Ardını oxu...
Özbəkistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Rusiya ərazisində yoxlanılması ilə bağlı narahatlığını bildirib.

Bu barədə nazirliyin mətbuat katibi Axror Burxanov özünün "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, ölkənin Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edib.

"Biz qanunsuz yoxlamalar, hörmətsizlik və kobud rəftar halları ilə bağlı məlumatlardan narahatıq", - Burxanov qeyd edib.
 
Ardını oxu...
Ağstafa rayonunun Həsənsu kəndində yol hərəkəti qaydalarının kobud şəkildə pozulduğu fakt qeydə alınıb.
TEREF 32gun.az-a istinadən xəbər verir ki,32gun.az xəbər verir ki, kənd ərazisindəki yol nişanlarından birinin üzərinə reklam lövhəsi yapışdırılıb. Nəticədə nişanın funksiyası itib və bu da sürücülərin həyatını təhlükəyə atır.

Reklam lövhəsi kənddə yeni fəaliyyətə başlayan “Həsənsu Kəsim məntəqəsi” (heyvan kəsimi) üçün yerləşdirilib.

Araşdırmalarımız zamanı məlum olub ki, sözügedən heyvan kəsimi məntəqəsi bir neçə gün öncə – Qurban bayramı ərəfəsində fəaliyyətə başlayıb. Məntəqənin açılışında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov da iştirak edib. Hətta bu barədə İcra Hakimiyyətinin rəsmi “Facebook” səhifəsində də paylaşım edilib. Bildirilib ki, Seymur Orucov məntəqədəki şəraitlə tanış olub, xidmətlərin səviyyəsinin artırılması ilə bağlı göstərişlər verib. Baytarlıq nəzarəti və sanitar-gigiyenik qaydalara əməl olunması yüksək qiymətləndirilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, kəsim məntəqəsinin sahibi Hüseyn adlı sahibkardır.

 
Ardını oxu...

DogruXeber.az: - Müayinə üçün "Yasamal Hospital"a müraciət edən Elşən Əliyev adlı vətəndaş ödəniş etməsinə baxmayaraq, həkim qəbuluna düşə bilmədiyini və bu səbəbdən problem yaşadığını bildirib.

Bakupost.az -ın məlumatına görə, o, ürək çek-apı üçün 95 manat ödəsə də, günlərdir onu müayinə edəcək həkimin tapılmadığını, həmçinin ödədiyi məbləğin geri qaytarılmadığını deyib.

""Yasamal Hospital"da ürək çek-apı üçün 95 AZN ödəmişəm. Bir həkim tapılmır ki, məni müayinə etsin. Nə ödənişi geri qaytarırlar, nə də həkim tapılır. Konkret "atmaq"la məşğuldurlar", - şikayətçi vurğulayıb.

Onun sözlərinə görə, klinika ilə əlaqə saxladıqda ona səbəb kimi həkimlərin sərbəst qrafiklə işləməsi göstərilib:

“Qoyduqları nömrələrə zəng edirsən, deyirlər, bizlik bir şey yoxdur. Baş həkim deyir, bizdə sərbəst qrafikdir.Yəni, kim nə vaxt istəyir, o vaxt gəlir."

Məsələ ilə bağlı "Yasamal Hospital"ın çek-ap şöbəsinin rəhbəri Kənan Quliyev Bakupost.az -a açıqlamasında bildirib ki, sözügedən pasiyent yalnız həkim qəbuluna düşə bilməyib, lakin digər bütün müayinələr aparılıb:

“Pasiyent bütün müayinələrdən keçib və ona bütün cavablar təqdim olunub. Sadəcə həkim qəbuluna düşə bilməyib. Bu da həkimin Lənkərana ağır vəziyyətdə olan bir xəstənin yanına getməsi ilə bağlıdır. Amma pasiyent öncədən zəng etməklə 1 ay müddətində həkim qəbuluna yazıla bilər.”
Ardını oxu...
Bir vaxtlar otağında başına tac qoyduraraq, özünə "Kraliça" ləqəbi qazandıran

Xırdalandakı 2 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimova barəsində bu qədər yazılsa da, o, etdiyi bəd əməlləri ilə gündəmdən düşmür ki, düşmür. İndi də məlum olub ki, direktor yenə özünə düşmən kimi qəbul etdiyi və qanunsuz işdən uzaqlaşdırdığı riyaziyyat müəlliməsi Vəfa Sevdimalı qızı Həziyevanın əleyhinə daha bir kampaniya aparır.
Xatırladırıq ki, direktorla müəllimənin Sumqayıt Şəhər Apellyasiya Məhkəməsində səs-küylü məhkəmə prosesi gedir. Məhkəməyə verilən direktor əlacsız olduğu üçün, nə edəcəyini bilmir və belə metodlara əl atır.
Dediyimiz kampaniya belədir ki, direktor yuxarı sinif müəllimlərini öz otağına çağırıb. Lakin bu çağırışdan sonra müəllimlərin yarısı iclasa getməkdən imtina edib. Bu isə direktoru çox narahat edib və bir daha müəllimlərə səsli mesaj göndərib. Yazıya əlavə etdiyimiz bu mesajdan hər şey aydın olur.

