Ardını oxu...
Türkmənistanın qüdrətli lideri onu evinə, Aşqabada çağırıb siyasi səhnəyə çıxarana qədər o, Londonda nisbi kölgədə rahat həyat yaşayırdı. Bu, demək olar ki, 5 ay əvvələ qədər idi. İndi Oğulcahan Atabayeva daim dövlət nəzarətində olan mətbuat səhifələrində qardaşı, nominal prezident Sərdar Berdıməhəmmədov və ölkənin ali lideri Qurbanqulu Berdıməhəmmədovla birlikdə diqqət mərkəzindədir.

Reyting.az xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.

Təhlildə qeyd olunur:

Atabayeva Qurbanqulu Berdəməhəmmədov Fondunun tibbi fəaliyyət üzrə vitse-prezidenti kimi diqqətəlayiq titul sahibi olmaqla böyük ictimai rol oynayır. O, açıq şəkildə Türkmənistanı özəl korporasiya kimi idarə edən ailə biznesində əsas vəzifəyə hazırlanır. Amma sonda hansı vəzifəni tutacağını bəlkə də yalnız atası bilir.

Aprelin 24-də ingilis dilində “Al-Arabia” televiziya kanalında yayımlanan müsahibədə o, Türkmənistanın qlobal axına çıxışını asanlaşdırmağa kömək edərək, xarici dünyaya ailə emissarı kimi xidmət edəcəyinə dair ipucu verib. Atabayeva Türkmənistanla bağlı ictimai səhiyyə məsələlərinə qlobal perspektiv təklif edərkən özünü türkmən gəncləri və qadınlarının sözçüsü kimi təqdim edib.

Yeri gəlmişkən, o, ingiliscə Sərdardan daha mükəmməl danışır.

Öz müsahibəsində Atabayeva bildirib: "Ana və uşaq hüquqlarının qorunması və gənc nəslə qayğıkeşlik Türkmənistanın prioritetləri ilə üst-üstə düşür. Bu prioritetlər təkcə milli siyasətin mərkəzi hissəsi deyil, həm də eyniyyətin əsas sütunlarıdır. Biz onu da başa düşürük ki, bugünkü şəraitdə bu məqsədə nail olmaq geniş beynəlxalq əməkdaşlıq, BMT-nin ixtisaslaşmış strukturları, digər beynəlxalq institutlar, eləcə də ikitərəfli və regional səviyyədə sıx əməkdaşlıqla müşayiət olunmalıdır”.

1990-cı illərin əvvəllərində müstəqillik əldə etdikdən sonra Türkmənistan öz amansızlığına görə Şimali Koreyadan sonra sayca ikinci olan totalitar siyasi sistem qurarkən kənar təsirləri güclü şəkildə dəf edib. Lakin son aylarda Türkmənistan rəhbərliyi beynəlxalq ticarət əlaqələrini gücləndirmək, o cümlədən əcnəbilərin ölkəyə səfərini asanlaşdırmaq üçün ilkin addımlar atıb.

Görünür, Atabayeva türkmən diktaturasının daha yumşaq tərəfinin nümayəndəsi kimi nümayişə çıxarılır, ona ölkənin iqtisadi açılışı ilə bağlı sosial, təhsil və ictimai səhiyyə problemlərinin həllinə kömək edə biləcək xarici əlaqələr qurmaq tapşırığı verilir.

Xanım Atabayevanın müsahibəsinə şərhlərdən aydın olub ki, Türkmənistan BMT-nin UNICEF və Ərzaq Fondu kimi qurumları, eləcə də beynəlxalq inkişaf təşkilatları ilə əlaqələri gücləndirmək istəyir.

"Tərəfdaşlarımızın coğrafiyası genişlənir, - deyə o vurğulayıb, amma təfərrüatları açıqlamayıb. - Bunun bariz nümunəsi son vaxtlar Avropa, Yaxın Şərq və Asiyada humanitar xeyriyyə fondları ilə əməkdaşlığın qurulmasıdır. Biz, həmçinin, dünyanın digər regionları ilə əlaqələr qurmağa və gücləndirməyə çalışırıq".

Ardını oxu...
  

Mayın 2-si saat 19:30 radələrində paytaxtda keçmiş sevgilisinə bıçaqlı hücum etməkdə şübhəli bilinən 20 yaşlı Murad Əhmədov saxlanılıb.

Bu haqda "Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

Onun sözlərinə görə, şübhəlinin müvafiq izahatları alınıb. Təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, zərərçəkmiş Şərafət Babayevanın bildirdiyinə görə, 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub.

Onun sözlərinə görə, M.Əhmədov zərərçəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb.

Zərərçəkən bildirib ki, M.Əhmədov babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək, ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib.


Ardını oxu...
  

