Ardını oxu...
"“National Prime Hospital” adlı klinika ilə bağlı şikayətimi bildirmək istəyirəm". "DİA-AZ" xəbər verir ki, bu barədə Aylin Elçin adlı sosial şəbəkə istifadəçisi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Dünən (srağagün nəzərdə tutulur -red.) bizə həmin klinikada əməliyyat günü təyin olunmuşdu. Əməliyyat ödənişini kartla həyata keçirməyi planlaşdırmışdıq.
Ödəniş üçün kassaya yaxınlaşdıq. Orada bizə ödənişi yalnız nağd şəkildə qəbul etdiklərini bildirdilər. Halbuki, terminal qarşımızda idi. Terminal nə üçün olduğunu soruşanda isə, digər ödənişlər üçün olduğunu bildirdilər və səbəbini “orada həkimin xərcləri var” dedilər.
Əməliyyat üçün ödənişi posterminal vasitəsi ilə qəbul etməyə dəfələrlə imtina etdilər. Bizə dedilər ki, başqa kabinetə qalxmalıyıq, oradan icazə almalıyıq. Pasient niyə ödəniş etmək üçün xüsusi bir icazə almalıdır? Əgər bir klinika xəstəyə uyğun olanı yox, özlərinə sərf edəni edirsə, bu artıq çox şeyi deyir. Xəstəyə bu cür yanaşma tibbi xidmətdə qəbuledilməzdir. Əgər başlanğıcda belədirsə, əməliyyat və ümumi tibbi proses zamanı münasibət necə olacaq sualı yaranır?

Təbii ki uzun mübahisə və stressdən sonra biz oranı tərk etdik, baxmayaraq ki analizlərə və həkim qəbuluna ödəniş etmişdik. Stressli şəkildə pasiyenti əməliyyata yola salmaq düzgün hesab etmirəm, xüsusilə nəzərə alsaq ki, həmin şəxs bütün günü ac qalıb, əməliyyat gözləyir və stres altındadır.
Bu məsələ birbaşa böyük məbləglərə aid vergi öhdəliklərindən yayınma şübhəsi doğurur və xəstənin hüquqları pozulmuş olur".
"DİA-AZ" qeyd edir ki, “National Prime Hospital”ın adı buna qədər də müxtəlif qanun pozuntularında hallanıb və hal-hazırda bu "tibb ocağının" vergidən külli miqdarda vəsait yayındırdığı faktdır.
Mövzuya qayıdacağıq...
 
Ardını oxu...
Bakı Slavyan Universiteti iddia edir ki, “Mahal” tikinti şirkəti universitetinin Binəqədi rayonu ərazisində yerləşən 3 saylı yataqxanasının ərazisini zəbt edib.
TEREF Bizimyol.info-ya istinadla xəbər verir ki, universitet rəhbərliyi tikinti şirkətini məhkəməyə verib. İddia ərizəsində göstərib ki, şirkət Bakı Slavyan Universitetinin balansında olan torpaq sahəsinin bir hissəsini özbaşına zəbt edib, orada dayanacaqlar inşa etməyə cəhd edir. Dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, tikinti şirkətinin əməkdaşları qanunsuz hərəkətlərinə son qoymur. Pozulmuş hüquqlarının başqa cür bərpa olunmayacağını görüb, bu səbəbdən məhkəməyə üz tutduqlarını bildiriblər.

Universitetin iddia tələbi budur ki, qarşı tərəf ona aid torpaq sahəsindən çıxarılsın. Bundan başqa, mübahisəli sahədəki tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın.

Qeyd edək ki, 2302 kvadrat metr torpaq sahəsində yerləşən, 3223.3 kvadrat metrlik tikinti sahəsindən ibarət 3 saylı yataqxana binası Bakı Slavyan Universitetinin balansındadır. Yataqxananın yaxınlığında tikinti şirkəti tərəfindən çoxmənzilli yaşayış binası inşa edilib.

Tərəflər arasındakı mübahisəyə Binəqədi Rayon Məhkəməsində baxılıb. Hadisə yerinə baxış keçirilib, ekspertlər rəy verib.

