Ardını oxu...
 

Yay fəslində təbiətdə vaxt keçirmək çoxları üçün istirahət və əyləncə anlamına gəlsə də, gənə təhlükəsi ciddi narahatlıq doğurur. Gəzinti və piknik zamanı bu həşəratlara qarşı diqqətli olmaq lazımdır.

Milli.Az xəbər verir ki, parlaq rəngli geyimlər gənələri daha çox cəlb edir. "Skandinaviya Yoluxucu Xəstəliklər Jurnalı"nda dərc olunan araşdırmaya əsasən belə geyimlər gənələri adi rəngli paltarlardan 20 dəfə artıq çəkə bilər. Alimlər bu tendensiyanın dəqiq səbəbini müəyyənləşdirməsə də, parlaq rənglərin maralların qarın hissəsinin rənginə bənzədiyi ehtimal edilir.

Mütəxəssislər açıq havaya çıxarkən açıq rəngli, uzunqollu və bədəni örtən paltarlar geyinməyi məsləhət görür. Bu, həm gənələrin dərinizə yapışmasının qarşısını almaq, həm də onların vaxtında görünməsi baxımından əhəmiyyətlidir.

 
 
 
Ardını oxu...
Ölkədə ali məktəblərə qəbul imtahanları başlayıb.

Son günlər “TikTok” və “İnstagram” kimi sosial şəbəkələrində müxtəlif profillər haker xidmətləri ilə blok imtahanında cavablara müdaxilə təklif edirlər. Onlar bu müdaxilə vasitəsilə cavablar emal olunmazdan əvvəl balları artıracaqları vədini verir və daha ətraflı məlumat üçün “İnstagram”-a keçid təklif olunur. İmtahan cavablarına müdaxilə mümkündürmü və bu təkliflərlə bağlı Dövlət İmtahan Mərkəzi hüquq-mühafizə orqanlarına müraciət edibmi?

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirlib ki, son vaxtlar sosial şəbəkələrin monitorinqi “Instagram”, “TikTok” və xüsusilə “Telegram”-da saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kəsrlərin düzəldilməsi, hər hansı imtahan ballarının artırılması, və s. qeyri-real çağırışlar etməklə dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunduğunu göstərir:

"Abituriyentlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip təhrikedici təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Həmin şəxslər hətta başqa saxta hesablar vasitəsilə öz postlarının altında güya onlara kömək göstərildiyini yazırlar.

İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz. İstifadəçilər konkret aldadılma faktlarıı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər".
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Muay-Tay Federasiyasının sədri Araz Musayev Antalyada bıçaqlanıb.

Ajans.az-ın əldə etdiyi məlumata görə, o, bu gün səhər saatlarında “WhatsApp” platformasında paylaşım edib.

O paylaşdığı statuslarda Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu ittiham edib. A. Musayev bildirib ki, E. Məmmədov muay-tay idmançılarının qarşısını almaq istəyir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
  

Aparıcı Aytən Səfərova Dövlət İmtahan Mərkəzini tənqid edib.

O, verilişində hər il imtahan suallarında problem yarandığını bildirib:

“DİM götürüb hansısa şagirdin “ilan-qurbağa” xəttini göstərir ki, buna baxın, hələ apellyasiya şikayəti verir. Bu şikayəti vermək hər kəsin haqqıdır. Hər il DİM-in hansısa sualında problem çıxması böyük siqnaldır. Heç bir qurumla işim yoxdur, jurnalist olaraq faktı deyirəm. Hər il imtahandan sonra əmmalar çıxır. Amma DİM yapışıb uşağın xəttindən”.  (Axşam.az)

 
 
 
Ardını oxu...
İranın Kohgiluyə və Boyer-Əhməd ostanında 4,9 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, İran mediası episentrin Dehdəşt şəhərində, 10 km dərinlikdə qeydə alındığını yazıb.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.
 
Ardını oxu...
Yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur.

Bu barədə Təhsil İnstitutundan bildirilib.

Qeyd olunur ki, bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir.

Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir.

Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul elan olunduğu qaydada keçiriləcək. Liseylərə olan marağı və vətəndaş müraciətlərini nəzərə alaraq, digər yaş qrupları üzrə qəbul prosedurlarına dair ətraflı məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq.
 
