Ardını oxu...
Kürdəmir rayonunda 1996-cı il təvəllüdlü Sərxan gəlir əldə etmək məqsədi ilə qadını fahişəliyə cəlb edib, onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib, zorla onunla cinsi əlaqədə olub.
TEREF-in Teleqraf-a istinadən əldə etdiyi məlumata görə, Sərxan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla əsgər rütbəsində xidmət edərkən 2020-ci ilin təxminən sentyabr ayında dərzi fəaliyyətilə məşğul olan Zəminənin qızı Ləmanı Kürdəmir şəhərindəki mağazada görüb.
O, Ləmanın mobil nömrəsini əldə edib, qıza zəng vurub, mesaj yazıb, guya onunla evlənmək arzusunda olduğunu və onunla görüşmək istədiyini deyib.
Sərxan 2020-ci ilin təxminən sentyabr ayında Ləmanla Kürdəmir şəhərində, “Saatın yanı” deyilən ərazidəki binalardan birində kirayədə yaşadığı mənzilə gedib. Ləmanla könüllü şəkildə cinsi münasibətdə olub, baş verənləri mobil telefonunun kamerası ilə gizli üsulla videoya çəkib.
“Videonu qohumlarına göstərəcəm”
Daha sonra videonu Ləmana nümayiş etdirməklə onu hədələyib, “bundan sonra nə desəm edəcəksən, əks halda bu videonu sənin qohumlarına, rayon camaatına göstərəcəm, sosial şəbəkələrdə yayıb səni biabır edəcəm” deyib. Ləmanın etiraz etməsinə əsəbləşib, şillə ilə onun başına zərbə vurub. Sonrakı müddətlərdə Ləmanı hədə-qorxu gəlməklə yenidən kirayə yaşadığı evə dəvət edib, bir neçə dəfə onu soyundurub, intim görüntülərini çəkib.
Sərxan Ləmanı tam asılı vəziyyətə salıb, planlaşdırdığı cinayət əməllərini törətmək üçün özünə əlverişli şərait yaradıb.
2020-ci ilin noyabr ayında Ləman Sərxana vatsapda, eləcə də adi telefon danışıqları zamanı ailə üzvlərinin bu münasibətdən xəbər tutduqlarını deyib, dəfələrlə yalvararaq ondan əl çəkməsini xahiş edib.
Lakin Sərxan Ləmanla razılaşmayıb, ondan ayrılacağı və ya istədiyi zaman istədiyi formada cinsi əlaqədə olmadığı halda intim videosunu yayacağını, onu rüsvay edəcəyini deyib.
“Elə bilirsən məndən canını qurtaracaqsan?..”
Sərxan Ləmanı təhdid və şantajlarla qorxudaraq kirayə mənzilinə çağırıb. “Elə bilirsən məndən canını qurtaracaqsan, səndən xoşluqla əl çəkəcəm?” deyib, telefonu çıxararaq yenidən intim videogörüntünü nümayiş etdirib. Görüntüləri qardaşına göndərəcəyini dediyi üçün Ləman məcbur qalaraq onunla cinsi əlaqəyə girib.
Həmin il dekabr ayının ortalarında Ləmana zəng edib və onunla rahat şəkildə görüşəcəyini deyib. Ləman buna etiraz etdikdə intim videogörüntülərini yayacağını bildirib və kirayədə yaşadığı mənzilə çağırıb.
Ləman etiraz etdikdə və ya zənglərə cavab vermədikdə Sərxan ona müxtəlif hədə-qorxu məzmunlu mesajlar yazıb.
Ləman bu hədələri real qəbul edib, Sərxanın kirayə yaşadığı mənzilə gəlib. Sərxandan intim videogörüntülərini silməsini xahiş edib. Xahişlə razılaşmayan Sərxan qızdan paltarını soyunmasını tələb edib. Ləman etiraz etdikdə onun başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. “Özün könüllü soyunacaqsan, yoxsa səninlə ola bilməyəcəm, elə et ki, guya özün soyunursan” deyib.
Ləman Sərxanın vatsapda onun intim videogörüntülərini qardaşına göndərmək üzrə olduğunu görüb və cinsi əlaqəyə razılıq verib.
Sərxan 2020-ci ilin dekabr ayından 2021-ci ilin mart ayının sonlarınadək olan müddətdə Ləmanı hədə-qorxu gəlməklə bir neçə dəfə soyundurub, intim görüntülərini çəkib. Kürdəmir rayonu ərazisində kirayədə qaldığı mənzildə onunla görüşərək cinsi əlaqədə olub. Bu müddət ərzində Ləmanı 10-12 dəfə özü ilə cinsi əlaqəyə girməyə məcbur edib.
Məhkəmə sənədlərində göstərilir ki, Sərxan 2021-ci ildə axşam saatlarında Ləmana zəng edərək təcili pul lazım olduğunu deyib. Qadın isə pulunun olmadığını, azyaşlı övladlarını boşandığı ərinin aliment pulu ilə dolandırdığını deyib.
