Ardını oxu...
Monika Tarihin Kaydettiği en cesur kadınların başında gelir.
Che Guevara'yı Bolivyada öldüren Abd'li
Ardını oxu...
General Roberto Quintanilla korunmak için Bolivya dışına çıkarılmış Almanya'ya elçi olarak atanmıştı.
Monika sahte pasaportla Almanya'ya ulaştı. Kendisi sinemacıydı zaten en ince planlar yaparak elçilik ile bağlantı kurdu ve genaralden randevu almayı başardı. Görüşme anında üç kurşunu genaralin başına sıkarak yere serdi ve Che Guevara'nın intikamını aldı.
Salih Gezer
TEREF
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
  

Azərbaycanda son 10 gün ərzində 3 qadın qətlə yetirilib, 2 qadın isə bıçaqlanıb. Bu barədə məlumatı vəkil Zibeydə Sadıqova paylaşıb.  O bildirib ki, qadınlar əsasən ailə üzvləri, həyat yoldaşları tərəfindən şiddətə məruz qalır.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Yeni Müsavat”a şərhində bildirdi ki, zorakılıq bir insanın həyatına, bədəninə və düşüncəsinə müdaxilədir: “Zorakılıq təkcə fiziki gücdən doğmur. O, düşüncələrə, gözləntilərə və ya sosial rollara yüklənmiş mənalardan yaranır. Cəmiyyətimiz yazılmış qanunlarla deyil, yazılmamış qaydalarla idarə olunur. Həmin qaydalarda qadın susmalı, kişi hökm etməlidir. Bu isə patriarxal düşüncənin kök salmış və gündəlik həyatda özünü göstərən təzahürüdür. Belə bir mühitdə böyüyən uşaq, istər oğlan, istər qız, gələcəyin zorakılıq dövranının yeni iştirakçısına çevrilir. Zorakılıq edən kişi bəzən vaxtilə şiddətə məruz qalmış qadının yetişdirdiyi övladdır. Bu isə faciənin zəncirvari davamıdır. Qadın zərifdir, bu, doğrudur. Lakin zorakılığa məruz qalan qadının zərifliyi itib, zəifliyə çevrilə bilər. Çünki dəfələrlə travma yaşayan insan bir gün özünə nifrət etməyə başlayır. "Səssiz qalmışamsa, deməli, layiq idim" kimi düşüncələrlə özünü günahlandırır.

Ardını oxu...

Psixoterapevt Rövşən Nəcəfov: “Biz ”Belə gəlib, belə də gedəcək" düşüncəsi ilə yaşayan toplum olaraq psixoloji sağalma mərhələsinə çata bilmirik"

Bu zaman onun şəxsiyyəti parçalanır. Zorakılıq edən kişi əslində güclü deyil. Əksinə, öz gücsüzlüyünü gizlətmək üçün zor tətbiq edir. İçində yığılıb qalmış emosional yük, həll edə bilmədiyi psixoloji təzyiqlər və cəmiyyətin “kişi ağlamaz”, “kişi zəiflik göstərməz” təlqinləri onu zorakılığa sövq edir. Bu, kişinin cəmiyyətin ona yüklədiyi roldan qaçmaq cəhdidir. Münasibətlərdəki gözləntilər çox zaman ən ağır psixoloji yükə çevrilir. “Kişi ailədə təminatçı, sərt və hökm sahibi olmalı, qadın isə itaətkar, təmkinli və susqun olmalıdır” kimi oturuşmuş düşüncələr münasibətlərdə bərabərliyi deyil, hökmranlığı yaradır. Bu isə zorakılığın psixoloji təməlini möhkəmləndirir. Zorakılığın artması hüquq sisteminin deyil, mədəniyyətin iflasıdır. Hüquqi addımlar mütləq atılmalıdır. Amma hüquqdan əvvəl cəmiyyətin düşüncə sistemi dəyişməlidir. Biz isə dəyişməkdən qorxan, sorğulamağı bacarmayan, “belə gəlib, belə də gedəcək” düşüncəsi ilə yaşayan bir toplum olaraq psixoloji sağalma mərhələsinə çata bilmirik. Hər birimiz bu prosesin bir hissəsiyik. Hər susduğumuzda, hər “ailə məsələsidir, qarışmaq olmaz” dediyimizdə, hər dəfə “kişidir də” deyərək məsuliyyətdən yayınanda zorakılıq zəncirinin yeni bir halqasını bərkitmiş oluruq. Məna yüklənmiş bütün stereotiplər əvvəldə və ya sonda fəlakətə səbəb olur".

