Ardını oxu...
Estoniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə (MİT rəhbəri İbrahim Kalın) və İngiltərə (Mİ6 rəhbəri Riçard Mur) kəşfiyyat şefləri ilə gizli görüş keçirdiyinə dair məlumatlar yayılıb. Adətən Ermənistanda belə informasiyalar ictimai rəyi Paşinyanın əleyhinə yönləndirmək məqsədilə tirajlanır və bu məlumatın da eyni məqsədə xidmət etdiyi istisna edilməməlidir.

Lakin Kalın-Mur-Paşinyan görüşü baş tutubsa, burada bir-birinə bağlı iki əsas gündəm ola bilər.

- Türkiyə-Ermənistan münasibətlərinin normallaşması;
- Cənubi Qafqazda kommunikasiyanın açılması;

Hər iki məsələ Bakı-İrəvan xəttində razılaşmadan, xüsusilə Zəngəzur dəhlizinin açılmasından asılıdır. İngiltərə açıq şəkildə dilə gətirməsə də, Pekin-London marşrutunda güc balansını idarə etmək və təsir imkanlarını genişləndirmək baxımından Zəngəzur dəhlizi layihəsində maraqlı görünür: bu dəhlizin açılması ilə türk dünyasında coğrafi bölünmənin aradan qalxması, Türkiyədən Mərkəzi Asiyaya uzanan bölgədə tarazlıq yaradacaq gücün ortaya çıxması London-Ankara-Bakı gündəliyinə uyğundur. Ehtimal olunan Tallin görüşü Paşinyanı Zəngəzur dəhlizinin açılmasına inandırmaq məqsədi daşıya bilər. Bu informasiya son günlər Orta dəhlizdə mübarizənin kəskinləşməsi fonunda da diqqət çəkir: Avropa İttifaqının Mərkəzi Asiyada mövqelərini gücləndirmək və Orta dəhlizdə “Ermənistan tranziti planına” qarşı Əliyev Çin səfəri ilə əks-həmlə etdi və Zəngəzur dəhlizinə dəstəyi genişləndirdi; Pekinin “Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləməsi” mühüm şifrələri əks etdirir; Bakı Orta dəhlizdə üzərinə düşəni, Ankara və London öz üzərlərinə düşəni etməyə çalışır.

Hərçənd, Tallin görüşü haqqında tirajlanan iddianın reallığı yenə də sual altındadır.

Paşinyanın Estoniya səfəri daha çox gözlənilən Moskvaya səfərindən öncə Avropada “hesabat” vermək məqsədi daşıyır. Çünki erməni baş nazir 9 mayda Moskva paradına gedəcək, Avropa İttifaqı isə üzvlüyə namizəd ölkələrə parada getməməyi tapşırıb. Latviyanın xarici işlər naziri Baiba Braje aprelin 14-də bildirmişdi ki, “aprelin 13-də Qərbi Baıkan ölkələrinin nümayəndələri ilə işgüzar şam yeməyi zamanı Avropa İttifaqı onlara Moskvada keçiriləcək 9 may Qələbə Gününə həsr olunmuş bayram tədbirində iştirak etməməklə bağlı dəqiq göstəriş verib”. Görünür, Aİ-yə üzvlük yoluna çıxan Ermənistan Moskva paradına getməklə Avropadakı tərəfdaşlarını narazı salmaqdan çəkinir və Paşinyan Estoniyaya - Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın ölkəsinə səfəri ilə “Mosvkva paradında iştirakının səbəblərini – real vəziyyəti” izah etməyə çalışır. Ermənistan mediası da bu versiyanın üzərində dayanır.

Erməni baş nazirin Tallində MİT və Mi6 şefi ilə görüşüb-görüşmədiyinə dair detallar isə informasiya axınında məlum olacaq.(publika.az)
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın təzyiqlərinə baxmayaraq, istənilən sülh sazişi çərçivəsində Ukrayna ərazisini tələb etməyə davam edir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 25-də Kremldə uzun sürən danışıqlar zamanı Putini hazırkı cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasına razı salmağa çalışıb.

