Ardını oxu...
Bakı şəhər 6 nömrəli poliklinikanın baş həkimi Nərmin Qasımova işçilərə təzyiq edir.

AzFakt.com xəbər 6 nömrəli poliklinikasında tibb qeydiyyatçısı - kargüzar vəzifəsində çalışan Novruzova Aynur Çingiz qızı şikayətində bildirir ki, poliklinika baş həkimi Nərmin Qasımova tərəfindən ona qarşı qeyri-obyektiv və şəxsi münasibətə əsaslanan ayrı-seçkilik və təzyiqlərlə üzləşirəm.
Aynur Novruzova qeyd edir ki, son aylarda poliklinikaya yeni təyin olunan baş həkim baş həkim dəfələrlə açıq şəkildə "səninlə işləmək istəmirəm" deyərək məni təhdid etmiş, işimdən uzaqlaşdırmağa çalışmışdır. Hətta səbəb göstərilmədən "işini təhvil ver" tələbini irəli sürmüşdür. Bu münasibət mənim psixoloji və fiziki sağlamlığıma ciddi zərbə vurmuş, stress səbəbilə 12.06.2025-ci il tarixində təcili tibbi yardıma müraciət etmişəm.

Yuxarıda olanlardan savayı poliklinikada olan baş həkimin müavinləri ilə olan intriqasında məndən istifadə etmək istəyir. Dəfələrlə mənə "mən dediyimi etməsəm sənə təzyiq göstərəcəm demişdir". Nərmin Qasımovanın mənə göstərdiyi təzyiqlə saxtakarlıqda iştirak etmədiyim üçün 12.06.2025 tarixində məni otağına çağıraraq qeyri-etik, üstümə qışqıraraq məni işdən çıxarmaqla hədələdi.

Nərmin Qasımova eyni hədə-qorxunu kadrlar şöbəsinin mütəxəssisi Arzu Məmmədovaya da etmişdir. Arzu Məmmədova hamilə olmasına baxmayaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onu da işdən çıxartmaqla hədələmişdir.

Nərmin Qasımova özü ilə daha öncə (cəmisi bir neçə ay işlədiyi) 46 saylı poliklinikadan gətirdiyi tibb qeydiyyatçısı və tibb bacısı vasitəsilə işimə müdaxilə olunur, mənfi atmosfer yaradılır və mənə qarşı iş yerində peşəkar təcrid siyasəti aparılır. Açıq şəkildə bildirir ki, hamı gələndə öz adamlarını ətrafına yığır.

6 nömrəli poliklinika dövlət müəssisəsi olmasına baxmayaraq Nərmin Qasımova səhiyyə ocağını özünün şəxsi klinikası kimi idarə edir.
Müəssisədəki vəzifə öhdəliklərimi layiqincə yerinə yetirsəmdə, baş həkim tərəfindən davamlı olaraq ciddi qanun pozuntularına, etik prinsiplərin tapdanmasına və əmək hüquqlarımın pozulmasına şahid oluram.
Poliklinikanın baş həkimi Nərmin Qasımova tərəfindən poliklinikanın baş həkiminin müavini Samirə Rəhimovanın əleyhinə saxta aktların tərtib edilməsi, bu aktlara yalnız özünün imza atması, məndən və digər əməkdaşlardan isə hədə-qorxu ilə imza tələb olunmasını təzyiqi göstərmişdir.

Baş həkimin müavini Samirə Rəhimovanın xəbəri və razılığım olmadan onun adının müxtəlif sahələr üzrə məsul şəxs kimi rəsmiləşdirilməsi, bu barədə ona heç bir məlumat verilməməsi və bu məlumatların ondan gizlədilməsi məqsədilə kadrlar şöbəsinin mütəxəssisi Arzu Mamedova və mənə təzyiqlər göstərmışdir.
Həmçinin tez-tez “poliklinika mənimdir, necə istəyirəm elə edirəm, heç kimdən qorxacağım yoxdur, mənim arxamda “müəyyən” adamlar durur” kimi ifadələr səsləndirərək həm əməkdaşlara, həm də strukturun idarəetməsinə təsir göstərməsi, digər şəxslərin nüfuzundan istifadə etməklə təzyiq və hədə-qorxu gələrək qanunsuz davranışlarına haqq qazandırmışdır.

Qeyd olunan halların əmək qanunvericiliyinə və etik qaydalara zidd olduğunu nəzərə alaraq, vəziyyətin obyektiv şəkildə araşdırılmasını, hüquqlarımın müdafiəsini və mənə qarşı ayrı-seçkilik hallarının aradan qaldırılmasını xahiş edirəm.

Aynur Novruzova xahiş edir ki, aidiyyatı qurumlar Nərmin Qasımovanın etdiyi özbaşınalığa, işçiləri hədələməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə son qoyulmasına yardımçı olsunlar.

Qeyd edilən hallar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və digər normativ-hüquqi aktların kobud şəkildə pozulması ilə yanaşı, tibb müəssisəsində vətəndaşların və işçilərin hüquqlarını ciddi şəkildə zədələyir.

Aynur Novruzova bildirir ki, mənə kargüzarlıq işi həvalə olunmuşdu, baş həkim dedi ki, aktı imzalasan sənə təzyiq göstərəcəm. İmza atdığıma görə əsassız olaraq, şəxsi zəmində, bu gündən mənə həvalə olunan kargüzar vəzifə səlahiyyəti əlimdən alınıb, qeydiyyatçı kimi işə davam etdirməyi tapşırıb.
 
Ardını oxu...
Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
Mərkəzi Klinikanın kardiologiya şöbəsinin müdiri həkim‐kardioloq Firdovsi İbrahimovdan Şikayət

Siyəzən rayonu, M.V.Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlu tərəfindən XALQ -a şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Möhtərəm Prezident!

Məlumat üçün bildirmək istəyirəm ki, atam, 2‐ci qrup müharibə əlili Zeynalov Qabil Mabəddin oğlu yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkib. 18 aprel 2025‐ci il tarixdə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulmuş, təcili yardımın köməyi ilə Bakı şəhərində yerləşən Mərkəzi Klinikaya təxliyə edilmişdir.
Ardını oxu...
Mərkəzi Klinikada kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq kimi fəaliyyət göstərən Firdovsi İbrahimov atam Qabil Zeynalovu müayinə edən zaman onda ürək damarının tutulması aşkar edilmişdir. Nəticədə, onun ürək damarına angioplastika yolu ilə STENT qoyulduqdan sonra, təkrarən 26 aprel 2025‐ci il tarixində müayinədən keçməli olduğunu bildirmişdir.
Ardını oxu...
26 aprel 2025‐ci il tarixində atam Qabil Zeynalov təkrar müayinə edilməsi, Firdovsi həkimin baxışından keçməsi üçün ailə üzvlərimizin köməyi ilə Mərkəzi Klinikaya gətirilsə də, qeydiyyat şöbəsinə yaxınlaşan zaman, qanunsuz olaraq, yenidən pul köçürülməsi tələb edilmiş, əks halda xəstəyə baxmayacaqlarını bildirmişlər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək, xəstə yaxınlarından pul köçürmələrini tələb etmişlər.
Ardını oxu...

