Ardını oxu...
Türkiyəli iş adamı Mustafa Tayata məxsus olduğu deyilən “Stil-Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarını pozub.

“Stil-Tekstil” MMC rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi əsasında protokol tərtib olunub.

Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilib.

Şirkətin qanuni təmsilçisi olan Osmanov Fəqan Vaqif oğlu dövlət qurumunun qərarından Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət edib və iş hakim Nigar İmanovanın icraatındadır.

Həmin maddəyə görə, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. \\Valyuta.az
 
Ardını oxu...
Martın 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev diqqətə çatdırıb ki, gündəliyə 6 məsələ daxil edilib.

İclasda, əvvəlcə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə baxılıb. Komitə sədri əmək pensiyaları ilə bağlı qaydaların daim təkmilləşdirildiyini, bu sahədə islahatların uğurla davam etdirildiyini və bu istiqamətdə əmək pensiyalarının təyinatının, ödənişinin, hesablanmasının, verilməsinin elektronlaşdırıldığını bildirib. O, “Elektron hökumət” layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində mühüm işlərin görüldüyünü və 159 xidmətin elektron qaydada həyata keçirildiyini qeyd edib. Nəzərə çatdırılıb ki, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliklər pensiya ödənişinin elektronlaşması sahəsində güzəştli şərtlərlə pensiya alanlara elektron xidmətin tətbiq olunması ilə bağlıdır.

Qanun layihəsi barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ətraflı məlumat verib. Bildirilib ki, sənəddə qanunun Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərə dair 8-ci maddəsi yeni redaksiyada təqdim olunur. Dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, bu Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.

Müzakirələrdə komitə üzvləri Vüqar Bayramov və Jalə Əliyeva məsələ ilə bağlı öz fikir və qeydlərini səsləndiriblər.

Sonra şöbə müdiri Adil Vəliyev Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsi xüsusi növ dövlət qulluğu sayılan orqanların təcrübəsi öyrənilməklə, eyni zamanda, təcrübədə meydana çıxan müvafiq boşluqlar təhlil edilməklə, habelə Əsasnamənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənəd 30 yeni maddənin əlavə olunmasını, 10 maddənin ləğvini və 36 maddədə dəyişiklik edilməsini ehtiva edir.

Diqqətə çatdırılıb ki, vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı müddəaların bir fəsildə tənzimlənməsi məqsədi ilə Əsasnaməyə 5-1-ci fəsil əlavə olunur. Bu çərçivədə Əsasnaməyə yeni təminatlar, o cümlədən vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyasının verilməsi, onlar üçün elmi dərəcəyə görə əlavələrin verilməsi müəyyən edilir. Sənəddə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın verilməsi, vəzifəli şəxslərin mükafatlandırılması məqsədilə vəsaitin ayrılması, xüsusi rütbələr üzrə maaşların artırılması ilə bağlı dəyişikliklər də müəyyən edilir.

İclasda iştirak edən Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəisi Anar Rzayev “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklə əlaqədar fikirlərini açıqlayıb. Bildirilib ki, layihədə vergi orqanlarına xidmətə qəbulla bağlı staj müddətinin müəyyən edilməsi, sınaq və staj müddəti ilə bağlı məsələlərin daha detallı tənzimlənməsi, vergi orqanlarında xidmətə qəbul olunmasına yol verilməyən şəxslərin əhatə dairəsinin təkmilləşdirilməsi, vergi orqanının vəzifəli şəxsinin andının müəyyən edilməsi və digər məsələlərin daha təfərrüatlı tənzimlənməsi təklif olunur.

Qeyd olunub ki, sənəddə, habelə vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrin, o cümlədən növbəti xüsusi rütbənin verilməsi qaydasının, onların sərəncamda olması, vəzifədə irəli çəkilməsi ilə bağlı məsələlərin təkmilləşdirilməsi nəzərdə tutulub. Digər dəyişikliklərdə vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydasının təkmilləşdirilməsi, onların xidmətdə olmağının yaş həddi, onun uzadılması və bununla bağlı zəruri məsələlərin tənzimlənməsi, bir sıra digər dəqiqləşdirici və uyğunlaşdırma xarakterli düzəlişlər təsbit edilir. Layihənin qəbulu vergi orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Bu məsələ ilə bağlı komitə üzvü Arzu Nağıyev bir sıra suallar səsləndirib. Anar Rzayev verilən sualları ətraflı cavablandırıb.

Sonra Adil Vəliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunun layihəsini (birinci oxunuş) nəzərə çatdırıb. Bildirilib ki, layihəyə əsasən, “Sosial sığorta haqqında” qanunun 12-ci maddəsində “qərarına əsasən yaradılan” sözləri “müəyyən etdiyi orqanın (qurumun) yaratdığı” sözləri ilə əvəz olunur.

Sonra Adil Vəliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, təklif olunan dəyişikliklərə əsasən, layihədə qeyd olunan qanunlarda müəyyən edilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” qanunun 14.8-1-ci maddəsi ilə tənzimlənir.

İclasda komitə üzvü Əziz Ələkbərov sənədlə bağlı bəzi qeydlərini səsləndirib.

