Ardını oxu...
Məktəbli qızların məlum videosundan sonra zorakılıq göstərən qızın təhsil aldığı Xəzər rayonu 156 nömrəli məktəbin direktoru Gülər İsmayılova da mövzu ilə bağlı medianın suallarını cavablandırdı. Direktor G.İsmayılova 156 nömrəli məktəbə 3 ildir ki, rəhbərlik edir.

Tribunainfo.az xəbər verir ki, 39 yaşlı direktor İsmayılova Gülər Bəhram qızı Lənkəran Dövlət Universitetinin məzunudur.

O, pedaqoji fəaliyyətə ilk dəfə 2006-cı ildə Bakı şəhəri Xəzər rayonu 136 nömrəli tam orta məktəbdə informatika müəllimi kimi başlayıb. 13 il müəllim vəzifəsində işlədikdən sonra 2019-cu ildə BŞTİ-nin təşkil etdiyi müsabiqədə yüksək nəticə göstərərək, test və müsahibə mərhələlərini keçərək BŞTİ-nin təyinatı üzrə 2019-cu il oktyabrın 8-dən Xəzər rayonu Sabir Abbasov adına 117 nömrəli tam orta məktəbdə təlim – tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib.

2020-ci ilin sentyabr ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən müvəffəqiyyət qazanmış, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 13.09.2021-ci il tarixdən 156 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.

Bir çox elmi-praktik konfranslarda, məktəb idarəçiliyi təlimlərində iştirak edib. 2021- ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yüksək təlim nailiyyətlərinə görə Fəxri Fərmanla təltif olunub. Direktor vəzifəsində çalışdığı müddətdə Xəzər RİH, YAP-nın Xəzər rayon Təşkilatı, ATİAHİ, Xəzər rayon Gənclər İdarəsi tərəfindən Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunub. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər ixtisası üzrə II ali təhsil (qiyabi şöbə) alır. Akademiyanın III kurs tələbəsidir.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılıb.

"DogruXeber.az" xəbər verir ki, K.Zeynallının həyat yoldaşı Gülay Zeynallı da məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"İnşallah bu da keçər... Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın. Çax xahiş edirəm", - deyə Gülay Zeynallı yazıb
Ardını oxu...
Rusiya müxalifətinin lideri Aleksey Navalnının anası Lyudmila Navalnaya Vladimir Putinə müraciət edib.

Yayımladığı videomüraciətdə L.Navalnaya Putindən oğlunun cəsədini istəyib: “Mən Alekseyin cəsədinin dərhal təhvil verilməsini tələb edirəm ki, onu insancasına dəfn edə biləm”. Navalnının anası deyib ki, 5 gündür oğlunun cəsədini ona göstərmirlər, vermirlər və onun harada olduğunu da demirlər. Navalnaya məsələnin həllinin Putindən asılı olduğunu deyərək, dərhal cəsədin verilməsini tələb edib.

Xatırladaq ki, bir gün əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Navalnının ölüm şəraiti ilə bağlı araşdırma aparılır və “qanunla nəzərdə tutulmuş bütün lazımi tədbirlər görülür”.

O, həmçinin əlavə edib ki, meyitin qohumlarına təhvil verilməsi məsələsi Kremlə aid deyil: “Biz bu işə qarışmırıq”.

Fevralın 19-da Aleksey Navalnının anasına İstintaq Komitəsi məlumat verib ki, onun ölüm şəraitinin araşdırılması müddəti uzadılıb, bunun nə qədər vaxt aparacağı məlum deyil. Bəzi müşahidəçilər cəsədin martın 15-17-də keçiriləcək seçkiyə kimi təhvil verilməyəcəyini bildirirlər.

 
 
 
Ardını oxu...
Fevralın 16-da həbsxanada öldüyü açıqlanan rusiyalı müxalifətçi Aleksey Navalnının qəfil ölümünün üzərindəki sirr pərdəsi hələ də qalxmayıb. Kremlin məsələ ilə bağlı susqunluğu, Navalnının meyitinin harada olması ilə bağlı hələ də qeyri-müəyyənlik var.

Navalnının həyat yoldaşı Yuliya Navalnaya müxalifətçinin ölümündə növbəti dəfə Vladimir Putini günahlandırıb və rus xalqını mübarizədə ona dəstək olmağa çağırıb.

