Ardını oxu...
"Rusiya Qırmızı Xaç Cəmiyyəti"nin Omsk bölgə şöbəsinin keçmiş rəhbəri humanitar yardım vəsaitlərini mənimsədiyinə görə 3 il müddətinə azadlıqdan məhrum edilib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, 2022-ci ildə o, yanğınlardan zərər çəkmiş bölgə sakinlərinə yardım üçün ayrılmış 6,2 milyon rublu şəxsi hesablarına köçürüb. Bundan sonra vəzifəsindən könüllü şəkildə imtina edib.

Prokurorluğun Omsk vilayəti üzrə Telegram kanalında yayılan məlumata görə, hökm elan olunduqdan dərhal sonra o, məhkəmə zalında həbs edilib, bank hesabları isə dondurulub.
 
Ardını oxu...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Yaşayış minimumu haqqında” Qanuna dəyişiklik layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Hazırda qanunvericilik sosial sahəyə aid müəssisələri bu normalarla əhatə etmir ki, bu da həmin müəssisələrin imkanlarını məhdudlaşdırırdı. Yeni dəyişiklik bu boşluğu aradan qaldıracaq.

Bundan əlavə, sonuncu dəfə 11 il əvvəl təsdiqlənmiş minimum istehlak səbətinin bu il yenilənməsi gözlənilir. Bildirilir ki, bu səbət artan həyat xərclərini nəzərə ala bilər və bu da 285 manat olan yaşayış minimumunun artırılmasına zəmin yarada bilər. Yaşayış minimumu artdığı təqdirdə, ona indeksləşdirilən sosial ödənişlər – o cümlədən müharibə veteranlarına verilən 80 manatlıq aylıq müavinətin də artıb artmayacağı sual doğurur.

Maraqlıdır, müharibə veteranlarına verilən 80 manat artacaqmı?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Hüseynov News24.az-a bildirib ki, sosial islahat paketinin genişləndirilməsi dövlətin strateji və davamlı hədəflərindən biridir:

“Yaşayış minimumu haqqında” Qanuna ediləcək dəyişikliklər fonunda hökumətin sosial siyasəti yenidən gündəmə gəlib. Dövlət büdcəmizin gəlirləri fonunda sosial zərflər formalaşır və bu istiqamətdə artımlar həyata keçirilir. Bu zərflər hazırlanarkən vətəndaşların sosial rifahının artırılmasına kompleks yanaşılır”.

Deputatın sözlərinə görə, büdcə gəlirlərinin artması şəraitində sosial müdafiə tədbirləri daha da genişlənəcək. Bu isə təkcə əmək pensiyaları və müavinətləri deyil, həmçinin aztəminatlı təbəqələrə, şəhid ailələrinə, müharibə veteranlarına və digər sosial qruplara göstərilən dəstəyi də əhatə edəcək.

"Ölkənin maliyyə imkanları artdıqca, bu artımların ən çox əks olunduğu sahə məhz sosial sektor olacaq. Əgər dövlət büdcəsinin gəlirləri əvvəlki illərlə müqayisədə artmağa davam edərsə, bu artımların birbaşa vətəndaşların sosial rifahına yönləndirilməsi baş tutacaq. Bu, həm də hökumətin sosial ədalət prinsipinə sadiqliyinin göstəricisidir”.

Aydın Hüseynov Yaşayış minimumu haqqında” qanuna ediləcək dəyişikliklər çərçivəsində istehlak səbətinin yenidən müəyyənləşdirilməsi və onun 11 ildən sonra ilk dəfə yenilənməsi nəzərdə tutulur. Bu addım yaşayış minimumunun artırılmasına zəmin yaradacaq.

Müharibə veteranlarına verilən 80 manatlıq müavinət yaşayış minimumuna uyğun indeksləşdiyi üçün eyni nisbətdə artacağı təqdirdə 15% artım halında – müavinət təxminən 92 manat ola bilər. Bu rəqəmlər təxmini proqnozlar üzərində qurulub və dəqiq məbləğlər rəsmi təsdiqdən sonra məlum olacaq.
Ardını oxu...
Xalqı 285 manata möhtac edənlər 5 min manat maaşı bəyənmir

Xalqı 285 manata möhtac edən deputatlar düymə basmağa 5 min alır - Antimilli parlament

Azərbaycanda ancaq hansısa deputat dolanışığından şikayətlənə bilər. Yəni maaşdan narazı qalan, absurd fikirlər söyləyən başqa ölkələrin parlament üzvləri görə bilməzsiniz. Çünki millət vəkili hər çıxışında milləti fikirləşib ağzını açır. Azərbaycanda isə deputatların bir çoxu millətin səsini almadan mandat qazandığına görə antixalq çıxışları ilə gündəmə gəlirlər.

