Ardını oxu...
Azərbaycan-Türkiyə Evi (ATEV), “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Türk İrsinin İnkişafına Dəstək” İctimai Birliyi və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə Qazi Universitetində keçirilən tədbir vətən üçün canlarını fəda edən şəhidlərin və Xocalı soyqırımının qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanla Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADEV) sədri Aygun Attar, Türk İnternet Media Birliyinin (TİMBİR) sədri DrSüleyman Basa, Birlik Xəbər Agentliyinin rəhbəri Muhammet Kaçar, media və ictimaiyyət nümayəndələrinin qatıldığı simpoziumda millət vəkilləri Tenzile Rüstemhanlı, Səbinə Salmanova, professorlar Çetin Elmas və Kemal Çiçek, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova və Yeni Çağ Media Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxış ediblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini yad edib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə lideri öz sosial media hesabında paylaşım edib.

"Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm",- paylaşımda qeyd olunub.

Ardını oxu...
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 33 il ötür.

Fevralın 25-dən 26-na keçən gecə baş verən hadisələr

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Hücum zamanı öldürülən və yaralananların sayı

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib.

Mülki əhaliyə qarşı edilən vəhşiliklər

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Xocalı soyqırımı dünya ictimaiyyətində

2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Hazırda 20-yə yaxın dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

Qeyd edək ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
 

 

Ardını oxu...
  

Erməni generalı Levon Minasyan Xocalıda çoxlu qadın, uşaq və qocanı qətlə yetirməsi ilə öyünüb.

Musavat.com xəbər verir ki, o, Xocalıda törətdikləri qətliamdan danışıb və bununla qürrələnib.

Gürcü jurnalistin sualına cavab verən erməni cəlladı, Xocalıdan baş verən soyqırımda əlinin olduğunu danmır və hətta bununla qürrələndiyini də gizlətmir. 

Həmin görüntüləri təqdim edirik.

Musavat.com

 
 
 
Ardını oxu...
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

"DogruXeber.az" xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 33 ailə - 183 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Ardını oxu...
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbəri Zaur Hüseynovun, ardında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədovun işdən çıxarılması yeni kadr islahatlarının anonsu sayıla bilər.

32gun.az xəbər verir ki, müşahidələr görə, dövlət qurumlarında kadr dəyişikləri davam edəcək. Digər tərəfdən, istər Zaur Hüseynovun, istərsə də Bəhruz Məmmədovun işdən çıxarılması “Bakı Metropoliteni” QSC və ANAMA-da aparılan yoxlamaların nəticəsi kimi dəyərləndirilir.

Yoxlamaların digər qurumlarda aparılacağı gözlənilir. İddia olunur ki, növbədə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ola bilər. Fond vaxtaşırı satınalma müsabiqələri keçirir. Ehtimal olunur ki, yoxlamalar da əsasən satınalmalarla bağlı ola bilər.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadədir. Mahir Abbaszadə Milli Məclisin V və VI çağırış deputatı olub. Sonuncu parlament seçkilərində o, parlamentdən kənarda saxlanıldı. Hələ o zaman bu, Mahir Abbaszadənin artıq etimadı itirməsi kimi qiymətləndirilirdi.

Bundan başqa, bir müddət əvvəl Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun inşa etdiyi yaşayış binaları ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilirdi. Həmin paylaşımlarda mənzillərinin keyfiyyətsiz inşa edildiyi bildirilirdi.

Ona görə də növbəti dalğada ilk olaraq Mahir Abbaszadənin fəaliyyətinin yoxlanılması və müvafiq tədbirlərin görüləcəyi real görünür.

Ardını oxu...
 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Cəbrayıl şəhərinə daha 37 ailə - 212 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Xatırladaq ki, fevralın 17-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb. Həmin mərhələdə Cəbrayıla daha 42 ailə (205 nəfər) köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.//Report

Ardını oxu...
Fevralın 14-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan arasında videoformat çərçivəsində keçirilən danışıqlar ictimaiyyətdə diqqət çəkib.

Danışıqlar zamanı iki ölkə arasında dövlət sərhədinin delimitasiyasının davam etdirilməsi razılaşdırılıb. Budəfəki prosesin Gürcüstandan İrana qədər aparılmasına qərar verilməsi isə Zəngəzur dəhlizinin açılacağına dair müzakirələri gücləndirib. Maraqlıdır ki, digər tərəfdən Ermənistanın kütləvi şəkildə silah aldığı, sərhəddə mövqelərini gücləndirdiyi və bununla da növbəti müharibəyə hazırlaşdığına dair məlumatlar yayılır. Paralel olaraq isə Baş nazir Nikol Paşinyan hökumətinin Bakının şərtləri ilə dəhlizin açılmasına şərait yaradacağı iddia olunur.

