Ardını oxu...

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.


Ardını oxu...


İşğaldan azad edilmiş Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq.

Bunu Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin qorunması, o cümlədən xüsusi ekoloji əhəmiyyət daşıyan tablet komplekslərinin mühafizəsi məqsədi ilə yeni milli parkın yaradılması istiqamətində müvafiq işlərə başlanılıb. Bununla əlaqədar, nazirlik tərəfindən Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə yaradılması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb və Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırılıb. Hazırda sözügedən xərite-sxem münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilib və həmin qurumlar ilə işçi qaydada müzakirələr davam etdirilir.
PAYLAŞ:
Ardını oxu...
Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq.

"DogruXeber.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaqdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Ardını oxu...
İyunun 12-si Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin simvollarından biri olan Allahverdi Bağırovun şəhid olduğu gündür.

Erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən Bağırov həm də Qarabağ müqavimətinin rəmzi idi.

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səy göstərib.

1991-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon "Vətən oğulları" adlanırdı. Həmin ildə onun qardaşı Eldar yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Qardaşı Eldarın ölümündən sonra Bağırov batalyona rəhbərlik edib.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvə və texnikasını darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəklikləri tutub, Kətük kəndi ilə üzbəüz mövqe qurub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Uğurlu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb. Onun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb.

Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid verib. A.Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib.

Bağırov 1992-ci ildə, o vaxt işğaldan azad olunan Əsgəranın Naxçıvanlı kəndindən Ağdama geri qayıdarkən yolda minaya düşərək şəhid olub. O, doğulduğu Ağdam rayonunda dəfn edilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Ardını oxu...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Şuşa şəhərində bank binasının tikintisi üçün icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirilib.
Məlumatda göstərilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi bank binasının tikintisinə 30 may 2025-ci il tarixli ETİ-54/25 saylı sənəd əsasında icazə verib.
Açıqlanan məlumatlarda göstərilir ki, 3 aprel 2025-ci il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-3522/2025 saylı, həmçinin 12 fevral 2025-ci il tarixində tikinti layihəsinə dair 39117 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən bank binasının tikinti sahəsi 747 kv. metr, ümumi sahəsi 2 270,16 kv. metr, mərtəbələrinin sayı isə 4 olacaq.
Lakin qeyd edək ki, cəmi bir həftə əvvəl Şuşa şəhərində inşasına icazə verilən 4 mərtəbəli bank binasının tikintisi başa çatıb. Bank binasının tikintisini sifariş verən “PMD Group” MMC-nin rəsmi saytında yer alan məlumatda bildirilir ki, Şuşa Bank layihəsinin tikinti işləri Şuşa şəhərində, Qarabağ küçəsində həyata keçirilir. Bina 4 mərtəbədən ibarətdir. Binanın tikinti sahəsi 2 588 kv. metrdir. “PMD Group” MMC-nin paylaşdığı fotodan belə görünür ki, bu binada ölkənin aparıcı holdinqlərindən olan “Paşa Holdinq”ə bağlı olan iki bank – “Kapital Bank” və “Paşa Bank” fəaliyyət göstərəcək.
Onu da bildirək ki, ötən ilin dekabr ayında “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı “Şuşa” filialında artıq təmir işlərinin bitmək üzrə olduğunu deyib.
Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-ci maddəsində açıq şəkildə göstərilir ki, tikintiyə icazə verən orqan tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində sənəd və məlumatları Reyestr kitabında qeydə alır.
Ardını oxu...
Füzuli sakini İlqar Ramizoğlu yeni köçdüyü mənzilin şəraitindən narazıdır.

TEREF xəbər verir ki, “Unikal”a müraciət edən sakin MİDA tərəfindən inşa edilən mənzilin yağışlı havada damdığını, divarlarında suvağın töküldüyünü bildirib. İ.Ramizoğlu Füzuli şəhəri, 32-ci bina, 721-ci mənzildə bir ildir yaşadığını və az qala, hər ay bu problemlə üzləşdiklərini deyir:

“Bir ildir bu evə köçmüşük. Əziyyət çəkirik. Rəsmi olaraq Füzuli nümayəndəliyinə müraciət etmişik. Nümayəndəlikdən adam göndərilir, baxırlar, düzəldirlər, amma sonra yenə eyni şey olur. Ustalar bir ildir gəlib düzəldirlər yenə həmin vəziyyətdir. Aprel ayından bu əziyyəti çəkirik”.

