Ardını oxu...
 

"Lisey və gimnaziyalara qəbul üçün imtahanlar 3 ildir ki, mərkəzləşdirilib. Məsələn, topladığı bala görə fizika-riyaziyyat təmayüllü liseydə oxumaq istəyən humantar təmayüllü gimnaziyaya göndərilir və ya tam əksi olur. Bu, çox absurddur"

Bu sözləri demokrat.az-a açıqlmasında təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, onlardan biri də məhz elə bu gün verilən qərardır:

"Şagirdlər 4 cü sinifdən hazırlaşmağa başlayıblar ki, 5-ci sinfə qəbul var. Sənəd qəbuluna 20 gün qalmış elan olunur ki, qəbul olmayacaq. Bir gecədə qərar qəbul edib, sabah açıqlayırlar. Məsələnin nəticələrini, təsirlərini ölçmürlər. Uşaqlar dərslərlə yanaşı gərgin repetitor hazırlığı da aparıb. Nəzərə almaq lazımdır ki, uşaqların cəmi 10 yaşı var. Belə bir qərar ən gec oktyabr, noyabr ayından elan edilməli idi. Bu cür qərarları eşidəndə artıq təəccüblənmirəm. Haqqı tapdalanan 10 yaşlı uşaq da, müəllim də, valideyn də, hətta təhsil sistemində işləyən şəxslər belə başa düşür ki, bu gün təhsil sahəsində ciddi problemlər var.

Ardını oxu...
Maraqlıdır, görəsən bəzi icra başçıları şəhid ailələrini hansı keyfiyyətləri ilə fərqləndirir və öz "elgözü tədbirləri"ndə iştirakçı olmaları üçün layiq görürlər?

Şəhid ailəsi deyiriksə, bizim ağlımıza gələn yalnız budur ki, Vətən üçün, torpaq üçün balasını qurban verib. Bunun başqa adı, yaxud fərqi nə ola bilər ki, Adil Əliyev, Elşən Salahov, Müstəqim Məmmədov, Elnur Rzayev bir yanda şəhid anaları ilə şəkil çəkdirir, digər yandan başqa bir şəhid anasını sanki düşmənmiş kimi yaxına buraxmırlar?

Şəhid Əhmədzadə Mürşüd Müdahil oğlunu dünyaya gətirib, saçının birini ağ, birini qara hörüb, min bir əziyyətlə, çətinliklərlə, kirayələrdə, atasız böyüdüb, əli iş tutanda, qazanca çatanda bu torpağa qurban verən Ülviyyə Abbasova icra başçılarının şəkil çəkdirdikləri digər analardan nə ilə fərqlənir?

"DogruXeber.az" bildirir ki, Ülviyyə Abbasova əslən Tərtər rayonundandır. Rəsmi qeydiyyatı da hazırda Tərtər rayonunadır. Uzun illərdir kirayələrdə ev dəyişə-dəyişə gah Suraxanı, gah da Xəzər rayonunda yaşayır.

Ana deyir, "Balam hərbiyə gedənə qədər o da, mən də işləyib birtəhər maddi ehtiyaclarımızı ödəyirdik. O, şəhid olduğundan bəri bir qızımla sürünürük".

Qeyd edək ki, Ülviyyə ana hələ Ülvi azyaşlı olarkən həyat yoldaşından rəsmi ayrıldığı və məhkəmə qərarı ilə Ülvi atasının himayəsində olduğu üçün dövlət tərəfindən verilən imtiyazlar ataya şamil olunub. Baxmayaraq ki, Ülvi rəsmən ata himayəsində olsa da, anasının, bacısının yanında böyüyüb və elə onların yanından da hərbi xidmətə gedib. 2020-ci ildə məlum Zəfər döyüşündə o, uca məqama yüksəlib. Ogündən - bu günə qədər də Ülviyyə ana çox çətinliklə yaşayır.