Sonra “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi təqdim edilib. Qeyd olunub ki, uyğunlaşdırma xarakteri daşıyan dəyişikliklərdə “həkim reseptləri”, “dərman vasitələri”, “normativ-texniki sənəd” və bu qəbildən olan bir sıra söz və ifadələrin müvafiq olaraq “resept”, “dərman və tibb vasitələri”, “texniki normativ hüquqi akt” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.

İclasda ikinci oxunuşda təqdim edilən “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxılıb. Sənəddə uyğunlaşdırma xarakterli dəyişikliklərin təklif olunduğu nəzərə çatdırılıb.

Müzakirəyə çıxarılan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Tədbirdə komitənin sədr müavini Məlahət İbrahimqızı, üzvləri Rauf Əliyev, Sevinc Hüseynova, Aqil Məmmədov, İlham Məmmədov, Ziyad Səmədzadə iştirak ediblər.
 
 

 


Ardını oxu...
“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərar layihəsi müzakirəyə çıxarılaraq müvafiq qərar qəbul edilib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Plenumun iclasında mülki və ailə qanunvericiliyinin tətbiqi üzrə hüquqi yanaşmanın sabitliyinin təmin olunması və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə aparılmış ümumiləşdirmənin nəticələri, habelə beynəlxlaq təcrübə nəzərə alınmaqla Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən hazırlanmış “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərar layihəsi müzakirəyə çıxarılaraq, müvafiq qərar qəbul edilib.
 
Ardını oxu...
Bəzi müəssisələr bayram günlərində əməkdaşları işə cəlb edir. Bu qərar rəhbəliklə işçi arasında qarşılıqlı razılaşma əsasında qəbul edilir. Belə olduqda həmin işçiyə əməkhaqqının hansı qaydada ödənilməsi ilə bağlı bəzi suallar ortaya çıxır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, belə hallarda Əmək Məcəlləsinə əsasən işçiyə ikiqat əməkhaqqı verilməsi nəzərdə tutulub:

“Bayram günlərində və digər qeyri-iş günlərində işləyən işçiyə ikiqat əməkhaqqı hesablanır. Bu Əmək Məcəlləsində öz əksini tapıb. Əvvəllər bununla bağlı həmkarlar ittifaqının razılığı lazım idi, indi isə bir çox qurumda həmkarlar ittifaqı olmadığı üçün buna ehtiyac yoxdur. İşçinin könüllü razılığı ilə o bayram günlərində işə cəlb olunur və ona maaşın ikiqatı ödəniş olunur”.

Hüquqşünas bu qaydanı tətbiq etməyən müəssisələrin Əmək Məcəlləsinin tələblərini pozduğunu qeyd edib:

“İş növbəlidirsə, ikiqat hesablanma tətbiq olunmur. Bu işçi və işəgötürən arasında imzalanan əmək müqaviləsində də öz əksini tapır. Ancaq iş növbəli deyilsə və əmək müqaviləsində nəzərdə tutulmayıbsa, lakin həmin vaxtın tələbinə uyğun olaraq işçi növbəyə cəlb olunursa, o zaman ikiqat hesablanır. Bu cür hallar qarşılıqlı razılaşma ilə həll olunur. Birmənalı olaraq müəssisə əgər bayram günlərində işləyən işçilərinə ikiqat əməkhaqqı verilməsini təmin etmirsə, Əmək Məcəlləsinin tələblərini pozmuş olur”.
 

Ardını oxu...
Şəki rayonu, Baş Göynük kənd sakini, ağır  sağalmaz ruhi xəstə Gülməmmədov Mürsəl Məmmədhəsən  oğlunun həyat yoldaşı Gülməmmədova Gülsevər Məmməd qızı  tərəfindən Səhiyyə nazirinə və ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciədə deyilir:

"Mən və yoldaşım Mürsəl 1965-ci ildə Şəki rayonun Baş Göynük kəndində andan olmuş və 1989-cu ildən ailə həyatı qurmuşuq.

 Son illərdə həyat yoldaşım Mürsəldə ciddi ruhi xəstəlik  baş vermiş və son dəfə 2021-ci ilin yazında çay kənarıdakı tək evdə işlərkən evin damına ildırım düşmüş və Mürsəl oturduğu ikinci mərtəbədən yerə yıxılmışdır. Bu zaman o ciddi sarsıntı keçirmişdir.

Biz Mürsəlin sənədlərini  ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbsinə təqdim etmişdik ki, əlillik təyin edilsin. Lakin orada bildirdilər ki, hələ bu sənədlər kifayət etmir napravleniye vermek üçün.