Navalyana ərini Putinin öldürdüyünü iddia edərək, bununla onu həyat yoldaşından, iki uşağını isə atasından ayırdığını bildirib.

“Putin Alekseyi öldürməklə mənim yarımı, ürəyimi və ruhumu öldürdü. Amma məndə hələ də digər yarısı var və bu mənə deyir ki, mənim təslim olmağa haqqım yoxdur... Navalnının işini davam etdirəcəyəm və ölkəmiz üçün mübarizə aparacağam” - o deyib.
 
Ardını oxu...
Britaniya mətbuatı Rusiya Prezidenti Vladimir Putinin ölkədə fəaliyyət göstərən “Təhlükəsiz İnternet Liqası”nın rəhbəri Yekaterina Mizulina ilə eşq macərası yaşadığını iddia edib.

71 yaşlı dövlət başçısı ilə 39 yaşlı qurum rəhbərinin son zamanlar yaxınlaşdığı bildirilib.

Bu barədə "Daily Mai" məlumat yayıb.

Qeyd olunur ki, senator Yelena Mizulinanın qızı olan Yekaterina Londonda təhsil alıb və hazırda Rusiyada internet senzurasına başçılıq edir.
Xatırladaq ki, Putin bundan əvvəl tanınmış bədii gimnast Alina Kabaeva (40 yaş) ilə birlikdə yaşayıb. Onların övladlarının da olduğu bildirilir
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Amerikalı televiziya ulduzu Kim Kardaşyan keçmiş əri reper Kanye Uestə həyat yoldaşının “çılpaq geyimləri” ilə bağlı tələb irəli sürüb.

43 yaşlı Kardaşyan Uestin arvadından uşaqların qarşısında daha təmkinli geyinməyi və qalmaqallı geyimlərdən çəkinməyi xahiş edib.

Kim, Kanyenin arvadının ictimaiyyət qarşısında çılpaq çıxmasına icazə verməsindən həqiqətən təəccübləndiyini bildirib.//Lent.az
 
Ardını oxu...
Nərimanov Rayon Məhkəməsinin hakimi Səbinə Nuriyeva boşanmaq üçün məhkəməyə müraciət edən ər-arvadın ailəsinin dağılmasının qarşısını alıb.

AzFakt.com xəbər verir ki, bu barədə vəkil Əlibaba Əliyev məlumat verib.

O bildirib ki, bir müddət öncə bir ailə işində hər iki tərəf nikahın pozulmasına istəkli olsa da, hakim barışıq üçün 3 ay vaxt verib və məhkəmənin baxış iclasını xoş niyyətlə 14 fevral tarixinə təyin edib: “Bu müddətdə isə tərəflər arasında doğrudan da barışıq oldu və nikahın pozulması ilə bağlı iddia geri götürüldü”.

Vəkil hakim Səbinə Nuriyevanın ailə mübahisələri ilə bağlı hər zaman müsbət mənada fərqli yanaşma nümayiş etdirdiyinin şahidi olduğunu qeyd edib.
Ardını oxu...
Bakı Şəhər Səbail Rayon Məhkəməsi tanınmış jurnalist Aygün Muradxanlı ilə bağlı hökm çıxarıb. Məhkəmə iclası hakim Azər Tağıyevin sədrliyi ilə keçirilib. Hökmə əsasən, jurnalist bəraət alıb.

Bu barədə TNS-ə Aygün Muradxanlı özü məlumat verib.

Qeyd edək ki, iddiaçı Vahidə Əzizova EAST Residansın Bakı şəhərinin Nərimanov rayonunun Qarabağ küçəsində yeni bina tikmək məqsədilə 2021-ci ilin oktyabrında sökdüyü binanın zirzəmisinə 2021-ci ilin noyabrında özəlləşdirmə sənədi alıb. Onun şirkətdən külli miqdarda – 1 milyon 250 min manat tələb etməsi nəticəsində 200-ə yaxın ailə evsiz, tikinti şirkəti isə çarəsiz qalıb. Onlarla sakin, şirkətin vəkili bildirir ki, bu qadını ümumiyyətlə tanımırlar, sözügedən zirzəmi istifadəyə yararsız, pandemiya dönəmində bomjların yaşadığı məkan olub. Kanalizasiya sularının axdığı antisanitariya yuvasına qarşılıq şirkət hər şeyə göz yumaraq Vahidə Əzizovaya yeni tikili binanın yarızirzəmisində 100 kv yer təklif edib, üstəlik təmiri də boynuna götürüb. Qadın isə deyib ki, ona ya Nizami küçəsindən ev alınmalı, ya da 1 milyon 250 min nağd pul verilməlidir.