Sərxan yenidən Ləmana eyni məzmunlu hədə-qorxu gəlib, video-görüntülərini ailə üzvlərinə, yaxın qohumlarına göndərəcəyini, sosial şəbəkələrdə yayacağını söyləyib.
Övladının aliment pulunu da verdi
Ləman bütün bunları real və həyata keçirilə bilən hədələr kimi qəbul edib, gizli saxlamağa çalışdığı həmin video-görüntülərin ailə üzvləri, qohumları, tanışları arasında izlənəcəyindən, yaşadığı ərazidə yayılacağından, bununla da şərəf və ləyaqətinin ləkələnəcəyindən, bu videogörüntülərə görə ailə üzvlərinin onu namus üstündə öldürə biləcəklərindən, evdən qovula biləcəyindən, əxlaqsız qadın kimi övladlarının belə əlindən alına biləcəyindən qorxub.
Çıxılmaz vəziyyətdə qalan Ləman Sərxanla razılaşmağa məcbur olub. Kürdəmir Rayon Məhkəməsinin yaxınlığında yerləşən parkda Sərxanla görüşüb və bank kartına məxsus məxfi kodu ona verib. Sərxan bankomatdan kartın hesabında olan 200 manat məbləğində pulu nağdlaşdıraraq özünə götürüb.
Sərxan Ləmanı yenə intim görüntüləri ilə şantaj edib, ona yenə də pul lazım olduğunu deyib. Ləman son ümid yeri olan aliment kartını da ona verdiyini deyib və artıq heç bir pul verməyə maddi imkanı olmadığını bildirib.
Sərxan əvvəllər onda gördüyü noutbukunu satıb pulunu ona verməyi tələb edib.
O, çıxılmaz vəziyyətdə qalaraq Sərxanla razılaşmağa məcbur olub, noutbuku ona verəcəyini deyib.
Qadını 100 manata dostuna "satdı"
Növbəti gün Ləman keçmiş qaynatasının 2020-ci ilin yay aylarında 1100 manata alaraq ona hədiyyə etdiyi “Lenovo” markalı noutbuk tipli fərdi komputerini aksesuarları ilə birlikdə çantasına qoyub və Kürdəmir şəhər poliklinikasının yaxınlığında olan apteklərdən birinə qoyub. Sərxan həmin gün noutbuku oradan götürüb və əvvəlcədən 500 manat pulun müqabilində satmaq barədə razılaşdığı qohumuna 300 manata satıb.
Sərxan həmin ilin təxminən sentyabr ayında Kürdəmir şəhərində kirayədə yaşadığı mənzildə olarkən Ləmanı döyərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirib. Ləmanın etiraz etdikdə onu yenə şantaj edib və hədələyib. Ləman rüsvay olmamaq üçün Sərxanla razılaşıb.
Daha sonra Sərxan Ləmanın iyrənc seksual hərəkətlər etməsini istəyib. Qadın etiraz etdikdə “ya videoların gedəcək qardaşına, ya da öp” deməklə onun məcburiyyət qarşısında qoyub.
2021-ci ilin noyabr ayında Kürdəmir şəhərində yerləşən mənzildə birgə yaşadığı xidmət yoldaşı Asif Sərxana Ləmandan xoşu gəldiyini, əgər Ləmanın könüllü istəyi olarsa, onunla intim münasibətdə olmaq istədiyini deyib.
Sərxan şəraitdən yararlanaraq gəlir əldə etmək fikrinə düşüb. Bu məqsədlə Asifə bunun üçün Ləmana 100 manat pul vermək lazım olduğu bildirib. Asif razılaşıb, amma Sərxana 70 manat verəcəyinin bildirib.
Sərxan Asifin 70 manatı nağd verməsinə, 30 manat məbləğində isə Ləman üçün ərzaq almasına razılaşıb.
Sərxan hədə-qorxu ilə Ləmanı fahişəliyə təhrik edən hərəkətlər edib. Ləmanla Asif həmin evdə cinsi əlaqədə olublar. Cinsi əlaqədən sonra Ləman Asifdən xahiş edib ki, Sərxanın telefonunda intim xarakterli videoların silinməsinə nail olsun. Asif Ləmanın xahişini ona çatdırsa da, Sərxan öz etirazını bildirib.
Daha bir qadın şantaj edildi
Sərxan 2021-ci ilin əvvəllərində Kürdəmir rayonunda evində tort bişirərək satmaqla məşğul olan Lətifənin qohumundan tort sifarişi vermək adı ilə mobil nömrəsini alıb. O, Lətifəyə vatsapda yazıb. Lətifə tort sifarişçisinin ona yazmasını güman edib və ondan kim olduğunu soruşub.
Sərxan əvvəlcə özünü Osman kimi təqdim edib, “səninlə aramızda sirr var, mən səni tanıyıram” məzmunlu mesaj yazıb. Lətifə nə sirri olduğunu soruşduqda, ondan bir müddət danışmağı, bir müddətdən sonra sirri deyəcəyini bildirib.
Lətifə həmin günlərdə mesaj yazan şəxsdə nə sirri olduğunu öyrənmək məqsədilə yazışıb. Sərxan Lətifəyə başqa şəxsə aid bir neçə şəkil göndərib, bu şəkildəkini ona oxşatdığını bildirib. Beləcə qarşılıqlı şəkil göndərilməsi baş verib.
