![]() |
![]() ![]() ![]() |
|
Mayın 29-da Xəzər Universitetində tələbələr arasında bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə universitetin 3-cü kurs tələbələri - 20 yaşlı Fərid Əliyev və Məhəmməd Vəlizadə arasında baş verib. Məlumata görə, iki gün əvvəl onların arasında yaranmış dava dostlarının müdaxiləsi ilə sakitləşdirilsə də, mübahisə sonradan telefon vasitəsilə davam edib.
Mayın 29-da Fərid Əliyev universitetə gələrək Məhəmməd Vəlizadəni gözləyib. Məhəmməd universitetə daxil olan zaman Fərid özü ilə gətirdiyi bıçaqla ona bel və ayaq nahiyəsindən xəsarətlər yetirib. Xəzər Universitetinin rəsmisi Əlövsət Əmirbəyli hadisə ilə bağlı bunları deyib:
"Hər ikisi universitetin ən yaxşı tələbələrindəndir. Mühəndislik fakültəsində oxuyurlar. İlk dəfədir eşidirəm ki, aralarında mübahisə olub. Əgər bu barədə məlumatımız olsaydı, valideynlərini xəbərdar edərdik. Universitetdə bütün tələbələr yoxlanılır, bıçağın necə keçirildiyini deyə bilmərik".
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, hadisə ilə bağlı polisə məlumat daxil olub və əməli törətməkdə şübhəli bilinən Fərid Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəzər Universitetində tələbə bıçaqlanıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Milli.Az-a bildirib ki, bu gün Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:
"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır", məlumatda bildirilib.
Qeyd edək ki, hadisənin Xəzər Universitetində baş verdiyi, bıçaqlanan şəxsin tələbə olduğu bildirilir.
Xəbər verdiyimiz kimi, dünən Muay-Tay Federasiyasının sədri Araz Musayev Antalyada bıçaqlanıb.
Musavat.com xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Araz Musayevə edilən hücumda 4 nəfər iştirak edib, onlardan biri Rusiyaya qaçıb.
Artıq bildirildiyi kimi, onlardan ikisi, Azərbaycan vətəndaşları Antalya hava limanında saxlanılıb. Üçüncü şübhəli Rusiyaya qaçmağı bacarıb, dördüncü şəxs isə hələ də axtarışdadır. Onun axtarışı davam edir.
Şübhəlilərin Türkiyəyə giriş tarixləri və onların icarəyə götürdüyü avtomobillər araşdırılıb. Polis bu qənaətə gəlib ki, dörd nəfərdən ibarət qrup əvvəlcədən planlaşdırılmış və qəsdən adam öldürmək məqsədilə hücumu həyata keçirmək üçün Türkiyəyə gəlib.
Polis əməkdaşları müəyyən ediblər ki, Araz Musayevi bıçaqlayan iki şübhəli hadisə yerindən taksi ilə uzaqlaşıb.
Qeyd edək ki, hadisə İFMA üzrə dünya çempionatının keçirildiyi Antalyada baş verib. Turnirdə Azərbaycandan 14 idmançı iştirak edir və nümayəndə heyətinə Araz Musayevin özü rəhbərlik edir.
Ötən gün Azərbaycan təmsilçilərindən biri yarımfinala yüksəlib. Lakin günorta saatlarında Musayevlə türkiyəli idmançı arasında münaqişə yaranıb. Təşkilatçıların səyi ilə qarşıdurma tez aradan qaldırılıb və yarış davam edib.
Lakin günorta fasiləsi zamanı Musayevlə Türkiyə nümayəndə heyətinin rəhbəri arasında yeni mübahisə başlayıb. Tərəflər idman kompleksinin kənarına çıxıblar və mübahisə fiziki toqquşmaya çevrilib.
Nəticədə Araz Musayev kürəyindən bıçaqlanıb. O, təcili olaraq xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Son məlumata görə, Musayevin vəziyyəti sabit, lakin ağır olaraq qiymətləndirilir.
İqbal RZAYEV,
Musavat.com