 Sağ olsun Şəki rayon Mərkəzi Xəstəxanasının Psixatriya Xəstəxanasının həkimi Natiq həkim son iki ildə Mürsəli 6 dəfə yataq şəraitində ciddi müalicə etmişdir. Çox təəəssüflər olsun ki, həkim Natiq ismayılov da xəstə hər dəfə müalicə alıb çıxanda yazdığı və təsdiq etdiyi 22 may 2023-cü il, 22 avqust 2023-cü il, 20 oktyabr 2023-cü il, 19 dekabr 2023-cü il və sonuncu dəfə, yəni, 21 yanvar ƏƏSMN-nin əsassız İmtina cavabından sonra yenə də 19 fevral 2024-cü il tarixli xəstəlikdən çıxarış arayışlarının hamısında «Daimi dispanser müşahidə» diaqnozuilə sənədləşdirmişdir. Və əlilliyin meyarlarına uyğun gəldiyi üçün Şəki RMX-nın 2023-cü ilin dekabrında verdiyi forma 88 -ə baxmayaraq 21 yanvarda ƏƏSMN nin aidiyyatı qurumu saxtakarlıqla belə bir ağır dərəcəli psixi xəstəyə imtina cavabı yazmışlar.  Xəstə son iki ildə Şəki Psixatriya xəstəxanasında müalicə aldığı zaman o özünü qeyri-iradi pis aparmış, divarları trəpikləmiş, cəzmış, əşyaları dağıtmağa çalışmışdır. Və hər dəfə də onu cəza olaraq ikinci mərtəbədə qapalı vəziyyətdə müalicə etmişlər. Amma xeyri olmamışdır. Bu adama indi də evdə nəzarət altında və dərmanlar verməklə belə saxlaya bilmirik. 

Forma 88 veriləndə Şəki MRX-bnın baş həkimi də sənədlərə baxıb  məni səmimi qəbul edib demişdi  ki, narahat olma hər şey göz qabağındadır. Ərinizin  əlilliyinin təyin edilməsi üçün bir də əziyyət çəkib Bakıya getməyinə heç bir ehtiyac yoxdur. 

Bildirim ki, Şəki Psixatriya xəstəxanasında son iki ildə fasiləsiz müalicə alan Mürsələ dəfələrlə Xəstəlik çıxarışı sənədi verilmiş və son diaqnoz olaraq “Alseymer xəstəliyi zamanı erkən başlanğıclı demenasiy davranış panutulan ilə.” Qoyulmuş Və qeyd edilmişdir ki, “Ruhi vəziyyəti pisləşmiş, aqressiv olmuşdur.”  Həkimlərin qeyd etdiyinə görə belə xəstə birbaşa əlil hesab olunur.  

Bu gün də borc alıb xəstəni evdə sakitləşdirici dərmanlar veririk ki, aqressiv hərəkətlərini azaltsın. Amma xeyri yoxdur. başını tez tez divara vurur, evdə əlinə keçən qab qacağı təpikləyir., sındırır.   

Budur, TƏBİB dən 6 mart 2024-cü il tarixli formal cavab məktubu almışıq. Hamıya yazdıqları ümumi sözləri bizə də yazıb göndəriblər ki, müayinə və müalicə aldıqdan sonra əlilliyin qiymətləndirilməsinə baxıla bilər və s. söz yığını. Bu TƏBİB rəsmisi hələ bilmir ki, vəziyyət nə yerdədir. Yəni 2 illik müalicədən Mürsəl sağalmayıbsa və əksinə xəstəliyi kəskinləşibsə, Xəstəli «Daimi dispanser müşahidə» yazılırsa hansı müalicdən söhbət gedə bilər. Bu adamlar özlərini savadsız şagird yerinə qoyublar. Amma utanmaq lazımdır.   

    Cənab Səhiyyə naziri Teymur Musayev!

Xahiş edirəki, Siz bu ƏƏSMN-nin həkim komissiyasının  üzvlərinizə göstəriş verəsiniz ki,  sağalmaz xəstəlik diaqnozu qoyulan ərim Mürsəl Gülməmmədova yenidən forma 88 göndərişi əsasında əlilliyin təyin olunmasına köməklik göstərilsin.

Cənab Prezident!    Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə müstəqil həkim komissiyası tərəfindən yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün rəyin verilməsinə və ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiyasının verilməsi barədə aidiyyatı üzrə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm".
Ardını oxu...
Nəinki ərzaq qiymətləri davamlı olaraq yüksəlir, üstəlik istehsalçılar qablaşdırılmış məhsulların çəkisini daim azaldır və istehsalın maya dəyərini azaltmaq üçün getdikcə daha ucuz olan inqrediyentlərdən istifadə edirlər. Nəticədə keyfiyyət pisləşir və buna görə də istehlakçılar əziyyət çəkirlər.

Ötən həftə Avropa Parlamentinin Xorvatiyadan olan üzvü Biljana Borzan bildirib ki, Avropa yeni inflyasiya növü – skimpflyasiya ilə üzləşib: “Bu, digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişə fonunda yaranıb. Bir çox ərzaq məhsullarının bir sıra inqrediyentləri daha aşağı keyfiyyətli olanlarla əvəz edilib. Məsələn, günəbaxan yağı yerinə palma yağı istifadə olunur”.

“Bu tədbirlər müvəqqəti hesab edilsə də, lakin bu günə qədər davam edir. Bəzi istehsalçıların qablaşdırmanın tərkibindəki dəyişiklik barədə istehlakçılara məlumat verməməsi və qida dəyərinin artıq orijinal məlumatlara uyğun gəlməməsi xüsusilə narahatedicidir”, - deyə o bildirib.

Ölkəmizin vətəndaşları çoxdan şikayətlənirlər ki, bir çox ərzaq məhsullarının keyfiyyəti əvvəlki kimi deyil. Bu, həm xarici, həm də yerli mallara aiddir. Kolbasa və sosislərin tərkibi adətən mənşəyi naməlum ət olur, şokolad çox vaxt plastik dad verir və s.

