Ardını oxu...
Zəngilan rayonunda fəaliyyət göstərən “Hünər İnşaat” şirkətində çalışan şəxs ağır iş qəzası nəticəsində ciddi xəsarət aldığını və şirkətin ona hər hansı dəstək göstərmədiyini iddia edir.
Bu barədə ''Ajans.az''a müraciət edən Əliquliyev Ramil Boris oğlu bildirib ki, işlədiyi zaman beton aparatında baş verən qəza nəticəsində sol qolunu dibindən itirib.

Zərərçəkmişin sözlərinə görə, hadisədən sonra “Hünər İnşaat” şirkəti ona yardım göstərməyib:
Ardını oxu...
“Beton aparatında işləyirdim. Hadisə zamanı sol qolumu tamamilə aparat aparıb. Ağır xəsarət almışam, amma şirkət maddi dəstək göstərmədi. Məsul şəxslər isə hələ də cinayət işinə cəlb olunmur” – deyə o bildirib.

Ramil Əliquliyevin iddiasına görə, hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində Ekspertiza və Dövlət Əmək Müfəttişliyi qəzanın baş verməsində şirkət və rəhbərliyin məsuliyyət daşıdığını ortaya qoyub. Lakin buna baxmayaraq, nə təzminat ödənilib, nə də hər hansı şəxs hüquqi məsuliyyətə cəlb olunub.
 
Ardını oxu...
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vətəndaşları Mənzil Məcəlləsini bilməməkdə ittiham edib. Sədr bildirib ki, Mənzil Məcəlləsinə görə, hündürmərtəbəli binaların tikildiyi torpaq sahəsi həmin binada yaşayan sakinlərin kollektiv mülkiyyəti hesab olunur:

"Binanın altında yerləşən bütün obyeklər, marketlər və s. həmin bina sakinlərinin mülkiyyətidir. Sakinlərin icazəsi olmadan tikinti şirkətlərinin həmin əraziləri satmağa, yaxud da icarəyə verməyə heç bir ixtiyarı yoxdur. Mənzil alan vətəndaşlar Mənzil haqqında qanunu bilsə, yaşadığı evdən gəlir əldə edəcəklər. Məsələn, binanın altında hər hansı marketlər şəbəkəsi yerləşir. Həmin market ayda nə qədər kirayə haqqı verir. Həmin kirayə pulu binada yaşayan sakinlər arasında bölüşdürülməlidir. Azərbaycanda mənzil sahibləri evlərindən gəlir götürə bilmir".

Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, binanın altındakı torpaq sahəsi sakinlərin hamısının mülkiyyətidir:

"Və yaxud da onların istifadəsindədir. Binanın damı, çardağı, zirzəmisi, liftləri, həyətyanı sahəsi də onların hamısına aiddir. Amma ola bilər ki, orada qeyri-yaşayış sahələri, market və s. kimi obyeklərin kimdəsə çıxarışı, yəni qeydiyyatı varsa, onun mülkiyyəti hesab olunur. Yoxdursa, onda həmin obyekt binanın ümumi mülkiyyətidir və ondan istifadə edərkən kassaya ödəniş edilməlidir. Amma son zamanlar başqa pozuntular var".

Əkrəm Həsənov deyir ki, Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti binaların zirzəmisində olan qarajlara da çıxarışlar verir:

"Bu, tam qanunsuzdur, amma bunu edənlər var. Vətəndaşlar da haqlarını bilmir, müvafiq dövlət qurumları da qanunu pozmağa başlayıb. Halbuki bu, ümumi mülkiyyətdə olan sahədir. Bu sahədə ciddi problemlər var. Dövlət tədbir görmür, vətəndaşlar da haqqını bilmir".
Ardını oxu...
Bu gün müzakirə olunan məsələlərdən biri də evi olmayan vətəndaşların mənzil əldə etməsi ilə bağlıdır. Belə ki, ev sahibi olmaq istəyənləri düşündürən suallar var: ipoteka ilə ev almaq daha sərfəlidir, yoxsa istehlak krediti ilə? Bildirilir ki, ipoteka daha uzunmüddətli və aşağı faizli olsa da, müraciət və sənədləşmə prosedurları əksər hallarda çətindir. Rəsmiyyət məsələsi və sair var, istehlak krediti isə baha başa gəlir.