Nəzərinizə çatdırmaq istəyirəm ki, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanun”da göstərilir ki, vətəndaşa qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlər göstərilə, bu mümkün olmadığı təqdirdə, aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək, həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 (qırx beş) gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər.

Burdan da açıq‐aydın görünür ki, Mərkəzi Klinikanın qeydiyyat şöbəsinin əməkdaşları və Firdovsi həkimin köməkçiləri “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanun”un bu tələbini kobud şəkildə pozmuşlar. Bununla bağlı ailə üzvlərimiz Firdovsi həkimin otağına yaxınlaşaraq, cəmi 1 həftə əvvəl ödəniş edildiyini və xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələr də, əfsuslar olsun ki, o və köməkçiləri ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə əlillərinin daim diqqət mərkəzində saxlanılması və onların incidilməməsi haqqında tapşırıq və tövsiyyələrinə əməl etməyərək, atam Qabil Zeynalovun sovet dönəmində vuruşduğunu, onu müharibə əlili kimi tanımadıqlarını açıq şəkildə ifadə edərək, müharibə əlilləri arasında ayrı‐seçkiliyə yol verməklə, aşkar təxribatla məşğul olublar. Bütün bunlarla bağlı əlimizdə onların videogörüntüləri və səs yazıları mövcuddur. Lazım gələrsə, həmin faktları aidiyyəti üzrə təqdim etməyə hazırıq.
Ardını oxu...
Firdovsi İbrahimov

Onu da bildirmək istəyirəm ki, əlacsız qalmaları səbəbindən Firdovsi həkim və köməkçilərinin dedikləri ilə razılaşmaq məcburiyyətində qalan ailə üzvlərimiz xəstənin ixtisaslı müayinə və müalicə olunması üçün Mərkəzi Klinikaya təkrar ödəniş etmişlər. Həmin ödənişlərə dair qəbzlər əlimizdədir. Ödənişləri etdikdən sonra, xəstəni kardioloq Firdovsi İbrahimovun qəbuluna keçirən zaman, klinikanın mühafizə xidməti yaxınlaşaraq, həkimin xəstəni qəbul etmək istəmədiyini bildirmişdir. Səbəb də o olmuşdur ki, Firdovsi həkimin dediyinə görə, guya, biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Əslində isə, belə şey baş verməmişdir. Halbuki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq, hər bir vətəndaşın təklif, ərizə və şikayət etmək hüququ vardır. Ailə üzvlərimiz Firdovsi İbrahimovun barəsində şikayətlər etmədiyini Firdovsi həkimin diqqətinə çatdırsalar da, bütün bunlara baxmayaraq, o, hikkəsi və inadkarlığı ilə rəftar edərək, müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlili olan atam Zeynalov Qabil Mabəddin oğlunu ixtisaslı müayinə və müalicə etməkdən, bir sözlə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina etmişdir.

Mən və ailə üzvlərim bu barədə dərhal Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin – 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ‐ 1542 və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ‐ 815 qaynar xətlərinə zəng edib məlumat bildirdikdən sonra, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı Mərkəzi Klinikanın müvafiq şəxsləri ilə əlaqə yaratmağa çalışsa da, həkimlər danışmaqdan boyun qaçırmışlar.

Əlavə olaraq bildirmək istəyirəm ki, mən bundan öncə də, qeyd etdiyim məsələ ilə bağlı 26 aprel 2025‐ci il tarixdə Səhiyyə Nazirliyinin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyinin ‐ 1542 və TƏBİB‐in ‐ 815 qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, eyni zamanda müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq, 2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlunun başına hər hansı bir xoşagəlməz hadisə gələrsə, ilk növbədə Firdovsi İbrahimovun məsuliyyət daşıyacağını bildirmişdim. Lakin, onunla bağlı heç bir tədbir görülmədiyindən, atam Qabil Zeynalov həmin hadisənin səhəri günü, yəni 27 aprel 2025‐ci il tarixdə dünyasını dəyişdi.Qeyd edim ki, 26 aprel 2025‐ci il tarixli müraciətimdə qeyd etmişdim:

“Cənab Prezident!

Yuxarıda qeyd edib göstərdiyim xüsusat və faktların öz nəzarətiniz altında kökündən, tam, hərtərəfli və obyektiv araşdırılaraq, “Mərkəzi Klinika”da kardiologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərən həkim‐kardioloq Firdovsi İbrahimovun xəstəmizə qarşı etmiş olduğu qanunsuz və cinayətxarakterli hərəkətlərinə obyektiv hüquqi qiymət verilərək, onun barəsində qanunamüvafiq ciddi tədbirlər görməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm””.

Məsələ ilə bağlı “Mərkəzi Klinika”da kardiologiya şöbəsinin müdiri həkim‐kardioloq Firdovsi İbrahimovdan açıqlama almaq mümkün olmadı
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən keçirilmiş satınalma prosedurlarında çox ciddi qanun pozuntularına yol verilir. B u sözügedən qurumun dövlət satınalmalarının portalın yerləşdirdiyi məlumatlarda özünü açıq-aşkar göstərir.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi əşya və geyim formasının satın alınması üzrə 07.11.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “SMART STYLE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.367.832,4 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 11.03.2025-ci ildə dərc edilib.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SMART STYLE” (VÖEN: 1304571891) Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.07.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, XƏZƏR RAYONU, BAĞLAR, ev.3, qanuni təmsilçisi kimi isə Xaniyev Rahim Rəvvaq oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Lazımov Babalar Faiq oğlu olub. O, həm də”GRAPHİTE OFFİCE” MMC-nin qanuni təmsilçisidir.

Qeyd edək ki, Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən nəzərdə tutulmuş əşya və geyim formasının alınmasına dair keçirilmiş açıq tendrdə ehtimal olunan qiyməti 1.942.599,19 manat müəyyən edilmişdir.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı şirkətin təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “SMART STYLE” MMC ilə satınalma müqaviləsi bağlamışdır.

Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən 25.12.2024-cü ildə satınalmaların portalına yerləşdirilmiş bildirişdən məlum olur ki, cari satınalma predmeti üzrə Satınalma Komissiyasının qərarı ilə Hüquqi ünvanı, AZ5004, SUMQAYIT ŞƏHƏRİ, SÜLH KÜÇƏSİ, ev 2, GİLTEX” MMC (VÖEN: 2903375461) tərəfindən təqdim edilən 1.233,037,46 manat dəyərində təklifin aksept olunması qərarı verilmişdir. “SMART STYLE” MMC tərəfindən təqdim edilən təklif qiyməti daha yüksək olduğundan satınalma komissiyasının qərarı ilə təklifi 2-ci yerdə müəyyənləşdirilmişdir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, cari satınalma üzrə gözləmə müddəti 26.12.2024-cü il tarixdən qüvvəyə minir və 06.01.2025-ci il iş gününün sonu bitir.