Ardını oxu...
Lisey və gimnaziyalara hazırlaşan 4-cü sinif şagirdlərini bu hala salan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Təhsil naziri Emin Əmrullayevə...
İmtahana az qalmış verdiyiniz yanlış qərarı uşaqlara açıqlaya bilmirik. Çünki həvəslə qədəm qoyduqları yoldan, sizin formalaşdırdığınız təhsil sistemindən üz döndərmələrindən qorxuruq.
Əgər 4-cü sinifdən (5-ci sinfə qəbul) lisey və gimnaziyalara qəbulu ləğv edəcəkdinizsə, bunu 2024-2025-ci tədris ilinin əvvəlində etməli idiniz. Hazırda mənasız hesab olunan sınaqları keçirməməli idiniz. Şagirdlərin hər ay 12 manatı mənimsənməli deyildi.
Orta məktəbləblərdə təhsil səviyyəsi zatən ürəkaçan deyil. Məcbur qalıb repetitorlara üz tutan valideyn və şagirdlərin zəhmətini bir yanlış qərarla yerə vurmaq lazım deyil. Xəyallarını, gələcəyə baxışlarını alt-üst etməyə ehtiyac varmı!?
Foto təsadüfən seçilməyib. Bu foto səhər dərsə gedib, evə qaçaraq gəlib acqarına repetitor yanına qaçan, axşam 8-də evə gələn və gecə saatlarına qədər hazırlaşan məsum uşaqların harayıdır. Çünki onlar normal yuxuya belə həsrət qalıblar. Masada oxuduğu kitabın üstünə başlarını qoyub yatmalı olurlar.
Hazırda hazırlıq üzrə yaradılan qrupları valideyin etirazları bürüyüb. Sabaha Allah kərimdir!
Hüseyn İbadlı
TEREF
 
Ardını oxu...
2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir. Sözügedən lisey və gimnaziyalara ərizə qəbulu iyun ayının 5-də başlayacaq və 20 iyuna kimi davam edəcək.

Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

Qeyd edək ki, qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri standart suallar təqdim ediləcək.

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilib. Qeyd olunan müəssisələr haqqında ətraflı məlumatı şagirdlərin elektron yerdəyişməsi portalında “Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə edə bilərsiniz.

Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya;
Bakı şəhər, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;
Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;
Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri, Texniki humanitar lisey;
Bakı şəhəri, 291 nömrəli “Ekologiya” liseyi;
Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
Sumqayıt şəhər, ‘İstedad’ liseyi;
Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
Sumqayıt şəhər, “Təfəkkür” liseyi;
Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;
Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;
Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;
Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;
Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;
Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;
Gəncə şəhər, Xarici dillər təmayüllü gimnaziya;
Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;
Oğuz şəhəri, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;
Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;
Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;
Masallı şəhər, ‘Dəfinə’ məktəb-liseyi;
Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey;
Şərur şəhər, Fizika riyaziyyat təmayüllü lisey.
 
Ardını oxu...
Kulis.az Anatoli Nağıyev haqqında Qızıldiş Mamedin xatirələrini təqdim edir.

Ye­ni­cə İrkutsk vilayətindəki 17 saylı zondan Komidəki peresılkaya gətirilmişdim. Məni sumqayıtlı Tahirlə iki gəncəli oğlan qarşıladı. “Taxo” (Tahirin ayaması) paylama məntəqəsində artıq dörd aya yaxın idi bit əzir, yatab gözləyirdi. Dörd ay müddətində özünə blat qazanmış Tahirin ətrafında bir neçə otrisala, sportsmen cəmləşmişdi. Çifirdən qurtumlayaraq sakitcə söhbət edirdik.

- Ana­to­li Na­ğı­yev haqqında bir şey eşitmisən?- Tahir “Zolotoye runo” siqaretinin qutusunu mənə uzadaraq soruşdu və başının işarəsi ilə bizə süfrə hazırlayan oğlanı göstərərək: - Bunun atası bərk xəstədir. O da Nağıyev kimi pobeq etməyi planlaşdırıb, – pıçıldadı.

Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib
"Prens"in ulduzu premyeraya gəlmədi
Möminə Xatun türbəsi bərpa edilir
- Məsləhət görmürəm, - dedim. - Tolikin iki nadzoru qət­lə ye­ti­rib zon­dan po­beq et­di­yi­ni təfərrüatı ilə bilirəm.
Onu güclü idmançı kimi hələ Bakıdan tanıyırdım. Orta mək­təb­lə­rin­dən bi­rin­də bə­dən tər­bi­yə­si mü­əl­li­mi iş­lə­yirdi. Sonra isə ta­nış­la­rı va­si­tə­si­lə o vaxtlar Ba­kı­da ye­ni­cə ya­ran­ma­ğa baş­la­yan giz­li sex­lər­dən bi­rin­də eks­pe­rt ki­mi çalışırdı. Çoxları onun qısa müddətdə irəli getdiyinə, velosipedi “Moskviç-412”yə dəyişdiyinə həsədlə baxırdı. Əsas vəzifəsi giz­li yol­la is­teh­sal edilən mal­la­rı ittifaqın iri şə­hər­lə­ri­nə apar­maq, la­zı­mi yer­lə­rə çatdırmaq, pul­la­rı­ yığ­maq­dan iba­rət idi.

