Ardını oxu...
ABŞ sakini təsadüfi lotereya bileti alıb cekpot udub.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Virciniya ştatının Pamplin sakini Teresa Balduin lotereya oynamaq istəyəndə həmişə avtomatlardan kor-koranə bilet aldığını söyləyib: "Mən sadəcə düyməni basıb taleyə etibar edirəm" deyir.

O, lotereya bileti alıb və təsadüfi seçim ona 500 min dollar qazandırıb. Bolduin sərvət qazandığını biləndə şoka düşdüyünü etiraf edib: “Mən sadəcə oturub biletə baxdım. Mən hələ də nə baş verdiyini anlamağa çalışıram”,- o deyir.

Qalibin sözlərinə görə, pul mükafatını nəyə xərcləyəcəyinə hələ qərar verməyib.
 
Ardını oxu...
Göygöldə 36 yaşlı qadın intihar edib.
TEREF "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Hüseynova Kifayət Sakit qızı evin damında özünü asıb.
İntiharın səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Daşkəsəndə 19 yaşlı Aişə Abdullayeva adlı cehiz olaraq qoyun gətirmədiyinə görə döyülüb.

Bu barədə İctimai televiziyada süjet yayımlanıb.

Gəlin getdiyi evdə qaynatası və qaynanası tərəfindən şiddətə məruz qalan gənc qız yaxınları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib.

Ona kəllə-beyin tramvası diaqnozu qoyulub.

Daha ətraflı video-materialda:

 
 
 
Ardını oxu...
Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybək Smadiyarov Rusiyanın erməni əsilli teleaparıcısı, “Qazprom” media holdinqin baş direktorunun müavini Tina Kandelakinin təxribatçı açıqlamasına təpki verib.

Teleqraf.com xəbər verir ki, o, Kandelakinin bundan sonra Qazaxıstana girişinə icazə verilib-verilməyəcəyinə aydınlıq gətirib.

“Kimdənsə xoşunuz gəlməyəndə onu evinizə buraxmırsınız. Biz də eyni şeyi edəcəyik. Lazım gələrsə, tədbirlər görüləcək. Bunu bu gün və ya sabah etməkdə israr etməyin. Dövlət bunu heç vaxt bağışlamayacaq. Qazaxıstana gəlməyəcək, gəlsə, qayıda bilməyəcək”, - Smadiyarov vurğulayıb.

Tina Kandelaki bundan əvvəl Teleqram kanalında Qazaxıstanla bağlı təhqiramiz və təxribatçı paylaşım edib.

Ölkəni əvvəlcə rus dilini “dövlət səviyyəsində sıxışdırmaq”da ittiham edən erməni əsilli jurnalist Qazaxıstandan təpkilər gəldikdən sonra təhqirə keçib. Tina qazaxları “manqurt” adlandırıb.

Jurnalistin təxribatçı açıqlamaları Qazaxıstanda hiddətlə qarşılanıb.
 
 
 

Ardını oxu...
 

Əməkdar artist Nailə İslamzadə arxiv görüntülərini paylaşıb.

Videonu “Facebook”da paylaşan İslamzadə bu sözləri qeyd edib:

“Son zamanlar bir neçə sayt və səhifə qadınların, o cümlədən də mənim xarici görünüşümü daha çox müzakirə edirlər. Düşünürəm ki, əgər bu görünüşün arxasında intellekt, savad, dünyagörüşü, etik davranış, ailəsinə, cəmiyyətə verdiyi fayda dayanmırsa, o gözəllik heçdir! Bu video 90-cı illərin sonu, 2000-ci illərin əvvəlinə aiddir”.

 
 
