Ardını oxu...
Bir neçə iş adamına qarşı külli miqdarda dələduzluq edən Quliyev Zəfər Bayram oğlu ilə bağlı yeni faktlar üzə çıxıb.

"Unikal”ın əldə etdiyi məlumata görə, Türkiyədə və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan bir neçə azərbaycanlı iş adamından 5 milyon dollar pulu dələduzluq yolu ilə ələ keçirən Zəfər Quliyev qanunsuz əməllərini hələ də davam etdirir. Belə ki, o, hazırda Türkiyədə müəyyən kriminal qruplaşmalara söykənərək Qasım və Osman adı ilə analoji fəaliyyət göstərir.

Amma Z.Quliyev hələ də Bakıdakı yaxınları vasitəsi ilə də müəyyən addımlar atmaqdadır. Məlumata görə, o, icra başçılarından birinin dayısı oğludur. Hətta Z.Quliyev bəzi sövdələşmələri həmin icra başçısının Ağ Şəhərdəki ofisində həyata keçirib.

Qeyd edək ki, Z.Quliyev qanunsuz əməlləri nəticəsində Xətai rayonunda "Megafun"un binasında böyük kvadrata malik mənzil, bahalı həyət evinə və obyektə sahibdir.(Unikal)
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyi Xüsusi Təftiş Komissiyası fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısını açıqlayıb. Azərbaycanda 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib.
Ardını oxu...
Lakin Səhiyyə Nazirliyinin qərarını əməl etməyən “Medaura” klinikasının baş həkimi Nigar Məhəmmədova aprel ayının sonunadək xüsusi endirim kampaniyası elan edib.
XALQ.AZ məlumat verir ki, sosial platformada uca səslə çıxış edən Nigar Məhəmmədova aprel ayının sonunadək “Liposaksiya” və “Abdominoplastika” əməliyyatlarını hər şey daxil cəmi 1500 manata edəcəyini elan edib. Bəs görəsən Nigar Məhəmmədovaya bu əməliyyatları etməyə kim icazə verib?

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə Nigar Məhəmmədova haqqında heç də xoş olmayan məlumatlar dərc olunmuşdur. “MedAura” klinikasında Nigar Məhəmmədova tərəfindən burnunun ucundakı ətliliyin incəldilməsini istəyən pasiyent 3000 manat ödib.Amma əməliyyatlardan sonra 1 il həyatı kabusa dönən, maska ilə gəzməyə məcbur olan pasiyentin klinika rəhbəri ilə mübarizəsi heç bir nəticə verməyib. Onlar səhvlərini boyunlarına almayıblar. Deyirlər ki, “burnundan narazısansa, biz yenidən əməliyyat edək, başqa həkimə getmə”… Rekonstruktiv əməliyyat xəstəyə 7500 manata başa gəlib. Lakin bu məsələ ilə bağlı heç bir tədbir görülməyib.
Ardını oxu...
Həmçinin qeyd edək ki, Medaura klinikasında Nigar Məhəmmədovanın növbəti qurbanı isə Bakı sakini, Gunay Məmmədovadır.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, pasiyentin bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb. Şikayətçi bildirir ki, nəfəs almaqda çətinlik çəkir, dost- tanış, qouhumlar belə artıq məni tanımır, çünki üzüm tamimilə dəyişib ancaq səsimdən tanıyırlar deyə G.Məmmədova bildirib. Bir ay ərzində məni iki dəfə əməliyyata salıblar, mənə deyilmədən həyati əhəmiyyətli orqanlarıma müdaxilə (qabırğama) müdaxilə olunub. Bu günə qədər cərrahiyə əməliyyatı yeri sağalmayıb, yaramdan irin axır deyə G. Məmmədova bildirib.
Ardını oxu...
Ardını oxu...
Şikayətlə bağlı ”Medaura” klinikası ilə əlaqə yaratmaq mümkün olmadı. Nigar Məhəmmədova bu məsələrə heç bir açıqlama verməyib.
Hal-hazırda isə endirim kampaniyası ilə sosila platformada yeni qurbanlarına çağırış edir. Plastik əməliyyatlar edən Nigar Məhəmmədovaya niyə kimsə dur demir? Məsələ ilə bağlı Səhiyyə nazirliyindən heç bir açıqlama almaq mümkün olmadı.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, “MedAura” klinikasının qanuni təmsilçisi və direktoru Zeynallı Nihat Yusif oğludur.
Ardını oxu...
 