Götürək elə deputat Səyyad Aranı. 5 min manat maaşın azlığından giley-güzar edir. Deyir ki, bu pul azdır, çatdıra bilmir, ona görə maşın ala bilmir. Bu sözü deyən deputatın maaşı 5 yox, 7 min manatdır. İkincisi, aylıq 7 minin 3 min manatını xərcləyib, 4 min evinə qoysa, bir ilin içində 35-40 minlik normal avtomobil ala bilər. Bu, işin bir tərəfi.

İkincisi, deputat o ölkədə maaşından narazıdır ki, ehtiyac meyarı 285 manat, minimum əmək haqqı 400 manatdır. Onun seçicilərinin heç 1 faizi belə ayda 5-7 min manat qazanmır. Üstəlik, ərzaqdan tutmuş gigiyenik məhsullara qədər hər şey baha. Hələ vətəndaşın şəxsi ehtiyacları, kommunal xərcləri, geyim dərdi, övladının qayğıları, xeyir-şər məsələlərini qeyd etmirik. Amma Səyyad Aran əhalinin belə bir sosial vəziyyətinə baxıb aldığı məvacibdən gileylənir.
Və təkcə o deyil, deputatların bir hissəsi burnundan o yananı görmür. Çünki ağzı isti yerdə olanda kasıb təbəqə yada düşmür.
Ona görə də antiMilli Məclis təəssüratı yaradır. Bəzi deputatlar istisna, əksəriyyəti xalqdan ya bixəbərdir, ya laqeyddir. Halbuki deputatlıq maaşı ilə bərabər biznes imkanları da var. Amma xalqın güzəranı haqda danışmırlar. Ona görə də bu parlamentin də fəaliyyəti əvvəlkilərdən bir o qədər fərqlənmədi.
Halbuki hər dəfə parlament buraxılanda deyildi ki, əvvəlki işə yaramırdı, islahatların tempinə uyğun deyildi, tərkibində mehdiyevçilər, “5-ci kolon” xidmətçiləri var. Amma hər dəfə yenilənən parlamentdə yenə də xalqın əsəblərinə toxunan deputatlar tapılır.
Yeri gəlmişkən, hüquqşünas Əkrəm Həsənov maraqlı məqamlara toxunub: “Ən əsası isə 16 dekabr 2024-cü ildə Milli Məclis yekdilliklə yaşayış minimumu və ehtiyac meyarının həddini 285 manat məbləğində müəyyən edib. Yəni hörmətli deputatlarımız hesab edir ki, vətəndaşımızın yaşaması üçün 285 manat kifayətdir. Yəni 7000 manatdan çox maaşı özünə az bilən deputat hesab edir ki, sıravi vətəndaş 285 manatla yaşaya bilər. Həm də mən başa düşmürəm ki, bizim deputatlara sırf düymə basmağa görə niyə bu qədər maaş verirlər. Axı onlardan hansısı heç olmasa bir qanun layihəsini hazırlayıb təqdim edib? Heç biri! Halbuki deputatın işi məhz budur: qanunverici olmaq, qanun layihələri hazırlamaq. Texniki olaraq düymə basmaq yox...”