Xruşşovun hakimiyyətinin sonlarında “qanuni oğru” anlayışı həbsxanalardan fərqli olaraq azadlıqda demək olar ki, unudulmaqda idi. Brejnevin hakimiyyətə gəlişi ilə başlayan durğunluq, iqtisadiyyatda yaranan problemlər “defisit” anlayışını yenidən leksikona gətirdi. İstehsalla tələbatın uyğunsuzluğu təşəbbüskar, işgüzar adamları fəaliyyət göstərməyə həvəsləndirdi. Baltikyanı respublikalarda, Gürcüstan, Azərbaycan və Ermənistanda defisit malların istehsalı ilə məşğul olan gizli sexlər yağışdan sonra göbələk kimi artdı. Sexovşiklər, alverçilər, möhtəkirlər yuxarı dairələrin korrupsiyaya qurşanmasından sui-istifadə edərək, qısa müddətdə varlanmağa nail oldular.

Qara pulların sexovşiklər, qanuni oğrular və rüşvətxor məmurlar arasında bölüşdürülməsi öz axarı ilə, problemsiz keçdi. Qara pulların tüğyan etdiyi həmin dövrdə ittifaq məkanında daha qətiyyətli “oğru” nəsli meydana gəldi. Pula münasibət büsbütün dəyişdi. “Monqol” Rafik “Savo”, Paşa “Tsirul”, İvankov “Yaponçik”, “Ded Xasan” və sair kimi oğruların birləşdiyi bu yeni nəsil “klassik oğru qanunları”nın çoxuna sahib çıxdı. Əgər əllinci illərin sonlarında “qanuni oğru” adına sırf oğrular, cibgirlər, aferistlər layiq görülürdüsə, yeni nəsil, əsasən, reket və quldurluqla məşğul olanlardan ibarət idi.

Tolik Nağıyev də həmin zümrənin nümayəndələrinə xidmət edirdi.

Tolikin çalışdığı sex­də nə is­teh­sal olun­du­ğu­nu de­yə bil­mə­rəm, amma Nağıyevin əsas mal apardığı şə­hərlər Odessa, Kişinyov və Vo­ro­nej idi. Bu işin ar­xa­sın­da şüb­hə­siz ki, həm Bakıda, həm də həmin şəhərlərdə çox yük­sək vəzi­fə­li adam­lar da­ya­nır­dı. 60-cı illərin ortalarında "se­xov­şik­lər əmə­liy­ya­tı" ilə əla­qə­dar bö­yük bir dəs­tə­nin həbs edil­mə­si­ni çox­la­rı yax­şıca xa­tır­la­yır.
Ardını oxu...
Ana­to­li Na­ğı­yev

Tolikin bu işə cəlb edil­mə­si və ən məsuliy­yət­li və­zi­fə­lər­dən bi­ri­nin ona tapşırılma­sı heç də tə­sa­dü­fi de­yil­di. Hə­va­lə edil­miş is­tə­ni­lən mə­sə­lə­ni şüb­hə­siz ye­ri­nə yeti­rə bil­mək ba­ca­rı­ğın­dan baş­qa, o, həm də fi­zi­ki cə­hət­dən qüv­vət­li olma­sı ilə diq­qə­ti cəlb et­miş­di. Az vaxt­da Tolik mü­əl­lim­li­yi ata­raq bu yol­la özü üçün yax­şı şə­ra­it ya­ra­da bil­miş­di. Lakin bu hal uzun çəkmir, giz­li sex­də is­teh­sal olu­nan mal­lar Odessa və Kişinyovda tu­tu­lur. İstintaq zamanı ağır işgəncələrə baxmayaraq Tolik bütün cinayəti öz boynuna götürür. Amma çox çəkmədən iş­ti­ra­kçıların ha­mı­sı məsuliy­yə­tə cəlb edi­lir. Son­da və­ziy­yət be­lə alınır ki, əsas təş­ki­lat­çı­lar küllü miqdarda rüşvət sayəsində su­dan qu­ru çıx­ma­ğı bacarırlar. Nə­ti­cə­də məh­kə­mə qar­şı­sın­da tək­ba­şı­na ca­vab ver­ən Tolik “pol çervon” həbs cə­za­sı­na məh­kum edi­lir.

