – 114 min dollar (193.8 min manat)

8. St Georges Beynəlxalq Məktəbi (İsveçrə) – 108 min dollar (183.6 min manat)

9. Leman Kolleci (İsveçrə) – 106 min dollar (180.2 min manat)

10. Lyceum Alpinum Zuoz (İsveçrə) – 105 min dollar (178.5 min manat)

Qeyd edək ki, bu məktəblər yalnız akademik uğur deyil, həm də zəngin imkanlar, elit mühit və qlobal şəbəkəyə çıxış üçün seçilir. Xüsusilə İsveçrədə yerləşən internat məktəblər dünya miqyasında zəngin ailələrin əsas seçimləri arasındadır.
 
 
 
Ardını oxu...
İBB Başkanı ve Cumhurbaşkanı Adayı Ekrem İmamoğlu'na ilişkin yapılan son anketten çıkan sonuçlarda AKP iktidarına kötü haber geldi. Ekrem İmamoğlu’na yönelik toplumsal algıyı ortaya koyan ankette, vatandaşların yüzde 65’inin İmamoğlu’nun tutuklanmasını yanlış bulduğu ortaya çıktı.

İstanbul Büyükşehir Belediye Başkanı ve Cumhurbaşkanı Adayı Ekrem İmamoğlu’nun gözaltına alınarak tutuklanmasına kamuoyundan büyük bir tepki geldi. Yapılan son anket çalışması, “Soruşturmalara ilişkin kanaatler ve İmamoğlu algısı” başlığıyla kamuoyuyla paylaşılırken anketten, AKP iktidarına kötü haber geldi.

HALKIN YÜZDE 58’İ İNANMIYOR
Söz konusu ankette halkın yüzde 58’inin İmamoğlu hakkındaki yolsuzluk suçlamalarına inanmadığı ortaya konulurken yüzde 65 ise İmamoğlu’nun tutuklanmasını yanlış buluyor. Halkın yüzde 61’i İmamoğlu’nun, Cumhurbaşkanı seçilmesin diye tutuklandığını düşünürken yüzde 67’si ise İmamoğlu’nun tutuklama sürecinde dirayetli bir duruş sergilediğini düşünüyor. İmamoğlu’nun hakkındaki terör suçlamalarına inanmayanların oranı ise yüzde 68 olarak belirlendi.
Ardını oxu...
halktv.com
 
 
 
Ardını oxu...
Böyük rus şairi Mixail Lermontov “Əlvida, yuyulmamış Rusiya” adlı qısa şeirində vətənini qullar və ağalar ölkəsi kimi təsvir etmişdi. O vaxtdan demək olar ki, 150 il keçsə də, Rusiyada heç nə dəyişməyib. Bundan başqa, qulların və ağaların olması ilə yanaşı, həm də paradoks və absurd ölkəsinə çevrilib.

Paradoks ondan ibarətdir ki, bu gün Rusiya Ukraynaya qarşı dövlət səviyyəsində terror törədir, şəhər və kəndlər dağıdılır, dinc əhali məhv edilir, eyni zamanda Rusiya hüquq-mühafizə orqanları ölkə daxilində terrorçuların axtarışını fəal şəkildə həyata keçirir.

Yəni, belə çıxır ki, zahiri terror (bunu başqa cür adlandırmaq olmaz – müəllif) nəcib və tərifəlayiq əməldir, lakin dövlət sərhədləri daxilində “terror” sərt şəkildə cəzalandırılır. Bəs, siz bilirsinizmi, Rusiyada "terrorçu" kimdir? Ukraynadakı müharibəyə qarşı çıxan hər kəs avtomatik olaraq “satqın” və “terrorçu” olur. Ən yaxşı halda, xarici agent və ekstremist damğası vurulur. Baxmayaraq ki, asayiş keşikçilərinin və bütün Rusiya hərbi-siyasi quruluşunun nəzərində onlar eyni şeydir. Sadəcə, həbs müddəti bir qədər qısa olur.

