Ardını oxu...
AFAD, Adana'nın Antalya'nın Alanya ilçesi açıklarında 4 büyüklüğünde deprem meydana geldiğini duyurdu.
Play Video
Afet ve Acil Durum Yönetimi Başkanlığı (AFAD) verilerine göre, Antalya Alanya ilçesi açıklarında 4.0 büyüklüğünde deprem meydana geldi.

AFAD, depremin saat 20.31'de yaşandığını bildirdi.

Merkez üssü Alanya ilçesi açıkları olarak tespit edilen deprem, yerin 12.75 kilometre derinliğinde meydana geldi.
Ardını oxu...
 
Ardını oxu...
Ötən ayın 9-da, Hitler nasizmi üzərində qələbə gününün 80-ci ildönümündə təşkil etdiyi anım tədbirində SSRİ bayraqları qaldıran və sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən Saleh Səmədovun bir şəkildə təzyiqə məruz qalacağı gözlənilirdi.

Çoxları düşünürdü ki, bu, ictimai qınaqdan və üzvü olduğu partiyanın rəhbərliyi tərəfindən məzəmmət olunmaqdan o yana keçməyəcək.

Çünki SSRİ dövrünə rəğbət bildirmək, “gül kimi hökumət idi, dağıtdılar, getdi” deyə o dönəmlər üçün xiffət ifadə etmək, hətta müasir dövrdə Rusiya rəhbərliyindən orden-medal almaq bu ölkədə qəbahət sayılan işlər sırasında deyil və qanunla təqib olunmur.

Düzdür, Səmədov SSRİ dövrünə, eyni zamanda çar dönəminə rəğbətini birləşdirərək, “rusun adı olan yerdə axar sular dayanar” ədası göstərmiş, necə deyərlər, barıtı çox eləmişdi, amma bu da onun həbsi üçün qanuni əsas ola bilməzdi. Ortada böyük qələbə və onun qazanılmasında payı olan yarım milyondan çox azərbaycanlının xatirəsinin anılması faktı var. Ola bilsin, Səmədovun babaları və digər əzizləri həmin müharibədə iştirak edib.

Heç hazırda Saleh Səmədova qarşı irəli sürülən və barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilməsinə səbəb olan ittihamlar arasında “sovet bayrağı”na, “Georgi lenti”nə aid heç nə yoxdur. Adamı vergidən yayınmada ittiham edirlər.

Keçən ayın bu günləri isə o, İmişli rayonunun “baş ağsaqqalı” (rayon ağsaqqallar şurasının sədri) olaraq, başına gələcəklərdən xəbərsiz halda 9 maya hazırlaşırdı.

O zaman bu ölkədə S.Səmədovu çox adam tanımırdı. O, əsasən İmişlidə tanınırdı. Bu rayonda isə onun imkanlı iş adamı, bəlkə də xeyriyyəçi kimi tanıyırdılar.

Bir düşünülməmiş hərəkət və çıxış onun ad-soyadını ölkəylə bir etdi.

Həmin tədbirdən çəkilmiş fotoşəkillər ölkə mediasını başına götürəndən, mərasimin digər detalları ictimailəşəndən bir gün sonra Səmədovun varidatı da açıqlandı. Məlum oldu ki, onun İmişlidə "Kral saray" adlı şadlıq sarayı, çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, 20 hektar ərazini əhatə edən istixanası, bahalı "Rolls-Roys" markalı lüks avtomobili var.

Ayrıca, S.Səmədovun Bakıda da çoxsaylı villaları, marketləri, restoranları və tikinti şirkətinin olduğu barədə informasiyalar yayıldı.
Yəni bir günün içində ortaya çıxdı ki, “SSRİ aşiqi” olan bu adam sovet dönəmində ikrahla anılan milyonçu kapitalistdir.

Bax, o zaman təcrübəli həmkarlarımız belə bir qeyd etdilər ki, Səmədov “qırmızı bayrağı” və “zolaqlı lenti” ilə özünü hədəfə çıxardı, indi onu ortalığa çəkəcək, bu sərvətin qanuni yolla əldə edilib-edilmədiyini yoxlayacaqlar.

Bu, köhnə əyyamlardan qalan qaydadır. Adı bədnam olmuş arxalı, güclü adamlar bir saatın içində immunitetlərini itirib yıxılırlar, hücum etmək, qisas almaq növbəsi əlibaltalılara çatır.