Ardını oxu...

Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir.

"DogruXeber.az" XALQ.AZ-a xəbər verir ki, Zaqatala, Şəki və Oğuz rayonlarında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun məlumatı görə vəzifəli şəxs S.Mirzəməmmədovun Oğuz rayonu ərazisindən keçən “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə etməsi müəyyən edilib. Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228 (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün Nərimanov rayon məhkəmələrinə göndərilib.



Qeyd edək ki, son illərdə ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etməkdədir. Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də Əlicançay su anbarının tikintisidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su anbarının tikintisinə Prezident İlham Əliyevin “Əlicançay su anbarının tikintisi haqqında” 2023-cü il 28 iyul tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır.

Əlicançay su anbarının ümumi su tutumu 108 milyon kubmetr, çay hövzəsində qurulan bəndin qaşı üzrə uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metrdir.

Şəki və Oğuz rayonları ərazisində yerləşən Əlicançay su anbarının tikintisini “Körpü-Bina-Tikinti” MMC şirkəti həyata keçirir.

XALQ.AZ-ın əldə etdiyi məlumata görə Oğuz rayonu ərazisində yerləşən Daşağıl çayının yatağından qanunsuz daşınmalar həyata keçirən şirkətlərdən biri də “Körpü-Bina-Tikinti” MMC-dir. Belə ki, “Körpü-Bina-Tikinti” MMC şirkəti Əlicançay su anbarının tikintsini üçün tərəfindən istifadə edilən qarışıq suxur xammalını Daşağıl çayının yatağından daşıyır.

Ərazidə apardığımız çəkiliş zamanı Daşağıl çayının sahilində ağır tonnajı avtomobillərin hərəkət etdiyini gördük. Məsələ ilə bağlı “Körpü-Bina-Tikinti” MMC-yə göndərdiyimiz sorğuya cavab olaraq bildirildi ki, “bu bizim maşınlar deyil, bizim daşıdığımız yer deyil, ora vaqon qoyublar, oda bizim deyil. Bu tamam başqa adamlardı”.

“Körpü-Bina-Tikinti” MMC-dən elektron poçtumuza göndərdilən açıqlamada şirkətin Daşağıl çayının sahilindən qarışıq suxur xammalını daşıdıqlarını etiraf edirlər. Lakin bu onların texnikası olmamasını bildirirlər.

Araşdırmalar zamanı vəzifəli şəxs S.Mirzəməmmədovun Oğuz rayonu ərazisindən keçən “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə etməsi müəyyən edilib.

Ancaq “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə edən müəyyən edən vəzifəli şəxs S.Mirzəməmmədovun kim olması, hansı şirkətin işçisi olması açıqlanmır.

Ardını oxu...

Qeyd edək ki, Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovdur.

Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
Masallı rayonun Sığıncaq kəndində, Əhmədli-Çaxırlı yolunun sol tərəfində üç dən çox xırda və orta diametrli ağac kəsilib və kəsilən ağacların yanında iki mərtəbə bir ticarət obyekti tikilib.
Ardını oxu...
Masallıda son zamanlar ağacların kütləvi soyqırımı geniş vüsət alıb. TEREF xəbər verir ki, bu barədə məlumat yayan "nyus.az" portalının bildirdiyinə görə, müşahidə olan YAŞIL SOYQIRIM yerli ETSN nümayəndəliyinin xeyir-duası ilə baş verməkdədir.

Nyus.Az ərazidən fotoları da təqdim edib:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Hər halda, ümid edirik ki, gərəkən qurumlar... xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə izahat verəcək...
 
Ardını oxu...
“Crystal Group of Companies” ASC-nin tərkibinə daxil olan “Crystal Beton” QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.
Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
XALQ.AZ-ın məlumata görə sözügedən MMC-nin hazırki vergi borcu 290948.39 AZN-dir.