Absurd odur ki, eyni ifadəyə görə Rusiyada kimsə potensial “terrorçu”dur, digəri isə informasiya sahəsində nəinki yaxşı mövqe tutur, həm də hakimiyyətdəkilərlə yaxşı münasibətdədir. Kimsə mənim sözlərimə şübhə edə bilər: deyirlər, qanun hamı üçün eynidir. Amma fakt budur ki, coğrafiya yazıq bir rusiyalı üçün ölümcül rol oynayıb. Başa düşürəm ki, dediklərim bir az qarışıqdır, amma bir dəqiqəlik səbr edin və hər şey aydın olacaq.

Belə ki, Krasnoyarsk sakini “Russia Today” telekanalının və “Spitnik” İnformasiya Agentliyinin rəhbəri Marqarita Simonyana ünvanladığı şərhə görə terrora çağırışda ittiham olunub. 42 yaşlı Krasnoyarsk sakini Marqarita Simonyanın “Sibir üzərində nüvə partlayışında qorxulu heç nə yoxdur” sözlərinə cavab olaraq “Moskva üzərində bomba partladılmasını” təklif etməkdə ittiham olunur.

Hamısı budur. Vyaçeslav K. adlı Krasnoyarsk sakini 2023-cü ilin oktyabrında şərh yazıb. Onun bu şərhi hansı sosial şəbəkədə yazdığı məlum deyil.

Bədbəxt Krasnoyarsk sakini bu ifadə ilə Sibiri Moskvaya dəyişdi, vəssalam. Ancaq bunun üçün - "və hamısı budur" - onu 7 ilə qədər həbs gözləyir. Gördüyümüz kimi, demək olar ki, iki ildən sonra "ədalətli qisas" Vyaçeslav K.-nı tapdı.

Yeri gəlmişkən, Marqarita Simonyan da layiq olduğunu aldı. Xeyr, onu həbs etmədilər. İmperatora yaxın adamı kim həbs edər? "Sibir üzərində nüvə bombası partlatmaq" təklifindən bir ildən bir az sonra o, 3-cü dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordeni ilə təltif edildi. Və ordeni Rusiya Prezidenti Vladimir Putin şəxsən təqdim edib.

Ədalətin digər tərəfi. Baxmayaraq ki, həm Simonyan, həm də Putin başa düşülə bilər. Razılaşın ki, Sibir üzərindəki partlayışla Moskva üzərindəki partlayış arasında “böyük fərq” var. Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın. Orada dövlət başçısı özü oturur. Və Slavkanı nümunə götürən hüquq-mühafizə orqanları bunu bütün ruslara məşhur şəkildə izah etdilər.

"Nüvə partlayışı" mövzusu ilə oynamaq istəyən varmı? Əgər varsa, onda qaydalar belədir: əgər söhbət Moskvadan gedirsə, o, Slavkanın arxasınca gedəcək. Yaxşı, əgər Sibirlə əylənmək istəyirsinizsə, mükafatınız budur: azadlıqda qalacaqsınız. Ordenə isə iddia etməyin. Axı siz Simonyan deyilsiniz...

Müəllif: Fed Bakinski - AYNA.az
 
 

 



Ardını oxu...
  

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana qarşı rəsmi xəbərdarlıq edib. Bu xəbərdarlığın səbəbi isə Egey dənizində Yunanıstanın Avropa İttifaqının normativlərinə əsaslanaraq elan etdiyi “Dəniz Məkan Planlaması” (DMP) ilə bağlıdır. Türkiyə bildirib ki, bu planlamada göstərilən bəzi bölgələr Egey və Şərqi Aralıq dənizində Türkiyənin dəniz yurisdiksiya (səlahiyyət) sahələrini pozur.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, nazirliyin açıqlamasında aşağıdakı məqamlara xüsusi diqqət çəkilib:

  • Yunanıstanın birtərəfli hərəkətləri və iddiaları Türkiyə baxımından heç bir hüquqi nəticə doğurmur və bu, bir daha açıq şəkildə vurğulanır.