Ataların məşhur sözünü də unutmaq olmaz: “Çox söz yalansız, çox pul haramsız olmaz”. Hətta müasir dövrdə “çox pul talansız olmaz” demək daha dəqiq səslənir.

İndi S.Səmədova qarşı ittiham irəli sürənlər əmindirlər ki, onun malik olduğu var-dövlətin çox hissəsinin qanunsuz əməllər nəticəsində əldə olunduğunu sübut edə biləcəklər. Burada “vergidən yayınma halları” da olacaq, “qanunsuz tenderlər udmaq” da, “işçilərlə əmək müqaviləsi bağlamamaq” da, “sui-istifadə halları” da və sair və ilaxır da.

“Ağsaqqal”ın barəsində sonradan yayılan məlumatlardan biri də budur ki, o, özünü hələ 4 ay öncə hədəfə çıxarıbmış, avtomobili yol-patrul xidməti tərəfindən saxlanıldığına görə rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin ünvanına “ağsaqqala yaraşmayan ifadələr” səsləndiribmiş. O zaman ona əvvəlcə 30 sutka həbs cəzası kəsiblər, sonra 15 sutkaya endiriblər.

Başqa sözlə, puluna, varidatına, əlaqələrinə güvənən bu adam artıq hökumətlə hökumətlik edirmiş və bu, onun birinci səhvi olub. İkinci səhvin nə olduğunu isə bütün ölkə bilir.

Burada da qoca Şərqin dəyişməz adət-ənənələrindən birinin əlamətləri var: malı-pulu artan adamların harınlaması, gözünün ayağının altına görməməsi, özünü qanunlardan, hər şeydən üstün sayması və s.

Bunun axırı isə heç vaxt yaxşı qurtarmır.

Söz yox, Səmədovu 4 aydan sonra olmasa da, 4 ilə qalmayacaq, buraxacaqlar. Amma necə? O, azadlığa çıxandan sonra yenə də gur-guruldayan varlı iş adamı olacaqmı? Bunu gələcək göstərəcək.

Xalid KAZIMLI musavat.com
Ardını oxu...
İyulun 1-də COVID-19 ilə bağlı məhdudiyyətlərin bitməsi quru sərhədlərinin açılması ilə bağlı suallar yaradıb. Vətəndaşlar sərhədlərin nə zaman açılacağı ilə maraqlanır, lakin hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.

Siz necə düşünürsünüz, quru sərhədlərin açılma ehtimalı varmı?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən AĞ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu, ən aktual bir mövzudur. Bilirsiniz ki, 5 ildən artıq bir zamandır ki, Azərbaycanda quru sərhədlər bağlanıb. Zaman-zaman sərhədlərin açılması məsələsi gündəmə gəlir. Təəssüflər olsun ki, bu hələ də reallaşmayıb.

Siyasi şərhçinin sözlərinə görə, Hər bir Azərbaycan insanının arzusunda olduğu bir problemdir və öz həllini tapmayıb. Müəyyən zamanlarda Azərbaycan hökumətini başa düşmək olar. Biz quru sərhədlərin bağlanmasından sonra İkinci Qarabağ savaşı kimi bir savaş apardıq. Nəticədə 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan torpaqlarımızı parlaq bir qələbə ilə azad edilməsinə nail olduq. Təbii ki, həmin zaman üçün Covid-19 tüğyan edirdi. Quru sərhədlərin bağlanmasına əsas var idi. Amma sonradan təəssüflər olsun ki, bu əsaslar getdikcə aradan qalxmağa başladı.

Hər kəs ümidlə bu qərarın veriləcəyi günü gözləməyə başladı. Hələ ki, bu qərar da indiyə qədər reallaşmayıb.

“Dolayısı ilə biz bununla barışırdıq. Çünki bizim milli problemimiz olan Qarabağ məsələsindən sonra digər milli problemlərimiz də qalırdı ki, onu da həll etməyimiz lazım idi. Xankəndi 1 günlük antiterror əməliyyatını xatırlamaq kifayətdir. Eləcə də İkinci Qarabağ savaşından sonra bir sıra uğurlu əməliyyatlar da həyata keçirdik. Həmin dövrdə təkcə Ermənistan tərəfindən deyil, qonşu ölkələr tərəfindən də bizə müəyyən qədər tətillər yaranırdı. Biz onun qarşısını almaq üçün təbii ki, quru sərhədləri bağlı saxlamaq bunun qarşısını almaqdan biri idi. Buna yönəlik xalqa üstüörtülü mesajlar da verilirdi. Xalq da bunu anlayırdı. Amma indi artıq verilən mesajlar da tükənməkdədir.

