Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Millət vəkili Fazil Mustafa parlamentin iclasında bir məsələyə toxunub. Deputat bildirib ki, həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil, onlar müalicə almalıdır. Həmçinin, qeyd edib ki, narkotik satışını həyata keçirən şəbəkəni çökdürmək üçün bütün vətəndaşlar prosesə qoşulmalıdır:

"Məktəblərin ətraflarında ola biləcək satış mexanizmlərini mütləq aşkara çıxarıb, onları məsuliyyətə cəlb etmək son dərəcə vacibdir. Ölkəmizin gələcəyini təhdid edən ən ciddi problem narkomaniyadır. Bu, xüsusilə qonşu ölkədən yönəldilən şəbəkə vasitəsilə həyata keçirilir. Bu günlərdə Yasamalda belə bir hadisə baş verdi ki, insanlar kameralar vasitəsilə narkotik satışını həyata keçirən müəyyən bir şəbəkənin ifşa olunmasına köməklik etdilər. Bu, çox önəmli bir addımdır. Çünki vətəndaşlar bu prosesə qoşulmasalar, Azərbaycanın narkotik faciəsindən qurtarmaq çox çətin olacaq". Deputat qeyd edib ki, bu, təkcə polisin, xüsusi xidmət orqanlarının işi deyil: "Vətəndaş dəstəyinə ehtiyac var. Lazımi yerlərdə kameralar quraşdırılmalıdır".

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya ilə mübarizə üzrə tanınmış ekspert Emil Maqalov "Sherg.az"a açıqlamasında millət vəkilinin təklifini dəstəkləyib. Ekspert vurğulayıb ki, o da efirlərdə dəfələrlə bu məsələni gündəmə gətirib:

"Qanunvericilikdə "şəxsi istehlak miqdarı" məsələsi var. Nəzərə alaq ki, on il bundan qabaqki narkotiklə indiki narkotik keyfiyyət baxımından eyni deyil. Qanunvericilikdə "şəxsi istehlak miqdarı" hər bir narkotik vasitə üzrə müxtəlif ölçülərdə nəzərdə tutulub. Məsələn, heroin 0.15 qram, qurudulmuş marixuana 5 qram nəzərdə tutulur. Qeyd edilmiş miqdarlara qədər narkotik vasitələrdən istifadə olunması müəyyən olunarsa, inzibati həbs verilir. Yox, əgər həmin miqdardan yuxarı hədlər aşkar olunarsa, bu zaman Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açıla bilər. "Şəxsi istehlak miqdarı"na yenidən baxılmalı, bugünkü "qara bazara" görə tənzimlənməlidir. Əgər bundan sonra "şəxsi istehlak miqdarı"ndan yuxarı həddə narkotik qəbul edilərsə, həmin şəxs həbs olunmalıdır. Bununla bağlı qanunda boşluqlar var. Məsələn, 1 qram, 100 qram, yaxud 1 kq. narkotik istifadəsinə görə həbs müddəti eynidir. Həm bu məsələyə, həm də narkotikin ağır və yüngül olması məsələsinə baxılmalıdır".

Ekspert diqqətə çatdırıb ki, bu gün 90 faiz narkomanlar potensial "bariqa"dır, yəni narkotacirdir, satıcıdır:

"Niyə? Çünki narkoman hardansa, hansısa yolla pul tapırsa, bir günə ən azından bir "çet", yəni 1 qramın 5-8, ya da 10-da bir hissəsini istifadə edir. Əlinə çox pul düşdükdə öz şəxsi istifadəsi üçün daha çox narkotik əldə etməyə çalışır. 1 qram alıbsa, yarım qramını səhər, qalan hissəsini də axşam vurur. Bu halda o narkoman "şəxsi istehlak miqdarı"nı keçdiyinə görə həbs olunmalıdır. Halbuki, 1 qramı özü üçün, yəni birgünlük dozası üçün almışdı. Onlar müalicəyə göndərilməlidir. Problem odur ki, müalicə müəssisələrində kifayət qədər yer yoxdur. Digər məsələ odur ki, müalicə müəssisələrində 10 dəfə müalicədən keçmiş, yenidən ora qayıtmış adamlar var. Yəni müalicə müəssisələrində keyfiyyətli müalicə yoxdur. Bunlar reabilitasiya olunmalıdır. Mövcud qanunvericiliyə görə isə onlar ya 400 manat cərimə olunmalı, ya 2 ayadək həbs edilməli, yaxud müalicəyə göndərilməlidir. Təkrar edirəm, müalicə müəssisələrində də nə yer, nə də keyfiyyətli müalicə var. Bu da mənasızdır".

E.Maqalov onu da əlavə edib ki, hüquq-mühafizə orqanlarının, dövlət-sərhəd xidmətinin, müvafiq qurumların səyi nəticəsində narkotik satışı əvvəlki dövrlərdəki kimi deyil:

"Əvvəl bir şəhərdə 50 nəfər satırdısa, bu gün satıcı 5 nəfərdir. Çox azalıb, narkotiki tapmaq da mürəkkəbləşib. Ona görə də məktəbdə, yaxud hansısa başqa yerdə narkotik satışı əvvəlki kimi yüzdə on yox, yüzdə bir ola bilər".
 

Bölmənin digər xəbərləri

25 May 2025 Bakıda söküntü zamanı insident: Şirkətin ekskavatoru yandırıldı - Həbs edilən var
25 May 2025 "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
25 May 2025 Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
25 May 2025 “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
24 May 2025 Lüks avtomobillər su qiymətinə - BMW, "Mercedes" və "Toyota" 1 200 manatdan...
24 May 2025 Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
23 May 2025 “Elgünün ölümünə görə heç kim SAXLANILMAYIB” - Elgünün ailəsi kimlərə OD PÜSKÜRDÜ? - Gəncədən eksklüziv VİDEOREPORTAJ
23 May 2025 Emin Ağalarovun avtomobil sevgisi – “Avtoş”luq etdiyi… (VİDEO)
23 May 2025 Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI
23 May 2025 Bakıda binanın blokunda etdikləri kameraya düşdü — Dərhal həbs olundu
22 May 2025 İşdən çıxarılmadığını deyən direktor barəsində tədbirlər görüləcək
22 May 2025 Bakıda dilənçinin 1 günlük qazancı şoka saldı - VİDEO
21 May 2025 "Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur" - SAKİNLƏR BƏLƏDİYYƏDƏN NARAZILIQ EDİR VİDEO
21 May 2025 Nüfuzlu ticarət şəbəkəsində TƏHLÜKƏLİ DURUM - "Elə bil belə də lazımdır..."
21 May 2025 Prokuror 7 jurnalistin hər birinə 11-12 il azadlıqdan məhrumetmə cəzası istədi
21 May 2025 Gəncədə Kəlbəcər sakinini avtomobil vuraraq öldürüb
21 May 2025 "Texpasport"da bu söz yazılıbsa... - DİQQƏT!
21 May 2025 Elgünün anası ilk dəfə HƏR ŞEYİ AÇIQLADI: "Hadisədən bir az əvvəl..." - ŞOK DETALLAR
21 May 2025 “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
20 May 2025 15 yaşlı oğlan ticarət mərkəzində dəhşət YAŞATDI - VİDEO

Dünyapress TV

Xəbər lenti