Növbəti günlərin birində Sərxan Lətifəyə yenidən mesaj yazaraq, əri İmanı tanıdığını, vatsap yazışmaları və göndərdiyi şəkillər barədə ərinə deyəcəyini bildirib, onu bəyəndiyini, uzun müddətdir onu izlədiyini, beş dəqiqəlik onu görmək istədiyini, yaxından gördükdən sonra şəkillərini və yazışmalarını siləcəyini bildirib.
Lətifə Sərxana evdən çıxa bilmədiyini deyib və yalvararaq evli olduğunu, ondan əl çəkməsini xahiş edib. Hətta bir neçə dəfə Sərxanın ona mesaj yazdığı mobil nömrələrini qara siyahıya salıb. Lakin Sərxan ayrı-ayrı xatırlamadığı mobil nömrələrlə yenidən Lətifəyə mesaj yazaraq hədələyib, onun dediyini etməsə, yəni Lətifənin yaxından beş dəqiqəlik görməsə, şəkil və yazışmalarını ərinə, qohumlarına, hətta ərinin iş yoldaşlarına göstərib, onu biabır edəcəyini bildirib.
Lətifə bu mövzuda uzun-uzadı Sərxanla yazışaraq onu narahat etməməsini xahiş etsə də, Sərxan ondan əl çəkmədiyini başa düşüb, hadisələrin səhv başa düşülərək ailəsinin dağılacağını, övladlarından ayrı qalacağını düşünərək ərinə, qohumlarına və hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməyib.
Daha sonra Lətifə Sərxanın hədələrinin intensivləşdiyini görüb və onunla yaşadığı evin həyətində 3-4 dəqiqəlik görüşməyə, orda şəkillərini və yazışmalarını siləcəyinə dair razılaşıb.
Həmin gün evdən mağazaya getmək adı ilə çıxıb və Sərxanın onu başa saldığı ünvana, yəni Kürdəmir şəhərində “Yanan bazar” adlanan ərazidə yerləşən kirayə qaldığı evə gedib. Darvazadan içəri girdikdə Sərxanın əlindəki ttelefonu ona tuşladığını, yəni evin həyətinə girməsini çəkdiyini görüb.
O, içəri daxil olan kimi Sərxan darvazanın qapısını qıfılla bağlayıb və açarı cibinə qoymaqla onu iradəsinə zidd olaraq təxminən üç saat müddətində kirayədə yaşadığı mənzildə saxlayıb.
Videonu ərinə nümayiş etdirəcəyini dedi
Lətifə həmin müddət ərzində Sərxana yalvararaq şəkillərini və yazışmalarını silməsini xahiş edib. Sərxan ona baxıb gülərək artıq gec olduğunu, həyətə gəlməsini belə çəkdiyini, bunu da ərinə nümayiş etdirəcəyini deyib. Lətifə Sərxana qışqıracağını, polis çağıracağını deyib.
Sərxan ona cavabda deyib ki, "öz ayağınla gəlmisən bura, onu da çəkmişəm, qışqırsan özünü biabır edəcəksən, mənim itirəcəyim heç nə yoxdur, çıx yuxarı söhbət edək, mamamın canı səni buraxacam”. O, nə qədər çölə çıxmaq istəsə də, Sərxan buna imkan verməyib. Hədələrini artıraraq israrla onun evə girməsini tələb edib.
Bundan sonra Lətifə evə girib. Sərxana yalvararaq onu buraxmasını xahiş edib, doğum günü olduğunu, artıq evinə qonaqlar gəldiyini deyib. Sərxan isə mənzilin qapısını da bağlayıb.
“Mən istədiyimi almasam, burdan çıxmayacaqsan”
Daha sonra Lətifənin qolundan tutub, birnəfərlik dəmir dəmir torlu çarpayı olan yataq otağına itələyib. Qadının israrlı xahişlərinə baxmayıb, “mən istədiyimi almasam, burdan çıxmayacaqsan” deyib, onun soyunmasını tələb edib.
Lətifə etiraz etdikdə Sərxan əynini geyinərək gedəcəkmiş kimi hərəkətlər edib. “Gedirəm ərinin yanına, yazışmalarımızı və şəkilərini, evə gəlməyinin videosunu ərinə göstərəcəm, bircə dəfə olaq, çıx get, söz verirəm, səndən əl çəkəcəm” söyləyib.
Lətifə Sərxanın hədələrini real qəbul edərək ailəsinin dağılmaması və rüsvay olmaması üçün onunla cinsi əlaqəyə girib.
Bundan başqa Sərxan Lətifə ilə aralarında olan yazışmalar, onun evinə gəldiyi zaman çəkdiyi videogörüntü və cinsi əlaqədə olarkən gizli şəkildə çəkdiyi videogörüntü barədə ona məlumat verib. Onu tam ələ alaraq özündən asılı vəziyyətə salıb, 2021-ci ilin avqust ayının ortalarında əvvəlcə yenidən görüşərək cinsi əlaqədə olmaq istədiyini bildirib, Lətifənin etiraz etməsindən sonra görüşə bilmədiyi və pul verməyəcəyi halda onu rüsvay edəcəyini deyib.