"Crystal Group of Companies" ASC "YAŞAT" Fonduna pul vəsaiti köçürüb

Bildirək ki, nizamnamə kapitalı 136745.80 AZN olan “Crystal Group of Companies” ASC-nin qanuni təmsilçisi Baxış Əliyev Akif oğludur.
Ardını oxu...
Əldə etdiyimiz məlumata görə, bir çox tenderlərin qalibi olmuş “Crystal Group of Companies” ASC Milli Məclisin deputatı Ağalar Vəliyev himayəsində fəaliyyət göstərir. Crystal Group of Companies” ASC-nin müşahidə şurasının sədri deputatın oğlu Pərviz Vəliyevdir.
Ardını oxu...
Qeyd edək ki, “Kristal Abşeron” şirkətidə “Crystal Group of Companies” ASC-nə daxildir və şirkət haqqında bir çox sosial hesablarda və ölkə mətbuatında mütəmadi şikayətlər yayımlanır.
Ardını oxu...
Vergi borcu və digər məsələrlə bağlı “Crystal Group of Companies” ASC heç bir açıqlama almaq mümkün olmadı.
Ardını oxu...
Adların keçənlərində açıqlamasını dərc etməyə hazırıq.
 
Ardını oxu...
Yağış nəinki Bakını, Bakıdan Şimala uzanan ödənişli yolu belə su altında gizlətdi. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunu su basdı. Bu həqiqi mənada su basma idi. Avtomobillər belə suyun altında qaldı. Görüntülər də ürəkağrıdan oldu. Adətən bəzi məmurlar “basıb” pulu yeyirlər. Belə düşünür çoxları. İndi bu hadisəni necə adlandıraq? AAYDA-dan soruşaq: Bu hadisəyə necə qiymət verirsiz? Dərhal deyə bilərlər ki, dünyada da fəlakətlər olur. Amma bu yağış o fəlakətdən deyildi. Dünyada körpü tikən, yol salan nazir və ya rəislər, sədrlər Teymur Əliyevdə, Nabranda, Bilgəhdə olan villalara bənzər ev eşiyə, malikanələrə də sahib deyillər axı. Nə də onların, əzizlərinin sürdüyü avtomobillərin dəyəri milyonlarla ölçülmür.

Ödənişli yoldan dəfələrlə mən də istifadə etmişəm. Son dönəmdə Bakıdan üzü Qubaya keçidə yaxınlaşanda keçidin birinin sıradan çıxmasının şahidi olmuşdum. İşlək deyildi. Heç işləməyən bu nöqtəyə yaxınlaşanda xəbərdarlıq da yox idi ki, sürücü bu hissəyə daxil olmasın. Hamı məcbur olub geri qayıdır və digər bölmədən keçməli olurdu. Yola olan münasibət deyəsən elə o günlərdən başlamışdı. Amma düşündüm ki, Bu Bakı – Quba yolunun bəxti açılmır ki, açılmır...
Ardını oxu...
Bakı-Quba yolunun ZİYAlı tarixi....Ölməz xatirəsi...
(Cavid adının mənası: ölməz-əbədi)

Hələ 2005-2010-cu illərdə bu yola 625,7 milyon manat vəsait xərclənmişdi. Əlavə olaraq 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə yönəldilmişdi. Ümumilikdə 641 milyon manata yaxın vəsait batdı getdi bu yolda. Əsas Qazıqumlaq yolu şümallaşdı, Teymur Əliyevdə olan ev eşik düzəldi, ZQAN Holding yarandı və sair və ilaxır. Hətta dedilər sabiq nazirin bağ evində çənləri “Ərikli” suyu ilə dolur. Xalq öz “qəhrəman”ına dastanlar qoşur axı. Ziya Məmmədova yaxın və o dönəmdə sədaqətli sayılan Cavid Qurbanov da var idi. Hətta gözəl xatırlayıram Ziya Məmmədovla Cavid Qurbanov telefonla danışırdlar. Ziya müəllim xəstələnmişdi. Cavid Qurbanovla olan mehriban danışığı zamanı həsədlə bu dostluğa baxıb bir anlıq halal olsun da dedim. Sonra zaman gəldi hər iki dost arasında elə nazirlikdə kabinetdə mübahisə düşdü. Bu mübahisələr ölkənin məşhur restoranlarınn birində ikili arasında gedən müzakirələrdə də davam etmişdi. Nəticələr isə bəllidir.
Ardını oxu...
İndi Ziya müəllim namaza başlayıb. Allah qəbul eləsin. Oğlu Anar Amerikada zəhmətlə cəfakeş həyat sürür. Bir sıra yaxınları isə Anardan küsüb. "Bizim evimizi o yıxdı, dağıtdı gül kimi səltənətimizi" deyirlər. Cavid müəllim isə çəkilib səssizliyə.....
Ardını oxu...
Bakı-Quba yoluna əməli SALEH biri lazımdır