Bununla belə, Putin əvvəllər bəyan etdiyi mövqeyinə sadiq qalır və müharibənin dayandırılması ilə bağlı hər hansı razılaşmanın bir hissəsi kimi Ukraynanın hələ tam işğal etmədiyi dörd bölgəsinə tam nəzarəti əldə etmək istəyir.

Nəşr əlavə edir ki, bu tələb ABŞ Prezidenti Donald Trampın atəşkəsə nail olmaq və müharibənin sonlandırılması səylərinə zərbə olub.

Bildirilir ki, danışıqlar hələlik dalana dirənib və sonrakı irəliləyiş yalnız Putin və Trampın birbaşa iştirakı ilə mümkündür.
 
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Estoniya hakimiyyətini Ukraynanın genişmiqyaslı işğalından “nəticə çıxarmağa” çağırır.

TEREF axar.az-a istinadən xəbər verir ki, bu barədə Mariya Zaxarova Estoniya tarixində mayın 5-dən 23-dək keçiriləcək ən böyük beynəlxalq hərbi təlimləri şərh edərkən deyib.

Zaxarova bildirib ki, Estoniya Ukraynaya baxıb “nəticə çıxarmalıdır”.
 
Ardını oxu...
İsrailin Baş naziri Benyamin Netanyahunun avtomobil korteji qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Qəzanın Qüdsdə olduğu bildirilir.

Həmçinin, vurğulanıb ki, Baş nazir hadisə nəticəsində xəsarət almayıb.
 
Ardını oxu...
  

Ötən həftə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Kaya Kallas Bakıya gəldi. Siyasi ekspert Məhəmməd Əsədullazadənin “Yeni Müsavat”a dediyinə görə, Avropa İttifaqı Azərbaycanla əlaqələrin inkişafında maraqlı görünür.

Onun fikrincə, Aİ Azərbaycanla təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək əzmindədir: “Son illərdə ikitərəfli əlaqələrdə yaranmış müəyyən problemlərin arxada qalması gözlənilir. Hazırda ABŞ-la siyasi böhran yaşayan Avropa İttifaqı yeni güc mərkəzi olmaq istiqamətində siyasət həyata keçirir. Ötən ay Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə birgə sammit keçirdi. Avropa ittifaqı Mərkəzi Asiyadan neft- qazın və uranın daşınmasını Azərbaycan üzərindən həyata keçirməkdə maraqlıdır. Məhz Cənubi Qafqaza və Mərkəzi Asiyaya siyasətinin Azərbaycan üzərindən həyata keçirilməsini nəzərdən keçirir”.

Azərbaycan üzərindən keçən Orta dəhlizin qısa və təhlükəsiz olması digər marşrutlardan rentabellidir: “Demək olar ki, Brüssel Azərbaycanla müəyyən fikir ayrılıqlarını kənara qoyaraq ölkəmizlə münasibətlərdə yeni səhifə açır. Qeyd edim ki, Avropa İttifaqının Mülki Missiyası Ermənistan-Azərbaycan sərhədində müşahidə aparır. Bu, ikitərəfli əlaqələrə kölgə salır. Azərbaycanın regionda artan siyasi və nəqliyyat imkanları Brüsselin siyasətində korrektlər edəcək. Avropa İttifaqının Zəngəzur dəhlizinin açılmasına dəstək verməsi gözlənilir. Beynəlxalq və regional şərtlər dəyişdikcə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər inkişaf edəcək”.

Ardını oxu...