Ardını oxu...

Sosioloq Üzeyir Şəfiyev: “Qadınların iqtisadi cəhətdən asılılığı azaldıqca daha müstəqil, daha azad, eqoist həyata meyllənirlər”

Sosioloq Üzeyir Şəfiyev mövzunu şərh edərkən qeyd etdi ki, məişət zorakılığı təkcə Azərbaycanda yox, bir sıra ölkələrdə müzakirə mövzusudur. Onun fikrincə, məişət zorakılığı təkcə qadına qarşı yox, kişilərə qarşı zorakılıq kimi də qiymətləndirməlidir: “Zorakılığın ən çətin identifikasiya forması emosional-psixoloji zorakılıqdır. Bu forma daha çox qadınlar tərəfindən kişilərə tətbiq olunur. Sadəcə, Azərbaycan ənənəvi cəmiyyət olduğu üçün kişilər aidiyyəti ünvanlara bununla bağlı müraciət etmirlər. Qadınlar övladlarına da şiddət göstərirlər, yəni ailə konflikti zəminində aqressiya uşaqlara yönəlir. Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanundan irəli gələrək məişət zorakılığı törədən şəxsə qarşı hüquqi məsuliyyət nəzərdə tutulur. Yanaşma fərqlidir, səbəblər çoxdur. Məlumdur ki, cəmiyyətimizdə düşüncə transformasiyası baş verir, qadınlar köhnə qaydalarla yaşamaq istəmirlər, kişilər də köhnə qaydalarla idarə edə bilmirlər. Qadınların iqtisadi cəhətdən asılılığı azaldıqca daha müstəqil, daha azad, eqoist həyata meyllənirlər. Bu da köhnə təfəkkürlü, mühafizəkar kişiləri qane etmir, onlar yeni şəraitə uyğunlaşa bilmirlər, buna görə də qadınlara qarşı dözümsüzlük göstərirlər. Kişilər daha çox qısqanclıq zəminində, xəyanət əsaslı zorakılıq törədirlər. Sosial şəbəkələr xəyanəti üzə çıxarıb, həm də xəyanət üçün şərait yaradıb. Bu da ailədə qovğa yaradır".

Ü.Şəfiyevin fikrincə, Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmaq məqsədi güdən bəzi Qərb mərkəzli qüvvələr gender bərabərliyi adı altında ölkəmizdə qadın-kişi qarşıdurması yaratmağa çalışırlar: “Boşanmaların statistikasına nəzər salanda müəyyən təsirlər özünü göstərir. Hesab edirəm ki, Azərbaycanda qadın hüquqları ilə bağlı maarifləndirmə işləri sahəsində buraxılan bəzi səhvlər də qadınları kişilərə qarşı aqressivləşdirir. Buna görə də həssas yanaşma olmalı, ailə münaqişələri efirlərə daşınmamalıdır. Fikrimcə, müvafiq qurumlar münaqişəli ailələri qeydə almalı, onlarla sosial-psixoloji iş aparılmalıdır. Eyni zamanda hesab edirəm ki, sosial mediada ailə dəyərlərini deqradasiyaya uğradan filmlərin, verilişlərin yayımı dayandırılmalıdır. Yanaşma rasional olmalı, gəncləri ailə dəyərlərinə hazırlamalıyıq”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, 2023-cü il mayın 7-də Abşeron rayonunda qətl hadisəsi olur. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, hadisə Novxanı qəsəbəsi, İlqar Mirzəyev küçəsində yerləşən fərdi evdə baş verib. Yataq otağınının giriş hissəsində, döşəmədə üzü üstə uzanmış vəziyyətdə 1982-ci il təvəllüdlü Türkan Gündüzün meyiti aşkar edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Türkan Gündüzün (Hacıyevanın) bədən səthində 7 ədəd bıçaq yarası aşkar edilib.

