Ardını oxu...
Dünəndən yağan yağış paytaxtın ətraf ərazilərində bir sıra problemlərə yol açıb. Binəqədi qəsəbəsi Ağamirək İsfahani və Cəfər Cabbarlı küçələrində də yağış suları kanalizasiya sularına qarışıb. Nəticədə sakinlərin gediş-gəlişi çətinləşib, avtomobillərin hərəkətində fasilələr yaranıb.
Ardını oxu...
Qəsəbə sakinlərinin Moderator.az-a verdiyi məlumata görə analoji vəziyyət qış ayından davam edir:

“Binəqədi qəsəbəsində yollarımız onsuz da yaxşı deyildi. Birtəhər pis-yaxşı asfalt çəkmişdilər. Onu da “AZƏRSU” gəlib dağıdıb getdi. Belə ki, qəsəbədəki su xətlərini yenilədilər, yolun bir tərəfini isə dağıdılmış vəziyyətdə qoyub getdilər. Düzdür, sonradan gəlib bəzi yerlərə nazik örtüklü asfalt döşədilər, amma əksər yerlər eyni vəziyyətdə qaldı. 2 gündür məhəllədə hərəkət etmək çətinləşib. Ya gərək qayıq alaq, ya da uzunboğazlı çəkmə. Vəziyyət o həddə çatıb ki, 133 saylı avtobus da artıq bu məhəlləyə gəlmir, yolunu dəyişib. İki avtomobil öz istiqamətləri üzrə hərəkət edə bilmir. Gərək biri gözləsin ki, o biri keçsin. Əks halda digər avtomobil çökək bir yerə düşəcək. Sonra gəl ordan çıx da” deyə sakinlər bildiriblər.

Moderator.az Binəqədi qəsəbəsindən foto və videoları sizə təqdim edir.




 
Ardını oxu...
  

Qaçaq sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə yazdığı danos-məktubundan danışıb.

Pravda.az-a açıqlamasında məktubda yazılanlar barədə bunları deyib: "Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb "qol" çəkiblər?"

Elmira Axundovanın yaddaşını təzələyək. Bu danos-məktubunuz 30 iyul 2018-ci ildə Prezident Adminstrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə bağlı iş şöbəsinə daxil olub. 15244 nömrəsi ilə qeydə alınmaqla "ağsaqqalım və dostum" deyə xitab etdiyiniz Ramiz Mehdiyevə təqdim olunub.

Ramiz Mehdiyev məktubu Daxili İşlər Nazirliyinə, nazirlikdən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ötürülüb.

Qeyd edək ki, o günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Elmira Axundovanın oğlu Həbib Axundovun adı qarışdığı 8 milyon manatlıq dələduzluq işi araşdırılırdı.

E.Məmmədəliyev,
Musavat.com

Ardını oxu...
TƏBİB-in tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb.

A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib. O, tibb müəssisəsinə qarşı qaldırdığı iddiada işə bərpa olunması və əmək haqqı tələbini irəli sürüb.Nərimanov Rayon Məhkəməsi həkimin xeyrinə qərar çıxarıb.

Həkim A.Mehdiyev İqtisadiyyat.az-a açıqlamasında işdən çıxarılmasının səbəblərindən danışıb. Onun sözlərinə görə, buna Anım Günü Şəhidlər xiyabanını ziyarət etdiyi üçün işə bir saat gecikməyi səbəb olub: "Baxmayaraq ki, bu tarixdə biz işləmirdik. Çünki Nərimanov Tibb Mərkəzi təmirə bağlanmışdı. Dövlətimiz və məhkəmə var olsun ki, mənim xeyrimə qərar verdilər. Məhkəmədə direktorun Əmək Məcəlləsini kobud şəkildə pozduğu sübuta yetirilib. Çünki direktor Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə mənim müqaviləmə xitam verib".

Eyni zamanda həkimin haqsız yerə işdən çıxarıldığına görə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən direktora cərimə protokolu tərtib olunub. Məhkəmənin qərarına əsasən, F.Alməmmədov 1500 manat məbləğində cərimələnib.