“Dəyərlim, ad günün mübarək”
Lətifə ona tələb etdiyi 650 manat məbləğində pul tapa bilməyəcəyini deyib. Sərxan əsəbləşərək hədələrinin sayını daha da artırıb, ona həmin məbləği verməli olduğunu, hətta arvadının ad günü üçün ürək formasında tort hazırlamasını, tortun üzərinə “Dəyərlim, ad günün mübarək” yazısını yazmasını, 650 manat pulu və tortu 27 avqust 2021-ci il tarixədək vermədiyi halda onu rüsvay edərək həyatını məhv edəcəyini deyib.
Lətifə yalvararaq bir qədər məbləği azaltmasını xahiş edib.
Sərxan onunla razılaşmayıb, israrla 650 manat pulu və tortu hazırlayıb verməsini tələb edib. Əlacsız qalan qadın onun istəklərini yerinə yetirib.
Bundan sonra Sərxan həmin ilin sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində yenidən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə və ya adi zənglə Lətifə ilə əlaqə saxlayıb. Bir neçə dəfə onunla görüşərək cinsi əlaqədə olmaq şərtini irəli sürüb. Lətifə ona yalvararaq əl çəkməsini, həyatını məhv etməməsini xahiş edib.
Sərxan hədə və şantajlarını çoxaldaraq təkrar-təkrar Lətifəni hədələyib, bir neçə dəfə görüşərək cinsi əlaqədə olduqdan sonra ondan əl çəkəcəyini desə də, Lətifə onunla qəti olaraq razılaşmayıb. O, yalandan xəstə olduğunu, həkimlərin ona cinsi əlaqəni qadağan etdiyini deyib.
Sərxan həmin ilin sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində yenidən Lətifə ilə əlaqə saxlayıb, bundan sonra 10 dəfə görüşərək cinsi əlaqədə olmalı olduğunu, əks halda şəkil, yazışma və video-görüntülərini ərinə, atasına, böyük oğluna, rayon camaatına göstərəcəyini deyib.
O, görüşməyə imkanı olmadığı halda, əvəzində ona 700 manat pul istəyib. Eyni zamanda yaxın zamanda hansısa dostunun həbsdən çıxması şərəfinə ona hədiyyə olaraq ortasında qara rəngli ulduz və qara rəngli təsbeh şəkli, aşağısında isə “AUE” və “dostlarından hədiyyə” yazıları olan tort bişirməsini istəyib, yalnız bu halda ondan əl çəkəcəyini deyib.
Lətifə çoxsaylı israrlardan və yalvarışlardan sonra Sərxanın hədələrinin təsiri nəticəsində məcbur olaraq razılaşıb. Əvəllər nisyə verdiyi tortlara görə xatırlamadığı qohum və tanışlarında olan borclarını alaraq 700 manat pul toplayıb, pul və tortu Sərxana verib. Cinayətkar əməlini davam etdirən Sərxan növbəti günlərdə yenə də Lətifəni hədələyərək onun 1415 manatını ələ keçirib.
Daha sonra Sərxan toruna daha iki qadını salıb. O, birinci “qurban”ı olan Ləmanın telefonundan nömrəsini götürdüyü Sevda və Fəridəni də şantaj edib. Onların hər ikisi də toruna salaraq onlarla zorla cinsi əlaqədə olub.
4 qadını şantaj edən gəncin cəzası nə oldu?
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 144-1.1 (İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi), 145.1 (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə), 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 149.2.5 (təkrar zorlama), 151 (seksual xarakterli hərəkətlərə məcbur etmə), 181.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ittiham elan edilib.
Bu cinayət işinə Tərtər Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxanın əməli Cinayət Məcəlləsinin 145.1, 149.2.5, 151, 182.2.2 və 243.1-ci maddələrinə tövsif edilib və həmin maddələr üzrə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə Sərxan 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Təqsirləndirilən şəxsin müdafiəçisi də apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin barəsində olan cinayət işləri üzrə mötəbər sübutların olmadığı nəticəsinə gəlib və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti təmin olunub. Sərxanın barəsində olan cəza 10 ilə qədər artırılıb.
Müdafiəçi tərəfindən verilən şikayət təmin olunmayıb.

