Ardını oxu...
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda ünvan qeydiyyatına alınmadan və viza müddətindən artıq (qanunsuz) yaşayan 6 əcnəbi saxlanılıb.

Əcnəbi iş adamlarının Azərbaycanda yaşama icazələri əldə etməsi üçün yeni tələblər- MÜƏYYƏN EDİLİB
FED.az xəbər verir ki, xidmətin yaydığı məlumatda bildirilir ki, həmin şəxslərin xaricdə turizm xidmətləri göstərən həmvətənləri tərəfindən 1000-1800 dollar qarşılığında Azərbaycanda işlə təmin etmək vədi ilə aldadaraq ölkə ərazisinə gəlmələrinin təşkil olunması müəyyən edilib. Əcnəbilər ölkəmizdə yaşayan, ali təhsil müəssisələrinin birində əyani təhsil alan digər həmvətənləri tərəfindən qarşılanaraq müxtəlif ünvanlarda yerləşdirilib. Onlardan 3 nəfərin iş icazəsi əldə edilmədən tikinti işlərinə cəlb olunduğu, digər 3 nəfərin isə iş icazəsi almaq vədi ilə aldadılaraq pasportlarının alındığı, şikayət edəcəkləri təqdirdə, həbs olunacaqlarına dair təhdid edildiyi müəyyən edilib. Aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Ümumilikdə, 2024-cü ilin aprel ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 785 əcnəbi saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 202 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 1598 inzibati qərar qəbul edilib.
Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin (012) “919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

 
Ardını oxu...
Bu gün rayon yollarında boş sahələrdə stadion boyda supermarketlər inşa edilir. Supermarketlərə daxil olarkən yüzlərlə müxtəlif əndrabadi adda araq növləri satılır.

FED.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, halbuki hamısı Azərbaycan sexlərində qeyri-qanuni yollarla istehsal edilir və yalnız üzərində dəbdəli adlar yazılır: “Qiyməti də təxminən 3-4-5-6 manatdır. Hamı da görür ki, bu saxta araqdır. Az maaş alanlar da həmin araqları alır və nəticədə kütləvi zəhərlənmə baş verir".

Deputat qeyd edib ki, bir neçə yaxın dostu İrandan gətirilən spirtdən düzələn arağa görə həyatını itirib:

"Ümumiyyətlə saxta içkiləri kim buraxır, niyə nəzarət yoxdur? Hansı ki, hər ad bir lisenziyadır. Əgər Azərbaycan bu qədər araq istehsal edirsə, niyə kənara çıxa bilmirik?! Vaxtı ilə ölkəmiz Ağdam şərabı Rusiyanın hər bölgəsində satılırdı. Azərbaycan şərabları bu gün də var. Ən yaxın əlaqədə olduğumuz Şimali Qafqazda ancaq gürcü, erməni içkiləri görürük. Amma Azərbaycan istehsalı içkilər tapılmır. Halbuki Azərbaycan pulu hesabına oradakı sanotoriyalar özünü saxlayır. İdxal yoxdursa deməli ya keyfiyyət aşağıdır, ya da işi qura bilməmişik”. (Report)
 
Ardını oxu...
Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.

AAYDA-dan verilən xəbərə görə, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.

Belə ki, layihənin keçəcəyi ərazi Nərimanov rayonundakı “Keşlə bazarı” ilə kəsişmədə yerləşir. Belə olan halda sözügedən bazarın sökülmə ehtimalları da artıb. Layihəyə əsasən, Bakıda metronun “Koroğlu” metrostansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən “Keşlə bazarı”nın sökülməsi gözlənilir. Məlumat hələ təsdiqini tapmasa da, bazrın sökülmə ehitmalının olduqca böyük olduğunu vurğulamaq istərdik.

Referans.az xatırladır ki, "Keşlə Bazarı"nın söküləcəyi ilə bağlı məlumatlar yeni deyil. Belə ki, paytaxtın bu məşhur bazarının sökülməsi ilə bağlı xəbər hələ 2015-ci ildə elə məhz sözügedən yolun çəkilməsi ilə bağlı məlumat verildikdən sonra aktuallaşmışdı. Lakin sözügedən yolun tikintisi həmin il təxirə salındı və keçdiyimiz günlərə qədər də bir xəbər yox idi. Lakin AAYDA metronun "Koroğlu" stansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə bağlı qərarı açıqlandıqdan sonra yenidən bu məsələ gündəmə gəlidi.

"Keşlə bazarı"nın sökülməsinin artıq plana salınacağı gözlənilir və buna səbəb yolun bazarın ərazisindən keçəcək hissəsinin olmasıdır.

Mövzu ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans.az-a açıqlamasında bildirdi ki, bu günə qədər bir çox dövlət layihələrinin icrasına görə Bakıda onlarla bazar və ya böyük obyektlər sökülüb:

“İstənilən halda hər hansı obyekt söküləcəksə, deməli bunun öncədən planlaşdırılması aparılıb. “Keşlə bazarı”nın sökülməsi uzun zaman tələb edir ki, bunu la bağlı ciddi araşdırmalar aparılsın və təxminən nə qədər infrastruktur lazımdır və s. Binə və Sədərək vaxtilə hava limanının yanında yerləşirdi. Amma söküldü və Qaradağ rayonuna köçürüldü. “Təzə Bazar”ın özü də söküldü və yox elədilər”.

