![]() |
![]() ![]() ![]() |
|
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı müğənni Xatundur.
Proqramda qardaşı ilə arasındakı dərin bağdan söz açan müğənni onun ölümündən sonra həyatında çox şeyin dəyişdiyini söyləyib.
Xatun həmçinin iştirak etdiyi "Maşın" şoudan da danışıb.
O həmçinin qardaşının həyatındakı rolundan bəhs edib.
Müğənni ailəsində sevgi hissini dadmamağından, bu səbəbdən 18 yaşında ailə qurub, daha sonra boşanmağından da bəhs edib.
Ətraflı süjetdə:
Rusiyalı müğənni Filipp Kirkorovun Sankt-Peterburqdakı konserti zamanı gödəkçəsinin qolu yanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Moskva 24” telekanalı məlumat yayıb.
Hadisə ifaçı səhnədə olarkən arxasından fişənglərin işə düşdüyü zaman baş verib. Kirkorov şou zamanı yandığını hiss edərkən qışqırmağa başlayıb.
Konsert qısa müddətə dayandırılsa da, sonra davam etdirilib.
Sənətçi daha sonra xəsarət almadığını və hər şeyin qaydasında olduğunu bildirib.
Görüntüləri təqdim edirik:
Müğənni Nüşabə Musayeva qalmaqallı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, sənət qonaq olduğu efirdə sərt atmacası ilə diqqət çəkib.
Musayeva özünü reytinq zirvəsində görüb, yaşlı sənətkarlara dil uzadan həmkarlarına yerini göstərib:
"Ağac nə qədər bar versə, başını aşağı tutar. Bu sferada yaşda və sənətdə bizim böyüklərimiz var. Gündəmdə olmaqdan ötrü, hansısa sənətkarın adını çəkib, başından böyük danışmaq olmaz. Onlar canlarını sağlamlıqlarını bu sənət yolunda veriblər.
Maşınlarını, evlərini itirib illərlə kirayələrdə yaşayıblar. Həmin sənətkarların adını çəkmək çox tərbiyəsizlikdir. O insanlara adı ölkə rəhbəri verib. Danışanda ağızdan çıxan sözə diqqət etmək lazımdır. Trend xəstəliyinə tutulublar. Mənim heç trendimdə-brendimdə yoxdur, amma mənim ayağımda olan hörmət, çoxunun heç başında yoxdur".
“Özümü tanıyan oğlanam. O pulları görəndə heç kimi onları görməmişdi. Mən o qızlar kimi əlimə dollarla yığıb video çəkdirməmişəm. Toyda gözümü yumub oxuyurdum. Həmin an cibimə pul qoydular. O pulu götürüb necə yerə ata bilərəm? Hər kişiyə, hər oxuyana da pul vermirlər. Gərək o pulu yaxşı oxuyub alasan. Müğənniyə pul verəndə nə olur? Mən əlimdə göstəriş üçün o pulu tutub oxumuram. Kişinin cibinə pul qoyarlar”.
Bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Gün ortası” verilişində deyib.
Sənətçi həmkarı Əməkdar artist Vasif Məhərrəmlinin proqramların birində “Manafın şabaş videosunu sildirtdim” açıqlamasına aydınlıq gətirib:
“Sənət dostum Vasif də dedi ki, cibinə arda-arda pul basırlar və bunu da görən, ehtiyacı olan var. Cavab verdim ki, necə olur ki, 10 min dollar pul verirlər heç gözləri görmür, amma cibimə 200 dollar qoyanda bu hamının gözünə görsənir. Yaxşı oxumuşam, yaxşı publika və alqış var. Dedi ki, məsləhər görürəm ki, videonu sil. Məndə onunla razılaşdım və videonu sildim. Orada böyük bir şey yoxdur. Gürcüstana toya getmişdim. Orada ayağımın altına “Xəzər” dənizi qədər ayağımın altına pul tökmüşdürlər. 40 ildir ki, bu sənətdəyəm. Məni pulla heç kim təəccübləndirə bilməz. Yaxşı oxuyana, canlı ifa göstərənə pul verərlər. Burada pis nə var ki? Məni çəkən adama deyirəm ki, gördün ki, kimsə mənə pul verir onu çəkmə, lazım deyil”. (Olay)