Vətən oğlunun vətənə əmanəti məmur qapılarında boynubükük qalıb - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT // VİDEO

Ananın hazırda Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov və Suraxanı rayon İcra hakimiyyətinin başçısı Adil Əliyevin barəsində dediklərini aşağıdakı öz dilindən eşidək:



P.S: Qeyd edək ki, növbəti yazılarımızda adı çəkilən hər üç rayonun rəhbərliyi barəsində daha ətraflı məlumatları diqqətinizə çatdıracağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Uzun illər “Azərsu” ASC-də, daha sonra bu qurumun bazasında yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”ndə Energetika şöbəsinin rəis müavini işləmiş Vilayət Məmmədov işdən qanunsuz çıxarıldığını iddia edərək, məhkəməyə müraciət edib.
Bizimyol.info xəbər verir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsə (PHŞ) qarşı məhkəmədə qaldırdığı iddiada o, işdən çıxarılması haqda əmrin qanunsuz sayılaraq ləğvini, əvvəlki vəzifəsinə bərpa olunmasını və işsiz qaldığı dövrdə almalı olduğu əməkhaqqının hesablanıb, tam şəkildə ödənilməsini tələb edib.

O, 1982-ci ildə Bakı Energetika Texnikomunu, 1990-cı ildə isə Azərbaycan Dövlət Neft və Kimya İnsitutunu “energetik” ixitası üzrə “fərqlənmə diplomu” ilə bitirib. Dediyinə görə, əmək fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə elektik montyoru vəzifəsindən Energetika şöbəsinin rəisi - baş energetik vəzifəsinə kimi yüksəlib.

Deyir ki, 2011-ci ildən “Azərsu”da işləyib. 2021-ci ildən Energetika şöbəsinin rəis müavini vəzifəsində çalışıb. 2024-cü ilin avqustunda ona deyilib ki, tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşəcək və 9 həftədən sonra işdən azad ediləcək.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Tahir Xəlilovun 14 oktyabr 2024-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (ştatların ixtisarı) əsasında xitam verilib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən təsdiq edilmiş Aktda isə göstərilib ki, şikayətçi ştat vahidinin ixtisarı ilə əlaqədar Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda, yaxud da başqa bir İdarədə Energetika şöbəsində energetik vəzifəsi təklif olunub. Lakin o, imtina edib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin kadrlar üzrə baş məsləhətçisi də bu iş üzrə məhkəmə prosesinə çağrılaraq dindirilib. O bildirib ki, şikayətçiyə ixtisara düşmüş vəzifəsinin əvəzində iş təklif olunub, lakin özü razılaşmayıb:

“Özü dedi ki, ona Meliorasiya xidmətindən iş təklifi gəlib, o, sektor müdiri gedəcək. Ona deyilmişdi ki, burada da ona iş təklif edirlər - Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda, yaxud da başqa bir idarədə Energetika şöbəsində “energetik” yeri var, orada onu yerləşdirə bilərlər. Özü istəmədi. Avqustun 5-də ərizə yazdı. 3 gün sonra gəlib dedi ki, ərizəsi etibarsız hesab edilsin, orada onu işə götürmədilər. Bu zaman ona yenə əvvəlki işləri təklif elədilər. Lakin o, imtina elədi. Dedi ki, Aparatda qalmaq istəyirəm. Bundan sonra akt tərtib olundu, imzalamaq üçün ona verildi. Lakin o, imzalamaqdan imtina elədi. Ona poçt vasitəsilə göndərildi”.

Yasamal Rayon Məhkəməsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə qarşı şikayəti təmin etməyib. Lakin şikayətçi bununla razılaşmayıb, apellyasiya məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi onu haqlı sayıb və iddiasını təmin edib. Onunla bağlı əmrin ləğvi, vəzifəsinə bərpası və əməkhaqqının ödənilməsi barədə qərar çıxarılıb.
 

Ardını oxu...
  

“Azərbaycan vətəndaşlarının eyni anda iki əmək pensiyası alması mümkün deyil. Əmək pensiyaları haqqında qanunvericiliyə əsasən, şəxs yalnız bir növ əmək pensiyası ala bilər”.

Musavat.com xəbər verir ki, bu fikirləri hüquqşünas Turan Abdullazadə KONKRET.az-a açıqlamasında səsləndirib.

Ardını oxu...