Bu tip inflyasiya Azərbaycana nə dərəcədə və niyə təsir edib və nə etməli?

Mövzu barədə AYNA-ya danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib ki, dünyada baş verən siyasi, hərbi və iqtisadi böhranlar bütün ölkələri, o cümlədən Avropanı da əhatə edir: “Ukraynada davam edən NATO-Rusiya müharibəsi və qarşılıqlı iqtisadi sanksiyalar iqtisadi və kommersiya sistemini məhv edib. Bu səbəbdən də Rusiya və Ukrayna kimi nəhəng istehsalçıların istehsalının kəskin azalması fonunda qiymətin daha da qalxmaması üçün bir çox ərzaq məhsullarında ucuz əvəzedicilərdən istifadə etməyə çalışırlar”.

“Bu proseslər ölkəmizə də müəyyən təsir göstərib. Ölkəmizdə inflyasiya yüksək templə davam edir və ərzaq məhsullarının bahalaşması dayanmır. Xaricdən gətirilən məhsulların bahalaşması təbiidir, lakin yerli məhsulların təxminən yarısı üçün qeyri-təbii haldır, çünki bizdə maya dəyərinin artmasına təsir edən amillər yoxdur - məsələn, yanacaq, su, işıq, qaz, vergilər qalxmayıb, artırılmayıb və s. Yerli məhsulların digər yarısına gəldikdə, bəzi komponentlər xaricdən alındığından maya dəyərinin artması təbiidir. Məsələn, ev quşları və mal-qara üçün yem, müxtəlif gübrələr xaricdən alınır və onların qiyməti qalxıb ki, bu da xərcləri artırır”, - deyə sosioloq bildirib.

Keyfiyyətə gəlincə, həmsöhbətimizin sözlərinə görə, bütün dünyada bir çox məhsullarda təbii inqrediyentlər süni ilə əvəz olunur və əhalinin böyük əksəriyyəti maliyyə imkanları aşağı olduğundan onları almaq məcburiyyətindədir: “Məhsuldarlığı artırmaq və xərcləri azaltmaq üçün kənd təsərrüfatı məhsullarında kimyəvi maddələrdən geniş istifadə olunur. İdxalçılarımız keyfiyyətli məhsul adı altında daha ucuz və keyfiyyətsiz məhsullar gətirib satmağa başladılar. Bu, xüsusilə süd məhsulları ilə tez-tez olur. Məsələn, mağazalarımızda müxtəlif adlar altında “Belarus istehsalı” yazılan kərə yağının kiloqramı 13-14 manata satılır. Halbuki Belarusda belə brendlər yoxdur, hətta onların Bakıdakı rəsmi mağazalarında da yağ 24 manatdan aşağı satıla bilməz. Bu, o deməkdir ki, bu yağ palma mənşəli, ən yaxşı halda marqarinə bənzəyir. Eyni şey Yeni Zelandiya adı altında yağa da aiddir”.

“Ölkədə müstəqil laboratoriyalar olmadığı üçün məhsulun tərkibi haqqında məlumat əldə etmək demək olar ki, mümkün deyil. İstənilən məhsulun üzərinə hər şeyi yaza bilərsiniz və onsuz da heç kim onu yoxlaya bilməyəcək. İstehlakçıların heç bir hüququ yoxdur, yoxlama imkanı yoxdur, amma istehsalçı və satıcılar üçün əlverişli şərait yaradılıb. İstehlakçı hüquqları qanunu ancaq kağız üzərində mövcuddur. Müstəqil laboratoriyalar və keyfiyyətə nəzarət olmasa, əhalinin sağlamlığı risk altında olacaq”, - deyə mütəxəssis söyləyib.

Bayramlı daha bir problemi diqqətə çatdırıb: “GMO məhsullar getdikcə daha çox təbii məhsulları bazardan sıxışdırır. Bu, böyük təhlükədir, çünki ölkəmiz qlobal toxumçuluq şirkətlərindən asılı vəziyyətə düşə bilər. Ona görə də təbii toxumları qorumaq və çoxaltmaq lazımdır. GMO məhsulların idxalı, istehsalı və satışı qadağan edilməlidir. Azərbaycanın kənd təsərrüfatı sektoru əhalini ərzaq məhsulları ilə təmin etmək, hətta böyük həcmdə ixrac etmək potensialına malikdir. Xarici ekspertlər bildirirlər ki, dünya tezliklə ciddi ərzaq böhranı ilə üzləşəcək və bu, iqtisadi və sosial böhrana gətirib çıxaracaq”.

“Özünü ərzaqla təmin edən ölkələr o qədər də əziyyət çəkməyəcək. Amma o ölkələr ki, ciddi şəkildə idxaldan asılıdır - bura Azərbaycan da daxildir - onlarda vəziyyət çətin olacaq. Biz uzun illərdir ki, hökuməti aqrar sektoru daha da inkişaf etdirməyə, ərzaq təhlükəsizliyini təmin etmək üçün bütün imkanlardan istifadə etməyə təşviq etməyə çalışırıq. Lakin indiyədək görülən tədbirlər adekvat deyil, idxaldan asılılıq azalmır. Hesab edirəm ki, bir faiz gəlirlə xarici fondlarda saxladığımız strateji ehtiyatların müəyyən hissəsini ölkəyə gətirməklə, iqtisadiyyata investisiya qoymaqla daha çox gəlir əldə edə bilərik. Ölkədə istehsal artacaq, iqtisadi inkişaf sürətlənəcək, bolluq olacaq. Nəticədə idxaldan asılılıq azalacaq və ixrac imkanlarımız genişlənəcək”, - deyə müsahibimiz vurğulayıb.
 