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Azərbaycan Orta dəhlizin regional habını Ermənistansız qurmaq niyyətindədir: “Gürcüstanın tranzit rolu saxlanılır, hətta daha da artırıla bilər, hərçənd beynəlxalq daşımalarda risklərin azaldılması alternativlərin olması zərurətini də qaçılmaz edir. Bakı alternativ marşrut kimi Zəngəzur dəhlizini görür. Dəhliz vermək istəməyən Ermənistanın alternativ tranzitə çevrilmək planı Azərbaycan qarşısında gücsüz görünsə də, kənar müdaxilələr və dəstək, xüsusilə Mərkəzi Asiyada güclənməyə çalışan Avropa İttifaqının yanaşması - Azərbaycan-Ermənistan-Türkiyə sərhədinin açılması istəkləri Bakının planına risklər vəd edir”.

Onun fikrincə, Çin anlayır ki, Azərbaycanın mövqeyi nəzərə alınmalıdır, hərçənd Orta dəhlizin Cənubi Qafqaz habında davam edən bu mübarizənin nəticəsi - Zəngəzur dəhlizi, yoxsa Ermənistan tranziti - yekunda Pekinin mövqeyini müəyyənləşdirəcək: “Əliyevin Pekin səfərini bu kontekstdə dəyərləndirmək olar. Cənubi Qafqaz habının perspektivlərinə yanaşmada Çinlə "saatları yoxlamaq, Çinlə hərtərəfli əməkdaşlığı genişləndirməklə alternativ planların perspektivlərini zəiflətmək, Aİ-nin “Ermənistan planı”na qarşı Çinin dəstəyi ilə mövqeləri gücləndirmək. Belə görünür ki, qarşıdakı dövrdə Zəngəzur dəhlizi layihəsi ətrafında siyasi ehtiraslar yenidən kəskinləşəcək. Əsas hədəf Orta dəhlizin Cənubi Qafqaz habındakı mübarizənin nəticəsini müəyyən etməkdir. Regiona kənar müdaxilə cəhdləri intensivləşsə də, Bakı hələ də güclü tərəf olaraq qalır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”


Ardını oxu...


İran Prezidenti Məsud Pezeşkian dünən Bakıya etdiyi səfəri ilə bağlı paylaşım edib.

İran lideri “X” hesabında etdiyi paylaşımda qonaqpərvərliyə görə Prezident İlham Əliyevə öz minnətdarlığını ifadə edib.

O, həmçinin qeyd edib ki, bu səfər iki ölkə arasında hərtərəfli elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığa dair yeni üfüqlər yaradır.

Ardını oxu...
PAYLAŞ:
Ardını oxu...
Mayın 21-də Azərbaycan ərazisində ləğv edilmiş separatçı-terrorçu rejimin Ermənistana gedə bilmiş sonuncu qondarma “prezidenti” Samvel Şahramanyanın səlahiyyət müddəti başa çatır. Məlum səbəblərə görə yeni “seçki”lərin keçirilməsi mümkün olmadığından, separatçı “deputat”lar bu yaxınlarda edilən “konstitusiya” dəyişikliklərinə əsasən “parlament”ə yeni prezidenti seçmək səlahiyyəti veriblər. Namizədlər “prezident”in istefasından sonra 7 gün ərzində təqdim edilməlidir.

Moderator.az xəbər verir ki, “Hraparak” belə yazır.

Daha sonra bildirilir ki, 1990-cı illərdə seperatçı-terrorçu rejimin “müdafiə naziri”, 2020-ci ildə isə “təhlükəsizlik şurasının katibi” vəzifələrində olmuş separatçı-işğalçı general Samvel Babayanın komandasında onun namizədliyini irəli sürmək istəyi güclü olsa da, Babayan belə bir istəyinin olmadığını bəyan edib.