Ekspert qeyd edib ki, əsas məqsəd yol nəqliyyat ifrastrukturunun təşkili məsələsidir. Bu məsələnin özü AAYDA tərəfindən araşdırılıb və ciddi nəticələrinin olacağı gözlənilir.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Referans.az-a bildirib ki, hazırda ərazidə profilaktik işlər aparılır və hansı obyektlərin sökülüb-sökülməyəcəyi araşdırılır.

“Bununla bağlı hazırda, həmin ərazidə qiymətləndirmə işləri aparılır. Hansı ərazidə hansı obyektlərin söküləcəyi dəqiqləşdirilir. Bununla bağlı öncədən hər hansı dəqiqləşdirilməmiş məlumat vermək düzgün olmaz. Yekun nəticə əldə olunsun, həmin zaman ictimaiyyətə məlumat veriləcək”.
 
Ardını oxu...
İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri sürətli şəkildə həyata keçirilir. Yeni layihələr icra olunur.

Onlardan biri də Horadiz-Ağbənd dəmir yolu xəttidir.

Hazırda işlər mərhələli şəkildə davam edir.

Qeyd edək ki, 2021-ci ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir.
Layihə çərçivəsində doqquz stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), üç ədəd tunel, 41 ədəd körpü, üç ədəd qalereya, yeddi ədəd yolötürücü və ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.

Ətraflı “AzTV Xəbər”in süjetində:

 
 
 
Ardını oxu...
"Badamdar Estates" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Badamdar Hotel & Residences"də külli miqdarda mənimsəmə faktı qeydə alınıb.
TEREF "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisədə günahlandırılan Qarayev Dünyamalı İntizam oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "Badamdar Estates" MMC-nin qanuni təmsilçisi Anar İbrahimov Əhmədiyə oğludur. MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 23876.42 manat vergi borcu var. Anar İbrahimov Azərbaycanda ən məşhur otellərin baş meneceridir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
İstanbulun Fatih rayonunda qadın sürücü qarşısında motosiklet sürən oğlunu vurub.

Musavat.com “TRT Haber”ə istinadən xəbər verir ki, zərbənin təsirindən gənc motosikletçi əyləci sıxaraq dayanıb.

Bunu görən başqa bir motosikletçinin “yaxşısan?” sualına gənc oğlan “hər halda anam” sözləri ilə gülərək cavab verib.

Maraqlı anlar motosiklet sürücüsünün dəbilqə kamerası tərəfindən anbaan qeydə alınıb.
Ardını oxu...
Rusiyanın Omsk şəhərində axşam saatlarında altı yaşlı qız 13-cü mərtəbənin pəncərəsindən həyətə yıxılsa da, sağ qalıb.

Məlumatı Omskın Daxili İşlər Nazirliyinin regional idarəsindən də təsdiq ediblər.

Qeyd olunur ki, valideynlər uşağı evdə yatırdıb bayıra çıxıblar, mənzilə qayıdanda isə uşağı evdə tapmayıblar.

Qısa axtarış nəticəsində uşağın həyətdə qazonun üstünə uzanıb qaldığı məlum olub.

Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları uşağı xəstəxanaya aparıblar.

Həkimlər uşağın vəziyyətini ağır qiymətləndirsələr də, onun sağ qaldığını söyləyiblər.
 
Ardını oxu...
Qazaxıstanın paytaxtı Astanada, iaşə obyektində güclü partlayış baş verib.

Hadisə yerinə yanğınsöndürən briqada və xüsusi texnika cəlb olunub.

Partlayış anı hadisənin şahidi olmuş şəxslərdən biri tərəfindən anbaan qeydə alınıb.

Hələlik hadisənin digər təfərrüatları məlum deyil.
Ardını oxu...
Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.

Xezerxeber.az-ın məlumatına görə, 1962-ci ildə istismara verilmiş körpüdə təhlükəsizlik məqsədilə sınaqlar aparılıb.

2023-cü ildə İngiltərənin “Twi Caspian Sea” şirkətinin Azərbaycandakı filialının və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssislərinin birgə iştirakı ilə Cavanşir yolötürücüsündə müayinə və sınaq işləri yerinə yetirilib.

Bununla yanaşı, 32 ton olan yük avtomobillərindən istifadə etməklə aparılan sınaq zamanı müəyyən edilib ki, yük maşınlarının hərəkəti zamanı aşırım qurğusundakı əyilmə normadan artıqdır. Bu isə qəza riskini artırır.

Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Yasin Mustafayev deyir ki, bir vaxtlar körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana dəmir yolunun çəkilməsi ilə bağlı olub. Həmin ərazidə liman və dəmir yolu ləğv olunub. İndi isə yolötürücü standartdan kənar olmaqla yanaşı, həm də tıxaca səbəb olur.
Başqa bir məsələ həmin ərazinin ən yüksək standartlara uyğun yenidən qurulması və bu körpünün həmin ərazinin müasir ahənginə xələl gətirməsidir.

Qeyd edək ki, istismar dövründə qurğuda ciddi qüsurlar və deformasiyalar əmələ gəlib. 2018-ci ildə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki İnstitut yolötürücünün demontaj edilməsini tövsiyə edib.

Daha ətraflı videomaterialda:

 

Dünyapress TV

Xəbər lenti