Ardını oxu...
Əmək Məcəlləsinin 37-ci fəsli qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları müəyyən edir. Hamilə və ya üç yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və üç yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.

Bunu AZƏRTAC-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılmalı, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilməlidirlər. Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedirtmək üçün əlavə fasilələr verilməlidir.

“Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər üç saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyənləşdirilir. Hamilə, 14 yaşına çatmamış uşağı və yaxud 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir”, - deyə vəkil bildirib.
Toğrul Məmmədovun sözlərinə görə, Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən hamilə və yaş yarımadək uşağı olan qadınlar və üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan çox olmamalıdır: “Müəssisənin ləğv olunması və müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi hallarından başqa hamilə və ya üç yaşınadək uşağı olan qadınların işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq peşədə çalışan qadınlar attestasiya olunmayan işçilərə aid edilir. Göründüyü kimi Əmək Məcəlləsi ilə hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan analara və uşaqlarını təkbaşına böyüdən atalar üçün güzəştlər nəzərdə tutulub”.

Vəkil bildirib ki, aliment ilə bağlı icra sənədi icra şöbəsində olduqda şəxsə bank hesabı göndərilir. Digər tərəf işlədiyi təqdirdə əməkhaqqıdan tutulur və tələbkarın hesabına göndərilir. Əgər şəxs işləmirsə, burada müəyyən problemlər yaranır. Bu zaman işləməmək şəxsi aliment öhdəliyindən azad etmir. Şəxs aliment borcunu ödəməlidir.

“Tərəfin təqdim etdiyi bank hesabına və ya poçt hesabı ilə göndərib qəbzi özündə saxlayıb aliment ödədiyini sübut edə bilər. Şəxs aliment borcunu ödəmirsə, tələbkar icra məmuruna məlumat verməlidir. İcra məmuru məsələni araşdırıb bu zaman qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görür. İlk növbədə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə, əsasən, inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilir. 528-ci maddə “məhkəmə və digər orqanlarının icrası tələbi icra məmurunun tələblərinin yerinə yetirilməməsi” adlanır. Protokola baxan məhkəmə işin hallarına baxaraq işə xitam verə, 500-1000 manat arasında cərimə və yaxud da bir ayadək inzibati həbs cəzası verə bilər. İnzibati məsuliyyətdən sonra şəxs aliment borcunu ödəmirsə, növbəti dəfə icra məmuru tərəfindən həmin şəxs barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi açılır. Bu maddə ilə təqsirli bilinən şəxsi iki min manat məbləğində cərimə və ya üç ilədək azadlıqdan məhrum etmə kimi cəza gözləyir. Aliment borcu ilə bir dəfə cinayət işinə cəlb olunubsa, bununla da bir daha cinayət işi açılmayacağı qənaətinə gələ bilmərik. Çünki gələcəkdə yenidən aliment borcu yaranarsa, eyni proses həyata keçirilə bilər. Əgər uşaq yetkinlik yaşına çatana qədər borc yaranıbsa, həmin aliment borcu silinmir və yenə də onu ödəmək lazımdır”, - deyə T.Məmmədov vurğulayıb.
 
Ardını oxu...
Keçmiş döyüşçü 1-ci Qarabağ Savaşı iştirakçısı, Qazi Vidadi Kərimbəyli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlayıb. Müraciəti dia-az.info olaraq təqdim edirik:

"Mən uşaqlıqdan ata-anadan yetim qalanan bir atanın və ailənin tək bir qızı olan ananın oğluyam və mənim anam dünyanın nə qədər bayatısı var, kövrək havaları var, hamısını göz yaşıynan hopdurdu mənim canıma. Mən dərdin, qəmin içində böyümüşən, başımın üstündə anam göz yaşları ilə layla çalıb.Bir əlimizdə kitab, bir əlimizdə dəryaz,bel və digər kənd təsərrüfatı alətləri ilə işləyə işləyə oxuduq və böyüdük və həyatda durduq.Orta məktəbi 4,8 balla qurtardım,amma atam kasıb olduğu və 50 rubl rüşvət verə bilmədiyi üçün fərqlənmə attestatı vermədilər. İki il dalbadal instituta qəbul ola bilmədim,bir növü bu haqsızlıqlardan inciyib əsgərliyə getdim və özümə söz verdim ki, diplomsuz Vətənə qayıdan deyiləm.Nə isə əsgəri xidmətimi başa vurduqdan sonra qulluq etdiyim hərbi hissədə indiki MAXE kimi müqavilə ilə xidmətə başladım,oxudum öyrəndim və o zamanlar SSRİ DİN xüsusi təyinatlı məktəbini də fərqlənmə diplomu ilə qurtardım. Təbii ki, çətinliklər də gördüm, sıxıntılar da çəkdim, amma sınmadım, əyilmədim, dönmədim, ürəyim də, süfrəm də, qapım da millətimə açıq oldu və bütün bunlara baxmayaraq həyatda dik durmağı bacardım.1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi alovlananda millətimin hər bir vətən sevər oğlu kimi bu hadisələrə biganə qalmadım, millətimi dəstəklədim və uzaqda olsam da yanında olmağa çalışdım.Amma dəfələrlə etdiyim müraciətimə baxmayaraq və “şirinlik” verə bilmədiyim üçün Azərbaycan SSR DİN tərəfindən müracətlərimə rədd cavabı aldım...