İki ölkə arasındakı sülh danışıqlarında vəziyyət nə yerdədir? Mövcud gedişata uyğun olaraq dəhlizin yaxın zamanda açılması nə dərəcədə real görünür?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan üçün yeganə xilas yolu regional kommunikasiyanın açılmasıdır və İrəvan da Azərbaycandan Naxçıvana maneəsiz keçidin verilməsinin qaçılmaz olduğunu anlayır:

“Sadəcə Ermənistan hakimiyyəti bu məsələdə öz maraqlarını müəyyən qədər də olsa təmin edə biləcəyi variantları qəbul etdirməyə çalışır. Məsələn, Mehridən keçəcək yoldan istifadə zamanı Azərbaycana gömrük rüsumlarında güzəşt edilməsi, təhlükəsizliyin onlayn qaydada təmin olunması və s. kimi təkliflər irəli sürür. Bütün bunların heç biri rəsmi Bakı üçün məqbul deyil. Fikrimcə, Ermənistanın hərbi arsenalını gücləndirməsi, müharibə, hazırlığ haqda yayılan məlumatlar da bundan qayanaqlanır”.

Ekspertin sözlərin sözlərinə görə, İrəvanın burada iki mümkün hədəfinin olduğu ehtimalı var:

“Birincisi, təxribat hücumları ilə regionda eskalasiya yaratmaq və Bakı-İrəvan xəttindəki mövcud gündəliyi arxa plana keçirməkdir. Bununla danışıqların növbəti mərhələsində Zəngəzur dəhlizi də daxil Azərbaycanın tələblərinin olmadığı, yaxud korrekt edilmiş formada yer aldığı yeni gündəliyi formlaşdırmaq istəyirlər.

İkincisi, yeni təxribatlarla eskalasiyanı körükləməyə çalışan Paşinyan hakimiyyəti, beləliklə erməni ictimai rəyini formalaşdırmaq istəyə bilər. Çünki bu və ya digər formada regional kommunikasiyanın açılmasına çalışırlar və yekunda Azərbaycana güzəşt etməli olacaqlarını bilirlər. Lakin belə bir situsiya erməni ictimai rəyində hakimiyyətə qarşı qəzəbə səbəb olacaq. Mümkün eskalasiya isə müharibə təhlükəsini artırır və bu halda Paşinyan hakimiyyəti “razılaşmasaq, yeni müharibə başlayacaq” arqumenti ilə ictimai rəydəki narazılıqları neytrallaşdıra bilər”.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, fevralın 17-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Məhkəmədə Ruben Vardanyan və digərləri vasitəsilə separatçılara verilən silahların həcmi də açıqlanıb.

Bəlli olub ki, Ermənistan dövləti vaxtilə işğal etdiyi Azərbaycanın suveren ərazilərində yaratdığı və onun nəzarəti altında fəaliyyəti göstərmiş qondarma “Dağlıq Qarabağ respublikası”nı və onun qanunsuz silahlı birləşmələrini Ruben Vardanyan və digərləri vasitəsilə ümumilikdə 160 ədəd müxtəlif növ zirehli döyüş texnikası, 16.805.903 ədəd müxtəlif növ atıcı silah, onun komplekt hissələri və döyüş sursatları, 230 ədəd müxtəlif növ minaatan, tank əleyhinə 137 ədəd müxtəlif növ vasitə, 162 ədəd müxtəlif növ artilleriya topu, 3 ayaq radar sistemi və digər növ hərbi texniki əmlaklar, 41 min 522 ədəd müxtəlif növ əl qumbarası, habelə uçuş həyata keçirən təyyarə və digər avadanlıqları hədəfindən yayındırmaq üçün istifadə olunan Radiomaneə kompleksi “Pole-21”, naviqasiya və telemetriya siqnallarını susdurmaq üçün istifadə edilən “Repellent-1” radioelektron mübarizə kompleksi ilə silahlandırıb.
 
Ardını oxu...
Bu gün Qaradağlı faciəsinin ildönümüdür.

Azərbaycanı sarsıdan bu faciədən 33 il ötür.

Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 32 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub.

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulub, 1 nəfər öldürülüb, 4 nəfər yaralanıb. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişib.

Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırılıb. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutulub. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparılıb.

1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırılıb. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.

1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.
Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, iki nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan səkkiz kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib, “Qaradağlı soyqırımı şahidlərin dili ilə” adlı kitab hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.

Xatırladaq ki, kənd 1992-ci il fevralın 17-dən 2020-ci il noyabrın 10-dək Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaradağlı kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçib. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.

Dünyapress TV

Xəbər lenti