Amma Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qalan direktor Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, A.Mehdiyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. O, 2005-2007-ci illərdə Rusiyanın Moskva şəhəri NV Sklifasovski adına Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrahiyyə üzrə klinik ordinatura keçib. 2008-ci ildə Moskva şəhəri RUDN hospital cərrahiyyə kafedrasında, 12 barmaq bağırsaq, mədə və mədə-bağırsaq anastomozlarının postvaqotom residiv xoralarının cərrahi müalicəsi və profilaktikası mövzusunda dissertasiyasını bitirərək tibb elmləri namizədi alimlik dərəcəsini alıb. 2012-ci ildə Almaniyada, 2014-cü ildə isə Türkiyədə təkmilləşmə kursu keçib. Bir çox elmi məqalələrin müəllifidir.
 
Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsus "Dostluq-MK" MMC ətrafında qalmaqal yaranıb.

Qaynarinfo xəbər verir ki, qalmaqalda tərəflərdən biri xaçmazlı iş adamı Mənsur İbrahimovdur.

Bir neçə gündür bu barədə mediada yazılır. Məlum olur ki, şirkət keçmiş deputat İlham Əliyevdən əvvəl Mənsur İbrahimovla Cavid Balaqadaşov adlı şəxsə məxsus olub. Cavid Balaqadaşov hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz təşkilat sədri Məhəmməd Balaqadaşovun oğludur.

Keçmiş deputat şirkəti bu şəxslərdən alıb. Mənsur İbrahimovun sözlərindən aydın olur ki, Ramiz Mehdiyevin kürəkəni ilə 3 milyonluq sövdələşmə olub. Lakin İlham Əliyev rəsmiyyətdə bu məbləğin çox az göstərilməsini istəyib. O, bunu deputat olması ilə izah edib.

Alqı-satqı bitəndən sonra isə keçmiş deputat 3 milyonu ödəməyib. Mənsur İbrahimov məhkəməyə müraciət edib. Lakin bütün məhkəmə instansiyalarından məğlub ayrılıb. O, məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edib.

Əldə etdiyimiz yeni məlumatlara görə, Mənsur İbrahimov bununla kifayətlənmək istəmir. Sahibkar yenidən hüquqi müstəvidə mübarizəsini davam etdirməkdə israrlıdır.

Onun növbəti məhkəmə iddiası "Dostluq-MK" ilə bağlı çəkişmədə İlham Əliyevin şirkəti almasından danışarkən "Bir qəpik də pul verməmişəm" fikrinin videogörüntüsünün üzə çıxarılması ilə bağlıdır.

Mənsur İbrahimov hesab edir ki, bu fakt keçmiş deputatın haqsız olduğuna dair tutarlı sübutdur. Yəni, Ramiz Mehdiyevin kürəkəni etiraf edib ki, o şirkətin müqabilində heç bir məbləğ ödəməyib.

Lakin hansısa səbəbdən Bakı Kommersiya Məhkəməsində edilən bu etirafla bağlı videogörüntü üzə çıxarılmır.

Mənsur İbrahimov növbəti iddiasında məhz bu videogörüntünün üzə çıxarılmasını tələb edəcək. Bu halda iş İlham Əliyevin əleyhinə çevrilə və o vəd etdiyi 3 milyonu ödəmək məcburiyyətində qala, yaxud da şirkəti itirə bilər.
Ardını oxu...
2024-cü ilin aprel-may ayları çiyələyi kəskin ucuzlaşması ilə yadda qalıb. Ötən il qiymətləri əl yandıran çiyələyi indi olduqca aşağı qiymətə almaq mümkündür.

FED.az xəbər verir ki, qiymətin ucuzlaşması istehlakçılara – əhaliyə sərfəli olsa da, indiyədək çox gəlirli sayılan çiyələk biznesinə böyük zərbə vurub. Ölkənin çiyələk mərkəzi sayılan Cəlilabadda çiyələk becərən fermerlər gəlirlərinin kəskin aşağı düşməsindən, gəlirin xərci ödəməməsindən və böyük itkilərlə üzləşdiklərini bildirirlər.