Azər Talıbov
Anaxeber.com
Ardını oxu...
Azərbaycanda yeni əfv sərəncamının imzalanması gözlənilir. Prezident yanında Əfv Məsələləri Komissiyası artıq iclasları başa çatdırıb.
Hazırlanan siyahılar Prezident İlham Əliyevə təqdim ediləcək. Qeyd edək ki, komissiya bu il 7 iclas keçirib və 700-dən artıq müraciətə baxılıb.
Əfv sərəncamının nə vaxt imzalanacağı məlum deyil. Ancaq mayın 28-də - Müstəqillik Günü ərəfəsində sərəncamın imzalanması gözlənilir.
Mətbuatda və sosial şəbəkələrdə kimlərin əfv sərəncamına düşə biləcəyi barədə müzakirələr aparılır.
Modern.az-ın məlumatına görə, indiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Sözügedən humanist addımların nəticəsində minlərlə şəxs azadlığıa qovuşub.
Azərbaycanda əfv məsələləri "Əfvetmə haqqında Əsasnamə" ilə tənzimlənir.
Əsasnaməyə görə, Azərbaycanda əfv yerli məhkəmələr tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən vətəndaşlara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.
Əsasnamədə kimlərin əfv oluna biləcəyi barədə müddəalar da yer alıb.
Belə ki, islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra əfv oluna bilər.
Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə əfv edilmək üçün cəza müddətinin ən azı üçdə bir hissəsini çəkməlidir.
Ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs cəza müddətinin ən azı yarısını çəkdikdən sonra əfv oluna bilər.
Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs cəzanın on il müddətini çəkdikdən sonra əfv üçün müraciət edə bilər.
Həmçinin, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə müraciət edə bilər.
Beləliklə, əfv üçün tutulan şəxs barəsində məhkəmə hökmü qüvvəyə minməlidir. Əgər minməyibsə, əfv oluna bilməz.
Az ağır cinayətə görə həbs edilən şəxslər cəzanın üçdə birini, ağır və xüsusilə ağır cinayət görə tutulanlar cəzalarının yarısını çəkməyibsə əfv üçün müraciət edə bilməzlər. Ömürlük həbs olunanlar isə 10 ildən az həbsdə olublarsa, əfv oluna bilmzələr...
 

Ardını oxu...
  

Bu il Rusiyada aliment ödəməyən məsuliyyətsiz və zərərli şəxslərin ictimaiyyətə açıq reyestri işə salınacaq.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə ədliyyə nazirinin birinci müavini Yevgeni Zabarçuk məlumat verib.

Reyestrə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmiş və ya axtarışa verilmiş borclular haqqında məlumatlar daxil ediləcək.

Zabarçukun sözlərinə görə, reyestrin yaradılması haqqında qanunun mayın 25-də qəbul edilməsi planlaşdırılır.

“Reyestr özü bu il tam fəaliyyət göstərəcək”, - Zabarçuk bildirib.

Ardını oxu...
Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22119 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşüb.

Ölkədə doğum sayının azalması əsasən nə ilə əlaqəlidir?

Sosioloq Lalə Mehralı Redaktor.Az-a mövzu ilə bağlı açıqlamasında bildirdi ki, o, vəziyyətin belə olacağını, doğum sayının aşağı düşəcəyini, nikah məsələlərini hamısını əvvəlcədən proqnozlaşdırıbmış.

"Proqnozlar, çox təəssüf ki, özünü doğrultdu. Ümumiyyətlə, doğmağa meyilin aşağı düşməsi, ailələrdə çoxuşaqlılığın ləğv edilməsi, ailələrin könüllü olaraq 2-dən çox uşaq dünyaya gətirməməsi müşahidə olunur. İnsanlar maddi problemlərə, sosial məsələlərə, iqtisadi çətinliklərə, təhsil məsələsinə, işsizliyə və s. hər şeyə görə uşaq sayını artırmaq niyyətində olmurlar. Qadınlar var ki, təhsilinə çox kapital qoyub, evləndikdən sonra bir müddət ana olmaq haqqında düşünmür. İş sahəsində irəliləyib kapitalını qaytara bilmək üçün ana olmağı düşünmürlər".

Sosioloq qeyd etdi ki, tərəflər evlənirlər, amma gəlirləri yetəri qədər deyil, buna görə də doğum məsələsini bir qədər təxirə salmalı olurlar.

"Əslində nə qədər çox ailə varsa, bir o qədər də səbəb var. İstənilən halda bu azalma səbəbsiz deyil. Ailələri təşviq etmək lazımdır ki, nəsil artırmaqda maraqlı olsunlar. Tutaq ki, gəlir yetəri qədər deyilsə, gəlir mövzusunda ailəyə dəstək olmaq olar. Dünyaya uşaq gətirməyə meyilli xalqıq. Çoxuşaqlılığı sevən millət olmuşuq və uşaq olmayan ailədə özümüzü natamam hiss etmişik. Zənn edirəm ki, ailələr təşviq olunarsa, göstərici qalxar", - deyə Lalə Mehralı bildirdi.