  • Həmin addımlar və fakt qarşısında qoyma cəhdləri keçmişdə olduğu kimi, bu gün və gələcəkdə də Türkiyə üçün heç bir hüquqi qüvvəyə malik olmayacaq.

  • Türkiyənin hazırladığı öz Dəniz Məkan Planlaması sənədləri isə UNESCO və Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumlarına təqdim olunur.

Musavat.com

 
 
 
Ardını oxu...
Ukrayna və Amerika Birləşmiş Ştatları faydalı qazıntılarla bağlı saziş çərçivəsində memorandum imzalayıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.

“Bu gün ABŞ ilə iqtisadi tərəfdaşlıq sazişinə doğru bir addım atdıq. Komandalarımızın konstruktiv əməkdaşlığını və sazişi yekunlaşdırmaq niyyətini təsdiqləyən memorandumu imzaladıq”, – deyə o, sosial şəbəkə hesabında bildirib.

İmzalanma onlayn baş tutub. Ukrayna tərəfdən memorandumu iqtisadiyyat naziri Sviridenko, Amerika tərəfdən isə maliyyə naziri Bessent imzalayıb.

Xatırladaq ki, qısa müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 17-də ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı memarandumun imzalanacağını açıqlamışdı. Onun sözlərinə görə, bu sənəd sadəcə olaraq tərəflərin niyyətini özündə əks etdirir.
Ardını oxu...
Türkiyəli jurnalist Rasim Ozan Kütahyalı tutulub.

NTV xəbər verir ki, jurnalist CHP-nin qurultayında saktakarlıq olduğu və buna görə partiyaya qəyyum təyin ediləcəyi ilə bağlı sosial mediada yaydığı iddialar əsasında saxlanılıb.

Onun barəsində Ankara Prokurorluğunda “xalqa səhv məlumat vermək” maddəsi ilə araşdırma başladılıb.
 
Ardını oxu...
2011-ci ildə Kopenhagenə çox güclü yağış yağır. Şəhər suya qərq olur. Zərər isə 1.6 milyard avro olaraq dəyərləndirilir.

Danimarkalı nə edir?

✅ 10.000 m³ su tutan “Kalvebod Brygge” tunelini inşa edir.
✅ Süngər parklar yaradır. Bu parklar suyu əmir və şəhəri artıq sudan qoruyur.
✅ Yolları elə dizayn edir ki, sular toplayıcı zonalara yönəlir. Səkilərin səviyyələrini dəyişdirir. Suyun müəyyən trayektoriya ilə axması təmin edilir.

Hal-hazırda Kopenhagendə 300-dən çox yağış suyunun idarəolunması layihəsi aktiv vəziyyətdədir. Bu layihələr qarşıdakı 100 ildə şəhəri təbii fəlakətlərə 30% daha hazırlıqlı hala gətirməyi hədəfləyir.

Nəcəf Əsgərzadə - "DİA-AZ"
 

Ardını oxu...
 

Ağ Ev sahibi Donald Tramp Türkiyəyə ABŞ-ın ən etibarlı və vazkeçilməz müttəfiqi kimi yanaşır, üstəlik, prezident Rəcəb Tayyib Ərdoğanı da anlaşa biləcəyi çox azsaylı dünya liderlərindən biri hesab edir... ABŞ artıq Türkiyənin Suriyadakı milli təhlükəsizlik maraqlarına problem yaratmaq niyyətində deyil, Ağ Ev PKK/YPG terror təşkilatının gələcək taleyi barədə veriləcək qərarı da rəsmi Ankaranın öhdəsinə buraxır...