“Əgər vətəndaş bir neçə pensiya növünə, məsələn, yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə təqaüd hüququ qazanarsa, onlardan yalnız birini seçə bilər. Adətən daha yüksək məbləğli pensiya növü seçimdə üstünlük təşkil edir”.

Vəkil qeyd edib ki, “əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, müxtəlif pensiya hüququ olan şəxslərə yalnız bir növ əmək pensiyası təyin edilir və bu, onların istəyinə uyğun seçilir.

“ Bununla yanaşı, bəzi istisnalar da mövcuddur. Müharibə əlilləri, şəhid ailələrinin üzvləri, birinci dərəcəli əlilliyi olan şəxslər həm əmək pensiyası, həm də sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin oluna bilərlər”.

Ardını oxu...
Ölkədə davamlı olaraq müxtəlif kommunal xidmətlərlə bağlı problemlərin şahidi oluruq.

Demək olar ki, hər gün paytaxtın hansısa bir ərasizində suyun, yaxud təbii qazın olmayacağı ilə bağlı xəbərdarlıq edilir. Nəticədə isə sakinlər günün əksər hissəsini kommunal xidmətlərdən yararlana bilmirlər.

Maraq doğuran odur ki, kommunal xidmətlərin qiymətlərində istənilən zaman artım müşahidə edilir. Ancaq qaz, su olmadıqda sakinlərin gündəlik dolanışığını necə təmin edəcəkləri müvafiq qurumları heç düşündürmür.

Yeni tikilən binaların sakinləri su olmadıqda anbarlardan istifadə etsə də, köhnə binalarda çənlərin istifadəsi qadağan edildiyi üçün sakinlər bu imkandan da yararlana bilmir. Ancaq bir sıra xarici ölkələrdə kommunal xidmətlərlə bağlı belə problemlər yarandığı zaman müvafiq qurumlar alternativ variantlar təqdim edirlər.

Ölkəmizdə müxtəlif kommunal xidmətlərə niyə alternativ variantlar təqdim edilmir?

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Cebheinfo.az”a bildirib ki, hələ bir neçə il öncə Bakıya Oğuzdan gələn suyun monitorinqini aparıblar:

“Orada ilkin olaraq bu kəmər haqqında məlumat verəndə yazılmışdı ki, həmin kəmərin reallaşdırılması nəticəsində Bakı və ətraf rayonlar, yəni Abşeron 24 saat fasiləsiz su ilə təmin olunacaq. Bu öhdəlik yerinə yetirilmədi.

Bunun müəyyən səbəbləri var. Birincisi, o suyu əhaliyə çatdıra bilmədilər. Hətta dedilər su zavodu tikiləcək. Yəni nəzarət olmadı yaxud da önəm verilmədi və su Abşeronu tam təmin eləmədi.

Görünən odur ki, yaxşı idarəetmə, nəzarət olmayıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq. Həm də alternativ kəmər də nəzərdə tutulmamışdı. Yəni Bakıya başqa ərazilərdən də su çəkilə bilərdi.

Ona görə ki, dağlıq ərazidən keçən su quyuları düzgün qazılmadı. Bundan başqa müqaviləni götürüb oxuduqda burada qurum vətəndaşa söz verir ki, “gün ərzində keyfiyyətli su ilə təmin olunacaqsız”.

Vətəndaşın da bunun müqabilində öhdəliyi var ki, işlətdiyi suya görə ödəniş etsin. Qurumların məsuliyyətliliyi var. Yəni müqavilə şərtlərini yerinə yetirmirlər. Bu qaz təminatına da aiddir.

Mənə şəkillər göndərirlər və qaz kəmərlərinin keyfiyyətsiz olması, yeniləri ilə əvəz edilməməsi, nəzarətin olunmaması kimi "Azəriqaz" İstahsalat Birliyi ilə bağlı faktlar ortaya qoyuram. “Azəriqaz”la bağlanan müqavilədə də öhdəlik öz əksini tapıb.