Artıq bu suala cavab vermək də çox çətinləşib. Hər bir Azərbaycan vətəndaşının cibinə girən bir problemdir. Bu ölkəmizin turizmin, iqtisadiyyatın inkişafına da müəyyən qədər problemlər yaradan amillərdən biridir artıq. Xüsusən də yay fəslində vətəndaşlar bu problemi dərindən hiss edir. Məzuniyyətə çıxmaq istəyənlər maddi baxımdan imkan əldə etmir. Quru sərhədlər mütləq şəkildə açılmalıdır. Qarşıda 1 ay zaman qalıb. Hesab edirəm ki, Azərbaycandakı qurumlar bu barədə ciddi şəkildə düşünməlidirlər. Əmin olmalıdırlar ki, sərhədlərin açılması Azərbaycana xaricdən gələn heç bir tətillərə səbəb olmayacaq. Çünki o tətillərin fonunda Azərbaycan insanının da problemləri demək olar ki, quru sərhədlərin bağlı olması ilə artır. Xaricdə çalışan soydaşlarımız var ki, onlar quru sərhədlərin bağlanması səbəbindən kifayət qədər ciddi çətinliklərlə üzləşirlər. Böyük ehtimalla quru sərhədlər bir etab da uzadılacaq. Oktyabrın 1-nə qədər uzadılacaq. Bu qərar da yanlış bir qərar olacaq”.
 
Ardını oxu...
Baş Prokurorluğun Avropada yaşayan bəzi azərbaycanlı mühacirləri istintaq aparmaq üçün ölkəyə dəvət etməsi ictimai və siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub. Lakin çağırışlara baxmayaraq, adıçəkilən şəxslər ölkəyə geri dönməyib.Həmin şəxslərin ekstradisiyası mümkündürmü?

TEREF xəbər verir ki, mövzunu KONKRET.az-a Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov şərh edib:

“Avropada yaşayan mühacirlərin Azərbaycana qayıtmamasının səbəbi aydındır. Onlar niyə çağırıldıqlarını dəqiq bilirlər. Anlayırlar ki, Azərbaycanda onlara qarşı cinayət işi açılıb və geri qayıtdıqları halda həbs olunacaqlar. Düşünmürəm ki, onların gəlməsinə kimsə maneə yaradır. Görünür, kimlərsə onlara havadarlıq edir, mövzular diktə olunur. Bu şəxslər isə həmin tezislər əsasında Azərbaycana qarşı çıxışlar edirlər. Hesab etmirəm ki, onların geri dönməsinə kimsə əngəl törədir. İstədikləri vaxt Azərbaycana gələ bilərlər. Lakin başa düşürlər ki, burada onları nə gözləyir. Məhz buna görə də qayıtmırlar”.

V. Əlibəyov vurğulayıb ki, əgər Azərbaycan tərəfi bu şəxslərin günahını beynəlxalq təşkilatlar qarşısında sübuta yetirə və ciddi dəlillər təqdim edə bilsə, bu zaman hüquqi cəhətdən onların ekstradisiya məsələsi gündəmə gələ bilər. Əks halda, onların öz xoşları ilə Azərbaycana qayıdacağını düşünmürəm”.
Ardını oxu...
ABŞ-nin Sietl şəhərində fəaliyyət göstərən “Gravity Payments” ödəmə şirkətinin baş direktoru Den Prays 2015-ci ildə verdiyi radikal qərarla bütün dünyanın diqqətini çəkib. Bu qərar nədən ibarət idi?
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən təqdim edir. 1984-cü ildə Aydahoda anadan olan Den Prays uşaqlıq illərində musiqi ilə maraqlanıb və gənc yaşlarından gitara çalmağa başlayıb. Bununla belə, onun əsl həvəsi texnologiya və sahibkarlıq olub. 19 yaşında olarkən qardaşı Lukas Priç ilə Sietldə “Gravity Payments” şirkətini qurub. Kiçik biznes üçün uyğun ödəniş sistemləri hazırlayan şirkət qısa müddətdə böyüyüb. Den Prays 31 yaşında milyonlarla dollar dəyərində sərvətə malik bir şirkətin baş direktoru olub. Lakin bir gün dostu ilə gəzinti zamanı narahatedici həqiqətlə qarşılaşıb. Gəzərkən dostu ona həyatının xaos içində olduğunu, ev sahibinin aylıq kirayə haqqını qaldırdığını və hesabı ödəməkdə çətinlik çəkdiyini bildirib. Bu sözlər onu həm qəzəbləndirib, həm də əsəbiləşdirib. D.Prays dostunun dolanışığını təmin etmək üçün iki işdə işlədiyini biləndə ABŞ-dəki gəlir bərabərsizliyi haqqında fikirlərini sorğulamağa başlayıb. O, ildə 70.000 dollar qazanan fərdlərin xoşbəxtliyinin əhəmiyyətli dərəcədə artdığını göstərən bir məqalə oxuyub və bu, onun qərarını formalaşdırıb. İldə 1,1 milyon dollar (təxminən 43 milyon lirə) qazanan Priç, işçilərinin çoxunun dolanmaq üçün çətinlik çəkdiyini anlayınca dramatik bir addım atmağa qərar verib. Həmin ilin aprelində o, öz maaşını kökündən azaldacağını və bütün işçilərinin maaşlarını minimum 70 min dollara (təxminən 2 milyon 700 min lirə) çatdıracağını açıqlayıb. Onun qərarının əsasını təkcə fərdi fədakarlıq deyil, həm də sistemin dərin tənqidi təşkil edirdi. Bu qərar həm şirkət daxilində, həm də mediada böyük əks-səda doğurdu. O, nəinki öz maaşını kəsib, iki evini də girov qoyub, səhmlərindən, əmanətlərindən imtina edib. O vaxtdan bəri “Gravity”də gözlənilməz dönüş baş verib. İşçi qüvvəsi iki dəfə artıb və dəyəri hər il 3,8 milyard dollardan 10,2 milyard dollara yüksəlib. D.Prays. "Bu elandan dörd il yarım şirkətimizin 10 faizindən çoxu ABŞ-nin ən bahalı şəhərlərindən birində kirayəçilər üçün öz evlərini ala bilib. Əvvəllər bu rəqəm yüzdə 1-dən az idi. D.Priçin qeyri-adi qərarı müsbət və mənfi reaksiyalara səbəb olub. Bəzi dairələr onu “müasir Robin Qud” kimi tərifləsə də, digərləri onun qərarının şirkəti batıracağını iddia edirdilər. Hətta qardaşı Lukas da bu strategiyaya qarşı çıxıb və şirkəti tərk edib. Ancaq nəticələr tənqidçiləri təəccübləndirib. “Gravity Payments” işçilərinin məşğulluğu və məhsuldarlığı, müştərilərin sayını əhəmiyyətli dərəcədə artıb. Şirkət iki il ərzində mənfəətini iki dəfəyədək artırıb. D.Priç təkcə şirkəti ilə deyil, sosial şəbəkələrdəki paylaşımları ilə də diqqət çəkib. Onun gəlir bərabərsizliyi, işçilərin hüquqları, gender ədalətsizliyi və iş dünyasındakı zəhərli liderlik yanaşmaları ilə bağlı tənqidləri milyonlarla insana çatdı. Sosial mediada yüz minlərlə izləyicisi olan Prays qısa zamanda “iş dünyasının vicdanı” kimi tanınmağa başlayıb. Lakin haqqında bəzi xoşagəlməz iddialar da səslənib. D.Prays bu iddialara qarşı özünü belə müdafiə edib: "Bu saxta ittihamların yalan olduğunu məhkəmədə sübut edəcəyəm. O vaxtdan bəri dəfələrlə dediyim kimi, mən heç vaxt özümü fiziki və ya cinsi cəhətdən heç kimə qarşı təcavüz etməmişəm”. Onun hekayəsi qəhrəmanlıq və ziddiyyət arasında dəyişən bir portret çəkir və bu, həm də bizi iş dünyasında daha ədalətli bir nizamın mümkün olub-olmadığını sualı altına qoyur.
 
Ardını oxu...
Ukraynanın Jitomir vilayətində bir nəfər bir qrup şəxsin üzərinə qumbara ataraq hadisə yerindən qaçıb.