Aytəkin TOFİQQIZI
 
Ardını oxu...
“Hesab edirəm ki, təcili qaydada müvafiq qərarlar və konkret işlər görülməsə, gələcəkdə belə faciələr daha da arta bilər. Bu durum ölkənin imicinə, suverenliyinə, təhlükəsizliyinə də təhdid yaradır. Bu mənəvi durum Qalib xalqa yaraşmır”.
Tanınmış təhsil eksperti İlham Əhmədov bu fikri Moderator.az-a açıqlamasında “Son günlər ölkədə xüsusilə gənclər, məktəblilər, tələbələr arasında artan və insan itkiləri ilə nəticələnən bu aqressiya, amansız münasibətlərin səngiməsi, profilaktikası üçün hökumət və qeyri-hökumət qurumları hansı tədbirləri görməlidir və görə bilər?” sualını cavablandırarkən ifadə edib.
“Bəli, təəssüf ki, son günlər, qeyd etdiyiniz kimi, ölkədə, insanlar, xüsusən də gənclər, məktəblilər arasındakı münasibətlərdə baş verən amansızlıq, aqressiya aktları artmaqdadır. Əslində baş verən bər bir zorakılıq, qətl olayı bir və ya bir neçə nəfərin deyil, bütövlükdə ictimaiyyətin, Azərbaycanın faciəsidir. Elə bu günlərdə Gəncədə çox böyük amansızlıqla qətlə yetirilmiş 17 yaşlı Elgünün də faciəsi ictimai faciədir. Elgünün faciəsi fərdi deyil, bu ictimai hadisədir, ictimai problemdir. Bu cəmiyyətə ötürülən növbəti həyəcan siqnalıdır”,- davamında bunları söyləyən ekspert hesab edir ki, ölkədə belə faciəvi hadisələrdən heç bir gənc, heç bir ailə sığortalanmayıb.
Bəs belə olayların profilaktikası, onların sayının minimuma endirilməsi üçün nə etmək gərəkdir? Öncə cəmiyyət, hər bir vətəndaş bu cür hadisələrə biganə qalmamalı, ciddi düşünməli, yaranmış vəziyyətdən çıxış yolları axtarmalıdır. Əks halda gələcəkdə daha böyük faciələr, daha ağır durum yarana bilər. Cəmiyyət saflaşmalı, özü-özünü təkmilləşdirməli, milli- mənəvi dəyərlərə qayıtmalıdır. Dövlət və hökumət qurumları nə edə bilər? Əlbəttə, əvvəla, təhsil, mədəniyyət, səhiyyə, gənclər, KİV siyasətlərinə bir daha, yenidən baxılmalıdır. Bu sahələrdə edilən çoxsaylı səhvlər ciddi araşdırılmalı, aradan qaldırılmalı, ictimai nəzarətin keyfiyyəti yüksəldilməlidir”, - alim pedaqoq belə düşünür.
İlham Əhmədov bütün problemlərin həllində olduğu kimi, sözügedən müşkülün həlli üçün də ölkədə azad və tənqiqi düşüncənin, müzakirələrin varlığı da önəmli rol oynadığını bildirib:
“Cəmiyyət tənqidə, alternativ fikirlərin müzakirəsinə açıq olmalıdır. Bir çox sahələrdə şəffaflıq artırılmalı, ictimaiyyətin ötürdüyü həyəcan siqnalları aidiyyatı qurumlar tərəfindən vaxtında və obyektiv tədqiq edilməli, düzgün qərarlar qəbul edilməlidir. Cəmiyyət bu qərarlar haqqında məlumatlandırılmalıdır”.