Yeri gəlmişkən, Elm Və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyəti də müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində bu məhkəmə prosesinə cəlb olunub.

Məhkəmə belə nəticəyə gəlib ki, tikinti şirkətinin dayanacaq kimi inşa etdiyi hissə zəbt olunmayıb. Lakin Bakı Slavyan Universiteti bu nəticə ilə razılaşmır.
 
Ardını oxu...
Bakı şəhər Təhsil İdarəsi 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb.

İdarədən Bakupost.az -a verilən məlumata görə, araşdırma zamanı müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Sinif rəhbərinin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.

Qeyd edək ki, Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı deyilirdi.
Ardını oxu...
Cəmiyyət olaraq zaman-zaman “iş adamı”, “sahibkar”, “investor” kimi titullarla təqdim edilən şəxsləri tanıyırıq. Amma bəzən bu titulların arxasındakı gerçək portretlər toplumda təəccüb, hətta həyəcan doğurur. Müqayis Verdiyev – hal-hazırda azadlıqdan məhrum edilmiş və barəsində çoxsaylı cinayət işləri olan bir şəxs – məhz belə ziddiyyətli obrazlardan biridir.
"DogruXeber.az" xatırladır ki, Müqayis Verdiyev ilk dəfə 2002-ci ildə ACDİÜ Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi – təkrar dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və qanunsuz balıqçılıq fəaliyyəti – üzrə 8 il azadlıqdan məhrum edilib.
Lakin bu ilk və son hal deyildi. 2015-ci ildə bu dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda dələduzluq və mənimsəmə əməllərinə görə 9 il 14 gün azadlıqdan məhrum etdi. Daha sonra Gəncə Apellyasiya Məhkəməsi bu cəzanı 5 il 6 ay 28 günə endirsə də, bu dəyişiklik onun kriminal xarakterini ört-basdır etmir.
İctimai manipulyasiya cəhdləri
Təəccüblü olsa da, Verdiyev bütün bu hadisələrə baxmayaraq, özünü cəmiyyətə “haqq axtaran sahibkar” kimi təqdim etməyə cəhd edir. Zamanında Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyini guya ona və digər iş adamlarına borclu olmaqda ittiham etmiş, bu iddiaları yaymaq üçün bəzi mediaya sifarişli yazılar təqdim etdirmişdi. Redaksiyamıza da müraciət etmişdi. Fakta əsaslanmağı xahiş etdik – söz verdi, təqdim edəcəyini bildirdi, amma bir daha geri dönmədi. Belə görünür ki, bu da növbəti “ictimaiyyət qarşısında teatr səhnəsi” imiş.
Ailə və “kölgə biznesi”
Məlumata görə, Müqayis Verdiyev oğlu Anar Verdiyevin mobil rabitə şirkətində vəzifə tutması üçün 150 min manat xərclədiyini bildirib və iddia edib ki, “oğlumu rabitə naziri qoyduracam”. Bu cür qeyri-ciddi bəyanatlar təkcə gülüş doğurmur, həm də bu şəxsin reallıqla bağını itirdiyini göstərir.
Bundan əlavə, onun “Abu-Dabi” avtosalonuna nəzarət etdiyi, lakin hüquqi sənədlərdə obyekti kürəkəninin adına rəsmiləşdirdiyi bildirilir. Bu isə klassik “kölgə mülkiyyətçiliyi” sxemidir.
Azadlığa çıxmaq planı, yoxsa növbəti təhlükə?
Son məlumatlara görə, Müqayis Verdiyev yaxın zamanda azadlığa buraxılmağa çalışır. Bu, bir sualı gündəmə gətirir:
Nə üçün bu qədər cinayət törətmiş biri yenidən “iş adamı” adı altında cəmiyyətə təqdim olunmalıdır?
Əgər bu şəxs yenidən “sahibkar” libasında dövriyyəyə daxil olacaqsa, dövlət orqanları ilə təmas quracaq, ictimai rəyə təsir etməyə çalışacaqsa, bu, artıq hüquqi məsələ olmaqla yanaşı, etik təhlükədir.
Cəmiyyət belə hallarda sükut etməməlidir. Medianın borcu sadəcə hadisələri qeydə almaq deyil, gələcək riskləri xəbərdar etmək və ictimai müdafiəni təşviq etməkdir.
Sonda isə qeyd edirik ki, bu yazı bir şəxsin keçmişi üzərindən cəmiyyətin hüquqi yaddaşına və medianın məsuliyyətinə çağırışdır.
Ardını oxu...
Bakıda lüks avtomobillə avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşdirilərək saxlanılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 2005-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Şahin Məsimov "Mercedes-Benz CLS 63 AMG" markalı avtomobillə Nərimanov rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edib.
O, avtomobili qəfil sürətləndirərək, yolun səthində təkər izləri buraxmaqla və güclü sürtünmə səsləri yaratmaqla ictimai qaydanı və əhalinin dincliyini pozub. Bu hərəkətləri ilə o, cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirərək, yol hərəkəti qaydalarını davamlı şəkildə pozub.
Faktla bağlı Şahin Məsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi üzrə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmə prosesində Məsimov törətdiyi əməldən peşman olduğunu bildirib və qeyd edib ki, sanitar su qovşağına tələsdiyindən avtomobili yüksək sürətlə idarə edib.
Məhkəmənin qərarı ilə o, qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinib və bir il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə yanaşı, 500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, Şahin Məsimov "Esma Kivos Ceramic” MMC-də satış üzrə direktor vəzifəsində çalışır. Onun atası Emil Elbrus oğlu Məsimov isə həmin şirkətin qanuni təmsilçisi və baş direktorudur. "Esma Kivos Ceramic" MMC hamam otaqları üçün mebel və digər avadanlıqların topdan satışı ilə məşğuldur.
 

Ardını oxu...
Xalq artisti Tariyel Qasımova Bilgəh Kardioloji Sanatoriyasında hörmətsizlik olunub.
 
Gununsesi.info xəbər verir ki ki, bu barədə Qaynarinfo-ya aktyorun özü danışıb.
 
Onun sözlərinə görə, buna səbəb akyora “göndəriş”də göstərilən tək otağın verilməməsi olub:
 
“Bir həftə qaldım, çox pis şəraiti var, insanlara pis qulluq edirlər. Bu səbəbdən də acıq edib gedirəm. Acığın da dövlətə ziyanı var. Həmin sanatoriyada hər il oluram. Mənə gözəl qulluq ediblər, sənətkara, aktyora xüsusi diqqət olub. İndi oraya təzə rəhbərlik gəlib, davranışını, özünü idarə edə bilmir. “Göndərişim” var, orada hər şey qeyd edilib. Mən də həmin sənədə əsasən dedim ki, otaqda tək qalmaq istəyirəm. Mən həmişə tək qalmışam, adamla qala bilmirəm. Bu da normal bir şeydir. Direktor isə mənim otağıma ikinci bir adam göndərdi. Dedim ki, axı mənim sənədimdə tək adamlıq otaq yazılıb. Nə mənə baxdılar, nə də əlimdəki sənədə. Odur ki, acıq edib çıxdım”.
 
Tariyel Qasımov bildirib ki, sanatoriyadan yarımçıq gəlsə də, direktor qəti onunla maraqlanmayıb:
 
“Belə şey olar, ildə bir dəfə “göndəriş” alırdım. O da batdı”.
 
Qeyd edək ki, Bilgəh Kardioloji Sanatoriyasının direktoru kardioloq Afiyəddin İsgəndərovdur.
 
 

Ardını oxu...
 

Deputat Əli Məsimli parlamentdəki müzakirələrdə “Qaz təchizatı haqqında” yeni qanun layihəsinə tənqidi yanaşıb.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, rüsumlar, yaxud cərimələrlə dövlət büdcəsini doldurmaq mümkün olmadığı kimi, “Azəriqaz” İstehsalat Birliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti də bununla xərcləri aradan qaldıra bilməyəcək.

