Namibiyada timsahın hücumuna məruz qalan qadın özünü xilas edə bilib.
AzPost xarici mediaya istinadla bildirir ki, hadisə martın 18-də Qərbi Kavanqo bölgəsində baş verib. 28 yaşlı Mukəkətə kənd sakini su gətirmək üçün çaya gedib. O, su dolduran zaman timsah çaydan tullanaraq onun budundan dişləyib.
Qadın timsahın ağzından tutaraq, çənələrini açıb. O, özünü xilas edərək, kəndə qayıtmağı bacarıb. Zərərçəkmiş xəstəxanaya aparılıb. O, ombasından və hər iki qolundan xəsarət alıb. Həyati təhlükəsi yoxdur.
Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb. Hadisə ötən gün baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Qax rayonu, Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
Martın 17-si yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Valideynlərin sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların telefonlarına zəng çatmasına baxmayaraq, onlardan cavab ala bilmirlər.
Sosial şəbəkədə istifadəçilərdən biri paylaşımında bildirib ki, qızlardan birinin anası onlarla əlaqə saxlayıb və qızların Əli adlı gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qaldıqlarını deyib.
"Əlinin səs yazıları var. Bu gənc oğlan qızların Dubaya və rayonlara müştəriyə göndərilməsi barədə anaya səs atıb", - deyə paylaşımı edən şəxs qeyd edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, evdən çıxıb geri qayıtmayan qızlardan birinin anası müğənnidir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları evləri tərk edərək naməlum istiqamətə gedən şəxslərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub: "Bundan əvvəl də bir neçə dəfə yaşayış yerini tərk edən şəxslərin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür"
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində "QHT işi" ilə bağlı başladılan istintaqa daha bir məşhur şəxs cəlb olunub. TEREF Gununsesi.info-ya istinadla xəbər verir ki, bu, ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlidir.
Məlumatda bildirilir ki, cinayət məsuliyyətinə cəlb olunan Mehriban Rəhimli istintaq müddəti ərzində polis nəzarətinə verilib.
Xatırladaq ki, bundan əvvəl bir sıra tanınmış şəxslər bu iş çərçivəsində cinayət məsuliyyətinə cəlb ediliblər və onlarla QHT rəhbəri istintaqa dəvət olunub.
Cəlilabad rayonunun Soyuqbulaq kənd sakini, 26 yaşlı Nahidə Babək qızı Abbasova dördüncü övladını dünyaya gətirdikdən sonra həyatını itirib.
TEREF Bizim.Media-ya istinadla xəbər verir ki, N.Abbasova martın 8-də hamiləliyinin yoxlanılması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Lakin ona bir həftə sonra yenidən gəlməsi tövsiyə edilib. Yaxınları ilə evə qayıdarkən, yolda doğuş başlayıb və doğuş avtomobildə qeyri-peşəkar şəraitdə həyata keçirilib. Daha sonra o, təcili olaraq xəstəxanaya çatdırılıb.
Yaxınlarının dediyinə görə, N.Abbasova xəstəxanaya sağlam vəziyyətdə qəbul edilib.
Lakin axşam saatlarında vəziyyəti pisləşib və komaya düşüb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində 12 gün qalan qadın, bütün tibbi müdaxilələrə baxmayaraq, vəfat edib.
Xəstəxananın Reanimasiya şöbəsinin həkimi Yusif Xankişiyev bildirib ki, xəstəxanaya gətirilən zaman N.Abbasovanın vəziyyəti kafi, huşu aydın olub. Lakin həmin günün sonunda xəstənin vəziyyəti pisləşib və Reanimasiya şöbəsinə yerləşdirilib.
TƏBİB-in açıqlamasına görə, zahı qadının uşaqlıq yolunun müayinəsində iki ədəd kapsullaşmış kista aşkar edilib. Bütün reanimasiya tədbirlərinə baxmayaraq, 20 mart 2025-ci il tarixində saat 17:30-da beyin ölümü qeydə alınıb.