Maraqlı bir təsadüf də var. Bu asfalt işinə kim baxırsa qonşu olmaq da talelərinə yazılır deyəsən. AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov da məşhur Teymur Əliyev küçəsində yaşayır. Bu küçənin bir başlanğıcında Ziya Məmmədov, digər başlanğıcında isə bir qədər içəri məhəllədə Saleh müəllim yaşayır. Yolları bir nöqtədə kəsişir. Talelərini deyə bilmərəm.
Ardını oxu...
Maraqlıdır ki, 2018-ci ildə tikintisinə 150 milyon manat ayrılan, 2023-cü ildə istifadəyə verilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu niyə bu günə qaldı. Bu yol istifadəyə veriləndə, təhvil-təslim aktı imzalananda heç bir araşdırma aparılmadımı? Bu yolda 40 yol ötürücüsü və körpü, 52 alt keçid var. Bəs bu yol tikiləndə relyefi, sel basma təhlükəsi, ərazinin iqlim şəraiti necə nəzərə alınmamışdı?
Ardını oxu...
Bu yağış bir gün çəkdi. Bəs intensiv olaraq bir neçə gün yağsa nə baş verərdi? Ödənişli yol biyabırçı hala düşdü. Hanı mühəndis? Haradadır təhvil-təslimə qol çəkənlər? Saleh müəllim açıqlama versə nə gözəl olardı. Bir zaman deyirdi bu yolda sürətlə sürün.

Deyirəm Saleh müəllim: “Mən yola çıxanda gərək maşının yük yerində (baqajda) ən azı 600 min olsun. Yoxsa uzaq yola çıxa bilmirəm”.... deyibən bu yola çıxıb yağışlı havada sürətlə avtomobil sürə biləydik.....

Tural Müseyibov
ajans.az
 
Ardını oxu...
Bu video düşünürəm ki, Səhiyyə Nazirliyini və hüquq mühafizə orqanlarını ciddi şəkildə düşündürməlidir. Hörmətli Səhiyyə Naziri, cənab Teymur Musayev.
Heç bir tibbi təhsili olmayan Gülsüm Əliyevanın insanlara liposaksiya əməliyyatı etməsinin görüntülərini bir həkim kimi necə qiymətləndirirsiniz?
Tibbi savadı olmayan bir şəxsin insan bədəninə cərrahi müdaxilə etməsi mümkündürmü? Bura Azərbaycandır, bura Bakıdır, bura VMR Estetik Klinikasıdır..Bu klinikaya lisenziya verən məhz Səhiyyə Nazirliyidir. İndi özünü kosmetoloq kimi mətbuata göstərməyə çalışır. Diplomsuz kosmetoloq həm də əməliyyat edə bilir Azərbaycanda! Başqa bir sual Gəncədə liposaksiya əməliyyatından sonra ölən Gülbəniz Bayramovanı kim əməliyyat etmişdi?
Ganira Atash
TEREF


 
 
 
Ardını oxu...


Azərbaycan estrada və pop musiqisi illərdir ki, özünün çoxşaxəli ifaçılarını yetişdirir. Bu sənətçilər arasında son zamanlarda fərqlənənlərdən biri də Türkanə Kərimlidir. Solo mahnılarından popurri ifalarına qədər geniş repertuarı ilə diqqət çəkən bu gənc müğənni, həm ənənəvi səs köklərini, həm də müasir üslub elementlərini ustalıqla bir araya gətirir.
Azərbaycanın şən və bənzərsiz vokal ənənəsi ilə yetişən Türkanə, uşaqlıqdan etibarən məclislərdə, ailə tədbirlərində səsinin parlaqlığını kəşf edib. Uşaq yaşında qəbul olunduğu vokal kursları, xalq və klassik pop mahnılarına duyduğu məhəbbəti daha da dərindən öyrənməsinə şərait yaradıb.
Peşəkar səhnəyə gəlişi gənclik illərinə təsadüf edən Türkanə Kərimli, 2018-ci ildə təqdim etdiyi “Sənin Eşqinə” adlı balladası ilə ilk dəfə geniş auditoriyaya dogrudan da tanındı. Bu mahnı onun yumşaq, təbii vokal rəngini ön plana çıxardı, sosial ortamda uzun müddət əks-səda doğurdu. Ardınca pop və estrada janrında sınaqdan keçdiyi “Gəlmişəm” və “Kimdir O” kimi daha ritmik, dinamik tərzdəki parçaları onu ön səhnələrindən tutmuş açıq hava konsertlərinə qədər daşıdı.
Türkanənin ifa tərzini tamamlayan ən maraqlı xüsusiyyətlərindən biri də popurri təqdimatlarıdır.“Qaranquşlar Gələndə / Xəbərin Yoxdu / Gözünə Qurban” kimi üç fərqli əsəri bir arada təqdim etdiyi popurri ilə o, həm yeniyetmələrə, həm də daha təcrübəli dinləyicilərə nostalji anlar yaşadır.
Türkanə Kərimli ifa etdiyi hər mahnıda duyğunu ötürməyi, dəqiqliklə vurğulamağı bacarır. Səsi geniş diapazona malikdir..