Onun ci­na­yət­kar­lıq yo­lu­nu tut­ma­sına ai­lə­də maddi çatışmazlıqdan ya­ra­nan na­ra­zı­lıq­la­r səbəb olmuşdu. Dəb­də­bə­li hə­yat tər­zi ya­şa­ma­ğa adət et­miş, milliyyət­cə rus olan zövcəsinin dai­mi tələb və tənə­lə­ri Toliki se­xov­şik­lə­rə qoşulma­ğa va­dar etmişdi.

Həbs cə­za­sı mü­əy­yən edil­dik­dən son­ra onu Sibirə, deyəsən Omsk guşələrindən bi­ri­nə etap göndərirlər. Cəza müddətinin üç ili­ni ba­şa vur­duq­dan son­ra ona məlu­mat çat­dı­rı­lır ki, arvadı baş­qa yo­la dü­şüb, özü də həmin sexovşiklərlə...

Xə­bər ça­tan andan onun ən iztirablı məhbəs həyatı başlayır. İstintaq zamanı verilən işgəncələrdən yaranan ağrılara dözmək, beynini cırmaqlayan indiki iztirablardan daha yüngül idi. Həmin andan düşərgədən qaçış planı cızan Tolik Ba­kı­ya qa­yı­dıb övrətinin cə­za­sı­nı ver­mək fik­ri­nə dü­şür. Nə­ha­yət ki, buna nail olur - zon­da iki za­bi­ti qət­lə ye­ti­rə­rək, qaç­ma­ğa im­kan tapır.

To­lik zon­dan qaç­dıq­dan son­ra gə­lib Ba­kı­ya çı­xa bi­lsə də, mentlər Nataşkanı bu barədə xə­bər­dar edə­rək, qaç­ma­ğı­na şə­ra­it ya­ra­dır­lar. Bir müd­dət Ba­kı­da gizlənə­rək, onun izi­nə düş­mək üçün xey­li kəş­fiy­yat apa­rsa da, burada qalmağın təh­lü­kə­li ol­du­ğu­nu an­la­yıb ge­ri­yə, Ru­si­ya­ya qa­yıt­maq qə­ra­rı­na gə­lir. Barəsində ümumittifaq ax­ta­rı­şı elan olun­du­ğun­dan To­likə giz­lən­mək üçün eti­bar­lı sı­ğı­na­caq la­zım idi. Beləcə, o bir vaxtlar “qastrol”lara gəldiyi Vo­ro­nej şəhə­rini seçir.

Ax­ta­rış­da ol­ma­sı­na bax­ma­ya­raq, Ana­to­li bü­tün “vahiməli azad­lığı” dövrün­də ar­dı­cıl ci­na­yət­lər tö­rə­dir. Nataşkanın ona qar­şı et­di­yi xə­ya­nətdən son­ra To­lya bü­tün qa­dın­la­ra qar­şı sonsuz nif­rət his­siy­lə ya­na­şır. Yaraşıqlı, boy-buxunlu, qüvvətli, dilli-dilavər olduğu üçün qadınlarla asanlıqla ünsiyyət qurur, bir gecə yaşadıqdan sonra onları öldürür, mənzili şmon eləyib aradan çıxırdı.

Tolikin həbsi öz səhvi ucbatından baş verir… Bü­tün İttifaqı - Mosk­va­dan tut­muş Si­bi­rin uc­qar şə­hər­lə­ri­nə­dək - vəl­və­lə­yə sal­mış bir ada­mı qa­dın hiy­lə­siy­lə ələ ke­çi­rmişdi­lər...

Hər hə­rə­kətin­də son də­rə­cə ehtiyatlı, diq­qət­li olan Na­ğı­yev “qa­dın­ düşkünlüyü” sayəsində sa­yıq­lı­ğı­nı iti­rir. Uzun iz­lə­mə­lər­dən son­ra, nə­ha­yət ki, onun koordi­nat­la­rı­nı mü­əy­yən­ləş­di­rir­lər.