Vəfat edən Nahidə Abbasova Soyuqbulaq kənd məzarlığında dəfn edilib. Onun dünyaya gətirdiyi uşaq isə hazırda ana valideynlərinin nəzarətində və himayəsindədir.
Baş vermiş ölüm faktı əsasında araşdırmalar davam etdirilir.
Cəlilabad rayonunun Soyuqbulaq kəndində evdə doğuş edən qadın dünyasını dəyişib.
TEREF “Report”a istinadən xəbər verir ki, kənd sakini, Nahidə Abasovanın doğuşdan sonra səhhətində problemlər yarandığı üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qadın bir həftə xəstəxananın reanimasiya şöbəsində müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, qadın bu gün xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
LİSE MEZUNU DOKTORALI PROFESÖR Galatasaray Üniversitesi İşletme Bölüm Başkanı Prof. Dr. Naciye Aylin Ataay Saybaşılı’nın diploması da iptal edildi... Lise mezunu profesör olarak tarihe geçti. Sorbonne Üniversitesi’nden doktorası da var...
İstanbul Universitetinin qərarı ilə diplomları ləğv edilən 28 nəfərdən biri də Azərbaycan əsilli professor Lalə Kazımbek Tuzunerdir.
Teleqraf Türkiyə KİV-ə istinadən xəbər verir ki, Lale Kazımbekin Bilkent Universitetindən İstanbul Universitetinə köçürülərkən qanunsuzluğua yol verildiyi əsas gətirilərək diplomu etibarsız sayılıb.
O, İstanbul Üniversitetinin biznesin idarə edilməsi fakültəsində çalışır.
Lalə Kazımbek Azərbaycan Xalq Cümhuriyyətinin zabiti Cahangir bəy Kazımbəylinin nəslindən olduğu bildirilir. 1885-ci ildə anadan olmuş C.Kazımbəyli AXC-nin dönəmində Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçılarından biri olub. Sonra o, ailəsi ilə birlikdə Polşaya və Almaniyaya mühacir edib. 1955-ci ildə Berlində Sovet casusu olan bir qadın tərəfindən zəhərlənərək öldürülüb.
Lalə Kazımbekin həmmüəllifi olduğu “İnsan idarəçiliyi” kitabının digər yazarı professor Gönen İlkan Dündar İstanbul Böyük Bələdiyyəsinin həbs edilən başqanı Əkrəm İmamoğlunun sözçüsüdür.
Xatırladaq ki, Ə.İmamoğlunun da diplomu “qanunsuz köçürülmə” iddiası ilə ləğv edilib və ona qarşı “dövlət sənədlərini saxtalaşdırma” maddəsi üzrə cinayət işi açılıb.
Son günlər Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə heyətinin sədri (AQSİA) Səkinə Babayeva barəsində qalmaqallı məlumatlar yayımlanmaqdadır.
"DogruXeber.az" xatırladır ki, bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) keçirdiyi reyd zamanı aşkar edilən nöqsanlar səbəbilə xanım sədr Səkinə Babayevaya məxsus olduğu deyilən "Bakı Tekstil Fabriki"nin fəaliyyəti dayandırılıb. Baş verən bu hadisə tez-tez tədbirlər təşkil edərək cəmiyyətə özünü nümunəvi lider obrazı kimi təqdim etməyə çalışan xanım sədrin rəhbər fəaliyyətinin heç də göründüyü (yaxud da göstərdiyi) kimi olmadığını aşkara çıxarmış oldu.
Bu dəfə isə AQSİA-nın keçmiş üzvlərindən olan Kəmalə Məmmədli (facebook: Kama Mamedova) şəxsi facebook hesabında Səkinə Babayeva ilə hələ də problem yaşadığından və xanım sədrin onun əmək hüquqlarını pozmasından şikayətlənib.
Yazını olduğu kimi təqdim edirik:
"Əziz dostlar! Uzun zaman oldu ki, paylaşımlar etmirdim. Çünki adı şişirdilərək çox "böyük", özü isə çox “kiçik” bir assosiasiyanın rəhbərliyi ilə problem yaşayırdım və bu gün də bu problem gündəmdədir.
