Ardını oxu...
 

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov bildirib ki, Yaxın Şərqdəki Hörmüz və Bab-əl-Məndəb boğazlarının İran və Yəməndəki husilər tərəfindən bloklanması halında dünya bazarında neftin qiyməti kəskin artaraq 110-130 dollar/barel səviyyəsinə çata bilər.

Musavat.com xəbər verir ki, bu fikrini senator öz “Telegram” kanalında paylaşıb. O qeyd edib ki, regionda gərginliyin artması yalnız hərbi deyil, həm də iqtisadi fəsadlara yol aça bilər:

“Əgər İran və husilər Hörmüz və Bab-əl-Məndəb boğazlarını bağlamağa çalışsalar, dünya enerji bazarında böyük silkələnmə olacaq. Neftin qiyməti 110-130 dollara qədər yüksələ bilər”, – deyə senator vurğulayıb.

 

 

Musavat.com

 
 
 
Ardını oxu...
2025-ci ilin may ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, mayda əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibbi xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 

Ardını oxu...
  

Milli Məclisin iclasında “Qaz təchizatı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, çıxış edən deputat Razi Nurullayev bildirib ki, layihədə xeyli maraqlı və əhəmiyyətli maddələr var:

“Ümumi götürsək, görünən budur ki, əsasən kasıb təbəqəyə o qədər də təsir etməyəcək. Amma məsələ kasıbçılıq və varlılıqda deyil, qanunun ədalətli olmasındadır. Vətəndaş qaz çəkilişi zamanı mənzilə və evlərə çəkiliş haqqını ödəyir və sayğaca görə də ödəniş edir. Ödəniş də xeyli böyük rəqəmdir. İndi onlar sabit tarif də ödəməlidir”.

Ardını oxu...

R.Nurullayev layihədən narazılığını ardınca bu şəkildə ifadə edib:

“Yəni istəyirsən qazı işlət, ya da işlətmə, aylıq müəyyən edilmiş məbləği ödəməlisən. Bu, mənə ədalətli yanaşma kimi görünmür.

Bilmək istəyirəm ki, bu məsələ hansı təcrübədən yaranıb? Biz bu təcrübəni hansı qonşu ölkələrdən əxz etmişik? Rusiyada, Gürcüstanda, Türkiyədə, İranda və digər yaxın ölkələrdə bu praktika varmı? Bu qanunu tələsik qəbul etməyək, ciddi müzakirə aparaq, istehlakçıların müzakirəsinə çıxaraq”.

E.Paşasoy,
Musavat.com

Ardını oxu...
İsrailin İrana hava hücumundan sonra “qara qızıl”ın qiyməti kəskin artıb.

“Report” xəbər verir ki, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 4,28% bahalaşaraq 1 barel üçün 73,35 ABŞ dolları, WTI markalı neftin iyul fyuçerslərinin qiyməti isə 7,95% artaraq 1 barel üçün 73,03 ABŞ dolları təşkil edib.

Bundan əlavə, Asiya indeksləri kimi ABŞ indeksləri də dəyər itirməyə başlayıb. İsveçrə frankı və qızılın isə qiymətləri yüksəlir.
 
Ardını oxu...
ABŞ-nin aviasiya nəhəngi "Boeing" şirkətinin səhmləri Nyu-York Fond Birjasında (NYSE) səhər ticarət sessiyasında demək olar ki, 8% ucuzlaşıb.

Bu barədə birjanın məlumatları təsdiq edir.

Səhmlərin dəyərindəki kəskin eniş Hindistanda "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" sərnişin təyyarəsinin qəzaya uğraması fonunda baş verib.

Bakı vaxtı ilə saat 13:30-da şirkətin səhmləri 7.96% ucuzlaşaraq bir səhm üçün 196.97 dollar təşkil edib. Saat 13:41-də isə qiymətlərdəki eniş zəifləyərək bir səhm üçün 199.14 dollar (-6,93%) səviyyəsində ticarət olunub.

Xatırladaq ki, bir müddət əvvəl Hindistanın qərbində, Əhmədabad şəhərinin hava limanı yaxınlığında "Boeing 787 Dreamliner" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Əhmədabad-London reysi üzrə hərəkət edirmiş və göyərtəsində 242 nəfər olub./Milli.az
 
Ardını oxu...
Qızıl avronu ötüb və qiymətli metalın rekord həcmdə alışları və qiymətlərin sürətli artımı sayəsində sanksiyalardan qorunma alətinə çevrilərək dünya mərkəzi banklarının ikinci ən vacib ehtiyat aktivinə çevrilib.