“Gənc müğənni Türkanə Kərimli, musiqi Səhnəsinin yeni Ulduzu olaraq” könülləri fəth edir..
Azərbaycan musiqi məkanına sanki bahar nəfəsi kimi daxil olan gənc müğənni Türkanə Kərimli, hər ifasında dinləyicilərin qəlbini isidən səsi və səhnə enerjisi ilə fərqlənir. Onun sənət yolu boyu təqdim etdiyi mahnılar; həm ritmik pop tərzində, həm də duyğulu balladalarda – onun çoxşaxəli istedadının bariz nümunəsidir.
Türkanə Kərimlinin ən son təqdim etdiyi parça olan “Gəlmişəm” dinamik ritmi və cazibədar vokal xətti ilə təqdim olunduğu andan etibarən klub səhnələrindən radio yayımlarına qədər hər yerdə səslənir. Bu mahnı sanki ifaçının sənət yolunda yeni fəsil açıdığını, özünəinamlı addımlarla irəlilədiyini simvolizə edir.

Həmçinin, YouTube kanalında yayımlanıb dərhal viral effekt yaradan “Kimdir O”, Türkanənin duyğu ötürmə bacarığını gözqamaşdıran nümunədir. Hər bənddə eşq və sirr arasında gəzən melodik xətt, ifaçının incə ornamentlərlə zənginləşdirdiyi vokalı dinləyicini hər misrada heyran qoyur.
SoundCloud platformasında yayımlandığı andan romantik ruhlu dinləyicilərin sevimlisinə çevrilən “Sənin Eşqinə”, Türkanənin səmimi ifasını və incə vokal rəngləmələrini gözəl təqdim edir. Bu ballada hər bir kəlmədə ürəyə toxunan həssaslıq daşıyır.
Duyğulu mətn və təsirli melodiya xətti ilə “Sən Mənimsən, Qarabağ” parçası, ifaçının sənətini dəyərli mesajlar vətən sevgisi ilə zənginləşdirməsinə gözəl nümunədir. Hər notda vətənə duyulan sonsuz məhəbbət, Türkanənin vokalında yüksək enerji ilə canlanır..
Türkanə Kərimli, hər yeni mahnısında sanki özünü yenidən kəşf edir. “Gəlmişəm”dən “Sən Mənimsən, Qarabağ”a qədər uzanan repertuarı, onun həm romantik, həm də coşğulu səslənən tərəflərini ortaya qoyur. Gələcək layihələrində yeni janr sınaqları, həmçinin beynəlxalq əməkdaşlıqlar gözlədiyimiz bu gənc ifaçı, Azərbaycan musiqisində tərifi ən çox haq edən, parlaq istedadlı simalardan biridir. Onun səhnə və studiya işləri, şübhəsiz, dinləyiciləri yeni həyəcan dalğalarına sürükləyəcək. Biz də bu yolda Türkanə xanım Kərimliyə nailiyyətlər arzu edirik!
Onun vokal tərzi, Azərbaycan muğamına xas ornamentləri müasir pop ritmləri ilə sintez etməyə meyllidir. Bu da mahnıların həm yerli, həm də region xaricində dinləyicilərdə rezonans doğurmasına gətirib çıxarır.
Türkanə, həm Azərbaycanda, həm də qonşu ölkələrdə keçirilən bir sıra musiqi festivallarında səhnə alıb. Bundan başqa, səhnə dizaynı və işıqlandırmaya xüsusi diqqət yetirərək hər konsertini həm akustik, həm də vizual şöhrətli anlara çevirir.
2025-ci ildə albomu üzərində çalışdığını açıqlayan Türkanə, bu dəfə daha çox elektro-pop və alternativ ritmləri ifasına daxil etməyi planlaşdırır. Məqsədi, Azərbaycan musiqisini beynəlxalq səviyyədə təmsil etmək, digital platformalarda daha çox izləyici qazanmaqdır. Eyni zamanda, gənc vokalçıları və əsasən şimal bölgəsindən gələn istedadlı uşaqları üçün mentorluq təşəbbüsləri də düşünür.
Türkanə xanım Kərimli, geniş repertuarı, səsinin rəngarəngliyi və səhnə enerjisi ilə Azərbaycan musiqi səhnəsini zənginləşdirən yenilikçi ifaçılardandır. Solo mahnılarından tutmuş popurri proqramlarına qədər hər layihəsi onun sənət eşqini, peşəkarlığını və dinləyiciyə verilən önəmi əks etdirir. Gələcəkdə təqdim edəcəyi yeni mahnılar və albom, şübhəsiz ki, onun mövqeyini möhkəmləndirəcək və musiqisevərlər arasında daha geniş rezonans doğuracaq.