Sakinin sözlərinə görə, analoji problem binadakı digər mənzillərdə də var:

“Yan qonşumda da bu problem yaşanır. Sadəcə olaraq, bu hal mənim mənzilimdə bütün otaqlarda var. Yağış yağan kimi ev damır. İki gündür yağış yağır, mebellər – divan-kreslo hamısı sudur. Bu yaşamaq deyil. Çox əziyyət çəkirik. Altımərtəbəli binanın 5-ci mərtəbəsindəyik. Üst qonşunun balkonundan da su tökülür. Gəlib düzəldirlər heç nə yoxdur. Hazırda istəyirəm ki, evim dəyişdirilsin, bu, düzələn bir iş deyil. Köçdüyümüz aprel ayından bu əziyyəti çəkirik. Təzə bina olmasına baxmayaraq, tövlə vəziyyətində yaşayırıq. Biz apreldə köçəndə yağış yağmadığına görə, bu problemi bilmirdik. İstəyirəm bu məsələyə səhlənkar yanaşılmasın”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

 


Ardını oxu...
Kəlbəcərdə mina hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb.

Belə ki kənd ərazisində traktorun minaya düşməsi zamanı partlayış olub. Nəticədə traktorun sürücüsü Kürdəmir sakini, 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.
 
Ardını oxu...
“Dədə-baba yurdunda məskunlaşma məsələsi sadə deyil, sosial bərabərsizlik nəzərə alınmalıdır”

“Ev tikmək imkanları fərqlidir, dövlət qaydalarına riayət vacibdir”

Deputat keçmiş məcburi köçkünlərə öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilməsini istəyir.
Milli Məclisin dünən keçirilən iclasında çıxış edən deputat Razi Nurullayev bildirib ki, işğaldan azad olunan ərazilər yenidən qurulur və keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qaytarılır: “Bərpa olunası evlərin sayı çoxdur və mənə belə gəlir ki, dövlət və hökumət öz üzərinə böyük məsuliyyət və öhdəlik götürür. Bu qədər yükü çəkmək çox ağırdır və gərək vətəndaşlar da bu proseslərdə əsas iştirakçıya çevrilsinlər.
Təklif edirəm ki, minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işləri aparılsın və vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin. İnanıram ki, keçmiş məcburi köçkünlərin xeyli hissəsinin öz evini tikmək imkanı var. Hətta təklif edirəm ki, dövlət infrastrukturu yaratsın, ev tikintisinin isə qanuni çərçivədə vətəndaşların özləri tərəfindən aparılmasına icazə versin.
Bu, dövlətə daha ucuz başa gələr. Şirkətlər tərəfindən tikilən ev qiymətlərinin yarısının qiymətinə vətəndaş özü tikə bilər. Dövlət onlara tikinti mərhələləri üzrə pul ayırsın. Biz bu üsulla, inanıram ki, 50 faiz dövlət vəsaitinə qənaət etmiş olarıq”.

“Jurnalistlərə Hüquqi və Texniki Yardım” İctimai Birliyinin sədri, araşdırmaçı jurnalist, əslən Qarabağdan olan Asəf Quliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu təklif ilk baxışda cəlbedici və maraqlı görünə bilər. Amma yumşaq desək, rasional təklif deyil:

- Hamı istəyər dədə-baba yurdunda məskunlaşsın. Amma burada diqqət edilməli olan praktik məsələlər var. Birincisi, məgər qayıdan insanların hamısının sosial-iqtisadi durumu bərabərdirmi ki, ev tikmək imkanı olsun?! Tutalım, dövlət kömək edəcək. 30 il müddətində kimsə pul qazanmaqla məşğul olub, varidat toplayıb. Digəri isə torpaq uğrunda hər şeyini qurban verib. Başçısı olmayan şəhid ailəsi var, qazi olanı, əlil olanı var. Onların da maddi imkanı olacaqmı fərdi ev tikməyə? İkincisi, köçkünlükdən əvvəl bir ailə tərkibində yaşayanların əksəriyyəti özü indi fərdi təsərrüfat, ailə başçısıdır. Bir atanın 5 övladı varsa. Ata mülkü 5 övladdan hansına verəcək ki, get o torpaqda ev tik? Burada ziddiyyət yarana bilər. 5 övladın hər birinin o torpaqda, ata mülkündə ev tikməsi mümkün olmayacaq. Mübahisə, narazılıq yaranacaq. Təklifi verən deputat dövlətin hansı şərtlərlə məskunlaşma həyata keçirdiyini bilməlidir. 30 il əvvəl məcburi köçkün olaraq dədə-baba yurdunu tərk etmək məcburiyyətində qalmış ailə üzvlərinə, əgər ayrı təsərrüfatdırlarsa, yəni evləniblər, öz ailələri, uşaqları varsa, dövlət onları ayrı-ayrılıqda evlə təmin edir.