Göründüyü kimi Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin Satınalma Komissiyası 25.12.2024-cü ildə “GİLTEX” MMC-nin qalib olduğunu elan edir. Lakin 07.02.2025-ci ildə dərc etdiyi bildirişdə cari satınalma predmeti üzrə Satınalma Komissiyasının qərarı ilə Hüquqi ünvanı, AZ1044, BAKI ŞƏHƏRİ, XƏZƏR RAYONU, BAĞLAR, ev 2, “SMART STYLE” MMC (VÖEN: 1304571891) tərəfindən təqdim edilən 1.367,832,40 manat dəyərində təklifin aksept olunması qərarı verir.

Əsaslı şübhələrdə elə buradan başlayır. Qurumun Satınalma Komissiyası birinci dəfə GİLTEX” MMC-nin qalib elan edir, “SMART STYLE” MMC tərəfindən təqdim edilən təklif qiyməti daha yüksək olduğundan satınalmadan kənarlaşdırılır. Sonradan isə “SMART STYLE” MMC ilə müqavilə bağlayır.

Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, “SMART STYLE” MMC Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsi ilə daim işbirliyində olub, həm yumşaq inventarlar, həm havalandırma sistemi üçün cihaz və avadanlıqlar, həm də şəxsi heyət üçün müxtəlif növ əşya-geyimlər satır.

Göründüyü kimi “SMART STYLE” MMC Fövqəladə Hallar Nazirliyinə yaxınlığı ilə tanınır. MMC-nin əvvəl tenderdən kənarlaşdırılması, sonra isə müqavilə bağlaması bu bağlılığı, yaxınlığı bir daha təsdiq edir. Çox güman ki, elə bu yaxınlığa görə də milyon manat dəyəri olan tender əövvəl qalib olan “GİLTEX” MMC-dən alınaraq “SMART STYLE” MMC-yə verilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədlidir. Prezident İlham Əliyevin 15 dekabr tarixli sərəncamı ilə Asif Məmmədliyə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.

aktualinfo.org

 
 
 
Ardını oxu...
"Olympus Park" və "Elit Park Kompleksi"nin relslər üzərində tikdiyi hündürmərtəbəli binalar ciddi təhlükə yaradır - FOTOFAKT
Nərimanov rayon prokurorluğunda Rəfael Qarayevin rəhbərlik etdiyi (?)...

Bakı şəhər sakinləri N.Əhmədova, Ə.Əliyeva, H.Novruzov, M.Məmmədov, Y.Həsənov, T.Hüseynova, İ.Rüstəmova, K.Quliyeva və digər sakinlər “Olympus” park-tikinti şirkətinin rəhbərlərindən şikayətçi olduqları barədə redaksiyamıza müraciət ediblər.

Yenixeber.org: Şikayətçilərlə söhbətdən məlum oldu ki, “Olympus” park-tikinti şirkəti Bakı şəhərinin bir çox yerlərində yaşayış binaları tikir. AMEA-nın yanında iki bina, Nəsimi bazarının yerində 4 bloklu bina, Təbriz küçəsində 3 bloklu bina, 7-ci mkr-da, Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinin yaxınlığında 7 bloklu bina, Neapol dairəsi yaxınlığında 3 bloklu bina, Yasamalda 3 bloklu bina, Botanika bağının yaxınlığında 2 ədəd 18 mərtəbəli bina və s. yaşayış mənzillərinin tikintisini bu şirkət həyata keçirir. Amma necə? Sakinlərlə müqavilə bağlanır, pullar qəbul edilir, amma binaların tikintisi illərlə uzanır və sakinlər də evsiz-eşiksiz gözləməkdə davam edirlər. Tikilən tək-tük binaların da sakinlərinə hələ heç bir çıxarış verilməyib. Sakinlərin dediyinə görə, 1 ilə tikiləcəyi nəzərdə tutulmuş binalar, üstündən 5-6 il keçməsinə baxmayaraq, hələ də tamamlanmayıb. Şikayətçi N.Əhmədova bizimlə söhbətində bunları dedi: “Biz müqavilə bağlayanda dedilər ki, tezliklə gözəl, yaraşıqlı, hər cür komfortu olan mənzillərdə yaşayacaqsınız. Biz də razılaşdıq ki, tezliklə kirayədə yaşamaqdan canımız qurtaracaq. Amma sən saydığını say, gör şirkətin rəhbəri Rəfael Qarayev və ətrafına yığdığı xalası uşaqları Anar və digərləri nə sayır? Biz artıq bu illər ərzində evə ödədiyimiz puldan iki dəfə artıq kirayə pulu ödəmişik. Biz nə vaxta qədər kirayədə yaşamalıyıq? Borc-xərc edib pul ödəmişik ki, nəhayət, bizim də öz evimiz olsun. Amma bu gedişlə, deyəsən, ömrümüzün axırına qədər kirayədə yaşamalı olacağıq”.

Y.Həsənov deyir: “Biz də kirayədə yaşayırıq. Inanırdıq ki, tezliklə bina tikilər və biz də öz mənzilimizdə yaşayarıq. Amma bu şirkətin rəhbəri Rəfael Qarayevin mədəsi doymur. Bizim pullarımızın hesabına özünə və xalası uşaqlarına cənnət həyatı qurub. Aldığımız məlumata görə, Goradildə 4 mərtəbə villası, şəhərin bir neçə yerində evi, neçə-neçə obyekti, Türkiyədə və Avropada evləri var və banklarda da pulları “n” qədərdir. Hazırda sürdüyü axırıncı model “Qalenvagen” markalı maşının qiyməti 550 min manatdır. Bunlar hamısı bizim pullarımızın hesabınadır. Görəsən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hara baxır? Gözlərinin qarşısında bu qədər qanunsuzluq baş verir. Amma heç bir tədbir görmürlər. Bizim şikayətimiz əsasında Nərimanov Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, amma nəticə yoxdur. Biz nə vaxta qədər küçələrdə qalmalı olacağıq?”

Məsələ artıq aydındır, sakinləri narahat edən problem məlumdur. Bizimlə söhbətlərində sakinlər onu da dedilər ki, Rəfael Qarayev təkcə onları yox, eyni zamanda bu şirkətə investisiya qoyan 35-dən yuxarı təsisçini də aldadıb. Onların pulunu guya tikintiyə yönəldib, evlərin satışından külli miqdarda qazanc götürəcəklərmiş. Amma qazancı Rəfael Qarayev özü və xalası uşaqları götürür. Mənə maraqlı gəldi ki, nə əcəb təsisçilər özləri Rəfael Qarayevdən şikayətçi deyillər. Əlbəttə, araşdırmamız davam edir və həmin təsisçilərin heç olmasa, bir neçə nəfərinin fikrini öyrənməyə cəhd edəcəyik.