Vətəndaş üçün çıxış yolu nədir? Şəxsin rəsmi gəliri yoxdursa, ipoteka və ya alternativ ev alma yolları hansılardır?

TEREF xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Emin Qəriblinin sözlərinə görə, elə istehlak kreditləri var ki, ipotekadan daha sərfəlidir.

O deyib ki, bəzən banklar pul verən zaman müəyyən güzəştlər tətbiq edirlər:

“İnsanlar daha çox güzəştli kreditə müraciət edirlər. Digər tərəfdən isə bəzən elə olur ki, vətəndaşlar ipoteka krediti üçün sənəd toplayan zaman əziyyətlə qarşılaşırlar. Nəticədə də istehlak kreditinə üz tuturlar ki, sənədləşmə işinə vaxt sərf etməkdənsə bundan yararlanaq. Orda faiz də çox olmur. Amma bu gün sosial ipoteka da var. Verilişlərin birində bank işçisi dedi ki, bəzi banklarda xüsusi proqramlar üzrə istehlak və ipoteka kreditləri sosialdan da sərfəli olur. Nəyin məsləhətli olub-olmaması isə vəziyyətə görə dəyişir”.

İqtisadçının dediklərinə görə, rəsmi gəlir olmadan da ev əldə etmək mümkündür:

“Əslində, rəsmi gəlir olmadan ev almaq olur. Onlar elə istehlak kreditdən istifadə edirlər. Lakin istehlak da ev almaq istəyən şəxsə şərt qoyur. Gəlir mütləq yaxşı olmalıdır və s. İstehlak krediti o boyda məbləği elə-belə vermir axı. Gəlirlər mütləq yoxlanır”.
 
Ardını oxu...
Rusiya hökuməti Dövlət Dumasına Rusiya Daxili İşlər Nazirliyi (DİN) ilə regional və bələdiyyə təhsil idarələri arasında miqrantların uşaqlarına dair məlumatların ötürülməsi mexanizminin tətbiqini təklif edən qanun layihəsi təqdim edib.

"DogruXeber.az" xəbər verir ki, sənəd Dumanın məlumat bazasında yerləşdirilib.

Dəyişikliklər bir sıra federal qanunlarda nəzərdə tutulub. "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanunda təklif edilir ki, regional və bələdiyyə təhsil idarələri miqrantların uşaqlarının rus dili biliklərinin test nəticələrinə, onların məktəb və kolleclərə qəbuluna və ya onlardan kənarlaşdırılmasına dair məlumatları DİN-ə göndərmələri norması təsbit edilsin.

DİN isə miqrant uşaqların yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyat uçotundan çıxarılması ilə bağlı məlumatları regionlara ötürəcək.

Bundan başqa, əcnəbi vətəndaşların uşaqlarını uşaq bağçasına qəbul edərkən onlardan uşaqda başqaları üçün təhlükə yaradan yoluxucu xəstəliklərin olmadığı barədə tibbi arayış tələb olunacaq.
Ardını oxu...
Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq niyyətindədir.

Referans xəbər verir ki, bu barədə iqtisadçı Əkrəm Həsənov Mərkəzi Bankın sədri ilə iqtisadçılar arasında keçirilən görüşlə bağlı deyib.

Onun sözlərinə görə, bundan sonra dövlət müəssisələri tərəfindən verilən maaş və pensiyalar yalnız iri banklar vasitəsilə deyil, vətəndaşların seçdiyi istənilən bank vasitəsilə ödəniləcək:

“Əslində, qanunla bu hüquq var idi, sadəcə ona əməl olunmurdu. İndi isə bu məsələ nəhayət ki, reallaşacaq”.

Ə.Həsənov əlavə edib ki, Mərkəzi Bank eyni zamanda islam bankçılığı institutlarını mərhələli şəkildə tətbiq etməyi planlaşdırır.
Ardını oxu...
 