Onu da qeyd edək ki, direktorun çağırışından sonra onun otağına gedən bir-neçə müəllimin telefonları əllərindən alınıb və onlar içəri buraxılıblar. Toplantının isə qəribə mövzusu olub. Direktor: "Siz nəyə görə Vəfa Həziyevaya sosial şəbəkədə söymürsünüz və onun əleyhinə yazmırsınız?! Gedin, bu dediklərimi edin!", -- deyə, ciddi tapşırığını verib. İclas iştirakçıları isə qalıblar pis durumda və nə edəcəklərini bilmirlər.
İclasda iştirak edən müəllimlərdən birinin verdiyi məlumata görə, hətta direktor müəllimlərə hədə-qorxu gələrək bildirib ki, Vəfanı kim sosial şəbəkədə söyüb, təhqir etməsə, dərs saatları kəsiləcək. Bunu mütləq edəcək və qarşısını heç kəs ala bilməz.
Onu da qeyd edək ki, direktor və ətrafı bundan sonra bir-neçə saytda məqsədi məlum olmayan cızma-qara yazılar dərc etdirməyə nail olublar. Bu yazılarda işdən çıxardığı Vəfa Həziyevanın əleyhinə guya nəsə verdirə bilib. Amma yazılardan heç nə anlamaq olmur. Yəni, heç bir əhəmiyyət kəsb etməyən iki nəfər arasında olmuş şəxsi telefon danışıqlarının yayılmasını sanki məram və məqsədlərinə çatmaları kimi ortaya qoymaq istəyiblər.
Bilmək lazımdır ki, İki nəfərin arasında olmuş telefon danışığının tərəflərdən birinin razılığı olmadan yayılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə cinayət hesab olunur. Bunu, bu əməli törədənlər başa düşsələr də, yenə qisasçılıq hissləri qalıb gəlib.
Görəsən, bu ölkənin Elm və Təhsil Nazirliyi doğrudan varmı?! Əgər varsa, nədən, belə vəzifə sahiblərinin qanunsuz əməllərinə reaksiya vermir?!

GundemXeber.Az
 
Ardını oxu...
Adil Əliyev yenə öz ampluasında.

Bir vaxtlar adı media gündəmində "qoçuları" ilə hallanan Adil Əliyev bu aralar gündəmi yenilədi. Belə ki, bir neçə gün əvvəl Türkiyədə bıçaqlı hücuma məruz qalan, ağır xəsarət alan və möcüzə sayəsində həyatda olan Araz Musayev bu hadisədə birbaşa Adil Əliyevin adını çəkib. O, özü video çəkib sosial mediada paylaşaraq, məhz Adil Əliyev onunla şəxsi ədavət apardığı üçün killer tutaraq onu öldürtdürməyə cəhd etdiyini deyib.

Qeyd edək ki, 9 qat dünya çempionu Araz Musayev bir müddətdir ki, sosial şəbəkələrdə videoçıxışlar edərək, Adil Əliyevin onun özünün təsis etdiyi idman federasiyasını əlindən almaq istədiyini, hətta bunun üçün onu təhdid etdiyini deyirdi.

Söz yox ki, Adil Əliyev də onun bu iddialarına cavab olaraq, bəzi media subyektlərinə açıqlama vermiş, Araz Musayevin iddialarının şər-böhtan olduğunu deyərək, təkzib etmişdi.

Bununla da "ürəyi soyumayan" icra başçısı paralel olaraq başqa variantlara da əl atır və özünün təbliğat kompaniyalarına müxtəlif blogerləri, jurnalistləri və "xüsusi seçilmiş" şəhid ailələrini, qaziləri, veteranları da cəlb edib.

Belə ki, o, müxtəlif qəzet və saytlarda "özünü tərifləmək"dən əlavə, yenə də xüsusi seçilmiş və əvvəlcədən təlimatlandırılmış rayon sakinləri ilə güya küçədə "təsadüfi görüşlər" keçirib, onların problemini dinləyir. "Təsadüf"ə baxın ki, bütün bunlar onu məhz kameralar lentə alarkən baş verir.

Türkiyəlilər demişkən, Adil müəllim "panikaya düşüb, bütün düymələrə basır". Ya qismət, hansından mədət olsa kardır.

Gülməlidir, deyilmi?

Qeyd edək ki, onun təkzib etməsinə, iddiaları rədd etməsinə və canfəşanlıqla özünün təbliğatını sosial mediada yayımlatmasına baxmayaraq, Araz Musayev yenə də israrla onun adını hallandırır.

Əlqərəz...