Keçmiş Türkiyə gözəli Senem Kuyucuoğlu ölümdən son anda qurtulub.

Türkiyə gözəlinin evi yanıb. Gecə saatlarında evindəki elektrikli sobanın alışaraq yanğına səbəb olub. Yuxuda olan Kuyucuoğlu faciədən möcüzəvi şəkildə xilas olub. Xəstəxana palatasından paylaşım edən keçmiş model "oyanmağım möcüzə idi" sözləri ilə yaşadığı qorxulu anları izləyiciləri ilə bölüşüb.

2009-cu ildə "Miss Turkey" müsabiqəsində ikinci olan və Türkiyəni beynəlxalq gözəllik yarışmasında təmsil edən Kuyucuoğlu sosial şəbəkədə etdiyi açıqlamada yanıq xəsarətləri aldığını bildirib. "Bu il bir yanmadığım qalmışdı, o da oldu. Çox şükür, sağ qaldım. Mən yuxuda olarkən soba alışıb. O saatda oyanmağım tam bir möcüzədir" deyə yazıb.

Onun vəziyyəti yaxşıdır, hazırda xəstəxanada müalicə alır.**milli.az

Ardını oxu...

Ardını oxu...

 
 
 

Ardını oxu...
 

Kraliça II Yelizaveta yalnız müəyyən geyim tərzinə sadiqliyi ilə deyil, həm də gündəlik vərdişlərində, o cümlədən qidalanmasında ardıcıllığı ilə məşhur idi. Onun rasionu illər boyu sabit qalıb və hətta bu məsələdə öz ənənələrinə əməl edib.

Darren Makqreydi 15 ildən çox kraliçanın şəxsi aşpazı kimi çalışıb. Bu müddət ərzində o, monarxı rəsmi turlarda, o cümlədən Avstraliyaya müşayiət edib və ABŞ-ın beş prezidentinin Böyük Britaniyaya səfərləri zamanı onlara ləzzətli yeməklər hazırlayıb.

Kraliça ilə yanaşı, o, Vindzor ailəsinin digər üzvləri - şahzadə Diana, şahzadələr Uilyam və Harri üçün də yemək bişirib. O, "Eating Royally: Recipes and Remembrances from a Palace Kitchen" ("Royal yeməkləri: saray mətbəxindən reseptlər və xatirələr") adlı kitabında kraliçanın qastronomik üstünlüklərini təfərrüatlandırır və kral yeməklərinin reseptlərini paylaşır.

Kraliça gündə neçə dəfə yemək yeyirdi və nə yeyirdi?

Aşpazın xatırladığı kimi, II Yelizaveta gündə dörd dəfə yemək yeyirdi, lakin heç vaxt həddindən artıq yeməyib - bütün porsiyalar ciddi olub.

Səhər yeməyi bir fincan çay və biskvit ilə başlayıb. Daha sonra, bir boşqab quru səhər yeməyi, adətən əlavələr olmadan.

Nahar üçün kraliça yüngül və sağlam yeməyə üstünlük verib: ən çox ispanaq və ya balqabaq kimi tərəvəzlərlə müşayiət olunan qızardılmış balığa. Bəzən menyuda salat ilə bişmiş toyuq görünüb.

Yelizavetanın ən sevimli rituallarından biri olan günorta çayından xüsusi həzz alıb. Klassik ingilis sendviçləri, mürəbbə və qaymaqlı çörəklər ilə verilirdi.

Makqreydi xatırladıb ki, kraliça harada olursa olsun, saat beş çayı heç vaxt ləğv edilməyib. Kral yaxtasında Avstraliyaya gələndə və yerli vaxtla səhər olanda kraliça evdə olduğu kimi ənənəvi çayda israr edib - və təcili olaraq çörək bişirməli olub.

Şam yeməyi müxtəlif olub, lakin həmişə tərəvəz yan yeməyi ilə ət və ya balıq daxil idi. Kraliça göbələk sousu və viski ilə fileto steyklərini, həmçinin Qael bifteklərini xüsusilə sevib.

Kral mətbəxində eyni vaxtda 20-yə yaxın aşpaz işləyir. Makqreydi hər həftə menyu hazırlayıb və onu kraliçaya seçim etmək üçün təklif edib, o, yaxın günlərdə rasionunda nə görmək istədiyini göstərib.

II Yelizaveta hansı yeməkləri xüsusilə sevirdi?

Aşpazın dediyinə görə, kraliçanın sevimli yeməklərindən biri gil qablarda qızardılmış çörəklə süfrəyə verilən Morkam-Bey körfəzi krevetləri olub. Onlar gizli reseptə görə xüsusi aromatik yağda marinadlanırdılar.

II Yelizaveta həm də desertlərin böyük həvəskarı olub. Ən çox sevdiyi ağ və tünd şokolad qırıntıları ilə bəzədilmiş çoxqatlı şokoladlı tort imiş. /Lent.az


Ardını oxu...
  