Problemi yerində araşdırmaq üçün köhnə “Qarabağ” mehmanxanasının yaxınlığında Sahib Zamanov küçəsindəki “Olympus” park-tikinti şirkətinin həyata keçirdiyi tikinti işləri ilə maraqlandıq. Tikilən 3 binanın birində yaşayış var idi. Bu binanın 5-ci və 6-cı mərtəbəsində yaşayan bir neçə sakinlə söhbət etdim. Məlum oldu ki, onların da binasının tikintisi uzun illərdən sonra başa gəlib və evlər çox keyfiyyətsiz tikilib. Yarımçıq binaların da şəklini çəkdim. Məlum oldu ki, bu binaların tikintisi də bir neçə ildir davam edir və nə vaxt tamamlanacağı bilinmir. Tikinti gedən binalardan çıxan fəhlələrdən öyrəndim ki, onların da əmək haqqı aylarla verilmir.

Bütün bunlara aydınlıq gətirmək üçün “Media Haqqında Qanun”un tələblərinə uyğun olaraq, əks tərəfin də mövqeyini öyrəndik. Şirkətin 40-a qədər təsisçilərindən biri sayılan, amma nədənsə, səlahiyyəti tam əlinə almış Rəfael Qarayevə zəng etdim. Məsələnin mahiyyətini biləndən sonra R.Qarayevlə aramızda belə bir kiçik müsahibə alındı:

- Sizə verilən məlumatların hamısı şər və böhtandır. Sizə kim müraciət edib?

- Rəfael müəllim, şikayətçi bir deyil, beş deyil. Məgər hər gün ofisinizin qarşısında etiraz aksiyası keçirənləri və sizdən Nərimanov Rayon Prokurorluğuna şikayət edən sakinləri tanımırsınız? Yaxşı olar ki, bu məsələlərə ətraflı aydınlıq gətirəsiniz ki, sizin də fikirlərinizi, hazırlayacağımız yazı ilə bərabər, olduğu kimi dərc edək.

- Siz hər deyilənə inanmayın. Biz öz işimizi təmiz görürük. Sakinlərin şikayəti əsaslı olsaydı, Nərimanov Rayon Prokurorluğu indiyənə qədər bir tədbir görərdi. Şikayətin heç bir əsası olmadığı üçün bizə heç kəs heç nə deməyib. Siz də gedin istədiyiniz kimi yazın.

- Rəfael müəllim, sakinlərin bizə verdikləri məlumatda o da deyilir ki, şirkətə cəlb etdiyiniz 40-a qədər təsisçinin külli miqdarda pullarını aldadıb tikintiyə cəlb etmisiniz, amma qazancdan onlara 1 manat da vermirsiniz. Bu barədə nə deyə bilərsiniz?

- Bu da şər və böhtandır. Təsisçilərin məndən və işdən heç bir narazılığı yoxdur. Bundan başqa sizə artıq heç nə deyə bilməyəcəyəm. İndi vaxtım yoxdur, başqa vaxt danışarıq.

Bununla da Rəfael müəllimlə aramızdakı söhbət bitdi. Şikayətdə ən çox adı hallanan R.Qarayevin həm köməkçisi, həm də pul yığan kassiri kimi təqdim edilən Anar müəllimə də zəng edib, mövqeyini öyrənmək istədim. Verdiyim suala Anar müəllim belə cavab verdi:

- Sizə deyilənlər düzgün deyil. Mən kassir-zad deyiləm. Rəfael Qarayevin köməkçisiyəm. Bir çox məsələlərə müdaxilə etmək səlahiyyətim olmasa da, deyə bilərəm ki, bizə qarşı bütün bunlar rəqiblərimizin oyunudur. Bizi gözdən salmaq istəyirlər.

- Anar müəllim, mən Rəfael müəllimlə də danışdım. Amma onun ətraflı cavab verməyə vaxtı olmadı. Bəlkə təsisçilərin pulunun mənimsənilməsi və sakinlərin pullarını alaraq, evlərinin tikintisinin niyə uzun illərlə davam etməsi məsələsinə siz aydınlıq gətirəsiniz.

- Bunlar mənə aid məsələlər deyil.

- Onda xahiş edirəm, Rəfael müəllimdən bu barədə ətraflı öyrənib, bizə də məlumat verəsiniz.

- Yaxşı, çalışaram öyrənim. Fikirlərinizi Rəfael müəllimə çatdıraram.

“Olympus” park-tikinti şirkətinə qeyri-rəsmi rəhbərlik edən Rəfael Qarayevin fikirlərini tam öyrənmək üçün bir neçə gün də gözlədik. Amma əks tərəfdən daha heç bir səs-səmir gəlmədi. Yəqin ki, səsləri bu yazı dərc olunandan sonra çıxacaq.

***

Sonda bu şirkət haqqında daha ətraflı məlumat almaq üçün sosial şəbəkələrə və bir neçə sayta nəzər saldım. Heç də yaxşı olmayan məqamlar üzə çıxdı. Onların bəzilərini sevimli oxucularımızın və cavabdeh qurumların diqqətinə çatdırmaq istəyirəm.

Pravda.az saytının “Olympus Park” tikinti şirkəti ilə bağlı şikayətlər səngimək bilmir” yazısından sitat: “Onların (şikayətçilərin-E.M.) sözlərinə görə, “Olympus Park” şirkəti binanı 24 ay ərzində təhvil verməli olsa da, evləri 5 ildir ki, sökülüb, əvəzində hələ də ev verilməyib. Sakinlər deyiblər ki, 5 ildir, şirkət rəhbəri Rafael Qarayevin üzünü görməyiblər. O, müxtəlif bəhanələrlə sakinlərlə görüşdən yayınır. Sakinlər onlara ayrılan kirayə pullarının kəsilməsinə, vaxtlı-vaxtında verilməməsinə, mülkiyyət hüquqlarının pozulmasına etiraz edirlər. Bildirilib ki, şirkət tərəfindən layihədə dəyişiklik edilib, otaqların sayında isə əskiklik var”.

***

Qafqazinfo.az saytında dərc olunmuş ““Olympus Park”dan şikayət etdik deyə kirayə pulumuzu kəsdilər” başlıqlı yazıda bir şikayətçinin dilindən belə yazılıb: “İki il əvvəl Nəsimi rayonunda evimiz pilot layihə ilə əlaqədar plana düşdü, evin yerində “Olympus Park” (keçmiş “Avrasiya Constraction LTD” MMC) tərəfindən yeni yaşayış kompleksinin inşasına başlanıldı. Bizə evimizin əvəzinə 3 otaqlı təmirli və 1 otaqlı təmirsiz mənzil verilməli idi. Lakin şirkət öz üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə bir sıra qurumlara şikayət etdik. Bundan sonra bizə verilən kirayə haqqını da kəsdilər”.