Bu barədə "Financial Times" Avropa Mərkəzi Bankının (ECB) məlumatlarına istinadən məlumat yayıb.

ECB-nin hesabatına görə, ötən il dünya rəsmi ehtiyatlarının 46%-i ABŞ dolları, 20%-i qızıl, 16%-i isə avronun payına düşüb.

"Mərkəzi Banklar rekord sürətlə qızıl yığmağa davam edib" deyən ECB əlavə edib ki, 2024-cü il Mərkəzi Bankların min tondan çox qızıl aldığı üçüncü ardıcıl il olub.

Avropa Mərkəzi Bankının son məlumatlarına görə, 1960-cı illərin ortalarında 38 min tona çatan Mərkəzi Bankların qızıl-valyuta ehtiyatları yenidən artaraq 2024-cü ildə 36 min tona çatıb.

ECB hesabatında deyilir: "Dünyanın Mərkəzi Bankları hazırda 1965-ci ildə olduğu qədər qızıla sahibdirlər".

Dünya Qızıl Şurasının məlumatına görə, keçən il ən çox alıcılar Hindistan, Çin, Türkiyə və Polşa olub.

Qızıla tələbin artmasına, xüsusən də "sarı metal"in qiymətinin əhəmiyyətli dərəcədə artması, eləcə də Rusiya Federasiyasının genişmiqyaslı işğalı, geosiyasi qeyri-sabitlik təsir edib. İlin əvvəlindən qızılın maya dəyəri 27% artaraq tarixi ən yüksək həddə - troya unsiyası üçün 3500 dollara (təxminən qramı 112,5 dollar) çatıb.

"Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra pul ehtiyatları üçün qızıla tələbat kəskin artıb və yüksək olaraq qalır", deyə ECB hesabatında bildirilir.

Qeyd olunur ki, qızılın alınması maliyyə aktivlərinin dondurulması kimi sanksiyalara qarşı hedcinq (risk təkrarsığortası-red.) hesab olunur. Ekspertlər son 3 ildə ən çox qızılı geosiyasi baxımdan Çin və Rusiyaya yaxın olan ölkələrin aldığını bildirirlər.
 
Ardını oxu...
Tibbi fəaliyyətlə məşğul olan "Planeta" İstehsal Kommersiya Şirkətinin külli miqdarda vergi borcu yaranıb.

Qaynarinfo-nun məlumatına görə, hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavad Xan küçəsi ev-24 göstərilən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 677.926,08 AZN vergi borcu var.

Borca görə şirkətin rəhbərinin ölkədən çıxışına da məhdudiyyət qoyulub. Həmçinin Dövlət Vergi Xidməti tərəfindən aparılan operativ vergi yoxlaması nəticəsində "Planeta" İstehsal Kommersiya Şirkəti barəsində 1000 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Yaqubov Elxan Ənvər oğludur. O, "Planeta" şirkətinin təsisçisi və direktorudur. Elxan Yaqubov həm də Bioloji Təbabət Klinikasının təsisçisidir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində artım proqnozunu saxlayıb.
“Report” xəbər verir ki, bank yeni hesabata 2027-ci il üçün ÜDM-in artım proqnozunu daxil edib. Bankın qiymətləndirmələrinə görə, 2027-ci ildə ölkə iqtisadiyyatı 2,3 % artacaq.

Beləliklə, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2025-2027-ci illərdə orta illik artımını 2,43 % səviyyəsində qiymətləndirir.

Cənubi Qafqazda iqtisadi artım tempinin 2025-ci ildə 3,6 %-ə, 2026-2027-ci illərdə isə 3,4 %-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.

"Gözləntilərə görə, neftin ucuzlaşması və qlobal tələbin zəifləməsi fonunda neft hasilatının azalması Azərbaycanda artıma təsir edəcək. Ermənistan və Gürcüstanda artımın zəifləyəcəyi proqnozlaşdırılır ki, bu da daxili tələbatın azalmasını və təkrar ixracın yavaşlamasını əks etdirir", - hesabatda qeyd olunub.

Dünya Bankının analitiklərinin fikrincə, xammal qiymətlərinin və qlobal tələbatın azalması bütün Avropa və Mərkəzi Asiya regionu üçün qarışıq nəticələrə səbəb olacaq: Azərbaycan, Qazaxıstan və Rusiya kimi enerji ixracatçılarına və Çinin artım tempinin yavaşlamasına xüsusilə həssas olan Tacikistan kimi metal ixracatçılarına mənfi təsir göstərəcək, eyni zamanda, Türkiyə kimi enerji idxalçılarına fayda verəcək.