Türkiyənin məşhur aktrisası Meryem Uzerli gözəlliyin trendlərə deyil, daxili rahatlığa əsaslandığını vurğulayıb.

Meryem Uzerli hər zaman zərifliyi və səmimiyyəti ilə diqqət çəkməyə davam edir. Məşhur aktrisa, L'Officiel Türkiye jurnalına verdiyi xüsusi müsahibədə gözəllik anlayışı, bədən sevgisi və özünəinamla bağlı diqqətçəkən açıqlamalar verib. Məşhur aktrisa yaş artdıqca gözəllik anlayışının dəyişdiyini bildirib:

"Bədənimi həyatımın hər dövründə sevirəm. Medianın gözəllik anlayışı trendlərə əsaslanır. Mən özümü ən gözəl hiss etdiyim an, məni sevən insanlarla olduğum anlardır. Əgər başqaları bədənimlə bağlı mənə bir nöqsan hiss etdirirsə, özümü yox, ətrafımdakı insanları dəyişdirirəm". /lent.az

Ardını oxu...
Azərbaycanda ötən il hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 29 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə mətbuata Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumat üçün bildirək ki, ana ölümlərinin sayı əvvəlki illə müqayisədə azalsa da, 2009-cu ildən sonra qeydə alınan ən yüksək ikinci göstəricdir.
Onu da bildirək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ana ölümləri ən aşağı səviyyəyə 2018-ci ildə düşüb. Həmin il ölkədə hamiləlik, doğuş və zahılıq dövründə 17 ana ölüb. 2018-ci illə müqayisədə ötən il ana ölümlərinin sayı 70,6% artıb.
Müqayisə üçün 2018-ci ildən sonra Azərbaycanda qeydə alınan ana ölümlərinin statistikasını təqdim edirik:
2018-ci il – 17;
2019-cu il – 21;
2020-ci il – 20;
2021-ci il – 20;
2022-ci il – 18;
2023-cü il – 33;
2024-cü il – 29.
 
Ardını oxu...
Bakıda “Porsche” ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Sərxoş vəziyyətdə “Porsche” markalı nəqliyyat vasitəsilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü Nəsimi RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

O, yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin “saxla” işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib. Sərxoşluq vəziyyəti yoxlanılan A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib.

Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp keçmiş vitse-prezident Kəmalə Harrisin əri Duqlas Emhoffu Vaşinqton Holokost Muzeyinin idarə heyətində tutduğu vəzifədən azad edib.
Ajans.az xəbər verir ki, bu barədə "X"də Duqlas Emhoff özü bildirib.

Keçmiş Demokratlar Partiyasından prezidentliyə namizədin əri əmindir ki, ABŞ prezidenti bunu siyasi motivlərlə edib. Tramp Baydenin təyin etdiyi digər şura üzvlərini də işdən çıxarıb.
 
Ardını oxu...
Gezi Parkı istintaqı çərçivəsində barəsində araşdırma başlanan Ayşe Barım üçün iddianamə hazırlandı. İddianaməyə əsasən, Barım "hökuməti devirməyə cəhd" ittihamı ilə 30 ilədək azadlıqdan məhrum edilə bilər.

İstanbul Baş Prokurorluğu tərəfindən təsdiqlənən iddianamə, qiymətləndirilmək üzrə İstanbul 26-cı Ağır Cəza Məhkəməsinə göndərilib.
 
 
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin bacısı Natalya Dmitriyeva ABŞ pasportu ilə Ukraynaya gizli səfər edib.

Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşərinin jurnalisti Keti Livinqston mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Dmitriyeva 2025-ci ilin fevralın 8-də Ukrayna ərazisinə daxil olub, 12 fevralda isə ölkəni tərk edib.

Livinqston bildirib ki, Natalya Dmitriyeva 2022-ci ildə Rusiyanın genişmiqyaslı hücumundan sonra anası Tamara Şevçenko ilə birlikdə Ukraynadan çıxıb:

“Əvvəllər onlar Ukrayna pasportuna sahib idilər, amma son illər Ukraynaya ABŞ pasportu ilə gedirlər. Onların hazırda harada yaşadıqları barədə məlumat yoxdur”.

Bundan başqa, Livinqstonun mənbələri bildiriblər ki, Dmitriyevlər ailəsi Ukrayna və Avropada böyük aktivlərə sahibdir.

Qeyd edək ki, bir müddət öncə Kirill Dmitriyevin atası, məşhur alim Aleksandr Dmitriyevin hələ də Kiyevdə yaşadığı və orada işlədiyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Kirill Dmitriyev 1975-ci ildə Kiyevdə anadan olub.

Dünyapress TV

Xəbər lenti