“Bu sözlər F.Qasımzadə keçəsində evləri sökülən Əli Qarayevin hüquqi nümayəndəsi Bəyim Mahmudova və həmin evdə yaşayan Rüstəm Şəfiyevə məxsusdur”.

***

Qaynarinfo.az saytında “Olympus Park" rəhbərindən maddi və mənəvi zərər tələb edilir” başlıqlı yazıda belə deyilir:” Şikayətçi Polad Qəribov şirkət barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın və mənəvi zərərin ödənilməsi" üzrə iddia qaldırıb. İş hazırda Apellyasiya mərhələsindədir və Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Olympus Park” şirkətinin rəhbəri Rafael Qarayevdir. Şirkət Bakıda və xüsusən Nəsimi rayonunda pilot layihələr çərçivəsində hündürmərtəbəli binalar inşa edir.

MMC barəsində KİV-də kifayət qədər neqativ məlumatlar paylaşılıb. Bir neçə il əvvəl şirkət bina tikərkən qanunsuz olaraq yaxınlıqdakı obyekti sökdüyü üçün tikinti işləri dayandırılıb. Ötən ilin dekabr ayında Nəsimi rayonu, Abay küçəsi, ev 8 ünvanında yaşayan Ələkbər Tağıyev KİV-ə müraciət edərək bildirib ki, "Olympus Park" şirkətinin verdiyi kompensasiya ilə razılaşmadığı üçün evinin suyunu və qazını kəsiblər”.

***

Qlobal.az saytının bizimyol.info saytına istinadən verdiyi “”OLYMPUS” tikinti şirkəti vətəndaşın evini yararsız hala salıb - Şikayət” başlıqlı yazıda oxuyuruq:” Nəsimi rayonu, Abay döngəsi ev 17/22 ünvanında dədə-baba yurdu olan 275.4 kv metrdən ibarət mülkdə yaşayan Nərgiz Quliyevanın qanunsuz sökülməkdə olan evi ilə bağlı müraciət daxil olub. Məktubda bildirilir ki, mənzil, OLYMPUS tikinti şirkəti tərəfindən yararsız hala salınıb.
"Bakı Şəhəri İcra Hakimiyyətinin 22.05.1992-ci il tarixli 195/ 10420 saylı qərarı ilə həmin ev qanuni sənədləşərək, texniki pasportla qeydiyyata alınıbdır. OLYMPUS tikinti şirkəti tərəfindən bu mülkün bir divarı təmiz uçurdularaq yerinə divar əvəzi bir şifer qoyublar, evin digər divarını da ovublar. Evin içərisi isə demək olar ki, yararsız hala düşüb, otaqların divarları çat-çat olaraq uçulub-dağılmaq üzrədir. Evin yanına isə vaqon qoyublar. Ev demək olar ki, havada qalıb. Belə bir vəziyyətdə olan ev isə yaşayış üçün hər an təhlükəlidir”.
Məktubda qeyd olunub ki, həmin ərazidə olan əlavə evlər şirkət tərəfindən köçürüldüyündən, orada tək qalan ev Nərgiz Quliyevaya məxsus olan dədə-baba mülküdür.
"Bunu etməkdə səbəb şirkətin hədsiz tamahkarlığı və böyük bir haqsızlığıdır. 300 kv metrə yaxın bir mülkə dəyər əvəzi OLYMPUS tikinti şirkəti 80 kv metr yer təklif edir. Bu, olduqca absurddur. Tikinti aparılan ərazidə sökülən hər hansı evin kvadratı nə qədərdirsə, tikinti şirkəti də onun müqabilində həmin vətəndaşa dəyəri qədər ya pul verməli, ya da tam-mütənasib qaydada mənzillə təmin etməlidir. Yəni sökülən evin kvadratı qədər də əvəzi verilməlidir. OLYMPUS tikinti şirkəti isə əksinə çalışır”.

***

Belə yerdə deyiblər, “Görünən dağa nə bələdçi”?! Təqdim etdiyimiz bu yazılardan da aydın olur ki, OLYMPUS tikinti şirkətinin yol verdiyi qanunsuzluqlar, özbaşınalıqlar bitib-tükənmək bilmir. Görəsən, bu tikinti şirkətinə rəhbərlik edən Rəfael Qarayev özünü hüququ dövlət olan Azərbaycanda niyə bu qədər sərbəst və toxunulmaz aparır????(Yenixeber.org)

(Ardı var)

Hazırladı və təqdim etdi: Elçin MƏMMƏDLİ

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.
 
Ardını oxu...
Kərimova Fəxrəndə Yeni Klinikanın neyrocərrahı Azad Məlikovdan şikayətçidir. O, aprel ayında əməliyyat olunub.

Anxeber.az a danışan F. Kərimova əvvəlcə bildirib ki, sözügedən dövlət xəstəxanası olsa da, həkimə 300 manat verib. Onun sözlərinə görə, bu əməliyyatdan sonra o, pis vəziyyətə düşüb:

"Aprel ayının 3-də əlimdə MRT-nin diski ilə getdim həkim Azad Məlikovun qəbuluna. Bu adam diskə baxıb bildirdi ki, üç fərqli ölçüdə – yəni 8 yarım, 5, 4 yarım millimetr ölçüdə yırtıq, həmçinin kanal darlığı var. Bizə dedi ki, bu, heç nədir mənim əlimdə. Onu da deyim ki, mən həm də açıq ürək əməliyyatı olmuşam, 4 ədəd stendi olan və şəkər xəstəsi biriyəm. Aprelin 4-də məni əməliyyat elədi. Əməliyyatdan sonra 2 gün məni orada saxladı və sonra evə buraxdı.

Evə gəldikdən 5 gün sonra sarğımı dəyişmək üçün yenidən yanına getdim. Mənə bildirdi ki, belin nəmlənir, heç nə olmaz, çıx get rayona, nəsə fəsad olsa əlaqə saxlayarsan. Mən ehtiyat etdiyim üçün Bakıda qaldım. Qonşudakı tibb bacısı sarğımı dəyişdi. 5-ci gün idi ki, gecə saat 1-də yaramdan güclü maye axdı. Bu maye də ilik idi. Gecə saat 2-də halım dəyişdi, təzyiqim 120-yə qalxdı və heç cür aşağı sala bilmədik. Məni təcili Yeni Klinikanın təcili yardımına apardılar. Orada da təzyiqimi endirə bilmədilər".
Şikayətçi qeyd edib ki,
A. Məlikova dəfələrlə zəng etsək də, telefonu açmadı: " İşçiləri zəng edəndən sonra bildirib ki, gecə vaxtı onu niyə narahat edirik. Həmçinin deyib ki, ölür, ölsün də, mən nə edim?!"