Onlar öhdəliyi yerinə yetirməməsi ilə bağlı istehlakçı bu qurumları məhkəməyə də verə bilər. Çünki yaranmış problemlə vətəndaşa ziyan dəyib. Yəni aylıq normanı təmin edə bilmir. Eləcə də onlar hökumət qarşısında cavab verməlidir ki, niyə əhali bu qədər əziyyət çəkməlidir?

Tez-tez eşidirik ki, qazlaşdırma artıb. Ümumiyyətlə, müvafiq qurumların məsuliyyətsizliyi, öhdəliyi yerinə yetirməməsini görürük. Alternativ təkliflər təqdim etmirlər. Hər gün eşidirik ki, qaz, su kəsilib. Niyə? Müvafiq qurumlar bu problemlə bağlı məsuliyyətə cəlb olunmalıdır”.
Ardını oxu...
Prezident İlham Əliyevin mayın 26-da imzaladığı əfv sərəncamı nəticəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 175 nəfər azadlığa çıxacaq.
Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır.
Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər cəzadan azad edilir.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilir.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır.
İslah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir.
Cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilir.

Sərəncamla bağlı“Sherg.az"a danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd edib ki, təqdim etdiyikləri siyahıdan heç kəsin adı çıxmayıb:
“Əfv sərəncamının imzalanması çox müsbət bir addımdır. Lakin bizim siyahıda olan şəxslərdən əfvə düşməyən insanları bayraq edib gəzdirəcəklər. Hesab edirəm ki, əfv komissiyası düzgün hərəkət etmədi. Tək bizim deyil, digər hüquq müdafiəçilərinin də təqdim etdiyi siyahıdan heç kəs əfv olunmayıb. Biz monitorinq qrupumuz ilə üç, dörd dəfə Cənab Prezident İlham Əliyevə müraciət edib. Hər bir məsələyə ciddi yanaşıb və əməl etmişik. Axı biz hər dəfə Prezidentə müraciət edə bilmərik. Əfv komissiyasısının məğzi Azərbaycana söz gəlməməsi üçündür. Necə olur axı, biz Prezidentə birbaşa deyəndə hər şey həll olur, ancaq Əfv komissiyası bunları görmür? Əfv komissiyasında ləyaqətli insanlar çoxdur, amma istəyirəm ki, komissiyanın tərkibi dəyişsin”.

Hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı isə bildirdi ki, Əfv sərəncamını müsbət qarşılayır:
“175 nəfər məhkum əfv edilib. Xeyli insanın isə cəzası yarıya endirilib. Amma əfv komissiyasına aid bəzi məqamlar var. Cəmiyyəti maraqlandıran digər insanların da bu komissiyada öz yerini alması yaxşı olardı. Kimlərin əfvə düşməsini istəməyə gəldikdə isə konkret ad çəkməyəcəm”.
 
Ardını oxu...
“Azərbaycana genişmiqyaqlı mübaribənin ilk günlərindən göstərdiyi yardıma görə təşəkkür edirəm”.

Tribunainfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Ukraynalı nazir qeyd edib ki, Azərbaycanın Ukraynaya bu dövr ərzində göstərdiyi yardımın ümumi dəyəri 40 milyon dolları ötüb: “Bu yardım bizim üçün əvəzolunmazdır”.

Sibiqa, həmçinin qeyd edib ki, Azərbaycan nümayəndə heyəti iyulda Romada Ukraynanın bərpasına dair keçiriləcək sammitdə iştirak edəcək.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, İspaniya, Yunanıstan və Fransada sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddi müəyyənləşdirilməsi ilə bağlı çağırışlar səslənib. Təklif olunur ki, 15 yaşdan kiçik uşaqların bu platformalardan istifadəsinə qadağa qoyulsun.

Azərbaycanda da bu məsələ müzakirəyə çıxarıla bilərmi?

TEREF globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddinin müəyyənləşdirilməsinin effektli olacağına dair ciddi şübhələr var:

“Bu qərara səmərəli nəzarət etmək, əslində, mümkün deyil. Yaxşı olar ki, sosial mediada kontentlər üzərində nəzarət güclənsin. Qeyri-etik, sağlam sosial münasibətlərə zidd, nifrət dili ehtiva edən məzmunlu informasiyalar avtomatik qaydada yayıldığı IP ilə birgə bloklansın. Müasir dövrdə uşaqları informasiya texnologiyalarından sadəcə qadağalarla uzaqlaşdırmaq əvəzinə, onlara daha maraqlı alternativlər təklif etmək daha faydalıdır. Çünki sərt qadağalar daha pis nəticələrə səbəb olur”.