Suriya böhranının nizamlanması prosesi artıq intensiv xarakter daşıyır. Bu problemin tam şəkildə həlli bütövlükdə Yaxın Şərq regionunun gələcək taleyi baxımından böyük əhəmiyyət daşıyır. Çünki Yaxın Şərqdə yeni düzənin məzmun və keyfiyyəti böyük ölçüdə məhz Suriyanın yenidən nevə bərpa ediləcəyindən birbaşa asıldır. Üstəlik, bu məsələ Yaxın Şərq regionunda geopolitik maraqları olan dövlətlər arasında kifayət qədər ciddi ziddiyyətlərə də yol açmaqdadır. Və bu ziddiyyətlər isə öz növbəsində geopolitik qarşıdurmalara da yol açmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, Suriyanın yenidən bərpa olunması prosesinə hazırda yalnız Türkiyə tam şəkildə dəstək verməkdədir. Yaxın Şərqdə geopolitik hədəfləri olan digər ölkələr isə bu prosesi mümkün qədər ləngitməyə, hətta mümkün olarsa, ümumiyyətlə, əngəlləməyə çalışırlar. Belə ki, bəzi nüfuzlu dövlətlər hesab edirlər ki, Suriyanın ərazi bütövlüyünün bərpa edilməsinə qətiyyən ehtiyac yoxdur. Əksinə, bu ölkənin yeni nüfuz dairələrinə, nəzarət zonalarına bölünməsi daha sərfəlidir. Və Türkiyə hazırda bütün bu təhıükəli planların müəlliflərinə təkbaşına müqavimət göstərməyə çalışır.

Ardını oxu...

Məsələ ondadır ki, bir müddət öncə devrilmiş Əsəd rejiminin silahlı tör-töküntüləri Suriyanın müvəqqəti hökumətinə qarşı yenidən qiyam qaldırmışdılar. Əsas məqsəd məhz müvəqqəti hökuməti devirərək, Əsəd rejiminin bərpasına nail olmaqdan ibarətiydi. Ona görə də, Suriyada xüsusi maraqları və hərbi bazaları olan Rusiyanın bu qiyam cəhdində iştirakı olduğu ehtimal edilirdi. Üstəlik, Rusiyaya qaçmış devrilmiş prezident Bəşər Əsədin də Kreml tərəfindən Suriyaya təhvil verilməməsi belə şübhələri artırırdı. Və bu baxımdan, Kremlin Suriyanın bərpa prosesinə əngəl törətmək istəyən dövlətlərin sırasında yer aldığı da qətiyyən istisna deyil.

Maraqlıdır ki, Suriya kəşfiyyat orqanlarının Əsəd rejiminə bağlı ordu zabitləri tərəfindən planlaşdırılmış növbəti çevriliş cəhdinin qarşısını aldıqlarını bəyan ediblər. Suriya daxili işlər naziri Anas Xattab bildirib ki, təhlükəsizlik qüvvələrinin və xalqın qətiyyəti sayəsində bu təhlükənin qarşısını almaq mümkün olub. Belə anlaşılır ki, Rusiya Bəşər Əsədi Suriyaya təhvil vermədikcə, bu ölkədə sabitliyə qarşı həmişə təhdid olacaq. Və Kremlin bu faktordan Suriyanın müvəqqəti hökumətinə qarşı təzyiq faktoru kimi yararlanmaq niyyəti güddüyü də qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, ABŞ-ın Suriyadan öz hərbi bazalarını çıxartmaq niyyəti bu ölkənin gələcək taleyi baxımından, ən pozitiv yenilik hesab olunur. Belə ki, son məlumatlara görə, ABŞ ordusu Suriyanın şərqində yerləşən Deyr əz-Zor vilayətinin Konoko bölgəsindəki hərbi bazadan öz qoşunların çıxarılmasına artıq başlayıb. Ağ Evin bu qərarı ABŞ-ın regiondakı hərbi mövcudluğunu azaltmağa doğru atdığı çox əhəmiyyətli addım kimi qiymətləndirilir. Çünki Konoko enerji resursları ilə zəngin bir bölgədir və ABŞ hərbi kontingenti burada məhz PKK/YPG terror təşkilatı ilə birlikdə fəaliyyət göstərirdi.

Ardını oxu...

