Ardını oxu...
 

Özbəkistan milli komandasının üzvü Abdukodir Xusanovun "Mançester Siti"də mövsümün son 2 ayında oynamamasının səbəbi açıqlanıb.

Buna 21 yaşlı müdafiəçinin müqaviləsində qeyd olunan bənd səbəb olub.

Belə ki, futbolçunun transferi zamanı "Lans"la "Mançester Siti" arasında əldə edilən razılaşmaya əsasən, Xusanov debüt mövsümündə yeni klubunda ən azı 10 matç keçirəcəyi təqdirdə, ingilislər qarşı tərəfə 5 milyon avro bonus ödəməli idilər.

Məlumatı Qazaxıstan mətbuatı yayıb.

Buna görə Xosep Qvardiola perspektivli oyunçuya cəmi 9 qarşılaşmada şans verib. Bunlardan 6-ı İngiltərə Premyer Liqasına, 2-i Federasiyası Kubokuna, 1-i isə UEFA Çempionlar Liqasında "Real Madrid"lə oyuna təsadüf edib.

Xusanov axırıncı dəfə martın 30-da "Mançester Siti" formasını geyinib. Daha sonra ehtiyat oyunçular skamyasında oturan futbolçunun adı son 4 turda ümumiyyətlə, protokola düşməyib.

Hətta bir ara Abdukodirin "Barselona"ya icarəyə veriləcəyi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, Xusanov "Mançester Siti"yə bu ilin yanvarında Fransa "Lans"ından 40 milyon avro müqabilində transfer olunub.  (Offsideplus.az)

 
 
 
Ardını oxu...
Azərbaycanlı yeniyetmə futbolçu Murad Həmidov Almaniya Bundesliqasının “SV Elversberg” klubu ilə anlaşıb.

Bu barədə M.Həmidov “Qafqazinfo”ya özü məlumat verib.

16 yaşlı həmyerlimiz deyir ki, futbola kiçik yaşlarından böyük marağı olub:

“Almaniyaya gələndə ilk məqsədim Bundesliqada oynamaq idi. Çünki bu səviyyəyə çatmaq mənim üçün həm böyük hədəf, həm də məsuliyyət idi. Buraya 14 yaşımda tək gəlmişəm və cəmi bir il yarıma ən yüksək səviyyəyə – U17 Bundesliqaya çatdım”.

Yeniyetmə futbolçu düşünür ki, “SV Elversberg” onun karyerası üçün mühüm rol oynayacaq:

“Klubun məni seçməsi çox önəmlidir. Burada daha çox təcrübə qazanmaq öz üzərimdə işləmək və gələcəkdə daha yüksək səviyyələrə çatmaq istəyirəm. Hədəfim U17-Bundesliqaya damğa vurmaqdır. Bu səviyyəyə çatmaq heç də asan olmayıb bəzən hər gün 5-6 saat məşqlərə gedirdim yorulsam da, dayanmırdım. Bilirdim ki, zəhmətimin qarşılığını bir gün mütləq alacağam”.

O, çıxdığı yolda özünü dəstəkləyənləri də unutmur. Hədəfi isə ölkəmizi Avropada layiqincə təmsil etməkdir:

“Ailəm mənim ən böyük dayağım olub. Onlar həmişə mənə dəstək veriblər. Onlarsız bu yerə gəlmək çox çətin olardı. İstəyirəm ki Azərbaycanı xaricdə ən yaxşı şəkildə təmsil edim. Peşəkar futbolçu olum, Avropanın güclü komandalarında oynayım və bir gün Azərbaycan milli komandasının formasını geyinim. Bunun üçün əlimdən gələni edirəm”


Qeyd edək ki, U17 Bundesliqa Almaniyada bu yaş qrupu üzrə ən yüksək liqadır. Burada yalnız seçilmiş ən güclü 20-30 komanda oynayır.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bu gün Azərbaycan Kubokunun final oyunu keçirilib.

Apasport.az xəbər verir ki, həlledici görüşdə “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşə saat 19:00-da start verilib.

Gərgin keçən matçın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda vurulan bir qol oyunun taleyini müəyyənləşdirib. Görüş "Sabah"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə Vasili Berezutskinin yetirmələri ölkə kubokunun qalibi olublar.
 
 
 
Ardını oxu...
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı müəyyənləşib.

"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər.

Matçın əsas vaxtında hesab açılmayıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycanla qarşılaşmaq hüququ qazanıb.