İnzibati orqanların belə hadisələrin təkrarlanmaması üçün qanunun aliliyini tam təmin etməsinin vacibliyini vurğulayan ekspert ölkədə amansız münasibət və qətllərin sayının minimuma endirilməsində əsas yükün təhsil sisteminin üzərinə düşdüyünü diqqətə çatdırıb:
“Cəmiyyətdə insani dəyərlər, insanı hisslər, hətta bir çoxları üçün milli maraqlar artıq yox olmuşdur. İdeoloji boşluğun olması, hər işin pula bağlanması gənclərin tərbiyəsində öz dağıdıcı rolunu göstərir. Bu proseslərdə məsuliyyət daha çox təhsil sisteminin üzərinə düşür.
Təəssüf ki, son illər məktəblərdə təlim-tərbiyə prosesi pozulmuş, təhsil sistemində illər ərzində davam edən səhv strategiyalar, uğursuz islahatlar, qüsurlu kadr siyasəti sonda bu sahədə xaos və anarxiyanın yaranmasına səbəb olmuşdur. Fotomodelə oxşayan, bahalı avtomobillərdə gəzən, çox vaxt layiq olmadıqları halda məktəb direktorları təyin edilən belə “pedaqoq”ların vaxtaşırı “pul razborkası”na həsr edilən səsli mesajları məktəbdə təlim-tərbiyə prosesinin vəziyyətini aydın göstərir. Bütün bunlar isə Elm və Təhsil Nazirliyinin belə neqativlərə susqunluğu və biganəliyi şəraitində baş verir. Reaksiyalar isə geçikmiş və ictimailəşmiş hadisələrə qarşı olur, özü də tək-tük hallarda...”
Ekspert uşaqlar, yeniyetmə və gənclərimiz üçün nümunəvi, etalon olan şəxsiyyətlərin azlığının ölkədə neqativ olayların artımında xüsusi rol oynadığını da nəzərə çatdırıb:
“Bu gün gənclərin özlərinə ideal seçəcək, ona oxşamağa çalışacaq, yüksək milli- mənəvi dəyərlərə sahib- yəni, yalan danışmayan, haram yeməyən, korrupsiyaya qurşanmayan, yüksək vəzifəlilərə yaltaqlıq etməyən şəxsiyyət nümunələrinə çox ehtiyacı var. Amma bu gün belələrinə nəinki həyatda, heç ədəbiyyatda, kino ekranında, TV verilişlərdə də rast gəlmək çətindir.
TV kanalların təbliğ etdiyi bayağı, mənəviyyatsız verilişlər, seriallar öz bəhrəsini verməkdədir. Müqəddəs yer boş qalmaz. Bu “nümunəvi etalon” obrazını son illər kriminal aləmin nümayəndələri tutur. Hətta təhsil müəssisələrdə keçirilən kütləvi tədbirlərdə də vətənpərvərlik mahnıları əvəzinə, daha çox kriminal aləmə xas musiqilər eşidilir.
Ölkədə kitabxanalar azalsa da, mərc oyunları, TOPAZ-xanalar artmaqdadır. Bu duruma getdikcə artan narkotik aludəçiliyini, insan alveri, şübhəli “massaj salonları”nı da əlavə etsək, ümumi durum aydın olar”.
“Təcili qaydada müvafiq hökumət qurumları tərəfindən müvafiq qərarlar və konkret işlər görülməsə, gələcəkdə belə faciələr daha da arta bilər. Bu durum ölkənin imicinə, suverenliyinə, təhlükəsizliyinə də təhdid yaradır. Belə mənəvi durum Qalib xalqa yaraşmır...
Suverenlik və konstitusiya ili həm də milli-mənəvi dəyərlərə “böyük qayıdış”ın başlanğıc ili kimi tariximizdə qalmalıdır”, - deyə sonda İlham Əhmədov vurğulayıb.
 