FED.az-a məlumat verən bəzi fermerlər hətta gələcəkdə başqa sahəyə keçəcəklərini də istisna etməyiblər.

Çiyələyin qiyməti keçən il ilə müqayisədə 50% ucuzlaşıb. Mövcud vəziyyət alıcıların ürəyincə olsa da fermerlər üçün acınacaqlı situasiya yaranıb.

Çiyələk əkini ilə məşğul olan fermerlər bildirirlər ki, çiyələyi onlardan 1 manata alırlar, bu qiymət keçən il 1,80 – 2 manat təşkil edirdi. Bazarda isə yerindən asılı olaraq qiymət 1,30 -1,50 manat aralığıda dəyişir.

Azərbaycandan xaricdəki çiyələk bazarında da vəziyyət ürəkaçan deyil. Yerli çiyələklərin əsas xarici bazarı sayılan Rusiyada çiyələyin qiyməti 120 rubl, yəni hardasa 2 manat civarındadır.

Xaricə məhsul ixrac edən fermer İbarət Şahbazovun dediyinə görə keçən il çiyələyin kilosunu xarici bazara 4 manatdan satırdılar, indi isə məzənnə dəyişiklikləri və s. qiymətə təsir edib. Nəticədə qazanc bir yana, mövcud qiymət fermerlərin xərclərini də qarşılamır.

Xərclərə gəlincə 1 hektar əraziyə çəkilən xərc çiyələyin əkildiyi sahədən asılı olaraq dəyişir. Çiyələk 2 tip sahədə - açıq sahələrdə və parniklərdə əkilir. Cəlilabad rayonuda çiyələk əkini ilə məşğul olan fermer Rövşən Əzizovun dediyinə görə 1 ha ərazi üçün açıq sahələrə 15 min manat, parniklərdə isə 30-35 min manat xərc çıxır. Başqa bir fermerin sözünə görə sıfırdan başlayaraq 1 hektar qapalı örtülü çiyələk ərazisi yaratmaq üçün 65 -70 min manat pul xərcləndiyini vurğulayır. Xərclər sahəni necə qurmaqdan asılı olaraq dəyişir.

Xərclərin artdığını vurğulayan fermerlər bildirirlər ki, işçi qüvvəsi də bahalaşıb - keçən il işçi qüvvəsi üçün 1 fəhləyə 16-17 manat xərc çəkirdilərsə, bu il həmin məbləğ 20-25 manat aralığında dəyişir. Bundan başqa aqro texniki xidməti xərclərinin də artması fermerlər üçün müəyyən çətinlik yaradır.

Çiyələk əkini ilə məşğul olan fermerlərin çiyələk sahəsi azı 1 hektardan başlayır. Qeyd edək ki, ümumulikdə Cəlilabad rayonunda 560 hektar sahədə çiyələk əkini aparılıb. Bu rəqəm ötən ilki göstəricidən 55 hektar çoxdur. Bu sahədə iri biznes sahibi olan Mirismayıl bəyin dediyinə görə onun şəxsi 8 hektar əkin sahəsi və ətrafında isə 40 hektar əkdirdiyi sahəsi var. Onun sözlərinə görə mövsümün başladığı 15 gün ərzində nəinki gəlir qazanıb, əksinə, artıq 300 000 manat zərər edib.

Başqa bir fermer - 3 hektar ərazisi olan İbarət Şahbazovun dediyinə görə əgər satışlar qaydasında getsəydi və qiymətlər bu səviyyədə enməsəydi bu zaman 50-60 min aralığında gəlir qazana bilərdi. 30 hektar ərazisi olan fermer İsgəndər bəy isə 150-200 min gəlir gözləyirdi.

Fermerlər qiymətlərin kəskin ucuzlaşmasını bir sıra amillər ilə əlaqələndirirlər. Fermer Tural bəy məhsulun qiymətinin ucuzlaşmasını bazarda olan təlabatla əlaqələndirir. Belə ki, onun dediklərinə görə Rusiya bazarında təlabat yoxdur, xüsusilə Krasnodarda yetişdirilən, eləcə də Rusiyaya başqa ölkələrdən Serbiya, Türkiyə və Yunanıstandan gətirilən çiyələyin indiki qiyməti çox aşağıdır.

Digər bir fermer Mirəkrəm bəyin dediyinə görə Rusiyada çiyələyin sataşandakı problemlərin bir hissəsi siyasi məsələlərlə bağlıdır. Onun fikrincə, bir neçə həftə əvvəl «Krokus» əyləncə mərkəzində baş verən terror aktından sonra Rusiyada taciklərə qarşı yoxlamalar artıb. Nəticədə onların bir hissəsi ölkəni tərk etməli olub. Bazardarda isə bəzi məhsulların, o cümlədən çiyələyin satışını taciklər təşkil edirdi. Nəticədə çiyələk satışı sistemi də pozulub.

Bəs çiyələk neçəyə olsa fermerlər üçün sərfəlidir?

Bir çox fermerin dediyinə görə çiyələyin qiyməti 2 manat olsa fermerlərə sərf edər və gəlir qazana bilərlər. Fermer Mirismayıl bəyin xarici bazarda olan qiymətlə bağlı fikirinə əsasən çiyələyin qiyməti xarici bazarda 250 rubldan yuxarı olsa gəlir gətirə bilər. Yerli bazara məhsul verən fermerlərdən İsgəndər bəyin dediyinə görə çiyələyin bağdan çxıış qiyməti yəni «bağdan yığıldı və satıldı» - ən azı 1,50 manat olmalıdır, bundan aşağı olmamalıdır.

Mövcud vəziyyətdə fermerlərin çoxu gələn il ilə bağlı nikbin fikirdə deyillər hətta bəziləri bu sahədən əl götürmək istəyirlər.

Fermer İsgəndər bəyin 30 hektar ərazisi var və fermer gələn il istəyir ki, çiyələk sahəsini azaltsın. Başqa bir fermer İbarət Şahbazov artıq intensiv bağ salmaq fəaliyyəti ilə məşğul olmaq istəyir, eyni zamanda çuğundur əkməyi planlaşdırır.

Qeyd edək ki, çiyələk biznesinin yüksək gəlirliliyi nəticəsində fermerlər bu sahədə ciddi yeniliklər tətbiq edirlər. Bəzi fermerlər mütəmadi olaraq Avropada olur, yeni tincglər və daha məhsuldar növlər gətirirlər. «Həmin sortların məhsuldarlığı yüksək olsa qiymət aşağı olsa belə çox məhsul sataraq çətin vəziyyətdən çıxmaq olar».
 
Ardını oxu...
"Şikayətim internet xidmətləri göstərən "Megalink" internet provayderindəndir". Dia-az.info bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Nəriman Hacızadə adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Belə ki, sözügedən şirkətin keyfiyyətsiz internet xidmətindən çox narazıyıq. Dəfələrlə bu barədə məlumat vermişik ancaq problem həll edilmir. İnternet sürətinin qeyri-sabitliyi, setin həddindən çox zəif olması (internetə qoşulmaq üçün mütləq modemin yanında durmaq lazımdır, bir otaqdan digərinə keçdikdə set zəifləyir və ya tamamilə itir).
Ərazidə başqa xidmət göstərən internet provayderi də yoxdur. Bir dəfə dedilər ki, modemdən ola bilər... yenisini qoysaq, 110 manat olacaq. Halbuki modem işlək vəziyyətdədir başqa bir problemi varsa 110 manatın müştəri tərəfindən ödənilməsi nə dərəcədə doğrudur.
Bütün yaşayış kompleksində ancaq bu şirkət fəaliyyət göstərir, məcburiyyətdən onların xidmətindən istifadə edirik. Digər şirkətlərim nə üçün bu ərazidə fəaliyyət göstərməyə cəlb olunmaması da başqa bir mövzudur..."

Ardını oxu...
 

Ardını oxu...
Xaçmazda çox istifadə olunan yol yararsız vəziyyətdədir. Dia-az.info bildirir ki, bu barədə narazı sakinlər müraciətlərində qeyd edirlər.