“Samvel Şahramanyan da hələ də tərəddüd edir, əvəzində Ermənistan Respublikasının siyasi dairələrində prezidentliyə namizədin yeni adı tirajlanır. Söhbət İcevandan olan, müharibədən sonra artsax hökumətində ərazi idarəetmə və infrastruktur naziri vəzifəsini tutmuş və son illərdə kifayət qədər aktiv fəaliyyət göstərən Hayk Xanumyandan gedir. Onunla əlaqə saxlaya bilmədik, amma söz belədir ki, o, həm də Babayanın komandası üçün məqbul namizəddir”, - daha sonra xəbərdə bildirilir.
 
Ardını oxu...
Jurnalist Ayşe Yıldırım Səlahəddin Dəmirtaşla Abdullah Öcalanın bir neçə dəfə mesaj və məktub mübadiləsi apardığını yazıb. Yıldırım bəzi dövlət rəsmilərinin də bundan xəbərdar olduğunu bildirib.

PKK lideri Öcalanla ilk görüş dekabrın 28-də, ikinci görüş yanvarın 22-də, üçüncü görüş isə fevralın 27-də silahı buraxma çağırışında olub.

İmralı Nümayəndəliyi Öcalanla görüşdən sonra İstanbulda mətbuat konfransı keçirib və gözlənilən çağrı mətnini oxuyub.

Oxunan mətndə Öcalan PKK-nı silahı yerə qoymağa çağırıb.

Çağırışda Öcalanın “Bütün qruplar silahı yerə qoymalı, PKK özünü dağıtmalıdır” ifadəsi də yer alıb.

Fevralın 27-dən bütün diqqətlər bu prosesə yönəlib və İmralı Nümayəndəliyi ilə türk siyasətçiləri arasında keçirilən görüşlər sonradan maraq mövzusuna çevrilib.

DEMİRTAŞ PROSESİN HARASINDADIR?
Jurnalist Ayşe Yıldırım Abdullah Öcalan ilə Səlahəddin Dəmirtaş arasında bir neçə sms və məktub mübadiləsi olduğunu yazıb.

Yıldırım bu vəziyyətdən təkcə dövlət məmurlarının deyil, bəzi dövlət rəsmilərinin də xəbərdar olduğunu bildirib.

Yıldırım, “Öcalan Dəmirtaşdan “Türkiyədə prosesin kənar icraçısı” olmasını istədi” yazıb.

“Öcalan Dəmirtaşdan “Türkiyədə prosesin kənar icraçısı” olmasını istəyib. Əlbətdə ki, bunun üçün Dəmirtaşın sərbəst buraxılması lazım idi ki, bu məsələ ilə bağlı İmralıda keçirilən danışıqlarda və 26 fevralda Öcalanın “silahları yerə qoy” çağırışından əvvəl razılıq əldə olunub.

Məsələ bu sazişin həyata keçirilməsindədir. DEM Partiyasının dairələri bunun TBMM-nin qanunvericilik ili tətilindən əvvəl, yəni iyulun 1-dən əvvəl baş verməsi lazım olduğunu vurğulayırlar. Dəmirtaş, Figen Yüksekdağ və illərdir haqsız yerə həbsdə olan bir çox siyasətçinin AİHM qərarlarını həyata keçirərək azadlığa çıxacağı gözlənilir.

Təbii ki, prosesə qarşı “təxribat” olmasa!”

DEMİRTAŞA YENİ İŞ VERİLDİ
Proses çərçivəsində DEM Partiyası üzvlərinin ədliyyə naziri ilə görüşü zamanı Səlahəddin Dəmirtaşa qarşı yeni iş açılıb, 15 il həbs cəzası istənilib.

İşin onların ədliyyə naziri ilə görüşü zamanına dəng gəlməsi diqqət çəkib.

Jurnalist Yıldırım bu hadisə ilə bağlı belə bir qiymətləndirmə edib:

Bu məlumat işığında bu son hadisəni dəyərləndirsək; ya Cumhur İttifaqının əsas ortağının “prosesə qarşı müqaviməti” davam edir, ya da dövlət daxilində bir qrup harasa mesaj verir ki, prosesin davam etməməsi üçün əllərindən gələni edəcəklər.