Vəkil Mehman Muradlı bildirib ki, Avropa ölkələrinin belə qərar verməsi absurddur:

“Məsələn, Yutubda uşaqlar üçün kanal var. Bunun digər sosial şəbəkələrdə də tətbiqi mümkündür. Yaş həddi ilə bağlı Azərbaycanda eyni qərarın verilməsi isə doğru olmaz. Ümumiyyətlə, sosial şəbəkəyə necə məhdudiyyət qoymaq olar? Əvvəlcə bunlar araşdırılmalıdır. Lakin qeyd etmək lazımdır ki, bununla bağlı konkret mexanizm mövcud deyil”.
 
Ardını oxu...
Maliyyə və gündəlik həyat: Çətin bildikləriniz sadə dildə…

ÜDM-in artımı bizə nə verir?
Hər il xəbərlərdə səslənir: “ÜDM, məsələn, 3,7% artdı! İqtisadiyyat dayanıqlı inkişaf göstərir!” Əslində, sevinmək lazımdır. Amma sən mağazadakı qiymətlərə, telefona gələn maaş bildirişinə nəzər salırsan və təbii sual yaranır:
Bəs o artım haradadır? Niyə bu artım mənim yanımda dayanmayıb şütüyən qatara oxşayır?
Gəlin, bunu akademik, darıxdırıcı dillə yox, sadə şəkildə izah edək.

Ümumiyyətlə, ÜDM nədir?
ÜDM – Ümumi Daxili Məhsul deməkdir. Yəni ölkədə bir ildə istehsal olunub satılan bütün məhsul və xidmətlərin ümumi dəyəri. Kim tərəfindən olması fərq etmir – istər yerli, istər xarici şirkət və şəxslər tərəfindən. Təsəvvür edin ki, biz bütün malları, xidmətləri, saç kəsimlərini, təmir işlərini, iPhone-ları, dönərləri, nefti və s. toplayıb bir rəqəm alırıq. Rəqəm nə qədər böyükdürsə, guya iqtisadiyyat da o qədər yaxşıdır.
Amma ÜDM də xəstəxanadakı “temperatur” kimidir: ortalama 36.6 göstərir, amma kiminsə hərarəti kəllə-çarxa çıxıb, kim isə artıq çoxdan komadadır.

Niyə ÜDM artımı ciblərdə hiss olunmur?

Artım “yuxarı” gedir, “yanlara” yayılmır.
Əgər gəlirin əsas hissəsi bir neçə iri şirkətə və ya resursların əldə edilməsin gedirsə, pul bir nöqtədə toplanır. Təsəvvür edin, piroq böyüyür, amma onu yenə də elə həmin 3 nəfər yeyir.

Gəlirin düzgün paylaşılmaması.
Əgər yığılan vergilər səhiyyə, təhsil və sosial təminatın yaxşılaşmasına getmirsə – insanlar fərq hiss etmir. Halbuki rifah təkcə rəqəm deyil, həm də özünü güvəndə hiss etməkdir.

Qiymətlər gəlirlərdən tez artır.
Rəsmi inflyasiya 8%-dir. Amma mağazaya girirsən, almanın qiyməti sanki raketlə orbitə çıxıb. Əsas xərclər bahalaşanda, iqtisadiyyatın artımı haqda danışmaq ələ salmaq kimi gəlir.

İş yerləri – həmişə layiqli iş demək deyil.
Statistikada məşğulluq çox vacibdir. Həyatda isə – iş yerinin keyfiyyəti. Məzuniyyətsiz, xəstəlik kağızı olmadan üç yerdə işləyib- dolanmaq “iqtisadi artım” deyil, insan resursunun tükənməsidir.

Bəs sadə insan üçün nə vacibdir?