Muhammet Gündüz 1967-ci ildə Türkiyə Respublikasının Konya şəhərində anadan olub. Fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub, əvvəllər məhkum olunmayıb. Türkan Gündüz tanınmış plastik-cərrah olub. Bakıda bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında işləyib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Muhammet Gündüz Türkan Hacıyeva ilə 2002-2014-cü illərdə qeyri-rəsmi ər-arvad kimi yaşayıb. 2015-ci ildə rəsmi qaydada ailə həyatı qurublar. 2018-ci ildən etibarən Türkan plastik-cərrah kimi işləyərək pul qazanıb, dəfələrlə evə gec gəlib və ərinə kobud qaydada cavab qaytarıb. Həmçinin qadın spirtli içki qəbul edib, ərinin telefon zənglərinə cavab verməyib, Muhammet Gündüzlə birgə Türkiyədə yaşamaqdan imtina dib və hətta dərman vasitəsilə onunla cinsi əlaqədə olmasını söyləyib. Bu səbəblə Muhammet Gündüz arvadının ona bir ər kimi hörmət etmədiyini düşünüb. Bu zəmində baş verən davamlı mübahisələr nəticəsində aralarında soyuqluq yaranıb. Buna aydınlıq gətirməkdən ötrü mayın 7-də növbəti dəfə söhbət edərkən, qadın kobud şəkildə onunla birlikdə yaşamaq istəmədiyini bildirib. Masadakı şirniyyatı üstünə atıb üzərinə gələndə, yaranmış qəzəb fonunda Muhammet Gündüz dolabdan açılıb-qatlanan, məişət təyinatlı bıçağı götürüb. Müstəsna dərəcədə rəhmsizliklə 2011-ci il təvəllüdlü övladının gözləri qarşısında qadının döş qəfəsinə və qarnına çoxsaylı zərbələr endirib. Nəticədə qadın ölüb.

İş üzrə dindirilmiş Muhammet Gündüz bildirib ki, Türkan Gündüzlə tanış olanda o tələbə idi. Aralarında sevgi münasibəti yaranıb:

“Valideynlərim Türkanla ailə qurmasına razı olmasa da, öz bildiyim kimi hərəkət etdim. Arvadım 2018-ci ildən işləməyə başladı. Türkanın bacısı ailə işlərimizə müdaxilə edərək, məni xadimə ilə cinsi əlaqədə olmaqda günahlandırsa da, belə bir hal baş verməmişdi. Günlərin gir günü Türkanın anası zəng edərək, atasının səhhətində ciddi problemlər olduğunu və qızının yanında olmasını istədiyini bildirdi. Mən də təbii ki, buna etiraz etmədim. Arvadımı və qızımı Azərbaycana yola saldım.

Amma 2 gündən sonra Türkanın məndən boşanmaq istəməsi barədə iddiasına dair rəsmi bildiriş aldım. Bununla əlaqədar ona zəng edib səbəbini soruşanda yoldaşım xadimə ilə olan kamera görüntülərini gördüyünü dedi. Ona vəziyyəti izah etdim, hətta bu məsələdən sonra həmin xadiməni işdən çıxardığımı söylədim. Təxminən bir həftədən sonra yoldaşıma məlumat vermədən Bakıya gəldim. Sırf qadını öldürmək məqsədi ilə gəlməmişdim. Bakıda olanda Türkan sərxoş halda mənə zəng edərək, tibb bacısı ilə Gəncə şəhərində olduğunu dedi. Yoxlamaq üçün telefonu həmin tibb bacısına verməsini tələb etdikdə, o, bundan imtina etdi”.