Dünyada ictimai nəqliyyatı tamamilə pulsuz olan ölkələr var; professor deyir ki, ölkəmizdə heç olmasa müəyyən günlərdə ictimai nəqliyyat pulsuz olmalıdır

23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyədə ictimai nəqliyyat pulsuz xidmət göstərib. Bununla bağlı prezident fərmanı Türkiyənin “Resmi Gazete”sində dərc olunub.

Fərmanda qeyd olunur ki, 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə Başkentray və Marmarayda, o cümlədən Sirkeci-Kazlıçeşme dəmiryol xətti və Gayrettepe-İstanbul hava limanı-Arnavutköy istiqamətləri üzrə hərəkət edən ictimai nəqliyyatda gediş haqqı pulsuz olacaq.

Dünya praktikasında bir çox ölkələrdə bayram günlərində ictimai nəqliyyat pulsuz xidmət göstərir. Ölkəmizdə həftənin bazar günləri Bakıda parklanma yerləri ödənişsizdir. Bəs bəzi bayram günlərində (məsələn, 28 Mayda) ictimai nəqliyyatın ödənişsiz xidmət göstərməsi nə dərəcədə mümkündür?  

Yalnız Türkiyədə deyil, dünya praktikasında bir sıra ölkələrdə və şəhərlərdə ictimai nəqliyyatın tamamilə və ya müəyyən günlərdə pulsuz olması təcrübəsi var. Bu, ətraf mühitin qorunması, tıxacların azaldılması və sosial ədalətin təmin olunması məqsədi daşıyır. Misal üçün, Lüksemburq dünyada ilk ölkədir ki, 2020-ci ildən etibarən bütün ictimai nəqliyyatı tamamilə pulsuz edib. Avtobus, tramvay və qatarlar həm şəhər daxilində, həm də şəhərlərarası səfərlərdə pulsuzdur.  Estoniyanın Tallin şəhərində 2013-cü ildən bəri daimi sakinlər üçün ictimai nəqliyyat pulsuzdur. Digər Estoniya şəhərləri də bu modelə keçməyə çalışıblar. Almaniyada bəzi şəhərlərdə qısa müddətli və ya bayram günlərinə xüsusi layihələr çərçivəsində pulsuz nəqliyyat xidməti təqdim olunur. Məsələn, Berlin müəyyən günlərdə bu təcrübəni tətbiq edib. ABŞ-da da bəzi şəhərlərdə, xüsusən Kansas City, Columbia (South Carolina) və Chapel Hill (North Carolina) kimi şəhərlərdə ictimai nəqliyyat pulsuzdur. Hindistanın Dehli şəhərində isə yalnız qadınlara metroda və bəzi avtobus xətlərində pulsuz gediş haqqı təqdim olunur.

Ölkəmizdə nəqliyyat özəl və dövlət strukturlarına ayrılır. Dövlət strukturunda müəyyən şəxslər üçün müxtəlif güzəştlər tətbiq edilir.  Amma bu proses də metro və avtobuslardan istifadədə fərqlidir. Məlumdur ki, ölkəmizdə 5 yaşdan aşağı olan şəxslər bütün nəqliyyat vasitələrindən ödənişsiz istifadə edə bilirlər. Özəl sektordan bunu gözləmək çətindir, dövlət strukturlarında nəqliyyatdan pulsuz istifadə edilməsinə müəyyən təşəbbüslər ola bilər. Bununla bağlı müəyyən layihələr də reallaşdırıla bilər. İnanmaq istərdik ki, bir gün paytaxtda nəqliyyat  pulsuz olacaq. Amma o nə vaxt olacaq, bunu söyləmək çətindir.

Ardını oxu...

