Ardını oxu...
Azərbaycanda qumarın qanuni formalarından biri olan Azərlotoreya ASC, 2001-ci ildən fəaliyyət göstərir və dövlət nəzarətində olan müəssisə hesab olunur. Rəsmi məqsədi əyləncə və idman tədbirlərinin maliyyələşdirilməsi olsa da, cəmiyyətin müxtəlif təbəqələri arasında ciddi tənqidlərə səbəb olur. Bu yazıda Azərlotoreyanın fəaliyyətinin sosial, iqtisadi və psixoloji fəsadlarına diqqət yetirəcəyik.

Gəlirlər hara xərclənir?

Azərlotoreya illik olaraq milyonlarla manat gəlir əldə edir. Gundeminfo.az xəbər verir ki, rəsmi mənbələrə görə, 2023-cü ildə Azərlotoreya 60 milyon manatdan çox satış dövriyyəsi göstərmişdir. Lakin bu gəlirin cəmiyyətə nə qədər fayda verdiyi açıq-aşkar görünmür. Əgər bu gəlirlər idmanın və sosial layihələrin inkişafına yönəldilirsə, nəticələri haradadır? İdman infrastrukturunun zəifliyi və sosial layihələrin məhdudluğu bu sualları gündəmə gətirir.

Niyə kasıblar daha çox hədəf kütlə seçilib?

Tədqiqatlar göstərir ki, lotoreyalarda daha çox aşağı və orta gəlirli insanlar iştirak edir. Onlar maddi vəziyyətdən çıxış yolu kimi bu sistemə ümid bağlayırlar. Bu isə cəmiyyətin ən həssas təbəqələrinin istismarına gətirib çıxarır. Belə bir psixoloji asılılıq "xəyal satışı" adlandırıla bilər. İnsanlar real əmək və təhsil yolu ilə deyil, şansa əsaslanaraq həyatlarını dəyişəcəyinə inanmağa başlayırlar.

Azərlotoreya oyunlarında böyük uduşların şansı olduqca azdır. Məsələn, 6/40 oyunu üzrə əsas uduş ehtimalı təxminən 1:3,838,380 səviyyəsindədir. Bu o deməkdir ki, bir nəfərin böyük mükafatı qazanma ehtimalı milyonda birə yaxındır. Lakin reklamlar və ictimai çağırışlar bu riskləri gizlətməklə məşğuldur.

Ailə institutuna qarşı soyuq terror

Lotoreya asılılığı ciddi sosial və psixoloji problemə çevrilə bilər. Gündəlik olaraq eyni şəxslərin "udacam ümidi" ilə bilet alması, psixoloji gərginlik, maddi tənəzzül və ailə münaqişələrinə yol açır. Azərbaycanda bu mövzu geniş araşdırılmasa da, beynəlxalq təcrübə göstərir ki, qumar asılılığı çox vaxt borclanma, ailə dağılması və depressiya ilə nəticələnir.

Dövlət Azərlotoreyadan əldə olunan gəlirləri daha şəffaf şəkildə bölüşdürməli, onun yaratdığı sosial təsirləri azaltmaq üçün maarifləndirmə kampaniyaları təşkil etməlidir. Eyni zamanda, uduşların statistikası açıq olmalı və vətəndaşlara real qazanc ehtimalı barədə məlumatlar verilməlidir. Skandinaviya ölkələrində bu istiqamətdə nümunəvi təcrübələr mövcuddur — orada lotoreya gəlirləri şəffaf şəkildə təhsil, səhiyyə və idman sahələrinə yönəldilir.

Nəticə

Azərlotoreya əyləncə vasitəsi kimi təqdim olunsa da, onun arxasında dayanan sosial və psixoloji təhlükələr diqqətdən qaçmamalıdır. Şəffaflıq, sosial məsuliyyət və maarifləndirmə olmadan bu sistem daha çox insanın maddi və mənəvi çöküşünə səbəb ola bilər. Qısamüddətli ümidlərə deyil, uzunmüddətli islahatlara ehtiyac var.
Ardını oxu...
Sərfəli xidmətləri ilə tanınan “Nar” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən maarifləndirici kampaniyaya tərəfdaşlıq edərək, uşaqların hüquqlarının qorunması və bu sahədə məlumatlılığın artırılmasına dəstək verib.

