Ardını oxu...
Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verir.

İlkin məlumata görə, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Hadisə yerinə cəlb olunan nazirliyin yanğından mühafizə qüvvələri evdə dörd nəfərin meyitini aşkar ediblər.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.
 
Ardını oxu...
Bakının Nəsimi rayonunda yeni park salınması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

Bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.

Məlumata görə, yeni park 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə salınacaq.
BŞİH-in “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq yeni istirahət parkının salınması ilə hazırlıqları başa çatdırıb.

İcra Hakimiyyəti parkın layihə-smeta sənədlərinin hazırlanması işlərini “Az.Arxitektura” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkət Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərini 2.387.833,84 manata hazırlayacaq
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

TEREF xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, İlqar Məsail oğlu Quliyev Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilib. O, Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilib.
İlqar Quliyev sədr vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu. İlqar Quliyev ölkə göndəmində müzakirə edilən cinayət işləri, o cümlədən sonuncu dəfə “Şlyapa Zahid”in işini araşdırıb. O, külli miqdarda rüşvətdə ittiham olunan “Şlyapa Zahid”i azadlığa buraxmış, həmin hökm bir neçə ay sonra ləğv edilmiş, Zahid Niftəliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.

Bundan başqa, Toğrul Məmmədov da Goranboy Rayon Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilib.
Ardını oxu...
Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin
3-dən 4-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-27° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq.
Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.




Hidrometeoroloji Proqnozlar Bürosu

 

Ardını oxu...

Şəhərin Nizami, Rza Quliyev, Nabat Aşırbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrində başlayan söküntü işləri davam edir.

"DogruXeber.az" İTV-yə istinadən xəbər verir ki, “Sovetski” adlandırılan ərazinin bir neçə küçəsində istismar müddətini başa vurmuş tikililərin sökülməsi planlaşdırılır.

Sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb. Yerində isə parkın salınması gözlənilir. Amma vətəndaşlar onlara təklif edilən kompensasiya məbləği ilə razılaşmır.

Sakinlərdən birinin sözlərinə görə, bura onun ata-baba mülküdür: “İstər-istəməz bizə kvadratı 2700 manatdan sərf etmir. Biz burada 3 bacı, bir qardaş yaşayırıq. Sökülsə, 2-3 ev almağa imkanım yoxdur”.

68 ildir burada yaşayan digər bir vətəndaş isə verilən pulla normal ev ala bilməyəcəyini deyib: “Bunların verdiyi məbləğ çox aşağıdır. 2700-2800 çox az puldur. Buradan köçüb normal ev almaq üçün minumum 5000 manatdan hesablanmalıdır”.
Söküntü işləri ilə bağlı yaradılan komissiyadan isə bildirilib ki, yaşayış sahəsi üçün hər kvadrat metrə görə 2700, qeyri-yaşayış sahələri üçün isə 3000 manat nəzərdə tutulub. Hazırda 206 ailə ilə razılaşma əldə olunub. Həmçinin qeyd edilib ki, aparılan söküntü işləri məcburi deyil.

Ardını oxu...
 

Mingəçevirdə KIA markalı avtomobillə vurulan piyadalar - 2008-ci il təvəllüdlü Ədalət Nəzərli və Murad Məmmədov məktəbli imiş.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, 11-ci sinif şagirdləri ali məktəbə sənəd veriblər və hadisə zamanı hazırlıqdan gəlirmişlər.

Abituriyentlər yolu keçərkən "KIA" markalı avtomobil idarəetməni itirərək onları vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

 
 
 
Ardını oxu...
Alış-veriş zamanı bəzən rast gəldiyimiz ən yayğın narahatlıqlardan biri məhsulun kassada göstərilən qiyməti ilə etiketdəki qiyməti arasında fərqin olmasıdır. Müştəri kassaya yaxınlaşdıqda qarşılaşdığı fərqli yüksək məbləğ narazılıq yaradır.

Bəs belə hallarda hüquqi məsuliyyət kimdədir və alıcı nə edə bilər?

İqtisadçı ekspert Xalid Kərimli mövzunu həm hüquqi, həm də praktiki baxımdan izah edib:

İqtisadçının sözlərinə görə, alıcı etiketdə hansı qiyməti görürsə, kassada da həmin qiyməti ödəməlidir:

“İki qiymət arasında fərq olmamalıdır. Çünki etiketdə yazılan qiymət alıcını alqı-satqıya dəvət edən təklif sayılır. Bu isə müqavilə hüququ çərçivəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsində tənzimlənir. Mağaza etiketdə göstərilən qiymətə məhsulu müştəriyə satmağa məcburdur. Əgər qiymət dəyişibsə, lakin texniki səbəbdən etiket yenilənməyibsə, ya məhsul geri qaytarılmalıdır, ya da reputasiyasını qorumaq istəyən mağaza məhsulu köhnə qiymətlə satmalıdır”.

Xalid Kərimli əlavə edib ki, bir çox mağazada qiymətlər mərkəzləşdirilmiş sistemlə yenilənir. Bu dəyişikliklər etiketlərə vaxtında əks etdirilmirsə, bu artıq mağazanın məsuliyyətidir:

“Mağazalar qiymət yenilənməsi prosesinə ciddi nəzarət etməlidir. Əgər müştəri kassada etiketdən fərqli qiymətlə qarşılaşır və bu fərqlə razılaşmırsa, məhsulu almaqdan imtina edə və geri qaytara bilər. Nəzərə almaq lazımdır ki, hər müştərinin alış-veriş üçün planlaşdırdığı büdcəsi var və qiymət fərqi bu planı poza bilər”.

İstehlakçı hüquqları ilə bağlı məsələyə də toxunan ekspert bildirib ki, belə hallarda vətəndaş ilk növbədə problemi mağaza rəhbərliyindən həll etməyi tələb etməlidir:

“Əgər qiymət fərqi ortadan qaldırılmırsa, müştəri aldığı məhsulu geri qaytara bilər. Problem mağaza daxilində həll olunmadıqda isə vətəndaş Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi şəkildə müraciət edə bilər. Əgər burdan da narazı qalarsa, məhkəməyə müraciət etmək hüququ var. Amma adətən inzibati orqanlar bu məsələlərə daha operativ reaksiya verirlər”.
Günay
 
Ardını oxu...
Azərbaycanda 10 ildən çox biznes həyatı olur və müxtəlif bizneslər (Sayt.az, "Portmanat", azscore.com, fly.az) qurur.

2018-ci ildə ABŞ-a köçmək qərarı verir və 7 ildir ki, karyerası bu ölkədə davam edir. Orda bizneslərə yatırımlar edir. Azərbaycandakı bizneslərindən də davam edənləri var. Eyni zamanda ABŞ-nin ən böyük bankı olan “JP Morgan”da baş İT mütəxəssisi olaraq çalışır.

Söhbət həmyerlimiz Rəşad Mirzəyevdən gedir.

Daha ətraflı videomüsahibədə

 
Ardını oxu...
Sabiq millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “AStar”ın efirində qonaq olarkən danışıb.
Aparıcı Ulvira Qarayevanın bir müddət əvvəl sabiq deputat və ailə üzvlərinin “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti ilə aralarındakı məhkəmə prosesinə diqqət çəkib və həmin vaxt ödənilməyən kredit borcu ilə bağlı sual ünvanlayıb.
F. Ağamalı isə bildirib ki, ödənilməyən məbləğ 130 min manat olub:
“Onu qaytara bilmədik. Layihəmiz batdı. “Agricola”nın təsərrüfatını genişləndirmək istəyirdik. Samuxda bitkiçilik və ətçiliklə məşğul olmaq istəyirdik. Alınmadı, sonra pulu da qaytara bilmədik”.
Daha ətraflı:

 
Ardını oxu...
"2024-cü ilin iyul ayından etibarən balansımdakı məbləği götürə bilmirəm". Bu barədə"DİA-AZ"a edilən vətəndaş müraciəində deyilir.

Narazı vətəndaş daha sonra bildirir: "Cavab olaraq deyirlər ki, bizim şərtlərimizə uyğun deyil. 2024-cü ilin oktyabr ayından etibarən balansdakı məbləğlə sifariş etmək istəyəndə 2-4 dəfə sifarişim ləğv olundu . Noyabr- Dekabr aylarında dedilər ki, biz fəaliyyəti dayandırmışıq. Sual verdim ki bəs onda niyə məbləğimi geri qaytarmırsınız? Dedilər ki, qaytaracağıq... 30.05.2025 tarixindən etibarən nömrələri söndürüb cavab vermirlər. Qeyd edim ki, balansım 1050 tl (83 manat)dır.
Bildirdim ki, pulu mənimsənilən tək mən deyiləm. Yüzlərlə müştəri şikayətçi ola bilər və görünür, pulları götürüb aradan çıxıblar".

Dünyapress TV

Xəbər lenti