Bank Avropa və Mərkəzi Asiya ölkələrində iqtisadi fəallığın zəifləyəcəyini gözləyir: 2024-cü ildə 3,6 % artımdan sonra 2025-ci ildə 2,4 %-ə qədər yavaşlama, 2026-cı ildə 2,5 %-ə qədər, 2027-ci ildə isə 2,7 % sürətlənmə proqnozlaşdırılır.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci ildə ÜDM artımı 3,7 %, 2026-cı ildə 3,2 %, 2027-ci ildə 3,6 % səviyyəsində gözlənilir.

Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: “S&P Global” 2025-2026-cı illərdə illik 2 %, “Fitch Ratings” 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, “Moody's isə 2,5 % səviyyəsində artım gözləyir.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3,5 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 3 %, 2026-cı ildə 2,5 %, Asiya İnkişaf Bankı növbəti iki il ərzində 3,4 % və 3,3 %, “ING Group” (Niderland) isə 2,5 % səviyyəsində artım proqnozlaşdırır.
 
Ardını oxu...
Son günlər ölkənin iki böyük mobil operatoru - "Azercell" və "Bakcell" tarif qiymətlərini kəskin artırıb. Bu dəyişiklik ictimaiyyət arasında narazılıqla qarşılanıb. İstifadəçilər mobil rabitə xidmətlərinin eyni vaxtda və paralel şəkildə bahalaşmasını şübhəli hesab edirlər.
Eyni zamanda vətəndaşlar bu qərarın aidiyyəti dövlət qurumları tərəfindən monitorinq olunub-olunmadığı, eləcə də gələcəkdə oxşar halların qarşısının alınması üçün hər hansı hüquqi və ya tənzimləyici dəyişikliklərin nəzərdə tutulub-tutulmadığı ilə maraqlanırlar.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, mobil operatorlar göstərdikləri sözügedən telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil şəkildə müəyyən edirlər və bu qiymətlər dövlət tərəfindən tənzimlənmir.
"Habelə tənzimləyici qurumlar tərəfindən normativ hüquqi aktlarla müəyyən edilmiş əsaslar olmadan təsərrüfat subyektlərinin satdığı məhsulun qiymətləri üzərində nəzarət həyata keçirilməsi qadağandır", - deyə İKTA-dan bildirilib.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, ilk növbədə telekommunikasiya sahəsində infrastruktura davamlı investisiyalar zəruridir:
“Şəbəkələrin genişləndirilməsi, yüksək sürətli 4G və 5G texnologiyalarının tətbiqi, avadanlıqların yenilənməsi xərclərini artırır. Qiymət artımının qarşılığında xidmət keyfiyyətinin yüksəlməsi isə operatorların əsas vəzifələrindən biri olmalıdır. Yüksək keyfiyyətli, sürətli və fasiləsiz rabitə təmin etmək üçün şirkətlər müasir texnologiyalara investisiya qoymalıdırlar. Lakin xidmət keyfiyyətinin dərhal yüksəlməsi bəzən mümkün olmur və istifadəçilər haqlı olaraq artan tariflərə görə gözləntilərini yüksək tuturlar”.
Ardını oxu...
Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir. Bu dünya təcrübəsində geniş tətbiq olunan yanaşmadır. Sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementi yaratmaqla maliyyə yükünü artırmaq deyil. Bu özü-özlüyündə metodoloji yanaşmalara zidd olar.

Trend xəbər verir ki, bunu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” Qanunda dəyışiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Direktor müavini vurğulayıb ki, təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yol verilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılıb.

“Hər hansı əlavə tarif elementlərinin tətbiqi hər hansı formada qadağan deyil və tarif xərclərini artıra bilməz. Sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin sabit və dəyişkən xərclər baxımından strukturlaşdırılması, o cümlədən xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır.

Fərz edək ki, 2 abonentimiz var, birinin 1, digərinin 2 mənzili var, hər ikisinin istehlak səviyyəsi eynidir. Bu məsələyə istehlak tarifi istiqamətindən baxdıqda 1 və 2 mənzili olan abonent eyni ödənişləri edir. Dəyuişiklikdəm sonra 3 mənzilin infrastuktur xərcləri 2 abonent arasında bölüşdürüləcək. Bu mövzuda bölgünün daha ədalətli şəkildə təmin olunmasını sabit tarif elementinin tətbiqində görürük. Sahə üzrə xərclər hətta istehlak olmasa belə, həmin abonentin xərclərinə aid ediləcək”, - deyə o qeyd edib.

Dünyapress TV

Xəbər lenti