Layihə çərçivəsində uşaqlar üçün maarifləndirici vörkşoplar, hüquqi bilikləri artıran təlimlər, interaktiv yarışmalar və əyləncəli fəaliyyətlər təşkil edilib. Bu fəaliyyətlərin əsas məqsədi uşaqlara hüquqlarını tanıtmaq, onları cəmiyyətin fəal üzvü olmağa təşviq etməkdir. Yarışmalarda fəallıq göstərən uşaqlar bu ilin sonunda Milli Məclisdə baş tutacaq qanunvericilik simulyasiyasında iştirak edəcək və “uşaq hüquqları səfiri” seçiləcəklər. Layihənin növbəti mərhələsində isə ilin sonuna doğru hüquqi məlumat və yardım imkanlarını əhatə edəcək “Hüquqlarını tanı” adlı mobil tətbiqin istifadəyə verilməsi, 14 regionda maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılıb.

Tədbirin açılış mərasimində çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Biz “Nar” olaraq, uşaqların öz hüquqlarını tanıması, qoruması və cəmiyyətin fəal üzvünə çevrilməsi üçün bu cür təşəbbüsləri önəmli hesab edirik. Hər bir uşağın təhlükəsiz və bərabər imkanlı mühitdə böyüməsi üçün üzərimizə düşən sosial məsuliyyəti qürurla icra edirik”.

Sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olaraq, “Nar” uzun illərdir, təhsilin əlçatanlığı, bərabər imkanlar və həssas qruplara dəstək sahəsində ardıcıl layihələr həyata keçirir. Şirkət bu dəfə də uşaqların hüquqlarının tanıdılması və qorunması istiqamətində vacib bir təşəbbüsə dəstək verərək daha dayanıqlı gələcəyin qurulmasına öz töhfəsini verib.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Baku TV Bakının Sabunçu rayonunda, "Qaraçılar məhəlləsi" kimi tanınan ərazidə olub.

Burada qadınlar dilənçiliklə məşğul olur, kişilər isə evdə oturub gətiriləcək azuqəni gözləyirlər. Sakinlərin əksəriyyətinin şəxsiyyət vəsiqəsi, bank kartı, təhsili və icbari tibbi sığortası yoxdur.

Burada formalaşmış adətlər belədir: evlən, uşaq dünyaya gətir, dilən. "21 yaşım var, həyat yoldaşım da 20 yaşındadır. Yeddi ildir evliyik, üç övladımız var. Bizim ailədə qadınlar dilənir, biz isə evdə otururuq", - deyə Sabunçu sakini bildirib.

Daha ətraflı videomaterialda:

 
Ardını oxu...
Sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb. Bu barədə Teleqraf-ın sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov cavab olaraq bildirib. Məlumatda bildirilir ki, əməli törədən 4 yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə dəvət ediliblər.

Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib. Göründüyü kimi yeniyetmələrin məsuliyyətsiz davranışları hər dəfə müxtəlif formalarda özünü göstərir. Yeniyetmələr gah sərnişin qatarını daşa basır, gah məzarlıqda anlaşılmaz davanışlar sərgiləyirlər, gah da təhlükəsizlik kamerlarını sındırırlar. Bir müddət əvvəl Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmışdı. DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumatda bildirilirdi ki, həmin yeniyetmələrlə bağlı tədbirlər görülüb. Valideynlər və pedaqoqların iştirakı ilə izahatları alınaraq araşdırma aparılıb. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqları üçün barələrində cinayət işinin başlanması rədd edilib. Həmin azyaşlılarla profilaktik söhbətlər aparılıb. Yeniyetmələrin sərnişin qatarlarına daş atması isə “hobbi”yə çevrilir, deyəsən. Təkcə bu ilin I rübündə hərəkətdə olan sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında qeyd olunub. Məlumata görə, nəticədə qatarın pəncərələri zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, həmçinin bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb. Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələniblər. ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağıraraq valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, uşaqların məsuliyyətsiz davranışları valideynlərin məsuliyyətsizliyindən qaynaqlanır:

- Bu cür hərəkətlər edən, istər dövlət əmlakını, istərsə də hər hansı bir şəxsin, yaxud şəhər təsərrüfatına məxsus əmlakı korlayan, sındıran, dağıdan yeniyetmədirsə, burada günahı valideyndə axtarmaq lazımdır və çox doğru olaraq da bu uşaqların valideynləri hüquq-mühafizə orqanlarına çağırılır, lazımi tədbirlər görülür. Amma oxşar, eyni tipli hadisələr, görürük ki, müxtəlif şəkillərdə təkrarlanır. Deməli, valideynlər övladları ilə lazımi formada maaarifləndirici söhbətlər aparmır, onlara bu cür əməllərin yolverilməz olduğunu başa salmır, anlatmırlar. Valideyn bu cür məsuliyyətsiz davranışların nəyə gətirib çıxaracağını övladına aşılamalıdır. Dövlət əmlakı, fiziki şəxslərin əmlakı toxunulmazdır. Təkcə dövlət əmlakını deyil, qonşunun, hər hansı bir şəxsin, ümumiyyətlə, kiminsə əmlakını korlamaq, sındırmaq, dağıtmaq olmaz. Yeniyetmələr bunun fərqinə varmadan edirlər. Çünki valideynləri onlara bu haqda heç nə deməyib, söhbət etməyib, başa salmayıb. Valideynlər övladlarına bu cür hərəkətlərin yolverilməz olduğunu anlatmalı, onları çəkindirməli, onlarda məsuliyyət hissi aşılamalıdırlar.

Ekspert qeyd etdi ki, yeniyetmələrin dövlət əmlakını korlamasında cinayət məsuliyyətinə cəlb edilməmələri onları daha da “ürəkləndirir”:
- Hüquq sistemi azyaşlıların, yeniyetmələrin cinayət məsuliyyətinə cəlb edilməsinə yol vermir. Əlbəttə, bu, humanist yanaşmadır. Yeniyetmələrlə yalnız profilaktik söhbətlər aparılır. Amma valideynlər dəymiş zərəri ödəməli olur. Bu cür halların qarşısı alınsın deyə, valideynlər daha ciddi şəkildə cəzalanmalıdır, çünki valideyn uşağın hərəkətinə cavabdehdir. Valideyn bunu bilməlidir və hüququn sərtliyini üzərində hiss etməlidir. Belə olarsa, ata-analar övladlarına daha yaxından, daha ciddi nəzarət edər. Bu gün təhlükəsizlik kamerasını sındıran yeniyetmə, sabah başqa bir hərəkətə əl atar, sonra daha da ağır cinayətə sürüklənər. Cəmiyyətə, hüquqa hörmət kiçik yaşlarından uşaqlara aşılanmalıdır ki, böyüdükcə səhvlərə yol verməsinlər.
Ardını oxu...
Ölkədə sənədsiz evlərlə bağlı problem hələ də həllini tapmayıb.

Bir neçə ildir ki, ölkədə 500 min evə sənəd veriləcəyi ilə bağlı fikirlər səslənsə də, bu istiqamətdə heç bir nəticə əldə edilməyib. Hətta bu problemin həlli ilə bağlı Milli Məclisdə belə, məsələ qaldırılıb.

Bu iqtisamətdə mövcud problemə toxunan millət vəkili Razi Nurullayev sənədsiz evlərin süni əngəllər ucbatından həll edilmədiyini bildirib.

Millət vəkili qeyd edib ki, bu gün ölkədə 500 mindən çox sənədsiz evlər var və onlardan bəziləri hətta 1950-60-cı illərdə tikilən evlərdir ki, onlara hələ də sənəd verilməyib:

"Bu məsələ insanların sosial həyatıında çətinlik yaratmaq baxımından ciddi problem yaradır. Çünki vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir, yaxud lizinqə qoya bilmirlər. Eyni zamanda, miras məsələlərində ciddi problemlər yaradır. Ona görə də aidiyyəti qurumlar bununla bağlı işləri daha da sürətləndirə bilərlər.

Əslində, bu barədə hər kəs danışır. Parlamentdə bu məsələni qaldırmışıq. Ancaq hələlik irəliləyiş görmürük. Burada obyektiv səbəblərlə yanaşı subyektiv səbəblər də var.Yəni mən işə soyuqqanlı, başdansovdu yanaşma meyillərini də görürəm.