Bu mövzuya çox vaxt ayırmaq niyyətində deyilik. Amma əlavə olaraq bildiririk ki, dəfələrlə yazmağımıza, rəsmi məlumatlar verməyimizə baxmayaraq, Adil Əliyevin rəhbərlik etdiyi Suraxanı rayonunda qanunsuz işlər bu gün də davam etdirilir. Bu isə o, deməkdir ki, icra başçısının başı ya "daha mühüm" işlərə qarışıb, ya da qanun onun üçün heç nəyi ifadə etmir.

"Burda mənəm, Bağdadda kor xəlifə" prinsipi.

Dəfələrlə məlumatlarını təqdim etdiyimiz Suraxanı rayonunun Hövsan qəsəbəsi, Yeni Suraxanı qəsəbəsi 14 iyun küçəsi və digər ərazilərində aparılan qanunsuz tikintilərlə bağlı nə FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi, Nə Şəhərsalma və Arxitektura Komitəsi (ARXKOM), nə Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX), nə də yerli icra hakimiyyəti bunun qarşısının alınması istiqamətində hər hansı bir qanuni addım atmadılar.

Təsəvvür edin ki, 14 iyun küçəsində kateqoriyası təsərrüfat təyinatlı olan geniş ərazi hissə-hissə bölünüb həyətyanı torpaq sahəsi kimi vətəndaşlara satılıb və hazırda həmin ərazidə çoxsaylı 2-3 mərtəbəli yaşayış evlərinin tikintiləri aparılmaqdadır.

Bəs burada yaşayacaq insanlar kommunal xidmətlərdən necə, hansı formada yararlana biləcəklər?

Qanunsuz tikilən evlərin sənədləşdirməsi zamanı məhz elə adı çəkilən - yəni, bu gün hansısa maraqları xatirinə onların tikinti aparmalarına "göz yuman" qurumların insanlara nə kimi və nə qədər problemlər yaratdıqlarının şahidləri aramızda az deyil.

"Əşşi mənə nə" yanaşması ilə insanların min bir əziyyətlə ərsəyə gətirdikləri əmlaklarının taleyini sual altına alan Suraxanı icra hakimiyyəti və digər aidiyyatı qurumlar eyni zamanda onların seçici hüquqlarını da pozmuş olurlar.

Qeyd edək ki, "DogruXeber.az" informasiya agentliyinin baş redaktoru Kamal Əsgərov ötən həftə 14 iyun küçəsinə yenidən baxış keçirən zaman qanunsuz tikintilərin nəinki davam etdirildiyinin, hətta daha da artırıldığının şahidi olub. Bununla bağlı o, ərazi üzrə Suraxanı icra başçısının "təptəzə" nümayəndəsi Hüseynqulu Quliyevlə görüşüb.

Sözügedən ərazinin görüntülərini və Hüseynqulu Quliyevlə görüşün təfərrüatları aşağıdakı linkdə:


Gördüyünüz kimi "təptəzə" nümayəndə cavabdehlik daşıdığı ərazilərdə aparılan qanunsuz tikintilərlə bağlı suallar qarşısında aciz qalsa da ona vəzifə verən Adil Əliyevin tərəfini tutmaq üçün mövzuya "döyüşçü" kimi atılır.

Jurnalistin onunla birlikdə əraziyə baxış keçirmək təklifini və cavabdeh olduğu ərazilərdə görülən qanunsuz işlərlə bağlı suallarını cavablandırmağı rədd edən icra nümayəndəsi "mən tərəf saxlamıram" desə də onu "vəzifə ilə ödülləndirən patron"unu tərifləməklə deyəsən işini bitirmiş zənn edir.

Bəli, jurnalist haqlıdır ki, Adil Əliyev idarəçiliyi də məğlubiyyəti qüruruna sığdırmayan idmançı obrazında həyata keçirir. Görünür o, onu tənqid hədəfi edən qanun pozuntularını aradan qaldırmağı, yaxud ondan şikayətçi olan vətəndaşların tələblərini icra etməyi "məğlubiyyət" hesab edir ki, həlli istiqamətində heç bir addım atmır.

Buna misal olaraq, aylardır təkrar-təkrar müraciətlərinə, sosial media üzərindən olan gileylərinə, şikayətlərinə rəğmən şəhid Mürşüd Əhmədzadənin anası Ülviyyə Abbasovaya ümumiyyətlə əhəmiyyət verməməsini, onu bir dəfə də olsun qəbul edib, dərdini dinləməməsini vurğulaya bilərik.

Yeri gəlmişkən, qeyd edək ki, qurban bayramı münasibətilə şəhid ailələrinə qurban əti paylatdırıb, onlarla şəkillər çəkdirən Adil Əliyev bu siyahıya nəinki Ülviyyə Abbasovanın adını əlavə etməyib, hətta ananın sözlərinə görə onun nömrəsini icra hakimiyyətinin Şəhid ailələri və qazilərlə iş şöbəsinin şəhid ailələrindən ibarət votsap qrupundan belə sildirib.