Sakinlərin sözlərinə görə, bu hal Mehdi Hüseynzadə və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində yaşanır.

Avtomobillərin hərəkət hissəsində mövcud olan çuxurlar daha da dərinləşib.

“Yol kəsişməsini keçəndə hər dəfə böyük çətinliklərlə üzləşirik. Döngəni dönərkən yoldakı çuxurlardan qorunmaq olduqca çətin olur”,- deyə oxucular bildirib.

Ardını oxu...
 
Ardını oxu...
Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin nəticəsini, onun xalqımızın rifahı üçün fəaliyyətini bu gün hər bir vətəndaşımız hiss edir: "Məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan mustəqil dövlət kimi möhkəmlənib, ölkəmiz inkişaf edib. Ulu Öndər Heydər Əliyevin xalqımız üçün xidmətləri danılmazdır. Onun Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə həm inkişaf baş verib, həm də uzunmüddətli perspektiv açılıb.
Ulu Öndər müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində, sözün həqiqi mənasında, böyük işlər gördü. Heydər Əliyev millətini bütün bəlalardan hifz edərək qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etdi. Heydər Əliyevin sayəsində yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi qədəm qoymaq tariximizdə ilk dəfə baş verdi və bu, əbədi proses olacaqdır.
“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir.
Uzun illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.
Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə başçısı İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Qəti əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılmışdır.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Aysel Mənsimova - politoloq

 
 
 
Ardını oxu...
Dərnəgüldəki "Azpetrol"dan 10 litr benzin vurdum. Qısa bir məsafə getdikdən sonra maşın titrəməyə başladı. O dərəcədəki, düşündüm, bəlkə benzin yerinə dizel vurublar. Geri qayıdıb baxdım ki , ümumiyyətlə dizel pompası yoxdur. Ustalardan soruşdum, "benzin çox bərbad olduğu üçün baş verib" dedilər.

Bu barədə sosial şəbəkə istifadəçilərindən biri bildirib.

"Yanacaqdoldurma məntəqələrinə nəzarət edən hansısa bir qurum var? Bu kimi hallarda şikayət edib nəticə alaq ki, özbaşınalıqlar davam etməsin", - o qeyd edib.

Müştəri "Azpetrol"dan onunla əlaqə saxlanıldığını bildirib: "Əməkdaş gəldi, görüşdü. Deyir ki, gedək həmin məntəqədən nümunə benzin götürüb analizə göndərək, bizdə qatqı çıxmayacaq. Deyirəm, iki gün keçib, həmin benzin qalıb, ya yox, bəlli deyil, buyurun, mənim maşınımdan götürüb analizə göndərin. Razı olmadı. Qısacası, bir çox müəssisə kimi "Azpetrol"un da yola verməklə məşğul olduğu aydın oldu".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Referans.az
 

          
Ardını oxu...
Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlar yayımlanıb.

Məsələ ilə bağlı komitə diqqətə çatdırır ki, qurumun Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən enerji içkiləri və digər məhsulların qaçaqmalçılıq faktı aşkarlanıb, faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

DGK qeyd edilən məsələ ilə bağlı yayımlanan xəbərlərdə Komitənin məlumatlarına istinad etmək tövsiyə edir.

***

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.

Bakupost.az -ın məlumatına görə, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib.

Aydın olub ki, gömrükçülər Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabdeh olduğu ərazidə yoxlanaraq, onlardan külli miqdarda “RedBull” və bu kimi məhsullar boşaldılıb. Daha sonra sənədlər dəyişdirilərək, yük maşınları boş yola salınırmış.

Həmçinin, yoxlama zamanı Gömrük İdarəsində digər qanun pozuntuları da ortaya çıxıb.

Məsələ ilə bağlı Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov dindirilmə üçün Bakıya gətirilib. Araşdırma aparılır. Qeyd edək ki, Elçin Şabanov iyun ayında Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə müvəqqəti təyin olunub.
Ardını oxu...
 
 

 


Dünyapress TV

Xəbər lenti