Ardını oxu...
  

Baku TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və aparıcı Arzu Kəlbi Şəmkirdə uşaqlarını anasız böyüdən Əfqan Alıyarovun evində olub.

Verilişdə ailənin yaşadığı kənd mühiti, gündəlik məişət həyatı və atanın övladlarına göstərdiyi qayğı əks olunub.

Həmçinin Əfqan Alıyarov və oğlu Fərid Alıyarovun hazırladıqları əl işləri nümayiş etdirilib. Əfqan Alıyarov uşaqlarına olan sevgisindən danışarkən "onlar həyata tutunma səbəbimdir" deyib.

"Təkrar ailə qurmaq istəyərsinizmi?" sualını cavablandıran Ə.Alıyarov "istəmərəm. Evlənsəm də, həyat yoldaşım uşaqlarıma qarışmayacaq. Günortaya qədər qadın işləri görürəm. Hər şeylərini özüm həll edəcəyəm. Xanımımın sadəcə arxamda dayanmağını istəyərəm" deyib.

Ardını oxu...
  

ANAMA-nın rəhbər şəxsi işdən azad edilib.

Musavat.com Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov qərar verib.

Qərara görə, Agentliyin Ağdam rayonunun Sarıcalı kəndində yerləşən mobil bazasının direktoru Əhmədov Ələsgər Həmzə oğlu kollektivdə nalayiq hərəkətlərə yol verdiyi üçün vəzifəsindən azad olunub.

Ardını oxu...
  

Aktyor Kamran Ağabalayev taksi sürücülərindən şikayət edib.

Musavat.com xəbər verir ki, sosial şəbəkədə taksidə lentə aldığı videonu izləyiciləri ilə bölüşən aktyor bunları deyib:

"Taksi sifariş etmişəm və ilk olaraq o möhtəşəm sual verilir, "taksi sifariş etmişdiniz?". Dedim ki, bəli, etmişəm. Sonra düşürsən taksi gözləməyə və 5 dəqiqə sonra zəng gəlir ki, hardasınız? Cavab verirəm ki, ünvandayam. Deyir ki, üzrlü sayın, maşın və nömrəsi başqadır. Dedim yaxşı. İndi də sizinlə danışa-danışa oturub gözləyirəm. Taksi sürücüsü siqaret almağa gedib.

Taksi mövzusu artıq problemə çevrilib. Mən kimə və necə başa salım ki, heç kimlə ünsiyyət qurmadan taksi sifariş vermək istəyirəm? Sürücülərin 10-dan 9-u yığır ki, taksi sifariş vermisiniz? Sualdır bu?".

Kamranın fikirləri müzairəyə səbəb olub. Aktyora haqq qazandıranlar da olub, tənqid edənlər də.

 

 
 
 
 
 

 

Könül İbrahim,
Musavat.com

 
 
 
Ardını oxu...
Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad edilib.

“Report”un Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin məlumatına istinadən verdiyi xəbərə əsasən, qeyd olunub ki, S.Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub.

S.Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, İmişli rayonunun Sarıxanlı kəndində 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxışı birmənalı qarşılanmayıb.

"DİA-AZ" xəbər verir ki, bu barədə "Unikal"a Azərbaycanın sabiq təhsil naziri, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Misir Mərdanov açıqlama verib.

Eks-nazir bildirib ki, Saleh Səmədovun bu addımı səhvdir: "İmişli hara, "Georgi lenti" hara? SSRİ bayrağı ilə çoxdan qurtarmışıq. Vaxtilə Ulu Öndər üçrəngli bayrağımızı qaldırıb bizi ondan azad etmədimi? Bu, tamamilə separatçı və Azərbaycanın bugünkü siyasətinə uyğun gəlməyən bir hərəkətdir. Bunu kim edibsə, çaşıb. Mən belə fikirləşirəm".

Misir Mərdanov Saleh Səmədovun Türkiyə bayrağı ilə bağlı açıqlamasına da münasibət bildirib. O, bu açıqlamaya "qələt edir" deməklə kifayətlənib.
 