Ardını oxu...

1990-cı ilin QANLI YANVARINDA isə qəti qərar gəldim ki, nəyin bahasına olursa olsun vətən dönməliyəm... SSRİ.nin o zamankı DİN Bakatinin “qafqaz xalqlarının nümayəndələrinin Zaqafqaziyaya ezamiyyət və məzuniyyət verilməsinin qadağan olunmasına” baxmayaraq 1990-cı ilin martında “qeyri qanuni ilaraq” Bakıya oradan isə Naxçıvana gəldim. Yadımdadır 28 mart 1990-cı ildə mən Naxçıvana gəldim həməin gün Azərbaycan SSR KP Naxçıvan vilayət Komisəsinin şöbə müdiri Vəli Zeynalovu ermənilər Şahbuzun Şada kəndində ŞƏHİD etmişdilər, qaçaraq Naxçıvan MSSR DİN-ə gəldim,orada bütün əməkdaşları həyacan siqnalı ilə toplamış və döyüşə göndərirdilər...Mən də müraciət etdim ki, mənə də silah verin,mən də gedirəm...Bir nəfər mülki geyimdə məndən soruşdu ki, kimsən,mən də ona dedim ki, Rusiyada qulluq edirəm,o mənə dedi ki, vətənin bu günüdə niyə oradasınız bura gəlmirsiniz,mən də dedim ki, qaçıb gəlmişəm,amma dəfələrlə Azərbaycan SSR DİN müraciət etsəm də rədd cavabı almışam...onradan öyrəndim ki, mənimlə danışan o zamankı Naxçıvan MSSR Xaxiliu İşlər Naziri rəhmətlik Mamed Mamedovdur. Mamed müəllim mənə dedi ki, sən ünvanını yaz ver Karlar şöbəsinə gör səni gətirirlər yoxsa yox...Allah rəhmət eləsin sözünün üstündə durdu və həmin ilin iyun ayında mən xidmətimi davam etdirmək üçün Naxçıvana ezam olundum.Nazirin əmri ilə Şərur rayon o zamankı DİŞ-də yeni yaradılmış Post Patrul rotasına komandir təyin olundum...Müharibə illərin haqqında yazan deyiləm,çünki məni tanıyanlar bilir ki, necə və nə təhəri döyüş yolu keçmişəm....Əlbəttə ki, yenə də çətinliklər də gördüm, ölümlə üzləşdim,döyüş yoldaşlarımın ŞƏHİD və QAZİ olmalarını da gördüm, çoox sıxıntılar da çəkdim. Müharibə illərindən sonra hara getdimsə, uğuruma pislərlə yanaşı yaxşı adamlar da çıxdı,bəzi qapılar üzümə bağlansa da, üzümə qapılar açıldı, kimin yanına getdim, məni bağrına basdı. Təbii ki, yenə də çətinliklər də gördüm, sıxıntılar da çəkdim, amma sınmadım, əyilmədim, dönmədim, ürəyim də, süfrəm də, qapım da millətə açıq oldu. Ömrümü ortabab yaşadım. Amma bu ömrün içində çox böyük zülmlər də çəkdim, peşman olmadım,amma bəzi məmurlar məni peşman etdilər və “Nahaq gəldim vətənə” da dedim. İndi üzümü tutub məni incidən 15 il qeyri qanunu mənzil növbəsində gözlədən məmurlardan soruşuram, axı mən Sizə nə etmişəm ? Vicdanınız olsun bu gün mən bir çox xəstəlikdən əziyyət çəkən vətən QAZİlərindən biriyəm və 67 yaşım var elə edin ki, qəbir evinə getməmişdən mənzil üzü də görə bilim !!!
Sizə daha sözüm yoxdur, Sizdən heç yerə və heç kəsə yox Allahıma şikayət edirəm !!!"