Qəribədir, bu ölkənin bayrağını 9 dəfə dünyanın gözü qarşısında qaldıran idmançıya, eləcə də bu vətən uğrunda bircə oğul balasını qurban verən anaya qarşı bu qədər kin-küdurət hardan, nədən qaynaqlanır?

Hörmətli Adil müəllim, siz şəhid ailələrini hansı "meyarlar"ına, hansı "fərqli keyfiyyətlərinə" görə dəyərləndirirsiniz?

Ülviyyə Abbasova ətrafınıza toplayıb, tərifli sözlərinə feyziyab olduğunuz şahid ailələrindən hansı mənfi xüsusiyyətləri ilə seçilir?

Axı ana sizdən çox şey istəmir. Gücünüz, səlahiyyətiniz xaricində heç nə tələb etmir.

Biz də sizin düşməniniz deyilik.

Bizim amalımız adımızdan bəllidir - Doğru xəbər.

Biz sadəcə sizin bəlkə də özünüzün fərqində olmadığınız idarəçilik üsulunuza ayna tutaraq, onu sizə göstəririk. Sizə fayda verəcək, xalqa sevdirəcək olan müvəqqəti yalançı təriflər deyil, Ülviyyə Abbasova kimi anaların bir ömür içdən gələn dualarında səslənəcək adınızdır.

Yuxarıda qeyd olunanlar bir daha təsdiqləyir ki, Azərbaycanda yerli idarəetmə orqanlarının bir qismi hələ də şəxsi maraqların və qorxulu "nüfuz dairələrinin" əsirinə çevrilmiş vəziyyətdədir. Adil Əliyev timsalında biz təkcə bir icra başçısının fəaliyyətini deyil, sistemin özünün zəifliyini, hesabatlılıq və şəffaflıqdan nə qədər uzaq olduğunu görürük.

Təsəvvür edin, bir şəhid anası – bu vətənin ən müqəddəs simvoluna çevrilmiş bir insan – öz dərdini deməyə yer tapmır, çünki cavabdeh olan şəxs onu qəbul etməyə belə lüzum görmür. Bu, təkcə insanlıqdan deyil, həm də dövlətçilik məsuliyyətindən imtina deməkdir.

Eyni zamanda, adı dəfələrlə “idmançı təfəkkürlü rəhbər” kimi hallanan Adil Əliyevin siyasi və inzibati fəaliyyətə “söhbətsiz tabe ol, əks halda susdurulacaqsan” yanaşması ilə yanaşması, klassik avtoritar idarəetmə təfəkküründən başqa bir şey deyil.

Bütün bu baş verənlər bir daha onu göstərir ki, istənilən vəzifə təyinatı zamanı şəxsin peşəkar bacarığı, idarəetmə qabiliyyəti və insanlara xidmət əzmi yox, hansı dairələrin maraqlarını təmsil etdiyi əsas götürülür. Nəticədə isə bu gün Suraxanı kimi strateji bir rayonda qanunsuz tikililər baş alıb gedir, insanlar hüquqsuzluq mühitində yaşamağa məhkum edilir.

Nəhayət, medianın, vətəndaş cəmiyyətinin və ictimai nəzarətin zəiflədildiyi bir dövrdə bu cür faktların gündəmə gəlməsi cəmiyyətin hüquqi və sosial oyanışına bir çağırışdır. Əks halda, sabah nəinki Suraxanı, bütövlükdə şəhərlərimizin “planlı xaos”a çevrilməsi təhlükəsi ilə üz-üzə qala bilərik.

DogruXeber.az
 
Ardını oxu...
Şikayətçilər Səhiyyə Nazirliyindən və TƏBİB-dən xəstəxanaya xususi komissiya göndərilməsini xahiş edirlər
Müxtəlif media orqanlarında bu mövzuda silsilə yazılara rast gəlinir. Bu yazılarda isə, birmənalı olaraq, Qazax Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsində baş tibb bacısı kimi fəaliyyət göstərən Mustafayeva Rəna Süleyman qızının adı hallanır və qeyd olunur ki, onun diplomu “saxtadır”.

Arazpress.com bildirir ki, Rəna Mustafayeva 2004-cü ildən 2014-cü ilə qədər Qazax RMX-nin doğuş şöbəsində xadimə kimi, 2014-cü ildən hal-hazıra qədər baş tibb bacısı kimi çalışır. O, 2005-ci ildə Odlar Yurdu Universitetinin Qazax filialından (işlədiyi müddətdə) diplom alıb.

Rəna Mustafayeva işlədiyi müddətdə necə diplom aldı?

Bu sualla bağlı araşdırma zamanı ortaya çıxıb ki, R. Mustafayeva 2023-cü ildə Gəncə Tibb Kollecində 24 günlük mama kursu keçib.