Ardınca o, suallarla qanunvericilik təşəbbüsü qaldıranlara müraciət edib:

“Hansı ölkədə istilik, qazla bağlı bu dərəcə inhisarlaşmış şəraitdə bu üsullardan istifadə olunur? Buradan belə məntiq çıxır ki, bu, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq. Hansı ölkələrdə bizdəki kimi keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Suallar çoxdur.

Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə şeylərlə “Azriqaz” və “Azərenerj”inin xərclərini tamamlamaq mümkün olmayacaq. Bu yenilik qəbul olunandan sonra onun maliyyə tutumu nə qədər olacaq?”

Əli Məsimli bölgələrdəki narahatlıqları da diqqətə çatdırıb:

“Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə bağlayırlar, oduna keçirlər. Odun da baha olduğundan həyətlərindəki ağacları kəsirlər. Məntiq haradadır ki, qazın pulunu ödəyə bilməyib qazı bağlayır, odun ala bilmir, həyətindəki ağacı kəsir və əlavə olaraq ona deyəsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən? Mən burada heç bir məntiq görmürəm.

Hesab edirəm ki, bunun arxasında o durur ki, neftin qiyməti düşəndə gəlirlərimiz də azalacaq, həmin “Azəriqaz”, “Azerenerji” kimi qurumlara dövlət dəstək verə bilməyəcək. Bu, optimal üsul deyil. Optimal üsul həmin sahələrdə islahatlara getməkdir”.

E.Paşasoy,
Musavat.com

 
 
 

Ardını oxu...
Cərrah, travmatoloq-ortoped Asiman Məmmədova qanunsuz olaraq işdən çıxarıldığını deyir.

Gundeminfo.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən həkim bildirir ki, bu il yanvarın 22-də onun Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı işinə xitam verilib.

Şikayətçinin iddiasına görə, üstünə şər-böhtan atılıb və heç bir əsas olmadan işdən çıxarılıb: “Mən 12 ilə yaxındır ki, çalışıram. Uzun illərdir tibb sahəsində çalışan, vətən müharibəsi dönəmində xidmətlərinə görə sertifikatlarla təltif olunmuş və sertifikasiya imtahanında 100 faiz nəticə toplamış bir qadın cərrah olaraq bu gün dərin haqsızlıq və özbaşınalıqla üz-üzə qalmışam. Bu vaxta qədər məndən heç bir şikayət olmayıb. İşimdə nöqsanım olmayıb, töhmət almamışam. İnstitutun direktoru Rüstəm Talışinski əvvəlcədən məni hədələyərək ərizə yazmağımı tələb edib, əks halda məni işdən maddə ilə azad edəcəyini bildirib. Bu işdə ona Səhiyyə Nazirliyinin əməkdaşları Fazil Hüseynbəyov və Oqtay Babayev kömək edib”.

Asiman Məmmədova məsələ ilə bağlı həm Səhiyyə Nazirliyi, həm də Əmək Müfəttişliyinə müraciət edib: “Dövlət Əmək Müfəttişliyi bu qanunsuz əmələ görə onları cərimə edib və əmrin ləğv edilməsini tələb olunub. Lakin müəssisə Əmək Müfəttişliyi orqanını aldadaraq əmri formal şəkildə ləğv edib, daha sonra isə mənim xəbərim olmadan, məhkəmə prosesi davam etdiyi bir vaxtda əmrin tarixini dəyişdirərək 13.03.2025 tarixinə keçirib. Bu hərəkətlə müəssisə xidməti cinayət törədib. Məhkəmə hazırlıq mərhələsində məlum oldu ki, mənim çalışdığım tibb müəssisəsi Müfəttişlik tərəfindən qanunsuz əməl səbəbilə cərimələnib. Artıq 5 aydır bu haqsızlığa qarşı qanun çərçivəsində mübarizə aparıram. Qanun mənim tərəfimdədir. Bəs niyə bu insanlar hələ də məni incidirlər?