Aidiyyəti qurumlar konkret bununla bağlı təkliflərini verməlidirlər. Yəni 500 min evi sökmək olmaz. Onlara sənəd verilməlidir. Vətəndaşlara sənəd verilməməsi dövlət orqanlarının, icra orqanlarının işini çətinləşdirir və vətəndaşları daim "tikan üzərində saxlayır"".

Razi Nurullayev düşünür ki, burada kifayət qədər həll yolları var:

“Birincisi, evlər həyati bir infrastrukturun üzərində, yüksək gərginlikli elektrik xətlərinin altında tikilibsə, onları müəyyən müddətə saxlamaq olar. Yaxud normal kompensasiya ödəməklə köçürmək olar. Ancaq digər evləri sənədləşdirmək olar. Aidiyyəti qurumların bu sahədə gördükləri işləri yarıtmaz hesab edirəm".

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Azadov "Cebheinfo.az"-a bildirib ki, sənədsiz evlərlə bağlı problem çoxdur və burada məsələ genişmiqyaslıdır:

"Maraqlıdır ki, bu sahədə kimlər tərəfindən əngəllər yaradılır. Son iki ildə Ədliyyə Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Xidməti sayt yaradıblar. Daha doğrusu portal üzərində işləyirlər ki, gələcəkdə daşınmaz əmlak məsələlərinin həll olunması mümkün olsun. Ancaq hələ ki, nəticə yoxdur, görünür burada əngəllər var.

Sovet dövründən başlayaraq müxtəlif istiqamətdə əmlaklar yaranıb və bunun birdəfəlik həll olunması da asan məsələ deyil. Sovet dövründə Azərbaycanın müəyyən planlanması var idi və bu hökumət dağıldı, yeni dövlət quruculuğu gəldi.

Ölkədə bir çox kənd təsərrüfatı təyinatlı torpaqlarda, kənd ərazilərində tikililərə belə, onların sənədləşməsinə qanunla yol verilmir. İkinci bir məsələ Sovet hökuməti dağılandan sonra sərəncamlar əsasında verilmiş icazələr var. Daha sonra isə kifayət qədər bələdiyyə torpaqları ərsəyə gəldi.

Lakin yerli icra qurumları olmağına baxmayaraq, onlar hər beş ildən bir Azərbaycan qanunvericiliyinə görə, həmin ərazilərə baxılması ilə bağlı hökumətə müraciət etməli idilər. Bu istiqamətdə hansı işlər aparılıb biz bilmirik. Çox güman ki, çox müraciətlər olmayıb. Son illər ərazində şəhərin Baş planı üzrə işlər aparılıb. Baxmayaraq ki, 2023-cü ildə Bakı şəhərinin Baş planı bitib, o istiqamətdə hələ də ciddi irəliləyiş yoxdur".

Onun sözlərinə görə, o istiqamətdə ki, hələ də kənd təsərrüfatı təyinatlı evlər var, orada təyinatın dəyişməsi ilə bağlı hətta Prezidentin fərmanı da var:

"İcra hakimiyyətləri müvafiq dövlət qurumlarına müraciət etməlidirlər. Harada ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kütləvi qanunsuz tikililər aparılıb, onlar hamısı dəyişdirilməlidir. Təyinatlar dəyişdikdən sonra onların üzərində olan qanunsuz tikililərin problemi həll olunmalıdır.

Elə əmlaklar var ki, onların ilkin sənədi var. Maraq doğuran odur ki, Przidentin 28 sentyabr 2024-cü ildə "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları" ilə bağlı fərmanı var.

Bu fərmanı icra hakimiyyətlərinə və bələdiyyələrə yönəltmək lazımdır. Ölkədə olan bütün icra hakimiyyətlərinin ərazilərində təyinatı dəyişiləsi torpaqlar var ki, onların üzərində yaşayış məntəqələri salınıb. Qanunda da belə yazılıb ki, birinci növbədə yerli icra qurumları müraciət etməlidir. Əgər o torpağı bələdiyyə strukturları veribsə, bələdiyyə torpaqlarına verilmiş sərəncamlar bələdiyyələrin üzərinə düşür.