 
Ardını oxu...
Delfin Lalori. Əslən ispan olan bu qadın 1775-ci ildə doğulub.
Zəngin bir zadəgan gözəli olan Delfin göründüyünün əksinə, sadist idi. Bəziləri onu mələk üzlü şeytan kimi təqdim edirdilər. Ağlasılmaz fantaziyları üçün tikdirdiyi malikanəsində onlarla kölə saxlayırdı. Yaşadığı ev insanlar tərəfindən illərlə dəhşət binası adlandırılıb.
10 aprel 1834-cü ildə malikanənin mətbəxində baş vermiş yanğını söndürməyə gələnlər 70 yaşlı zənci köləni yanan sobaya zəncirlənmiş halda tapırlar. Yaşlı qadın evin üçüncü mərtəbəsində gizli şeylər olduğunu dedikdə yanğınsöndürənlər qarşılaşdıqları zəncirli qapı arxasından inilti səsləri eşidirlər.
Qapını qırdıqda cəsəd və leş qoxusu içində divara və yerə zəncirlənmiş insan bədənləri ilə qarşılaşırlar. Kimisi yaşayır, kimisi ölmüş, kimisi qan içində can verirdi. Bir nəfərdən isə qəribə cinsiyyət dəyişimi təcrübələrində istifadə olunmuşdu. Bir qadının ayaqları və qolları qırılaraq xərçəngə bənzədilməyə çalışılmışdı.
Başqa bir qadının bədəni isə tırtıl kimi müxtəlif nöqtələrdən dilimlənmişdi. Delfin qaçırdığı insanların ağızlarını tikərək onları aclıqdan öldürür, bəzilərinin dərisini soyurdu. İşgəncəyə məruz qalmış bu insanlar arasından xilas edilənlər olsa da, onlar həkimlərə öldürülmələri üçün yalvarırdılar...
Ölüm səbəbi naməlum olsa da, Fransa mənbələrinə görə, Delfin Lalori 1849-cu ildə dünyasını dəyişib.
Cavid Dəmirli
TEREF: Xocanın Blogu
 
Ardını oxu...
8 il həbs yatdı, KQB-nin müstəntiqi onunla evləndiyi üçün sistemdən qovuldu, 17 yaşında Bakının meri ilə eşq yaşadı, həkimlərin səhvindən xərçəngə tutuldu, rus qəbiristanlığında basdırıldı... O, küçəyə çıxanda sürücülər qəza törədirdi, Biri var idi, Üzeyir Hacıbəyovun evində yaşayan, Bakıda ilk şalvar geyinən,nazir oğlu ilə evlənən gözəllik ikonası Nərgiz Xəlilova...

Onun doğum tarixi ilə bağlı dəqiq məlumat yoxdu. Nərgizin atası Ramazan Xəlilov Tiflisdə yaşayıb. O, avar knyazının oğlu olub. Jurnalistika üzrə təhsil alıb. 1930-cu ildə "Bakinskiy raboçiy" qəzetinin müxbiri kimi Leninqrada (Sankt-Peterburq) akkreditə edilib və orada da Nərgizin gələcək anası əslən Belorusiyadan olan Elvira Xəlilova ilə tanış olub ailə qurublar. Onlar 20 il bir yerdə yaşayıblar.

Nərgiz Xəlilova Leninqradda doğulub. Böyük Vətən Müharibəsi bitdikdən sonra, Nərgiz anası ilə birlikdə atasının yaşadığı Bakıya gəlir və onlar bəstəkar Üzeyir Hacıbəyovun evində məskunlaşırlar. Nərgizin ata nənəsi Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin həyat yoldaşlarının bacısı idi. Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə Hacıbəyli Nərgiz Xəlilovanın ilk musiqi müəllimləri idi.

Nərgiz çox hörmətli bir ailədən olan yaraşıqlı gənc mühəndis Məlik Axundovla tanış olur. Onun anası tibb elmləri doktoru, atası isə səhiyyə naziri idi. Nərgiz Məliklə evlənir. Lakin bu evliliyin ömrü qısa olur. Bir neçə il sonra Nərgiz və Məlik ayrılırlar. Səbəb kimi isə Nərgiz xarakterlərin uyuşmazlığını, ortaq maraqların olmamasını və həyat yoldaşının əsassız qısqanclıqlarını göstərir. Boşanandan sonra Nərgiz ata evinə qayıdır.

Bir dəfə o, qardaşının ortağı Slavik Aqaranovla tanış olur. O varlı tat yəhudilərindən birinin oğlu idi. Slavik Nərgizi dəlicəsinə sevir və onlar vətəndaş nikahında yaşayırlar.

Sonra cütlük Moskvaya köçmək qərarına gəlir. Orada sevgilisi Slavik valyuta tacirləri qrupuna qoşulur. Əcnəbilərlə tanış olur, onların dillərini öyrənir, rublu sərfəli qiymətlə valyutaya çevirir, həmçinin Bakıya dəbli və tapılmayan malları gətirərək hədsiz baha qiymətə satır. Əvvəlcə o tək işləyir. Sonra dəstə şəklində işləməyə başlayılar və qızıl alıb xaricə satırlar. Qohumlarından heç biri Nərgizin Moskvada nə işlə məşğul olduğunu bilmir. Nərgiz onlara deyir ki, Moskvada dissertasiya üçün material toplayır və onun üzərində işləyir. Slavik isə Beynəlxalq Münasibətlər İnstitutunda oxuyur. Günlərin birində isə onlar şübhəli şəxs kimi saxlanırlar, Bakıdakı mənzillərində olan hər şeyi müsadirə olunur. Axtarış zamanı Nərgiz Xəlilovanın mənzilindən Boris Pasternakın "Doktor Jivaqo", Anna Axmatovanın "Rekviyem", Aleksandr Soljenitsının "İlk dairədə", Vladimir Nabokovun xaricdə nəşr olunmuş üç kitabını tapırlar. Nərgiz Xəlilova valyuta cinayətində ittiham olunur və səkkiz il həbs cəzasına məhkum edilir. O, ilk yarım ili Rusiyanın Lefortovo həbsxanasında, beş ili isə Bakıdakı ümumi rejimli qadın kolonunda cəza çəkir. Nərgiz dəstə üzvlərinin sadəcə adını bilir. Amma SSRİ hakimiyyəti onu onlarla əlaqədə günahlandırır.

KQB-inin müstəntiqi evli və iki qızı olan İsaak Qerşveld Nərgizi həbsxanaya düşməzdən əvvəl tanıyırmış və ona gizlicə aşiq imiş. Nərgiz azadlığa çıxan gün o, Nərgizə ürəyini açıb və ona aşiq olduğunu qeyd edir. Nərgiz Qerşveldin təklifinə razılıq verib ona ərə gedir. Onunla 16 il bir yerdə yaşayır. Onlar nikaha girəndən sonra Qerşveld bir daha sistemdə işləmək hüququndan məhrum edilməklə tutduğu vəzifədən azad olunur.

1990-cı illərin sonlarında Nərgiz özünü pis hiss etməyə başlayır. Halsızlıq, tez yorulma onu əldən salır. Həkimlər səhvən ona ağciyərlər soyuqlaması diaqnozunu qoyurlar. Nərgizi güclü antibiotiklərlə müalicə etməyə başlasalar da, vəziyyəti getdikcə daha da pisləşməyə başlayır. 1998-ci ildə qardaşı Rüfət Nərgizi Moskvaya aparır. Orada onu yoxlanmaq üçün Gertsen adına Onkologiya İnstitutuna yerləşdirirlər. İnstitutuda Nərgizə leykoz diaqnozunu qoyulur.

Gözəl qadınların da bu həyata ödəməli bir borcu olur. Hansı qadınlar ki, zamanında gözəlliyinin səfasını görüb, mütləq fələk bu səfanın cəfasını ya əvvəl, ya sonra onlara yaşadır. Nərgiz də qayğıyla, dəbdəbə ilə əhatələnmiş həyatında çox ağır, həyəcanlı günlər də yaşadı. Bir qadın kimi bütün gözəlliklərə toxunsa da, bu həzzi sona qədər davam edə bilmədi. Ömrünü gözlənilmədən amansız xərçəngin caynaqlarında təslim etdi... (oxu.az)

 
 
 
Ardını oxu...
Xadimə: “Rüşvət verə bilmədiyimə görə Naxçıvanın Səhiyyə naziri məni işlə təmin etmir”
Bir müddət əvvəl Naxçıvandakı mənbələrimizə istinad edərək, bildirmişdik ki, bu diyarın səhiyyə sistemində hətta xadiməlik belə hərraca çıxarılıb. Özü də babat qiymətə - 3000-5000 manata.
Babək rayonunun Sıxmahmud kənd sakini Mehdiyeva Bahar Abdulla qızının redaksiyamıza göndərdiyi səs mesajı da bu iddianı təsdiqləyir. Onun iddiasına görə, 4 ildir xadimə işləmək üçün növbədədir. Babək rayonunda xəstəxanalardan birində xadiməlik yeri də boşalıb. O, ailə vəziyyətini əsas götürüb bir çox ünvanlara müraciət edib, bu iş yerində çalışmaq istədiyini bildirib. Təsəvvür edin, hətta Naxçıvan MR Ali Məclisinin faktiki sədri Anar İbrahimov belə, onun bu istəyinə müsbət cavab verib. Amma yenə işi düzəlməyib. Niyə? Çünki onun bu işə düzəlmək üçün rüşvət verməyə pulu yoxdur.
Maraqlıdır ki, Bahar xanım bu şikayətlə Naxçıvan MR Səhiyyə nazirinin də qəbulunda olub. Nazir isə onun şəkilini çəkərək nazirliyin sosial şəbəkələrində paylaşıb. Adını da qoyub: “vətəndaşların şikayətinə baxıram”. Şikayətə baxmağının nəticəsi isə xadiməni əliboş yola salmaq olub.
Heydər Oğuz
TEREF: Xocanın Blogu

 
 
 

Dünyapress TV

Xəbər lenti