Ardını oxu...
  

Astara rayonunda 1984-cü il təvəllüdlü Nuru ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərtidir - red.) xəsarət yetirib.

Musavat.com Demokrat.az-a istinadən xəbər verir ki, hadisə 30 dekabr 2024-cü ildə Astara rayonunun kəndlərindən birində baş verib. Nuru həmin gün səhər saat 7 radələrində birgə yaşadıqları evdə həyat yoldaşı ilə mübahisə zamanı onun sağ göz nahiyəsinə bir dəfə yumruqla zərbə vurub və ona xəsarətlər yetirib.

Hadisəni törədən Nurunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nuru ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, arabir spirtli içki qəbul edir, buna görə də həyat yoldaşı ilə aralarında narazılıq yaranır: "Hadisədən bir gün əvvəl, axşam saat 22 radələrində evdə spirtli içki qəbul etdim. Arvadıma "musiqiyə qulaq asmaq istəyirəm" dedim. Arvadım da yataq otağından çıxdı. Ertəsi gün, səhər saat 7 radələrində arvadım yatdığı otağa daxil oldu. Ona "niyə özbaşına yataq otağına daxil olmusan" deyə arvadımdan soruşdum. O, isə "bu otaq bizim ümumi yataq otağımızdır, haraya gedim" deyə cavab verdi. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı bir dəfə onun üz nahiyəsindən zərbə vurdum".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Könülün sözlərinə görə, həyat yoldaşı Nuru heç bir yerdə işləmir, spirtli içki aludəçisidir, buna görə də ailədə tez-tez narazılıq yaranır, mübahisələri olur: "Sonuncu dəfə dekabrın 29-da, axşam saat 22 radələrində Nuru evdə spirtli içki qəbul etdi, yataq otağından məni qovdu, musiqiyə qulaq asmaq istədiyini, yataq otağından evin digər otağına keçərək orada yatmağımı bildirdi. Ertəsi gün, səhər saat 7 radələrində Nurunun yatdığı otağa daxil olaraq paltarlarımı götürəndə məni gördü. Mənə niyə yataq otağıma özbaşına daxil olmağımı soruşdu. Bu otaq bizim ümumi yataq otağımız olduğu cavabını verdim. Bu dediklərim Nurunun xoşuna gəlmədi. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı Nuru yumruqla üz nahiyəmdən bir dəfə zərbə vurdu".

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nuru min manat miqdarında cərimə cəzasına məhkum edilib.

Ardını oxu...
Aybüke Pusat boykot çağrısı paylaşımının ardından başrolünde oynadığı TRT 1’de yayınlanan Teşkilat dizisinden çıkarılmıştı.

2 Nisan günü ülke genelinde gerçekleştirilen ‘Satın alım yapmıyoruz.’ protestosuna ünlü isimler de destek verdi. Aybüke Pusat sosyal medyadan yaptığı boykot çağrısının ardından hedef oldu.

Paylaşımın ardından TRT 1 dizisinde oynayan oyuncunun kadrodan çıkarıldığı açıklandı. Pusat’ın boykot paylaşımı nedeniyle işinden olmasına ünlü isimler tepki gösterdi. Birçoğu da oyuncuya destek verdi.

TRT dizisinden çıkarılan Aybüke Pusat’a yönetmen Zeki Demirkubuz’dan destek geldi.

Yönetmen Zeki Demirkubuz, Aybüke Pusat’a rol teklifinde bulunacağını açıkladı.

Demirkubuz, TRT’nin açıklamasını alıntılayarak ‘Yemin ederek size emanet edilen bir gücü bu kadar hor, bu kadar keyfi kullanıp bu kıza ve insanlara bu gaddarlığı yapmayın, yeni kötülüklere davet çıkarmayın.’ diye yazdı. Paylaşımının devamında ise, ‘Mümkün olan ilk fırsatta kendisine teklif yapacağım.’ şeklinde belirtti.
Ardını oxu...
https://bilmeceler.org/
Ardını oxu...
Bakıda boşanmaq istəyən yoldaşının bıçaqla qulağını kəsən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O, bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.

Araşdırma aparılır.
 
Ardını oxu...
  

ANS TV-nin məşhur siması olan Gülnarə Məmmədova 11 ildən sonra Azərbaycana qayıdıb.

16 yaşında televiziyada çalışan teleaparıcı hər şeydən yorulduğu üçün birdən uzaqlaşmaq qərarı verib.

O, qardaş ölkədə turizm sahəsində çalışdığını bildirib.

Hazırda vətənə dönən G. Məmmədova televiziya təkliflərinə açıq olduğunu bildirib. /shownews.az

 
 
 
Ardını oxu...
  

Goranboyda məktəbdə baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.

Musavat.com Xəzər TV-yə istinadən məlumat verir ki, ikinci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib.

Sinif rəhbəri isə şagirdi qorumaq istəyərkən xəsarət alıb.

Baş verənlərlə bağlı şübhəli şəxs Əfsanə Rzayevanın qayınanasının sözlərinə görə, gəlininin səhhətində problemlər olub:

"22 yaşındadır, üç övladı var. 5 dəfə narkoz alıb. Başı travma alıb. Bir kurs müalicə etdik, bir az düzəlmişdi. Yoldaşı ilə mən işdə idik, dedilər ki, başı pozulub. Anası ilə birgə Gəncə Xəstəxanasına apardıq. Müalicə olunacaq".

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Astrologiyada bəzi bürclər xarici görünüşü ilə bütün diqqəti cəlb edir. Təbiətcə gözəl olan bu bürclər saçları, qaşları, gözləri və duruşu ilə digərlərindən seçilir. Bəs, ən gözəl bürc hansıdır?