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Bir müddət əvvəl məktəblərin birində şagirdin digərinə etdiyi “yumurtalı” bullinq cəzasız qaldı. Bullinqi edən keçmiş qadın məktəb direktorunun qardaşı qızı imiş. Hətta qız çıxıb dedi ki, “vecimə də deyilsiniz”... Məktəbin direktoru jurnalistlərin qarşısına çıxıb, bir neçə cümləni sözün əsl mənasında bir neçə dəfə təkrar etdi. Ondan əvvəl məktəb direktorunun oğlu ailəsini balta ilə sözün əsl mənasında məhv etdi. Bütün bu hadisələrdən sonra məktəb şagirdinin partaların üzərindəki şou videosu yayıldı. Zaman-zaman məktəblərdə bu kimi hadisələr baş verir. Acı səbəb də çox sadədir: "Məktəblərdə direktorların və müəllimlərin əksəriyyətinin qadın olması"...
Başıma təhsildən kənar gələn bir hadisəni danışacağam. Bir neçə il əvvəl Bakı kəndlərinin birində çıxarışla bir torpaq sahəsi aldım. Dedilər ki, qonşun məktıb direktorudur və qadındır. Başlanğıcda sevindim ki, təhsilli, savadlı, ziyalı bir ailə ilə qonşu olacağam. Amma sən saydığını say... Elə ilk gündən bu qadın (o zaman 63 yaşı vardı) özünü 15 yaşlı qız uşağı kimi ortaya atıb, əvvəlcə mənim aldığım torpağın sahibindən mənə satdığı torpaqdan pay istədi. Təbii ki,torpaq sahibi yox dedi. Sonra bu qadın iddia etdi ki, mənim aldığım torpağa yol yoxdur. Dedim ki, “başa düşmədim, çıxarışlı ərazimə xüsusi təyyarə ilə getməliyəm?” Nə isə, min dava ilə yolumu da aldım. Sonra qadın həyasızlıq edib, mənim yolumun üzərində öz həyətinə bir neçə qapı açmaq istədi. Dedim ki, “istəəyirsinizsə, bütün yolu kiçik qapılarla doldurun, bu yol dövlətin yoludur. Mənə əsas olan evimə gedib gəlməyə problem olmasın”... Nə isə, bu qadın mənə hədə-qorxu gəlir, adamlarının olduğunu və s. deyirdi. 2022-ci ildə yaşı ilə əlaqədar onu pensiyaya göndərdilər. Və səsi "batdı". Bir oğlu var, yaşı 30-u keçsə də, anasından aldığı tərbiyə də göz önündədir. Hətta qonşular deyir ki, “narkotik istifadəçisidir”...

Bu hadisəni ona görə danışıram ki, bütün baş verən neqativ hadisələrə diqqət edəndə, görürsən ki, bu hadisənin də arxasından bir qadın məktəb direktoru çıxır.

Ötən illərdə uşaqlarım Seyid Cəfər Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında oxuyurdu. Keçmiş qadın direktor bizi akt zalına yığıb demişdi ki, “23 manata satılan ingilis dili kitabını almağa məcbursunuz, yoxsa bilirsiniz də”. O kitabları uşaqlarım bir dəfə də olsun açmayıb. İndi deyənlər olacaq ki, "o zaman niyə danışmırdın?", cavabım hazırdır. Mən danışırdım... Hətta o qadın direktorun vaxtında məktəbə VMA-nı gətirmişdilər. Hər uşaqdan 100 manat yığırdılar. Mən verməkdən imtina edəndə, övladımın qadın sinif rəhbəri uşağa demişdi: “Sizin atanız yoxdur, verməsəniz də olar”. Bu da müəllimin uşağın başına atasının olmamasını çırpması...

Mən bununla bağlı canlı efirdə də danışmışdım. O 100 manatların hara getdiyini də sorğulamışdım. Hətta o direktorun oğlu bu çıxışıma görə məni “ədalətsiz” adlandırmışdı. Təəccüblənməmişdim. Çünkü anasının “yeyinti”sinə mane olmuşdum...

Kiçik oğlumun ibtidai sinif müəllimi cavan kadr idi. İlk sinfi mənim oğlumun sinfi idi. Nə oldusa, qadın müəllimə dərd deməyə başlayan kimi biri ilə tanış oldu. O adamla dava-dalaşı olanda bunun mənfi nəticəsini oğlum və sinif yoldaşları gördü, yaşadı. Sonra nişanlandı, davamında toyu oldu, ardınca uşağı dünyaya gəldi. Qısası, bu qadın normal vaxt sistemi ilə məktəbə gəlmədi ki, uşağın təhsili normal olsun. Mən bu "yoxluq" səbəbilə etiraz edəndə onun dediyi söz yadımdadı: “ Xanım, siz başa düşmürsünüz ki, stəkan bu qədər su tutur. Mən nə qədər çalışsam da, sənin uşağının anlayacağı bu qədərdir”. Qadın həm məni, həm övladımı günahlandırdı. Hələ ayda 50 manat da verirdim ki, uşağın hazırlığı ilə məşğul olsun. Halal edirəmmi? Təbii ki, xeyr! Sonra övladımı başqa bir müəllimin yanında hazırlığa qoydum. Və o gənc kadr, sözün əsl mənasında həyatının ağır vaxtında övladımın təməl təhsilini "heç" etdi...

Mən də qadınam. Qadın düşməni də deyiləm. Amma bu problemlərin aradan qaldırılması üçün hazırda yeganə birneçə yol görürəm:

"Məktəblər qadın direktorlara həvalə edilməməlidir". Qadın direktorlar bu vəzifədə olanda vəzifə məsuliyyətini unudub, təkcə məktəbdə deyil, həyatda da "alçaq dağları yaratdım" deyə düşünür. Nə məktəb daxilində də, nə də cəmiyyətdə insanlarla normal davrana bilmirlər.
Məktəblərə müəllim kimi qəbul imtahanla olsa da, sonrasında bir mərhələ daha olmalıdır. Qadının təhsil müddətində ərə getməsi, aşiq olması, uşaq dünyaya gətirməsi və s. müxtəlif hadisələr onun işinə təsir edəcəksə, bu nüans da nəzərə alınmalıdır.
Qadın müəllim və ya direktor işə qəbul zamanı psixoloji müayinədən real şəkildə keçirilməlidir. Çünki əksər qadınlar ailə həyatında, şəxsi həyatında yaşadıqları uğursuzluqları işlərinə də sirayət etdirirlər. Bu da həm təhsil, həm də uşaqların tərbiyəsi üçün önəmlidir.
Mümkünsə, məktəblər nazirlikdən yoxlamalar göndərilən zaman rüşvətə meylli olmayan nümayəndələr göndərilməlidir. Bu halda, direktor o nümayəndəni "görüm-baxım" edib, eybərcərlikləri gizlədə bilməz. Əks halda, nəticə indidən məlumdur.
Təhsilimizin təhsildən kənar o qədər çatışmazlıqlar var ki, bunu bircə bu yazıya sığdırmaq mümkün deyil. Mövzuya təəssüf ki yenə qayıdacağam...

İradə Cəlil, Bizimyol.info
Ardını oxu...
"...Zəng edib, dedilər ki, yeddi min manat civarında kredit borcum var, ancaq hal-hazırda üç yüz manat ödəsəm, bank məhkəmə iddiasını geri çəkəcək, borcumu aylıq qrafikə böləcəklər. Ancaq bunu şifahi olaraq telefon vasitəsilə dedilər. Zəng edən şəxs bankın Problemli Kreditlər Şöbəsindən idi. Heç bir yazılı sənəd təqdim etmədən eləcə dedi ki, "üç yüz manat ödəniş et, məhkəmə iddiasını geri çəkək".
Adının anonim qalmasını istəyən vətəndaş, Bizimyol.info xəbər portalına müraciət edərək, kredit borcu olduğu bankın müvafiq şöbəsinin ona zəng etdiyini və aralarında yuxarıda qeyd olunan dialoqun keçdiyini bildirir. Banka qeyd olunan məbləğdə borcu olan vətəndaş zəng vasitəsilə üç yüz manat tələb edən bu şəxsin kimliyini bilmir. Heç bir rəsmi sənəd təqdim edilmədən, eləcə "pulu ödə, məhkəməyə verməyək" anlamında hər hansı bir nömrədən zəng gəlib.

Belə hallarla üzləşən vətəndaşlar nə etməlidirlər?
Özünü Problemli Kreditlər Şöbəsinin əməkdaşı kimi tanıdıb, telefonda şifahi şəkildə vətəndaşdan pul tələb edən bu şəxslərə pul ödənilməlidirmi?
Banklara məxsus "problem həll edən" belə "şöbə"lərin vətəndaşdan bu şəkildə pul tələb etməyə ixtiyarı varmı?
Məsələ ilə əlaqədar iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov, Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

"Fərz etsək ki, vətəndaşa zəng edən şəxs həqiqəti deyir... Yenə də bu, o demək deyil ki, "300 manat ödəsən, biz borcu siləcəyik". Mən belə başa düşürəm ki, vətəndaşı bu yolla aldatmağa çalışırlar. Onlar demək istəyirlər ki, "biz indilik səni məhkəməyə vermirik, ancaq indi 300 azn ödə, sonra da qalanını hissə-hissə ödə". Təbii ki, bu təkliflə razılaşmaq qəti olmaz. Ona görə ki, əgər vətəndaş artıq gecikməyə düşübsə, ona faizdən əlavə cərimə də hesablayıblar. Adətən müqavilələrdə göstərilir ki, belə olduğu halda - müştəri pul ödədiyi zaman ilk növbədə, cərimənin məbləği çıxılır. Həmin vətəndaş gedib 300 manatı ödəsə, hamısını cəriməyə çıxacaqlar. O da hələ bilinmir ki, sözlərinin üzərində durub, məhkəmə iddiasını geri çəkəcəklər, ya yox. Sözdür, sadəcə ortaya atıblar.

Ümumiyyətlə, bank olsun, sığorta şirkətləri olsun, vətəndaşa bu cür təkliflər yazılı şəkildə verilməlidir. Tutaq ki, ödədim, qarşılığında nə olacaq? Anlaşılmz vəziyyət odur ki, ətəndaş məhkəmədən niyə çəkinir? Bu məsələ ən pis halda illərlə davam edəcək. Axırda deyəcəklər ki, gəlsin, pulunu ödəsin. Yəni məhkəmə vətəndaşa nə edəcək? Bank vətəndaşa elə minnət qoyur, elə üslubla danışır ki...

O şərtlə barışıq etmək olar ki, həmin cərimələri silsinlər. Yəni vətəndaş ödəniş edəcəksə, bu ödəniş cəriməyə yox, əsas məbləğə çıxılır. Əgər bank rəsmi qaydada bununla razılaşırsa, o şərtlə danışıq aparmaq olar.

Bir daha qeyd edirəm, bütün bunlar yazılı, yəni rəsmi şəkildə aparılmalıdır. Əgər razı deyillərsə, onda onlara güvənmək olmaz. Şübhəsiz ki, razılaşmadan sonra "biz elə söz deməmişik" deyərək boyunlarından ata bilərlər" - deyə, hüquqşünas bildirib.
 

Dünyapress TV

Xəbər lenti