Zahid Məmmədov

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov “Yeni Müsavat”a mövzu ilə bağlı fikrini bölüşüb: “Azərbaycanda da bu kimi layihələrin həyata keçirilməsi üçün imkanlar var. Xüsusən də gənclərin mədəni inkişafından danışırıqsa, bunlara diqqət etməliyik. Hətta Rusiyada belə gənclərin, tələbələrin endirimli kartları var. Fransada belə tələbə kartları var, istənilən yerlərə gedə bilirlər. İndi bizdə müəllim yanına gedən uşaqlar nə qədər avtobusa pul ödəyirlər. Metroya minir, sonra avtobusa minir, hər dəfə pul ödəməli olur. Türkiyədə isə avtobusa mindikdən sonra başqa nəqliyyatlara, misal üçün tramvaya mindikdə pulsuz sayılır. Müəyyən saat çərçivəsində bir yerə gedirəmsə, bir neçə dəfə nəqliyyat dəyişirəmsə, pul ödəyirəm, evə gedib çatmağım 3-5 manat pul edir. Biz, əlbəttə, bunu düşünməliyik. Bununla bağlı gərəkli addımların atılmasının vaxtıdır. Müəyyən insanlara bu güzəştlərin olması günün tələbidir. Özəlliklə bir qayda olaraq tələbələrə, şagirdlərə, pensiyaçılara dəstəyimizi göstərməliyik. Elə pensiyaçı var ki, 4-5 dəfə xəstəxanaya gedib gəlir. Bunlar çox vacibdir. Bayramlarda mütləq ictimai nəqliyyat pulsuz olmalıdır. Muzeylər də müəyyən tarixlərdə mütləq pulsuz olmalıdır. Bütün bunlar Azərbaycan xalqının rifahı naminə həyata keçirilməlidir”.

Professor əlavə edib ki, bu kimi layihələrə özəl sektor dəstək verməlidir: “Sosial məsuliyyət çərçivəsində bunu özəl sektor etməlidir. Özəl sektor çalışır ki, insanların rəğbətini qazansın.  Bu gün bütün dünyada şirkətlər sosial məsuliyyət çərçivəsində insanların sosial rifahının inkişafına dəstək olur. Onları işlə təmin edir, məktəb, kitabxana tikir. O şirkətlər ki, müəyyən regionlarda yerləşir, onlar çox zəngin olur. Hazırda Sibirdə fəaliyyət göstərən rus şirkətləri var, onlar hara gedirlərsə, zənginləşirlər. Orada hər şey özəlləşir, bir görəsiniz şirkətlər orada nələr yaradıb. İnfrastruktur, kinoteatrlar, mədəniyyət sarayları yaradıblar. Misal üçün, Domodedovada elə parklar, sanatoriyalar açılıb ki, həmin region da o qədər inkişaf edib ki. Bizdə də Sədərək, Binə, Lökbatan da belə inkişaf etməlidir, çünki orada iş adamları var, sosial məsuliyyət var. İş adamı olan yerdə bu cür layihələrə dəstək verilir. Bu mədəniyyəti bizə də gətirmək lazımdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Ardını oxu...
Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır
Xəbər verdiyimiz kimi, ötən il dövlət hesabına 1 634 məcburi köçkün ailəsi mənzillə təmin olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 1 634 məcburi köçkün ailəsində ailə üzvlərinin ümumi sayı 6 492 nəfər olub.
Qeyd edək ki, məcburi köçkün ailələrinə verilən mənzillərin ümumi sahəsi 153 502,3 kvadratmetr olduğu üçün hər bir məcburi köçkünə orta hesabla 23,6 kvadratmetr mənzil sahəsi düşüb.
Onu da bildirək ki, adambaşına düşən mənzil sahəsi ayrı-ayrı rayonlarda fərqli olub. Məsələn, Laçın rayonunda hər bir məcburi köçkünə orta hesabla 34,2 kvadratmetr mənzil sahəsi düşdüyü halda, Biləsuvar rayonunda bu göstərici 9,4 kvadratmetr olub.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda adambaşına düşən minimum mənzil sahəsi 12 kvadratmetrə bərabərdir. “Yaşayış minimumu haqqında” Qanunun tətbiq edilməsi barədə Prezidentin 2004-cü il 29 dekabr tarixli, 170 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti 2005-ci il 23 iyun tarixində Qərar qəbul edib. “Minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” Qərarda açıq şəkildə göstərilir ki, Azərbaycanda adambaşına düşən minimum mənzil sahəsi 12 kvadratmetr təşkil edir. Qanuna görə bu ölçü elmi normalar əsasında müəyyən edilib və insanın sağlamlığı və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan normadır.
Siyahıda ötən il məcburi köçkünlərə dövlət hesabına verilən mənzillərdə adambaşına düşən mənzil sahəsi göstərilib:
Laçın r. – 34,2 kv.m;
Cəbrayıl r. – 31,7 kv.m;
Xocalı r. – 23,2 kv.m;
Şuşa r. – 21,3 kv.m;
Füzuli r. – 19,7 kv.m;
Sumqayıt ş. – 18,5 kv.m;
Abşeron r. – 16,7 kv.m;
Mingəçevir ş. – 16,5 kv.m;
Binəqədi r. – 16,4 kv.m;
Kürdəmir r. – 16 kv.m;
Ağcabədi r. – 15,9 kv.m;
Şirvan ş. – 15,9 kv.m;
Sabunçu r. – 15,8 kv.m;
Qaradağ r. – 15,2 kv.m;
Pirallahı r. – 14,8 kv.m;
Tərtər r. – 14,5 kv.m;
Şabran r. – 13,6 kv.m;
Ağdam r. – 13,4 kv.m;
Yevlax r. – 13,2 kv.m;
Zaqatala r. – 13,2 kv.m;
Ucar r. – 13 kv.m;
Qəbələ r. – 13 kv.m;
Bərdə r. – 12,8 kv.m;
Goranboy r. – 12,5 kv.m;
Sabirabad r. – 11,7 kv.m;
Gəncə ş. – 11,7 kv.m;
İmişli r. – 11,2 kv.m;
Saatlı r. – 10,1 kv.m;
Göygöl r. – 9,8 kv.m;
Beyləqan r. – 9,7 kv.m;
Biləsuvar r. – 9,4 kv.m.

Açıqlanan məlumatlardan da göründüyü kimi, 7 şəhər və rayonda məcburi köçkünlərə verilən mənzillərdə adambaşına düşən mənzil sahəsi minimum səviyyədən də aşağı olub.
Onu da xatırladaq ki, Mənzil Məcəlləsinin 49-cu maddəsində göstərilir ki, dövlət mənzil fondunun minimal ölçüsü müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunur. 2022-ci ildə müvafiq icra hakimiyyəti, yəni Nazirlər Kabineti “Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilməsi məqsədləri üçün uçot normasının müəyyən edilməsi barədə” qərar layihəsini açıqlayıb və bildirilib ki, mənzillərin minimal sahəsi 12 kvadratmetr nəzərdə tutulacaq. Bu qərar layihəsi bu günə kimi təsdiq olunmasa da, 2019-cu ildə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını təsdiq edib. Həmin qərarda dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 16 kvadratmetr müəyyən edilib.
 
Ardını oxu...
Son günlər sosial şəbəkələrdə yayılan məlumata görə, Sahibkarlar Konfederasiyasında MTK-larla görüş keçirilib.

Bildirilir ki, bu görüş zamanı MTK-lar mənzillərinə adekvat kompensasiya istəyən və evdən çıxmaq istəməyən sakinlərlə bağlı qanun qəbul edilməsini tələb edirlər. Qeyd edək ki, yeni binalar tikilən zaman tikinti şirkətləri ilə ev sahibləri arasında bir çox hallarda anlaşmazlıq yaranır.

Bəzi ev sahibləri müəyyən edilən məbləğlə razılaşmaq istəmirlər və bu zaman şirkətlər hər vasitəyə əl atırlar. Məsələn, bu yaxınlarda “Melissa Group” şirkəti ev sahibi ilə razılaşmadığı üçün ona güc tətbiq etmişdi.

Ümumiyyətlə, dövlət təyinatlı obyektlərin tikintisi üçün evlərin sökülməsi zamanı sakinlərlə razılığa gəlinir. Ancaq özəl şirkətlərin məcburi şəkildə vətəndaşları evlərini tərfk etməsini tələb etmək haqqı yoxdur. MTK-ların ev sahiblərini məcburi şəkildə evdən çıxarmasıyla bağlı qanun qəbul oluna bilərmi? İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bu, birbaşa hüququn pozulması ola bilər:

“Mülkiyyət hüququ konstitusiya ilə qorunur və “Dövlət satınalmaları haqqında” Qanun var. Dövlət əhəmiyyətli obyektlərin tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, təhlükəsizliklə bağlı məsələlərin həlli üçün dövlətin satınalma üstünlüyü var.

Ancaq dövlətin satınalma üstünlüyünə baxmayaraq, vətəndaşların haqları tanınır. Dövlətin təyin etdiyi qiymətlə razılaşmayanlarla bağlı 200 günlük müddət tanınır və onların hətta məhkəməyə müraciət etmə haqları var.

Bu, kifayət qədər pozitiv bir qanundur. Ona görə də özəl şirkətlərə belə bir haqq vermək doğru deyil. Özəl şirkətlərin əsas məqsədi qazanc əldə etməkdir. Onlar qazanc əldə etdiklərinə görə də vətəndaşlarla danışmağı, anlaşmanı bacarmalıdırlar.

Yəni orada fiks qiymətlərin müəyyənləşməsi insanların mülkiyyət hüququnun kobud pozuntusuna gətirib çıxara bilər. Belə bir qanunun qəbul edilməsini düşünmürəm. MTK-lar bunun lobbiçiliyini edirlər ki, belə bir qanun qəbul olunsun”.

O deyib ki, anlaşma mexanizmləri ilə bağlı müəyyən qaydaların müəyyənləşməsi ola bilər:

“Məsələn, bir binada 40 ailədirsə və onun 39 –u razılaşıb və biri razılaşmırsa, bununla bağlı müəyyən prosedur qaydaları müəyyənləşdirilə bilər. Ancaq onun zorla çıxarılması, qiymət diqtə etməsi mümkün deyil.

Mülkiyyətçinin müəyyən qiymət təyin etmək haqqıdır. Ona görə də MTK-ların bu qanunla bağlı lobbiçilik etməsinə baxmayaraq, onlara üstünlük verən hansısa bir qanun qəbul edilməsi mümkün deyil. Düşünmürəm ki, belə bir qanun qəbul edilər”.
 
Ardını oxu...
“Bu gün piştaxtalarda 2 manat 20 qəpiyə təklif olunan təzə kartofun 1 kiloqramının qiyməti əkin sahəsində 30-35 qəpikdir”.

Tribunainfo.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Tovuz rayon sakini, fermer Xalid Rzayev deyib.

Onun sözlərinə görə, kartofun kəskin bahalaşmasının əsas səbəbi onun əldən-ələ keçməsidir: “Torpaq sahibindən vitrinə qədər olan arada çoxsaylı adamlar var. Bir nəfər kartofu torpaq sahibindən, yəni onu əkəndən alır. Həmin adam isə gətirib “Meyvəli” bazarında satır. Sonra həmin məhsul oradan müxtəlif marketlər şəbəkəsinə satılır. Göründüyü kimi, şəbəkələrin təsərrüfatla əlaqəsi yoxdur. Təkcə marketlər şəbəkələrinin birbaşa torpaq sahibi ilə əlaqəsi olsa, aradakı iki şirkətin qazancını yalnız bir şirkət qazanar. Bu da bir\başa qiymətə təsir etmiş olur. Biz yetişdirdiyimiz məhsulu yerində 30-35 qəpiyə satırıq, amma vitrinə gəlincə qiymət 2 manat, hətta bəzən ondan yuxarı olur. Səbəb də budur ki, fermer arada olan bir neçə sahibkarla işləmək məcburiyyətindədir”.

Fermer deyib ki, əgər marketlər kartofu birbaşa onu əkəndən alsa, qiymətlər əhali üçün əlçatan olar:

“Bu kimi narahatedici vəziyyətə görə ötən il kartof əkən sahibkarların böyük əksəriyyəti bu il məhsul əkmədi. Torpaq sahibi ziyana gedir. 100 hektardan çox kartof üçün əkin sahəmiz var. Amma 35 qəpiyə satdığımız kartofu vitirində 2 manata görəndə əkmək istəmədik. Elə özüm qazanaram da. Əziyyətini biz çəkirik, başqası qazanır. Bu gün kartofdan qazancı ancaq onu 35-40 qəpiyə alan şirkətlər qazanır”.
 
Ardını oxu...
  

Ölkə üzrə aprelin 22-də pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Musavat.com

 
 
 

Dünyapress TV

Xəbər lenti