![]() |
![]() ![]() ![]() |
|
Xəbər verdiyimiz kimi, Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb.
Musavat.com bildirir ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Onu da qeyd edək ki, yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Tapılan yeniyetmələrin valideynləri Baku TV-yə danışıb
Musavat.com reportajı təqdim edir:
Mingəçevirdə qadın boşqabla ərinin başını yarıb.
Musavat.com "Unikal"a istinadən xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisindəki evlərdən birində baş verib.
Ailədaxili münaqişə və mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü şəhər sakini Ramil Hacıağa oğlu İsmayılovun başına boşqabla ağır xəsarət yetirib.
Xəstəxanaya çatdırılan kişiyə alın nahiyəsinə zəruri tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.