Nəsimi Rayon Məhkəməsi mayın 5-də lehimə qərar çıxarıb. Bununla da mən işə bərpa olunmalıyam və kompensasiyam ödənilməlidir. Lakin müəssisə bu qərarla razılaşmayaraq əsassız şəkildə apellyasiya şikayəti verib. Halbuki onların heç bir hüquqi sübutu və əsaslandırması yoxdur. Mən açıq-aşkar qanunsuz şəkildə işdən azad olunmuşam. Bu qərar müəssisə direktorunun özbaşınalığı nəticəsində verilib. Mən həmin institutun yeganə aktiv qadın cərrahıyam. Bu qədər xidmət göstərdiyim, təcrübə qazandığım bir sahədə, təşəkkürlə qarşılanmalı olduğum halda, bu qədər təzyiqə və haqsızlığa məruz qalıram”.

İddialarla əlaqədar Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Nəsimi Rayon Məhkəməsinin 05.05.2025-ci il tarixli, 2(006)-2273/2025 saylı qətnaməsi ilə iddiaçı Məmmədova Asiman Qurban qızı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin 22.01.2025-ci il tarixli 22 saylı əmri və 13.03.2025-ci il tarixli, 84 saylı əmri ləğv edilib. İddiaçı Məmmədova Asiman Qurban qızı “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin Əl cərrahiyəsi və yaralar şöbəsinin həkim-travmatoloq-ortopedi vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi cavabdeh “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinə həvalə edilməsi qət edilib.

Nəsimi Rayon Məhkəməsinin 05.05.2025-ci il tarixli, 2(006)-2273/2025 saylı qətnaməsindən qanunvericiliyin tələblərinə uyğun olaraq 1 (bir) ay müddəti ötürmədən tərəfimizdən apellyasiya şikayəti verilib. Hazırda iş məhkəmə icraatındadır”.

İnstitutdan bildirilib ki, Asiman Məmmədova barəsində hüquqpozmalara görə şikayətləri olub: “Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən Səhiyyə Nazirliyinə göndərilən təqdimatda Asiman Məmmədovaya 14.11.2024-cü il tarixdə Məmmədli Cavid Arzu oğlunun əməliyyatına görə 1000 ABŞ dolları pul ödənilməsi qeyd edilib və Məmmədova Asiman Qurban qızı barəsində icbari tibbi sığorta əsasında fəaliyyət göstərən müəssisədə tibbi xidmətin pulla alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq sahə üzrə məsul əməkdaşlarının iştirakı ilə müzakirə edib göstərilən nöqsanların və onları yaradan səbəb və şəraitin aradan qaldırılması və gələcəkdə təkrar olunmaması üçün məqsədyönlü və səmərəli tədbirlər görülməsi xahiş edilib.

Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun Səhiyyə Nazirliyinə göndərdiyi təqdimatına uyğun olaraq Məmmədova Asiman Qurban qızına 24.10.2024-cü il tarixli, 719 saylı əmrlə yazılı xəbərdarlıq verilib. Lakin xəstələrin şikayətlərdən və ona verilmiş xəbərdarlıqlardan nəticə çıxarmayaraq sonuncu dəfə “tin news” səhifəsinin sahibi şikayətçi olaraq öz səhifəsində Asiman Məmmədovanın əməliyyat qarşılığında ondan pul tələb etdiyini qeyd edərək bununla bağlı Səhiyyə Nazirliyinə şikayət edib. Nəticədə Asiman Məmmədova hüquq-mühafizə orqanlarında şikayətin araşdırılmasından özünü qorumaq məqsədilə heç bir təzyiq olunmadan 22.01.2025-ci il tarixdə öz şəxsi istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad olunmasını istəyib”.

Məsələ ilə bağlı Asiman Məmmədovanın Əmək Müfəttişliyinə müraciətinə cavab olaraq bildirilib ki, araşdırma zamanı onun əmək müqaviləsinə yanvarın 22-də AR ƏM-nin 68.2 “a” maddəsinə əsasən xitam verilərkən qanunvericiliyin tələbləri pozularaq 1 ay xəbərdarlıq müddəti gözlənilməyib.