"DogruXeber.az" bildirir ki, sual astrologiya ilə maraqlanan hər kəsi tez-tez maraqlandırır. Gözəlliyi ilə hər kəsi valeh edən bəzi bürclər var. Bu bürclər təbii olaraq gözəl və göz oxşayandır və adətən hamı onları qısqanır.

Tərəzi
Tərəzi bürcü harmoniya və tarazlığı təmsil edir. Tərəzi bürcünə sahib olan insanlar adətən fiziki xüsusiyyətləri ilə bütün diqqəti çəkirlər. Tərəzi bürcü altında olan insanların fiziki ölçüləri çox uyğundur.

Üzü ilə bədəni arasındakı harmoniya dərhal nəzərə çarpır. Gözəlliyin təcəssümü olan Tərəzilər həmişə baxımlı və xoş görünür və demək olar ki, bütün gözləri cəlb edir. Onların zərifliyi hər kəsi heyran edir.

Şir
Şirlər anadangəlmə liderlərdir. Onlar hər şeydə qabaqcıldırlar. Ümumiyyətlə, çox uğurlu adamlar Şir bürcündən gəlir.

Şir bürcü olan insanların nəcib duruşuna hər kəs dərhal heyran qalır.

Şir bürcünə malik insanların şirin sözləri və özünəməxsus üslubu dərhal diqqəti cəlb etməyə imkan verir. Enerjiləri ilə ətraflarında sevinc yayan Şirlər cazibədar və gözəl bürclər arasındadır.

Balıq
Duygusal və həssas Balıqlar da gözəlliyi ilə diqqət çəkən bürclər arasındadır. Təbii və şirin görünüşləri sayəsində həmişə diqqət çəkirlər. Balıqlar özlərinə və şəxsi qayğılarına çox diqqət yetirirlər. Onları həmişə baxımlı, qəşəng və sadə görə bilərsiniz.

Qoç
Qoç həmişə iddialıdır. Görünüşlərinə böyük əhəmiyyət verirlər. Adətən çox gözəl geyinirlər.

Qoç şən, enerjili və ünsiyyətcil insanlar olduğundan, bütün bu enerji onları vazkeçilməz edə bilər. Qoç da cazibədarlığının fərqindədir və daha çox həyəcanlandığı üçün hər zaman bütün diqqətləri özünə çəkir.

Əqrəb
Əqrəb güclü auraya malik bürclərdəndir. Əqrəblər həmişə möhkəm dayanaraq, səbirli olduqları üçün zadəganlığı ilə diqqət çəkirlər. Əqrəblərin qarşısıalınmaz enerjili təbiəti və həmişə sirli təbiəti onların cəlbedici görünməsinə kömək edir.

Əqrəblər mənfi vəziyyətlərdə belə müsbət düşünərək bütün işlərin öhdəsindən asanlıqla gələ bilərlər. Əqrəblər də çox mənalı baxışları olduğu üçün dərhal nəzərə çarpır.

Əqrəblər mənfi vəziyyətlərdə belə müsbət düşünərək bütün işlərin öhdəsindən asanlıqla gələ bilərlər. Əqrəblər də çox mənalı baxışlara sahib olduqları üçün dərhal nəzərə çarpır.
Ardını oxu...
Plastik əməliyyat qalmaqalıyla gündəmə gələn teleaparıcı Fərqanə Gülağaqızına cinayət işi açılıb.

Bakupost.az xəbər verir ki, plastik cərrah Sevinc Heydərovanın şikayəti əsasında Yasamal Rayon Məhkəməsi onu təqsirləndirilən şəxs kimi tanıyıb və Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlanılıb.

Sevinc Heydərovanın şikayətində göstərilir ki, Quliyeva Fərqanə Gülağa qızı onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıb, nüfuzuna və fəaliyyətinə zərbə vurub.

Qeyd edək ki, bu mövzu Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” proqramında işıqlandırılıb.

Uğursuz əməliyyat keçirdiyindən gileylənən Fərqanə xanım bildirib ki, 10 ay keçməsinə baxmayaraq, üzündə izlər qalıb. Halbuki həkim ona bu izlərin 6 ay ərzində keçəcəyini deyibmiş. Onun sözlərinə görə, məsələ ilə bağlı ekspertizadan keçib və rəyi gözləyir:

“Əməliyyat reklam qarşılığında olmuşdu. Ekspertiza deyir ki, bu, həkim səhvi deyil. Xırda kosmetoloji problemdir. Məsələyə hüquqi müstəvidə baxılacaq.”
Sevinc Heydərova qadının üzündə yaranmış problemlərin əməliyyatın uğursuz və ya keyfiyyətsiz aparılması ilə əlaqədar olmadığını bildirib. O, problemin pasiyentin həkimin tövsiyələrinə əməl etməməsi və lazımi prosedurları yerinə yetirməməsi səbəbindən yarandığını qeyd edib. Buna baxmayaraq, həkim problemin aradan qaldırılmasına razı olduğunu bildirib. Aparıcı isə məsələni ictimailəşdirərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.


Ardını oxu...
Rusiyada hazırda beş qadın milyarder var.