Türkan Muhammetin ünvanına nalayiq ifadələr işlədib və sonra telefonu söndürüb. Yenidən arvadına zəng edərək, Gəncəyə gələcəyini deyib:

“Kürdəmir rayonuna çatanda, Türkan artıq evdə olduğunu bildirdi. Buna görə geri qayıtdım və Bakıda, Nərimanov rayonunda yerləşən evə gəldim. Türkan uzun müddətdən sonra qapını açdı. Bir daha ona xəyanət etmədiyimi bildirsəm də, arvadım buna inanmadığını söylədi. Mayın 7-də Novxanıda yenidən aramızda mübahisə yarandı. Türkan mənim və valideynlərimin ünvanına söyüş söyəndə, ona dəfələrlə xəbərdarlıq etdim ki, sözlərinə fikir versin. Yoldaşım masada olan qabı üzərimə atanda, dolabdan meyvə soyduğumuz bıçağı götürdüm. 3-4 dəfə sinəsinə və qarınına zərbələr endirdim.

Türkan qapıyə tərəf qaçdı. Səsimizi eşidib otağa girən qızım Sibel anasını vurmamağımı deyəndə, ona otağına keçməsini tapşırdım. Axırıncı zərbəni arxadan, qadının böyründən vurdum. Türkan yataq otağının qarşısında yerə yıxıldı.

Qızıma Təcili Tibbi Yardıma və xalasına zəng etməsini dedim. Çağırışa gələn briqadaya ünvanı izah etdim. Polis əməkdaşları gələrək, məni idarəyə apardılar”.

Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərib ki, Türkanla Muhammet bir-birilərini sevərək ailə həyatı qurublar:

“Təqsirləndirilən şəxsin başqa qadınla nikahından 3 övladı vardı. Konya şəhərində yerləşən evlərində olan kameralara baxanda, bacım ərinin xadimə ilə ona xəyanət etdiyini görüb. Mayın 7-də gecə bacım qızı zəng edərək, atasının anasını vurduğunu və təcili onlara gəlməyimi dedi. Evlərinə çatanda həyətdə Tibbi yardım avtomobilini, otağın girişində Türkanın meyitini gördüm. Polis əməkdaşları Muhammeti xidməti avtomobilə əyləşdirərkən ondan səbəbini soruşdum. O da cavabında “mən ona dəfələrlə xəbərdarlıq etmişdim” dedi. Bacım Azərbaycana qayıtmazdan 2 gün əvvəl Türkiyədə bir vəkillə müqavilə bağlamışdı və onun adından yoldaşı ilə boşanmalarına dair məhkəmədə iddia qaldırmasını xahiş etmişdi. Buna görə 5000 dollar ödəniş də olunmuşdu. Türkan ölkəyə qayıdandan sonra əri boşanmaları ilə bağlı rəsmi bildiriş alıb. Bundan sonra, Muhammet bacıma zəng edərək, onu ölümlə hədələdi”.

Şahid Sibel Gündüz ifadəsində göstərib ki, hadisə zamanı öz otağında olub:

“Kiminsə qaçmasını və qışqırmasını eşidib otaqdan çıxanda atamın əlində bıçaq gördüm. Atam həmin aləti əlindən almağa çalışacağım halda, məni də öldürəcəyini bildirdi. Anam qapıya doğru qaçanda atam onun kürəyinə zərbə vurdu. Şok vəziyyətində olduğumdan Tibbi Yardım Stansiyasının operatoruna ünvanı söyləyə bilmədim. Mobil nömrəmin balansında kifayət qədər məbləğ olmadığı üçün xalama “Whatsapp” tətbiqi ilə zəng edib məlumat verdim. Həkimlər evə gələndə, onlara atamı işarə edərək, onun qatil olduğunu bildirdim. Atam anamın özü-özünü bıçaqladığını deyirdi. Valideynlərimin mübahisəsinə, atamın Konya şəhərindəki evimizdə xadimə ilə intim əlaqədə olması səbəb olub”.