Mənbə: Halk TV Xəbər Mərkəzi
Ardını oxu...
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin martın 30-dan aprelin 2-dək Ermənistana və Azərbaycana etdiyi rəsmi səfərlər, Avropa ilə Asiya arasında mühüm əlaqələri gücləndirmə məqsədini daşıyan “Bir kəmər, bir yol” təşəbbüsündə bu ölkənin strateji rolunu bir daha gündəmə gətirib. Berlin hökuməti, bu layihənin Avropadakı əsas tərəfdaşı olaraq, Çinin qlobal infrastruktur planlarını dəstəkləyən ilk ölkələrdən biridir.

Almaniyanın bu təşəbbüsə verdiyi dəstək, ABŞ tərəfindən bir neçə dəfə tənqid edilsə də, rəsmi Berlin mövqeyini dəyişməyib. Bu kontekstdə, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri, ölkəmizin qlobal iqtisadi və siyasi müstəvidəki fəal iştirakını nümayiş etdirir.

Ekspertlərin fikrincə, ardıcıl diplomatik addımlar, ölkəmizin beynəlxalq əlaqələrini daha da gücləndirmək və qlobal layihələrdə fəal iştirakını təmin etmək məqsədini güdür.

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, Almaniya prezidenti İrəvandakı danışıqları yekunlaşdırdıqdan bir neçə gün sonra Bakıya gələndə diplomatik protokolun adət-ənənələrindən daha çox şey daşıyırdı:

“Almaniyanın mesajı aydın idi: Avropa, Asiyaya qədər uzanan məhsul, enerji və ideya axınına toxunmaq istəyirsə, Cənubi Qafqazda dondurulmuş münaqişələr dövrü başa çatmalıdır. Dəmiryolunun təkmilləşdirilməsi, gömrük uyğunlaşdırılması və rəqəmsal ticarət dəhlizlərinə dair yeni memorandum, Berlinin təhlükəsiz, bir-biri ilə əlaqəli Qafqaz regionunun özünün strateji aktiv olduğuna inamını vurğuladı. Bu, Avropa təchizat zəncirlərini qoruyan və Almaniyanın Çinin “Bir kmər, bir yol” təşəbbüsünün Avropaya giriş qapısı rolunu gücləndirir.

Ştaynmayer Azərbaycana tənzimləmə uyğunluğu və xoşməramlı siyasət, Çin Prezidenti Si Cinpin isə Pekinin Avrasiya ticarət şəbəkəsi vizyonuna qoşulmaq üçün dəvətlə yanaşı, sərt pul və yüksək sürətli dəmir yolu texnologiyası təklif etdi. Azərbaycan Prezidenti Bakını tərk etdikdən bir neçə saat sonra Çin dövlət bankları sakitcə Xəzər sahili boyunca yeni liman terminalları, məlumat mərkəzləri və “yaşıl hidrogen” pilot zavodlarının tikintisinə milyardlarla dollar kredit verməyə razılaşdılar. Bakı bunun müqabilində Pekinə yük qatarları üçün təhlükəsiz dəhliz və uzun müddət Rusiyanın təsiri altında olan regionda etibarlı tərəfdaş kimi zəmanət verdi”.

Politoloq Almaniya liderinin Bakıya, Azərbaycan Prezidentinin isə Çinə səfərlərinin bir-biri ilə əlaqəli olduğunu söyləyib:

“Rəsmi Bakı Almaniya və Çini bir-birinə qarşı oynatmaqla strateji bir “şirin nöqtə” yaratdı. Brüsseldən Pekinə qədər hər bir böyük paytaxt indi görür ki, əgər Avrasiyadan mal və ya enerji daşınması istənilirsə, Azərbaycan vasitəsilə danışıqlar aparmalıdırlar. Bu, Bakıya həm tranzit haqları, həm də diplomatik rıçaqlar təqdim edir, idarəetmə islahatlarına dair Avropa tələbləri Çin sərmayəsinin minimal şərtlərini yada salır. Çinə isə xatırladılır ki, onun dəhlizi avropalı müştərilər və standartlar olmadan işləyə bilməz.

