Ardını oxu...
Rusiyalı MMA çempionu Həbib Nurməhəmmədov "Mançester Yunayted" klubunun sabiq kapitanı Patris Evranı qarışıq döyüş növləri üzrə debüt döyüşünə hazırlayacaq.

Oxu.Az xəbər verir ki, idmançılar arasında baş tutan söhbətin görüntüləri Peşəkar Döyüşçülər Liqasının sosial şəbəkə hesablarında yayımlanıb.

Verilən məlumata görə, Evranın ilk döyüşü 23 may tarixində Paris şəhərindəki turnir çərçivəsində keçiriləcək.

Qeyd edək ki, ötən həftə 43 yaşlı fransalı futbolçu, həvəskar səviyyədə qarışıq döyüş növlərində çıxış edəcəyini rəsmən bəyan edib. Lakin hələlik onun rəqibinin kimliyi açıqlanmayıb.
 
Ardını oxu...
Türkiyə Superliqasında XXXIII turun növbəti oyunu keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, “Fənərbağça” səfərdə “Qaziantep”in qonağı olub. Gərgin və maraqlı keçən görüş İstanbul nəhənginin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı meydan sahibləri açsa da, “sarı lacivərdlilər” üç top vuraraq qələbə qazanıb.

Bu nəticədən sonra xallarını 75-ə çatdıran “Fənərbağça” ikinci pillədə qərarlaşıb.
 
Ardını oxu...
Bu gün “Fənərbağça”nın Ali İdarə Heyəti toplantı keçirib.

Toplantı zamanı mübahisə də yaşanıb. Belə ki, “Fənərbağça”nın sabiq futbolçusu Ümit Özatla, İdarə heyətinin sabiq üzvü Hakan Bilal Kutlualp arasında gərginlik olub. Özat Kutlualpı kluba heç bir maddi
xeyir verməməkdə günahlandırıb: “Azarkeşlər bizə görə fənərbağçalı olur, sənə görə yox. Sənmi top qovdun bu klubda? Kluba bir lirə belə faydan olmayıb”. Kutlualpın “Oynamısansa, pulunu da almısan” cavabına Özat hirslə

“Fənərbağça”nın əfsanələrini misal çəkib: “Can Bartu pul almayıb? Nə danışırsan sən? Aleks maaş almayıb?”(savashmedia.az)
 
Ardını oxu...
"Real Madrid" aprelin 26-da İspaniya Kubokunun final matçında iştirak edəcək.

Bu barədə Oxu.Az "Kral klubu"nun rəsmi saytına istinadla xəbər verir.

Məlumata görə, "Real Madrid" klubla hakimlər arasında yaranmış münaqişəyə rəğmən, "Barselona" ilə oyuna çıxmaq qərarına gəlib:

"Final oyununda iştirakdan imtina imkanını heç vaxt nəzərdən keçirməmişik. Başa düşürük ki, futbol dəyərləri üstün gəlməlidir".

Qeyd edək ki, "Real Madrid"in klub televiziyasını tənqid edən hakimlər kənarlaşdırılmazsa, "Kral klubu"nun İspaniya Kubokunun finalını boykot edə biləcəyi barədə məlumatlar yayılmışdı.
 
Ardını oxu...
Minifutbol üzrə Azərbaycan millisi Monteneqroda keçirilən “Millətlər Liqası” turnirində ilk oyununu keçirib.

Referans xəbər verir ki, millimiz Bosniya və Herseqovina təmsilçisinə qalib gəlib.

Belə ki, komandamız rəqib üzərində 7:2 hesabı ilə qələbə qazanıb.
 

 
Ardını oxu...
Azərbaycan boksçusu Məhəmməd Abdullayev Rusiyanın Ufa şəhərində İBA PRO Çempionlar Gecəsində döyüşəcək.

Boks Federasiyasından verilən məlumata görə, 92 kiloqramdan yuxarı çəki dərəcəsində rinqə çıxacaq dünya çempionatının mükafatçısı yerli Bekxan İsrailovla görüşəcək. Döyüş 6 raund davam edəcək.

Çempionlar Gecəsindən öncə bu gün çəki və üz-üzə mərasimi keçirilib.

Qeyd edək ki, Ufada ümumilikdə 7 döyüş təşkil olunacaq.
 
Ardını oxu...
Futbol üzrə Azərbaycan Kubokunda "Araz-Naxçıvan"a qalib gələn "Qarabağ" finala yüksəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan yarımfinal mərhələsinin cavab oyununda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Yassin Benzia (65) Nəriman Axundzadə (70) və Toral Bayramov (77-p) fərqləniblər.

Tərəflər arasında ilk matçda Naxçıvan təmsilçisi qələbə qazanmışdı- 1:0.
 
Ardını oxu...
Məşhur “Sportico” idman jurnalı tarixin ən varlı idmançılarının siyahısını açıqlayıb.

Bu haqda nəşrin saytında dərc olunub.

Belə ki, reytinqin lideri karyerası ərzində 4,15 milyard dollar qazanan amerikalı basketbolçu Maykl Cordan olub. İkinci yerdə qolfçu Tayqer Vuds (2,79 milyard dollar), üçüncü yerdə futbolçu Kriştiano Ronaldo (2,23 milyard dollar) qərarlaşıb.

Məbləğlərə maaşlar, bonuslar, pul mükafatları, qonorar və sponsor şirkətlərdə iştirakdan əldə edilən vəsaitlər daxildir (Bütün gəlirlər vergidən əvvəl hesablanıb).

Qeyd edək ki, Maykl Cordan Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu və ikiqat Olimpiya çempionudur.
 

Ardını oxu...
  

"Qalatasaray" Türkiyə Kubokunun finalına vəsiqə qazanıb.

"Report" xəbər verir ki, İstanbul təmsilçisi bir oyundan ibarət yarımfinal mərhələsində səfərdə "Konyaspor"a 5:1 hesabı ilə qalib gəlib.

"Sarı-qırmızılar"ın qollarını Viktor Osimhen (26), Lukas Torreyra (42) Roland Şallai (47, 55) və Yusuf Demir (90+1) vurub. Meydan sahiblərinin heyətində isə Pedrinyo (53) fərqlənib.

Qeyd edək ki, "Qalatasaray" finalda "Trabzonspor" - "Göztəpə" matçının qalibi ilə qarşılaşacaq.

Ardını oxu...
Rusiya klubları və milli komandası böyük ehtimalla, 2025/2026 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.

Teleqraf “Football Meets Data” statistik platformasına istinadən xəbər verir ki, Rusiyanın kənarlaşdırılmasından bir neçə ölkənin komandası faydalanacaq.

Kipr və Macarıstan çempionları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən II-yə, Danimarka kubokunun sahibi Avropa Liqasının I təsnifat mərhələsindən II-yə keçəcək.

Bosniya və Herseqovina, Lixtenşteyn, İrlandiya, Şimali İrlandiya, İslandiya, Lüksemburq və Litva kubokunun sahibləri Konfrans Liqasının I təsnifat mərhələsindən II-yə adlayacaq.

Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynaya hərbi təcavüzdən sonra Rusiya millisi və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.
 

Dünyapress TV

Xəbər lenti