Şahid qismində dindirilmiş Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimi bildirib ki, mayın 7-i saat 00:02-də dispetçer Novxanı qəsəbəsində, Atıcılıq Mərkəzinin yaxınlığında bıçaqlanma hadisəsi olması haqda məlumat verib:

“Türk vətəndaşı evin darvazasında bizi qarşıladı. Evə daxil olanda girişlə üzbəüz bir qadının qana bulaşmış vəziyyətdə yerdə uzandığını gördük. Nə baş verdiyini soruşanda, həmin şəxs qadının psixoloji problemlərinin olmasını, dərman içərək, özünə bıçaqla xəsarətlər yetirdiyini dedi. Döşəmədə və qapılarda qan ləkələri olduğunu müşahidə etdik. Dərhal 102 mərkəzinə zəng edib xəbər verdik. Qadının tənəffüs aktını müayinə etdim, nəbzi vurmurdu, ürək tonları eşidilirdi, göz bəbəkləri genişlənmişdi və işığa qarşı reaksiya vermirdi. Həmin şəxsə qadının öldüyünü bildirəndə, digər otaqda olan azyaşlı qışqıraraq, atasının anasını öldürdüyünü dedi və ağlamağa başladı”.

Məhkəmə iclasında Muhammet Gündüz ittiham üzrə özünü təqsirli bilməyib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi ona ağır cəza verilməsini xahiş edib.

Son söz hüququndan istifadə edən Muhammet Gündüz bildirib ki, arvadını öldürmək məqsədi olmayıb. Yoldaşının dikbaşlığı, evə gec gəlməsi, vaxtında zənglərinə cavab verməməsi, pul qazanmağa başlayandan sonra azad həyat sürməsi onların mübahisələrinə səbəb olub.

Məhkəmə qənaətə gəlib ki, Muhammet Gündüzün Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Odur ki ona, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Muhammet Gündüz 17 il müddətinə azadlıqdan məhrum olunub.
 
Ardını oxu...
İranın sonuncu şahının nəvəsi İman Pəhləvi daha əvvəl Nyu-Yorkda baş tutan qapalı toy mərasimindən sonra Parisdə yəhudi əsilli amerikalı sahibkar Bredli Şermana ailə qurub.
AzVision.az “Kayhan Life” nəşrinə istinadən xəbər verir ki, cütlük nikahlarını keçən ay Nyu-Yorkdakı Manhetten Evlilik Reyestrində rəsmi olaraq qeydiyyatdan keçirib. Onların rəsmi nikahında yalnız yaxın ailə üzvləri, o cümlədən İmanın atası, İranın keçmiş vəliəhdi Rza Pəhləvi iştirak edib. Bununla belə, Nyu-Yorkda özəl şənlikdən sonra İman və Bredli Parisdə dostları və ailə üzvləri üçün dəbdəbəli toy ediblər.
Ardını oxu...
Mərasim ötən həftə sonu baş tutub və toyda İran şahı ailəsinin üzvləri, o cümlədən şahın dul qalmış arvadı Fərəh Pəhləvi və gəlinin bacıları Nur və Fərəh də iştirak ediblər.

Cütlük Nyu-Yorkda yaşayır. 31 yaşlı İman Pəhləvi “American Express”də işləyir, onun əri Bredli Şerman isə “Matternet” dronlar vasitəsi ilə çatdırılma şirkətində tərəfdaşlıq üzrə rəhbərdir.
Ardını oxu...
Sosial şəbəkələrdə yayımlanan görüntülərdə bəylə gəlinin stullarda qaldırıldığı zaman xorun rəqsi əks olunub ki, bu da yəhudilərin toylarında ənənədir. Bu, mərasimin diqqətəlayiq mədəniyyətlərarası vurğusu olub.

 
Ardını oxu...
Türkiyəli modelyer Gülşah Saraçoğlunun 9 saat çəkən yeni estetik əməliyyatdan sonrakı dəyişimi gündəm yaradıb.

Axşam.az-ın məlumatına görə, modelyer üz cizgilərinin dəyişməsi səbəbindən hava limanında problemlə qarşılaşıb. Belə ki, Gülşahın üzü pasport nəzarətində şəxsiyyət vəsiqəsindəki foto ilə uyğun gəlməyib.

Bu səbəbdən onun barmaq izləri yoxlanılıb.
 
Ardını oxu...
Bakıda "Lexus" sürən idmançı yolda mübahisə etdiyi qadın sürücünü təqib edərək Milli Məclisin qarşısında onu təhqir edib.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, Cabbar Quliyev (ad və soyad şərtidir) yolda idarə etdiyi "Lexus" markalı avtomobillə hərəkətdə olan zaman "Changan" markalı avtomobili idarə edən qadın sürücü onun hərəkət yoluna çıxıb.