Arxa planda çoxdan Cənubi Qafqaza öz həyəti kimi baxmağa öyrəşmiş Moskva görünür. Rusiya generalları yenilənmiş Bakı-Tbilisi-Qars dəmir yolunu və genişləndirilmiş Türkiyə-Azərbaycan müdafiə təlimlərini əsl narahatlıqla izləyirlər. Çin tərəfindən maliyyələşdirilən hər yeni terminal Rusiyanın tranzit inhisarından uzaqlaşır və Almaniyanın dəstəklədiyi hər bir gömrük islahatı Moskvanın Ermənistan və Azərbaycan üzərində nüfuzunu zəiflədir. Bununla belə, Rusiya özünü Almaniyanın qanunvericilik bazaları ilə Çin balans hesabatları arasında sıxışdırıb, vaxtilə nəzarət etdiyi məkanda öz strategiyasını yenidən yoxlamaq məcburiyyətində qalır”.

R.Tağızadə bildirib ki, ABŞ strateqləri Ştaynmayerin Qafqazın Avropaya inteqrasiyasına təkan verməsini alqışladılar:

“Bu, uzun müddətdir ABŞ-ın məqsədi idi, lakin indi Çinin maliyyə izinin Qərbin təsir imkanlarını azalda biləcəyindən narahatdırlar. Əgər Azərbaycan qazı Çin müqavilələri əsasında şərqə axarsa, Avropanı Rusiya enerjisindən ayırmaq üçün daha az həcm əldə oluna bilər. Bakının Pekin və Ankara ilə təhlükəsizlik əlaqələri dərinləşərsə, Qafqazda sabitliyin formalaşmasında Vaşinqtonun əli zəifləyəcək. Buna cavab olaraq ABŞ nümayəndələri sakitcə Azərbaycanla yeni kredit imkanları və genişləndirilmiş hərbi təlimlər təklif edirlər. Belə addımlar Bakıya Vaşinqtonun Berlin və Pekindən əlavə kritik tərəfdaş olaraq qaldığını xatırlatmaq məqsədi daşıyır.

Bu manevrləri birləşdirən fundamental geosiyasi reallıq odur ki, Azərbaycan qədim periferik enerji tədarükçüsü imicini geridə qoyaraq ortaya çıxmaqda olan çoxqütblü sistemin mərkəzi aktoruna çevrilib. Bakı bu yeni statusunu yalnız neft və qaz ixracından deyil, həm də Çinin qatar xətlərindən, Almaniyanın ticarət axınlarından, Rusiyanın tranzit marşrutlarından, Türkiyənin strateji təşəbbüslərindən və ABŞ-ın təhlükəsizlik təminatlarından ibarət mürəkkəb qarşılıqlı asılılıqlar şəbəkəsi qurmaqla möhkəmləndirib. Nəticədə, kiçik Qafqaz dövləti artıq böyük güclərin maraq dairəsində passiv obyekt deyil, Avrasiyanın geopolitik xəritəsində öz taleyinin memarı rolunu oynayan fəal subyektə çevrilib”.
 
Ardını oxu...
CHP’nin 2023’deki kurultayı için “Delegelere 50 milyon dolar rüşvet dağıtıldı” yalanını yayan Tolgahan Erdoğan, İBB operasyonunda da çıktı. Erdoğan, Adnan Oktar’ın eski villası için 10 milyon dolar rüşvet alındığını iddia etti. Erdoğan’ın, bu ifadesi üzerine gözaltına alınan Onur Soytürk “Parayı hesabına yatırdığımı söyledikleri kayınpederim 4 yıl önce öldü” dedi.