24 günlük kursda aldığı sertifikat əsasında doğum şöbəsinə Baş tibb bacısı necə təyin edilib?

Mənbənin iddiasına görə, R. Mustafayevanın Odlar Yurdunun Qazax filialından aldığı diplom o zamanlar Təhsil Nazirliyində çalışan Samir Vəliyev vasitəsi ilə tanıtdırılıb.
Hər bir saxta diplomun arxasında cinayət əməli, dövlətdən mənimsənilmiş xeyli miqdarda vəsait və digər məsələlər dayanır.

Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Bəs saxta diplomu olan və həmin şəxsləri işə götürənlərlə bağlı hansısa cinayət işi açıla bilərmi?

Vəzifəli şəxs bilərəkdən saxta diplomu olanı işə götürərsə, məsuliyyətə cəlb oluna bilər. Bəhs etdiyimiz proses isə Qazax Rayon Mərkəzi Xəstəxanasın kadrlar məsələsindən məsul şəxsi, insan resursları şöbəsinin rəhbəri Yusifov Rövşən tərəfindən idarə olunub…

Qazax RMX-nin doğuş şöbəsində sanitar vəzifəsində çalışan Ruhiyyə Bənnayeva may ayının 1-dən rəsmi qaydada məzuniyyətdə olduğu halda, Rəna Mustafayeva fasiləsiz olaraq Ruhiyyə Bənnayevanı işə çıxarır. Bu qanunsuzluğu isə Ruhiyyə Bənnayeva maaşını alan zaman bilir.

Qazax RMX-nın rəhbərliyi bu haqda ölçü götürmür. Qazax Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsində baş tibb bacısı kimi fəaliyyət göstərən, Mustafayeva Rəna Süleyman qızının qanunsuz əməllərini gizlədən xəstəxananın kadrlar məsələsində məsul şəxsi, insan resursları şöbəsinin rəhbəri Yusifov Rövşəndir.

Bunu Səhiyyə Nazirliyi və TƏBİB bilmir. Bunun kimi araşdırılası məsələlər və qanunsuzluq halları çoxdur. O istədiyi adamın səhvlərini gizlədir, vicdanlı həkimləri və tibb işçilərini ləkələyir. Rövşənin məqsədi isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunan direktor Afiq Fərruxovu ləkələməkdr.
araz.az xəbər portalı.
Ardını oxu...
Redaksiyamıza vətəndaş tərəfindən fotofaktla alış-veriş etdiyi “Neptun Supermarket”də aldığı çayın vitrində ayrı, kassada isə ayrı qiymətə olduğunu əks etdirən müraciət daxil olub.

Bildirək ki, bu kimi hallar zaman-zaman müxtəlif media subyektləri vasitəsilə gündəmə gətirilib. Bəzi marketlər “ucuz qiymət” və yaxud “endirimli qiymət” adı ilə alıcı cəlb etməyə səy göstərir. Belə edərək də müştəriləri aldadırlar. Belə ki, vitrindəki qiymətlərlə kassadakı qiymətlər uyğun gəlmir. Bunu isə yalnız hüquqlarını bilən, diqqətli olan, malı aldıqdan sonra qəbzdəki qiymətlə müqayisə edən alıcılar aşkar edə bilirlər.

XALQ -a daxil olan məlumatlarda qeyd edilir ki, vətəndaş Nəsimi rayonu Tbilisi pr. fəaliyyət göstərən Neptun Supermarketindən “Berga”çayını vitrində 6.35 manat olmasına baxmayaraq pndan 6.41 manat pul çıxıblar kartından. Yəni vitrin qiymət ayrı göstərilir amma kassada ayrı qiymət hesablanır.

İlk baxışda məbləğ arasındakı fərq çox da böyük olmasa belə, bu kimi hallar istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Həm də, nəzərə alsaq ki, müştəri hər məhsulda 5-10 qəpik aldadılır, belə olan halda Neptun Market kimi yetərincə dövriyyəsi olan bir şəbəkədə bu 5-10 qəpik haralara gedib çıxar hesablaya bilmirik

.Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumların – xüsusilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsələni araşdırmasını tələb edir.

“Neptun” Marketdən məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı,mövqelərini dərc etməyə hazırıq.
Ardını oxu...
 
 
 
Ardını oxu...

Azərbaycan mediasında SOCAR-ın strateji obyektlərini mühafizə edən SOS MMC Securty Operation Servise ilə bağlı şikayətlər yer alıb.

Belə müraciətlərdən biri də saytımızda dərc edilmişdi


Şirkətin sabiq direktoru may ayının 15-də SOS MMC Securty Operation Servise işindən azad edilib.