Şikayətçi bildirib ki, həkim onu ikinci dəfə əməliyyat etdikdən sonra sərbəst gəzməyində də problem yaranıb:

"Səhər həkimin qəbulunda oldum. Mənə baxdı və xəstəxanaya yatış verdi. Yanımda olan qohumlarım niyə belə olduğumu soruşdu. Mənim kimi 60 yaşlı qadının yanında qohumuma alçaldıcı sözlər dedi telefonda, təhqir elədi onları.
Belimdən axan mayenin qarşısını almaq üçün məni səhər tezdən təkrar əməliyyata saldı. Mən artıq meningit olmaq üzrə idim.
Əməliyyat günü mənə bildirdi ki, narkoz verə bilməz, çünki ürək problemim var. Əməliyyat otağında həkim fırlanır, anestezioloqlar isə üzümə deyirdi ki, bu cür ilik axması ilə iki gün ömrün qalıb. Tələb etdilər ki, oğlum yazılı surətdə razılıq versin ki, hər an ölüm halı ola bilər. Dedilər ki, əməliyyat olsa da, olmasa da, nəticəsi ölümdür. Sadəcə əməliyyat olsa, 10-15 gün artıq yaşaya bilərəm.
Oğlum da bildirdi ki, biz yox, həkim özü qol çəksin. Buna baxmayaraq, həkim A. Məlikov təhqir etdi və "hara şikayət edirsiniz edin" dedi. Oğlum məcbur olub imzaladı.

Axır ki, məni əməliyyat etdi və 4-5 gün sonra evə buraxdı. Bu müddət ərzində gördüm ki, artıq şikəst vəziyyətdəyəm. Həkimə bildirdik, o isə mənə yalnız dərmanlar yazdı. Neçə ay dərman içdim, amma yaxşılaşmadım. Evin içində yalnız çəliklə gəzə bilirəm. Ağrılar o qədər şiddətli olur ki, qışqırığıma bütün qonşular gəlir. Nə qədər keyləşdirici vursam da, təsiri olmur.
Yenidən həkimin qəbulunda oldum. Yoxlamadan sonra bildirdi ki, 27 mm yırtıq əmələ gəlib. Halbuki əməliyyatdan əvvəl yırtıq 8 yarım mm idi. Əməliyyatdan çıxandan sonra da ondan soruşmuşdum ki, yırtıqları bağladınız? Mənə "nə var eləmişəm də" dedi. İndi bu vəziyyətə düşəndən sonra deyir ki, mən yırtıqlara əl vurmamışam. Kanal darlığını əməliyyat etmişəm".
Şikayətçi söyləyib ki,
A. Məlikov onu şikəst qoyub: "İndi özəl klinikalara da müraciət etmişik, 13-14 min manat pul istəyirlər ki, yenidən onurğa yığılsın.
Məni bu vəziyyətə Azad həkim salıb, məni şikəst qoyub. Deyirəm, məni bu hala salmısınız, heç olmasa kömək edin. Mənə deyir, əliniz hara çatır, gedin ora. Mənim bu vəziyyətə düşməyim həkimi narahat belə etmir".

Anxeber.az
 
 
 
Ardını oxu...
Dövlət Su Ehtiyatları Agentliyində hələ də “daşlar yerinə oturmur”. Sədr Zaur Mikayılovun təyinatından sonra az da olsa, ümüd var idi ki, bəzi özbaşınalıqlara və xoşagəlməz olaylara son qoyulacaq. Təəssüf,… Nəinki, dərəbəylik bitmir, əksinə daha betər hadisələrin şahidi olmaqdayıq.

Məlum olduğu kimi, Dövlət Su Ehtiyatları Agentliyi ilə müvafiq müqavilə ilə “Sudan İstifadəedənlər Birliyi” (Birlik) də fəaliyyət göstərir. Xatırladaq ki, Birlik müqaviləyə uyğun olaraq ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinə xidmət göstərir.

Belə Birliklərdən biri ilə bağlı Yenixeber.org-a ilginc məlumatlar daxil olub.

Söhbət Abşeron bolgəsində fəaliyyətdə olan Birlikdən və bu Birliyin sədri Hidayət Rəcəbovun fəaliyyətindən gedir.

Məlumatlarda yer alan iddianın birinə görə, sədr Hidayət Rəcəbov Birliyi əməlli-başlı ailə podratına çevirib. Görünür hörmətli Hidayət müəllim ya müvafiq qanunlardan bixəbərdir, ya da “Dərəni xəlvət görür”…Biz hələ ki, cənab sədrə Birliyin yaradılması və fəaliyyətini tənzimləyən qanunu xatırlatmaq niyyətindən uzağıq. İnanmırıq ki, buna kəskin ehtiyac olsun…

Lakin H. Rəcəbovun oğlunu, iki qızını, həyat yoldaşını və kürəkənini Birliydə müxtəlif vəzifə ilə təmin etməsi, iki ay əvvəl həqiqi hərbi xidmətdən dönən oğlunu da unutmaması sübüt edir ki, bu istiqamətdə nələrsə qaydasında deyil…

Hələ bu harasıdır, Daxil olan məlumatlarda Hidayət Rəcəbovun “Bizon” zavodu ilə də əməkdaşlığından bəhs edilir. Məlumata görə bu əməkdaşlıqda Ceyranbatan gölündən süzgəcdən keçirilməyən su əsas gəlir mənbəyinə çevrilib. Ki, bunun da qanunsuzluğu bir yana, törətdiyi və törədəcəyi fəsadları düşünmək belə istəmirsən…

Bu yollarla Birlik sədrinin Sumqayıt şəhərində 2 mərtəbəli restoran da daxil, müxtəlif kommersiya obyektlərinə sahib olduğu da bildirilir…

Biz inanmaq istəmirik ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılovun baytar diplomlu Birlik sədrinin bu “özfəaliyyət”indən məlumatı olmuş olsun.

Elə bu səbəbdən və məlum mənada aktuallığını nəzərə alıb, müəyyən araşdırmalarla mövzunu davam etdirəcəyik.

yenixeber.org
 
Ardını oxu...
Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində (Yaradıcı Mərkəz) ciddi maaş böhranı yaşanır. Məlumatlara görə, mərkəzdə çalışan əməkdaşlar uzun müddətdir ki, əməkhaqqı ala bilmirlər.

Uzun zamandır davam edən gecikmələr əməkdaşlar arasında ciddi narazılıq yaradıb və vəziyyət kritik həddə çatıb.

Editor.az xəbər verir ki, artıq işçilər bu narazılığı ictimai formada ifadə etməyə başlayıblar.