Təəssüflə qeyd edim ki, bu xoşa gəlməz hal mənə həm mənəvi, həm də maddi ziyan vurub, sağlamlığıma təsir etdi. Deməli, 25.07.2024-cü il tarixində AQSİA-dan (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından) ərizə yazaraq ayrıldım. İşdən ayrılmağımın səbəbini sivil qaydada anlatdım, izah etdim. Lakin bu danışıqların yekunu əmək hüquqlarımın pozulması ilə nəticələndi. 28 avqust 2024-cü il tarixində AQSİA-dan Dövlət Əmək Müfəttişliyi Xidmətinə əmək hüquqlarımın pozulması ilə bağlı şikayətlə müraciət etdim, həmçinin ə/h bank çıxarışlarını da təqdim etdim. Çox maraqlıdır ki, ölkəmizdə qadın hüquqlarının müdafiəsi ilə bağlı lazımı qədər işlər aparılır, lakin Azərbaycanda guya qadın sahibkarları platforması olan AQSİA-nın sədri Səkinə Babayeva əmək hüquqlarımın pozulmasına yol verir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti AQSİA rəhbərliyi ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, sənədlərin təqdim edilməsi ilə bağlı tələbinə reaksiya verilməyib. Bu da o deməkdir ki, AQSİA-nın sədri Dövlətin strateji qurumunun müraciətlərinə, qanunvericiliyə məhəl qoymur. Görəsən, əlaqədar qurumların bu xanımın davranışlarından xəbəri varmı? Ən önəmlisi isə yeni iş quran, biznes həyatına atılan gənc iş qadınları bu qurumun rəhbəri, "tanınmış iş qadını" sayılan Səkinə Babayevadan hansı örnək götürəcəklər? Haqqında olan məhkəmə cəlbi belə bu xanımı narahat etmirsə, bizim kimi haqsızlığa məruz qalan xanımlar başqa haralara müraciət etməliyik ki, bizim şikayətimizin bir nəticəsi olsun??? Sədr başa düşmür ki, bu platforma qadın inkişafına töfhə vermək üçün yaradılıb, hüquqları poznaq, gənc sahibkarların qarşısını kəsmək, intriqa yaratmaq, saxta görüntülərlə cəmiyyəti aldatmaq üçün yox! Mənim kimi əməyinə qiymət verilməyib, heç bir faydasını görməyib, Səkinə Babayevanın yalanlarından yorulub bu təşkilatdan ayrılan kifayət sayda qadın var. Bu qurum qadınlara dəstək üçün yaradılmışdı, təəssüf ki, tam əksinə, qadınları həm ruhdan salıb, həm də mənfi nümunədən başqa heç bir işə yaramadı. Bir qadın başqa qadınlara qarşı nə qədər sevgisiz ola bilər? Bir təşkilat rəhbəridirsə təşkilatına üzv olan qadınların hüququnu bu fotmadamı qoruyacaq? Yaxın günlərdə Səkinə Babayevanın rəhbərlik etdiyi tikiş sexinin fəaliyyəti yenə də çox böyük qanun pozuntularına görə dayandırıldı. Bir rəhbər qadın sexdə çalışan onlarla xanımın təhlükəli vəziyyətdə çalışmasına necə göz yuma bilər? Cəmiyyətdə hər an , hər gün gündəmdə olmağa can atan bir qadın bu qədər məsuliyyətsiz ola bilərmi? Anlaşılan odur ki, bu qurumun sədri nə sahibkar kimi, nə QHT rəhbəri kimi, nə də bir qadın kimi dövlətin heç bir tələbinə riayət etmir. Dostlar, Sizinlə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyinin şikayyətlərimə əsasən verilən qərarı və cərimə protokollarını bölüşürəm."
QEYD: Yuxarıda təqdim etdiyimiz məlumatla bağlı AQSİA sədri Səkinə Babayevanın da mövqeyini dinləməyə və dərc etməyə hazırıq.