Yerli icra hakimiyyətləri yaşayış üçün evlərə sərəncam veribsə, bu zaman onların üzərində düşür. Bunu dəqiqləşdimək lazımıdır ki, həmin fərmandan sonra hansı yerli idarəetmə qurumu nə iş aparıb? Ola bilər ki, heç bir iş görməyib. Oturub gözləyirlər ki, onlara nə vaxtsa tapşırıq gələcək, onu edəcəklər. Fərdi vətəndaş gedib torpağın təyinatının dəyişdirilməsi ilə bağlı müraciət edirsə, o zaman cavab gəlir ki, "təkbaşına sənin torpağının təyinatını dəyişə bilmərik".

Yerli icra qurumu şəhər planlamasına görə müraciət etməlidir və ona uyğun olaraq həmin ərazidə olan torpaqların təyinatının dəyişilməsinə baxılacaq. Ancaq Prezidentin fərmanı ilə konkret əsas var. Yəni vətəndaşın bunu etməyə hüququ var, ancaq yerli icra qurumundan, yaxud bələdiyyədən asılıdır.

Heç nə edə bilmir. Yenə vətəndaş bundan əziyyət çəkməlidir ki, nə vaxt qanunsuz torpağın təyinatı dəyişəndən sonra onun tikilisinin də dəyişilməsi məsələsinə baxıla bilər. Hələ söhbət torpaqdan gedir. Əngəl dedikdə millət vəkili məncə, bunu nəzərdə tutur".

"Cebheinfo.az"
Ardını oxu...
Gədəbəy rayonu, Söyüdlü kənd sakini Xudaverdiyev Şakir Fikrət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Ş.Xudaverdiyev işsizlikdən şikayətçidir:

“Mən, Xudaverdiyev Şakir Fikrət oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Qeyd edim ki, işsizlik səbəbindən dolana bilmirəm, vəziyyətim acınacaqlıdır.

2017-ci ildə Gədəbəy rayonunda yerləşən Qızıl-Mis zavoduna sənəd verib, iş istəmişəm. Dəfələrlə çağırırlar, amma işlə təmin etmirlər.

Mənimlə birgə işə çağırılanların 80 faizi işlə təmin olunub. Şirkət kimin pulu var, onu işlə təmin edir. Bir də Bələdiyyə sədri kimi tapşırır, onu işə götürürlər.

Kəndimizdə, mənim evimin yaxınlığında tunel qazırlar. Evdə tozdan və səs-küydən oturmaq olmur. Heç olmasa işlə təmin etmirlər. Xahiş edirəm, məni işlə təmin etsinlər, ailəmə çörək pulu apara bilim".
 

Ardını oxu...
 

Deputat Əli Məsimli Milli Məclisin iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumat haqqında çıxış edərkən diqqəti sosial məsələlərə yönəldib.

Musavat.com-un xəbərinə görə, deputat bildirib ki, 283 min işsizdən 169,5 mini, yəni 60 faizi işsiz kimi uçota alınır:

"Onun da 94 faizi işlə təmin olunub. Bu məsələ belə deyil. Sorğular aparılsa, yerlərdə insanların əksəriyyəti işsizdir. Burada müsbət qarşılanan iki məqam var. İşsiz hesab olunan insanların 6 faizinə işsizliyə görə sığorta haqqı verilir. 10 faizi isə özünüməşğulluq proqramına cəlb olunub".

Ə.Məsimlinin sözlərinə görə, Azərbaycanda xeyli ailə var ki, onlarda bir nəfər belə işləmir:

"Bu, ailənin özünə və uşaqlara çox böyük zərbədir. Ona görə xüsusi məqsədli proqramlar hazırlanmalıdır ki, heç kəsin işləmədiyi ailələrdə azı 1 nəfərin işləməsi istiqamətində real işlər görülsün.

Azərbaycanda son vaxtlar insanların gündəlik tələbatlarını ödəmək üçün aldığı malların qiymətində 1,5 dəfə artım var. Belə halda ailədə bir nəfər işləyəndə 4 nəfərdən ibarət ailənin minimum xərci 1000 manatdan çoxdur. Bizdə orta əməkhaqqı ondan 13 faiz aşağıdır.