Onlar etiraz əlaməti olaraq Mərkəzin rəsmi Instagram səhifəsində bir sıra ironik paylaşımlar ediblər. Bu postlarda mərkəzin işçilərin əmək haqlarına “göz dikdiyi”, əməkdaşlara borcu olduğu incə istehza ilə ifadə olunub.

Lakin sonradan həmin postlar səhifədən silinib. Bu addım etirazların daha da görünməz edilməsinə yönəlmiş cəhd kimi qiymətləndirilir və sosial şəbəkələrdə geniş müzakirələr doğurub.

Qeyd edək ki, Yaradıcı Mərkəz mədəniyyət və incəsənət sahəsində innovativ layihələrin dəstəklənməsi, gənc yaradıcıların inkişafı və bu sahədə yeni təşəbbüslərin stimullaşdırılması məqsədilə yaradılıb.

Mədəniyyət naziri Adil Kərimli mütəmadi olaraq mərkəzi ziyarət edir və bu mərkəz nazirliyin əsas təbliğat ruporlarından birinə çevrilib.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bir yanda Nərminə Hüseynova, bir yanda Bayramovlar ailəsi, bir yanda Salahov Elşən...Direktor özbaşınlıqları hər yerdə öz arxaynlıqlarını sübut edir, bütün korrupsiya pozuntularını həyata keçirirlər. Təyin ediləcək direktoru seçərkən öz tapşırıqlarını və istəklərini yerinə yetirə biləcək potensiallı insanları özlərinə "dayaq" kimi yerləşdirir. Hər nə qədər faktlarla korrupsiya əməlləri, özbaşınalıqlar sübut edilsə də, "arxaları" var deyə heç bir tədbir görülmür, direktorlar haqda heç bir ölçü götürülmür.

Belə ki, 216 saylı məktəbdə illərdir davam edən özbaşınalıq, korrupsiya əməlləri, problemlər özünü göstərsə də, MÜTDA, BŞTİ, Xəzər rayonu İcra Hakimiyyəti heç bir addım atmır. Sadəcə ictimaiyyətə təqdim edilən real faktlardan ötrü direktorların yerini dəyişir və yeni eyni potensiallı direktoru həmin məktəbə göndərirlər.
216 nömrəli məktəbin direktoru uzun müddət Ağayev Şirzad olmuşdur. Direktor yaşıyla əlaqədar vəzifəsindən çıxdıqdan sonra başqa direktorlar vəzifəyə gəlmişdir. Elnur Babayev də bu direktorlardan biri oldu. Elnur bəy öz kobud rəftarı, korrupsiya əməlləri, təhdid və şantajları ilə tanınan bir direktordur. MÜTDA- da çalışan qardaşına da arxalanaraq monarxiyasını elan etmişdi. Amma işçilərdən Babayeva Sədaqət rüşvət və qanun pozuntularında iştirak etmədiyindən Elnur Babayev real bir səbəb yoxkən "70 ç" bəndi ilə Sədaqət xanımı işdən azad etmişdir. 1,5 il müddətində işsiz qalan Sədaqət xanım məhkəməyə müraciət etmiş və heç bir səbəb olmadığı üçün işinə geri dönüş etmişdir. Üstəlik 1,5 il üçün hesablanan təzminatın ödənilməsi qərarı verilmişdir. Beləliklə də, Elnur Bayramovun Sədaqət Babayeva ilə ədavətinin əsası qoyulmuşdur. Elnur Babayevdən sonra Səidə xanım direktor təyin edildi. Sistem eyni idi. Yenə davam edən rüşvət, korrupsiya əməlləri, özbaşınalıqlar davam etdi. Korrupsiyaya qarşı olan və iş etikasına əməl edən Sədaqət xanım yenə də "yaxınlıq" etməməyi seçdi. Amma Səidə xanım öncədən Elnur bəyin acığını çıxmaq və intiqam almaq üçün gəldiyini açıq-açkar elan etdi. Bütün psixi təzyiqlərdən, bullinqdən istifadə etdi. Sədaqət Babayeva bu dəfə də bütün haqsızlıqlara, təzyiqlərə göz yummayıb ictimaiyyətə bildirdi. Bundan sonra Səidə xanım başqa məktəbə direktor təyin edildi. Yenə də bütün yeyinti, kobudluqlar, özbaşınalıqlara rəğmən direktor haqda heç bir ölçü götürülmədi, heç bir qərar olmadı. Səidə xanım da öz niyətini açıq şəkildə elan etdi. Hətta məzuniyyət vaxtı Həmkarlar İttifaqına izahat yazdırmışdır, bundan sonra Sədaqət xanım 20 saylı bölməsinə şikayət etmiş və nəhayət Səidə xanım işdən azad edilmişdir. Qeyd edək ki, Səidə xanımın direktorluğu dövründə 48000 manat invertor yeyintisi olmuşdur. O cümlədən Sədaqət xanımın təzminatı da min bir bəhanələrlə tam ödənməmişdir. Son 3 aydır Çinarə Cəbrayılova "hakimiyyətə gəldi və monarxiyasını elan etdi". Sözün əsl mənasında, sanki Elnur Bayramov və Səidə xanımın yerinə yetirə bilmədiyi məqsədi məhz Çinarə xanım həyata keçirəcək. Elnur Bayramovun intiqamını alacaq. Hədə-qorxu gəlir, şantaj edir, özbaşınalıqlar edir. Bildirir ki, hətta qarşıdan gələn sertifikasiyadan müəllimi "kəsdirəcək". Nərminə Hüseynova yaxın adamıdır, Xəzər rayonu icra başçısı Salahov Elşən yaxın adamıdır, MÜTDA - da Elnur Bayramovun qardaşı da arxasında dağ kimi durub. Ona görə rahatlıqla sertifikasiyadan azad etdirəcək. Üstəlik 2 direktor məhz Sədaqət xanımın şikayəti ilə işdən çıxdığından üçüncü dəfə kimsə ona inanmayacaq. Üstəlik sadəcə Sədaqət xanımla deyil, bufetdə çalışan anası ilə də ədavət aparır. Belə ki, bildiyiniz kimi bufet şirkət tərəfindən idarə edilir və şirkətin işçisi Sədaqət xanımın anasıdır. Neçə dəfə Çinarə xanım onu işdən çıxartmağa cəhd etmişdir. Bununla bərabər Sədaqət xanıma təhdid, şantaj, psixi təzyiq, saxta sənədlər, uşaqların yanında alçaltmaq və s kimi hallar yaşanmışdır.