Ardını oxu...
İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.

SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.

Modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb.

O bildirib ki, burada heç bir pis şey yoxdur.

"Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır", - Saleh Səmədov qeyd edib.

Saleh Səmədov sonda jurnalistləri təhqir edib: "İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz".

Ardını oxu...
  

İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. 

Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.

SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb.

Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. 

Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib. 

Kənddə, həmçinin "Den Pobedı" ("Qələbə Günü") sovet mahnısı da səsləndirilib.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan İmişli rayon icra başçısının birinci müavini Mirzə Quliyev bildirib ki, hazırda bayraq qalmaqalı ilə bağlı araşdırma aparılır:

“Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon ağsaqqallar şurasının sədri sancıb. Hazırda bu barədə araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.//Modern.az

Ardını oxu...
Yasamal rayonunda qanunsuz tikinti işləri davam etməkdədir. Sakinlərin narazılığına səbəb olan belə tikintilərdən biri də Mirəli Seyidov küçəsi 165 ünvanında qeydə alınıb.

Tribunainfo.az xəbər verir ki, sözügedən ünvanda qanunsuz tikinti ilə bağlı son günlərdə sosial mediada məlumatlar yayılıb. Məlumatlara görə, bu ünvanda icazəsiz tikinti işləri aparılır və yerli icra hakimiyyəti bu vəziyyətə müdaxilə etmir.

Sakinlər bildirib ki, binaya yaxın ərazidə aparılan tikintinin əlindən evdə oturmaq mümkün deyil:

“Bu tikinti yığıb bizi boğaza. Səsdən oturmaq mümkün deyil evdə. Havalar istidir deyə pəncərələri açmaq istəyirik, onda da evi toz-torpaq basır. Nə qədər olar səs-küy. Nə gündüz dayanırlar, nə gecə”.

Sakinlər iddia edir ki, Yasamal rayon İcra Hakimiyyəti, İH başçısı Elşad Həsənov bu qanunsuz tikilinin qarşısını almır.
Yaşayış yerlərinə çox yaxın, binanın həyətində ucaldılmaqda olan tikili uzun müddətdir ki, narazılıq yaradır. Vətəndaşlar aidiyyəti qurumlara, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək vəziyyətin araşdırılmasını tələb edirlər. Ancaq bütün narazılıqlara, aidiyyəti qurumlara edilən müraciətlərə baxmayaraq tikinti davam etdirilir.

Qeyd edək ki, Yasamal rayonunda bu kimi qanunsuz tikintilər tez-tez baş verir.

 
Ardını oxu...
33 yaşlı birjaçı Nizami Alışan tərəfindən 200 min dollarının ələ keçirildiyini deyən iş adamı Yadigar İsrafilov hələ də məhkəməyə gəlmir

TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan bugünkü iclas da həmin səbəbdən təxirə salınıb.

Şikayət edən şəxsin məhkəməyə gəlməməsi hakimləri də təəccübləndirir. Bundan əvvəl İsrafilovun polis vasitəsilə məcburi məhkəməyə gətirilməsi qərarı qəbul edilib. Lakin yenə də nəticə yoxdur.

Bu gün prosesə sədrlik edən hakim Aytən Əliyeva zərərçəkmişə yenidən xəbərdarlıq göndərib, məhkəmədə iştirakının vacib olduğunu bəyan edib.

Nizami Alışanın vəkili Samir İsayev isə zərərçəkmişdən əlavə, “İnvestAz” şirkətinin rəhbərlərindən biri-Ceyhun Abdullayevi məhkəməyə çağırır.

Vəkil deyir ki, Abdullayev bu işlərdə fəal iştirak edib, hər şeydən də xəbəri var: “Buna baxmayaraq o, şahid qismində tanınmayıb. Xahiş edirik, Ceyhun Abdullayev əlavə şahid qismində dindirilsin”.

Hakim bu məsələyə növbəti proseslərdə baxılacağını, ehtiyac yaranarsa, sözügedən şahidin məhkəməyə çağırılacağını qeyd edib.

Proses mayın 29-a kimi təxirə salınıb.

Qeyd edək ki, bu iş üzrə Yadigar İsrafilovdan əlavə, Zeynal Usubov da zərərçəkmiş qismində tanınıb.

İtttihama görə, Nizami Alışan onlardan aldığı pulu “İnvestAz” saytında artırıb geri qaytarmağı söz veribmiş.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir.

Ardını oxu...
 

Təsəvvür edin: tamaşa bitib, işıqlar sönüb, hamı da evə gedib. Ancaq saçları dağınıq, yorğun və tökülmüş görkəmdə bir aktyor hələ də səhnədədir – pofosla monoloq deyir, gah hiddətlənir, gah gülür, gah da tamaşaçı olmayan zala yumruğunu silkələyir.

Əli Kərimli axşam 11-də status yazanda təsəvvürümə bu səhnə gəlir. Saat 12-dən sonra isə "interneti olmaya-olmaya" canlı efirə çıxıb solo performans göstərəndə isə yeni janr yaradır – küləklə absurdun sintezi.

Onun hansısa canlı videosuna baxsanız, ya da statusunu oxusanız, görəcəksiniz ki, eyni pafosdur, bəzən fikirləşirəm ki, yəqin evdə danışanda da, çay içəndə də, özü ilə tək qalanda da, eyni pafosla danışır, düşünür.

Bəzən elə təsəvvür edirəm ki, sübh tezden durub, dişini fırçalayanda da güzgünün qabağında “Həm ziyarət həm də ticarət” filmindəki kimi öz ritorikası ilə “Azərbaycan xalqı” deyib dad-aman edir.
Artıq güzgü də onun yalanlarından bezib, sadəcə sındırılmaqdan qorxur. Çünki bilir ki, hansı gənc onun fəaliyyətini sual edibsə, dərhal onları ya agent ya da troll deyə damğalayıb, sıradan çıxarıb. Bəzən də fikirləşirəm ki, bəlkə ətrafındakıların qeyri-qanuni fəaliyyəti haqqında da hüquq-mühafizə orqanlarına özü məlumat verir.

30 ildir də dəyişiklik istəyir, dünya dəyişib, Azərbaycan dəyişib, ancaq 30 ildir onun nə mövzusu, nə də oğrun-oğrun baxışı dəyişib. Əminəm ki, o öz baxışının vurğundur.

Bəzən adama elə gəlir ki, “Əli Kərimli” real insan deyil, siyasi obrazdır. Axşam yatanda obrazını soyunur, sonra yuxudan durur, yenidən maskasını geyinir, komputeri açıb status yazır. Əslində ona baxanda siyasətdə nə etməmək lazım olduğunu anlayırsan. Çünki bütün fəaliyyətini anti-milli məsələlərə həsr edib.

Onsuz hamı çox yaxşı bilir ki, o heç siyasətçi də deyil, siyasi layihədir, bir az oradan, bir az buradan, lazım olanda hər tərəfdən maliyyələşdirilən layihə...

Elə bilin ki, kimsə hansısa xarici ölkədə şüşəli ofisdə oturub kofe içə-içə Word-da “ Əli Kərimli” adlı layihə yazıb, Power Point-də slaydını hazırlayıb və axırda da Facebook-da “live” düyməsini basıb təqdim edib.

Və bu da açıq (Open Source) bir layihədir. Kimsə istəyəndə “Əli Kərimli” layihəsini zibil yeşiyindən çıxardıb (Recycly bin) orasını-burasını redaktə edib, yanına “versiya 3.1” yazıb yenidən təqdim edə bilər.
Səhifəsinin adminləri də xarici ölkələrdədir, bir gün kimsənin əli dəyib siləcək, bütün invesitisiya batacaq.

Ardını oxu...

Kamal Cəfərov,
Milli Məclisin deputatı

Dünyapress TV

Xəbər lenti