Ardını oxu...
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı öncəsi ölkə futbolunun əfsanələri arasında matç baş tutub.

Milli Gimnastika Arenasında keçirilən “Legends Cup”da “Premyer Liqa məşqçiləri” “Neftçi veteranları” ilə üz-üzə gəlib.
Matçın penaltilər seriyası oynanılıb. Bu zaman təcrübəli mütəxəssis Qurban Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

 
Ardını oxu...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb.
Bu barədə məlumat jurnalın sosial şəbəkə hesablarında paylaşılıb.

Mərasim sentyabrın 22-də Fransanın paytaxtı Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.

Qeyd edək ki, ötən il “Qızıl top” mükafatını "Mançester Siti"nin (İngiltərə) yarımmüdafiəçisi Rodri qazanıb.
 
Ardını oxu...
Məşqlərin insan sağlamlığına təsiri cinsə görə fərqlənə bilər. Son elmi araşdırmalar göstərir ki, qadınlar idmandan kişilərlə müqayisədə daha çox fayda görürlər və bu faydanı daha az səylə əldə edə bilirlər.

"LiveScience" portalının yazdığına görə, bu nəticələr 2024-cü ildə Amerika Kardiologiya Kollecinin jurnalında dərc olunan araşdırmaya əsaslanır.

Araşdırmada 27-61 yaş arası 412 mindən çox amerikalının məlumatları təhlil edilib, onlardan 55 faizi qadın olub. Məlumatlar ABŞ-ın Milli Sağlamlıq Sorğusu (NHIS) əsasında 1997-2017-ci illər arasında toplanıb və ölüm halları ilə əlaqələndirilərək 2019-cu ilin sonuna qədər təhlil olunub.

Araşdırmanın nəticələri nə göstərdi?

Qadınların 32 faizi, kişilərin isə 43 faizi həftədə ən azı 150 dəqiqə aerobik məşqlərlə müntəzəm şəkildə məşğul olduqlarını bildirib. Fiziki aktiv olan qadınlar, eyni cinsdən olan passiv insanlara nisbətən 24 faiz daha az ümumi ölüm riski ilə qarşılaşıblar. Bu göstərici kişilər üçün isə yalnız 15 faiz olub.

Ən böyük fərqlərdən biri də məşqlərin effektinin zamanla ölçülməsində müşahidə olunub. Belə ki, kişilərdə ölüm riskində əhəmiyyətli azalma yalnız həftədə 300 dəqiqəlik orta və ya intensiv fiziki fəaliyyətlə müşahidə olunub (18% azalma), qadınlarda isə bu fayda həftədə cəmi 140 dəqiqəlik fəaliyyətlə əldə olunub.

Qadınlar məşqlərdən daha çox fayda görür

Tədqiqat göstərib ki, fiziki fəaliyyətin müddətindən asılı olmayaraq, qadınlar bütün məşq səviyyələrində "nisbətən daha çox fayda" əldə edirlər. Məsələn, həftədə iki dəfə və ya daha çox qüvvə məşqləri edən qadınlar, heç məşq etməyən və ya az məşq edən qadınlarla müqayisədə 19 faiz daha az ölüm riski daşıyırlar. Kişilərdə isə bu rəqəm 11 faiz olub.

Bu fərq xüsusilə ürək-damar sağlamlığında daha qabarıq görünür. Aerobik fəaliyyətlə məşğul olan qadınlar ürək-damar xəstəliklərindən ölüm riskini 36 faiz azaldır. Bu göstərici kişilərdə cəmi 14 faizdir. Əzələ gücləndirici məşqlər isə qadınlarda ürək-damar riskini 30 faiz, kişilərdə isə 11 faiz azaldıb.

Bu nəticələr 2011-ci ildə "Circulation" jurnalında dərc olunan və 33 araşdırmanın nəticələrini birləşdirən metaanalizlə də üst-üstə düşür. Həmin metaanalizdə də qadınların fiziki fəaliyyətə daha yüksək dərəcədə müsbət cavab verdiyi bildirilirdi.
 
Ardını oxu...
Azərbaycan millisinin forvardı Mahir Emreli Almaniya II Bundesliqasında daha bir uğurlu oyuna imza atıb.
28 yaşlı hücumçu "Nürnberq"in heyətində mövsümün 34-cü turunda "Ayntaxt Braunşveyq"ə qarşı keçirilən matçda dubl müəllifi olub.

Emreli oyunun ilk hissəsində, ard-arda 10-cu, 20-ci və 45+1-ci dəqiqələrdə rəqib qapısına yol taparaq həm fərdi bacarığını, həm də komandasının üstünlüyünü göstərib. İkinci qolun qeydindən sonra futbolçu hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.
 
Ardını oxu...
Türkiyə Super Liqasında XXXVI tura yekun vurulub.

Bu gün keçirilən bütün matçlar eyni saatda baş tutub.

Lider "Qalatasaray" öz meydanında "Kayserispor"u qəbul edib.

Ev sahibləri rəqibini Viktor Osimhen, Barış Alper Yılmaz və Fernando Musleranın penaltidən vurduğu qollarla məğlub etməyi bacarıb.

Bu nəticə ilə xallarının sayını 89-a çatdıran "sarı-lacivərdlilər" sona II tur qalmış 25-ci çempionluğunu rəsmiləşdirib.

"Fənərbaxça" isə öz meydanında "Eyüpspor"a Edin Ceko və Yusif En-Nesrinin qolları ilə qalib gəlib - 2:1.

Türkiyə Super Liqası
XXXVI tur
20:00. "Qalatasaray" - "Kayserispor" - 3:0
20:00. "Fənərbaxça" - "Eyüpspor" - 2:1
20:00. "Kasımpaşa" - "Başakşəhər" - 2:3
20:00. "Alanyaspor" - "Beşiktaş" - 1:1
20:00. "Antalyaspor" - "Qaziantepspor" - 0:0
20:00. "Bodrumspor" - "Trabzonspor" - 1:1
20:00. "Samsunspor" - "Sivasspor" - 1:0
20:00. "Rizəspor" - "Göztəpə" - 6:3
 
Ardını oxu...
Arda Güler: "Bir gün, bir idmandan sonra Ancelotti yanıma gelip “Arda, bu Raul” dedi. Şöyle bir durum var: Bu efsanelerden birini ilk kez canlı gördüğünüzde, gerçek değilmiş gibi geliyor. Raul’ü Real’de oynadığı dönemde izleyememiştim. Ancelotti gülümsedi, ‘Kesin yine benimle dalga geçiyor’ diye düşündüm. Raul bana dönüp “Ben Raul Gonzalez, memnun oldum” dedi. Ben de “Hayır değilsiniz” dedim. Birkaç dakika böyle devam ettikten sonra Ancelotti, Kroos’u çağırdı.
“Toni, bu Raul mü?”
“Nasıl yani? Tabii ki.”
İnanmadım. Beni kandıramayacaklardı. Sonra Modric’i çağırdı.
“Luka, bu Raul mü?”
“Tabii ki Raul.”
O an korkmaya başladım. Telefonlardan Raul’ün resimlerini göstermeye başladılar ve nihayet pes ettim. “Özür dilerim, tanıştığımıza memnun oldum efendim.” Herkes Türkiye’den gelen çocuğa gülüyordu, Ancelotti bile.
Eve gidip aileme ne olduğunu anlatınca, bana bakıp “Arda…. Çok salaksın” dediler."
 
Ardını oxu...
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) futbol tarixinin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Fanat.Az sözügedən qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messidir.
Tarixin 10 ən yaxşı futbolçusu:

1. Lionel Messi (Argentina)
2. Pele (Braziliya)
3. Maradona (Argentina)
4. Kriştiano Ronaldo (Pirtuqaliya)
5. Yohan Kruiff (Niderland)
6. Ronaldo (Braziliya)
7. Zinəddin Zidan (Fransa)
8. Frants Bekkenbauer (Almaniya)
9. Alfredo Di Stefano (Argentina/İspaniya)
10. Ronaldinyo (Braziliya)

Messi karyerası ərzində 8 dəfə "Qızıl top" mükafatının qalibi olub. 4 dəfə Çempionlar Liqasını qazanan Leo 2022-ci ildə dünya çempionluğunu bayram edib.
 
 
 
Ardını oxu...
SSRİ yığmasının və Moskva “Dinamo”sunun sabiq qapıçısı Lev Yaşin futbol tarixinin ən yaxşı qapıçısı adına layiq görülüb.

Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) hazırladığı siyahıda öz əksini tapıb.

Siyahıda futbol tarixinin ən yaxşı 10 qapıçısı belə sıralanıb:

Lev Yaşin

Janluici Buffon

Manuel Noyer

İker Kasilyas

Qordon Banks

Petr Çex

Dino Zoff

Sepp Mayyer

Rikardo Zamora

Oliver Kan

Qeyd edək ki, Lev Yaşin bütün peşəkar futbolçu karyerasını Moskva “Dinamo”sunda keçirib. O, 1963-cü ildə “Qızıl Top” mükafatına layiq görülüb. Ulduz qapıçı öz oyun tərzi ilə qapıçı mövqeyində bir sıra texnikaların müəyyənləşdirilməsi üçün yeni standartlar qoyub.
 
Ardını oxu...
“Qızıl top”un beşqat sahibi və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo hansı klubun futbolçuları ilə heç vaxt forma dəyişməyəcəyini açıqlayıb.

Referans xəbər verir ki, “Give me Sport” Ronaldonun sözlərini sitat gətirib.

“Roma ilə matçı xatırlayıram, hesab 6:0 olanda məndən dayanmağımı istədilər. Rəqib mənə yalvardı ki, qol vurmağı dayandırım. Rəqib oyunçular məni hədələdilər. Mən heç vaxt bu klubun oyunçuları ilə forma dəyişmərəm” – Ronaldo deyib.

Yada salaq ki, 2007-ci ildə Çempionlar Liqasının 1/4 finalında “Mançester Yunayted” Romada ilk oyunda 1:2 hesabı ilə uduzduğu “Roma”nı evdə 7:1 hesabı ilə məğlub etmişdi.(Publika.az)
 
Ardını oxu...
İngiltərə Superkuboku uğrunda oyunun iştirakçıları müəyyənləşib.

“Kristal Pelas” İngiltərə kubokunun finalında “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

"Qartallar” ölkə Superkubokunda Premyer Liqada mövsümün çempionu olan “Liverpul”la qarşılaşacaq. Görüş avqustun 9-da "Uembli" stadionunda keçiriləcək.
 

Dünyapress TV

Xəbər lenti