Qərb mətbuatının iddialarına görə, ABŞ Yaxın Şərqdə hərbi gücünü artırmaq istiqamətində göstərdiyi cəhdlərə paralel olaraq, Suriyadakı qoşunlarının sayını təxminən iki dəfə azaltmağı planlaşdırır. Adının gizli qalmasını istəyən amerikalı rəsminin sözlərinə görə, Ağ Ev Suriyada ABŞ qoşunlarının sayını 2000 nəfərdən 1000 nəfərə endirmək niyyətindədir. Onun iddiasına görə, ABŞ bu prosesi ən uzağı iki ay ərzində yekunlaşdıracaq. Və bu barədə ABŞ təhlükəsizlik rəsmiləri İsrail xüsusi xidmət servislərini artıq məlumatlandırıblar.

Onu da qeyd etmək lazımdır ki, İsrail ABŞ qoşunlarının Suriyadan çıxarılmasına qarşı müqavimət göstərir. Bəzi məlumatlara görə, rəsmi Təl-Əviv Ağ Evi bu addımın yolverilməz olduğuna və ağır nəticələrə yol aça biləcəyinə inandırmağa çalışır. İsrailin əsas narahatlığı ABŞ-ın boşaltdığı Suriya ərazilərinə nəzarətin məhz Türkiyəyə keçə biləcəyi ilə bağlıdır. Və rəsmi Təl-Əviv Suriyada nəzarət balansının Türkiyənin xeyrinə dəyişə biləcəyi ilə bağlıdır.

Ancaq Ağ Ev hələlik rəsmi Təl-Əvivin bu narahatlığına pozitiv reaksiya verməyə tələsmir. Əksinə, Tramp administrasiyası Suriyanın Türkiyənin geopolitik nəzarəti altına verilməsinə qarşı olmadsığını açıq-aşkar qabardır. Hətta prezident Donald Tramp bir müddət öncə Suriyada Əsəd rejiminin devrilməsinin Türkiyənin intensiv fəaliyyəti sayəsində mümkün olduğunu vurğulamışdı. Və ona görə də, prezident Rəcəb Tayyib Ərdoğanla xüsusi münasibətlərinin mövcudluğunu qabardan Ağ Ev sahibi Türkiyənin Suriyadakı maraqlarına problem yaratmaq niyyətində olmadığına işarə etmişdi.

Ardını oxu...

Eyni zamanda, Ağ Ev sahibi Donald Tramp hər kəsin rəsmi Ankara ilə münasibətlərdə məntiqli olmasının vacibliyini vurğulamaqla yanaşı, həm də İsrailin Türkiyə ilə mövcud problemlərini həll etməyə hazır olduğunu da bildirmişdi. Yəni, prezident Donald Tramp Türkiyəyə ABŞ-ın etibarlı və vazkeçilməz müttəfiqi kimi yanaşır. Üstəlik, Ağ Ev sahibi Türkiyə prezidentini anlaşa biləcəyi çox azsaylı dünya liderləri sırasına daxil edir. Və bu, o deməkdir ki, Tramp administrasiyası dönəmində Türkiyə-ABŞ münasibətləri ən yüksək səviyyəyə çataraq, yeni qlobal güc mərkəzinə çevrilə bilər.

Təbii ki, bütün bunlar Türkiyənin maraqları baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə də, ABŞ qoşunlarının PKK/YPG terror təşkilatının sığındığı Suriya ərazilərini tərk etməsi Türkiyənin milli təhlükəsizlik maraqlarının təmin olunmasına münbit şərait yaradır. Belə ki, Bayden administrasiyasının himayə etdiyi PKK/YPG terror təşkilatı hazırda ABŞ-ın ənənəvi dəstəyindən məhrum qalmaqdadır. Yəni, rəsmi Ankara Suriyadakı “terror yuvaları” dağıtmaq, PKK/YPG terror təşkilatını tamamilə sıradan çıxartmaq şansı qazanır. Və bu, yalnız Suriya deyil, ümuniyyətlə, Yaxın Şərq üçün yeni situasiyanın yaranma ehtimalını da ciddi şəkildə artırır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Ardını oxu...