Qadının sözlərinə görə, öz təqsirini etiraf edib üzr istəyəndə Cabbar onu təhqir edib. O da Cabbara cavab verərək yoluna davam edib. Lakin Cabbarın qəzəbi bununla soyumayıb və qadın sürücünün arxasınca gedərək Milli Məclisin qarşısında ona çatıb, avtomobili ilə yolunu kəsib və mübahisəni davam etdirib. Qadın avtomobildə qızı da olduğu üçün qorxub.

O, polisə müraciət edib. Cabbar xırda xuliqanlıqda təqsirli bilinib və 50 manat cərimə edilib. Cabbar keçmiş idmançı olduğunu, hazırda "Şüşəli bazar"da işlədiyini deyib. O, özünü təqsirli bilmədiyini söyləyib.
Ardını oxu...
Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

TEREF Milli.Az-a istinadən xəbər verir ki, Bakıda bəy sevgilisinə etdiyi hədiyyə ilə diqqət çəkib.

Belə ki, o, yarına 100.000 ədəd qızıl gül çələngi hədiyyə etməyi qərara alıb.

Mağazanın bir neçə əməkdaşı gülü çətinliklə daşıyıblar.

Marağa və müzakirələrə səbəb olan həmin görüntünü təqdim edirik:

 
Ardını oxu...
"Forbes" jurnalı dünyanın ən zəngin qadınlarının siyahısını açıqlayıb.

TEREF Müsavat.com-a istinadən xəbər verir ki, birinci yeri inşaat şirkəti "ABC Supply"in sahibi və iş qadını Diyana Hendriks tutub.

Hendriksin sərvəti 22,3 milyard dollar dəyərində qiymətləndirilir. O, illik siyahıda birinci yeri bir neçə ildir saxlayır və Amerika biznes tarixində ən uğurlu qadın hesab olunur.

Siyahıda ikinci yerdə səhiyyə proqram təminatı üzrə ixtisaslaşan "Epic Systems" şirkətinin təsisçisi və baş direktoru Cudi Folkner yer alıb. Onun sərvəti 7,8 milyard dollardır.

İyirmilikdə məşhur teleaparıcı Opra Uinfri (3,1 milyard dollar) da var. Siyahıda 21-ci sırada isə müğənni Teylor Svift (1,6 milyard dollar) dayanır.

Reytinqdə həmçinin Rianna, Madonna, Beyons, Selena Qomez, Kayli Cenner, Selin Dion və Keti Perri kimi ulduzlar yer alıb. Siyahını məşhur tennisçi Serena Uilyams 350 milyon dollarlıq sərvəti ilə tamamlayır

Ardını oxu...
 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədə maraqlı paylaşım edib.

Axşam.az xəbər verir ki, vitse-prezident mətbəxə keçərək keks hazırlayıb.

"Yerkökü keksi - həm sağlam, həm dadlı" deyə, L.Əliyeva paylaşımında yazıb.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
  

Şəkinin Cəyirli kəndində 34 yaşlı Zəhra Əliyeva atasının evində qətlə yetirilib.

Qadının həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

"Səhər saatlarında yoldaşım zəng edib dedi ki, bacını bıçaqlayıblar, tez evə gəl. Gəlib gördüm ki, bacım yerdə uzanıb. O, artıq 9 aydır ki, bizimlə qalırdı. Boşanma ərəfəsində idilər, 3-4 aydır ki, məhkəmə prosesi gedirdi. Həyat yoldaşı 9 aydır axtarışda idi. Uşaqların gözü qarşısında bacımı bıçaqlayıb", - mərhumun qardaşı deyib.

Məlumata görə, Zəhra Əliyeva Həsrət Əliyevlə ailə həyatı qurduqdan sonra atası ilə birgə yaşayıblar. Onların 3 və 13 yaşlı iki övladı var. Həsrət Əliyevin hadisəni törətdikdən sonra qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 

Dünyapress TV

Xəbər lenti