Heç bir səbəbdən Elnur Bayramovun ədavətinə əsasən məktəbə gələn digər direktorlar davamlı şəkildə Səadət xanıma psixi təzyiq göstərirlər. Stressdən xəstəliklərə düşən və hər dəfə yaşanan bu hallardan təhlükəsiz şəraiti pozulmuş, hüquqları tapdalanmış, azad bir şəxsiyyət kimi işləməsi təmin edilmir, o cümlədən davamlı təhqirlərə məruz qalır. Çinarə xanım şagird və valideynlərlə kobud davranması, məktəbi arendaya verməsi, korruspiya əməlləri ilə seçilir. Öz qızı başqa qeydiyyatda olduğu halda gününü məktəbli geyimindı olmayan bir formada 216 saylı məktəbdə keçirir. Təhsil İdarəsində tanışlarım var, onlar icazə verir, istədiyimi edərəm deyə bildirir.

Hətta 5 iyun texniki işçiləri iş vaxtı icra hakimiyyətinə aparır və ora da mənlikdir deyə bildirir. Hətta açıq şəkildə təhdid edərək hər yerdə adamı olduğunu və heç bir halda ona mane ola bilməyəcəyini bildirmişdir.

Ən qəribə tərəfi isə bu direktorun korrupsiya əməlləri ortaya çıxıb işdən azad olsa belə yeni gələn eyni intiqamın davamçısı və eyni idarəetmənin- Eşqi Bağırovun qaranlıq işlərinin bələdçisi olacaq. Bəs bu özbaşınalıqlar nə vaxta kimi davam edəcək?

Bütün bu olanlardan sonra şikayət üçün Eşqi Bağırovun yanına getsələr də, Eşqi Bağırov heç kimi qəti şəkildə qəbul etməmişdir. Daha sonra ATİAHİ rəhbəri Araz Paşayevlə görüşmüş və təzminat söhbətini bildirmiş və Araz Paşayev mütləq problemin həlli ilə məşğul olacağını bildirmişdir.

Bayramovların, Nərminə Hüseynovanın arxasında durduğu Elnur Babayev 5 dəfə məktəb dəyişdirmiş, heç bir imtahandan keçməmiş, hətta 2-3 dəfə damarlarını kəsmişdir.

Aygün Bayramova direktorların təqdimatı ilə məşğul olur və məhz Çinarə Cəbrayılovanın təqdimatı zamanı müəllimləri "Əhlilləşdirəcəyini" bildirmişdir. Zooparkla məktəbi qarışdıran Aygün Bayramova da Elnur Bayramovun intiqam qullarından biridir.

Sədaqət müəllim kimi ziyalı ailəsindən çıxan, illərini təhsilə vermiş, öz savadı və örnək olması ilə sevilən müəllimləri nə vaxta kimi belə incidəcəklər?!

Bu özbaşınalıq, bu özbaşınalığa "dabro" verənlər nə vaxta kimi bu oyunlara əl atacaq???

 
Ardını oxu...
Bakının Xətai rayonunda növbəti dəfə ağaclar qurudulub qanunsuz obyekt tikilir.

Paytaxtın Xətai rayon Gəncə Prospekti 105 ünvanında yaşıllıq məhv edilərək qanunsuz obyekt tikintisi aparılır.

TEREF xəbər verir ki, XALQ-ın məlumatına görə Xətai rayonunun bir çox ərazilərində qanunsuz tikintilərin aparılması ilə bağlı məlumat verilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Xətai rayonu Gəncə prospekti 105 ünvanında hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib.

Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı.

Həmçinin qanunsuz tikinti ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində heç bir açıqlama verilmədi.

Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, 2019-cu ildən Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

 
Ardını oxu...
Sumqayıt Dövlət Universiteti tərəfindən 30 aprel 2025-ci il dəftərxana və təsərrüfat mallarının satınalınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda Bakı şəhəri, Suraxanı ray, Hövsan ŞTQ, Hövsan yolu ev 21B m 3 ünvanında qeydiyyatda olan “Rigel təchizat” MMC (VÖEN: 1906342611) qalib elan olunmuş və 94 834,37 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat satınalmaların portalında 03.06.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RİGEL TƏCHİZAT” (VÖEN: 1906342611) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.04.2025-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, HÖVSAN YOLU, ev.21B, m.M3, qanuni təmsilçisi kimi isə Sadıxov Elmar İlqar oğlu qeyd olunub.

Apardığımız araşdırmalar zamanı məlum olmuşdur ki, “RİGEL TƏCHİZAT” MMC Sumqayıt Dövlət Universiteti tərəfindən 30 aprel 2025-ci ildə başlanılmış kotirovka sorğusundan cəmi 27 gün əvvəl dövlət qeydiyyatına alınıb.

Maraqlıdır, kotirovka sorğusundan cəmi bir ay əvvəl yaradılmış bu MMC-nin satınalmalarda iştirakına hansı hallarda yol verilir və MMC-nin fəaliyyəti ilə Nazirlər Kabinetinin qərarları uyğunluq təşkil edirmi?

Görəsən Sumqayıt Dövlət Universitetinin Satınalma Komissiyası alib seçərkən “RİGEL TƏCHİZAT” MMC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə hansı kateqoriyaya aid edilməsi, “Şərtlər toplusunun nümunəvi forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 503 nömrəli Qərarı müəyyən edilmiş Forma 3 ( Texniki baza), Forma 5 (Təchizatçı haqqında) və Forma 7 (Oxşar işlər üzrə təcrübə) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsinin digər meyarlarını nəzərə alıbmı?

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilmişdir. 23.5. Təchizatçıların uyğunluq göstəriciləri satınalma metodlarına aşağıdakı qaydada şamil olunur:

23.3.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; 23.5.1. bu Qanunun 23.3-cü ( 23.4.3. texniki imkanlarının və maddi-texniki bazasının olması; ) maddəsində qeyd olunan tələblər – satınalmanın bütün metodlarına; 23.5.2. bu Qanunun 23.4.1-ci ( 23.4.1. satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;) maddəsində qeyd olunan tələblər – açıq tender, ikimərhələli tender, qapalı tender və bir mənbədən satınalma metodlarına, habelə işlərin və xidmətlərin satınalınması ilə bağlı kotirovka sorğusu metoduna; 23.5.5. bu Qanunun 23.4.4-cü ( 23.4.4. müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması.) maddəsində qeyd olunan tələblər – işlərin və xidmətlərin satınalınması ilə bağlı satınalmanın bütün metodlarına.

Amma göründüyü kimi Sumqayıt Dövlət Universiteti kotirovka sorğusu müsabiqəsində “RİGEL TƏCHİZAT” MMC-nin bir çox uyğunluq göstəricilərini nəzərə almadan satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Bu məlumatlardan da göründüyü kimi Sumqayıt Dövlət Universiteti ilə “RİGEL TƏCHİZAT” MMC arasında bağlanmış satınalma müqaviləsində təchizatçı şirkətin müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması nəzərə alınmamışdır. Bu da keçirilmiş kotirovka prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovdu. O, bu vəzifəyə 12 fevral 2025-ci ildə gətirilib. Daha əvvəl isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini olub.

Aktualinfo.org

Dünyapress TV

Xəbər lenti