Muzdla işləyən insanların yarıya qədərinin aldığı vəsait isə ondan 1,8 dəfə aşağıdır. Beləliklə, bir nəfərin işləməsi indiki reallıqda ailənin dolandırılması üçün çətindir. Ona görə də qadınların işləyə biləcəyi sahələrin dairəsinin genişləndirilməsi istiqamətində addımlar atılmalıdır".

E.Paşasoy,
Musavat.com

 
 
 
Ardını oxu...
Son günlər ƏDV geri al (Əlavə Dəyər Vergisinin geri qaytarılması) sistemi ilə bağlı vətəndaşların üzləşdiyi məhdudiyyətlər sosial şəbəkələrdə geniş müzakirə olunur. Belə ki, kuryer xidməti göstərən bir şəxs sosial mediada paylaşım edərək bildirib ki, əvvəllər ayda orta hesabla 40-50 manatlıq ƏDV geri qaytara bilirdisə, son vaxtlar artıq qəbzləri sistemə yükləmək mümkün deyil. Onun sözlərinə görə, hesabı şübhəli əməliyyat kimi tanınıb və bu səbəbdən istifadə hüququ məhdudlaşdırılıb.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən verilən açıqlamada bildirilib ki, vətəndaşın təqdim etdiyi ƏDV qəbzləri onun aylıq gəlirinə uyğun gəlmədiyindən əməliyyatlar şübhəli hesab olunub.

Mövzuya hüquqşünas Əkrəm Həsənov da münasibət bildirib. O, Yenisabah.az-a açıqlamasında qeyd edib ki, bu cür yanaşma qanunvericiliyə ziddir:

"Bu, tamamilə qanunsuzdur. Qanunvericilikdə heç bir yerdə şəxsin aylıq xərclərinin mütləq şəkildə onun rəsmi gəlirlərinə uyğun gəlməsi barədə tələb yoxdur. Ola bilər ki, vətəndaşın əvvəlki illərdən yığdığı vəsaiti var, yaxud ona hər hansı bir şəxs tərəfindən maliyyə dəstəyi göstərilib. Bu halları istisna etmək olmaz."

Əkrəm Həsənovun fikrincə, əgər dövlət şəffaflıq və qanunçuluq tələb edirsə, ilk növbədə məmurların gəlir və əmlak bəyannamələrinə əməl olunmalıdır:

"Azərbaycanda məmurların gəlir bəyannaməsi haqqında qanun 2005-ci ildə qəbul olunub, lakin indiyədək ona əməl olunmur. O zaman sual yaranır: məmurlar aldığı rəsmi maaşla necə milyonlarla manatlıq evlər, avtomobillər, villalar əldə ediblər? Bu vəsaitin mənşəyi araşdırılmırsa, sadə vətəndaşın alış-veriş qəbzlərinin mənbəyi niyə şübhəli hesab olunur?"

Hüquqşünas hesab edir ki, vergi orqanlarının bu cür tətbiqi vətəndaşların hüquqlarının pozulması ilə nəticələnə bilər və qanunvericiliyin düzgün tətbiq olunmamasına dəlalət edir.
 
Ardını oxu...
“Azərbaycanın kifayət qədər enerji resursları var. Onların hesabına büdcəmizin 41 faizi sosial xərclərə yönləndirilib. Xüsusən, qazın limiti ləğv olunmalıdır”.

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.

O bildirib ki, Milli Məclisdə kommunal borcların silinməsi ilə bağlı hansısa təklifin müzakirəsi gündəmə gətirilməyib:

“Ölkə başçısı müxtəlif zamanlarda bu və bu kimi məsələlərlə bağlı humanist addımlar atıb. Əhalinin sosial müdafiəsi istiqamətdə belə bir neçə nümunə var. Milli Məclisdə kommunal borcların silinməsi ilə bağlı hansısa təklifin müzakirəsi gündəmə gətirilməyib.

Məncə, Azərbaycanın kifayət qədər enerji resursları var. Büdcəmizin 41 faizi sosial xərclərə yönləndirilib. Xüsusən qazın limiti ləğv olunmalıdır. Bizim kifayət qədər qaz ehtiyatmız var. Əsasən fərdi evlərdə yaşayanlar bundan olduqca əziyyət çəkirlər”.