Gənc qızla onun gu­ya tə­sa­dü­fən görüşünü təş­kil edir­lər. Mi­lis ley­te­nan­tı olan gö­zəlçə, şüb­hə­siz ki, onun görüşünə mül­ki pal­tar­da gəl­miş­di. Bü­tün tə­fər­rü­at­lar də­fə­lər­lə diq­qət­dən keçiril­dik­dən son­ra Tolikin həbs pla­nı təşkil edi­lir.
Uzun müd­dət ax­ta­rış­da olan təhlü­kə­li ca­ni­nin tu­tul­ma­sı ağ­la­sığ­maz də­rə­cə­də rahat hə­ya­ta ke­çi­ri­lir. Qızın şəraba qatdığı yu­xu dər­ma­nı öz işini görür. Mür­gü­lə­yən Nağıyevin kirpikləri qovuşan ki­mi qa­pı­nın ar­xa­sın­da göz­lə­yən mentlər otağa soxulurlar.

Vo­ro­nejdən Ros­to­va gə­ti­ri­lər­kən onu mü­şa­yi­ət edən kon­voy­la­rın əlin­dən çıxma­ğa im­kan tap­mır. La­kin elə Ros­tov­da tür­mə­yə sa­lın­dıq­dan son­ra haqqında ölüm hök­mü çı­xa­rı­la­ca­ğı­nı yəqinləşdirən Na­ğı­yev son də­rə­cə ümidsiz qaçış cəh­di edir. Bu­nu gö­rən kon­voy­lar xə­bər­dar­lı­ğa mə­həl qoy­ma­dı­ğı­nı gö­rüb, onu gül­ləylə tutur­, lakin öldürmürlər. Tapşırıq beləydi. O ayağından, qolundan yaralanır.

Xeyli müddət xəs­tə­xa­na­da ya­tdıqdan sonra Na­ğı­ye­v ye­ni­dən mü­ha­ki­mə edilir və ölüm hök­mü­ çıxarılır.

Hökm az müd­dət sonra ic­ra olu­nur…
Bəhram Çələbi
S.S Amma mən bilni və bu günlərə qədər gedən məlumatlara görə Tolik zondan yox, etap zamanı "stolıpin" vaqonundan qaçmışdı.Onun öldürülməsidə burda verilən kimi təsvir olunmayıb.
TEREF
 
Ardını oxu...
Kamran Nizami oğlu Salayev adlı vətəndaş uzun müddət dostluq etdiyi şəxsin - "Bir dənə çay verərsən?" sualı ilə tanınan Elnur Xəlilovun ona ümumilikdə 180 min manat maddi ziyan vurduğunu bildirib.

O, bu barədə Oxu.az-a şikayətində qeyd edib.

Vətəndaşın sözlərinə görə, E.Xəlilov özünü ona "təcrübəli investor" kimi təqdim edib:

"Təxminən dörd-beş ildir, onunla tanışıq. Mənə dedi ki, "Forex" bazarı ilə məşğuldur və yatırım edərək birgə gəlir əldə edə bilərik. Evimi satmışdım, ilk olaraq ona 70 min manat verdim. Daha sonra fərqli vaxtlarda əlavə pullar da verdim. Ümumilikdə, 180 min manat vəsaitimi mənimsədi".

Kamran Salayev qeyd edib ki, Elnur Xəlilov hər ay ona 3 500 - 4 000 manat gəlir vəd edib, lakin vədin əksinə olaraq, ayda 800 manat olmaqla, 10 ay ərzində cəmi 8 min manat ödəyib:

"Mən kapitalı artırmaq üçün gəliri götürməyib pulumu sistemdə saxlayırdım. 2025-ci ilin yanvar ayının 9-dan bu günə qədər Elnur Xəlilovla heç bir əlaqə qura bilmirəm. Nə zənglərə cavab verir, nə də ortada görünür".

Şikayətçi bu məsələdə tək olmadığını, Elnur Xəlilovun eyni metodla başqa vətəndaşlardan da pul topladığını bildirib:

"Mənimlə birlikdə bir neçə dostum da Elnura pul verib. Bizim verdiyimiz ümumi məbləğ 1 milyon 300 min manat civarındadır. Amma mənim məlumatıma görə, Elnur Xəlilov ümumilikdə 5-6 milyon manat civarında vəsait toplayıb".

Zərərçəkmiş şəxs bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə yazılı müraciət etdiyini və şikayətinin Bakı Şəhər Baş Polis İdarəsi vasitəsilə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə yönləndirildiyini qeyd edib:

"İndiyə qədər heç bir nəticə yoxdur. Heç kim suallarıma cavab vermir".

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov abildirib ki, vətəndaşların şikayətləri əsasında ərazi polis orqanında araşdırma aparılır.
 
 
 

Dünyapress TV

Xəbər lenti