A.Quliyev qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə aparılan tikintilər fərqli xarakter daşıyır. Kənd ərazilərində tikilən evlərlə şəhər yerində inşa edilən evlərin forması, quruluşu fərqlidir:

- Ağdamda 15 min həyət evi vardı. Məlumata görə, Ağdam şəhərində yaşayış binalarının tikintisi başa çatdıqdan sonra həyət evlərinin tikintisinə başlanacaq. Kimlərə veriləcək, necə veriləcək, dəqiq bilinmir. Amma dövlətin tətbiq etdiyi qayda belədir ki, məskunlaşma zamanı keçmiş köçkünlər qeydiyyatlarına görə evlə təmin olunurlar. Yəni Ağdam qeydiyyatı, Füzuli, Cəbrayıl, vaxtilə hansı kənddə qeydiyyatda olublarsa, onlara ev, mənzil verilir. Kiminsə Bakı, ya Gəncə qeydiyyatı var, amma dədə-babasının evi, mülkü olub, onlara verilməyəcək. Bu, dövlətin qoyduğu qaydadır. Müəyyən nüanslar var ki, mən də razı deyiləm, amma dövlət belə qayda qoyubsa, ona tabe olmaq vətəndaşlıq borcumuzdur. Bu qaydadan kənara çıxıldıqda elə nüanslar ortaya çıxa bilər ki, daha acı nəticələr verər. Kimsə bəyənməyə bilər hazırda tikilən evləri. Amma digər hallarda sosial bərabərsizliyin, ailə üzvləri arasında narazılıq yarana biləcəyini də nəzərə almalıyıq.
 

Ardını oxu...

“Nar” asan və sərfəli rabitə xidmətlərini artıq Füzuli şəhərindəki yeni açılan mağazasında təqdim edir. Müasir dizaynlı mağazada nömrə satışı və müştəri xidmətləri ilə yanaşı, mobil telefon və aksessuar satışı da həyata keçirilir.

"DogruXeber.az" qeyd edir ki, Füzuli şəhəri, Heydər Əliyev prospektində yerləşən mağazanın əməkdaşları da Füzuli şəhərinin sakinləridir.

Yeni mağazanın açılışında iştirak edən “Nar”ın baş icraçı direktoru Qunnar Panke bildirib:

“Füzuli şəhəri yenidən qurulduqca, şəhərin əhalisi artdıqca, mobil rabitə xidmətlərinə də ehtiyac artır. Günbəgün dirçələn şəhərin əhalisinə mobil rabitə xidmətlərini daha əlçatan etmək üçün yeni mağazamızı məhz Füzuli şəhərində açmaq qərarına gəldik.”

Bundan başqa, mağazanın xüsusi guşəsində Füzuli şəhəri, Mirzə Uluqbəy adına 1 saylı məktəbinin istedadlı şagirdlərinin çəkdikləri rəsmlər də nümayiş olunur. Bu rəsmlər “Nar”ın və YARAT Müasir İncəsənət Məkanının sözügedən məktəbdə “Böyük Qayıdış” mövzusunda keçirilən rəsm müsabiqəsinin seçilən əl işləridir.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” hazırlanacaq.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihələrini, habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Sərəncama əsasən Nazirlər Kabineti nəzərdə tutulan layihələr hazırlanarkən 2027−2030-cu illərdə hazırlanması planlaşdırılan dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əhatə olunmasını, qabaqcıl beynəlxalq təşkilatlarla və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını təmin etməlidir. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sərəncamda qeyd edilib ki, sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənib, şaxələnməsi dərinləşib, iqtisadi artım davamlı və inklüziv xarakter alıb, əhalinin rifah səviyyəsi yüksəlib və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşıb.

Qeyd olunan nəticələrin əldə edilməsində özəl təşəbbüslərin və investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin dəstəklənməsi, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynayəb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib.

Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.

 

 

www.AzadMedia.az

Dünyapress TV

Xəbər lenti