Ardını oxu...
Arda Gülərin boş vaxtlarında intizamsız davranışları "Real"ın məşqçilər heyəti və klub işçilərinin diqqətini çəkib.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Arda ilə bağlı şikayətlərin "kral klubu"nun baş məşqçisi Karlo Ançelottiyə qədər gedib çıxdığı iddialar arasındadır.

Ardanın xəbərdarlıq edildikdən sonra özünü qaydaya saldığı bildirilərkən, bu açıqlamalar verildi:

Məşqçilər korpusunun xəbərdarlığı təsirli göründü. Arda xəbərlərdən sonra sarsıldı və müsbət reaksiya verdi. O gündən etibarən pleymeyker məşqdə texniki detalları ilə hamını sevindirməklə yanaşı, xüsusilə dar meydançalarda yalnız özünün xəyal edə biləcəyi ötürmələri görürdü".
 
Ardını oxu...
“Transfermarkt” internet portalı hazırda dünyanın ən bahalı 10 yarımmüdafiəçisinin reytinqini təqdim edib.

Reytinqdə birinci yerdə transfer dəyəri 180 milyon avro olan “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqemdir. “Bayer”in hücumameyilli yarımmüdafiəçisi Florian Virts beşinci yerdən ikinci yerə yüksəlib. “Bavariya”nın oyunçusu Camal Musiala, “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays və “Mançester Siti”nin mərkəz yarımmüdafiəçisi Rodri sonrakı yerlərdə qərarlaşıb. Onlarının hamısının eyni transfer dəyəri var – 110 milyon avro.

Tam reytinq aşağıdakı kimidir:

Cud Bellinqem (Real Madrid, 180 milyon avro);

Florian Virts (Bayer, 110 milyon avro);

Camal Musiala (Bavariya, 110 milyon avro);

Deklan Rays (Arsenal, 110 milyon avro);

Rodri (Mançester Siti, 110 milyon avro);

Federico Valverde (Real Madrid, 100 milyon avro);

Martin Odeqaard (Arsenal, 95 milyon avro);

Qavi (Barselona, ​​90 milyon avro);

Eduardo Kamavinqa (Real Madrid, 90 milyon avro);

Orlean Tçuameni (Real Madrid, 90 milyon avro).
 
Ardını oxu...
Səudiyyə Ərəbistanı Pro Liqasında 25-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, çempionatın ikincisi olan “Ən-Nəsr” doğma meydanda autsayder “Əl-Tai”ni qəbul edib.

Qonaq komanda 36-cı dəqiqədən oyunu azlıqda keçirib ki, bu da onun böyük hesabla uduzmasına yol açıb - 5:1.

“Ən-Nəsr”in ulduzu Kriştianu Ronaldu 65, 67 və 87-ci dəqiqələrdə fərqlənməklə komandasının qələbəsində pay sahibi olub.

Hazırda portuqaliyalının komandası 59 xalla turnir cədvəlində ikinci yerdədir. O, lider “Əl-Hilal”dan 12 xal geri qalıb. “Al-Tai” isə 22 xalla 16-cıdır.
Ardını oxu...
“Transfermarkt” portalı dünyanın ən bahalı qapıçılarının adlarını açıqlayıb.

"Report" xəbər verir ki, transfer dəyərinə əsasən cədvələ “Portu”nun qolkiperi Diequ Koşta başçılıq edir.

Onun hazırkı bazar dəyəri 45 milyon avrodur.

1. Diequ Koşta (45 milyon avro, “Portu”)

2. Canluicci Donaruma (40 milyon avro, PSJ)

3. Qreqor Kobel (40 milyon avro, “Borussiya”)

4. Andre Onana (40 milyon avro, “Mançester Yunayted”)

5. Mayk Menyan (40 milyon avro, “Milan”)

6. Ederson Moraes ( 40 milyon avro, “Mançester Siti”)

7. Georgi Mamardaşvili (35 milyon avro, “Valensiya”)

8. Qulelmo Vikario (35 milyon avro, “Tottenhem”)

9. David Raya (35 milyon avro, “Arsenal”)

10. Alison Beker (35 milyon avro, “Liverpul”)
 
Ardını oxu...
Bu ilin yanvarında “Roma”nı tərk edən Joze Mourinyu əsas məqsədini açıqlayıb.

Fanat.az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi “X” hesabı üzərindən belə çatdırıb:

“Yığma komandanın baş məşqçisi olmağı hədəfləmişəm. Komandanı dünya çempionatı, Amerika Kuboku və ya Afrika Kuboku ərəfəsində qəbul etmək istəyirəm. Amma iki il gözləmək… Nə bilim… Ola bilsin ki, bu, bir gün baş verəcək”.
 
Ardını oxu...
Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu müəyyənləşib.