Ardını oxu...
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı bu barədə yəni: "Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda, əmək müqaviləsi ləğv edilərkən" işçiyə ən azı 1 ay əvvəldən xəbər verilməsi barədə AzərbaycanRespublikasının Milli Məclisinə, Millət vəkillərinə və aidiyyəti üzrə digər dövlət qurumlarına dəfələrlə yazılı müraciətlər edib, təkliflər verib.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin əvvəlki redaksiyasında belə bir - Xəbərdarlıq verilməsi məcburi tədbir və ya norma kimi nəzərdə tutulmurdu.
Müddətli əmək müüaviləsindən fərqli olaraq digər hallarda, bu Xəbərdarlıq müddəti daha çoxdur. Məsələn: İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, bu Məcəllənin 70 - ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğvedilməzdən əvvəl işçi-işəgötürən tərəfindən işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq 1 - 6 həftə müddətdə əvvəlcədən rəsmi xəbərdar edilir.
Nəhayət ki, 28.06. 2024-cü il AR Qanununun 73 - cü maddənin 1-ci hissəsində dəyişiklik edildi və Xəbərdarlıq müddəti ən azı 1 həftə müəyyən edildi.
Belə ki,AR Əmək Məcəlləsində qüvvədə olan əvvəlki redaksiyada deyilirdi: Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
Yəni, bu redaksiyada əvvəlcədən Xəbərdarlıq verilməsi nəzərdə tutulmurdu.
Sonradan, yəni 28.06.2024-cü il tarixli AR-sı Qanununa əvvəlcədən Xəbərdarlıq edilməsi barədə dəyişiklik edildi: Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
Yəni, bu redaksiyada əvvəlcədən Xəbərdarlıq verilməsi nəzərdə tutulur-1həftə əvvəlcədən
Əlbəttə, Azərbaycan Respublikası Əmək Məcəlləsinə edilən bu dəyişiklik də müsbət haldır. Ən azından işçi 1 həftə əvvəlcədən bilir ki, müqavilə müddəti bitdikdən sonra, onunla bağlanmış Əmək müqaviləsi ləğv ediləcək, o da boş ümidlərə inanmayacaq.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı isə o əsasdan bu 1 həftə müddətini az hesab edir ki, qeyd olunan müddətdə nadir hallar istisna olmaqla, işçinin iş yeri tapması qeyri mümkündür.
Digər tərəfdən, Praktikada bir qayda olaraq İşçi və İşəgötürən arasında 6 ay-1il müddəti üçün müddətli Əmək müqaviləsi bağlanılır. Əmək münasibətlərində olduğu müddətdə bu müqavilə eyni müddətdə bir neçə dəfə uzadılma səbəbinə görə işçidə bu müddətli əmək müqaviləsinin sanki ömürlük davam edəcəyi barədə fikir formalaşır və işçi digər iş yeri axtarmır. Müddətli əmək müqaviləsi ləğv edildikdə isə 1 həftə və ya daha çox müddətə iş tapa bilmir, işsiz qalır.
Yuxarıda, göstərilən səbəbdən görə hesab edirik, müddətli əmək müqaviləsi ləğv edilən zaman Əvvəlcədən Xəbərdarlıq - ən azından 1 ay müddətində olmalıdlr.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
Dövlət pensiya yaşına çatmış şəxsin sosial təminatını özəl sektorun üzərinə niyə atır?
Azərbaycanda pensiya yaşına çatmış şəxslərin işdən çıxarılması və onların yenidən əmək bazarına inteqrasiyası problemi getdikcə daha çox aktuallaşır.
Qanunvericilik dövlətə imkan verir ki, 65 yaşa çatan işçini qanuni şəkildə işdən azad etsin.
Amma eyni hüquq özəl sektora tanınmır.
Əgər sahibkar bunu etsə — bu, “yaşa görə ayrı-seçkilik” sayılır.
Bu nə deməkdir?
Dövlət sosial yükü öz üzərindən atır
və birbaşa sahibkarın çiyninə yükləyir.
TEREF yazır ki, bunu iş adamı Elkhan Mardanli öz sosial şəbəkə profilində yazıb. İş adamı daha sonra yazır:
Nəticə nə olur?
Sahibkar hüquqi risklə qarşı-qarşıya qalır, amma eyni zamanda komandasını gəncləşdirmək ehtiyacı hiss edir. İşsiz qalan yaşlı vətəndaş isə ya qeyri-rəsmi çalışır, ya da sosial təminatsız qalır.
Bu da həm pensiya fonduna təzyiq yaradır, həm də iqtisadi sabitliyi pozur.
Bəs beynəlxalq təcrübə nə deyir?
Almaniya, Fransa, Türkiyə, Skandinaviya:
✔️Yaşlı işçiləri işdə saxlayanlara vergi və sığorta güzəştləri tətbiq olunur.
✔️60+ yaşlılar üçün peşə hazırlığı və distant iş proqramları yaradılır.
✔️Dövlət və özəl sektor eyni hüquqi rejimdə fəaliyyət göstərir.
Təkliflər nə ola bilər?
1. Əmək Məcəlləsində dəyişiklik
Özəl sektora da yaşa görə hüquqi əsaslarla əmək müqaviləsinə xitam vermək imkanı tanınmalıdır.
2. Dövlət–özəl sektor əməkdaşlığı
Pensiya yaşına çatmış şəxslərin məşğulluğu üçün dövlət subsidiyalar və dəstək mexanizmləri yaratmalıdır.
3. İqtisadi stimullar
Yaşlı işçini saxlayan şirkətlərə vergi və sosial sığorta güzəştləri verilməlidir.
Əgər özəl sektor olmasa,
nə dövlət büdcəsi,
nə də pensiya sistemi uzunmüddətli yaşaya bilər.
Əmək bazarında balans, ədalət və qarşılıqlı məsuliyyət vacibdir — bu gün, sabaha gec qalmamaq üçün.

Dünyapress TV

Xəbər lenti