 

 

www.AzadMedia.az

VİDEO

Ardını oxu...
 

Ötən həftə yağan güclü yağışlar bəzi ərazilərdə evlərin su altında qalmasına səbəb oldu.

Amma göl ətrafında tikilən evlərin su altında qalmasının günahkarı təbiət deyil. Çünki bu ərazidə qanunsuz aparılan tikinti nəticəsində həddindən artıq qum ilə doldurulan göl daşmağa başlayır.

Əgər bu ərazidə tikinti işləri qanunsuz deyilsə çəkiliş aparan AzTV əməkdaşlarına özünü sakin kimi qələmə verən Bələdiyyə sədri görəsən nədən çəkinib?

 
 
 
Ardını oxu...
Göyçay rayonu bərbad günə düşüb. Mərkəzi bir- iki küçəni üzdən təmizləyib gözdən pərdə assalarda, əksər küçələri isə zibil və pis qoxu bürüyüb, Kanalizasiya lüklarının qapağı olmadığına görə açıq vəziyyətdə qalıb, səkilər və asfalt örtüyü dağılıb yararsız vəziyətə düşüb, gecə küçələrdə işıqlandırma yoxdur, küçə itləri insanlara hücum edir.Küçələrin çoxunda qutular olmadığı üçün, zibili yerə, ağacların dibinə tökürlər. Zibil vaxtlı-vaxtında təmizlənmədiyi üçün günlərlə, hətda həftələrlə qalıb dəhşətli antisanitar vəziyyət yaradır. Buna görə Göyçayı zibil iyi bürüyüb, hər yer antisanitar vəziyyətdədir. Küçələrin çoxunda işıqlandırma olmadığı üün gecələr zülmət qaranlıq olur. Küçə itləri insanlara hücum edib təhlükə yaradır.
TEREF yazır ki, bunu redaksiyamızın poçtuna şikayət məktubu göndərənGöyçay sakini Əliyev Cavid yazır. Əliyev Cavid daha sonra bu dərəbəyliyə cavabdeh olanlardan söz açaraq yazır:
Ardını oxu...
İcra başçısı Natiq Ağayev məzuniyətdə olduğu üçün onu müavini Kərim Seyidov əvəz edir.Kərim Seyidov uzun müddət Göyçayda müxtəlif vəzifələrdə işləsədə bacarığı olmayan, işə yaramayan bir adamdır. Natiq Ağayev icra başçısı təyin olunandan sonra Kərim Seyidovu Şəhadət kənd icra nümayəndəsi vəzifəsindən, icra başçısının birinci müavini vəzifəsinə gətirsədə özünü doğrultmadı.
Göyçay daima öz xüsusi yaraşığı və təmizliyi ilə yaddaşlarda qalsada indi bunlardan heç bir əsər-əlamət yoxdur.
Göyçaya öz maraqlarını dövlət qanunlarından üstün tutan yaramaz kadrlar yox, işləyib can yandıran şəxslərin vəzifəyə gətirilməsi lazımdır.

Göyaçy rayonu S.Vurğun küçəsi ev 21 sakini Əliyev Cavid Nüsrət oğlu
TEREF olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti