Ardını oxu...
Ötən il Azərbaycanda su kəməri şəbəkəsinə verilən suyun ümumi miqdarı 624 milyon 249,1 min kub metr olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu suyun 98%-i və ya 611 milyon 557,1 min kub metri təmizləyici qurğulardan keçirilib.
Qeyd edək ki, şəbəkəyə vurulan suyun 58%-i və ya 362 milyon 324,7 min kub metri istehlakçılara verilib. Bunun da 70,6%-i və ya 256 milyon 3,4 min kub metri əhaliyə verilib.
Su kəməri şəbəkəsinə verilən suyun 42%-i və ya 261 milyon 924,4 min kub metri öz ehtiyaclarına sərf olunub, həmçinin uçota alınmayan və itirilən suyun da miqdarı buraya daxildir.
Onu da bildirək ki, əhaliyə verilən suyun yarısı – 50%-i və ya 127 milyon 808,1 min kub metri Bakı şəhərinin payına düşüb.

Ardını oxu...
 

Moskva vilayətində azərbaycanlıların çalışdığı bazara silahlı hücum olub.

Musavat.com APA-ya istinadla xəbər verir ki, insident iyunun 1-də Moskva vilayətinin Şolkovo rayonunun Fryanovo qəsəbəsində baş verib.

Həmyerlilərimizin çalışdığı bazara iki nəfər əlində “Vinçester” markalı odlu silahla daxil olaraq bazarda çalışan azərbaycanlılar daxil olmaqla qeyri-rus millətindən olanları hədələyiblər.

Bazara silahlı hücumun və azərbaycanlılar daxil olmaqla bazarda çalışan miqrantların silahla hədələnməsinin görüntüləri ətrafdakı obyektlərin müşahidə kamerasından lentı alınıb.

Bazarda çalışan Fryanovanın yerli sakini Svetlana Məmmədova həmin şəxslərə müqavimət göstərib.

“Bazara iki qardaş, Sergey və Aleksandr Qavrilovlar silahla hücum elədilər. Onlar avtomobildən düşüb silahı bazarda çalışan miqrantların üzərinə tuşladılar. Mən onları sakitləşdirməyə çalışdım. Lakin onlar məni silahın küt hissəsi ilə vurdular. Onlar bizim qəsəbədə qeyri-rus millətindən olan şəxslərin yaşamasını, bazarda çalışmasını istəmirlər”, - Svetlana Məmmədova bildirib.

Rusiyada yaşayan vəkil Ələkbər Qarayev Fryanovada yaşayan azərbaycanlıların ona bu videogörüntüləri göndərdiklərini söyləyib:

"Həmin videolardan görünür ki, həqiqətən də şəxs əlində "Vinçester" silahı ilə girir bazara, hətta silahı onların üstünə yönəldir. Bu silahla atəş açmaq istəyir. Bu, həqiqətən də çox qorxulu haldır. Doğrusu mən bura gələndə elə fikirləşdim ki, 90-cı illərin əvvəlindəyəm. Əlbəttə ki, lazımdır ki, müvafiq orqanlar bununla məşğul olsunlar. Çünki, konstitusiya qarşısında bütün millətlər eyni hüquqdadırlar, heç kimin hüququ pozulmamalıdır".

Svetlana Məmmədova polisə baş vermiş insidentlə bağlı ərizə yazdığını bildirib:

“Lakin polis hələ ki heç bir tədbir görməyib. Kamera insidenti çəkib, videoda hər şey var. Polis heç nə demir, ancaq şikayət ərizəsini qəbul edib. Bu, insident birinci hal deyil. Həmin qardaşlar tez-tez bazara hücum edir”.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin Fryanovo polis bölməsindən məlum insidentlə bağlı araşdırma aparıldığı bildirilib.

 

 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi mayın 28-də Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində bıçaqlanıb. Araz Musayev şəxsi feysbuk hesabında hadisə ilə bağlı yeni video paylaşıb.
A.Musayevin iddiasına görə, görüntülərdə ona qarşı sui-qəsd cəhdi törədən şəxslərin cinayətdən dərhal sonra hadisə yerindən qaçmaları əks olunub.
Qeyd edək ki, sui-qəsddə şübhəli bilinən şəxslər artıq saxlanılıb.
Xatırladaq ki, Araz Musyev ona qarşı sui-qəsdin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən sifariş verildiyini deyib. A.Əliyev isə bu ittihamları təkzib edərək barəsində deyilənləri “böhtan” adlandırıb.
Sözügedən görüntüləri təqdim edirik:

 
 
 
Ardını oxu...
Daşkəsən rayonunda qədim bir kənd var. Bayan. Kəndin ərazisində Tunc dövrünə aid daş qutu nekropol, Almabağı qalaçası, Son tunc – İlk Dəmir dövrünə aid nekropol, VII əsrə aid Həvari kilsəsi, VII-IX əsrlərə aid Çiçirəvəng alban məbədi, XV əsrə aid məbəd, körpü, XIX əsrdə salınmış körpü, 1823-cü ildə tikilmiş monastr və 1863-cü ildə inşa edilmiş kilsə var. Bura yeganə kənddir ki, canlı muzey sayıla bilər. Qeyd edim ki, Azərbaycanda tapılan qədim latın dilində İncil məhz Bayan kəndində kilsədə saxlanırdı, ermənilər onu oğurlayana qədər..
Bu barədə yazmışam: https://axar.az/news/layiheler/821300.html
Ermənilər uzun illər bu kənddə olan qədim xristian məbədlərini özünküləşdirmək üçün cəhdlər edirlər. 1948-1953-cü illərdə A.Mikoyanın təşəbbüsü ilə Daşkəsən rayonuna yüzlərlə erməni ailəsi köçürülür.
Ardını oxu...
1969-cu il yayının sonunda Daşkəsən rayonunun Bayan kəndində Böyük Vətən müharibəsi əsgərlərinin xatirəsinə abidə hazırlanır. Qeyd edim ki, abidənin xərci 20 min idi ki, onun da əsas hissəsini yerli Azərbaycanlılar verirlər. Lakin abidə hazır olan kimi, ermənilər onun üzərinə Qartal heykəli qoyurlar..
Ermənilər bunun Daşnaklara aid olmasını inkar etsələr də , yerli sakinlər və yaşlı insanlar bu qartalın terrorçu Andranik Ozanyanın xatirəsinə qoyulan bir simvol olduğunu bildirib Daşkəsən rayonunun birinci katibi Həsən Süleymanova bildirirlər.
28 iyul 1969- cu ildə açılışı elan edilən abidənin üzərində bu qartal simvolunu görən Həsən Süleymanov 26-dan 27-nə keçən gecə şəhərin və kəndin bütün məmurlarını toplayaraq Bayana gəlir və abidəni uçurdur. Və kəndə çıxış edərək ermənilərə bildirir ki, nə qədər ki, O, bu vəzifədə qalacaq, Əli yüzlərlə günahsız Azərbaycanlının qanına batan Andronikin simvolu olacaq qartal heykəlinin bu torpaqlarda olmasına izn verməyəcək..
Rayonda və kəndə olan ermənilər aksiyalara başlayırlar, Moskvaya yazırlar ki, bəs birinci katib bütün erməniləri "öldürəcəyini" çıxışı zamanı deyir.
Ardını oxu...
Başda arxitektor Sergey Teryan olmaqla nümayəndə heyəti Moskvaya şikayətə gedirlər. Qərar verilir. Hadisə dərhal araşdırılsın və Ömər Eldarov Bakıdan gələn heyətdə olur. Onun rəyi Həsən Süleymanov deyəni də təsdiq edir. Heykəl Ermənistanda olan daşnaklara qoyulan abidə ilə oxşardır və qartal da terrorçu Andronik Ozanyanı simvolizə edir.
Lakin ermənilər bununla sakitləşmirlər və şikayət o qədər Moskvaya gedir ki, axırda rəsmi qərar verilir:
Ardını oxu...
“Şəxsi işinə yazılmaqla töhmət verilsin və tutduğu vəzifədən azad edilsin”. Hətta onun həbsi belə tələb edilir..
Birinci katib vəzifədən azad edilir, lakin həbs olunmur. İki il işsiz qalan təcrübəli geoloq olan Həsən Süleymanov Xəzər Dəniz Kəşfiyyat İdarəsinin rəis müavini təyin edilir və sonuna qədər də ermənilər ona bata bilmirlər..
Ömrünün son illərində ona sual veriləndə ki, peşiman olmusan ki, heykəli dağıdıb o vəzifədən getmisən ?
Həsən Süleymanov belə cavab verir: “Mən heç nəyə heyfslənmirəm, bu gün olsaydı yenə eyni hərəkəti edərdim”
Dr. Zaur Əliyev
 
 
 
Ardını oxu...
Musavat.com xəbər verir ki, sabiq deputat Etibar Əliyev maraqlı və sensasional yazı ilə çıxış edib.

Həmin yazını təqdim edirik:

***

ABEL MƏHƏRRƏMOV MƏNİ KÖVRƏLTDİ...

Jurnalist Abel Məhərrəmova sual verir: Aldığınız maaş və təqaüd sizi qane edirmi?

Abel məllim müdrik görkəm alıb, sualı belə cavablandırır: Əlbəttə ki, mən iki dəfə deputat olmuşam, xalqımız da deputatın təqaüdünü bilir, mənə də deputat təqaüdü verirlər. Akademiyada çalışıram, hamı bilir ki, akademik nə qədər alır. Bakı Dövlət Universitetində akademik kafedra müdiri kimi ordan da maaş alıram. Rusiya Elmlər Akademiyasından da müəyyən köməkliklər olur. Beləliklə, sosial durumumdan heç bir narazılığım yoxdur. Yoldaşım da çalışır, uşaqlar da özlərini dolandırırlar. Arzu edirəm ki, Azərbaycan cəmiyyətinin hamısının kaş bizim kimi sosial durumları yaxşı olsun.

Adam olmayan alimliyi ilə hökumətdən azı 15 min pul qopardır. Yadımdan çıxmamış yazım. Adam 5.000- dən çox adama köçürmə və 2- ci təhsil adı ilə “Hüquqşünaslıq” diplomu verib.

Abel müəllimin sosial durumunun yaxşılaşmasına Mona Liza şadlıq sarayını, Nabranda sahibi olduğu və Hökumət evi yekəliyində “İstirahət mərkəsi”ni, (Hökumət evindən yekə bir istirahət mərkəzinin açılışını da yaxın günlərdə edəcək) Qızıl Qazmada mülklər və restoranlarını, 20-dən çox evinin olmasını da əlavə etsək, həqiqətən sosial durumunun pis olmadığı qənaətinə gələ bilərik.Ən maraqlısı nədir: İstirahət Mərkəzi və Şadlıq sarayında kassanın arxasında oturub, pulları özü sayır. Hələ Altıağacdakı villalarını demirəm. Adam əhvalı yaxşı olanda elmdən də danışır.

Bəs görəsən akademik Əhliman Əmiraslanovun sosial durumu necədir? Əhliman məllim Milli Məclisin Səhiyyə Komitəsinin sədridir. "Onkologiya Klinika”sının direktorudur, Tibb Universitetinə 23 il rəhbərlik edib və həmin universitetdə 33 ildir ki, “Onkologiya” kafedrasının müdiridir. Elmlər Akademiyasında “Biologiya və tibb elmləri bölmə"sinin akademik katibi olub. Sumqayıta nəhəng bir Onkologiya klinikasının sahibidir. Uşaqları da general və biznesmen kimi özlərini dolandırırlar. Yəqin ki, Əhliman məllimin də arzuları Abelin arzularına bənzəyər.
Bütün bunların müqabilində onlar insanlara mənəviyyat dərsi keçir, gəncləri həyatda dürüst olmağa çağırırlar.

Zəruri qeyd: Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toyunda Ramiz Enveroviçin “şərəfinə” tost dedi. Əlində çaxır yox, araq rumkası tutmuşdu. Əhliman Əmiraslanov isə Ramiz Mehdiyevin əməllərinin ifşa olunduğu vaxtda səsini də çıxarmadı.
 
Ardını oxu...
Bu gün Naxçıvanda 17 nəfərin dönərdən zəhərlənməsi ilə nəticələnən hadisə ölkədə qida təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirib. Hadisə Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” adlı iaşə obyektində baş verib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyini (AQTA) kəskin tənqid edib:

“Çox təəssüf ki, AQTA üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir. Qurumun operativ yoxlama qabiliyyəti yoxdur. İsti hava şəraitində ət məhsulları sürətlə xarab olur. Belə hallarda dönərlərin təhlükəli hala gəlməsi qaçılmazdır. Bəzən bir gün əvvəl bişirilən ət ertəsi gün satılır. Bu isə zəhərlənməyə birbaşa səbəb olur. Soyuducuda saxlanılması belə bu riski aradan qaldırmır. Təəssüflər olsun ki, bu məsələlərə ciddi nəzarət yoxdur. Ən acınacaqlısı isə budur ki, AQTA planlı yoxlamalar aparır və öncədən xəbər verir! Bu, nəzarətin formallığından başqa bir şey deyil!”

Eyyub Hüseynovun sərt çıxışına cavab isə Milli Məclisin deputatı Fazil Mustafadan gəlib.

Deputat məsuliyyəti yalnız bir qurumun üzərinə yükləməyi ədalətsiz sayıb:

Ölkədə on minlərlə iaşə obyekti fəaliyyət göstərir. Hər birinin mətbəxində AQTA əməkdaşlarının daim nəzarət etməsi mümkün deyil. Qurum üzərinə düşən funksiyaları icra edir, bu cür halların qarşısını almaq üçün səy göstərir. Əsas məsuliyyət sahibkarın üzərinə düşür. İnsanlar çalışmalıdır ki, başqalarının həyatını təhlükəyə atmasınlar. Maarifləndirmə əsas prioritet olmalıdır. Hələ araşdırma aparılmadan bir qurumu günahlandırmaq ədalətli deyil”.


İctimaiyyət arasında “kim haqlıdır?” sualı aktuallaşdığı bir vaxtda, hadisə ilə bağlı rəsmi araşdırma davam edir. Qida təhlükəsizliyi sahəsindəki boşluqlar və nəzarətsizliklə bağlı müzakirələr isə genişlənməkdədir.
           
Ardını oxu...
Avtomobildə qalan əşyalar partlayışa və ya yanğına səbəb ola bilər.

Sürücülərdən bu 5 şeyi avtomobillərindən çıxarmağa çağırılır - isti havada onlar partlaya və ya zəhərlənə bilər.

Havalar isinəndə və temperatur +30°C-yə çatdıqda və yuxarıya qalxdıqda, ekspertlər sürücülərə xatırladırlar: avtomobilin salonundakı bəzi tanış obyektlər real təhlükəyə çevrilə bilər.

Çoxumuz maşınlarımızda kiçik əşyalar qoyub gedirik: dezodorant, telefon, dərman və ya qazlı içki qutusu. Bununla belə, qapalı avtomobildə temperatur sürətlə +60°C-ə yüksələ bilər ki, bu da bu əşyaları potensial təhlükəli edir.

İsti havalarda avtomobildə qətiyyən saxlanmamalı olan beş əşya

Aerozol qutuları

Dezodorantlar, saç lakları və ya şüşə təmizləyicilər yüksək temperaturda "vaxtlı bomba" olur. Balonun içərisində artan təzyiq partlayışa, daxili hissənin zədələnməsinə və ya yanğına səbəb ola bilər.

Qazlı içkilər

Kola və ya enerji içkiləri qutuları sözün əsl mənasında “atəş aça” bilər. Qızdıqda, qaz genişlənir və qutu partlaya bilər - yapışqan maye və plastik qırıqlar şəklində bütün nəticələrlə.

Smartfonlar və digər elektronika

Smartfonlar temperatura çox həssasdır. Batareyalar və prosessorlar həddindən artıq qızır ki, bu da təkcə avadanlığı sıradan çıxarmır, həm də qısaqapanmaya və ya yanğına səbəb ola bilər.

Elektron siqaretlər

Litium batareyaları isti havalarda xüsusilə təhlükəlidir. Onlar sıza, partlaya və ya yanğına səbəb ola bilər. Bu cihazları evdə buraxmaq və ya özünüzlə götürmək daha yaxşıdır.

Dərmanlar

Bir çox dərmanı, xüsusən də antibiotikləri soyuq yerdə saxlamaq lazımdır. +25°C-dən yuxarı temperaturda onların kimyəvi formulu dəyişə bilər. Bu, dərmanları təsirsiz hala gətirəcək və bəzən sağlamlıq üçün təhlükəli olacaqdır.

Niyə bu kritik əhəmiyyət kəsb edir?

Zədələnmiş avtomobil, sınmış avadanlıq, salonda partlayış və ya sağlamlıq itkisi - bütün bunlar bayağı diqqətsizliyin nəticələridir. Bir çox sürücü həddindən artıq qızmış kabinənin nə qədər təhlükəli ola biləcəyini dərk etmir.

Ekspertlər nə məsləhət görürlər?

*Düşməzdən əvvəl həmişə avtomobilinizi yoxlayın.

*Avtomobildə heç bir sprey qutusu, elektronika, balon və ya dərman buraxmayın.

* Özünüzlə bir şey götürsəniz, onu əlcək bölməsində və ya kölgədə oturacağın altında gizləyin.
///lent.az
 
Ardını oxu...
Gəncədə baş verən qətl hadisənin görüntüləri üzə çıxıb.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, görüntülərdə qətlə yetirilən Eyyub Talıbovun bıçaq xəsarətləri alması müşahidə edilir.

Həmin görüntülərdə Eyyub Talıbov iki nəfərlə mübahisə edir və bir-birlərinə bıçaq çəkirlər. Eyyub videoda göründüyü hissədə artıq bir neçə bıçaq zərbəsi almış olub. Onu vuran şəxs Alim Quliyev olub. Digər şəxsin kimliyi isə bilinmir.

Şəhərin mərkəzində, Atatürk prospektində lentə alınan görüntülərdən əvvəl Eyyubun dostu 31 yaşlı Osman Nağıyev də bıçaqlanmış olub. Bundan sonra 29 yaşlı Alim Quliyev Eyyub Talıbovu bıçaqlayıb.

Məlumata görə, hadisədən əvvəl tərəflər arasında mübahisə düşüb. Onların dost olduğu bildirilir. Hadisədən bir neçə dəqiqə əvvəl onlar arasında söyüşə görə mübahisə yaranıb.

Qətli törətməkdə şübhəli bilinən Alim Quliyev həbs edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayının 29-da baş verib.

Həmin görüntüləri təqdim edirik:
Ardını oxu...
Rusiya hava yollarına məxsus "Boeing 747" nasazlıq səbəbindən təcili eniş etməyə hazırlaşır.
Ajans.az xəbər verir ki, məlumatı rus saytları yayıb.

Təyyarənin Şeremetyevo hava limanına eniş edəcəyi gözlənilir.

Telegram kanalının məlumatına görə, Anadıra uçan təyyarə hazırda yanacaq yandırmaq üçün Moskva üzərində dövrə vurur . Paytaxtdan havaya qalxdıqdan bir müddət sonra təyyarədə problemlər yaşanmağa başlayıb. Kapitan Şeremetyevoya qayıtmaq qərarına gəlib.

Məlumata görə,təyyarənin göyərtəsində 282 sərnişin var.
 
Ardını oxu...
Mingəçevirdə şagirdlərin həyatı təhlükə altındadır: İlan təhlükəsi ilə bağlı ciddi tədbirlər görülməlidir

Son günlərdə sosial şəbəkələrdə yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq doğurub. Belə ki, Mingəçevir şəhərində yerləşən bəzi yaşayış binalarının bloklarında sürünənlərin, daha dəqiq desək, ilanların görünməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar ictimaiyyətin böyük diqqətini çəkib və geniş müzakirələrə səbəb olub.
Ardını oxu...
Sosial şəbəkə istifadəçilərinin yazdıqlarına əsasən, bu təhlükə artıq təhsil müəssisələrinə də sirayət edib. Belə ki, Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin direktoru Mənsur Həsənov sosial media platformasında verdiyi açıqlamada məktəbdə 3 ilan öldürüldüyünü qeyd edib. Bu fakt isə artıq vəziyyətin sadəcə fərdi evləri və ya yaşayış binalarını deyil, birbaşa müəssisələri və xüsusilə azyaşlı uşaqların təhsil aldığı məktəbləri də təhdid etdiyini göstərir.

Apardığımız araşdırmalardan məlum olub ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin Mingəçevir şöbəsi hələ də adekvat tədbirlər görməyib. Halbuki, bu cür hallar ictimai sağlamlıq və təhlükəsizlik baxımından ciddi risk daşıyır və qabaqlayıcı tədbirlərin dərhal həyata keçirilməsini tələb edir.

Hüquqi baxımdan məsuliyyət

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 9-cu maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları insan sağlamlığı üçün təhlükə yaradan halların qarşısını almaq və ləğv etmək üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.

Təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təmin edilməsi isə həmçinin “Təhsil haqqında” Qanunun 14-cü maddəsində əks olunub və burada qeyd edilir ki, təhsilalanların təhlükəsiz şəraitdə təhsil alması dövlətin vəzifəsidir.

Əgər aidiyyəti qurumlar məsuliyyətsiz davranaraq bu məsələni görməməzlikdən gəlirlərsə, bu, vəzifə səhlənkarlığı kimi qiymətləndirilə bilər və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət doğurur.

Nəticə və çağırış

Mingəçevirdə müşahidə olunan ilan təhlükəsi artıq fərdi narahatlıq çərçivəsini aşaraq, ictimai təhlükəsizlik probleminə çevrilib. Xüsusilə məktəblərdə belə hadisələrin baş verməsi, azyaşlı uşaqların həyatının təhlükə altına düşməsi yolverilməzdir. Suallara cavab gözləyirik:

Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzi nə vaxt tədbir görəcək?

Yoxsa qurumlar hansısa şagirdin zərər görməsini gözləyir?

Valideynlərin, müəllimlərin və bütövlükdə cəmiyyətin narahatlığını ciddi qəbul edərək, dərhal dezinfeksiya və təhlükəsizlik tədbirləri həyata keçirilməli, bu kimi halların təkrarlanmasının qarşısı alınmalıdır.
 

Dünyapress TV

Xəbər lenti