![]() |
![]() ![]() ![]() |
|
Fəaliyyəti dayandırılmış ANS telekanalında "Kamerton", "Sehirli çıraq" və digər verilişlərin aparıcısı kimi tanınan televiziya aparıcısı Gülnarə Məmmədova şəxsi həyatı haqda kövrək məqamlara toxunub.
"Xəbərin var?" verilişində qonaq olan G. Məmmədova ailə qurduqdan 7 il sonra qız anası olsa da, övladının dünyasını dəyişdiyini açıqlayıb.
İkinci övladı da çətinliklə dünyaya gəldiyini bildirən aparıcı oğlunun 7 aylıq və 800 qram doğulduğunu söyləyib.
"Biz musiqiçilər xalqın zövgünü formalaşdıranlarıq. Çünki onlar televizor qarşısında əyləşib bizə baxırlar. Biz nə təqdim etsək də onlar onu qəbul edirlər".
Bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu " Gün ortası" verilişində deyib.
Sənətçi bir müddət əvvəl həmkarı Xatirə İslamın söylədiyi "Xalq nə istəyirsə biz də onu veririk" sözlərinə etirazını bildirib:
"Bu yaxınlarda həmkarlarımdan biri (Xatirə İslam - red.) efirdə dedi ki, xalq nə istəyirsə biz də onu veririk. Mən də ona cavab verirəm ki, sən çox nahaq yerə xalqın istəyini onlara verirsən. Sən xalqa yaxşı şeylər ver də... Deyir ki, əgər xalq qeyri-peşəkar mahnıları dinləmək istəyirsə biz onlara onu da verməliyik. Amma mən belə hesab etmirəm. Yox! Xalqın zövqünü korlayan da bizik, formalaşdıran da... Bir dəfə Xalq artisti Akif İslamzadə mənə "Çalışın xalqı arxanızca aparın. Xalqın arxasıyca getməyin. Çünki siz efirdə nə danışsanız və nə ifa etsəniz xalq onu da sizdən götürəcək. Çünki siz xalqın evinə çağırılmamış qonaqsınız. Xoşuna gəlməyəndə o kanalı çevirəcək. Amma sən yaxşı nə bilirsənsə söylə və onu təbliğ et" dedi". (olay)
Türkiyəli aktyor Hilmi Cem evlənir.
Aktyor sevgilisi Pırıl Atasev ilə bu gün nişanlanıb.
Mərasimdən fotolar sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Hilmi Pırıla ötən il evlilik təklifi edib. (Axşam.az)
Əməkdar artist Xəyyam Nisanov oğlu Simon üçün məclis edib.
Məclis şəhər restoranlarından birində keçirilib.
Gecədə müğənninin dostları və sənət adamları iştirak ediblər.
Qeyd edək ki, Xəyyam 2017-ci ildə Nərmin adlı xanımla ailə qurub. Cütlüyün bu nikahdan 3 qız övladı da var. Sənətçi oğluna atasının adını verib. (Axşam.az)
Əməkdar artist Xəyyam Nisanov oğlu Simon üçün məclis edib.
Məclis şəhər restoranlarından birində keçirilib.
Gecədə müğənninin dostları və sənət adamları iştirak ediblər.
Qeyd edək ki, Xəyyam 2017-ci ildə Nərmin adlı xanımla ailə qurub. Cütlüyün bu nikahdan 3 qız övladı da var. Sənətçi oğluna atasının adını verib. (Axşam.az)
Müğənni Sevil və Sevinc Səfərovalar evlərinin sayını açıqlayıb.
Bu barədə onlar "Tarixin bir günü" verilişində qonaq olarkən danışıblar.
Aparıcı Tarix Əliyev bacıların şəhərdə iki evlərinin və bir bağ evlərinin olduğunu deyib. Müğənnilər bunu təsdiqləyib:
"Hazırda nəyimiz varsa, bizi qane edir. Həyata bir dəfə gəlirik. Düşünürəm ki, yığmaqla deyil. Məsələn, deyirlər ki, o boyda toya gedirəm, o çantanı ala bilmirəm. Amma mən alıram. O geyimi özümə alıram". (Bizim.Media)