Ardını oxu...
 

"Xanəndələr reytinq vermirlər. Ona görə xanəndələrin yanında digər janrda oxuyanları çağırırıq ki, reytinq versin. Bizə bu şəkildə yanaşmayın".

Milli.Az bildirir ki, bu açıqlamanı xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülzar Fərəcova "Xəbərin var?" verilişində edib.

Muğam ifaçısı Eldnəniz Məmmədov da bu fikirlə razılaşmayıb.

Onlar xanəndələrin efirə sanbal, səviyyə, ağırlıq gətirdiyini bildirib.

 
 
 
Ardını oxu...
“Temu” şirkəti əməlli dələduzluqla məşğuldur. Sosial şəbəkələrdə bu mövzuda tez-tez statuslar görürdüm, dünən proqramı yüklədim və şahidi oldum”.

KONKRET.az xəbər verir ki, bunu müğənni Nura Suri bildirib.

“Guya ki, hədiyyə və bonuslar verirlər, amma açıq-aydın insanları aldadırlar. Dünən bir bloggerin paylaşımını gördüm, “Temu”nun hədiyyə verdiyini yazıb, link qoymuşdu. Linkə keçid etdim və eyni paylaşımı mən də etdim ki, görüm bu, doğrudur ya yox. Nəticədə, əmin oldum ki, bu, bir dələduzluqdur. Beləliklə, proqramı necə yükləmişdimsə, elə də sildim”, – o qeyd edib.

Ardını oxu...
 

Atası Bedrosun ölümündən sonra Rusiyanın Xalq artisti Filipp Kirkorov kədərə boğulub və dərin depressiyaya düşüb.

Bu haqda sənətçinin köməkçisi Lyudmila Dorodnova “RuNews24.ru” saytına açıqlamasında məlumat verib. 

Lyudmila bildirib ki, rus estradasının pop kralı praktiki olaraq heç bir şey yemədiyi üçün xeyli arıqlayıb.

“Filipp, demək olar ki, yeməyi dayandırıb - boşqablara toxunulmamış qalır və mətbəxdə bir vaxtlar gülüş və yumorla dolu atmosfer sükuta qərq olub”, - deyə sənətçinin köməkçisi qeyd edib.

Xatırladaq ki, Bedros Kirkorovun ölüm xəbəri martın 18-də yayılıb. Kirkorovun atası 93 yaşında dünyasını dəyişib. Son illər o, çoxsaylı xəstəliklərin, o cümlədən ürək-damar xəstəliklərinin kəskinləşməsi səbəbindən özünü pis hiss edib. Bedros Troekurovski qəbiristanlığında dəfn edilib. (Olay)

 

Ardını oxu...
 

Müğənni Xuraman Şuşalı həyat yoldaşı, rejissor Elçin Məmmədovla bağlı paylaşım edib.

Sənətçi əri ilə mimika və jestlərdən ibarət söhbətinin görüntülərini instaqram səhifəsində izləyicilərilə bölüşüb. 

Xuraman həmin paylaşımına “Trendə biz də qoşulduq. Elçinin xəbəri yoxdur” şərhini yazıb.

Qeyd edək ki, Xuraman və Elçin cütlüyünün 4 övladı var.   (Olay)

 

Ardını oxu...
Tanınmış müğənni Dmitri Odnorojenko könüllü olaraq Ukrayna ordusuna yollanıb.

Teleqraf Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Heytspeech” qrupunun vokalisti özü sosial şəbəkə hesabında məlumat verib.

D.Odnorojenko 2022-ci ildə Odessada “Heytspeech” rok qrupunu yaradıb. Onun ən uğurlu mahnısı 4 milyona yaxın pərəstişkarı tərəfindən dinlənilən “I'll beat all gods” trekidir.

Yada salaq ki, daha əvvəl məşhur komediya aktyoru İqor Lastoçkin də Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub.
Ardını oxu...
Aparıcı Nigar Fərhadın "Kanal S"də yayımlanan verilişdə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm”, - o verilişdə deyib.

Ajans.az xəbər verir ki, məsələyə Audiovizual Şura da münasibət bildirib.

“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq", - açıqlamada bildirilir.

Qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir.
 

 

Ardını oxu...
 

Müğənni Aysun İsmayılova heç vaxt görüşmədiyi atasından danışıb.

Oxu.Az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkə hesabında video paylaşıb.

O deyib ki, atası ilə bağlı terapiyada kövrək anlar yaşayıb:

"Bilirsiniz ki, mən atamla görüşmürəm. Onu üzdən tanımıram. Amma bu gün seansda şüuraltımda onunla görüşdüm. Atamla bütün bağlarımı kəsdim. Ona demək istədiyim bütüm sözləri dedim. Bütün seans boyu ağladım, sonunu çox gözəl bitirdik. Gələcəkdə xəyalını qurduğum həyatı gördüm".

Həmin görüntüləri təqdim edirik:

 
 
 
Ardını oxu...
Rusiyalı pop müğənnisi, teleaparıcı və aktyor Aleksey Çumakovun Bakıda konserti keçiriləcək.

Oxu.Az xəbər verir ki, ifaçı müsahibələrinin birində özünü daha çox erməni saydığını etiraf edib. Belə ki, onun atası bolqar olsa da, anası ermənidir.

Müğənni ana tərəfdən nənə və babasının Qarabağ ermənisi olduğunu xatırladıb, Səmərqənddə doğulmasına baxmayaraq öz tarixi köklərinə bağlı olduğunu qeyd edib.

Aleksey Çumakovun Bakı konserti aprelin 20-nə planlaşdırılıb.

Qeyd edək ki, Çumakovun 2020-ci ildə də Bakıda konserti keçirilmişdi.
Ardını oxu...
  

Aktrisa Ülviyyə Xalinbəyovanın başına maraqlı hadisə gəlib.

Bu barədə Ülviyyə instaqramda məlumat yayıb.

Belə ki, o, ad çəkmədən bir şəxsin evinə gələrək ora qara, köhnə qəpik qoyduğunu yazıb:

“İllərdir şizofren əlində qalmışam. Qapımın ağzına qədər gəlib, xalçanı qaldırıb bunu qoymusan. Yaman əziyyət olub. Bu dəfə yağ gətirməyi unutmusan, ya necə?”   (olay)

Ardını oxu...

 
 
 

Dünyapress TV

Xəbər lenti