Sosyal medya hesabından CHP yönetimini ve İBB'yi hedef alan paylaşımlarıyla gündeme gelen Tolgan Erdoğan şimdi de İBB’ye yönelik operasyonun ikinci dalgasından çıktı. X (Twitter) hesabında bir çok siyasetçi ve gazeteci için iftira niteliğinde paylaşımlar yapan, hakkında sayısız dava açılan Erdoğan, Ankara Cumhuriyet Başsavcılığının yürüttüğü CHP kurultayı soruşturmasında da ‘bilgi sahibi’ olarak ifade vermişti.

‘LALELİ’DEN 50 MİLYON DOLAR TAŞINDI!’
2 yıl önceki kurultayda, delegelere dağıtılmak üzere 50 milyon dolar alındığını iddia eden Erdoğan, anılan ifadelerini destekleyecek ne bir görüntü ne de dekont ortaya koydu. Kafasında yazdığı senaryoyu bilgiymiş gibi anlattı.

İBB OPERASYONUNDA DA AYNI İSİM ÇIKTI
Yakın zaman önce iktidarın kontrolündeki bir gazeteye konuşan Erdoğan, İstanbul Cumhuriyet Başsavcılığının İBB’ye yönelik yürüttüğü soruşturmada da ortaya çıktı. O röportajda anlattıkları ihbar kabul edildi.
Ardını oxu...
VERDİĞİ İFADE BAZI MEDYA KURUMLARINA SIZDIRILDI
Tolgahan Erdoğan’ın savcılık ifadesi bu ayın başında iktidara yakın medyaya sızdırıldı. Erdoğan, anılan ifadesinde Üsküdar Vaniköy’de bulunan ve Adnan Oktar’ın uzun yıllar kaldığı villa için 10 milyon dolar rüşvet alındığını iddia etti.

KİMİN İSMİNİ VERDİ İSE GÖZALTINA ALINDI
İBB Boğaziçi İmar Müdürü Elçin Karaoğlu, CHP Eyüp eski ilçe başkanı Sinan Akçiçek, İBB Mezarlıklar Dairesi Başkanı Ayhan Koç ile İBB İmar AŞ eski müdürü Onur Soytürk’ün, anılan rüşvet parasını aldığını iddia eden Erdoğan, ifadesinin devamında akla ziyan bir söylemde de bulundu.

‘CENAZE ARACI İLE PARA TAŞINDI’ İDDİASI
Erdoğan, rüşvet paralarının bir kısmının belediyeye ait cenaze aracı ile Edirne’ye kadar götürüldüğünü iddia etti. Erdoğan, söz konusu paranın Atina’daki bir bankaya yatırıldığı yalanını uydurdu. Erdoğan, anılan paranın Onur Soytürk’ün kayınpederinin hesabına yatırldığını öne sürdü.

KAYINPEDERİM 4 YIL ÖNCE ÖLDÜ
Ancak, hesabına para yatırıldığı iddia edilen kişinin 2021’de vefat ettiği ortaya çıktı. Sözkonusu bankanın ise Yunanistan'da faaliyet göstermediği ortaya çıktı. Gözaltına alınan Onur Soytürk “Ben Atina’ya hiç gitmedim. Bahsi geçen bankada da hesabım yok. Kayınpederimin de Atina’ya gittiğini düşünmüyorum. Kayıtlara bakılsın görülür” dedi

İTİBAR SUİKASTÇISINI KİM KORUYOR?
Bugüne dek, yaptığı yalan paylaşımlarla birçok isme itibar suikastında bulunanTolgahan Erdoğan’ın, söylediği hiçbir şeyi delillendiremediği halde, ‘itibarlı’ bir kişi olarak değerlendirilmesi ise soru işaretlerine neden oluyor.

Kaynak:Halk TV Haber Merkezi
 

Dünyapress TV

Xəbər lenti