Ardını oxu...
Ali Məhkəmənin Kommersiya Kollegiyası çox mühüm qərar qəbul etmək ərəfəsindədir. Ya mövcud qanunvericiliyi rəhbər tutaraq deyəcək ki, daşınmaz əmlakın qeydiyyatı mütləqdir və onunla bağlı əqdlər notarial qaydada təsdiq olunmalıdır, ya da iri holdinqin özbaşınalığına haqq qazandıraraq hüquq sistemimizdə dəyişiklik edəcək.

"AzPolitika" xəbər verir ki, bunu iqtisadçı, bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, Azərbaycanın əmlak hüququ alman sistemi üzərində qurulub.

"Bu o deməkdir ki, daşınmaz əmlak mütləq şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Əks halda, əmlak mövcud sayılmır. Həmin əmlakla bağlı müqavilələr də notarial qaydada təsdiq olunmalıdır; əks halda, onlar etibarsızdır", – o əlavə edib.

Ekspert vurğulayır ki, təcrübədə buna həmişə riayət olunmur: "Məsələn, yeni tikilmiş yaşayış binalarındakı mənzillər qeydiyyatı olmadan alınıb-satılır. Halbuki qanunda qabaqcadan qeydiyyat mexanizmi var. Lakin bu, nə məmurlara, nə də tikinti şirkətlərinə sərf edir. Son zamanlar isə dövlət daha sərt tələblər irəli sürür. Məsələn, lisenziya alanlardan ünvanın qeydiyyatda olan əmlakda olmasını tələb edirlər, yalnız qeydiyyatlı yeni binaya qaz verilir və s. Ən əsası isə qeydiyyatsız əmlakın "mülkiyyətçisi"nə bir çox üstünlüklər verilmir, xüsusilə icarə müqavilələri üzrə."

Ə. Həsənovun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin son qərarlarından biri bu sistemi dəyişməyə cəhd edir:"Belə ki, məşhur holdinqə məxsus bir mərkəzdəki ən iri ticarət (ofis) binalarından birinin dövlət reyestrində qeydiyyatı yoxdur. Buna görə də icarəçilərlə icarə müqaviləsini notarial qaydada təsdiq etdirə bilmir. İcarəçilərdən biri ilə 2022-ci ilin sonunda belə qanunsuz müqavilə bağlayıb və bir neçə aylıq icarə haqqı alıb ki, 2023-cü ilin iyunun 1-dən fəaliyyətə başlasın. Halbuki istismara hazırlıq aktını yalnız həmin ayın 8-də əldə edib. Vergi orqanında uçota isə yalnız 2023-cü ilin sentyabrın 27-də durub.

Təbii ki, belə vəziyyətdə icarəçi icarə obyektində fəaliyyətə başlamayıb: dövlət reyestrində olmayan sahədə, notarial təsdiq olunmamış müqavilə ilə, istismara hazırlıq aktı və vergi uçotu olmadan. Buna baxmayaraq, holdinq məhkəmə qaydasında “icarəçi”dən 2023-cü ilin iyunun 1-dən etibarən icarə haqqı və hətta xidmət haqqı tələb edir! Yəni faktiki olaraq icarəyə verilməmiş və xidmət göstərilməmiş bir sahə üçün! Hüququn və ədalətin "anasını ağladaraq" əsassız varlanmaq istəyirlər!

Qeyd edim ki, problem daha çox holdinqin menecerlərindədir. Onlar sadəcə o qədər naşıdırlar ki, normal idarəetmə, qeydiyyat və s. işləri təşkil edə bilməyiblər. İndi də təqsirlərini ört-basdır etmək üçün holdinqin adından istifadə edirlər. Məhkəmələr də əsassız olaraq onlardan çəkinir..."

Hüquqşünasın sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi də holdinqin iddiasını tam təmin edib: "Bildirdi ki, qeydiyyat da vacib deyil, notarial təsdiq də. Əgər Ali Məhkəmə də bu mövqeyi təsdiqləsə, ölkədə vacib bir presedent yaranacaq: daşınmaz əmlakın qeydiyyatı və onunla bağlı müqavilənin notarial təsdiqi tələbi faktiki olaraq ləğv olunacaq. Necə deyərlər, 'aclıq olsa da, kef olacaq': daşınmaz əmlak sahəsində kim nə istəsə edə biləcək. Düzü, bilmirəm, hansı varianta sevinim..."
 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Azərpoçt” MMC adından müxtəlif platformalar üzərindən dələduzluqlar edilir.

İndex.az xəbər verir ki, bu barədə RİNN-nin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, elan platformalarında məhsul yerləşdirən vətəndaşlara müxtəlif nömrələr vasitəsilə mesajlar göndərilərək məhsulu almaq istəyi bildirilir: “Məhsulun ödənişini almaq üçün vətəndaşdan saxta keçidə daxil olaraq bank kartı və digər fərdi məlumatları daxil etmək tələb olunur”.

ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından mesajlarla rastlaşdıqda, həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.
 
Ardını oxu...
Son günlər sosial şəbəkə istifadəçiləri arasında dələduzluq halları artmaqdadır. Bəzi şəxslər tanınmış simaların adından insanlarla əlaqə quraraq onlardan maddi vəsait tələb edir, bu zaman isə etibar qazandıqdan sonra onları aldatmağa nail olurlar. Daha təhlükəlisi isə bu dələduzların həmin şəxslərin şəxsi həyatına dair dəqiq məlumatlara sahib olmasıdır. Bu da aldadılan insanlarda “onlar bəlkə də doğrudan tanışdır” təəssüratı yaradır.

Maraqlıdır, bu şəxslər bu qədər dəqiq və şəxsi məlumatları haradan əldə edirlər?

İT mütəxəssisi Fərid Kazımov Yenisabah.az-a bu barədə açıqlama verib. Bildirib ki, şəxsi məlumatların dələduzların əlinə necə keçməsi dərindən araşdırılmalıdır:

“Müəyyən hallarda şəxsi məlumatların üçüncü tərəflərə sızdırılması halları müşahidə olunur. Bu vəziyyətdən sui-istifadə edən dələduzlar müxtəlif qanunsuz fəaliyyətlər həyata keçirə bilirlər. Baş verən bütün bu halların səbəbləri müvafiq orqanlar tərəfindən hərtərəfli araşdırılmalı, şəxsi məlumatların necə sızdırıldığı tam aydınlaşdırılmalıdır.

Eyni zamanda şəxsi məlumatların qorunması istiqamətində mövcud tədbirlər daha da gücləndirilməlidir. Problemin əsas mənbələrindən biri onlayn platformaların inkişafı fonunda müxtəlif resursların qeydiyyat zamanı şəxsi məlumatların təqdim olunmasını tələb etməsidir. Təqdim edilən bu məlumatlar bəzən təhlükəsiz şəkildə qorunmur və nəticədə dələduzların əlinə keçir”.

Ekspert bu sahə üzrə təhlükəsizlik tədbirlərinin artırılmasını məqsədəuyğun sayır:

“Bundan əlavə, bəzi hallarda şəxsi məlumatlar dələduzluq məqsədi daşımadığı təqdirdə belə, kommersiya qurumları və şirkətlər tərəfindən reklam məqsədilə əldə edilir. Belə ehtimallar da şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risklər yaradır.

Mövcud risklərin qarşısını almaq üçün hüquqi baza təkmilləşdirilməli, şəxsi məlumatların qorunması sahəsində daha sərt tənzimləyici tədbirlərin qəbul olunması zərurətə çevrilmişdir. Çünki şəxsi məlumatların oğurlanması halları insan həyatına daha ciddi, bəzən isə bərpası mümkün olmayan mənfi təsirlər göstərə bilər”.
 
Ardını oxu...
Quru sərhədlər bağlandıqdan sonra Azərbaycandan xaricə köçənlərin sayı kəskin şəkildə artıb.
Yeniavaz.com xəbər verir ki, ölkədə quru sərhədlərin bağlandığı 2020-ci ildə daimi yaşamaq üçün Azərbaycanı tərk edənlərin sayı 568 nəfər olub.
Qeyd edək ki, növbəti – 2021-ci ildə onların sayı 570 nəfər, 2022-ci ildə 1 069 nəfər, 2023-cü ildə isə 2 dəfədən çox artaraq 2 483 nəfərə çatıb. Bu göstərici 2009-cu ildən sonra qeydə alınan ən yüksək immiqrasiya olub.
Məlumat üçün bildirək ki, 2023-cü ildə Azərbaycanı daimi olaraq tərk edənlər əsasən Rusiyaya (720 nəfər), Türkiyəyə (483 nəfər), ABŞ-yə (145 nəfər), Almaniyaya (97 nəfər), Gürcüstana (81 nəfər), Qazaxıstana (73 nəfər), Özbəkistana (62 nəfər), Böyük Britaniyaya (48 nəfər) və Türkmənistana (42 nəfər) üz tutublar.
2020 və 2023-cü illərdə Azərbaycanı daimi olaraq tərk edənlərin sayı qeyd olunan ölkələr üzrə belə olub:
Ardını oxu...
 
 
 
Ardını oxu...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Azərsun Holdinq” MMC-nin törəmə şirkət yoxlama aparılıb.

XALQ.AZ-ın məlumatına görə, qanuni təmsilçisi Halıl Tanrıverdı olan “Azərsun Kənd Təsərrüfati Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində aparılan yoxlamalar zamanı ciddi pozuntular aşkarlanıb.

Yoxlamalar zamanı səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 181111.55 manat əlavə vergi, 90555.79 manat maliyyə sanksiyası şirkət barəsində hesablanıb.

Xatırladaq ki, “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC 2007-ci ildə təsis edilib və 41 milyon manat nizamnamə kapitalı var.
 
Ardını oxu...
Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb olduBakı-Gəncə magistral yolunun Gəncə şəhərinə yaxın hissəsində, 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin şəkilləri qürur mənbəyimiz kimi yolun ortasında dalğalanırdı. Lakin son günlər yayılan xəbərlər ürəkləri dağladı: Gəncə Şəhər İcra Hakimiyyəti şəhid ailələrinə şəkilləri sökmələri üçün xəbərdarlıq edib. Əgər valideynlər buna razılıq verməsə və səkiləri özləri sokməzsə, şəkillər icra hakimiyyəti tərəfindən götürüləcəkmiş…

Bu xəbərlər sosial şəbəkələrdə, xüsusən TikTok-da “Aran Media” səhifəsində paylaşıldı və dərhal böyük rezonans doğurdu. İnsanlar iki yerə bölündü: bir tərəf bu qərarı müdafiə etdi, digər tərəf isə buna etiraz edərək, bu addımı şəhidlərimizin xatirəsini unutturmağa yönəlmiş ağır bir hörmətsizlik kimi qiymətləndirdi.

Unutmayaq ki, ölkə başçısı cənab İlham Əliyev bölgələrə səfərləri zamanı şəhidlərimizin şəkillərini görüb qürurlandığını, kövrəldiyini açıq şəkildə dilə gətirmişdi. İndi sual yaranır: görəsən, Gəncə Şəhər İcra Hakimiyyətinin verdiyi bu qərardan cənab Prezidentin xəbəri varmı? Əlbəttə ki, yox! Əminik ki, əgər xəbəri olsaydı, o, şəhidlərimizin ruhuna hörmətsizlik edən belə bir addımın qarşısını dərhal alardı.

Bu səsimizi ucaldaq! Paylaşın ki, bu məsələ ölkə başçısına çatsın! Şəhidlərimizin xatirəsi bizim üçün əzizdir!
azxeber.info
Ardını oxu...
Bəndər Abbasın Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 700-ü keçib.

Bu barədə Hörmüzqan əyalətinin böhranların idarə edilməsi üzrə baş direktoru Mehrdad Həsənzadə açıqlayıb.

Onun sözlərinə görə, yaralıların sayının artacağı istisna edilmir.

Yaralıların ehtiyac duyduğu qanı təmin etmək üçün Gilan, Tehran, Yəzd, Həmədan, Kirman, Şimali Xorasan və İsfahan əyalətlərindən Bəndər Abbasa qan göndərilib.
 
Ardını oxu...
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə IRIB telekanalının efirində bildirib.

"Partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. Xəsarət alanların sayı artmaqda davam edir, lakin bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tez tərk edirlər", - Həsənzadə qeyd edib.

Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər işləyir, yanğınların söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.
 
Ardını oxu...
"CityNet" internet provayderi artıq "ölkənin ən bərbad provayderi" adını haqq edirmiş kimidir. "DİA-AZ" bildirir ki, bunu sözügedən şəbəkədən vətəndaş gileylərinin durmadan artması ilə qərarlaşdırmaq olar.

Beləliklə, yenə də "CityNet"... yenə də narazılıq...

Bu dəfə Səlim Abbasov adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim var" qrupunda belə gileylənir:

"Şikayətim "CityNet"dəndir. Həmişə bu provayder axşamüstü olan kimi şəbəkəsini zəiflədirdi, hətta bir qəpiklik internet belə vermirdi... İndi isə heç internet vermir. Tv-ni də ümumiyyətlə, dayandırır...

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirəm: Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün. Heç bir xidmət göstərə bilmir ya da heç müqaviləyə əməl etmir..."
Ardını oxu...
Bir neçə gün öncə, "DİA-AZ" olaraq məlumat paylaşdıq ki, əvvəlki qüdrəti olmayan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bir müddət sonra vəzifəsindən azad olunması, hətta FHN-nin bir quruma tabe etdirilməsi gözlənilir.

Xəbərdə deyilirdi: 'Bununla da "pazl" tamamlanmış olacaq. Yəni "köhnə qvardiya" demək olar ki, tarixin arxivinə qovuşdu. K. Heydərov Mehdiyev klanından qalan sonuncu "miras"lardan biridir. Hakimiyyətin yeni siyasi elitası isə artıq bu komanda ilə bir yerdə idarəetmədə iştirak etmək istəmir.

Bunun yaxşı, ya pis olduğunu siyasi rəhbərlik müəyyənləşdirir, analitiklər isə müşahidə edirlər ki, yeni siyasi komandada köhnələrə yer yoxdur. Odur ki, Heydərovun da "fövqəlnazir" erasına son qoyulacağı o qədər uzaqda görünmür".

Qeyd edək ki, bu barədə əldə etdiyimiz son məlumatda artıq FHN şefi ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi bildirilir. Mötəbər mənbə iddia edir ki, may ayında bu qərar veriləcək:

"Tək Kəmaləddin Heydərov yox, daha bir nüfuzlu fiqur da yola salınır. Bütün istiqamətlərdə belə bir tədarük var ".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...

Dünyapress TV

Xəbər lenti