"Referans" xəbər verir ki, bu barədə Jitomir vilayəti Baş Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, partlayış nəticəsində 22-42 yaşlarında olan 6 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır, təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, 2022-ci ilin fevralından Ukrayna polisi qanunsuz silahların dövriyyəsi bağlı minlərlə cinayət işi açıb. Bu ilin fevralında Daxili İşlər Nazirliyi əhalinin əlində iki milyondan beş milyonadək qeydiyyatsız silah ola biləcəyini etiraf edib.
 

 

Ardını oxu...
 

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən tam söndürülüb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yanğın nəticəsində 12 hektar sahədə quru ot və kol-kos yanıb.

Ərazidəki ağaclar və ictimai iaşə obyektləri yanğından mühafizə olunub.

 
 
 
Ardını oxu...
  

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə AYNA tərəfindən yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırılaraq sərnişinlərin istifadəsinə verilir.

2025-ci ilin əvvəlindən bu günə kimi agentlik tərəfindən daha 15 dayanacaq pavilyonunun quraşdırılması üçün müraciət təsdiq edilib.

Bu barədə Musavat.com-a AYNA-dan məlumat verilib.

Məlumata əsasən, dayanacaqların Babək prospekti (328 №li məktəb), Əjdər Məlikov küçəsi (iki ünvanda), 8 Noyabr prospekti (Nizami parkı), Elşən Süleymanov küçəsi 155-də, Abbas Mirzə Şərifzadə küçəsi ("Azərbaycan Nəşriyyatı"), Bəşir Bünyadov küçəsi (iki ünvanda), Süleyman Vəzirov küçəsi (Bakı Avropa Liseyi), Azadlıq prospekti ("28 Mall"), Səttar Bəhlulzadə, Afiyəddin Cəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələrində, Lökbatan-Puta və Qala-Şüvəlan yollarında quraşdırılması nəzərdə tutulub.

Bu müddət ərzində Bakı və Sumqayıt şəhərləri üzrə marşrut xətləri ilə bağlı təhlillər aparılıb və 329 avtobus dayanacağının quraşdırılması planlaşdırılıb.

Bakının "rəqəmsal əkiz"inin yenilənməsi üçün 75 müntəzəm marşrut üzrə dayanacaq və xətt məlumatları hazırlanıb. İlin əvvəlindən 3083 yol nişanına eyniləşdirmə nömrəsi verilib.

Ardını oxu...
Türkiyə vətəndaşına qarşı xüsusi ilə külli miqdarda dələduzluq etməkdə ittiham olunan şəxs azadlığa buraxılıb. Cinayət işi materiallarında tərəflər arasında baş verənlərlə bağlı maraqlı detallar üzə çıxıb. Təqsirləndirilən şəxs kriminal aləm üzvlərinin təzyiqləri ilə 550 min dollarlıq borc vərəqəsi imzalayıbmış.

Musavat.com xəbər verir ki, 1955-ci il təvəllüdlü Natiq Rzayev Türkiyə vətəndaşı Hüseyn Erenə qarşı iki epizod üzrə ümumilikdə 870 min dollarlıq dələduzluqda ittiham olunur.

Məlumata görə, Natiq Rzayevlə Hüseyn Eren 15 ilə yaxındır biznes əlaqələrinə malik olublar. Natiq Rzayev ayaqqabı alış-verişi ilə məşğul olub. Rzayev malı Türkiyədən Hüseyn Erenden alırmış.

Uzun illər davam edən ticarət əlaqələrində 2015-ci ildən etibarən problemlər yaranıb. Hüseyn Eren Natiq Rzayevdən hüquq-mühafizə orqanlarına şikayət edib. Bildirib ki, Natiq Rzayevə verdiyi 788 min dollarlıq malın pulunu ala bilməyib. Deyib ki, Natiq Rzayev Bakıda ona məxsus olan 90 min dollar dəyərindəki evi də sataraq pulunu ələ keçirib.

Hüseyn Eren bildirib ki, Natiq Rzayevə göndərdiyi malları Türkiyədə fabriklərdən nisyə götürüb. Natiq malı satıb pulu verə bilmədiyi üçün çətin vəziyyətdə qalıb. Onun sözlərinə görə, fabriklərdən aldığı malların pulunu ödəmək üçün Türkiyədə olan evlərini və maşınını satıb.