Deputat Aqil Abbas isə qeyd edib ki, kommunal xidmətlərdən istifadə edən vətəndaşlar ödənişlərini vaxtında etməlidir:

“Belə bir məsələ müzakirə olunmayıb və inanmıram ki, belə bir məsələni Milli Məclis müzakirə etsin. İşıq işlətmisən, qaz işlətmisən, su işlətmisən, pulunu ver də. Yaxşı, deyək ki, borcu sildilər, bəs onda kommunal xidmətləri təmin edən qurumlar necə fəaliyyət göstərəcək? İşini necə quracaq?”

Xatırladaq ki, əhalinin böyük hissəsi kommunal xidmətlərə, xüsusilə qaz və işığa limitlrin qoyulması ilə razılaşmır. Bununla bərabər, kommunal xidmətin bu sahəsində amnistiya elan olunması fikrini səsləndirir.

Prezident İlham Əliyev 29 dekabr 2009-cu il və 8 aprel 2011-ci il tarixli fərmanları ilə əhalinin təbii qaz (327 milyon manat), habelə içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış (294.2 milyon manat) borclarının silinməsinə dair fərmalar imzalayıb.
 
Ardını oxu...
Neftçilərin Hüquqlarının MÜdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə ilginc faktları ictimailəşdirib.

"DogruXeber.az" "Dia-az"a istinadən xəbər verir ki, bu dəfə edilən müraciət əsasında ortaya şübhə dolu sualları qoyan NHMT sədri bunları yazır: "Neftçi deyir ki: "əgər həqiqətən SOCAR -da şəffaflığa üstünlük verilirsə, buyursunlar bu məsələ ilə əlaqədar açıqlama versinlər, biz neftçilər də bizlərə verilən bu əziyyətin səbəbini anlayaq...

- İşcilər (fəhlələr) hər il Baki şəhəri, 8 noyabr prospektində yerləşən və "Neft-Yağ" kimi tanınan çox şəraitsiz bir ərazidə tibbi müayinədən keçirlər. Əgər Azərbaycan Respublikasi üzrə bütün tibb müəssisələrinə Səhiyyə Nazirliyi nəzarət edirsə, nəyə görə işçilərin rahatlığını təmin etmək məqsədilə hər kəs öz yaşadığı ərazi üzrə həkim müayinəsindan keçib arayışı "onlayn" formada SİMA tətbiqi vasitəsilə təqdim edə bilmir? Ümumiyyətlə, işçiləri SİMA proqramından qeydiyyatdan keçirməkdə məqsəd nə idi, ancaq kredit götürmək, yoxsa bu kimi prosedurları innovativ olaraq asanlaşdırmaq?!.
Hal-hazırda məsələn, sürücülük vəsiqəsi və ya tələbə qəbulu komissiyasına sağlamlıq haqqında arayış təqdim etmək üçün prosedurun qiyməti 40 manatdır. Əcəba maraqlıdır, görəsən, neftçilərin illik həkim komissiyasından keçmələrinə gorə SOCAR hər bir işçi üçün həmin tibb müəssisəsinə nə qədər pul ayırır? Əgər həmin 40 manat qədərindədirsə onda işçiləri ölkə üzrə yalnız bir məntəqədən tibbi müayinədən keçmələrinə məcburiyyətin səbəbi nədir? Nəzərə alın ki, işçi rayondan gəlib həmin məntəqədə tibbi komissiyadan kecmək üçün 1 istirahət gününü itirir, eyni zamanda maddi xərclərlə üzləşir. Xaricdə təhsil haqqında diplom olsaydı, hardasa başa düşərdik ki, diplomun həqiqi olub-olmaması yoxlanılıb təsdiq olunmalıdır. Bəs bu ölkənin səhiyyə sistemi özü özünə inanmır, yoxsa nədir səbəb?

Yəqin ki son zamanlar Prezident Administrasiyası da bu sahədə mətbuatda gedən məlumatları izləyir və ona gorə də əgər həqiqətən SOCAR -da şəffaflığa üstünlük verilirsə, buyursunlar bu məsələ ilə əlaqədar açıqlama versinlər, biz neftçilər də bizlərə verilən bu əziyyətin səbəbini anlayaq.!"

Dünyapress TV

Xəbər lenti