Lakin xeyli sayda insanlar hazırda sabiq rəhbər Anar Məmmədovdan narazıdır. Gundeminfo.az-a da müraciət edən Elçin Muradov bildirdi ki, Anar Məmmədov şəxsi qərəzliliklə onun əmək müqaviləssinə xitam verib. 2021-ci ilin mart ayının 18-dən 2025-ci ilin aprel ayının 17-ə qədər bu şirkətdə çalışıb.

Fəaliyyyəti dönəmində heç bir vaxt hər hanı töhmət və ya xəbərdarlıq almayıb. Mühafizəçi olaraq isə ümumilikdə 18 illik stajı olub.

Redaksiyamıza müraciət edən Elçin Muradov qeyd edir ki, ona qarşı ciddi pozuntu halları olub.
Ardını oxu...

Elçin Muradov
- “Anar Məmmədov işçilərə verilməli olan əlavə bayram ödənişləri verilməyib. İşçilərin iş saatlarından əlavə olaraq işlədilərək əmək haqlarına əlavələrin hesablanmamasına etiraz etmişəm. Həmçinin şirkətdə kimsəsiz uşaqlara yardım adı ilə işçilərin əmək haqqından pul toplanıb. Lakin toplanmış vəsaitlər Anar Məmmədovun adından xeyriyyəçilik kimi təqdim edilib. Və mən buna etiraz etmişəm. Bundan sonra isə haqlarlmı tələb etdiyimə görə A.Məmmədov mənə qarşı qərəzli və səbəbi məlum olmayan təzyiq göstərməyə çalışıb.

Bundan sonra isə müqavilənin vaxtı bitərkən mənə müqaviləni yeniləməyəcəyini dedi. O zaman mən ona sual verdim ki, necə olur şirkətdə işləyən həyat yoldaşının, qardaşını, tələbə yoldaşlarının , digər qohumlarının əmək müqavilələrinin vaxtı bitmir, amma mənim müqaviləm yenilənmir. Bundan etiraz etdim ki, hazırda işləyən min nəfərə yaxın işçinin hansının müqaviləsinin bitdiyini mənə bildirməsini tələb etdim”.

O daha sonra qeyd etdi ki, “SOS” MMC-nin mühafizə etdiyi strateji dövlət obyektlərində Eldar Məmmədov kimi əməkdaşlar Qeyri Dövlət mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunun 11-ci maddənin 11.1.2 -ci bəndinin tələbləri kobud şəkildə pozurlar. Bu da birbaşa dövlət qanunlarının heçə sayılması faktıdır.
Ardını oxu...

Eyni zamanda strateji əhəmiyyətli xüsusi mühafizə olunan dövlət obyektlərində belə bir yoxlama xarakterli tədbirlərin icra edilməsi qadağan olunur.
Həmçinin bizə hər ay ödənilən əmək haqlarından tutulmalarla bağlı dəfələrlə mühasibatlıq qarşısında tələblə çıxış etsəm də bu barədə mənə heç bir arayış və ya müvafiq sənəd təqdim edilməyib.

Elçin Muradov qeyd edir ki, ona ödənilməli olan əlavə bayram və iş saatlarına görə ödəənişlərin mənimsənilməsi barədə 14 mart 2025-ci ildə Dövlət Əmək Müfəttişliyinə etdiyim müraciətə də bu günə qədər cavab verilməyib.
Ardını oxu...

Cavabın verilməməsinin səbəbi də SOS MMC Securty Operation Servise -dən müvafiq mühasibatlıq çıxarılmasının təqdim edilməməsidir.