Natiq Rzayev dindirilən zaman özünü dələduzluqda təqsirli bilməyib. Deyib ki, alınan mallar hazırda Dağıstandadır. Onun sözlərinə görə, həmin məhsulların videogörüntüsü də var və həmin görüntüləri Hüseyn Erenə də göndərib.

Tərəflər arasındakı bu söhbət 2014-cü ildə başlayıb. Natiq Rzayev deyib ki, Hüseyn Erenlə məsələni həll edə bilmədiyi üçün araya kriminal aləmə yaxınlığı olan şəxslər girib. Həmin şəxslər Hüseyn Eren tərəfindən bu söhbətlərə cəlb edilib.

Natiq Rzayev ifadəsində həmin məsələləri belə danışıb:

“2018-ci ildən başlayaraq özlərini “lotu” kimi təqdim edən Türkiyə vətəndaşları Orhan, Polat, azərbaycanlı Amid, Ramin adlı şəxslər zəng etdi. Həmçinin “Çeçen” ləqəbli bir nəfər də var idi. Orhan adlı şəxs “pulu ödəməsən, oğlundan əlini üz” deyirdi. Görüşlərdən birində başıma tapança dayamışdılar. Hüseyn Erenə zəng edib dedilər ki, 600 min dollar yazdıraq? Hüseyn isə “50 min telinizə qurban, 550 min dollar yazdırın” dedi.

Mənə dəfələrlə zəng edirdilər. Hüseynə zəng edib bu barədə məlumat verdim. Mənə dedi ki, məsələni onlara tapşırıb.

Həmin şəxslərə hissə-hissə 38 min də pul vermişəm. Çünki qorxurdum. Oğlumun avtomobil nömrəsini, hara getdiyini bilirdilər.

Kriminal aləm üzvü olan həmin şəxslər hətta Dağıstanda mənim malları saxladığım anbara da gediblər. Oradan bir neçə maşın mal götürüblər”.

Natiq Rzayevin 550 min dollarlıq borcu etiraf edən əlyazma izahatı da cinayət işində sübut kimi yer alıb.

Bakı Ağır Cinayətlər məhkəməsində hakim Enur Nuriyevin sədrliyi ilə aprılan məhkəmə istintaqının nəticəsində Natiq Rzayevin birinci epizod üzrə təqsirli olması sübuta yetirilməyib.

Məhkəmə hesab edib ki, Natiq Rzayevlə Hüseyn Eren arasında məhz mülki hüquq münasibətləri mövcud olub. Onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranıb.

Məhkəmənin qənaətinə görə, Hüseyn Erenə məxsus malların bir qisminin Dağıstanda olması, onlar arasında ticarət əlaqələrinin indiyə qədər 10 milyon manatdan çox olması, Natiqin zərəri qaytarmaq üçün Dağıstanda olan malları satıb pulu ödəmək istəməsi onun əməlində dələduzluq niyyətinin olmadığını təsdiq edir.

Məhkəmə 788 min dollarlıq mübahisəli məsələnin mülki qaydada həll yolu tapa biləcəyinə qərar verib və bu epizodda Natiq Rzayevin əməlində cinayət tərkibi görməyib.

İkinci epizod kimi 90 minlik mənzilin satılması məsələsi də araşdırılıb. Bu əmələ görə Natiq Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədilikdə) maddəsi ilə təqsirli bilinib. Lakin bu epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə barəsində cəza təyin edilməyib.

Bununla da Natiq Rzayev məhkəmə zalından azadlığa buraxılıb.
Ardını oxu...
Iyun ayı yay fəslinin ilk ayıdır. İyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Temperatur rejimi tədricən yüksəlir və may ayına nisbətən 4-5 yüksək olur. Lakin bəzi günlərdə əsasən şimal və qərb ərazilərdən daxil olan siklonların təsiri nəticəsində hava şəraiti qeyri-sabit keçir.
Bu ilin iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində əksər bölgələrdə hava şəraiti əsasən yağmursuz keçsə də, lakin bəzi şimal və qərb rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-12 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 18-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 29-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 63-130 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 19-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 28-33 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 38-86 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 46-58 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-179 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 24-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 12-49 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 35-37 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-47 mm).

Dünyapress TV

Xəbər lenti