Ardını oxu...
Gürcüstanda 3,6 maqnitudalı zəlzələ olub.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi bildirib.

Məlumata görə, təbiət hadisəsinin episentri paytaxt Tbilisidən 12 km cənub-qərbdə olub. Yeraltı təkanların ocağı 24 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
 
Ardını oxu...
Goranboyda toy məclisində dava düşüb.

TEREF"Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində fəaliyyət göstərən "Bahar" şadlıq sarayında baş verib.

İlkin məlumata görə, insident musiqi sifarişi üstündə başlayıb.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunublar.

Məlumata görə, bir neçə nəfər Goranboy Rayon Polis Şöbəsinə aparılıb.
 
Ardını oxu...
Gəncədə 23 yaşlı gənc oğlanın boğazı kəsilib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 2002-ci il təvəllüdlü N. Rüstəmov boğazının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
 

 
Ardını oxu...
Bakının Xəzər rayonu, aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün işlər görülür.

23:36

Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, evakuator aeroporta gedən ekspres avtobusuna çırpılıb.

Hadisə nəticəsində ölən və yaralıların olduğu bildirilir.

Yaralılar təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.
Ardını oxu...
Soçidən İrəvana uçmalı olan təyyarə ötən gündən bir neçə dəfə təxirə salınıb.

Axar.az xəbər verir ki, “Red Wings Airlines” aviaşirkətinin Soçi-İrəvan reysi aprel 16:20-də olmalı imiş. Ancaq sərnişinlərə duman səbəbindən təyyarənin gecikəcəyi bildirilib.

Sərnişinlər 8 saatdan sonra otelə göndərilsə də, 2 saat keçməmiş yenidən aeroporta gətirilib. Amma uçuş yenə da baş tutmayıb. Şirkət rəhbərliyi isə qaydalara uyğun olaraq, yalnız 8 saat gözlədikdən sonra onları otelə göndərə biləcəklərini vurğulayıblar. Buna görə də sərnişinlərdən bəziləri öz hesablarına otelə yerləşib. Otellər dolu olduğu üçün sərnişinlərin böyük əksəriyyəti hava limanında gözləməyə məcbur olub.

Nəhayət, 24 saat gecikmədən sonra təyyarə havaya qalxa bilib.
 
Ardını oxu...
Moskva şəhəri aprelin 6-da gündəlik yağıntıların miqdarına görə yeni rekord müəyyənləşdirəcək.

Bu barədə meteoroloq Tatyana Pozdnyakova öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, sabah Rusiya paytaxtına 10 mm-dən çox yağıntının düşəcəyi gözlənilir.

Əvvəlki 10 mm yağıntı rekordu 1903-cü ildə qeydə alınıb.

Xəbərdə bildirilir ki, bazar günü günortadan sonra güclü qar bütün Moskva vilayətini əhatə edəcək./teleqraf
 
Ardını oxu...
“Regional Hospital” MMC-nin qanuni təmsilçisi dəyişib.

TEREF xəbər verir ki,İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hospitalın hazırda qanuni təmsilçisi Hüseynov Fərid Dilbazi oğludur.

O, bu vəzifədə Eldəniz Mübariz oğlu Daşdəmirovu əvəzləyib.

Bununla yanaşı hospitalın dövlət qarşısında mövcud olan külli miqdarda vergi borcu demək olar ki, hər ötən gün bir qədər də artır. Hazırda MMC-nin vergi borcunun miqdarı 698 250,04 manat təşkil edir.

Qeyd edək ki, “Regional Hospital” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb.
 
Ardını oxu...
Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri - yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

“AzPolitika" xəbər verir ki, söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir.

Belə ki, paytaxtda bir sıra köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri şəhər təsərrüfatında ciddi çətinliklər yaradır. Habelə vaxtı ilə dar və plansız şəkildə tikilmiş yollar və küçələr yanğın hadisəsi və digər fövqəladə hallar zamanı kritik hadisələrin qarşısını almağa mane olur.

Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq 10 yeni metro stansiyasının tikintisi, şəhərətrafı Bakı kənd və qəsəbələrinə gedən dəmiryol şəbəkəsinin bərpası ilə əlaqədar olaraq paytaxtda mühəndis-kommunikasiya qurğularının yenilənməsini, nəqliyyat və sosial infrastrukturların, kommunal sistemlərin əsaslı şəkildə bərpasını, “yaşıl və təmiz şəhər” prinsiplərindən irəli gələn ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması və s. tədbirlərinin həyata keçirilməsini zəruri edir.

Aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq Rayon İcra Hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilir, ölçü işləri aparılır. Köçürmə işləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununa Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirəcək, müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.

Bakının yeni Baş Planına uyğun olaraq, köçürmə ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq, həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq, müasir standartlara cavab verəcək abadlıq işləri həyata keçiriləcək. Bu işlərə yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də cəlb ediləcək.
 
Ardını oxu...
Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən “Şah” adlı oteldə qumar oyunu təşkil edənlərə cəza verilib.

TEREF xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, qumar oyunun təşkilinə görə otel sahibi, 1989-cu il təvəllüdlü Xaliq Məmmədsadıqov, orda ofisant kimi çalışan 1998-ci il Hikmət M. və 1998-ci il təvəllüdlü Mirəli D. saxlanılıb. Onlar barəsində açılan Cinayət Məcəlləsinin 244-1.2.1; 244-1.2.4-cü maddələri ilə cinayyət işinə məhkəmədə baxılıb.

Təqsirləndirilən şəxslər otel müştərilərinə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil ediblər. Aparılan araşdırma zamanı sözügedən oteli biznes fəaliyyəti ilə məşğul olan Namiq və Xaliq Məmmədsadıqov qardaşlarının idarə etdiyi məlum olub.

Otelə daha çox nəzarəti Namiq Məmmədsadıqov etsə də, təqsirləndirilən ofisantların sözlərinə görə, otelin digər sahibi Xaliq Məmmədsadıqov qumara qarşı olub. Ofisantlar ifadələrində qumar oyunlarını Namiq Məmmədsadıqovun tapşırığı ilə təçkil etiklərini deyiblər.

“Namiq hər dəfə bizə deyirdi ki, onun güclü “arxası”, tanışları var. Oteldə qumar oynayanlara rahat qulluq edin. Namiq otelin rəhbəri olduğu üçün biz onun bu təklifindən qorxmadıq”, deyə onlar bildirib.

Otelin sahibi Namiq isə ifadəsində “Şah” otelində qumar oyunlarının keçirilməsindən və təşkil edilməsindən məlumatı olmadığını və icazə vermədiyini bildirib: “Həmin oyunçuların orada qumar oynamısını Hikmət və Mirəli təşkil edib. Özümü ona görə qismən təqsirli bilirəm ki, kollektivini düzgün seçməmişəm”.

Məhkəmə oteldə qumarın təşkil təşkilatçısı kimi ofisant Hikmət M. 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, məhkəmə iclas zalında həbs edilib.

Otelin sahibi Xaliq Məmmədsadıqov və Mirəli D. 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Hər iki şəxs cəza çəkdiyi müddətdə üzərilərində elektron nəzarət qolbağı tətbiq edilib.

  
Ardını oxu...
Qazın kəsilməsinə səbəb onların ötən ayın qazpulunu vaxtında ödəyə bilməməsidir. Bu isə, aylıq maaşlarının hələlik köçürülməməsi ilə bağlı olub. Bu haqda "Gündəlik Naxçıvan"a hərbçilərin özləri məlumat veriblər.
Adının çəkilməsini istəməyən hərbçilərdən biri deyir ki, işdən evə gəldikdə qazın kəsildiyini görüb:
"Mart ayının borcunu ödəyə bilmədik, ona görə qazlarımız kəsilib. Şahbuzun ucqar yerində yaşayırıq, hava çox soyuqdur. Uşaqlar və biz donuruq. Yemək bişirmək, çay qoymaq da mümkün olmur. Rayon Qaz İdarəsinin əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən gəlib qazı kəsiblər. Özləri də yaxşı bilirlər ki, biz maaşlarımızı hər ayın 7-si alırıq. Yəni, 2-3 günə maaşımızı alıb, ödəyəcəyik. Niyə belə edirlər, bilmirik. Hərbiçilərə bu cür hörmət göstərirlər. 10-larla hərbçi ailəsi qazsız, soyuqda qalıb."
Adının çəkilməsini istəməyən dirgər hərbçi isə, problemin həll olunması üçün aidiyyəti qurumlara səslənir:
“Soyuqda yaşamaq və ailəmizi bu vəziyyətdə görmək çox çətindir. Biz xidmət edirik, amma bəzən belə hallarla qarşılaşmaq çox ədalətsizdir. Ümid edirik ki, aidiyyəti qurumlar dərhal reaksi verəcəklər.“
 
 
 

Dünyapress TV

Xəbər lenti