Bu problemi ictimailəşdirən Aygün Muradxanlı Vahidə Əzizova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilmiş, jurnalist Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilmişdi.

Məhkəmə hökmü sübut edir ki, jurnalist haqlıdır və heç bir cinayət törətməyib.
 
Ardını oxu...
İran hökuməti güneyli qadını səssizcə edam edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatına istinadla xəbər verib.

Bildirilir ki, yanvarın 20-də Güney Azərbaycanın Qəzvin şəhər mərkəzi həbsxanasında Hacər Ətabəki adlı qadın dar ağacından asılıb. Bir uşaq anasının edamı İran hökuməti tərəfindən rəsmi olaraq açıqlanmayıb.

Təşkilatdan vurğulanıb ki, o, təxminən iki il yarım əvvəl “narkotik maddələrin qanunsuz dövriyyəsi” maddəsi ilə həbs olunub.

Qeyd edək ki, Ətabəki 2024-cü ildə edam cəzası qeydə alınan sayca ikinci qadındır.
Ardını oxu...
İstanbul Ədliyyə Sarayında terror aktının sifarişçisi olduğu iddia edilən mərkəzi komitə üzvü deyilən Fahriye Erdal da daxil olmaqla 4 şübhəli barəsində həbs qərarı çıxarılıb.

TEREF baku.ws-ə istinadən bildirir ki, fevralın 6-da İstanbul Ədliyyə Sarayı qarşısındakı polis məntəqəsinə edilən terror hücumundan sonra Emrah Yayla və Pınar Birkoç adlı 2 terrorçu öldürülüb.

Hücum nəticəsində təsadüfən yoldan keçən Dilfiraz Karataş həyatını itirib, 3-ü polis olmaqla 6 nəfər yaralanıb.

İstintaq çərçivəsində nəzarətə alınan 96 şübhəli sağlamlıqları yoxlanıldıqdan sonra İstanbul Ədliyyə Sarayına göndərilib.

96 şübhəlidən 48-i həbs edilərkən, digər 48 şübhəli isə məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılıb.

Ədliyyə naziri Yılmaz Tunç hücumla bağlı aparılan istintaq çərçivəsində həbs edilən şübhəlilərin ümumi sayının 54 olduğunu açıqlayıb.

İstintaq çərçivəsində İstanbul Respublika Baş Prokurorluğu hücum əmrini terror təşkilatın mərkəzi komitə üzvləri adlandırılan qaçaq şübhəlilər Fahriye Erdal, Zerrin Sarı, Seher Demir və Musa Aşoğlu tərəfindən verildiyini müəyyən edib və 4 şübhəli barəsində həbs qərarı çıxarıb.

Digər tərəfdən, Fahriye Erdal 9 yanvar 1996-cı ildə Leventdə 2 nəfərin öldürüldüyü, ictimaiyyət arasında Sabancı sui-qəsdi kimi tanınan hücumun təşəbbüskarı kimi də tanınır.

Silahlı terror təşkilatı DHKP-C-nin rəhbərlərinin verdiyi təlimata uyğun olaraq, Emrah Yayla və Pınar Birkoç silahla ədliyyə binasına daxil olaraq, özləri ilə gətirdikləri materiallarla daha əvvəl məhkəmə qərarı ilə həbs olunan və terror üçün hazır gözləyən Elif Ersoy, Diyar Ersoy, Necla Birkoç və Ercan Güneşin köməyi ilə bəzi məmurları girov götürmək istədikləri bildirilib.

Terrorçuların terror təşkilatından məhkum olan Əli Osman Köse və Ercan Kartalın azadlığa buraxılmasını tələb edəcəkləri öyrənilib.
 
 
 

Dünyapress TV

Xəbər lenti