Ardını oxu...


Lamiyə Məmmədova


Ardını oxu...
Naxçıvan Həmkarlar İttifaqları Şurası icra hakimiyyətləri, idarə və müəssisə rəhbərləri ilə əlbir olub, milyonlarla vəsaiti mənimsəyir. Bunu elə həmin idarə və müəssisələrdə çalışan, hər ay maaşlarının 2 faizini şuraya köçürən əməkdaşlar iddia edirlər.
Əməkdaşlar bu iddianı belə izah edirlər ki, şura onlar üçün nəzərdə tutulan sanatoriya göndərişindən tutmuş sosial vəziyyətin yaxşılaşdırılmasına qədər heç bir tədbir həyata keçirmir. Əvəzində bu tədbirləri sənəd üzərində yazıb, pulları mənimsəyirlər.
Naxçıvan şəhərindəki dövlət idarələrinin birində çalışan Rasim Qasımov deyir ki, dəfələrlə müraciət etsə də, sanatoriya üçün göndəriş ala bilməyib:
“Həzm sistemimdə ciddi problemlər var. Hakim yazılı şəkildə bildirib ki, sanatoriyaya ehtiyacım var. Şuraya dəfələrlə müraciət etsəm də, get-gələ salırlar. İldə 5-10 nəfər öz adamlarını göndərirlər, qalan pulu isə sənədləşdirib, yeyirlər. Bu, ədalətsizlikdir. İşçilər nə qədər hüquqlarını tələb edirlərsə də, nəticə etibarilə sistemdəki bu cür qüsurlar üzündən onlardan heç bir fayda görmürlər. Mənim kimi vəziyyətdə olan çox sayda işçi var, amma heç kim nəzərə almaq istəmir.”
Şurada çalışan, təhlükəsizlik baxımından adının çəkilməsini istəməyən vəzifəli əməkdaşlardan biri də pul mənimsənilməsini təsdiq edir:
“İdarə və müəssisələrdə həmkarlar adına yığılan pullardan işçilər heç cürə yararlana bilmir. Tədbirlərin keçirilməsi, işçilərə mükafatın verilməsi, müalicəsi, sosial vəziyyətin yaxşılaşdırılması adı ilə sənədləşdirilir, vəsait müəssisə rəhbərlərinə yaxın işçilərin kartına vurulur və onlar da həmin pulları idarə rəhbərlərinə çatdırırlar. Bu işlərə isə birbaşa rayon və şəhər icra hakimiyyətləri nəzarət edir. Yığılan pullar isə hər kəs öz payını götürməklə piramida şəkilli yuxarılara çatdırılır. Beləliklə də milyonlarla vəsait mənimsənilir.”
70.814 üzvü olan Naxçıvan Həmkarlar İttifaqları Şurası 1,250 ilkin təşkilatı, 6 muxtar respublika və 10 birləşmiş rayon və şəhər komitələrini özündə birləşdirir.
Gündəlik Naxçıvan
 
Ardını oxu...
AMEA prezidenti, akademik İsa Həbibbəylinin aylıq maaşı haqda məlumat yayılıb.

"DogruXeber.az" bildirir ki, bu barədə məlumatı sabiq deputat, alim Etibar Əliyev sosial şəbəkələrdə yazıb. O bildirib ki, İsa Həbibbəyli Azərbaycan Respublikası Milli Məclisinin 3 çağırış deputatı olub və yüksək deputat təqaüdü (təxminən 8.000 manat) alır:

“Akademiyanın prezidenti kimi maaşı 4080 manatdır, üstəlik, akademik adına görə 2000 manat əlavə pul alır. AMEA-nın sıravi əməkdaşlarının əməkhaqqı orta hesabla 500 manatdır.

O, həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur”.

E.Əliyev əlavə edib ki, “Karvan” şadlıq sarayı da İsa Həbibbəyliyə məxsusdur və yaxşı gəlir gətirir.//neqativ.com

Dünyapress TV

Xəbər lenti