Publika.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşıb. Ağdam təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edib. Bununla da "Qarabağ" xallarının sayını 69-a çatdırıb.

“Qarabağ” buna sona 8 tur qalmış nail olub.

Qeyd edək ki, bu, “Qarabağ”ın 11-ci ölkə çempionluğudur.
 
Ardını oxu...
Azərbaycanın daha 4 kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.
 
Moderator.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, ənənəvi yarışın yarımfinal görüşlərindən sonra buna aydınlıq gəlib.
 
Həsən Məlikov (48 kq) yarımfinalda Şodiyorjon Melikuziyevi (Özbəkistan) 3:2 (28:29, 29:28, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. Məlikov finalda qazaxıstanlı Temirtaş Jussupovla münasibətinə aydınlıq gətirəcək.
 
Şamil Əsgərov (57 kq) Buzurqmehr İskanovla (Tacikistan) dueldən üstün ayrılıb - 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). O, qızıl medal uğrunda Xudoynazar Fayzovla (Özbəkistan) qarşılaşacaq.
 
Əzrək Bəbirov (60 kq) özbəkistanlı Sayat İlyasovdan güclü olub – 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28). Bəbirov qalib adı uğrunda Talqat Sirimbetovla (Qazaxıstan) mübarizə aparacaq.
 
Komanda yoldaşlarının uğurunu Tayfur Əliyev (63,5 kq) də təkrarlayıb. Boksçu finala gedən yolda rusiyalı İlya Popovu 4:1 (27:30, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Əliyev həlledici görüşdə Abdullah Madaminovla (Özbəkistan) qüvvəsini sınayacaq.
 
Beləliklə, bu gün baş tutacaq finallarda rinqə çıxacaq Azərbaycan boksçularının sayı 6-ya yüksəlib. Daha öncə Murad Allahverdiyevlə (86 kq) Alfonso Dominqes (92 kq) bu hüquqa yiyələnmişdilər. Onlar müvafiq olaraq Xasmaqomed Cavatxanov (Rusiya) və Toqambay Sadindiklə (Qazaxıstan) döyüşəcəklər.
 
Sərxan Budaqovla (80 kq) Məhəmməd Abdullayevin (+92 kq) ardınca Malik Həsənov (63,5 kq), İlqar Salahov (67 kq), Kamran Şahsuvarlı və Mirşərif Kazımzadə (hər ikisi 75 kq) yarımfinalda məğlub olaraq bürünc medal qazanıblar.
 
Boks Mərkəzində keçirilən yarışın final döyüşləri saat 14:00-da başlayacaq.
 
Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan millisi turniri 2 qızıl, 3 gümüş və 4 bürünc medalla bitirib.
Ardını oxu...
I Liqada çıxış edən klublara xoş xəbərimiz var.
Qarşıdakı «futbol ili»ni aşağı liqada keçirəcək iştirakçılara dövlət tərəfindən ödəniləcək yardım paketinin ümumi həcmi artırılacaq.
Söhbət təqribən 1,5-2 dəfə artımdan gedir.

Hazırda I Liqada mübarizə aparan komandaların hər birinə illik 300 min manat verilir. Bu vəsait aybaay onların bank hesabına köçürülür.

Ayrılan məbləğ əsasən maaşların ödənilməsinə sərf olunur. Ancaq aylıq 300 min manat kifayət etmir.//sportinfo.az
 
Ardını oxu...
“Real Madrid”in ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu”nun yenidən qurulması üçün xərclədiyi məbləğ açıqlanıb.

Fanat.az xəbər verir ki, məlumatı “The Atletic” yayıb.

Xəbərə görə, stadionunun təmiri üçün sərf edilən 1,76 milyard avro sərf edilib.

Qeyd edək ki, “Santyaqo Bernabeu”nun təmirinə 2019-cu ildə başlanılıb. Təmirin bu ilin yayınadək yekunlaşdırılması nəzərdə tutulub.
 
Ardını oxu...
“Qalatasaray”ın icarə əsasında “Aston Villa”da çıxış edən futbolçusu Nikolo Dzanyolo gələcək karyerası ilə bağlı açıqlama verib.

Fanat.az-ın məlumatına görə, “Corriere dello Sport” italiyalı yarımmüdafiəçinin sözlərini belə çatdırıb:

“Mən burada böyüdüm və püxtələşdim. “Latsio”? Yox, heç vaxt “Latsio”ya keçmərəm. Hazırda bütün diqqətimi “Aston Villa”ya yönəltmişəm. Gələcəyimi “Qalatasaray” müəyyənləşdirəcək”.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm “Aston Villa” forması ilə 20 rəsmi maçtda 2 qola imza atıb.
 

Dünyapress TV

Xəbər lenti