Onu da əlavə edək ki, mövzu ilə bağlı araşdırmalarımız davam edir. İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Ardını oxu...
Naxçıvanın səhiyyə naziri olan Samiq Sadıqov səhiyyəni elə hala salıb ki, vəziyyəti sağlamlaşdırmaq üçün xeyli çalışmaq lazım gələcək. Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bu şəxs Ali Məclisin keçmiş sədri Vasif Talıbovun kadrlarından hesab edilir. Onun vaxtında iş karyerasını qurmağa başlayıb, yüksək vəzifələrə təyin olub. Samiq Sadıqov Vasif xanın gedişindən sonra da toxunulmazlığını qoruya bilib.
İndi də muxtar respublikada əsas söz sahiblərindəndir. Naxçıvan səhiyyə sistemində nə edibsə, şikayət şikayətin ardınca olunur. İndi də Şərur camaatı nazirin əlindən dad edirlər. Şikayətçilərdən biri təcili yardımın yarıtmaz işindən danışır.
Deyir ki, Şərur Rayon Mərkəzi Xəstəxnasının tərkibindəki təcili yardım stansiyasının həyətində ən azı 6 ədəd ambulans avtomobili dayansa da, faktiki olaraq əhaliyə iki maşın xidmət göstərir. Qalanlarının təmirə ehtiyacı var. Amma heç kim bu məsələni həll etmir. Nəticədə əhali əzab çəkir. Xəstələr təcili yardımı gözləyə-gözləyə qalırlar.
Şərurdan yazılan növbəti şikayət bir uşaq barəsindədir. Bu uşaq anadangəlmə xəstədir. Beldən aşağı nahiyələri hissiyyatdan məhrumdur. Başında böyümə var, həm də laldır. Uşağın anası Dürdanə xanım övladına pensiya almaq üçün Şərur Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Dediyinə görə, ona bildiriblər ki, 600 manat ver, ömürlük pensiya düzəldək.
O da həmin məbləği verməyib, həm də etiraz edib. Buna görə də uşağı ümumiyyətlə pensiyadan məhrum ediblər. Cənab nazir Samiq Sadıqov, bu ailənin vəziyyəti çox acınacaqlıdır. Ailə başçısı yoxdur. Dürdanə xanımın iki uşağı var, ikisi də sağlamlığını itirib. Anası onkoloji xəstədir.
Ailə alimentin ümidinə qalıb. Güc-bəla ilə yaşayırlar. Şərur RMX-nin baş həkimi Asiman Yusifovun başı qara işlərə o qədər qarışıb ki, ağı qaradan ayıra bilmir. Xəstəni sağlam, sağlamı xəstə kimi qələmə verir. Tibbi-Sosial Ekspertiza Komissiyasının rəhbəri Ramiz doktorla əl-ələ verib yığılan pulları bölməklə məşğuldurlar. Onları xəstə uşağın halı, təcili yardım maşınlarının nasazlığı maraqlandırmaz.
Maraqlı olduqları bir şey var: pulun miqdarı. Baş həkimlə TSEK rəhbəri xəstəliyə görə pensiyaya çıxartmaq üçün vətəndaşlardan 1500 manat istəyirlər. Açıq bazardı. İstədikləri qiyməti qoyurlar. İmkanlı-imkansıza baxmırlar. O qədər pul hərisliyi var ki, dövlətin ayırdığı pulsuz dərmanları, şəkərli diabetlər üçün preparatları da mənimsəyirlər. İş o yerə çatıb ki, insanlar keçmişi yada salıb Vasif Talıbovun bunlarla müqayisədə daha mərhəmətli olduğunu deyirlər.
Artıq Şərur Regional Tibb Mərkəzi və onun tabeli qurumu olan Rayon Mərkəzi Xəstəxanasında bəzi yeyinti hallarının aşkarlandığı məlum olub. Beləki, daxili depodan külli miqdarda dərman və başqa tibbi ləvazimat çıxarılaraq xəstələrin adına yazılıb sənədlərlə silinmiş, daha sonra müəyyən əcxanalara satılıb çoxlu gəlir əldə edilmişdir.
Bu işdə baş həkim Asiman Yusifov və Samirə adlı baş tibb bacısının adları çəkilir. Onlar şöbələrin böyük tibb bacılarının vasitəsilə dövlət əmlakını satmaqla məşğul imişlər. Bu faktları Naxçıvan səhiyyə nazirinin göstərişi ilə yaradılmış komissiyanın da təsdiq etdiyini bildirirlr. Məlumata əsasən artıq istintaq başlanıb".
Ardını oxu...
Azərbaycanda nə səs-küylü "MTN işi", nə dəhşətli "Tərtər işi", nə digər qalmaqallı proseslərin yekunlaşması bu qədər acı bağırsaq kimi uzanmayıb. Hətta qanqster Hacı Məmmədovun cinayət işinin məhkəmə istintaqı da o dərəcədə uzun, zəhlətökən olmamışdı. Lakin nə hikmətdirsə, nə sirri-xudadırsa, Bakıda 165 ailənin başıbəlalı mənzil işi - "Sahil - S İnşaat" şirkətinin məsələsi düyünə düşüb, çözülmək bilmir.
Anxeber.com qısa arayış verərək xatırladır ki, Bakının Yeni Günəşli ərazisində "Sahil S - İnşaat" şirkəti bina tikməyə başlayıb.
"Sahil-S İnşaat” MTK 28 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Alaverdiyevi Taley Şamil oğludur. Hazırda həbsdədir. Daha dəqiq desək, hansısa vasitələrlə müalicə müəsissəsindədir. O, dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. Onunla birlikdə şəriki Pənah Kərimov da həbs edilmişdi. O Kərimov ki, ortaqlığa gələnə qədər binada dələduzluq faktı yox idi. Elə ki Kərimov Alaverdiyevə şərik oldu, 2021-ci ildən binada bir mənzil bir neçə adama saxta sənədlə satıldı.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə “Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Taley Şamil oğlu Alaverdiyevin GG Company MMC-nin direktoru Pənah Sudeib oğlu Kərimov ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Anxeber.com bildirir ki, ötən ilin dekabrında
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Rzayev "Sahil - S İnşaat" şirkətinin rəhbərinin şəriki, dələduzluq ittihamı ilə həbs edilmiş Pənah Kərimovu ev dustaqlığına buraxıb. Halbuki iş hakim Əli Məmmədovun icraatında olanda P. Kərimovun ev dustaqlığına buraxılması barədə vəsatətləri təmin edilməmişdi. Lakin hakim E.Nuriyev onu törətdiyi ağır cinayətə baxmayaraq, evə buraxıb.