Yarımfinalda yığmamıza məğlub olan Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Mükafatlar uğrunda oyunlar iyunun 1-də baş tutacaq.
 
Ardını oxu...
İspaniyanın "Real Madrid" klubunun rəhbərliyi Klublararası Dünya Çempionatının qalibi olacaqları təqdirdə hər futbolçuya bir milyon avro mükafat verəcək.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin AS nəşri məlumat yayıb.

Madrid təmsilçisinin rəhbərliyi yeni formatda keçirilən ilk yarışda qalib gəlmək istəyir.

Qeyd edək ki, Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.
Ardını oxu...
 

"Real Madrid" bu yay Rodriqo ilə vidalaşa bilər.

"Kral klubu" 100 milyon avroluq təklif gəlsə, braziliyalı futbolçunu satacaq. "Arsenal" və "Çelsi" onunla maraqlanır.

Bu barədə "AS" nəşri məlumat yayıb.

Rodriqo 2019-cu ildən Madrid təmsilçisində çıxış edir. O, cari mövsüm 50 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Onun "kral klubu" ilə 2028-ci ilin yayına qədər müqaviləsi var./Offsideplus.az 

Ardını oxu...
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

“Report” xəbər verir ki, bu, Milli Gimnastika Arenasında baş tutan 1/4 final mərhələsinin qarşılaşmalarından sonra bəlli olub.

Macarıstan Mavritaniyanı, Monteneqro Çexiyanı 1:0 hesabı ilə məğlub edib. Azərbaycan Serbiyadan (2:1), Serbiya isə Bosniya və Herseqovinadan (5:0) üstün olub.

Dünya çempionatı

Yarımfinal

Azərbaycan - Monteneqro

Macarıstan - Serbiya

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları sabah baş tutacaq.
 
Ardını oxu...
"Antalya şəhərində dünya çempionatı keçirilir. Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular".

Unikal xəbər verir ki, bunu açıqlamasında ötən gün Antalyada bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev deyib.

O bildirib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi.

O qeyd edib ki, beşbarmaqla bir zərbə üzündən, başından və bədənindən iki yerdən bıçaqla vurublar: "Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Ona da dəstək verən isə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim".

Azərbaycan Kikboksinq Federasiyasından saytımıza bildirilib ki, bu hadisəni törədən şəxsləri nə Azər Həsənsoy, nə də Elşən Abdulrəhimov tanıyır.

"Federasiya olaraq Araz Musayevin vurulmasını pisləyirik", - deyə qeyd edilib.
 

Ardını oxu...
  

İngiltərənin “Çelsi” futbol komandası UEFA Konfrans Liqasının finalında İspaniyanın “Real Betis”ini darmadağın edərək Avropanın üçüncü ən əhəmiyyətli klub turnirinin qalibi olub.

“Report” xəbər verir ki, matç Polşada Vrotslav stadionunda baş tutub.

“Zadəganlar”ın heyətində qolları Entso Fernandes, Nikolas Cekson, Ceydon Sançu və Moyses Kaysedo vurub. İspaniya komandasının heyətində isə Abde fərqlənib – 1:4.

Beləliklə, “Çelsi” ilk dəfə Konfrans Liqasının qalibi olub. Daha əvvəl London klubu Çempionlar Liqasını və Avropa Liqasını iki dəfə qazanmışdı.

Xatırladaq ki, 2023-cü ildə London A  A nun digər klubu sözügedən turnirin qalibi olmuşdu.
Ardını oxu...
Azərbaycanın altı cüdoçusu iyunun 13-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək dünya çempionatında seçilmişlər arasında olacaq.

"DogruXeber.az" xəbər verir ki, 73 kq çəki dərəcəsində iki idmançımız seçilmişlərdən olacaq.

Onlardan biri siyahının lideri Olimpiya çempionu Hidayət Heydərov, digəri isə altıncı olan Rəşid Məmmədəliyevdir.

Daha bir Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) də öz çəki dərəcəsində birincidir. Zelim Tçkayev (81 kq) reytinqdə beşinci, Elcan Hacıyev (90 kq) dördüncü, Uşangi Kokauri (+100 kq) isə altıncı seçilmiş idmançı olacaq.

Qeyd edək ki, yüksək reytinqə malik cüdoçular yarışa daha aşağı reytinqli rəqiblərlə qarşılaşma ilə başlayır və ya birbaşa ikinci mərhələdən mübarizəyə qoşulurlar.

Dünyapress TV

Xəbər lenti