ÜDM arta bilər, amma sabitlik və tərəqqi hissi – yox. Çünki iqtisadiyyat təkcə istehsal barədə deyil, həm də bölüşdürməkdir. Bu, təkcə rəqəmlər yox, həm də etimaddır. Və etimad ildə 3,7% artmır.

Bəs bu artımı hiss etmək olarmı?
Bəli. O ölkələrdə ki, iqtisadi artım bunlarla müşayiət olunur:
• normal yollarla (hər çuxura düşüb-düşməmək bəxt söhbəti olmasa),
• keyfiyyətli dövlət xidmətləri ilə (xatırlayın, əvvəllər arayış almaq necə idi, indi necədir – ASAN xidmət saat kimi işləyir),
• insanlara yatırım qoymaqla (yalnız betona yox),
• və rəqəmlərin arxasında az da olsa məntiqli izah dayananda, insanlar həqiqətən hiss etməyə başlayır: budur – yaxşılaşır.

Bəs bizdə necədir?
Əslində, bizdə hər şey o qədər də pis deyil. 44 günlük müharibədən sonra çox şey dəyişib: tikirik, yeniləyirik, rəqəmsallaşdırırıq, inkişaf etdiririk. Əlbəttə, bəzən qeyri-bərabərlik də olur – bəzi yerlərdə asfalt daha təzədir, poliklinikada isə növbə sovet kinosuna növbə kimidir. Amma ümumi tendensiya var. Və bu təkcə “hərəkət” yox, real dəyişiklikdir.

Nəticə?
ÜDM lap 137 faiz də arta bilər – amma insan mağazada bananı qida deyil, dəbdəbəli həyat kimi qəbul edirsə, deməli, nəinsə üzərində iş davam etməlidir.
Yaxşı xəbər odur ki, Azərbaycanda artıq həm rəqəmlər, həm də real həyat üçün işləməyə başlayıblar. Əsas məsələ odur ki, dayanmasınlar. Və bəlkə də o vaxt iqtisadi artım televizor süjeti yox, səhər soyuducunu açanda hiss edəcəyimiz bir şey olacaq.
Fuad Rəsulov
pressklub.az
 
Ardını oxu...
Bəzi dərsliklər mürəkkəb və başa düşülməsi çətin yazılır, tarixi faktlarla bağlı isə ciddi yanlışlıqlara yol verilir. Orta məktəblərin altıncı sinif coğrafiya dərsliyində yer alan siyasi xəritədə Azərbaycanın sərhədləri ilə bağlı qeyri-dəqiqlik olub. Bu problemlərin fonunda müəlliflər arasında fikir ayrılıqları da açıq şəkildə nəzərə çarpır. Təhsil və dərsliklərə dair ortaq bir məxrəc tapılmaması, həm müəllimlər, həm də şagirdlər üçün əlavə çətinliklər yaradır.

Bəs, niyə dərslik müəllifləri vahid bir istiqamətdə birləşə bilmirlər?

Bizim.Media mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədlinin fikrini öyrənib.

Ekspert bildirib ki, bu məsələ zaman-zaman gündəmə gəlir:

"Təxminən bir neçə il öncə Azərbaycan tarixi dərsliyi ilə bağlı ciddi bir səhv ortaya çıxmışdı. Zamanla artıq dərslik müəllifləri seçilmiş müəyyən mütəxəssislərlə dəyişdirilib. Lakin buna baxmayaraq problem yenə qabarır və çox hallarda ümumi işin ziyanına gətirib çıxarır".

O, qeyd edib ki, son illər təhsil institutunda geniş müzakirələr həyata keçirilir. Dərsliklər çapa getmədən öncə fikirlər, rəylər öyrənilir.

“Vahid bir mövqe əldə olunduqdan sonra artıq dərslik çap olunur. Bəzi maraqlı qüvvələr, adamlar və dövlətlər var ki, Azərbaycan tarixinin, sərhədlərinin saxtalaşdırılmasında maraqlıdırlar və rol oynayırlar. Təəssüflər olsun ki, görünür onlara xidmət edən kimlərsə var”, - deyə o, vurğulayıb.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti