Ardını oxu...
 

PSJ-nin baş məşqçisi Luis Enrike "Real Madrid"in futbolçusu Arda Güleri komandasında görmək istəyir.

Paris klubu "River Pleyt"in gənc istedadı Franko Mastantuono ilə maraqlanırdı. Lakin argentinalı futbolçu "kral klubu"na keçməyə yaxındır.

Bu barədə "El Nacional" məlumat yayıb.

Ona görə də Paris klubu diqqətini türkiyəli futbolçuya yönəldib.

A. Güler başa çatan mövsümdə "Real Madrid" forması ilə 43 matçda 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun "kral klubu" ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.

Transfermarkt portalına görə türkiyəlinin bazar dəyəri 45 milyon avrodur.  (Offsideplus.az)

Ardını oxu...
İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş Rusiyada müxtəlif sahələr üzrə məşhur simaların iştirak etdiyi Medialiqa komandalarından biri ilə müqavilə imzalayıb.

Tribunainfo.az “Mash on Sport”a istinadən xəbər verir ki, müdafiəçinin yalnız ödəniş məsələsi həllini gözləyir.

Belə ki, dünyanın ən titullu futbolçularından sayılan sabiq milli üzvü müqavilədə göstərilən bütün məbləği almaq, adı açıqlanmayan klub isə ödənişi iki hissəyə bölmək istəyir. Bununla yanaşı, Alveş Rusiya təmsilçisindən şəxsi sürücü, avtomobil və bahalı otel otağı da istəyib.

Qeyd edək ki, 42 yaşlı braziliyalı futbolçu 2024-cü ildə cinsi təcavüz ittihamı ilə həbs olunub və 13 aydan sonra azadlığa buraxılıb.
Ardını oxu...
Azərbaycan Velosiped Federasiyasının əvvəlki adı, loqosu və “Tour d’Azerbaidjan” velosiped yarışı bərpa edilib.

Referans xəbər verir ki, qurum yenidən Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) adlandırılacaq.

Bu məsələlər AzVİF İcraiyyə Komitəsinin iclasında təsdiqlənib.

Federasiyanın prezidenti Zaur Axundov iclasda qonaq qismində iştirak edən lüksemburqlu velosipedçi, 2010-cu il “Tour de France” və bir çox digər nüfuzlu yarışların qalibi Endi Şleki iştirakçılara təqdim edib.
Ardını oxu...
I vitse-prezident Sahib Ələkbərov quruma yeni rəhbərlik seçildikdən sonra görülmüş işlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, məşqçi və idmançılarla görüşlər keçirilib, onların fikir və təklifləri dinlənilib, federasiyanın 2025 – 2028-ci illər üçün fəaliyyətinin əsas istiqamətlərini özündə əks etdirən sənəd hazırlanıb.

Ələkbərov onu da bildirib ki, Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə danışıqlar aparılıb və beynəlxalq aləmdə böyük nüfuz qazanmış “Tour d’Azerbaidjan” velosiped yarışının bərpası barədə ilkin razılıq əldə edilib. 5 mərhələdən ibarət yarışın 2026-cı ildə təqvim planına daxil edilməsi üçün UCI-yə müraciət göndərilib.

İclasda AzVİF-in 2025 – 2028-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri, loqosu, ştat cədvəli və milli yığma komandanın yeni geyim forması təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası Mədət Quliyevin prezidentliyi dövründə Azərbaycan Velosiped Federasiyası adlanıb, qurumun loqosu dəyişdirilib və nüfuzlu “Tour d’Azerbaidjan” yarışı ləğv olunub.
 
Ardını oxu...
"Barselona" "Liverpul"un futbolçusu Luis Diaz üçün rəsmi təklif göndərib.

QOL.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

"Liverpul" isə Kataloniya təmsilçisinin təklifinə rədd cavabıverib. Klub "Barselona"ya 28 yalı vingerin satılmadığını bildirib.

"Mersisaydlılar"ın baş məşqçisi Arne Slot komandanın qarşıdan gələn mövsüm üçün siyahısını formalaşdırarkən Diaza ümid edir.

Həmçinin Luis ilə Səudiyyə Ərəbistanı klubları 28 yaşlı cinah oyunçusu ilə hələ də da maraqlanır.

Qeyd edək ki, L.Diaz geridə qalan mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
 
 
 
Ardını oxu...
"Qızıl top"un 8 qat sahibi Lionel Messi "İnter Mayami"ni tərk edə bilər.

Oxu.Az xəbər verir ki, jurnalist Flavio Azzaronun sözlərinə görə, "Barselona"nın keçmiş forvardı Argentina çempionatından "Nyuells Old Boyz" klubuna keçməyə qərar verib.

Məlumata əsasən, transfer 2025-ci ilin dekabrında baş tutacaq.

Daha əvvəl Messi özü karyerasını futbola başladığı klubda bitirmək istədiyini bildirmişdi.

Qeyd edək ki, "Real Madrid"in sabiq qapıçısı Keylor Navas da bu ilin yanvar ayından etibarən həmin klubda çıxış edir.

Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"nin şərəfini qoruyur. Bu mövsüm futbolçu MLS-də 13 matçda 10 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Ardını oxu...
UEFA Millətlər Liqasının yarımfinal mərhələsinin Almaniya-Portuqaliya matçı hava şəraitinə görə nəzərdə tutulan vaxtda başlamayıb.

Teleqaf xəbər verir ki, bu barədə Almaniya yığmasının mətbuat xidmətindən məlumat verilib.

Bakı vaxtı ilə saat 23:00-da başlamalı olan oyuna 23:10-da start veriləcəyi gözlənilir.
 
Ardını oxu...
Oyun qaydaları və onların nizamlanması üzrə fəaliyyət göstərən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) rəsmən yeni qayda qəbul edib.

Yenilik penalti yerinə yetirilərkən topa 2 toxunuşla bağlıdır.

Yeni qaydaya görə, əgər 11 metrlik cərimə zərbələri zamanı futbolçu topa bilməyərəkdən 2 dəfə toxunarsa və top qapıdan keçərsə, o zaman penalti yenidən yerinə yetirilməlidir.

Əgər təsadüfən 2 toxunuş zamanı top qapıdan keçməyibsə, müdafiə olunan komandanın lehinə sərbəst zərbə təyin olunacaq.

Bu qayda oyunsonrası penaltilər seriyasına da şamil ediləcək.

Yeni qayda 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, 2024/2025 mövsümündə oxşar vəziyyətə görə ən mübahisəli məqam "Atletiko" və "Real Madrid" arasında UEFA Çempionlar Liqasının 1/8 finalında baş verib. Həmin matçda penaltilər seriyası zamanı "Atletiko"nun üzvü Xulian Alvaresin ayağı təsadüfən 2 dəfə topa toxunduğunu görə hakimlər onun zərbəsini qol saymayıblar.

Bu səbəbdən "Atletiko" Çempionlar Liqasında mübarizəni dayandırıb. Əgər yeni qaydalar həmin vaxt tətbiq olunsaydı, Alvares zərbəni təkrarlamalı idi. \\Offsideplus.az
 

Ardını oxu...
  

"Ən yaxşı olduğumuza inanmalıyıq".

Bu sözləri "Barselona"nın gənc ulduzu Lamin Yamal ispan mətbuatına müsahibəsində bildirib.

"Real Madrid" "Arsenal"a uduzanda insanlar onların geridönüş edəcəyinə inanırdılar. Biz "İnter"lə heç-heçə etdik və hamı "Barselona"dan şübhə duydu. Dəyişilməli olan məhz budur".

18 yaşlı oyunçu gələcəkdə "Kral klubu"na mümkün transferinə münasibət bildirib: "Mən "Real"a? Mümkünsüzdür, olan iş deyil".

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının yarımfinalında "İnter"ə məğlub olub. Komanda cari mövsüm İspaniya La Liqasını, İspaniya Kuboku və İspaniya Super Kubokunu qazanıb. (Offsideplus.az)

Ardını oxu...
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Qaynarinfo xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstan seçməsi ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8) və Rəvan Kərimov (10, 29) fərqləniblər.

Qeyd edək ki, daha əvvəl keçirilən üçüncü yer uğrunda matçda Serbiya Monteneqronu (3:0) məğlub edib.
Ardını oxu...
  

Fransanın paytaxtı Parisdə PSJ klubunun Çempionlar Liqasının finalında mümkün qələbəsini qeyd edən azarkeşlərlə polis arasında toqquşmalar baş verib.

Musavat.com xəbər verir ki, hazırda Paris klubu İtaliyanın “İnter” komandası ilə keçirilən final qarşılaşmasında 4:0 hesabı ilə öndədir və bu, klub tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində çempionluq anlamına gələ bilər. Azarkeşlər oyunun başa çatmasını gözləmədən şəhərin mərkəzində bayram etməyə başlayıblar.

Şəhər rəhbərliyi mümkün qarışıqlıqlara qarşı öncədən tədbirlər görmüş, mağaza və restoranların vitrinləri bağlanmışdı. Lakin izdihamlı küçələrdə vəziyyət nəzarətdən çıxmağa başlayıb. Polis matç başa çatmamış mərkəzi küçələri bağlayıb, bəzi bölgələrdə fanatlarla qarşıdurmalar yaşanıb. Polis əməkdaşları iğtişaşları nəzarətə almaq üçün gözyaşardıcı qaz tətbiq edib.

Hadisə yerində gərginlik hələ də davam edir.

 

 
 
 
 
 

 

Toğrul İSMAYIL,
Musavat.com

 
 
 

Dünyapress TV

Xəbər lenti