Anxeber.com-un əldə etdiyi məlumata görə, indi də Taley Alaverdiyevin ev dustaqlığına buraxılması üçün hərəkətlilik müşahidə olunur. Hazırda müalicə müəssisəsində olan, hansı pullarla orada qalan Alaverdiyevin ev dustaqlığına buraxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsindən ona mesajlar ötürülür. Dələduzluq maddəsi ilə tutulmuş, mənimsədiyi pullarla müalicə müəssəsində kef çəkən Alaverdiyevin evə buraxılması üçün şərt irəli sürülüb: sakinlərdən imza toplanması və məhkəmədən xahiş edilməsi kifayətdir ki, nəzərə alınsın. Beləcə hansısa "sirli əllər", gözəgörünməz qüvvələr bu prosesi zaman keçdikcə dələduzların xeyrinə həll etməyə çalışırlar.
Halbuki Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin istintaqı dövründə zərər çəkən sakinlərin probleminin 90 faizi həllini tapmışdı.
Sakinlər bu gün də razı və minnətdardırlar ki, prokurorluq həm istintaqı obyektiv aparıb, həm saxta imza ilə satılan mənzillərlə bağlı problemin 90 faizini yoluna qoyub. Eyni zamanda, bu dəstək sayəsində binanın qaz, işıq və digər məsələləri həllini tapıb.
Ancaq elə ki işin istintaqı yekunlaşdı və materiallar prokurorluqdan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi, o vaxtdan zərər çəkənlərin çətin günləri başlandı. Çünki Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi saxta imza ilə bir neçə nəfərə satılmış eyni mənzillər məsələsini ədalətli şəkildə nizamlamış, həllinə nail olmuşdu. Təxminən 40-dən çox belə mənzil var idi. Lakin iş məhkəməyə göndəriləndə 5-6 belə mənzilin problemi qalmışdı. Artıq üç il keçir və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri 5-6 mənzilin işini həll etmir. Necə olur ki, prokurorluq qısa zamanda xeyli sayda zərər çəkənin probleminə son qoyub, amma 3 ildir məhkəmə bir işi həll etmir. Sakinlər bu məsələnin arxasında hansı maraqların dayandığını bilmirlər. Ancaq məlum olan budur ki, "Sahil S-İnşaat" mənzillərinə Çıxarış əldə etmək mümkün olmur.
Buna bir səbəb həm möhür-ştampın hələ də dələduz Taley Alaverdiyevin səlahiyyətində olmasındadırsa, digər əngəl məhkəmənin sözügedən mənzillərin məsələsini həll etməməsindədir. Əksinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tale Alaverdiyevin azadlığa çıxması üçün canfəşanlıq edir, çıxış yolu kimi imza toplanmasını göstərir. Hərçənd hakim həmin həllini tapmayan mənzillərin məsələsini ilk növbədə yoluna qoymalıdır. Çünki işin 3 ildir uzadılması Çıxarış (kupça) almağa imkan vermir.
Bəs kimdir bu güclər və dövlətin hökmlərinə qarşı gedənlər? Sakinlər ümidlidirlər ki, bu çağırışlar eşidiləcək. Onlar Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Əliyeva, PA rəhbəri Samir Nuriyev, Ali Məhkəmə sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədovdan kömək gözləyir, 165 ailənin səsinə səs veriləcəyinə ümid edir: "Bizi, yəni 165 ailəni aldatmış, cinayətə yol vermiş hər iki şəxs - Taley Alaverdiyev və Pənah Kərimov cəzalarını almalıdırlar. Bunun üçün dövlət orqanlarından kömək gözləyirik. Habelə Bakı Ağır Cinayətlər Məhkəməsi prosesi başa çatdırmalıdır ki, həm yerdə qalan mənzillər məsələsi həllini tapsın, həm sakinlərə Çıxarış verilsin. Hazırda bu iki problemin həllini gözləyirik, nəinki hakimin imza toplatdırıb şirkət sahibini də evə buraxmasını. Onsuz da Taley də, Pənah da saxlandığı vaxtdan istintaq təcridxanasının üzünü görməyiblər, dələduzluqla mənimsədikləri pullar hesabına müalicə müəssisəsinə köçürülüblər, həbs həyatını kurort kimi yaşayıblar. Artıq Pənah ürək əməliyyatı adı ilə evə çıxıb, heç əməliyyat da olmayıb, indi də Taley üçün ssenari hazırlanır. Ona görə də dövlətimizdən dəstək gözləyirik".

Anxeber.com
 

Dünyapress TV

Xəbər lenti