AzPost Bloomberg-əistinadən bildirir ki, “Letual” və “Podrujka” şəbəkələrinin sahibi Tatyana Volodina 1,1 milyard dollar sərvəti ilə siyahıya qoşulub.

İlk beşliyə həmçinin Elena Baturina (keçmiş İnteko), Tatyana Kim (Wildberries), Lyudmila Koqan (Uralsib) və Yekaterina Fedun (Lukoyl) daxildir.
 
 
 

Ardını oxu...
  

Soyadı Çin vətəndaşlarının soyadını andırsa da, madam Le Pen xalis fransızdır. Fransızcada onun ad-soyadı tam olaraq belədir: Marion Anne Perrine Le Pen. Siyasət dünyası onu Marin Le Pen kimi tanıyır.
O, 1968-ci ildə siyasətçi Jan-Mari Le Penin ailəsində anadan olub. Hazırda millətçi yönümlü partiyanın qurucusu olan atasının bioloji-siyasi varisi olaraq ölkəsinin məşhur, nüfuzlu siyasətçilərindən biridir.

Mask Le Penə nədən qahmar çıxır?

Bu günlərdə Fransada Marin Le Peni seçki hüquqlarından məhrum edib, üstəlik, külli miqdarda cərimələyiblər.

Ardını oxu...

Mediada bildirilir ki, M.Le Pen məhkəmənin qərarından şoka düşüb və bu seçkilərdə iştirakına qoyulan qadağanı “demokratiyanın qara günü” adlandırıb.

Məhkəmənin qərarına əsasən, 4 illik şərti həbs cəzasına məruz qalmış Le Pen bu müddətin iki ilini elektron bilərziklə ev dustaqlığında keçirəcək.

Bu gün M.Le Peni dəstəkləyənlər arasında ABŞ prezidenti Donald Trampın administrasiyasının üzvləri də var. Xüsusilə İlon Mask bu məsələdə canfəşanlıq edir.

Trampın komandasının dünyadakı millətçi cərəyanlara, şovinist siyasi qüvvələrə dəstək verməsi gerçəyi Le Penin müdafəsi məsələsində də üzə çıxıb. Bundan əvvəl İlon Mask və Tramp administrasiyası Almaniyadakı neonasist qüvvələrin, “Almaniya üçün Alternativ” partiyasının parlament seçkilərində qələbə qazanmasına çalşırdı.

Ardını oxu...

Xroniki ikinci

2017-ci ildən Pa-de-Kale departamentinin 11-ci seçki dairəsindən Fransa Milli Assambleyasının üzvü olan Marin Le Pen bir neçə dəfə prezidentliyə namizəd olub, ancaq seçkilərin ikinci turunda ikinci yeri tutub.
Fransiz xalqı nə onun nasist atasına, nə də özünə ölkə prezidenti seçilmək üçün şans verməyib. Ona görə də bu gün onun Fransa prezidentliyinə ən real namizəd olduğunu iddia edənlər bir az şişirdirlər. Fakt odur ki, ata-bala Le Penlər Fransada, çoxmillətli ölkədə demokratiya və insan haqlarına təhlükə sayılırlar. Sadəcə, ola bilər ki, hazırda dünyanın bir çox ölkələrində neonasizm dalğasının kükrədiyi dövrdə Marin Le Penin “Milli Birlik” partiyasının elektoratı bir az da genişlənsin.

NATO əleyhdarı, Rusiya tərəfdarı

M.Le Pen 18 yaşındaykən atası Jan-Mari Le Pen tərəfindən qurulan “Milli Birlik” partiyasına qoşulub. 1990-cı ildə o, Panteon-Assas Universitetini hüquq üzrə magistr dərəcəsi ilə bitirib, 1992-ci ildə vəkil sertifikatı alıb və 1998-ci ilə qədər Parisdə vəkil kimi çalışıb.

O, 2003-cü ildən atasının partiyasında icraçı vitse-prezidenti vəzifəsini tutub. Marin Le Pen 2004-cü ildən Avropa Parlamentinin üzvü olub və 2009-cu ildə daha bir müddətə seçilib. 2011-ci ildə atasının otuz səkkiz il rəhbərlik etdiyi partiyanın rəhbəri olub.

Trampın komandası ilə Marin Le Peni birləşdirən daha bir nüans onların hə ikisinin NATO əleyhdarı, Rusiya ilə yaxşı münasibətlərin tərəfdarı olmasıdır. M.Le Pen də Fransanın NATO-dan çıxması istəyib və Aİ ölkələri tərəfindən Rusiyanın iblis kimi təqdim edilməsinə qarşı olduğunu bildirib. O, Fransanın Avropa İttifaqından (Aİ) da çıxmasını da istəyir və hesab edir ki, bu məsələyə dair referendum keçirilməlidir.

Madam köməkçilərinin maaşını özü alırmış

Ardını oxu...