 
 
 

 
Ardını oxu...


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan son açıqlamaları ilə gündəmi silkələyib. Onun sözlərinə görə, bəzi ölkələr sülh müqaviləsinin öz paytaxtlarında imzalanmasını təklif etsələr də, Ermənistan tərəfi bu sənədin bilavasitə Azərbaycan-Ermənistan sərhədində imzalanmasını istəyir.

Bu fikirləri Mirzoyan Sloveniya xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

O, əlavə edib ki, Ermənistan Azərbaycan tərəfinə bir təklif də təqdim edib: sülh müqaviləsi və ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı sənədlərin eyni gündə imzalanması.

Mirzoyan bildirib:

“Əgər de-fakto başa çatmış münaqişə de-yure olaraq sülh müqaviləsi ilə təsdiqlənərsə, artıq Minsk Qrupu formatına ehtiyac qalmayacaq. Əksinə, bu format bundan sonra əngəl yarada bilər. Bu səbəbdən Ermənistan təklif edir ki, eyni gündə – istənilən ardıcıllıqla – həm sülh müqaviləsi, həm də Minsk Qrupunun buraxılması ilə bağlı sənəd imzalansın”.

Qeyd edək ki, Mirzoyan bundan əvvəl də bu təklifi irəli sürmüşdü. O zaman da Ermənistan tərəfi, həm Minsk Qrupunun ləğvini rəsmiləşdirməyə, həm də sülh sənədini imzalamağa hazır olduğunu bildirmişdi.

Lakin reallıq fərqlidir. Azərbaycanın qarşısında qoyduğu iki əsas şərt hələ də yerinə yetirilməyib:
1. Ermənistan Konstitusiyasının dəyişdirilməsi – Bu sənədin bir sıra maddələri Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar ehtiva edir. Rəsmi Bakı hesab edir ki, bu maddələr dəyişdirilmədən sülh müqaviləsinin hüquqi sabitliyi təmin oluna bilməz.
2. ATƏT-in Minsk Qrupunun tam şəkildə hüquqi olaraq ləğv olunması və bu barədə birgə müraciətin hazırlanması.

Mirzoyan həmçinin bildirib ki, Antalyada keçirilən son danışıqlarda müəyyən irəliləyiş olsa da, hələ yekun qərar əldə olunmayıb. Bu, faktiki olaraq danışıqların hələ də kritik mərhələdə olduğunu göstərir.

Bu məqamda müşahidəçilər Ermənistandan gələn bu cür təklif və açıqlamaların sadəcə zaman qazanmağa, prosesin qarşısını almağa hesablandığını düşünür. Ermənistan tərəfi, bir tərəfdən, beynəlxalq aləmdə sülhə hazır olduğunu göstərməyə çalışır, digər tərəfdən isə Azərbaycanın əsas şərtlərindən – xüsusilə Konstitusiyanın dəyişdirilməsi məsələsindən – yayınmağa çalışır.

Diplomatik mənbələr bildirir ki, sülh sənədi artıq texniki redaktə mərhələsindədir. Tərəflər arasında əsas razılaşma əldə olunub, ciddi fikir ayrılığı yalnız yuxarıda qeyd olunan iki şərtlə bağlıdır.

Bütün bunları nəzərə alaraq, Ermənistanın eyni gündə iki sənəd imzalamaq təklifi simvolik görünsə də, praktiki baxımdan hələ də bu ölkənin öhdəliklərdən yayınmaq üçün “ikili oyun” oynadığını göstərir.

Azərbaycan tərəfinin mövqeyi isə aydındır: sülh, ancaq real dəyişikliklərlə mümkündür. Ermənistan yalnız açıqlamalarla deyil, konkret hüquqi addımlarla prosesi tamamlamalıdır. Əks halda, bu təkliflərin heç biri real nəticə verməyəcək.

Dünyapress TV

Xəbər lenti