Ölkəsinin 3 nüfuzlu siyasi partiyasından birinə rəhbərlik etsə də, Marin Le Penin qanunlarla problemi 2016-cı ilin dekabrından başlayıb. Paris prokurorluğunun müstəntiqləri müəyyən ediblər ki, 2010-cu ildən Le Penin Avropa Parlamentində köməkçisi olan Ketrin Qriset eyni vaxtda öz partiyasının Nanterredəki (Paris ətrafı) qərargahında çalışıb, Le Penin əvvəlki köməkçisi Tyerri Lejyer isə Jan Mari Le Penin mühafizəçisi olub, amma hər ikisinin maaşını Marin Le Pen mənimsəyib. Marin Le Pen və onun partiyası “razılaşdırılmış və düşünülmüş şəkildə” Aİ tərəfindən hər bir deputata köməkçilərinin əməyini ödəmək üçün ayrılan ayda 21.000 avro məbləğində “oğurluq sxemi” yaratmaqda ittiham edilib. 2024-cü il sentyabrın 30-da Parisdə Marin Le Pen və onun tərəfdaşlarının məhkəməsi başlayıb. Keçmiş partiya liderləri də daxil olmaqla, işdə ümumilikdə 27 nəfərin adı keçib. Dünən isə bu işlə bağlı qərar çıxarılıb.

Krımı Rusiyaya “bağışlayan” Le Pen

Bu qərar ilk baxışdan anti-demokratik məzmunlu görünsə də, Avropanın demokratik ölkələrinin siyasi dairələri, böyük ehtimalla, Le Peni müdafiə etməyəcəklər. Çünki Le Pen Avropa siyasətinin önəm verdiyi dəyərlərə qarşı çıxması ilə də tanınırdı. Məsələn, hələ 2013-cü ilin iyununda o, Moskvaya səfəri zamanı Dövlət Dumasının Rusiyada yetkinlik yaşına çatmayanlar arasında homoseksual təbliğatı qadağan edən və uşaqların eynicinsli cütlüklər tərəfindən övladlığa götürülməsini yasaqlayan qanunları, həmçinin “xarici agentlər” haqqında qanunu dəstəkləyib və buna görə Avropada tənqid olunub.

Ardını oxu...

Marin Le Penin rəhbərlik etdiyi partiya Fransada Rusiyanın mövqeyini dəstəkləyən yeganə partiya olub. Le Pen martın 17-də Krımın Rusiya tərəfindən ilhaq edilməsinin legitimləşdirilməsi demək olan ümumKrım referendumunun nəticələrini qanuni sayaraq deyib: "Məncə, referendumun nəticələri heç bir mübahisə yaratmır. Bu, gözlənilən idi. Və qorxu içində yaşayan insanlar (Krım) çıxdıqları ölkənin qucağına qaçdılar, çünki bilirsiniz ki, Krım cəmi 60 ildir Ukraynanın tərkibindədir".

Bundan başqa, o, Ukraynanın işğala məruz qalmasının təqsirini Avropanın və Ukraynanın özünün üstünə atıb.

Marin Le Penə qarşı irqçilik iddiaları da var. 2010-cu ildə Lionda keçirilən mitinqdə Marin Le Pen müsəlman mühacirlərin Fransa da yerləşməsinin Hitler qoşunlarının işğalı ilə müqayisə edib və onların deportasiyası məsələsini qaldırıb.

2013-cü ilin iyununda Avropa Parlamentinin hüquq məsələləri komissiyası Fransanın ədliyyə naziri Taubirin tələbi ilə “irqi ədavətin qızışdırılması” səbəbindən Marin Le Penin bu qurumun üzvü kimi məhkəmə toxunulmazlığından məhrum edilməsinin lehinə səs çoxluğu ilə səs verib və iyul ayında Avropa Parlamenti sağçı siyasətçinin toxunulmazlığını ləğv edib.

Madamın ermənipərəstliyi

Ardını oxu...

M.Le Pen bütün varlığı ilə ermənipərəst biridir və dəfələrlə erməniləri dəstəkləyən bəyanatlar verib. O, Dağlıq Qarabağın “tarix və mədəni baxımdan erməni torpağı” olduğunu iddia edib və deyib ki, o, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini istərdi. “Burada müəyyən tarixi məntiq var, çünki bu ərazi əsrlər boyu ermənilər tərəfindən məskunlaşıb və onların mədəniyyətinin mühüm beşiyidir”.

O, Fransanın bu münaqişənin həllində mühüm rol oynamalı olduğunu bildirirdi.

Bir sözlə, necə deyərlər, “su sənəyi suda sınar”. İllərlə ölkəsində irqi və milli ədavəti qızışdıran, həmişə işğalçı aqressoru müdafiə edən siyasətçi bu gün yaxın illərdə ölkəyə rəhbərlik etmək hüququnu itirib.
Bu qadının Fransanın başına keçməsi təkcə fransız xalqı üçün yox, bütün Avropa üçün təhlükəli olardı.

Ona görə də qoy ölkəmizdə heç kəs Marin Le Penin cəzalandırmasına görə Fransa Femidasını qınamasın. 40 ilin başında bir obyektiv qərar qəbul ediblər.

Araz Altaylı, Musavat.com

 
 
 

Dünyapress TV

Xəbər lenti